“Bu qədər troll ordusu hardan yaranıb?” - ETİRAZ
Tarix: 1-11-2021, 11:00 | Çap et
Uzun zamandır ki, insanlar virtual həyatlarını sosial şəbəkələrdə yaşayırlar. Burada problemlərini, sevinclərini bölüşür, hansısa məsələni müzakirə edir və hətta rəsmi qurumlara elə buradanca müraciət ünvanlayırlar. İstifadəçilərin bir çoxu son illər sosial şəbəkələrdə bayağılaşmadan şikayət edirlər. İndi artıq insanların qarşı tərəfin fikrinə hörmət etməkdə çətinlik çəkdiyini, başqalarını anlamaq, düşüncələrinə hörmət etmək istədiklərini bildirirlər.
Modern.az cəmiyyətin aktiv sosial şəbəkə istifadəçilərindən olan tanınmışlara müraciət edib.
Deputat Fazil Mustafa, Əməkdar jurnalist Qulu Məhərrəmli və jurnalist-bloger Əzizə İsmayılovanın məsələ ilə bağlı fikirlərini təqdim edirik.
“Sosial şəbəkədən ağıllı istifadə edə bilmirik”
Deputat Fazil Mustafa düşünür ki, sosial şəbəkələri bu günə salan əslində cəmiyyətimizdə olan savadsızlıq və laqeydlilikdir:
“Çünki insanlar hər hansı şəkildə elmi, intelektual bilgi qaynağına sahib olmalıdırlar ki, cəmiyyətiçi müzakirələrə qatılanda bundan istifadə edə bilsinlər. Amma çox təəssüf ki, bir sıra proseslərə dəb kimi yanaşırlar. Xeyli sayda insanların səhifələrinə baxanda anlamlı paylaşım görmürük. Hamıya irad bildirən, lağ-lağı edən bir xarakter sahibi ilə qarşılaşırıq. Bu adamlar sanki bəlli bir əxlaqın “qoruyucu”ları, bəzən onun təbliğatçılarıdılar. Sanki hamıya çəki-düzən vermək bunlara tapşırılıb. Belə bir anlayışla da insanları əsas mövzulardan yayındırırlar. Müəyyən yazı, aktual mövzunu paylaşanda, onunla bağlı bir fikri cəmiyyətə çatdırırsan ki, müzakirə olunsun. Baxırsan ki, hamı mövzunu necə əhəmiyyətsizləşdirək, necə yayınaq deyə, mövqe sərgiləyir. 10-15 ağıllı adam mahiyyəti anlayır, mövzudan kənara çıxmadan normal bir müzakirə aparılmasına maraq göstərir. Amma digərləri məsələyə başqa düşüncə ilə yanaşır. Həddən artıq siyasiləşmiş seqmentin bura daxil olması, digər tərəfdən sosial narazı şəxslərin yer alması, bəzən öz problemlərini bura daşıma məqsədi güdür”.
“Çoxu lağ-lağıdan həzz alır”
F. Mustafa həmçinin sovet dövründə kitabxanadan, elmi müəssələrdən, universitetlərdən, təhsildən ağıllı istifadə edə bilmədiyimizi, nə qədər boşluq buraxıldığını və bunun eynilə sosial şəbəkəyə də aid olduğunu qeyd edib:
“Bura da bir nemətdir. Müzakirə, çevik bir diskusiya platformasıdır. Bundan sanki imtina etmiş vəziyyətdəyik. Bir çox adamlar da abrını qorumaq üçün sosial şəbəkələrdən gedirlər. Amma bunsuz da olmur. Çünki müəyyən dərəcədə komunikasiya vaistələri kimi əsas rollardan birini oynayır. Digər tərəfdən də sosial şəbəkələrdə təhrifə həddən çox yer verilir. Fikri, düşüncəni belə asan təhrif etmək mümkün olur ki... Bu da acınacaqlıdır. Məsuliyyətini daşımaq hüquqi baxımdan isə çox problemlidir. Çünki hansı mənbədən idarə olunduğunu bilmirik. Çox vaxt saxta profillərlə bunu gerçəkləşdirdiklərinin şahidi oluruq. Ona görə də bu bayağılaşma təbii qəbul olunmalıdır. Azərbaycanda hansı istiqamətdə verilən nemət bayağılaşmadı? Din, təhsil, elm bayağılaşmayıb, bayağılıq gətirən nədir?
Çünki çoxluq budur və bu formadan həzz alır. Həyatını, hədəflərini kiçik lağ-lağı üzərində qurub. Ona görə də hansısa böyük hədəf, hansısa maraqlı müzakirə, düşünmə mövzusunu cəmiyyətə təlqin eləmək çox çətin olur”.
Biz buradan nə dərəcədə səmərəli və məqsədyönlü şəkildə istifadə edirik?
Jurnalist, media eksperti Qulu Məhərrəmli sosial şəbəkələri cəmiyətdəki, məişətdəki, ictimai həyatdakı davranışlarımızın davamı və cəmiyyətin müəyyən bir qatının orada təmsil olunması kimi dəyərləndirib:
“Ona görə də bizim sosial şəbəkələrdən qeyri-adi gözləntimiz olmamalıdır. Əlbəttə, arzuolunandır ki, cəmiyyətin yüksək qatı orada görünsün və dözümlülük, etik qaydalar, nəzakət, bilik, insanların son dərəcə yumşaq davranışı, bir-birinə tolerant yanaşması və.s kimi keyfiyyətlərə şahidlik edək. Amma bunlar yoxdur. Mənə elə gəlir ki, sosial şəbəkədəki dediyim keyfiyyətləri təmsil edənlərin sayının az olması ilə əlaqədardır. İnsanlar var ki, sosial şəbəkələrdə oturub, çox vaxt keçirir. Bu əsasən bizim kimi keçid dövrü yaşayan cəmiyyətlərdə belə olur. Məsələn, Yaponiyada insanların sosial şəbəkələrə, ümumiyyətlə internetə girişi təxminən 45-50 dəqiqə civarındadır. Avropada bu 4 saatdır. Amma bizim kimi cəmiyyətlər də insanlar sosial şəbəkələrdə 6-8 saat vaxt keçirir. Biz buradan nə dərəcədə səmərəli və məqsədyönlü şəkildə istifadə edirik? Bunun özü ciddi tədqiqat mövzusudur. Bu cəmiyyətin özünün inkişaf səviyyəsi, dəyərlərə yanaşması, ümumi intelektual səviyyəsi ilə bağlıdır. Ona görə hesab edirəm ki, tədricən cəmiyyət inkişaf etdikcə, maariflənmə artdıqca, insanlarda tolerantlıq yüksəldikcə bu işlər də qaydasına düşəcək”.
“Sosial şəbəkələr bayağılaşıb” deyənlər yanılır
Jurnalist, bloger Əzizə İsmayılova “Sosial şəbəkələr bayağılaşıb” fikri ilə qətiyyən razı olmadığını, deyib:
“Çünki, adından da göründüyü kimi bura sosial şəbəkədir, minlərlə insanın virtual şəkildə eyni ortamda fikir mübadiləsi apardığı yerdir. O üzdən buradan hər hansısa çərçivə, hədd, gözlənti ummaq lazım deyil. Hər bir insan da öz ətrafındakı dost və ya izləyicini məhz özü yığır. Əgər bu iddiada olan istənilən şəxsin sosial mediadakı dostu və ya izləyicisi onun gözündə bayağıdırsa, o zaman onu öz aləmində sanballı bildiyi biri ilə əvəzləyə bilər. Kiminsə qəbul edilməsi, yaxud edilməməsi isə öz addımlarına bağlı bir şeydir. Sosial şəbəkənin ən gözəl tərəflərindən biri də odur ki, burda “filankəs deyən qanundur” tezisi işləmir. Kim düzdür, kim səhvdir, kim haqlıdır, kim haqsızdır hər kəs özü qərar verir. “Sosial şəbəkələr bayağılaşıb” demək, orada istifadəçi olan hər kəsdən özünü bir neçə pillə daha yuxarıda görmək deməkdir ki, öz payıma belə fikirləri heç vaxt ciddi qəbul edə bilmərəm.
Heç kim ölçü meyarı deyil. O ki qaldı, adi və məşhur istifadəçilərdən birinin digərini eşitmək, anlamaqda çətinlik çəkməsi məsələsinə, bu da çox normaldır. Hər kəsin fərqli düşüncəsi, fərqli yanaşması, həmin an üçün fərqli ruh halı ola bilər. Axı hamıdan “sən mən deyəni qəbul etməlisən, mənimlə razılaşmalısan” deyə bir şey tələb etmək olmaz. Nə qədər çox insan varsa, bir o qədər çox fikir var, yanaşma, rəngarənglik var. Kimsə səni eşitmirsə, deməli eşitdirə bilmirsən, anlamırsa, deməli, fikrini düzgün izah edə bilməmisən - səbəb sənin özünsən, başqası deyil. Niyə bu fikrə son vaxtlar tez-tez rast gəlirik? Sosial şəbəkələrin bayağılaşmasını bu gün əsasən, şəbəkənin ilk vaxtlarında liderlik edənlər və bir növ özünü hər kəsdən daha üstün ağıl sahibi hesab edənlər iddia edir və “əvvəl belə deyildi” deyirlər. Əslində isə həqiqət çox sadədir. Əvvəl fəqli olan o idi ki, ilk başda insanlar bugünkü qədər sosial şəbəkə üzərində iş və ya fikir bildirmə qavrayışlarına sahib deyildilər. Bu bir yenilik, bəlkə də inqilab idi. Sosial şəbəkədə ilk addımı atan hər kəsi digərləri qəbul edir, çox asanlıqla fenomenə çevirir və onlar özlərini söz sahibi kimi hiss edirdilər. Zaman keçdikcə isə durum dəyişdi. Cəmiyyətdə böyükdən kiçiyə hər kəs bu qavrayışları əxz etdi, özü üçün bir yol cızdı, istifadə, maraq dairələri dəyişdi və beləcə, sosial şəbəkə erasında yeni xətt, yeni dövr başladı. Əksər istifadəçilər hər hansı məsələdə söz sahibi olduğunu qəbullandı və heç də bütün yazılanlarla razılaşmaq məcburiyyətində olmadığını anladı”.
Sosial şəbəklər bayağı olsa, “troll” ordusu yaranmaz
Bloger sosial şəbəkədə hər kəsin özünü haqlı saymasını da çox normal hesab edib:
““Haqq budur” mücərrəd bir fikirdir. İstənilən məsələdə hərənin öz haqlı mövqeyi ola bilər və o bunu yayımlamaqda sərbəstdir. Bu imkanı ona məhz sosial şəbəkə verir. Bəli, razıyam, bəzən müzakirə olunan ciddi mövzular həddindən artıq məzə, lağlağı obyektinə çevrilir. Bu da çox normaldır. Çünki ictimai rəyin müzakirəsinə verilən mövzunun nə qədər ciddi olması da onu müzakirə üçün təqdim edən şəxsin və ya şəxslərin qənaətidir. Onların ciddi qəbul etdikləri cəmiyyətdə gülüş, məzhəkə, lağ-lağı doğurursa, problem sosial şəbəkədəki insanlarda deyil, fikrin ictimai rəyə doğru-düzgün təqdim olunmamasındadır. İctimai rəyi formalaşdırmaq bacarıq tələb edir. Hesab edirəm, bu məsələdə o qədər yanlışlıqlar var ki, saymaqla bitməz. Sosial şəbəkə bayağı olsa, heç bir məsələ ictimai müzakirəyə çıxarılmaz, bu qədər “troll” orduları yaradılmaz. Sosial şəbəkə heç bir halda bayağı deyil, tam tərsinə çox dərindir və çoxşaxəlidir. Sosial şəbəkə, cəmiyyətin güzgüsüdür, çəkisidir, tərəzisidir. Bu meyarlardan doğru-düzgün istifadə etmək lazımdır”.
|
|
|
|
|
|
Putin SSRİ-ni bərpa edə biləcəkmi?
|
|
|
|
|
|
|
|
|
• Niyə axı bizdə BƏLƏDİYYƏ SİSTEMİ uğur qazanmır? - ARAŞDIRMA
Bu gün, 01:42 |
|
|
|
• Müəllimlərin maaşı vergidən azad ediləcək? - AÇIQLAMA
Bu gün, 01:27 |
|
|
|
• Avropada müharibə kabusu: Azərbaycan hansı təhlükə ilə üz-üzə qalıb? - İNCƏLƏMƏ
Bu gün, 01:22 |
|
|
|
• 7 ildir dələduz işçilərə görə sığorta ödənişi edilmir - İLGİNC FAKT
Bu gün, 00:47 |
|
|
|
• Ermənistan “müharibə qovşağı”na çevrilir... - "Qərb regionda savaş lazımdır"
Bu gün, 00:37 |
|
|
|
• "Axı hakimiyyət bir tək Trampdan ibarət deyil..." - Ərəstun Oruclu ŞƏRH EDİR
Bu gün, 00:33 |
|
|
|
• "Sənətçilər aparıcıya tapşırır ki, təqdimatı yola ver"
Bu gün, 00:27 |
|
|
|
• Uşaqlar pul yığıb, sinfi qızdırır... - NAZİRİN NƏZƏRİNƏ...
Bu gün, 00:24 |
|
|
|
• Azərbaycan Ermənistandan 1 trilyon dollar təzminat tələb edir – Ermənistan rəsmisi açıqladı
Bu gün, 00:19 |
|
|
|
• Verdiyevin həbsi: Necə davranmaq lazımdır? - AKTUAL
Bu gün, 00:17 |
|
|
|
• Dünyanın ən yaxşı universitetləri - Siyahıda olmaq nə üçün vacibdir?
Dünən, 20:39 |
|
|
|
• Bakı ilə Vaşinqton arasında nələr razılaşdırıldı? - Əliyevin Trampa zənginin pərdəarxası
Dünən, 20:36 |
|
|
|
• Polşanın təklifi yaxşı nəticələr vəd etmir -Sanki bizi ATƏT-in Varşava qrupuna cəlb etmək istəyirlər
Dünən, 19:00 |
|
|
|
• MTK-ların qazanc yolu: Daha çox pul yığmaq üçün... - NƏ ETMƏLİ?
Dünən, 18:58 |
|
|
|
• Elcan Rəsulov yıxılıb başından zədə aldı
Dünən, 18:21 |
|
|
|
• Dövlət əleyhinə kampaniya aparan “Çaqqal” ləqəbli şəxs kimdir? - TƏFƏRRÜAT
Dünən, 18:17 |
|
|
|
• Orxan Xəyyama KÖMƏK İSTƏDİ: - “Adama 1000 manat qoysaq…”
Dünən, 18:15 |
|
|
|
• "Artırmaq əvəzinə, mövcud olan məktəbləri də azaltmaq təhsili məhv etməkdir" - ETİRAZ VAR...
Dünən, 18:13 |
|
|
|
• 1500 manata işçi axtaran "Agro-Vest Retail" MMC cərimənlədi
Dünən, 18:11 |
|
|
|
• Siyavuş Novruzov HAQLIDIR, AMMA... - sonuncu danışan NAZİRDİR...
Dünən, 18:09 |
|
|
|
• Rusiyanın 300 milyard dolları Ukraynaya verilə bilər
Dünən, 18:08 |
|
|
|
• Kremldən postsovet ölkələrinə hücum HƏDƏSİ
Dünən, 18:05 |
|
|
|
• Sabahdan Azərbaycanda YENİ SEÇKİLƏRƏ START VERİLƏCƏK - VAXTI BƏLLİ OLUR...
Dünən, 17:59 |
|
|
|
• Paşinyan “qızıl qayıdış”a başladı – Cəza tədbirləri görüləcək?
Dünən, 17:50 |
|
|
|
• Elşad Xose şəxsi həyatı haqda: - "Tam xoşbəxt deyiləm"
Dünən, 17:46 |
|
|
|
• 8 milyon manatlıq “Araznet Technologies” şirkəti “Aznet Technologies” ilə birləşir
Dünən, 17:42 |
|
|
|
• ABŞ-dən Azərbaycana biri 262 min manatdan 6 heykəl gətirilib - YE, MƏMMƏD, YE...
Dünən, 17:40 |
|
|
|
• “Nar” abunəçiləri üçün “İnternet Kredit” xidmətini təqdim edir - DİQQƏT
Dünən, 17:36 |
|
|
|
• 70 kq qızılla tutulan QƏHRƏMAN kimdir? - Elə faktlar ortaya çıxdı ki...
Dünən, 17:32 |
|
|
|
• Paşinyan Astanada keçiriləcək KTMT sammitində iştirak etməyəcək - Yuri Uşakov
Dünən, 17:29 |
|
|
|
• Bir neçə ay əvvəl tutulan narkobaron BAKI HƏBSXANASINDA ÖLDÜ
Dünən, 17:28 |
|
|
|
• “1500 məktəbin bağlanması ciddi problemlər yarada bilər” - İLGİNC DETALLAR
Dünən, 17:25 |
|
|
|
• Talibanın hökmranlıq etdiyi Əfqanıstanda həyat necədir? - Turistlər üçün məsləhət
Dünən, 16:22 |
|
|
|
• 51 seçki dairəsinin hüdudlarında dəyişiklik edilib - SİYAHI
Dünən, 16:20 |
|
|
|
• "Çalışmaq lazımdır ki, sənətlə yadda qalasan"
Dünən, 16:19 |
|
|
|
• NATO Xəzər dənizinə çıxış əldə etməyə çalışır - Bortnikov
Dünən, 16:15 |
|
|
|
• Emin Əmrullayevin kadrı Elm və Təhsil Nazirliyindən yüz minlik tender uddu - BU NƏDİ BELƏ?..
Dünən, 16:12 |
|
|
|
• NATO-ya üzv olmaq istəmirik... AMMA... - ŞƏRH
Dünən, 16:10 |
|
|
|
• Trampın qərarı Azərbaycana necə təsir edəcək? - İNCƏLƏMƏ
Dünən, 16:07 |
|
|
|
• Vətən müharibəsindən sonra Bakıda təkrarlandı – “Xüsusi əməliyyatın” mühüm detalları
Dünən, 16:05 |
|
|
|
• Bakı və İrəvan arasında sülh sazişi... – Gülər
Dünən, 16:03 |
|
|
|
• Xalq artisti Emin Ağalarov Bakıda klinika tikir
Dünən, 16:02 |
|
|
|
• Ən çox sığorta haqqı toplayan 6 ŞİRKƏT - SİYAHI
Dünən, 16:00 |
|
|
|
• “Oğurluq edib, adımıza ləkə gətirirlər”- Gövhər Həsənzadə kimləri hədəfə aldı? - VİDEO
Dünən, 15:57 |
|
|
|
• Milli Məclis gələn ilin dövlət büdcəsini I oxunuşda qəbul edib
Dünən, 15:54 |
|
|
|
• Danimarka gələn il Ukraynanın hərbi sənayesinə 1,4 milyard dollar ayıracaq
Dünən, 15:15 |
|
|
|
• Ağsaqqal və ağbirçəklər “TikTok” - da niyə oynayır? - Psixoloq səbəbləri açıqladı
Dünən, 15:13 |
|
|
|
• İldırımzadə ilə bağlı yarım milyonluq cinayət işi - TƏFƏRRÜAT
Dünən, 15:09 |
|
|
|
• Xaricdən 68 qəpiyə alınan “qreçka”nı marketlər neçəyə satır? - SİYAHI
Dünən, 15:02 |
|
|
|
• Buldozerlə kürünən "Kubinka"... - "Özümüzü öldürmək həddinə çatmışıq"
Dünən, 14:59 |
|
|
|
|