“Koronavirus uzun müddət davam etsə dövlətlər sıradan çıxa bilər” - deputat
Tarix: 31-08-2021, 10:13 | Çap et
Dünya COVİD-19 pandemiyasından əziyyət çəkməkdə davam edir. Artıq bir sıra ölkələrdə virusa yoluxma və ölüm sayı yüksək həddədir. Qonşu Rusiyada koronavirusdan gündəlik ölüm sayı 700-800, İranda isə 500-600 arasında dəyişir.
Azərbaycanda hazırda virusun dördüncü dalğası yaşanmaqdadır. Bununla belə artıq virusun təbii proses olmadığı, süni şəkildə yayıldığı və idarə edildiyinə inananlar artır.
Milli Məclisin deputatı Vahid Əhmədov Reyting.az-a müsahibəsində deyib ki, ola bilsin, koronavirus hansısa dövlətlər tərəfindən ortaya atılıb, məqsəd dünya əhalisini vahimədə saxlayıb, sonradan onları idarə etməkdir:
- Əvvəla qeyd edim ki, mən dünən Türkiyədən Bakıya qayıtmışam. Qardaş ölkədə də bu xəstəliklə əlaqədar vəziyyət kritikdir. Bunu açıqlanan statistikadan da görmək olar.
Şimalda - Rusiyada da koronavirusla əlaqədar durum olduqca ağırdır, hər gün bir neçə yüz insan tələf olur.
İranda da durum ürəkaçan deyil.
Gürcüstanla bağlı gündəlik statistikanı da mətbuat davamlı verir. Yəni ilk olaraq qonşularımıza baxsaq görərik ki, durum heç də müsbət istiqamətdə inkişaf etmir.
ABŞ-da da durum pisdir.
Amma bəzi Avropa ölkələri demək olar ki, pandemiya ilə əlaqəli bütün məhdudiyyətləri götürüb. Məsələn, Danimarka qadağaları ləğv edib və bildirib ki, xəstəlik yoxdur, karantin qaydalarına ehtiyac duyulmur.
Azərbaycanda da son bir neçə gündə xəstəliklə əlaqədar artım hiss edilir. Gündəlik yoluxma faktiki 4 mini keçib. Məncə, bu ciddi siqnaldır. Hesab edirəm ki, bizim insanlarımız qoyulan qaydalara riayət etməlidir. Bir çox insan ümumiyyətlə, bu xəstəliyə inanmır, qoruyucu maska taxmır, gigiyenik qaydaları tamamilə bir kənara atıblar.
Bəli, son dövrlər toy mərasimlərinə faktiki icazə verildi və bu istiqamətdə də müəyyən qorxular var. İnsanlar toyda yaxın oturur, təmasa girir, məsafə qorunmur və s. Ona görə də ötən gün Baş nazir Əli Əsədov qərar verərək 50 nəfərlik mərasimlərdə də iştirak edənlərin xüsusi pasportlarının yoxlanılmasına “yaşıl işıq” yandırdı. Bu vacibdir. Nəzərə almaq lazımdır ki, proses ciddidir.
Bəzən deyirlər ki, koronavirus təxminən 2022-cü ilin sonlarına qədər davam edəcək. Hər dəfə problem yaranacaq, insan itkisi yaşanacaq. İnsanlarımız bu həqiqəti dərk etməli, fəal olmalı, Operativ Qərargahın qoyduğu qaydalara əməl etməlidir. Çalışmaq lazımdır ki, toy mərasimləri olsa da, məclisi daha az qonaqla yola versinlər, daha çox açıq məkanlardan istifadə etsinlər. Bütün bunlarla yanaşı bilmək lazımdır ki, koronavirus prosesi ciddidir, dünya buna əncam çəkə bilmir, kifayət qədər ölüm hadisələri var. Xəstələnənlərin sayı da çoxdur. Hətta peyvənd olunanlar arasında da bəzən vəfat edənlər olur. Bu, əslində bütün dünya xalqları və dövlətləri üçün bir bəladır. Kim necə bacarırsa bunun öhdəsindən gəlməyə çalışır.
- Son günlər sosial şəbəkələrin milli seqmentində insanlar xəstəlik və ona səhiyyənin münasibətindən gileylənir. Bu mənada prosesin idarə edilməsində qüsurlar yoxdurmu?
- Azərbaycan dövləti bu xəstəliklə mübarizəyə kifayət qədər maliyyə ayırıb, böyük işlər görülür. Hökumət çalışır ki, bunun qarşısını alsın. Ancaq bizim özümüzdən də çox şey asılıdır. Biz həm də özümüz öz həkimimiz olmalıyıq.
Şəxsən mən hər zaman qapanmanın əleyhinə olmuşam. Çünki qapanma dövlətə zərbə vurur, iqtisadiyyata zərər gətirir, əhalinin məvacibinə, gəlirlərinə neqativ təsir göstərir. Çalışmaq lazımdır ki, qapanma az olsun. Bunun üçün də yoluxma statistikası aşağı düşməli, ölüm halları olmamalıdır. Bunlara çatmalıyıq ki, qapanma olmasın.
Dövlət bu sahəyə 3 milyarda yaxın vəsait ayırıb. Ola bilsin ki, müəyyən əyrintilərə yol verilsin, korrupsiya şübhələri yaransın. Əsas odur ki, dövlət insanların sağlamlığı üçün addımlar atır. Əlbəttə, bunlar kifayət etmir.
Bir müddət müəyyən azalmalar oldu, tədbirlər müsbət nəticələr verdi. Amma yenidən artım müşahidə edilir. Yalnız toylara icazə verilmişdi. Məncə, bunu da araşdırmaq lazımdır. Hesab edirəm ki, bu işlə kifayət qədər ciddi məşğul olmağa ehtiyac var.
- Koronavirus təbii prosesdir, yoxsa süni formada idarə olunur?
- Hesab edirəm ki, dünyanı cənginə alan bu bəla təbii proses deyil. Ola bilsin ki, hansısa dövlətlər tərəfindən ortaya atılıb, məqsəd dünya əhalisini vahimədə saxlayıb, sonradan onları idarə etməkdir. Eləcədə müəyyən qədər dünya əhalisinin sayını azaltmağa hesablanmış ola bilər. Ümumiyyətlə, əhalini daima təzyiq altında saxlamaq üçün atılmış addımdır. Buna qədər də belə xəstəliklər olub. Peyvənd də tapılıb, hətta bəzən bunu vaxtından əvvəl ediblər və hər hası problem yaşanmayıb. Ancaq koronavirus problemi ciddidir, vaksinin tapılması üçün bir xeyli zaman lazım oldu. İndi də tapılan vaksinlərin effektivliyi şübhə altına salınır. Yəni gərgin durumdur, dünya bu xəstəlikdən baş açmır.
Həm də dünyanı idarə etmək gizli bir məsələ deyil, bu tarix boyu olub. Kitablar oxumuşuq, beynəlxalq mediaya baxırıq, elə yerli mediamız da bu barədə daima yazır. Dünyanı idarə edən qrup var, onlar bu işlərlə məşğuldur. Diqqət edin, dünyanın ən varlı adamlarından biri olan Bill Qeyts elan edir ki, pandemiya 2022-cü ildə başa çatacaq. Özlərinin qurduğu işlərdir. Bu adam nə bilir ki, 2022-cü ildə pandemiya başa çatacaq? Odur ki, bunun haradan gəldiyi bilinir.
- Pandemiya nə qədər insanın həyatına son verə bilər?
- Əsas problemlərdən biri budur: dünyada insanların sayını azaltmaq. Dünya əhalisini ərzaqla təmin etmək çox ciddi problemə çevrilir. Siz Azərbaycana baxmayın, bizim dövlətdə ciddi problem yoxdur, dövlət başçısı bu sahəyə ciddi diqqət yetirir, Azərbaycanda ərzaq problemi faktiki yoxdur. Ancaq elə ölkələr var ki, orada ərzaq tapılmır, qida problemi var. Çin kimi dövlət peyda olub, əhalisi günü-gündən artır, dünyanın hər yerinə səpələniblər. Ehtimal edirəm ki, koronavirus həm də dünyada əhalinin sayının azaldılmasına yönələn addımlardan biridir. Yəqin ki, müəyyən dövrdən sonra koronavirusdan vəfat edənlərin sayında azalma müşahidə olunacaq. Bu proses uzun müddət davam edə bilməz. Əks halda həm dünya iqtisadiyyatı, həm dövlətlər çökə bilər. Eyni zamanda, insan tələfatı artar. Bu mənada ümid edirəm ki, pandemiya belə zərərlər vermədən tədricən yoxa çıxacaq.
- Azərbaycan vətəndaşlarına məsləhətiniz nədir?
- Qayda-qanuna əməl etmək, məsafə saxlamaq, qoruyucu maskadan istifadə etmək, mümkün qədər görüşləri təxirə salmaq, kütləvi tədbirlərdə, toyalarda mümkün qədər az iştirak etmək. Onsuz da toyda 200 nəfər və ya 50-60 nəfərin iştirak etməsinin fərqi yoxdur, əsas odur ki, övladlarımız ailə qursunlar, xöşbəxt yaşasınlar. Toy edənlər də bu məqamları nəzərə alsınlar. Biz qanunlara əməl etməliyik.
Ölkəmizdə beş gün ictimai nəqliyyat işləyir. Şənbə və bazar niyə işləməməlidir? Xəstəlik tutan onsuz da həmin 5 gün ərzində də tutacaq. Bu halda niyə şənbə və bazar günləri ictimai nəqliyyat işləməməlidir? Halbuki insanların şənbə və bazar günləri daha çox işi olur, problemlərini həll etməyə çalışırlar. Bu məsələdə insanlara güzəşt etmək lazımdır.
Amma ümumi götürdükdə Azərbaycan hökuməti çalışır ki, pandemiyanın öhdəsindən gəlsin, insanları qorusun.
Rayonlarda da problemlər yaşanır. Düzdür, rayonlarda hava daha yaxşıdır, insan sıxlığı azdır. Ancaq rayonlarda da insanlar ehtiyatlı olmalıdır. Daha çox qoruyucu vasitələrdən istifadə etməlidirlər. Biz hamımız qaydalara əməl etməklə daha az ziyan çəkməyimizi təmin edə bilərik. Odur ki, insanlarımızı bu addımları atmağa, özlərini qorumağa dəvət edirəm.
|
|
|
|
|
|
Putin SSRİ-ni bərpa edə biləcəkmi?
|
|
|
|
|
|
|
|
|
• “Yaşıl dəhliz”ə kimlər və necə nəzarət edir? - Mallar başqa, sənədlər başqa...
Bu gün, 08:29 |
|
|
|
• Bakıdan sonra İrəvana getdi: Qovluğunda nə var idi? - Görünəni odur ki...
Bu gün, 08:26 |
|
|
|
• Maaş və pensiya artımları, Yeni il bayramında artan tələbat - Bahalaşmanın qarşısı necə alına bilər?
Bu gün, 08:23 |
|
|
|
• TRENDYOL müştəriləri narazılıq edir - SON GÜNLƏR...
Bu gün, 08:16 |
|
|
|
• Din tayfası da Nəcəflidən GİLEY EDİR - İLGİNC FAKT
Bu gün, 08:11 |
|
|
|
• 70 kilo qızılın izi ilə: ƏSLİNDƏ... - Daha bir məqam...
Bu gün, 08:03 |
|
|
|
• Talıbovun gedişindən, Nəcəflinin gəlişindən 2 il ötür: Naxçıvanda nələr dəyişib? - GƏLİŞMƏ
Bu gün, 07:06 |
|
|
|
• Dudanın İrəvanda buna çalışır: Sərhəddə təxribat ola bilər - NƏ ETMƏLİ?
Bu gün, 07:03 |
|
|
|
• "Qazprombank"a qarşı sanksiyalar Türkiyə-Rusiya qaz ödənişlərində problemlər yarada bilər - Amerikanın oyunları...
Bu gün, 06:49 |
|
|
|
• "Bu, iqlim böhranının ön cəbhəsində olanlar..." - COP29-un ardından...
Bu gün, 06:44 |
|
|
|
• 1500 məktəb bağlanır: Şagird və müəllimlər necə olacaq? - HƏQİQƏTƏN DƏ...
Bu gün, 06:40 |
|
|
|
• QHT sədrinin deputatlıq sevdası ərinin karyerasını bitirdi - İLGİNC İDDİALAR
Bu gün, 06:37 |
|
|
|
• İmişli və Cəlilabad rayonlarında yerləşən torpaq sahələri üçün hərrac keçiriləcək
Bu gün, 03:04 |
|
|
|
• “Dövlət bunu boş yerə etmir…” - BELƏ DAVAM EDƏRSƏ...
Bu gün, 02:59 |
|
|
|
• Niyə axı bizdə BƏLƏDİYYƏ SİSTEMİ uğur qazanmır? - ARAŞDIRMA
Bu gün, 01:42 |
|
|
|
• Müəllimlərin maaşı vergidən azad ediləcək? - AÇIQLAMA
Bu gün, 01:27 |
|
|
|
• Avropada müharibə kabusu: Azərbaycan hansı təhlükə ilə üz-üzə qalıb? - İNCƏLƏMƏ
Bu gün, 01:22 |
|
|
|
• 7 ildir dələduz işçilərə görə sığorta ödənişi edilmir - İLGİNC FAKT
Bu gün, 00:47 |
|
|
|
• Ermənistan “müharibə qovşağı”na çevrilir... - "Qərb regionda savaş lazımdır"
Bu gün, 00:37 |
|
|
|
• "Axı hakimiyyət bir tək Trampdan ibarət deyil..." - Ərəstun Oruclu ŞƏRH EDİR
Bu gün, 00:33 |
|
|
|
• "Sənətçilər aparıcıya tapşırır ki, təqdimatı yola ver"
Bu gün, 00:27 |
|
|
|
• Uşaqlar pul yığıb, sinfi qızdırır... - NAZİRİN NƏZƏRİNƏ...
Bu gün, 00:24 |
|
|
|
• Azərbaycan Ermənistandan 1 trilyon dollar təzminat tələb edir – Ermənistan rəsmisi açıqladı
Bu gün, 00:19 |
|
|
|
• Verdiyevin həbsi: Necə davranmaq lazımdır? - AKTUAL
Bu gün, 00:17 |
|
|
|
• Dünyanın ən yaxşı universitetləri - Siyahıda olmaq nə üçün vacibdir?
Dünən, 20:39 |
|
|
|
• Bakı ilə Vaşinqton arasında nələr razılaşdırıldı? - Əliyevin Trampa zənginin pərdəarxası
Dünən, 20:36 |
|
|
|
• Polşanın təklifi yaxşı nəticələr vəd etmir -Sanki bizi ATƏT-in Varşava qrupuna cəlb etmək istəyirlər
Dünən, 19:00 |
|
|
|
• MTK-ların qazanc yolu: Daha çox pul yığmaq üçün... - NƏ ETMƏLİ?
Dünən, 18:58 |
|
|
|
• Elcan Rəsulov yıxılıb başından zədə aldı
Dünən, 18:21 |
|
|
|
• Dövlət əleyhinə kampaniya aparan “Çaqqal” ləqəbli şəxs kimdir? - TƏFƏRRÜAT
Dünən, 18:17 |
|
|
|
• Orxan Xəyyama KÖMƏK İSTƏDİ: - “Adama 1000 manat qoysaq…”
Dünən, 18:15 |
|
|
|
• "Artırmaq əvəzinə, mövcud olan məktəbləri də azaltmaq təhsili məhv etməkdir" - ETİRAZ VAR...
Dünən, 18:13 |
|
|
|
• 1500 manata işçi axtaran "Agro-Vest Retail" MMC cərimənlədi
Dünən, 18:11 |
|
|
|
• Siyavuş Novruzov HAQLIDIR, AMMA... - sonuncu danışan NAZİRDİR...
Dünən, 18:09 |
|
|
|
• Rusiyanın 300 milyard dolları Ukraynaya verilə bilər
Dünən, 18:08 |
|
|
|
• Kremldən postsovet ölkələrinə hücum HƏDƏSİ
Dünən, 18:05 |
|
|
|
• Sabahdan Azərbaycanda YENİ SEÇKİLƏRƏ START VERİLƏCƏK - VAXTI BƏLLİ OLUR...
Dünən, 17:59 |
|
|
|
• Paşinyan “qızıl qayıdış”a başladı – Cəza tədbirləri görüləcək?
Dünən, 17:50 |
|
|
|
• Elşad Xose şəxsi həyatı haqda: - "Tam xoşbəxt deyiləm"
Dünən, 17:46 |
|
|
|
• 8 milyon manatlıq “Araznet Technologies” şirkəti “Aznet Technologies” ilə birləşir
Dünən, 17:42 |
|
|
|
• ABŞ-dən Azərbaycana biri 262 min manatdan 6 heykəl gətirilib - YE, MƏMMƏD, YE...
Dünən, 17:40 |
|
|
|
• “Nar” abunəçiləri üçün “İnternet Kredit” xidmətini təqdim edir - DİQQƏT
Dünən, 17:36 |
|
|
|
• 70 kq qızılla tutulan QƏHRƏMAN kimdir? - Elə faktlar ortaya çıxdı ki...
Dünən, 17:32 |
|
|
|
• Paşinyan Astanada keçiriləcək KTMT sammitində iştirak etməyəcək - Yuri Uşakov
Dünən, 17:29 |
|
|
|
• Bir neçə ay əvvəl tutulan narkobaron BAKI HƏBSXANASINDA ÖLDÜ
Dünən, 17:28 |
|
|
|
• “1500 məktəbin bağlanması ciddi problemlər yarada bilər” - İLGİNC DETALLAR
Dünən, 17:25 |
|
|
|
• Talibanın hökmranlıq etdiyi Əfqanıstanda həyat necədir? - Turistlər üçün məsləhət
Dünən, 16:22 |
|
|
|
• 51 seçki dairəsinin hüdudlarında dəyişiklik edilib - SİYAHI
Dünən, 16:20 |
|
|
|
• "Çalışmaq lazımdır ki, sənətlə yadda qalasan"
Dünən, 16:19 |
|
|
|
• NATO Xəzər dənizinə çıxış əldə etməyə çalışır - Bortnikov
Dünən, 16:15 |
|
|
|
|