Elçibəyin kürəkəni Müsavata üzv olmaq niyyətində deyil
Tarix: 6-02-2014, 10:54 |
Çap et
Milli Şuradan istefa verən Aqil Səmədbəylinin Müsavat Partiyasına üzv olacağı barədə xəbər yayıldı. Məsələ ilə bağlı Hafta.az-a açıqlama verən Aqil Səmədbəyli bildirdi ki, onun belə bir planı yoxdur:
“Mən bu günə qədər heç bir partiyanın üzvü olmamışam. Heç bu barədə düşünmürəm də. Azərbaycanda yaxın zamanlarda hansısa siyasi birliyə qoşulmaq kimi niyyətim yoxdur”.
AXCP-Müsavat davasına nə üçün əvvəlcədən deyil, sonda münasibət bildirməsini isə A.Səmədbəyli bu cür əsaslandırdı:
“Məmməd Əmin Rəsulzadənin 130 illik yubileyində hətta Cəmil Ünalın Bakıda olduğu dönəmdə belə bu partiyaların birləşə bilməməsi mənə çox pis təsir etdi. Buna görə də münasibətimi indi bildirdim”.
Qeyd edək ki, Aqil Səmədbəylinin Türkiyədə konkret siyasi fəaliyyəti olmasa da, aradabir bu sahə üzrə məşğul olur.