"Məhbuslar siyasi kateqoriya baxımından bölünürsə, bu, hüquqi meyar deyil" - deputat
Tarix: 4-11-2021, 10:57 | Çap et
Milli Məclisdə Zəfər Günü ilə bağlı Amnistiya Aktı hazırlanıb. Layihə Milli Məclisin 5 noyabrda keçirilən iclasında müzakirəyə çıxarılacaq. Akt böyük ölçüdə qəbul olunacaq.
Amnistiya Aktı ölkədə nələri dəyişdirəcək? Hazırda əsas sual budur.
Əslində aktın kimlərə şamil olunacağı sənəddən bəllidir: daha çox müharibə iştirakçıları və onların yaxın qohumları, yaşı 60-dan çox olan şəxslərə şamil olunacaq.
Bəs məşhur dustaqlardan kimlər bunun təsiri altına düşəcək? Sabiq MTN-çilər, dindarlar, OMON-çular, müxalifətçilər - bunlardan hansı göstərilən amnistiya kriteriyalarına cavab verir?
Qeyd edək ki, bəzi müxalifətçilər, aktivistlər bu layihəni gözdən salmağa çalışırlar. Amnistiyanın “qızıl” olmadığını deyirlər. Azərbaycanda siyasi quruluşu dəyişdirməyə çağıran, İranın agentura şəbəkəsinin üzvü olan şəxsləri müdafiə etməklə və onlara siyasi məhbus emblemi yapışdırmaqla məşğuldurlar.
Milli Məclisin İnsan hüquqları komitəsinin sədri, Sosial Tədqiqatlar Mərkəzinin rəhbəri, Əfv Komissiyasının üzvü Zahid Oruc Amnistiya Aktı barədə müzakirələri “Yeni Müsavat”da bu cür şərh etdi: “Komitədə bu məsələ müzakirə olunarkən hamı tərəfindən vurğulanan ən mühüm tezis haqlı olaraq ondan ibarət idi ki, bu, Azərbaycanın müstəqillik tarixində bənzəri olmayan böyük Zəfər aktıdır. İndiyə qədərki dövrdə 11 dəfə həyata keçirilmiş amnistiya aktından bu akt tamam fərqlənir. Öncəliklə çox önəmli bir tarixçəyə malikdir. Doğrudur, hər bir amnistiya aktı çox mühüm olub, bu qərarlar nəticəsində çoxlu sayda insanlar azadlığına qovuşub. Bir sözlə, on minlərlə insan bu aktlardan faydalanıb. Eyni zamanda dövlətlə vətəndaş arasındakı münasibətlərə bu çox müsbət təsir edib, humanizm duyğularını gücləndirib. Hazırkı dövrdə isə ən mühüm məsələ bunun qalib bir dövlət, lider tərəfindən həyata keçirilməsidir. İki ay idi ki, müvafiq qurumların nümayəndələri bu akt üzərində işləyirdilər. Bu səbəbdən zəfərimizin nəticəsi olaraq, azadlıqdan məhrum edilmiş müəyyən kateqoriyanın insanları barədə belə bir akt cənab Prezidentin təşəbbüsü ilə irəli sürülüb. Bunu doğuran səbəblər çoxdur. Bu ilin fevral ayında başlayan müzakirələr nəhayət martın 18-də əfv qərarı ilə müşayiət olunmuşdu. Bir il tamam olmamış indi də belə bir addımın atılması ayrıca vurğulanmalı cəhətdir. Mətbuatda yayılan sənəddə bu aktın kimlərə şamil olunacağı vurğulanıb. İctimai təhlükəli olmayan əməllər üzrə cinayət törətmiş şəxslərə şamil ediləcək. Cəzaların qalma müddətinə də diqqət ayrılır. Müharibəyə birbaşa bağlı olan şəxslər də, onların yaxınları da burada nəzərdə tutulur. Bərdə, Gəncə və Tərtərə atılan raket nəticəsində ya şəhid olmuş, ya da sağlamlığından məhrum olmuş insanlar da burada diqqətdən kənarda qalmayıb. Burada da bəllidir ki, hansı kateqoriyadan olanlar nəzərdə tutulur. Ağır cinayətlər, dövlət əleyhinə aid olan cinayətlər burada nəzərdə tutula bilməz. Ağır cinayət törədən şəxslər əfv və amnistiya yolu ilə qısa zamanda azadlığa çıxarsa, bu siyasi, ictimai, kriminal mühitə müsbət təsir edə bilməz. Amnistiyanın bir hissəsi də onun icrası ilə bağlıdır. Onun icrası 4 aya yaxın zaman çəkəcək. Bu da başadüşüləndir. Çünki həmin insanların dairəsini müəyyən etmək bir müddət zaman alacaq. Amma müəyyən olunub ki, bu akt 16 min məhbusu əhatə edəcək. Əhalinin sayına görə məhbusların olduğu ölkələr sırasında 56-cı yerdəyik. Əslində bu, yaxşı göstərici sayılır. Bu fikirlərimi də deməyi borc bilirəm. Bilirsiniz ki, bir neçə ay bundan öncə qəhrəman döyüşçülərimizdən birinin 2020-ci ilin əvvəllərində həyatında etdiyi müəyyən bir əməl, cinayət məsuliyyəti yaradan bir səhv nəticəsində Vətən müharibəsindən sonra onun haqqında proseslər yaşanmağa başladı. Hüququ izahat zamanı bu məsələ media məkanına çıxdı. Məsələ cinayət törətmiş şəxsə qarşı deyil, o hadisəni xatırlatmaq istəmirəm, çünki döyüşçülərimizlə bağlı ancaq müsbət danışmalıyıq-qaziyə, döyüşçümüzə qarşı məhkəmə müstəvisi kimi forma aldı. Sosial şəbəkələrdən, media məkanından heç də ictimaiyyətə müsbət siqnallar getmədi. Bu, özü-özlüyündə ordu əleyhinə də təşviqata çevrildi. Məkrli dairələr bundan yararlanmağa çalışdılar. Dövlətin qalibiyyətimizin bir illiyində belə bir addım atması hər kəs tərəfindən müsbət qəbul edilir. Ümidvarıq ki, noyabrın 5-də ”Amnistiya aktı" qəbul ediləcək. Bundan sonra Zəfər bayramımızdan öncədən onun icrasına başlanılacaq".
Deputat bəzi aktivistlərin, müxalif fəalların, bir sıra partiya funksionerlərinin bu aktın “qızıl” olmadığı barədə dediklərinə də cavab verdi: “Məhbuslar siyasi kateqoriya baxımından bölünürsə, bu, hüquqi meyar deyil. Yaxşı bilirik ki, hər hansı bir cinayət törətmiş şəxs partiya vəsiqəsi daşıyırsa, o, daha çox himayə olunur, xarici dairələrin bu məsələ daimi gündəmini təşkil edir. Əksər hallarda bu, dövlət əleyhinə bir təzyiq alətinə çevrilir. Belə məsələlərdən istifadə etməyə çalışan məlum qüvvələrdən hökmən soruşmaq lazımdır ki, azadlığa çıxan minlərlə insanın doğrudan da haqları, həyatı, vətəndaş azadlığı, konstitusion hüquqları onlar üçün heçdir? Məhbusları fərqləndirəndə doğrudan da anlamırlar ki, insanların üzərinə bu formada getmək olmaz? Şükürlər olsun ki, müxalif qüvvələrin əfv vermək, yaxud amnistiya aktı qəbul etmək səlahiyyətləri yoxdur. Onlar kimdirlər ki, kimin günahsız, yaxud günahkar olduğunu müəyyən etsinlər? Ədalət birtərəfli tələb oluna bilməz. Amnistiya kateqoriyalarına düşənlər arasında müxalifətçilər olacaqsa, onlar da azad ediləcəklər. Zatən kimləri əhatə edəcəyi məlumdur. Amnistiya hüquqi maddələrə söykənir. Məgər bu maddələr iqtidar və müxalifət arasında bölünüb? Kim uyğun gələcəksə, azadlığını gözləsin, hökmən azad olunacaq”.
|
|
|
|
|
|
Putin SSRİ-ni bərpa edə biləcəkmi?
|
|
|
|
|
|
|
|
|
• Niyə axı bizdə BƏLƏDİYYƏ SİSTEMİ uğur qazanmır? - ARAŞDIRMA
Bu gün, 01:42 |
|
|
|
• Müəllimlərin maaşı vergidən azad ediləcək? - AÇIQLAMA
Bu gün, 01:27 |
|
|
|
• Avropada müharibə kabusu: Azərbaycan hansı təhlükə ilə üz-üzə qalıb? - İNCƏLƏMƏ
Bu gün, 01:22 |
|
|
|
• 7 ildir dələduz işçilərə görə sığorta ödənişi edilmir - İLGİNC FAKT
Bu gün, 00:47 |
|
|
|
• Ermənistan “müharibə qovşağı”na çevrilir... - "Qərb regionda savaş lazımdır"
Bu gün, 00:37 |
|
|
|
• "Axı hakimiyyət bir tək Trampdan ibarət deyil..." - Ərəstun Oruclu ŞƏRH EDİR
Bu gün, 00:33 |
|
|
|
• "Sənətçilər aparıcıya tapşırır ki, təqdimatı yola ver"
Bu gün, 00:27 |
|
|
|
• Uşaqlar pul yığıb, sinfi qızdırır... - NAZİRİN NƏZƏRİNƏ...
Bu gün, 00:24 |
|
|
|
• Azərbaycan Ermənistandan 1 trilyon dollar təzminat tələb edir – Ermənistan rəsmisi açıqladı
Bu gün, 00:19 |
|
|
|
• Verdiyevin həbsi: Necə davranmaq lazımdır? - AKTUAL
Bu gün, 00:17 |
|
|
|
• Dünyanın ən yaxşı universitetləri - Siyahıda olmaq nə üçün vacibdir?
Dünən, 20:39 |
|
|
|
• Bakı ilə Vaşinqton arasında nələr razılaşdırıldı? - Əliyevin Trampa zənginin pərdəarxası
Dünən, 20:36 |
|
|
|
• Polşanın təklifi yaxşı nəticələr vəd etmir -Sanki bizi ATƏT-in Varşava qrupuna cəlb etmək istəyirlər
Dünən, 19:00 |
|
|
|
• MTK-ların qazanc yolu: Daha çox pul yığmaq üçün... - NƏ ETMƏLİ?
Dünən, 18:58 |
|
|
|
• Elcan Rəsulov yıxılıb başından zədə aldı
Dünən, 18:21 |
|
|
|
• Dövlət əleyhinə kampaniya aparan “Çaqqal” ləqəbli şəxs kimdir? - TƏFƏRRÜAT
Dünən, 18:17 |
|
|
|
• Orxan Xəyyama KÖMƏK İSTƏDİ: - “Adama 1000 manat qoysaq…”
Dünən, 18:15 |
|
|
|
• "Artırmaq əvəzinə, mövcud olan məktəbləri də azaltmaq təhsili məhv etməkdir" - ETİRAZ VAR...
Dünən, 18:13 |
|
|
|
• 1500 manata işçi axtaran "Agro-Vest Retail" MMC cərimənlədi
Dünən, 18:11 |
|
|
|
• Siyavuş Novruzov HAQLIDIR, AMMA... - sonuncu danışan NAZİRDİR...
Dünən, 18:09 |
|
|
|
• Rusiyanın 300 milyard dolları Ukraynaya verilə bilər
Dünən, 18:08 |
|
|
|
• Kremldən postsovet ölkələrinə hücum HƏDƏSİ
Dünən, 18:05 |
|
|
|
• Sabahdan Azərbaycanda YENİ SEÇKİLƏRƏ START VERİLƏCƏK - VAXTI BƏLLİ OLUR...
Dünən, 17:59 |
|
|
|
• Paşinyan “qızıl qayıdış”a başladı – Cəza tədbirləri görüləcək?
Dünən, 17:50 |
|
|
|
• Elşad Xose şəxsi həyatı haqda: - "Tam xoşbəxt deyiləm"
Dünən, 17:46 |
|
|
|
• 8 milyon manatlıq “Araznet Technologies” şirkəti “Aznet Technologies” ilə birləşir
Dünən, 17:42 |
|
|
|
• ABŞ-dən Azərbaycana biri 262 min manatdan 6 heykəl gətirilib - YE, MƏMMƏD, YE...
Dünən, 17:40 |
|
|
|
• “Nar” abunəçiləri üçün “İnternet Kredit” xidmətini təqdim edir - DİQQƏT
Dünən, 17:36 |
|
|
|
• 70 kq qızılla tutulan QƏHRƏMAN kimdir? - Elə faktlar ortaya çıxdı ki...
Dünən, 17:32 |
|
|
|
• Paşinyan Astanada keçiriləcək KTMT sammitində iştirak etməyəcək - Yuri Uşakov
Dünən, 17:29 |
|
|
|
• Bir neçə ay əvvəl tutulan narkobaron BAKI HƏBSXANASINDA ÖLDÜ
Dünən, 17:28 |
|
|
|
• “1500 məktəbin bağlanması ciddi problemlər yarada bilər” - İLGİNC DETALLAR
Dünən, 17:25 |
|
|
|
• Talibanın hökmranlıq etdiyi Əfqanıstanda həyat necədir? - Turistlər üçün məsləhət
Dünən, 16:22 |
|
|
|
• 51 seçki dairəsinin hüdudlarında dəyişiklik edilib - SİYAHI
Dünən, 16:20 |
|
|
|
• "Çalışmaq lazımdır ki, sənətlə yadda qalasan"
Dünən, 16:19 |
|
|
|
• NATO Xəzər dənizinə çıxış əldə etməyə çalışır - Bortnikov
Dünən, 16:15 |
|
|
|
• Emin Əmrullayevin kadrı Elm və Təhsil Nazirliyindən yüz minlik tender uddu - BU NƏDİ BELƏ?..
Dünən, 16:12 |
|
|
|
• NATO-ya üzv olmaq istəmirik... AMMA... - ŞƏRH
Dünən, 16:10 |
|
|
|
• Trampın qərarı Azərbaycana necə təsir edəcək? - İNCƏLƏMƏ
Dünən, 16:07 |
|
|
|
• Vətən müharibəsindən sonra Bakıda təkrarlandı – “Xüsusi əməliyyatın” mühüm detalları
Dünən, 16:05 |
|
|
|
• Bakı və İrəvan arasında sülh sazişi... – Gülər
Dünən, 16:03 |
|
|
|
• Xalq artisti Emin Ağalarov Bakıda klinika tikir
Dünən, 16:02 |
|
|
|
• Ən çox sığorta haqqı toplayan 6 ŞİRKƏT - SİYAHI
Dünən, 16:00 |
|
|
|
• “Oğurluq edib, adımıza ləkə gətirirlər”- Gövhər Həsənzadə kimləri hədəfə aldı? - VİDEO
Dünən, 15:57 |
|
|
|
• Milli Məclis gələn ilin dövlət büdcəsini I oxunuşda qəbul edib
Dünən, 15:54 |
|
|
|
• Danimarka gələn il Ukraynanın hərbi sənayesinə 1,4 milyard dollar ayıracaq
Dünən, 15:15 |
|
|
|
• Ağsaqqal və ağbirçəklər “TikTok” - da niyə oynayır? - Psixoloq səbəbləri açıqladı
Dünən, 15:13 |
|
|
|
• İldırımzadə ilə bağlı yarım milyonluq cinayət işi - TƏFƏRRÜAT
Dünən, 15:09 |
|
|
|
• Xaricdən 68 qəpiyə alınan “qreçka”nı marketlər neçəyə satır? - SİYAHI
Dünən, 15:02 |
|
|
|
• Buldozerlə kürünən "Kubinka"... - "Özümüzü öldürmək həddinə çatmışıq"
Dünən, 14:59 |
|
|
|
|