Fazil Mustafa İlham Əliyevə müraciət etməyə hazırdır Tofiq Yaqublunun azadlığa buraxılması üçün
Tarix: 24-01-2014, 08:52 |
Çap et
DİA.AZ: - Deputat Fazil Mustafa hazırda həbsdə saxlanılan “Yeni Müsavat”ın əməkdaşı Tofiq Yaqublunun ailə üzvlərinin keçirdiyi ağır yol qəzasına reaksiya verib.
DİA.AZ bildirir ki, millət vəkili özünün “facebook” səhifəsində bununla bağlı status paylaşıb. Statusda deyilir:
“İsmayıllı hadisələrinə görə ittiham olunanlardan biri, "Müsavat" partiyasının başqan müavini, Qarabağ qazisi Tofiq Yaqublunun ailə üzvlərinin, müdafiəçisinin və sürücünün başına gələn qəza çox üzücüdür. Məncə Azərbaycan iqtidarı məhz bu anda humanist addım atmağa özündə cəsarət tapmalıdır. Məhkəmə Tofiq Yaqublu barədə həbs qəti-imkan tədbirini dəyişməlidir ki, heç olmazsa ağır əməliyyat keçirəcək xanımının yanında olub mənəvi dəstək verə bilsin.
Bunun üçün hansı müraciət forması ilə işin çözülməsi mümkündürsə, tərəfimdən hər bir addımı atmağa hazıram. Ağır durumda olan insanların faciəsinə bu qədər laqeyd yanaşmaq səlahiyyət sahibi olan hər kəsin üzərinə mənəvi məsuliyyət qoyur. İnsanların faciə yaşadığı anlarda heç olmazsa mərhəmətli olmağı bacarmaq lazımdır. Ümid edirəm ki, medianın da dəstəyi ilə bu məsələnin həllində müsbət nəticə əldə olunacaq. Bir daha yaralılara Allahdan şəfa diləyirəm”.