"Ukraynada baş verənləri Azərbaycanda təkrarlamaq istəyirlər"
Tarix: 29-01-2014, 13:51 |
Çap et
“Ukraynada baş verən prosesləri Azərbaycanda reallaşdirmaq istəyən qüvvələr var.”
Bunu SalamNews-a Vətəndaş və İnkişaf Partiyasının (VİP) sədr müavini Ramil Hüseynov deyib.
O bildirib ki, Ukraynada baş verən proseslər qlobal məsələlərdir: “Bu, beynəlxalq güclərin savaşıdır. Təbii ki, bunu Azərbaycanda təkrarlamaq istəyirlər. Azərbaycanda bu kimi vətəndaş qarşıdurmasının baş verməsinin əleyhinəyəm. İnqlab olan ölkələrə nəzər salsaq görərik ki, baş vermiş inqilablar heç də həmin millətlərin xoşbəxtliyinə gətirib çıxarmayıb. Bu kimi hallar əksər hallarda insanların bədbəxtçiliyinə gətirib çıxarı. Bu, müsəlman ölkələrində özünü daha qabarıq şəkildə göstərdi.”
-