“Hakimiyyət bu siyasəti dövlətin gələcəyinə ağır zərbə vurur” - Nəsimi Məmmədli
Tarix: 28-03-2014, 11:54 | Çap et
Ümid Partiyası İcra Aparatının rəhbəri Nəsimi Məmmədli Moderator.az-a açıqlamasında Türkiyədə bir neçə gün sonra keçiriləcək bələdiyyə seçkiləri kampaniyasına, ilin sonunda Azərbaycanda keçirilməsi nəzərdə tutulan bələdiyyə seçkilərinə və Türkiyədə Twitter sosial şəbəkəsinə girişin müvəqqəti qapadılması və məhkəmənin hökmü ilə bu qərarın ləğv edilməsinə münasibət bildirib: “İfadə azadlığına ehtiyacı olan tərəflər sosial şəbəkələrdə daha diqqətli olmalı, heç kəsi təhqir etməməli və azadlıqlara qarşı dözümsüz olan hökumətlərə bəhanə verməməlidirlər. Türkiyədə bələdiyyə seçkiləri kampaniyası yekunlaşmaq üzrədir və biz bu prosesi maraqla izləyirik. Demokratik və güclü Türkiyə bütün müsəlman dövlətləri üçün bir müsbət nümunədir. Qardaş ölkədə yerli özünü idarəetmənin bütün ağırlığı bələdiyyələrin üzərindədir. Mərkəzi hakimiyyətin gələcək taleyi də bu seçkilərin nəticəsindən çox asılı olduğu üçün bələdiyyələrə seçkilər çox əhəmiyyətli hesab edilir. Türkiyə cəmiyyətinin əsas gücü onun vətəndaşlarının siyasi proseslərdə azad və aktiv iştirakındadır. Dövlətin yaratdığı demokratik şərait elədir ki, seçkiyə qatılan hər bir tərəf öz seçki kampaniyasını azad və bərabər şəkildə apara bilir. Ona görə də vətəndaşların seçkiyə inamı o qədər yüksəkdir ki, hər bir seçici öz səsinin dəyərini bilir və ayaqdadır. Belə bir demokratik siyasi şəraitdə qalib və məğlub olan tərəflərin apardığı prosesdən dövlət qazanır. Biz Ümid partiyası olaraq Türkiyə cəmiyyətinə bu seçkilərdə uğurlar diləyir və onların iradəsinə hörmətlə yanaşırıq. Bu il Azərbaycanda da bələdiyyə seçkilərinin keçiriləcəyinə diqqət çəkən N. Məmmədli qeyd etdi ki, seçkilərə az bir zaman qalmasına baxmayaraq hələ də ölkədə seçki əhval ruhiyyəsi hiss edilmir. Dövlətin gücü, daimi sabitliyi, təhlükəsizliyi vətəndaşların öz problemlərinin həllində və dövlətin idarəçiliyində təşkilatlanmış şəkildə iştirak etməsindən keçir. Bunlardan biri insanların azad şəkildə siyasi platforma ətrafında partiyalarda birləşib təşkilatlanması və proseslərdə iştirakıdır. Digəri isə bələdiyyələrə və parlamentə seçdikləri insanların vasitəsi ilə iştirakçılıqdan ibarətdir. Təəssüflər olsun ki, hakimiyyətin yanlış siyasəti nəticəsində vətəndaşların siyasətdə geniş iştirakçılığının hər ikisinə ciddi məhdudiyyətlər mövcuddur. Vətəndaşların siyasi mənsubiyyətinə görə təqib olunması, siyasi partiyaların fəaliyyətinə süni maneələr, bu əsas siyasi hüququ sərbəst şəkildə ifadə etməyə imkan vermir. Həmçinin, bələdiyyə və parlamentə xalqın öz təmsilçilərini azad seçmək imkanı da əsasən əlindən alınıb. Hətta, ən sadə vətəndaş belə söhbət zamanı bu hüququnu sərbəst şəkildə həyata keçirmək imkanından məhrum olduğunu etiraf edir və seçkiyə inamı sarsılıb. Hakimiyyət bu siyasəti davam etdirməklə öz iqtidarının ömrünü uzatsa da, dövlətin gələcəyinə ağır zərbə vurur. İcra Aparatının rəhbəri Türkiyədə Twitter sosial şəbəkəsinə girişin müvəqqəti qapadılması və məhkəmə qərarından sonrakı vəziyyəti şərh edib. Twitter sosial şəbəkəsinə girişin müvəqqəti qapadılması geniş müzakirələrə və etirazlara səbəb oldu. Cəmiyyətin etirazları və məhkəmənin hökmü hökumətin bu qərarının dayandırılması ilə nəticələnəcək. Bu qərar uzun müddət qüvvədə qala bilməz. Hökumətlər nə qədər haqlı olsalar da sosial şəbəkələri qapatmaq kimi radikal addımlardan çəkinməli və daha çox bu istiqamətdə tənzimləyici normalar tətbiq etməlidir. Hər kəsə məlumdur ki, Türkiyədə yüzlərlə müstəqil telekanallar, radiolar, sərbəst toplaşma, birləşmə, ifadə azadlıqlarının tam geniş müstəvisi və sürətli internet, minlərlə saytlar, 34 milyon Facebook istifadəçisi var. Qardaş ölkədə demokratiyanın sərhədləri çox genişdir və sosial şəbəkələr informasiya alınması baxımından əsas yox, yardımçı vasitədir. Amma, bütün bunlara baxmayaraq, hətta Tvitterin müvəqqəti qapadılması da bu cəmiyyətdə böyük rezonans yaratdı. Azərbaycanda belə bir addımın atılması ehtimalını dəyərləndirən N. Məmmədli qeyd etdi ki, ölkəmizdə belə bir addımın atılmasını güman etmir. Türkiyə cəmiyyəti ilə Azərbaycanı müqayisə etmək mümkün deyil. Çünki bütün beynəlxalq hesabatlarda Azərbaycanda məhkəmələrin ali icra hakimiyyətindən asılılığı, ifadə, söz, mətbuat və siyasi azadlıqların olmadığı və ya çox məhdud olduğu qeyd edilib. Əhalinin asan çatacağı heç bir kütləvi informasiya vasitəsi olmadığı üçün, bizim ölkəmizdə sosial şəbəkələr ifadə azadlığının təmin olunması istiqamətində köməkçi deyil, əsas vasitədir. Hökumətin belə bir addım atması ehtimalı aşağıdır. Bu, ölkənin beynəlxalq imicini tam korlamaq və cəmiyyəti daha böyük fəlakətə sürükləmək olar. Hökumət məhdudiyyətlərlə deyil, tənzimləmələrlə sosial şəbəkələrin rolunun artırılmasına imkan yaratmalıdır. Başqalarını təhqir etmək üçün istifadəsi asan olan müstəvi cəmiyyətə yaxşı heç nə verə bilməz. Cəzasız qalacağına əmin olan məsuliyyətsiz insanların əlindəki nəzarətsiz "silah" dan açılan atəş hər kəsə toxuna bilər. Bu baxımdan sosial şəbəkələrdə azadlığın sərhədlərini aşanlara qarşı müəyyən çəkindirici addımların atılması faydalıdır. Hər kəs qəbul edir ki, sosial şəbəkələr antidemokratik cəmiyyətlərin demokratikləşməsinə, idarəetmədə şəffaflığa, insan hüquq və azadlığının qorunmasına mühüm töhfə verib. Bu imkandan cəmiyyətin maariflənməsi, problemlərin ictimailəşməsi və vətəndaşların özünü ifadəsi üçün istifadə edilməsinə çalışmaq lazımdır. İfadə azadlığını məhdudlaşdıran, onu özü üçün təhlükə görən rejimlər, sosial şəbəkələrdə rastlaşdığımız təhqirlərə istinad edərək, şərəf və ləyaqətin alçaldılmasını bəhanə gətirərək öz radikal addımlarına haqq qazandırmağa çalışırlar. Məncə, ifadə azadlığına ehtiyacı olan tərəflər sosial şəbəkələrdə daha diqqətli olmalı, heç kəsi təhqir etməməli və azadlıqlara qarşı dözümsüz olan hökumətlərə bəhanə verməməlidirlər”.
|
|
|
|
|
|
Putin SSRİ-ni bərpa edə biləcəkmi?
|
|
|
|
|
|
|
|
|
• İmişli və Cəlilabad rayonlarında yerləşən torpaq sahələri üçün hərrac keçiriləcək
Bu gün, 03:04 |
|
|
|
• “Dövlət bunu boş yerə etmir…” - BELƏ DAVAM EDƏRSƏ...
Bu gün, 02:59 |
|
|
|
• Niyə axı bizdə BƏLƏDİYYƏ SİSTEMİ uğur qazanmır? - ARAŞDIRMA
Bu gün, 01:42 |
|
|
|
• Müəllimlərin maaşı vergidən azad ediləcək? - AÇIQLAMA
Bu gün, 01:27 |
|
|
|
• Avropada müharibə kabusu: Azərbaycan hansı təhlükə ilə üz-üzə qalıb? - İNCƏLƏMƏ
Bu gün, 01:22 |
|
|
|
• 7 ildir dələduz işçilərə görə sığorta ödənişi edilmir - İLGİNC FAKT
Bu gün, 00:47 |
|
|
|
• Ermənistan “müharibə qovşağı”na çevrilir... - "Qərb regionda savaş lazımdır"
Bu gün, 00:37 |
|
|
|
• "Axı hakimiyyət bir tək Trampdan ibarət deyil..." - Ərəstun Oruclu ŞƏRH EDİR
Bu gün, 00:33 |
|
|
|
• "Sənətçilər aparıcıya tapşırır ki, təqdimatı yola ver"
Bu gün, 00:27 |
|
|
|
• Uşaqlar pul yığıb, sinfi qızdırır... - NAZİRİN NƏZƏRİNƏ...
Bu gün, 00:24 |
|
|
|
• Azərbaycan Ermənistandan 1 trilyon dollar təzminat tələb edir – Ermənistan rəsmisi açıqladı
Bu gün, 00:19 |
|
|
|
• Verdiyevin həbsi: Necə davranmaq lazımdır? - AKTUAL
Bu gün, 00:17 |
|
|
|
• Dünyanın ən yaxşı universitetləri - Siyahıda olmaq nə üçün vacibdir?
Dünən, 20:39 |
|
|
|
• Bakı ilə Vaşinqton arasında nələr razılaşdırıldı? - Əliyevin Trampa zənginin pərdəarxası
Dünən, 20:36 |
|
|
|
• Polşanın təklifi yaxşı nəticələr vəd etmir -Sanki bizi ATƏT-in Varşava qrupuna cəlb etmək istəyirlər
Dünən, 19:00 |
|
|
|
• MTK-ların qazanc yolu: Daha çox pul yığmaq üçün... - NƏ ETMƏLİ?
Dünən, 18:58 |
|
|
|
• Elcan Rəsulov yıxılıb başından zədə aldı
Dünən, 18:21 |
|
|
|
• Dövlət əleyhinə kampaniya aparan “Çaqqal” ləqəbli şəxs kimdir? - TƏFƏRRÜAT
Dünən, 18:17 |
|
|
|
• Orxan Xəyyama KÖMƏK İSTƏDİ: - “Adama 1000 manat qoysaq…”
Dünən, 18:15 |
|
|
|
• "Artırmaq əvəzinə, mövcud olan məktəbləri də azaltmaq təhsili məhv etməkdir" - ETİRAZ VAR...
Dünən, 18:13 |
|
|
|
• 1500 manata işçi axtaran "Agro-Vest Retail" MMC cərimənlədi
Dünən, 18:11 |
|
|
|
• Siyavuş Novruzov HAQLIDIR, AMMA... - sonuncu danışan NAZİRDİR...
Dünən, 18:09 |
|
|
|
• Rusiyanın 300 milyard dolları Ukraynaya verilə bilər
Dünən, 18:08 |
|
|
|
• Kremldən postsovet ölkələrinə hücum HƏDƏSİ
Dünən, 18:05 |
|
|
|
• Sabahdan Azərbaycanda YENİ SEÇKİLƏRƏ START VERİLƏCƏK - VAXTI BƏLLİ OLUR...
Dünən, 17:59 |
|
|
|
• Paşinyan “qızıl qayıdış”a başladı – Cəza tədbirləri görüləcək?
Dünən, 17:50 |
|
|
|
• Elşad Xose şəxsi həyatı haqda: - "Tam xoşbəxt deyiləm"
Dünən, 17:46 |
|
|
|
• 8 milyon manatlıq “Araznet Technologies” şirkəti “Aznet Technologies” ilə birləşir
Dünən, 17:42 |
|
|
|
• ABŞ-dən Azərbaycana biri 262 min manatdan 6 heykəl gətirilib - YE, MƏMMƏD, YE...
Dünən, 17:40 |
|
|
|
• “Nar” abunəçiləri üçün “İnternet Kredit” xidmətini təqdim edir - DİQQƏT
Dünən, 17:36 |
|
|
|
• 70 kq qızılla tutulan QƏHRƏMAN kimdir? - Elə faktlar ortaya çıxdı ki...
Dünən, 17:32 |
|
|
|
• Paşinyan Astanada keçiriləcək KTMT sammitində iştirak etməyəcək - Yuri Uşakov
Dünən, 17:29 |
|
|
|
• Bir neçə ay əvvəl tutulan narkobaron BAKI HƏBSXANASINDA ÖLDÜ
Dünən, 17:28 |
|
|
|
• “1500 məktəbin bağlanması ciddi problemlər yarada bilər” - İLGİNC DETALLAR
Dünən, 17:25 |
|
|
|
• Talibanın hökmranlıq etdiyi Əfqanıstanda həyat necədir? - Turistlər üçün məsləhət
Dünən, 16:22 |
|
|
|
• 51 seçki dairəsinin hüdudlarında dəyişiklik edilib - SİYAHI
Dünən, 16:20 |
|
|
|
• "Çalışmaq lazımdır ki, sənətlə yadda qalasan"
Dünən, 16:19 |
|
|
|
• NATO Xəzər dənizinə çıxış əldə etməyə çalışır - Bortnikov
Dünən, 16:15 |
|
|
|
• Emin Əmrullayevin kadrı Elm və Təhsil Nazirliyindən yüz minlik tender uddu - BU NƏDİ BELƏ?..
Dünən, 16:12 |
|
|
|
• NATO-ya üzv olmaq istəmirik... AMMA... - ŞƏRH
Dünən, 16:10 |
|
|
|
• Trampın qərarı Azərbaycana necə təsir edəcək? - İNCƏLƏMƏ
Dünən, 16:07 |
|
|
|
• Vətən müharibəsindən sonra Bakıda təkrarlandı – “Xüsusi əməliyyatın” mühüm detalları
Dünən, 16:05 |
|
|
|
• Bakı və İrəvan arasında sülh sazişi... – Gülər
Dünən, 16:03 |
|
|
|
• Xalq artisti Emin Ağalarov Bakıda klinika tikir
Dünən, 16:02 |
|
|
|
• Ən çox sığorta haqqı toplayan 6 ŞİRKƏT - SİYAHI
Dünən, 16:00 |
|
|
|
• “Oğurluq edib, adımıza ləkə gətirirlər”- Gövhər Həsənzadə kimləri hədəfə aldı? - VİDEO
Dünən, 15:57 |
|
|
|
• Milli Məclis gələn ilin dövlət büdcəsini I oxunuşda qəbul edib
Dünən, 15:54 |
|
|
|
• Danimarka gələn il Ukraynanın hərbi sənayesinə 1,4 milyard dollar ayıracaq
Dünən, 15:15 |
|
|
|
• Ağsaqqal və ağbirçəklər “TikTok” - da niyə oynayır? - Psixoloq səbəbləri açıqladı
Dünən, 15:13 |
|
|
|
• İldırımzadə ilə bağlı yarım milyonluq cinayət işi - TƏFƏRRÜAT
Dünən, 15:09 |
|
|
|
|