“Təbliğat qabiliyyətləri olan partiya sədrləri var ki, onların səfərlərinin ancaq işə xeyri dəyər” - ÇAĞIRIŞ
Tarix: 14-10-2020, 08:58 | Çap et
İşğalçı Ermənistanın Azərbaycanın Gəncə, Mingəçevir, Bərdə şəhərlərinə, Tərtərə, Ağcabədiyə və digər rayonlara mülki əhalinin üzərinə raket zərbələri endirməsi bu şəhərlərin əhalisinin ruh yüksəkliyini sındıra bilməyib. Adı çəkilən şəhərlərə isə paytaxtın diqqətini daha da artırıb. Raket zərbəsindəın ziyan görən şəhərlərimizin insanlarında ruh yükəskliyini daha da artırmaq üçün müvafiq addımlar atılır. Lakin diqqətçəkən məqamlardan biri odur ki, bu prosesdə “siyasi partiyaların liderləri sərhəd bölgələrinə, atəşə tutulan Gəncəyə, Mingəçevirə, Bərdəyə, Tərtərə niyə getmir” sualı da buradan yaranır.
Bu barədə fikirlərini öyrəndiyimiz ADP sədri Sərdar Cəlaloğlu “Yeni Müsavat”a bildirdi ki, istər cəbhəyə əsgərlərlə görüşə, istərsə də Ermənistanın raket zərbələri endirdiyi Gəncə, Mingəçevir, Bərdə, Tərtər və digər şəhərlərimizə hadisə yerinə siyasi partiyaların sədrlərinin səfərini təşkil etmək lazımdır. Bunu vahid mərkəzləşdirilmiş formada hökumət təşkil etməlidir ki, effekti olsun, xaos formasında olmasın: “Siyasi partiyaların sədrləri gedib insanlarda vətənpərvərlik ruhunu yüksəltməlidir. Qeyri-ciddi adamların, qeyri-ciddi sahənin təmsilçilərinin cəbhə xəttinə gediş-gəlişinə isə şərait yaradılmamalıdır.
Biz partiya sədrlərinin özfəaliyyət formasında cəbhə xəttinə və ya raket zərbələri endirilmiş şəhərlərimizə gedişinin tərəfdarı deyilik. Çünki hərbi vəziyyətdir, komendant saatı tətbiq edilir. Ona görə də səfəri hökumət təşkil etməlidir. Bu olsa çoxlarımız getməyə hazırıq. Təbliğat qabiliyyətləri olan partiya sədrləri var ki, onların səfərlərinin ancaq işə xeyri dəyər".
Böyük Azərbaycan Partiyasının sədri Elşad Musayev dedi ki, raket zərbələri endirilən şəhərlərimizə siyasi partiya sədrlərinin getməməsinin səbəbləri var: “Ölkədə 50-dən yuxarı partiya qeydiyyatdadır. Bunlardan təxminən 20-sinin real fəaliyyəti nəzərə çarpır. İkincisi, biz siyasilər məsuliyyətimizi dərk edən adamlarıq. Müharibə gedir və belə vəziyyətdə biz Azərbaycan hakimiyyəti ilə müttəfiqik, siyasi təşkilatlar öz fəaliyyətlərini faktiki olaraq dondurublar. Hakimiyyətin müharibə ilə bağlı hansı təşkil etdiyi və edəcəyi tədbir varsa, biz orada iştirak etməyə hazırıq. Ona görə də komandanlıq, hakimiyyət məsləhət bilsə və təşkil edilsə, siyasi partiyaların sədrləri həmin şəhərlərə və cəbhə xəttinə getməyə hazırdırlar. Bu cür işlər özfəaliyyətlə olmamalıdır. Bu sahəyə nəzarət edən adamlar, Prezident Administrasiyası əgər məqsədəuyğundursa, siyasilərin səfərlərini təşkil etməlidir. Bu cür ciddi iş planlı şəkildə olmalıdır, kortəbii formada olmamalıdır. Hətta özfəaliyyət şəklində səfər etsək belə, Azərbaycan telekanallarının çoxu bizi, əsasən müxalifət partiyalarının sədrlərini boykot ediblər, insanlarda ruh yüksəkliyi yaratmaq üçün etdiyimiz səfəri işıqlandırmayacaqlar. Efirə elə adamlar çıxarılır ki, nə bir ictimai nüfuzu var, nə danışığının məsuliyyətini dərk edə bilmir”.
AMİP sədri Arzuxan Əlizadə isə bildirdi ki, hazırda çox həssas dönəmdir və bəzi partiya sədrlərinin bu dönəmdə səbhə xəttinə və oraya yaxın şəhərlərə səfər təşkil edilməsi ilə bağlı təklifləri olub: “Biz təklif etmişik ki, bu cür səfərləri hökumət özü təşkil eləsin. Siyasi partiyaların sədrləri həmin şəhərlərə gedərək həmrəylik nümayiş etdirsinlər. Onsuz da siyasi partiyalar ümumi prosesdə həmrəydirlər və dövlətin yanındadırlar. Düşmən hədəfində olan yerlərimizdə partiya sədrlərinin birgə görünərək yerli əhali ilə həmrəylik nümayiş etdirməsi yaxşı effekt verər. Biz buna hazırıq. Biz o bölgəyə ayrı-ayrı getmək və bunu reklam eləmək fikrindən uzağıq. Bizim partiya olaraq konkret atdığımız addımlar var, amma bunu reklam etmirik. Hökumət səfəri təşkil edərsə, biz hazırıq”. “Yeni Müsavat”
|
|
|
|
|
|
Putin SSRİ-ni bərpa edə biləcəkmi?
|
|
|
|
|
|
|
|
|
• Mirzoyan finlandiyalı həmkarı ilə Azərbaycanla sülh prosesini müzakirə edib
Bu gün, 19:38 |
|
|
|
• Suriyada müxalif qüvvələr Hələbə daxil oldu - Güclü döyüşlər gedir
Bu gün, 19:06 |
|
|
|
• Beş vəkilə xəbərdarlıq olunub, dörd vəkilə töhmət verilib
Bu gün, 19:03 |
|
|
|
• Qərbin “erməni sevgisi”: - “Makron öz marağını təmin etmək üçün...”
Bu gün, 18:58 |
|
|
|
• "Respublikanski"nin təmirə bağlanması xəstələri çətinə saldı - Baş həkim nələri açıqladı?
Bu gün, 18:53 |
|
|
|
• Gürcüstan Avropa İttifaqına üzvlüklə bağlı danışıqları dayandırır - BU DA BELƏ...
Bu gün, 18:42 |
|
|
|
• Polşanın birinci xanımı İrəvanda separatçılarla görüşdü
Bu gün, 18:31 |
|
|
|
• Hərbi attaşelər "Azərkosmos"u ziyarət ediblər
Bu gün, 18:28 |
|
|
|
• “Pilot Residence” camaatın QƏSDİNƏ DURUB? - BU NƏDİ BELƏ?..
Bu gün, 18:20 |
|
|
|
• Ülvi Quliyev vətəndaşları qəbul etdi - FOTO
Bu gün, 18:09 |
|
|
|
• “Paşinyanla Baqratın "dəllək"ləri fərqlidir...” - REPLİKA
Bu gün, 18:02 |
|
|
|
• "Sənə seksin abreviaturasını versəm və səni qane eləsə..." - Kamran Ağabalayev
Bu gün, 18:00 |
|
|
|
• Azərbaycanda əsas seysmik zonalar: - Hansı ərazidə neçə bal zəlzələ ehtimalı var?
Bu gün, 17:54 |
|
|
|
• Dövlət qurumu 1,2 milyonluq geyimləri bu şirkətdən aldı - TENDER NƏTİCƏSİ
Bu gün, 17:45 |
|
|
|
• Səhiyyə Nazirliyi 6 ədəd “Hyundai” alır – 255 min manata
Bu gün, 17:36 |
|
|
|
• Avropa Şurası Avropa Komissiyasının yeni tərkibini təsdiqləyib
Bu gün, 17:34 |
|
|
|
• VHP bələdiyyə seçkilərində iştirak edəcək - AÇIQLAMA
Bu gün, 17:28 |
|
|
|
• İcra başçısının nümayəndəsinin ölkədən çıxışına qadağa qoyula bilər - SƏBƏB
Bu gün, 17:24 |
|
|
|
• "Bakı səfərindən sonra şərti sərhəddə "binokl şousu"nda iştirakı..." - Seyidov sərt danışdı
Bu gün, 17:22 |
|
|
|
• Azərbaycanda BOKT-nin rəhbərliyində dəyişikliklər olub - ADLAR
Bu gün, 17:19 |
|
|
|
• "Zerkalni" nömrə biznesi adı ilə dostunun pullarını ələ keçirdi - TƏFƏRRÜAT
Bu gün, 17:14 |
|
|
|
• "Rusiya və İran arasında qaz ticarətinin Azərbaycanın "adına yazılması" Qərbin növbəti təxribatıdır"
Bu gün, 17:06 |
|
|
|
• Əvəz Temirxan bələdiyyə seçkilərində iştirak edəcək? - Özü açıqladı
Bu gün, 17:03 |
|
|
|
• Yunanıstan özü vadar edir ki... - ŞƏRH
Bu gün, 16:46 |
|
|
|
• MN-nin tabeliyində olan müxtəlif hərbi hissələrdə mənimsəmə ilə bağlı daha bir maliyyə xidmət rəisinin məhkəməsi başlayır
Bu gün, 16:43 |
|
|
|
• İcra başçılarının “Dream Construction Company” sevgisi - İcazə verin şübhələnək...
Bu gün, 16:42 |
|
|
|
• "SAT-SAS-2024" təlimində növbəti tapşırıqlar icra olunub
Bu gün, 16:39 |
|
|
|
• Yüksək faizli endirimlər, mağazadan-mağazaya qaçan alıcılar... - "Black friday"in əsl məqsədi ortaya çıxdı
Bu gün, 16:37 |
|
|
|
• İnternet üzərindən satılan dərmanlara necə nəzarət olunur? - HƏQİQƏTƏN DƏ...
Bu gün, 16:35 |
|
|
|
• Ədliyyə Nazirliyi bu partiyaların ləğv olunması üçün məhkəməyə müraciət etdi
Bu gün, 16:29 |
|
|
|
• Rusiya İrəvanın üzərində “nüvə çətiri”ni açdı - KİV
Bu gün, 16:25 |
|
|
|
• Kuryerlərə qarşı dələduzluq edən şəxs saxlanılıb - VİDEO
Bu gün, 16:24 |
|
|
|
• Ermənistana bu dəfə Yunanıstan silahları gəldi... - Sülh gündəliyini bağlamaq istəyən kimlərdir?
Bu gün, 16:11 |
|
|
|
• Bu partiya liderləri bələdiyyə seçkilərinə qatılacaq? – Maraqlı cavablar
Bu gün, 16:08 |
|
|
|
• Qənirə Ataşova: "Bu klinikalar həkim "düzəltmək"lə məşğuldur..." - Müsahibə/Yeni şok faktlar
Bu gün, 16:01 |
|
|
|
• "Araz-2024" birgə taktiki təlimi başa çatıb
Bu gün, 15:58 |
|
|
|
• Rubl "vuruldu": Rusiyada işləyən azərbaycanlıları nə gözləyir? - AKTUAL
Bu gün, 15:51 |
|
|
|
• “Bakı Abadlıq Xidməti MMC” fəaliyyətini dayandırdı? - İLGİNC İDDİA
Bu gün, 15:40 |
|
|
|
• İFADƏ VERDİ: Ağadadaş Ağayev özünü təqsirli bilməyib - MƏHKƏMƏ
Bu gün, 15:36 |
|
|
|
• İrəvanla Moskvanın “küsülülüyü" - Hərbi bloka “yox”, iqtisadi bloka “hə”
Bu gün, 15:34 |
|
|
|
• Ermənistan Azərbaycana qarşı yeni müharibəyə hazırlaşır - Bunun BAŞQA ADI YOXDUR...
Bu gün, 15:31 |
|
|
|
• Dünyada ən çox istifadəçisi olan 35 sosial şəbəkə – Tam siyahı
Bu gün, 15:30 |
|
|
|
• Kəmaləddin Heydərov rəisi vəzifəsindən azad etdi - ƏMR
Bu gün, 15:26 |
|
|
|
• Rasim Məmmədovdan sonra da 3 milyonluq yeyinti olub - TƏFƏRRÜAT
Bu gün, 15:24 |
|
|
|
• Asiya İnkişaf Bankına yeni prezident seçilib
Bu gün, 15:22 |
|
|
|
• Həbsdən çıxan kişini arvadı evə buraxmadı: “Düşündüm ki...” – Şok təfərrüat
Bu gün, 15:17 |
|
|
|
• Sahibkarları şantaj edən sayt rəhbərləri həbs edilib, cinayət işi açılıb
Bu gün, 15:11 |
|
|
|
• Rusiya "Oreşnik"in kütləvi istehsalına başlayıb
Bu gün, 15:08 |
|
|
|
• Bayden Putini “qızıl nimçədə” Trampa verdi – Dərin ittifaq
Bu gün, 14:10 |
|
|
|
• Qərbin radikal anti-Azərbaycan bəyanatlarının daha bir SƏBƏBİ
Bu gün, 14:02 |
|
|
|
|