“Mən ərəb dilində bilmirəm? Ərəbistanda olmuşam, başqalarına tərcüməçilik etmişəm...” - QALMAQAL
Tarix: 29-10-2021, 08:47 | Çap et
Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədr müavini Gündüz İsmayılov dinşünas Elşad Mirini seyidləri iblisə bənzətməsinə görə və ümumiyyətlə, onun ərəb dilini bilmədən Qurani-Kərimi tərcümə etməkdə günahlandırıb. Komitə rəsmisi öz sosial media hesabı vasitəsilə bunları yazıb: “Bir çoxlarınız bilirsiniz ki, Dövlət Komitəsi dinşünas Elşad Mirinin ”İslamda yoxdur" kitabının idxalına icazə verməyib. Səbəb isə kitabda Elşad Mirinin seyidləri iblislə müqayisə etməsi olub. Mən qanun və vicdanım qarşısında rahatam. Çünki əminəm ki, seyidi və ya başqa bir insanı iblislə müqayisə etmək həm qanun, həm də etik baxımdan qəbuledilməzdir. Onsuz da, bu mövqeyi ölkə məhkəmələri də haqlı sayıb. Əgər Avropa Məhkəməsi desə ki, Elşad Miri düz edib seyidləri iblislə müqayisə edib, artıq buna deyəcək bir sözüm yoxdur. Uzaqbaşı Hüseyn Cavidin “İblis”ini tərcümə etdirib onlara göndərə bilərəm.
Elşad Mirinin iddialarına ciddi, amma etiraf edim ki, onun səmimi olmadığı vaxtlarda bəzən yarızarafat, hətta ironiya və sarkazmla cavab vermişəm. Fikirləşmişəm ki, Elşad Miridir, eybi yox. Cəmiyyətdə Elşad Miri kimisinin də olması lazımdır. Amma dünənki debatdan sonra çox təəccübləndim. Deyirdilər ki, Elşad Miri ərəb dilini bilmir, inanmırdım. Fikirləşirdim ki, onu sevməyənlər bunu deyə bilər. Necə ola bilər ki, ərəbcəni yaxşi bilmədən Elşad Miri Qurani-Kərimi tərcümə edir, hətta Vasim Məmmədəliyevin tərcüməsində səhv tutur? Amma yanılmışam. Elşad Miri özü etiraf etdi ki, ərəbcə danışa bilmir və bunu heç vaxt gizlətməyib. Təsəvvür edin ki, ingilis dilini normal bilmədən Şekspiri tərcümə edirsiniz. Dəhşətdir! Çox vaxt qınayırıq ki, bəzi mollalar ərəbcəni bilmir, Quranı necə gəldi oxuyurlar. Ərəbcə yaxşı danışa bilməyən, amma Quranı tərcümə edən dinşünas görəndən sonra mollaya nə deyəsən ki?! Mən demirəm ki, dinşünaslar ərəbcə bülbül kimi cəh-cəh vurmalıdır, yox. Deyirəm ki, məhz Qurani tərcümə edən dinşünaslar həm ərəb dilini, həm də dini mükəmməl bilməlidir. Nə isə, Allah sizə rəhmət eləsin Vasim müəllim, nə yaxşı ki, Quranı vaxtında tərcümə etmisiniz!"
Məlumat üçün deyək ki, bir gün öncə Gündüz İsmayılovla Elşad Miri arasında onlayn mediada debat olub. G.İsmayılov onun kitabının hansı səbəbdən qəbul edilməməsini faktlarla sübut etməyə çalışıb. E.Miri isə həmin arqumentləri qəbul etməyib.
Ümumiyyətlə isə son illərdə Elşad Miri dini dəyərlərin əleyhinə çıxan şəxs kimi yadda qalıb. Bəziləri hətta iddia edir ki, o, Qərbin diktəsi ilə Azərbaycanın dini, milli dəyərlərinə qarşı çıxır.
Bu və digər məsələlərlə bağlı Elşad Mirinin mövqeyini almağa çalışdıq: “Gündüz bəylə debat oldu, mədəni bir debat olduğuna inanıram. Debat olandan sonra bu məsələni gündəmə gətirmək tam istədiyini əldə etməyib deməkdir. Bəzi məsələlərin üstünü örtüb. Ərəb dilində danışmağa gəlincə, o da İlahiyyat İnstitutunda oxuyub, mən də. O, bakalavr oxuyub. Amma mən həm bakalavrda, həm magistr pilləsində ərəb dili üzrə oxumuşam. Hazırda İstanbul Universitetində doktoranturada da oxuyuram. Mən ərəb dilində bilmirəm? Övladım Amerikada təhsil alır. Özüm də Ərəbistanda olmuşam, başqalarına tərcüməçilik etmişəm. Sadəcə olaraq, Gündüz bəy mövzunu başqa tərəfə çəkmək istəyir. Çünki kitab qadağası olan ölkə imici formalaşacaq. Məsələ artıq Avropa Məhkəməsinə çıxacaq. Bu da Gündüz bəyin yanlışından dönməməyinin nəticəsidir”.
“Zaman-zaman mediada sizin dinlə bağlı verdiyiniz açıqlamalardan dolayı Qərbdən maliyyələşən qüvvələrə çalışdığınız bildirilir” sualına isə E.Miri cavab vermək istəmədiyini deyib.
Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin keçmiş sədr müavini Elçin Əsgərov da “Yeni Müsavat”a mözvu ilə bağlı fikirlərini bildirib: “Gündüz müəllimin burada dediyi sözlərlə razıyam. İstənilən insanı, onun yalnız etnik, irqi, dini mənsubiyyətinə görə aşağılamaq və təhqir etmək irqçilikdir və beynəlxalq qanunlara görə cinayətdir. Seyidlər də peyğəmbər soyundan gələn insanlardır. Əvvəla, dini baxımdan seyidləri təhqir etmək peyğəmbəri təhqir etmək kimi qiymətləndirilir. Hətta dini baxışla olmasa belə, dinə və peyğəmbərə inanmasanız belə, seyidləri yalnız seyid olduğuna görə, yəni soyuna görə təhqir etmək, dediyim kimi, irqçilikdir. Mən Elşad Mirinin o kitabını tam oxumamışam və əgər Gündüz müəllim dediyi məqam varsa, elə tək o hal kifayətdir ki, kitab qadağan olunsun.
Amma o kitab haqda başqa ekspertlərin rəyini oxumuşam və bildiyim qədərilə kitabda dini ədavət salan kifayət qədər digər məqamlar da var. Quranı tərcüməyə gəldikdə isə əlbəttə, ərəb dilinin bütün incəliklərini bilmədən Quranı tərcümə etmək iddiasına düşmək, ən azı şoudur. O ki qaldı Quran haqda sırf Elşad Mirinin iddialarına, bildiyim qədərilə o iddiaları, tərcümə ilə bağlı mövqeyi özünün deyil, Türkiyədə olan və heç türk cəmiyyəti tərəfindən də qəbul edilməyən müəyyən dini qrupun iddialarıdır ki, Elşad bəy onları, sadəcə, təkrar edir və öz fikri kimi cəmiyyətə təqdim etməyə çalışır".
Qeyd edək ki, Gündüz İsmayılov bildirib ki, kitabdan seyidlərin iblislərə bənzədilməsi hissəsi çıxarılarsa, kitabın yayımına icazə verilə bilər. Amma Elşad Miri bunu qəbul etməyib.
|
|
|
|
|
|
Putin SSRİ-ni bərpa edə biləcəkmi?
|
|
|
|
|
|
|
|
|
• Niyə axı bizdə BƏLƏDİYYƏ SİSTEMİ uğur qazanmır? - ARAŞDIRMA
Bu gün, 01:42 |
|
|
|
• Müəllimlərin maaşı vergidən azad ediləcək? - AÇIQLAMA
Bu gün, 01:27 |
|
|
|
• Avropada müharibə kabusu: Azərbaycan hansı təhlükə ilə üz-üzə qalıb? - İNCƏLƏMƏ
Bu gün, 01:22 |
|
|
|
• 7 ildir dələduz işçilərə görə sığorta ödənişi edilmir - İLGİNC FAKT
Bu gün, 00:47 |
|
|
|
• Ermənistan “müharibə qovşağı”na çevrilir... - "Qərb regionda savaş lazımdır"
Bu gün, 00:37 |
|
|
|
• "Axı hakimiyyət bir tək Trampdan ibarət deyil..." - Ərəstun Oruclu ŞƏRH EDİR
Bu gün, 00:33 |
|
|
|
• "Sənətçilər aparıcıya tapşırır ki, təqdimatı yola ver"
Bu gün, 00:27 |
|
|
|
• Uşaqlar pul yığıb, sinfi qızdırır... - NAZİRİN NƏZƏRİNƏ...
Bu gün, 00:24 |
|
|
|
• Azərbaycan Ermənistandan 1 trilyon dollar təzminat tələb edir – Ermənistan rəsmisi açıqladı
Bu gün, 00:19 |
|
|
|
• Verdiyevin həbsi: Necə davranmaq lazımdır? - AKTUAL
Bu gün, 00:17 |
|
|
|
• Dünyanın ən yaxşı universitetləri - Siyahıda olmaq nə üçün vacibdir?
Dünən, 20:39 |
|
|
|
• Bakı ilə Vaşinqton arasında nələr razılaşdırıldı? - Əliyevin Trampa zənginin pərdəarxası
Dünən, 20:36 |
|
|
|
• Polşanın təklifi yaxşı nəticələr vəd etmir -Sanki bizi ATƏT-in Varşava qrupuna cəlb etmək istəyirlər
Dünən, 19:00 |
|
|
|
• MTK-ların qazanc yolu: Daha çox pul yığmaq üçün... - NƏ ETMƏLİ?
Dünən, 18:58 |
|
|
|
• Elcan Rəsulov yıxılıb başından zədə aldı
Dünən, 18:21 |
|
|
|
• Dövlət əleyhinə kampaniya aparan “Çaqqal” ləqəbli şəxs kimdir? - TƏFƏRRÜAT
Dünən, 18:17 |
|
|
|
• Orxan Xəyyama KÖMƏK İSTƏDİ: - “Adama 1000 manat qoysaq…”
Dünən, 18:15 |
|
|
|
• "Artırmaq əvəzinə, mövcud olan məktəbləri də azaltmaq təhsili məhv etməkdir" - ETİRAZ VAR...
Dünən, 18:13 |
|
|
|
• 1500 manata işçi axtaran "Agro-Vest Retail" MMC cərimənlədi
Dünən, 18:11 |
|
|
|
• Siyavuş Novruzov HAQLIDIR, AMMA... - sonuncu danışan NAZİRDİR...
Dünən, 18:09 |
|
|
|
• Rusiyanın 300 milyard dolları Ukraynaya verilə bilər
Dünən, 18:08 |
|
|
|
• Kremldən postsovet ölkələrinə hücum HƏDƏSİ
Dünən, 18:05 |
|
|
|
• Sabahdan Azərbaycanda YENİ SEÇKİLƏRƏ START VERİLƏCƏK - VAXTI BƏLLİ OLUR...
Dünən, 17:59 |
|
|
|
• Paşinyan “qızıl qayıdış”a başladı – Cəza tədbirləri görüləcək?
Dünən, 17:50 |
|
|
|
• Elşad Xose şəxsi həyatı haqda: - "Tam xoşbəxt deyiləm"
Dünən, 17:46 |
|
|
|
• 8 milyon manatlıq “Araznet Technologies” şirkəti “Aznet Technologies” ilə birləşir
Dünən, 17:42 |
|
|
|
• ABŞ-dən Azərbaycana biri 262 min manatdan 6 heykəl gətirilib - YE, MƏMMƏD, YE...
Dünən, 17:40 |
|
|
|
• “Nar” abunəçiləri üçün “İnternet Kredit” xidmətini təqdim edir - DİQQƏT
Dünən, 17:36 |
|
|
|
• 70 kq qızılla tutulan QƏHRƏMAN kimdir? - Elə faktlar ortaya çıxdı ki...
Dünən, 17:32 |
|
|
|
• Paşinyan Astanada keçiriləcək KTMT sammitində iştirak etməyəcək - Yuri Uşakov
Dünən, 17:29 |
|
|
|
• Bir neçə ay əvvəl tutulan narkobaron BAKI HƏBSXANASINDA ÖLDÜ
Dünən, 17:28 |
|
|
|
• “1500 məktəbin bağlanması ciddi problemlər yarada bilər” - İLGİNC DETALLAR
Dünən, 17:25 |
|
|
|
• Talibanın hökmranlıq etdiyi Əfqanıstanda həyat necədir? - Turistlər üçün məsləhət
Dünən, 16:22 |
|
|
|
• 51 seçki dairəsinin hüdudlarında dəyişiklik edilib - SİYAHI
Dünən, 16:20 |
|
|
|
• "Çalışmaq lazımdır ki, sənətlə yadda qalasan"
Dünən, 16:19 |
|
|
|
• NATO Xəzər dənizinə çıxış əldə etməyə çalışır - Bortnikov
Dünən, 16:15 |
|
|
|
• Emin Əmrullayevin kadrı Elm və Təhsil Nazirliyindən yüz minlik tender uddu - BU NƏDİ BELƏ?..
Dünən, 16:12 |
|
|
|
• NATO-ya üzv olmaq istəmirik... AMMA... - ŞƏRH
Dünən, 16:10 |
|
|
|
• Trampın qərarı Azərbaycana necə təsir edəcək? - İNCƏLƏMƏ
Dünən, 16:07 |
|
|
|
• Vətən müharibəsindən sonra Bakıda təkrarlandı – “Xüsusi əməliyyatın” mühüm detalları
Dünən, 16:05 |
|
|
|
• Bakı və İrəvan arasında sülh sazişi... – Gülər
Dünən, 16:03 |
|
|
|
• Xalq artisti Emin Ağalarov Bakıda klinika tikir
Dünən, 16:02 |
|
|
|
• Ən çox sığorta haqqı toplayan 6 ŞİRKƏT - SİYAHI
Dünən, 16:00 |
|
|
|
• “Oğurluq edib, adımıza ləkə gətirirlər”- Gövhər Həsənzadə kimləri hədəfə aldı? - VİDEO
Dünən, 15:57 |
|
|
|
• Milli Məclis gələn ilin dövlət büdcəsini I oxunuşda qəbul edib
Dünən, 15:54 |
|
|
|
• Danimarka gələn il Ukraynanın hərbi sənayesinə 1,4 milyard dollar ayıracaq
Dünən, 15:15 |
|
|
|
• Ağsaqqal və ağbirçəklər “TikTok” - da niyə oynayır? - Psixoloq səbəbləri açıqladı
Dünən, 15:13 |
|
|
|
• İldırımzadə ilə bağlı yarım milyonluq cinayət işi - TƏFƏRRÜAT
Dünən, 15:09 |
|
|
|
• Xaricdən 68 qəpiyə alınan “qreçka”nı marketlər neçəyə satır? - SİYAHI
Dünən, 15:02 |
|
|
|
• Buldozerlə kürünən "Kubinka"... - "Özümüzü öldürmək həddinə çatmışıq"
Dünən, 14:59 |
|
|
|
|