Müsavat başqanlığına iddialı Müsavat ilə AXCP-nin birləşməsini təklif edir
Tarix: 4-03-2014, 11:50 | Çap et
"Əgər başqan seçilərəmsə, Müsavat Partiyası ilə AXCP-nin birləşməsini təklif edəcəm". Bunu Trend-ə Müsavat Partiyası başqanının müşaviri, partiya başqanlığına namizədliyini irəli sürəcəyini bəyan edən Səxavət Əlisoy yeni başqan seçildikdən sonra Müsavat-AXCP münasibətləri barədə açıqlamasında deyib. S.Əlisoy qeyd edib ki, Müsavat Partiyası ilə AXCP arasında münasibətlər onun üçün hər zaman prioritet məsələ olub: "Yəni başqan seçilsəm də, seçilməsəm də, hər zaman prioritet kimi Müsavat Partiyası ilə AXCP-nin birləşməsini ortaya qoymuşam və uzun müddət bizim bununla bağlı fikir mübadilələrimiz olub. Başqan olduğum halda bu məsələ qəti şəkildə həll olunacaq". S.Əlisoy hesab edir ki, bu iki partiyanın yalnız birlikdə fəaliyyəti siyasi bəhrə verə bilər: "Ayrı-ayrılıqda fəaliyyət göstərdikləri halda yalnız çox kiçik, lokal zəfərlərdən söhbət gedə bilər". Başqan müşavirinin fikrincə, Azərbaycanda siyasətlə məşğul olan şəxslərin ən böyük çatışmayan cəhət ondan ibarətdir ki, onlar öz vəzifələrini əbədi bilirlər: "Siyasi partiyası, QHT-si, mətbuat qurumu olanlar elə hesab edirlər ki, bu təşkilatlar yalnız bunlar üçündür və bunu əldən vermək söhbəti yoxdur. Qarşıya qoyulan məqsədlərə çatmaq üçün müəyyən zaman kəsiyi var. Bu zaman kəsiyindən sonra mütləq aşağı düşmə başlayır. Siyasi partiya rəhbərləri də bunu anlamalıdırlar, qəbul etməlidirlər ki, siyasi partiya rəhbərliyi əbədi deyil". Onun sözlərinə görə, kimsə daha intellektual siyasət apararsa, təbii ki, digər partiyalar ondan arxa planda qalacaqlar: "Bu baxımdan, mən siyasi liderlərin lider kreslosunda əbədi oturmaq fikri ilə razı deyiləm. Siyasət aparmaq üçün heç də vacib deyil ki, hər hansı bir partiyanın sədri və ya sədr müavini olasan. Həmin partiyada öz fikirlərini daha dolğun çatdıra bilirsənsə və səni anlayırlarsa, orada vəzifənin o qədər də önəmi yoxdur. Əsas məsələ hədəfə doğru düzgün irəliləməkdən ibarətdir". S.Əlisoy AXCP-Müsavat birləşməsi olarsa, başqanlıqdan imtina etməyə hazır olduğunu bildirib: "Əgər AXCP ilə Müsavat Partiyası birləşsə və şərt qoysalar ki, mən o partiyada olmayım, bu, mənim üçün böyük söhbət deyil, mən o partiyada olmaram. Amma mən eyni şineldən çıxan adamların bəzilərinin təkəbbürü ucbatından ayrı-ayrı səngərlərdə qalmasını qəbuledilməz sayıram". Qeyd edək ki, mayın 24-də Müsavat Partiyasının qurultayının keçirilməsi planlaşdırılır. Qurultay zamanı partiya başqanlığına seçkilərin keçirilməsi nəzərdə tutulur. Hazırkı başqan İsa Qəmbər yenidən başqanlığa namizədliyini irəli sürməyəcəyini bəyan edib. Mətbuatda isə bəzi namizədlərin partiyadaxili qrup yaradaraq öz rəqiblərinə qarşı kampaniya aparmaları barədə məlumatlar yayılıb. Müsavat Partiyası Milli Şuradan istefa verdikdən sonra AXCP ilə münasibətlərində gərginlik yaranıb. Hətta AXCP yalnız Milli Şurada təmsil olunan təşkilatlar ilə əməkdaşlıq edəcəyini əsas gətirərək, Müsavat Partiyasının müttəfiqlik sazişi təklifindən imtina edib.
|
|
|
|
|
|
Putin SSRİ-ni bərpa edə biləcəkmi?
|
|
|
|
|
|
|
|
|
• Niyə axı bizdə BƏLƏDİYYƏ SİSTEMİ uğur qazanmır? - ARAŞDIRMA
Bu gün, 01:42 |
|
|
|
• Müəllimlərin maaşı vergidən azad ediləcək? - AÇIQLAMA
Bu gün, 01:27 |
|
|
|
• Avropada müharibə kabusu: Azərbaycan hansı təhlükə ilə üz-üzə qalıb? - İNCƏLƏMƏ
Bu gün, 01:22 |
|
|
|
• 7 ildir dələduz işçilərə görə sığorta ödənişi edilmir - İLGİNC FAKT
Bu gün, 00:47 |
|
|
|
• Ermənistan “müharibə qovşağı”na çevrilir... - "Qərb regionda savaş lazımdır"
Bu gün, 00:37 |
|
|
|
• "Axı hakimiyyət bir tək Trampdan ibarət deyil..." - Ərəstun Oruclu ŞƏRH EDİR
Bu gün, 00:33 |
|
|
|
• "Sənətçilər aparıcıya tapşırır ki, təqdimatı yola ver"
Bu gün, 00:27 |
|
|
|
• Uşaqlar pul yığıb, sinfi qızdırır... - NAZİRİN NƏZƏRİNƏ...
Bu gün, 00:24 |
|
|
|
• Azərbaycan Ermənistandan 1 trilyon dollar təzminat tələb edir – Ermənistan rəsmisi açıqladı
Bu gün, 00:19 |
|
|
|
• Verdiyevin həbsi: Necə davranmaq lazımdır? - AKTUAL
Bu gün, 00:17 |
|
|
|
• Dünyanın ən yaxşı universitetləri - Siyahıda olmaq nə üçün vacibdir?
Dünən, 20:39 |
|
|
|
• Bakı ilə Vaşinqton arasında nələr razılaşdırıldı? - Əliyevin Trampa zənginin pərdəarxası
Dünən, 20:36 |
|
|
|
• Polşanın təklifi yaxşı nəticələr vəd etmir -Sanki bizi ATƏT-in Varşava qrupuna cəlb etmək istəyirlər
Dünən, 19:00 |
|
|
|
• MTK-ların qazanc yolu: Daha çox pul yığmaq üçün... - NƏ ETMƏLİ?
Dünən, 18:58 |
|
|
|
• Elcan Rəsulov yıxılıb başından zədə aldı
Dünən, 18:21 |
|
|
|
• Dövlət əleyhinə kampaniya aparan “Çaqqal” ləqəbli şəxs kimdir? - TƏFƏRRÜAT
Dünən, 18:17 |
|
|
|
• Orxan Xəyyama KÖMƏK İSTƏDİ: - “Adama 1000 manat qoysaq…”
Dünən, 18:15 |
|
|
|
• "Artırmaq əvəzinə, mövcud olan məktəbləri də azaltmaq təhsili məhv etməkdir" - ETİRAZ VAR...
Dünən, 18:13 |
|
|
|
• 1500 manata işçi axtaran "Agro-Vest Retail" MMC cərimənlədi
Dünən, 18:11 |
|
|
|
• Siyavuş Novruzov HAQLIDIR, AMMA... - sonuncu danışan NAZİRDİR...
Dünən, 18:09 |
|
|
|
• Rusiyanın 300 milyard dolları Ukraynaya verilə bilər
Dünən, 18:08 |
|
|
|
• Kremldən postsovet ölkələrinə hücum HƏDƏSİ
Dünən, 18:05 |
|
|
|
• Sabahdan Azərbaycanda YENİ SEÇKİLƏRƏ START VERİLƏCƏK - VAXTI BƏLLİ OLUR...
Dünən, 17:59 |
|
|
|
• Paşinyan “qızıl qayıdış”a başladı – Cəza tədbirləri görüləcək?
Dünən, 17:50 |
|
|
|
• Elşad Xose şəxsi həyatı haqda: - "Tam xoşbəxt deyiləm"
Dünən, 17:46 |
|
|
|
• 8 milyon manatlıq “Araznet Technologies” şirkəti “Aznet Technologies” ilə birləşir
Dünən, 17:42 |
|
|
|
• ABŞ-dən Azərbaycana biri 262 min manatdan 6 heykəl gətirilib - YE, MƏMMƏD, YE...
Dünən, 17:40 |
|
|
|
• “Nar” abunəçiləri üçün “İnternet Kredit” xidmətini təqdim edir - DİQQƏT
Dünən, 17:36 |
|
|
|
• 70 kq qızılla tutulan QƏHRƏMAN kimdir? - Elə faktlar ortaya çıxdı ki...
Dünən, 17:32 |
|
|
|
• Paşinyan Astanada keçiriləcək KTMT sammitində iştirak etməyəcək - Yuri Uşakov
Dünən, 17:29 |
|
|
|
• Bir neçə ay əvvəl tutulan narkobaron BAKI HƏBSXANASINDA ÖLDÜ
Dünən, 17:28 |
|
|
|
• “1500 məktəbin bağlanması ciddi problemlər yarada bilər” - İLGİNC DETALLAR
Dünən, 17:25 |
|
|
|
• Talibanın hökmranlıq etdiyi Əfqanıstanda həyat necədir? - Turistlər üçün məsləhət
Dünən, 16:22 |
|
|
|
• 51 seçki dairəsinin hüdudlarında dəyişiklik edilib - SİYAHI
Dünən, 16:20 |
|
|
|
• "Çalışmaq lazımdır ki, sənətlə yadda qalasan"
Dünən, 16:19 |
|
|
|
• NATO Xəzər dənizinə çıxış əldə etməyə çalışır - Bortnikov
Dünən, 16:15 |
|
|
|
• Emin Əmrullayevin kadrı Elm və Təhsil Nazirliyindən yüz minlik tender uddu - BU NƏDİ BELƏ?..
Dünən, 16:12 |
|
|
|
• NATO-ya üzv olmaq istəmirik... AMMA... - ŞƏRH
Dünən, 16:10 |
|
|
|
• Trampın qərarı Azərbaycana necə təsir edəcək? - İNCƏLƏMƏ
Dünən, 16:07 |
|
|
|
• Vətən müharibəsindən sonra Bakıda təkrarlandı – “Xüsusi əməliyyatın” mühüm detalları
Dünən, 16:05 |
|
|
|
• Bakı və İrəvan arasında sülh sazişi... – Gülər
Dünən, 16:03 |
|
|
|
• Xalq artisti Emin Ağalarov Bakıda klinika tikir
Dünən, 16:02 |
|
|
|
• Ən çox sığorta haqqı toplayan 6 ŞİRKƏT - SİYAHI
Dünən, 16:00 |
|
|
|
• “Oğurluq edib, adımıza ləkə gətirirlər”- Gövhər Həsənzadə kimləri hədəfə aldı? - VİDEO
Dünən, 15:57 |
|
|
|
• Milli Məclis gələn ilin dövlət büdcəsini I oxunuşda qəbul edib
Dünən, 15:54 |
|
|
|
• Danimarka gələn il Ukraynanın hərbi sənayesinə 1,4 milyard dollar ayıracaq
Dünən, 15:15 |
|
|
|
• Ağsaqqal və ağbirçəklər “TikTok” - da niyə oynayır? - Psixoloq səbəbləri açıqladı
Dünən, 15:13 |
|
|
|
• İldırımzadə ilə bağlı yarım milyonluq cinayət işi - TƏFƏRRÜAT
Dünən, 15:09 |
|
|
|
• Xaricdən 68 qəpiyə alınan “qreçka”nı marketlər neçəyə satır? - SİYAHI
Dünən, 15:02 |
|
|
|
• Buldozerlə kürünən "Kubinka"... - "Özümüzü öldürmək həddinə çatmışıq"
Dünən, 14:59 |
|
|
|
|