“Biz hələ başqanlıqla bağlı məsələni müzakirə etmirik”
Tarix: 12-02-2014, 11:54 |
Çap et
“Biz hələ başqanlıqla bağlı məsələni müzakirə etmirik”. Bu fikri Hafta.az-a açıqlamasında Müsavat Partiyasının başqan müavini Gülağa Aslanlı deyib. O bildirir ki, başqanlığa namizədlərin siyahısı hələ məlum deyil:
“Biz qurultayın keçirilməsi üçün yerlə bağlı müraciət etmişik. Lazım olan yer bizə ayrıldıqdan sonra başqanlıq iddiasında olan şəxslər nizamnaməyə uyğun olaraq öz namizədliklərini irəli sürəcəklər. Bu zaman artıq kimlərin namizəd olmaq istəyi hamıya məlum olacaq. Hələ ki, bu barədə konkret siyahı bəlli deyil”.
Başqan müavini bildirir ki, partiyanın may ayında qurultay keçirməsi hələ dəqiq deyil:
“Biz öz müraciətimizdə konkret may ayında qurultay keçirəcəyimizi bildirməmişik. Bildirmişik ki, qurultayı may ayında keçirməyə israrlıyıq. Bu isə o deməkdir ki, əgər bizə tələb etdiyimiz yer ayrılsa, partiya qurultayını keçirəcək. Əgər hakimiyyət yenə də yer məsələsində əvvəlki kimi davranacaqsa, bu artıq başqa mövzu olacaq”.
“Tələb olunan yer verilməyənə qədər başqan dəyişilməyəcək? - sualına Gülağa Aslanlının cavabı belə oldu: “Demokratiyada çarələr tükənməz”.