Aşıq Ələsgər irsi yaddaşlara əbədi həkk olunub .....                     “Nar” Beynəlxalq Jest Dili həftəsi çərçivəsində sağlamlıq imkanları məhdud şagirdlərlə görüşüb .....                     "Əgər bu sənətə qazanc gözü ilə baxsaydım..." .....                     Hamınız görürüsünüz, ya da görməzdən gəlirsiniz… .....                     Nazirliyin bu idarəsi vergi borcu olan şirkəti qalib edib? .....                     Kibercinayətkarlar BİZİ BELƏ SOYUR... .....                     Öz hərəkət zolağı olan avtobus YOLUNDAN ÇIXARSA... .....                     Ermənilər tarixi abidəmizin təmirinə pul ayırdılar .....                     Gəncədəki klinikanın rəhbərindən ETİRAZ .....                     Naxçıvanın KÖNTÖY MƏMURLARI .....                     Zibilliyə atılan NEMƏT... .....                     Mənsum İbrahimova qarşı saxtakarlıq .....                     Respublikaçılar Kiyevə qarşı: qəliz və ciddi vəziyyət .....                     İranın boyası soluxmuş QIRMIZI XƏTTİ... .....                     Ermənilərin Qarabağa kütləvi köçü mümkün deyil .....                     İcra başçısının yerinə gətiriləcəyi deyilən müavini DANIŞDI .....                     “Atamın mahnılarını oğurlayırlar, pis-yaxşı özüm oxuyacam” .....                     “Ərəb küçəsi”nin qəhrəmanı .....                     Maaş və pensiya artımı gözləntisi .....                     Prokurorluq orqanlarının yaranmasından .....                     Dünyanın nəhəng səhiyyə şirkəti Azərbaycan bazarına girir .....                     Bu şirkət tikinti-quraşdırma işlərindən 13 milyon manat .....                     İran "səssiz qaldı": .....                     “Məsələ bitib, sərhəd Göycə gölünün ortasından keçəcək” .....                     Pezeşkian Mişustinlə əməkdaşlığın genişləndirilməsi perspektivlərini müzakirə edib .....                     “Şapka Mamed”in agentliyi məhkəməlik oldu .....                     Tibb müəssisələri Nazirlər Kabinetinin qərarına məhəl qoymur .....                     İranın Zəngəzur planı: Özü nəzarət etmək istəyir... .....                     Ermənistanda revanşizm güclənir: .....                     Britaniyanın Azərbaycandakı mədən şirkəti “Anglo Asian”ın .....                     İsrail “Hizbullah” liderini necə məhv edə bildi? .....                     “Sizi dörd şeyə görə qısqanırlar” .....                     ABŞ seçkiləri “erməni faktoru”nu tam bitirəcək: .....                     Mərkəzi Bank "Xalq Sığorta"nın vəzifəli şəxsini cərimələyib .....                     Azərbaycan manatı üçün devalvasiya təhlükəsi yarana bilər .....                     Bəzi valideynlər evə sevgililərini gətirir, uşaqları isə .....                     Kəmaləddin Heydərovun ortağı məhkəməyə verildi .....                     “Azercell Telekom” yenə məhkəməyə verildi .....                     “Türkiyə bizim düşmənimiz deyil” .....                     “Votsapda görünməni dondurmaq haramdır”a ilahiyyatçıdan ETİRAZ .....                 

“Natəmiz sahibkarlar”ı ağır günlər gözləyir...” - deputat
Tarix: 14-04-2022, 11:12 | Çap et
“Natəmiz sahibkarlar”ı ağır günlər gözləyir...”
Aprelin 12-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin sədrliyi ilə bu ilin birinci rübünün yekunlarına həsr olunan müşavirə keçirilib.

Dia.az moderator.az-a istinadla millət vəkili Vahid Əhmədovun mövzu ilə bağlı fikirlərini təqdim edir:

-Vahid müəllim, Prezident İlham Əliyevin sədrliyi ilə bu ilin birinci rübünün yekunlarına həsr olunan müşavirədə bir çox vacib məqamlara toxunuldu ki, bunlardan da biri süni qiymət artımı ilə bağlıdır. Sizcə məlum müşavirənin süni qiymət artımına qarşı mübarizəyə real təsiri hansı səviyyədə olacaq?

-Hər şeydən öncə qeyd edim ki, Prezident İlham Əliyevin süni qiymət artımı ilə bağlı problemə diqqət çəkməsi, bu problemin səbəbləri ilə yanaşı, onun həlli yollarına toxunması ilk növbədə dövlət başçısının bu məsələ ilə bağlı prinsipial mövqeyindən xəbər verir. Süni qiymət artımı ilə bağlı Prezident İlham Əliyevin səsləndirdiyi fikirlər göstərir ki, dövlət başçısı belə bir problemin mövcudluğundan nəinki xəbərdardır, həm də onun yaranma səbəbləri, həlli yoları ilə bağlı aydın təsəvvürə malikdir.

Bildiyiniz kimi, müzakirələrdə qiymət artımına təsir göstərən amillərdən biri kimi beynəlxalq aləmdə baş verən proseslər, xüsusilə də Ukrayna-Rusiya müharibəsi qeyd edilsə də, dövlət başçısı bildirdi ki, bu məsələdə bəzi işbazların tamahkarlığı da mühüm rol oynayır. Təsadüfi deyil ki, cənab Prezident həmin şəxsləri “natəmiz sahibkarlar” adlandırdı və onların fəaliyyətinə nəzarət etməyin zəruriliyini qeyd etdi. Hesab edirəm ki, dövlət başçısının bu tapşırığından sonra əlaqədar dövlət qurumları süni qiymət artımına qarşı mübarizədə daha böyük aktivlik sərgiləyəcək, “natəmiz sahibkarlar”ın aşkar edilməsi və cəzalandırılması istiqamətində ciddi addımlar atacaqlar. Mövcud situasiyadan faydalanaraq süni qiymət artımına yol verən, insanların narazılığına səbəb olan həmin sahibkarlar da bundan nəticə çıxarmalıdılar. Bu baxımdan hesab edirəm ki, yaxın gələcəkdə süni qiymət artımına yol verən bəzi sahibkarların cəzalanacağına, onlarla bağlı ciddi ölçülər götürüləcəyinə şahid olacağıq. Prezidentin ortaya qoyduğu mövqe bu mübarizənin ciddiliyindən və prinsipiallığından xəbər verir.

-Vahid müəllim, müşavirədə Ukrayna-Rusiya qarşıdurması və bunun ərzaq qiymətlərinə təsirlərinə də toxunuldu. Sizcə qarşıdakı dönəmdə iki dövlət arasındakı müharibənin Azərbaycana mümkün təsirləri nədən ibarət ola bilər?

- Ukrayna və Rusiya arasındakı qarşıdurmanın ərzaq təchizatına, o cümlədən ərzaq məhsullarının qiymətinə təsir göstərdiyi müşavirədə qeyd edildi. Cənab Prezident haqlı olaraq qeyd etdi ki, Ukrayna-Rusiya müharibəsi dünyanın ən böyük taxıl ixracatçılarından olan bu ölkələrdə istehsal prosesinə də ciddi təsir göstərib. Dövlət başçısı bu təsirin yaxın gələcəkdə də davam edəcəyini bildirdi. Doğrudan da, iki dövlət arasında hərbi əməliyaytların davam etdiyini nəzərə alsaq, hələ bəlli bir müddət bu ölkələrin taxıl istesalı və ixracatındakı azalmanın davam edəcəyini söyləmək olar. Bundan başqa, müharibə başa çatandan sonra da, bu ixracatı qısa zamanda bərpa etmək mümkün olmayacaq. Çünki bu müharibə hər iki dövlətin iqtisadiyyatına böyük zərbə vurub. Odur ki, bu müharibənin nəticələrini aradan qaldırmaq xeyli vaxt və maliyyə vəsaiti tələb edəcək. Bu isə o deməkdir ki, taxıl məhsulları ilə bağlı dünyanın bir çox dövlətlərində özünü hiss edən qıtlıq da davam edəcək. Bu səbəbdən də dövlət başçısı qeyd etdi ki, Azərbaycan ərzağa, xüsusilə də taxıl məhsullarına olan tələbatı öz daxili imkanları hesabına ödəməyə daha çox diqqət yetirməli, bu istiqamətdəki fəaliyyəti daha da gücləndirməlidir.

-O zaman Qarabağ və digər torpaqlarımızda 50 min hektar sahədə ərzaq buğdasının əkilməsini, işğaldan azad edilən ərazilərdə kənd təsərrüfatı fəaliyyətinin gücləndirilməsi bu istiqmatdə atılan mühüm addımlardan biri kimi xarakterizə oluna bilərmi?

-Şübhəsiz. Bu faktın özü dövlətimizin ərzaq təhlükəsizliyinə nə qədər mühüm önəm verdiyini göstərir. Ancaq bu sahədə görülən işlərin daha da genişlənməsinə ciddi ehtiyac var. Bildiyiniz kimi, dövlət başçısı qeyd etdi ki, hazırda ərzaq buğdasına olan tələbatın yalnız 25%-ni daxili imkanlar hesabına ödənilir. Cənab Prezident bildirdi ki, bu rəqəm ən azı 70-75% səviyyəsinə qaldırılmalı, ərzaq buğdasından xarici asılılıq maksimum şəkildə aşağı salınmalıdır. Bu baxımdan işğaldan azad edilən ərazilərimizin böyük perspektivə malik olduğu birmənalıdır. Artıq mina və digər döyüş sursatlarından təmizlənən ərazilərin bir qismində əkin işləri həyata keçirilir ki, bu da bizə ərzaq buğdası, ümumilikdə taxıl təminatı baxımından daxili istehsalı artırmağa imkan verəcək. Iqlim şəraitinin imkan verdiyi ərazilərdə təkrar əkinlərin aparılması, məhsuldarlığın artırılması üçün əlavə tədbirlərin görülməsi və s. kimi tədbirlər də taxıl istehsalının artmasını stimullaşdıracaq addımlar sırasındadır.

Düşünürəm ki, yaxın gələcəkdə işğaldan azad edilən ərazilərdə ərzaq buğdasının əkilməsi prosesi genişlənəcək, bu torpaqların imkanlarından səmərəli istifadə hesabına daxili taxıl təminatında ciddi irəliləyişə nail olunacaq.

-Vahid müəllim, müşavirədə dövlətin sosial siyasətindən, xüsusilə də veteranlara, şəhid ailəlrinə, müharibə əlillərinə diqqət və qayğısından da ətraflı bəhs olundu. Bu kateqoriyadan olan vətəndaşlara xüsusi dövlət qayğısının mövcudluğu faktı həmin insanların sosial rifahının yaxşılaşmasına nə dərəcədə həlledici təsir göstərir?

-Mübağiləsiz demək olar ki, Azərbaycan dövləti bütün dünyada şəhid ailəlrinə, veteranlara, müharibə əlillərinə ən çox qayğı göstərən dövlətlərdən biri, bəlkə də birincisidir. Prezident İlham Əliyev məlum müşavirədə qeyd etdi ki, Azərbaycanda müharibə əlilləri və şəddi ailələri üçün inşa edilən mənzillərin sayı ilbəil artmaqdadır. Bu faktın özü dövlətin həssas kateqoriyadan olan vətəndaşlara oaln xüsusi qayğısından xəbər verir. Sözügedən kateqoriyadan olan 93 min şəxsə 103 min sosial ödənişin təyin olunması gerçəyi də həmin insanlara olan dövlət qayğısının bariz nümunəsidir. Təkcə cari ilin sonuna qədər şəhid ailələri və müharibə əlillərinə 1500 mənzilin verilməsi nəzərdə tutulub ki, bu da kifayət qədər böyük göstəricidir. Onu da qeyd edək ki, bütün bu addımlar Qarabağda geniş quruculuq prosesi ilə paralel şəkildə həyata keçirilməkdədir. Dövlət başçısı çıxışlarında bütün şəhid ailəlrinin mənzillə təmin ediləcəyini bildirib ki, bu da həmin ailələrin sosial rifahının əhəmiyyətli dərəcədə yaxşılaşmasına ciddi təsir göstərəcək.

-Sözügedən müşavirədə dövlət başçısının səsləndirdiyi fikirlərdən biri də orduda islahatların davam etdirilməsi, xüsusi təyinatlı və Komando dəstələrinin sayının artırılması ilə bağlıdır. Sizcə məlum islahlar Azərbaycan Ordusunun gələcəyinə, dövlətimizin təhlükəsizliyinə və müdafiə qabiliyyətinə nə vəd edir?

-Öncə qeyd edim ki, ordudakı islahatların bu müstəvidə genişləndirilməsi heç də təsadüfi deyil. Çünki 44 günlük Vətən müharibəsi göstərdi ki, Azərbaycan Silahlı Qüvvələrinə daxil olan bütün hərbi birləşmələr və qoşun növləri yüksək döyüş hazırlığına malikdir. Ancaq Azərbaycan Ordusunun xüsusi təyinatlılarının bu müharibədə sərgilədiyi döyüş əzmi, yüksək peşəkarlıq məxsusi olaraq qeyd edilməlidir. Çünki əksər stratejji yüksəkliklərin, o cümlədən Şuşa şəhərinin düşmən işğalından azad edilməsində xüsusi təyinatlılar qeyri-adi cəsarət və qəhrəmanlıq göstərdilər. Bu səbəbdən də müharibədən sonra meydana çıxan yeni reallıq xüsusi təyinatlıların, o cümlədən Komando birliklərinin sayının artırılmasını zəruri edir. Bu, dövlətimizin müdafiə və təhlükəsizliyinin daha etibarlı şəkildə təmin edilməsi, ölkəmizə qarşı mümkün təhdidlərin qarşısının operativ şəkildə alınması baxımından mühüm əhəmiyyətə malikdir. Hesab edirəm ki, ordudakı islahatlar Azərbaycan Silahlı Qüvvələrinin daha da güclənməsi, onun müdafiə qüdrətinin artırılmasına öz töhfəsini verəcək.

-Vahid müəllim, müşavirədə Fərrux dağının hərbi-iqtisadi əhəmiyyəti, Ermənistanın Azərbaycana qarşı ekoloji terror siyasəti, işğaldan azad edilən ərazilərin su təchizatı kimi məsələlərə də toxunuldu. Sizcə həm Ermənistanın törətdiyi ekoloji terrorun nəticələrinin aradan qaldırılması, həm də məcburi köçkünlərin bu ərazilərə qayıdışının təmin edilməsi baxımından yuxarıda sadalanan məsələlərə kompleks yanaşma nə dərəcədə önəmlidir?

-Təbii ki, bütün bunlar bir-biri ilə bağlı olan məsələlərdir və bu səbəbdən də onlara kompleks yanaşmaq lazımdır. Reallıq bundan ibarətdir ki, Ermənistan hər zaman bizə qarşı ekoloji terrordan geniş istifadə edib. Yay aylarında, suya tələbatın artdığı dövrdə işğalda saxladığı ərazilərdən keçən çayların qarşısını kəsən, Azərbaycan üçün süni su qıtlığı yaradan Ermənistan, qışda çayların qarşısınakı bəndləri qaldırır, bütöv ərazilərin su altında qalmasına səbəb olurdu. Su infrastrukturunun dağıdılması, sıradan çıxarılması, ərazilərin səhralaşdırılması da erməni faşizminin ekoloji terror siyasətində mühüm yer tutan vasitələr idi. Cənab Prezidentin də vurğuladığı kimi, ermənilər Şuşadan qaçarkən su kəmərini partlatmış, şəhərdəki bütün bulaqları sıradan çıxarmışdılar. Bu gün dövlətimiz həmin su mənbələrini yenidən bərpa edir, su infrastrukturunu yenidən qurur.

İşğaldan azad edilən ərazilərdə çoxlu sayda su anbarlarının inşası nəzərdə tutulur ki, bu da həm əhalinin içməli su ilə təminatı, həm də min hektarlarla ərazinin suvarılması baxımından olduqca önəmlidir. Fərrux dağı və digər strateji yüksəkliklərin Azərbaycanın nəzarəti altına keçməsi yaşayış məntəqələri ilə yanaşı, su mənbələrinin də təhlükəsizliyinin təmin edilməsi deməkdir. Bu baxımdan, Fərrux dağı və ətraf yüksəkliklərin ordumuzun nəzarətində olmasının hərbi əhəmiyyəti ilə yanaşı, iqtisadi əhəmiyyəti də böyükdür.

Hesab edirəm ki, işğaldan azad edilən ərazilərdə su infrastrukturunun yenidən qurulması bu ərazilərdə kənd təəsrrüfatının inkişafı üçün geniş perspektiv açacaq, həmin torpaqlardan maksimum istifadə üçün zəmin formalaşdırcaqdır. Lakin bu proses erməni faşizminin, onun ekoloji cinayətlərinin beynəlxalq müstəvidə ifşası ilə paralel şəkildə həyata keçirilməlidir. Ermənistan xalqımıza qarşı törətdiyi bütün cinayətlərə, o cümlədən ekoloji cinayətlərə görə cavab verməli, öz layiqli cəzasını almalıdır və alacaqdır da.









 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?
Yox
Bu yolda Rusiyanın ağzı ovulacaq

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
Aşıq Ələsgər irsi yaddaşlara əbədi həkk olunub - İsrafil Kərimovun yazısı
Bu gün, 08:54
“Nar” Beynəlxalq Jest Dili həftəsi çərçivəsində sağlamlıq imkanları məhdud şagirdlərlə görüşüb
Bu gün, 08:50
"Əgər bu sənətə qazanc gözü ilə baxsaydım..." - VİDEO
Bu gün, 07:33
Hamınız görürüsünüz, ya da görməzdən gəlirsiniz… - AXI NİYƏ?..
Bu gün, 07:29
Nazirliyin bu idarəsi vergi borcu olan şirkəti qalib edib? - BU NƏDİ BELƏ?
Bu gün, 07:27
Kibercinayətkarlar BİZİ BELƏ SOYUR... - DİQQƏT
Bu gün, 07:22
Öz hərəkət zolağı olan avtobus YOLUNDAN ÇIXARSA... - AÇIQLAMA
Bu gün, 07:19
Ermənilər tarixi abidəmizin təmirinə pul ayırdılar
Bu gün, 07:05
Gəncədəki klinikanın rəhbərindən ETİRAZ - "Həqiqəti əks etdirməyən məlumatlara görə..."
Bu gün, 07:02
Naxçıvanın KÖNTÖY MƏMURLARI - vətəndaşı ÇİLƏDƏN ÇIXARIB...
Bu gün, 06:57
Zibilliyə atılan NEMƏT... - Qarşısını ala bilməyəcəyik...
Bu gün, 06:52
Mənsum İbrahimova qarşı saxtakarlıq - FOTO
Bu gün, 06:48
Respublikaçılar Kiyevə qarşı: qəliz və ciddi vəziyyət - GƏLİŞMƏ
Bu gün, 01:09
İranın boyası soluxmuş QIRMIZI XƏTTİ... - NƏLƏR OLUR, AY TEHRAN?..
Bu gün, 01:07
Ermənilərin Qarabağa kütləvi köçü mümkün deyil - ÇÜNKİ...
Bu gün, 01:04
İcra başçısının yerinə gətiriləcəyi deyilən müavini DANIŞDI -"İclasdayam"
Bu gün, 00:50
“Atamın mahnılarını oğurlayırlar, pis-yaxşı özüm oxuyacam”
Bu gün, 00:46
“Ərəb küçəsi”nin qəhrəmanı – Həsən Nəsrullah kim idi?
Bu gün, 00:41
Maaş və pensiya artımı gözləntisi - “Söhbət elə bir məbləğdən gedir ki...”
Bu gün, 00:38
Prokurorluq orqanlarının yaranmasından 106 il ötür
Bu gün, 00:35
Dünyanın nəhəng səhiyyə şirkəti Azərbaycan bazarına girir
Bu gün, 00:05
Bu şirkət tikinti-quraşdırma işlərindən 13 milyon manat - QAZANC GÖTÜRƏCƏK
Bu gün, 00:02
İran "səssiz qaldı": - Hakimiyyət ən çox nədən qorxur?
Dünən, 19:02
“Məsələ bitib, sərhəd Göycə gölünün ortasından keçəcək” - GƏLİŞMƏ
Dünən, 19:00
Pezeşkian Mişustinlə əməkdaşlığın genişləndirilməsi perspektivlərini müzakirə edib
Dünən, 18:24
“Şapka Mamed”in agentliyi məhkəməlik oldu
Dünən, 18:21
Tibb müəssisələri Nazirlər Kabinetinin qərarına məhəl qoymur - NARAZILIQ VAR...
Dünən, 18:15
İranın Zəngəzur planı: Özü nəzarət etmək istəyir... - Kritik gəlişmə
Dünən, 18:07
Ermənistanda revanşizm güclənir: -Çağırış edildi
Dünən, 18:00
Britaniyanın Azərbaycandakı mədən şirkəti “Anglo Asian”ın səhmdarlarında dəyişiklik olub
Dünən, 17:58
İsrail “Hizbullah” liderini necə məhv edə bildi? –Təfərrüatlar AÇIQLANDI
Dünən, 17:43
“Sizi dörd şeyə görə qısqanırlar”
Dünən, 17:39
ABŞ seçkiləri “erməni faktoru”nu tam bitirəcək: - Ağ Evə Ermənistan daha lazım olmayacaq
Dünən, 17:37
Mərkəzi Bank "Xalq Sığorta"nın vəzifəli şəxsini cərimələyib
Dünən, 17:34
Azərbaycan manatı üçün devalvasiya təhlükəsi yarana bilər - Neftin qiyməti kəskin düşərsə...
Dünən, 17:33
Bəzi valideynlər evə sevgililərini gətirir, uşaqları isə ŞAHİDİ OLUR
Dünən, 17:30
Kəmaləddin Heydərovun ortağı məhkəməyə verildi - TƏFƏRRÜAT
Dünən, 17:27
“Azercell Telekom” yenə məhkəməyə verildi
Dünən, 17:24
“Türkiyə bizim düşmənimiz deyil” - Erməni deputat
Dünən, 17:00
“Votsapda görünməni dondurmaq haramdır”a ilahiyyatçıdan ETİRAZ - “TikTok”da din söhbətləri
Dünən, 16:59
Anar Bayramovla işçisi arasında qalmaqal – Yenidən məhkəmə başlayır
Dünən, 16:57
Sənədsiz evlərə “kupça” verilməsinin “yolu açıldı” - AKTUAL
Dünən, 16:57
Heydər Əsədovun səlahiyyətlərini kim icra edir?
Dünən, 16:52
İsrail bu həftə Livanda yerüstü əməliyyatlara başlayacaq - - “The Wall Street Journal”
Dünən, 16:44
İrandan Ermənistana daha bir jest: - İlk dəfə olaraq...
Dünən, 16:43
Yaxın Şərq böhranı: - Prosses üçüncü dünya müharibəsinə aparır
Dünən, 16:40
İran böyük müharibəyə başlayır? – “Nəsrullah uğrunda!”
Dünən, 16:37
İcra Hakimiyyəti üç sanitar qovşağı 175 min manata inşa etdirəcək
Dünən, 16:35
Bu deputatlar mandatlarından məhrum edilə bilərlər - ADLAR
Dünən, 16:30
Sosial şəbəkələrdə investisiya, yatırım adı altında dələduzluq edən şəxs saxlanılıb
Dünən, 16:27
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : [email protected]
Designed by Daraaz.net
�������@Mail.ru