“Müxalifət partiyaları hakimiyyətin həyata keçirdiyi siyasətə tənqidi dayandıra bilər” - Qulamhüseyn Əlibəyli
Tarix: 26-09-2020, 09:44 | Çap et
Azərbaycan müharibənin astanasındadır. Düşmənin hərbi aqressiyası və sülh danışıqlarının tamamilə donması savaş ehtimalını artırır. Cəbhə xəttindəki gərginlik və Ermənistanın Tovuz istiqamətindən həmlələrinin səngiməməsi geniş hərbi əməliyyatların başlanmasını şərtləndirir. Eyni zamanda, Azərbaycanın son günlərdə keçirdiyi hərbi təlimlər, cəmiyyətdəki ovqat və ən əsası prezident İlham Əliyevin açıqlamaları deməyə əsas verir ki, müharibə uzaqda deyil.
Elə sentyabrın 25-də prezident Avropa İttifaqının Cənubi Qafqaz üzrə xüsusi nümayəndəsi Toivo Klaarı qəbul edərkən deyib ki, ciddi kəşfiyyat mənbələrimizdə məlumat var, hərbi hazırlıqlar gedir, onların hərbi qüvvələri təmas xəttində, dövlət sərhədində cəmləşir.
“Əgər onlar bizə hücum etsələr, peşman olacaqlar. Mən, sadəcə olaraq, sizin bunu bilməyinizi və bu mesajı Avropa Komissiyasına çatdırmağınızı və Avropa Komissiyasının təcavüzkarın yeni təxribatlarını dayandırmaq üçün nə edə biləcəyini görmək istəyirəm”, - dövlət başçısı əlavə edib.
Belə olan halda müharibə başlasa, siyasi partiyalar, media və QHT-lər necə davranmalıdır, döyüş şəraitində öz fəaliyyətlərini məhdudlaşdırmalıdırlarmı?
Aydınlar Partiyasının sədri Qulamhüseyn Əlibəyli “Yeni Müsavat”a bildirdi ki, iqtidar-müxalifət arasında bir sənəd imzalanmalıdır: “Bu sənəddə birgə razılaşma imzalanmalıdır ki, münaqişənin hansı yolla həllinin tərəfdarıyıq - müharibə, yoxsa sülh... Əgər müharibə yolu seçilibsə, dövlət hərbə hazırlaşmalıdır, siyasi təşkilatlar, vətəndaş cəmiyyətləri də insanları bu vəziyyətə hazırlamalıdırlar. Həmin dövrdə siyasi partiyalar öhdəlik götürə bilər ki, siyasi fəaliyyəti, müxalifətçiliyi məhdudlaşdırırıq. Müharibə dövründə görüşlər keçirə, izahatlar verə, könüllülük hərəkatı təşkil edə bilərik. Partiyalar üzvlərinə müraciət edə bilərlər ki, orduya könüllü yazılsınlar. Ümumilikdə həmin dördə müxalifət partiyaları hakimiyyətin həyata keçirdiyi siyasətə tənqidi dayandıra bilər və deyə bilər ki, Qarabağ məsələsində dövlətin yanındayıq”.
AĞ Partiyanın başqanı Tural Abbaslı hesab edir ki, müharibə şəraitində adi vaxtda olduğu kimi siyasi fəaliyyət yürütmək mümkün deyil. Onun sözlərinə görə, qanunvericilik də buna icazə vermir: “Qarabağ uğrunda müqəddəs savaş başlayarsa, hər bir müxalifət təşkilatı, eləcə də AĞ Partiya öz məsuliyyətini bilir. Bizim üçün ərazi bütövlüyümüz, Qarabağımızın azadlığıdır. Ona görə müharibə başlasa, biz heç dövlətin çağırışını gözləmədən siyasi fəaliyyətimizi dondura bilərik. Bunun əksini etmək, siyasi mübarizə aparmaq, kreslo uğrunda döyüşmək xəyanətdir. Ona görə müxalifət partiyaları müharibə şəraitində fəaliyyətini dondurmağa və dövlətin yanında olmağa hazırdır.
Neftçilərin Hüquqlarının Müdafiə Komitəsinin rəhbəri Mirvari Qəhrəmanlı bildirdi ki, QHT-lər hər bir şəraitdə, yəni müharibə, fövqəladə vəziyyət, karantin, təbiət hadisələri, qəzalar və s. zamanı fəaliyyətlərini həmin şəraitə uyğun olaraq davam etdirməlidir.
“Məhdudiyyət isə yalnız ölkədə həmin şəraitlə əlaqədar qəbul olunmuş qərarlar əsasında ola bilər. Hər bir şəraitdə QHT-lər öz nizamnaməsinə uyğun fəaliyyət göstərməlidir. Müxtəlif sahələr üzrə fəaliyyət göstərən QHT-lər var. Və bu QHT-lərdə çoxlu peşəkarlar çalışır. Həmin QHT-lər öz fəaliyyətlərinə uyğun olaraq əhali arasında məlumatlandırma, maarifləndirmə, hüquqi yardım, orduya dəstək qrupları, əhali ilə sıx təmasda olaraq, ehtiyac olarsa onların riskli ərazilərdən uzaqlaşdırılmasında, yerləşdirilməsində, müxtəlif psixoloji yardımların göstərilməsində yardımçı ola bilərlər”, - deyə komitə rəhbəri qeyd etdi.
M.Qəhrəmanlı hesab edir ki, uşaq, qadın hüquqları ilə məşğul olan QHT-lərə bu halda daha çox ehtiyac duyula bilər: “Onlarla daima təmasda olmaq, dəstək olmaq ən vacib məsələlərdən biridir. Müəyyən riskli qruplarla işləyən QHT-lər (əlillər, yaşlılar və s.) bu halda fəaliyyətinə ciddi ehtiyac duyulur. Bir sözlə, QHT əvəzolunmaz bir qüvvədir. Heyf ki, bu əvəzolunmaz ”ordu"nu 2014-cü ildən zəiflədiblər..."
Azpost.info internet qəzetinin baş redaktoru Xaqani Səfəroğlu isə müharibə şəraitində medianın necə davranmalı olduğunu açıqladı. Onun sözlərinə görə, klassik anlamda müharibə zamanı media xüsusi qanunlarla tənzimlənir: “Bura daha çox hərbi məlumatların vahid mərkəzdən ötürülməsi, dövlət təhlükəsizliyi üçün vacib olan tənzimlənmə və ictimai rəyin formalaşdırılması daxildir. 21-ci əsrdə, internet erasında müharibə etmək bir sıra parametrlər baxımından mürəkkəbdir. İnformasiya texnologiyalarının geniş olması, hamının ”yeriyən KİV"-ə çevrildiyi bir zamanda medianın müharibə dönəminin qaydalarını tətbiqi çətindir. Məncə, döyüş əməliyyatları aparılarkən KİV-in fəaliyyəti zamana uyğun qurulmalıdır. Bunun üçün əsas olan oxucu etimadı olan KİV-lərin yaranması mühümdür".
Jurnalistin fikrincə, sosial şəbəkələrin “at oynatdığı” bir dövrdə anonim, şübhəli və xarici təsir agentlərinin təsirində olan ictimai rəy moderatorlarının qarşısına yalnız peşəkar, nüfuzlu və oxucu etimadı olan KİV-lər çıxa bilər: “Jurnalistlər ”informasiya əsgəri" yox, müharibənin gətirdiyi xofu, yalan məlumatları, düşmən təbliğatını dürüst xəbərləri ilə dağıdacaq bir gücdə olmalıdır. 2016-cı ilin aprel döyüşlərinə nəzərən son Tovuz döyüşlərində bizim jurnalistlər bu baxımdan bir sıra üstünlüklərini göstərə bildilər. Əsas məsələ bütün dünyanın üzləşdiyi “feyk xəbərlər”i zondaj edə biləcək müstəvini yaratmaqdır. Bu sırada dövlətin rolu əhəmiyyətlidir. Hərbi xəbərlərin, cəbhədə vəziyyətə dair məlumatların vahid informasiya qərargahından yayılması, yalan məlumatlara dərhal çevik reaksiyanın verilməsi, hərbçilərdən, jurnalistlərdən, ictimai rəy moderatorlarından ibarət çevik media komandasının qurulması işin xeyrinə olardı". “Yeni Müsavat”
|
|
|
|
|
|
Putin SSRİ-ni bərpa edə biləcəkmi?
|
|
|
|
|
|
|
|
|
• Mirzoyan finlandiyalı həmkarı ilə Azərbaycanla sülh prosesini müzakirə edib
Bu gün, 19:38 |
|
|
|
• Suriyada müxalif qüvvələr Hələbə daxil oldu - Güclü döyüşlər gedir
Bu gün, 19:06 |
|
|
|
• Beş vəkilə xəbərdarlıq olunub, dörd vəkilə töhmət verilib
Bu gün, 19:03 |
|
|
|
• Qərbin “erməni sevgisi”: - “Makron öz marağını təmin etmək üçün...”
Bu gün, 18:58 |
|
|
|
• "Respublikanski"nin təmirə bağlanması xəstələri çətinə saldı - Baş həkim nələri açıqladı?
Bu gün, 18:53 |
|
|
|
• Gürcüstan Avropa İttifaqına üzvlüklə bağlı danışıqları dayandırır - BU DA BELƏ...
Bu gün, 18:42 |
|
|
|
• Polşanın birinci xanımı İrəvanda separatçılarla görüşdü
Bu gün, 18:31 |
|
|
|
• Hərbi attaşelər "Azərkosmos"u ziyarət ediblər
Bu gün, 18:28 |
|
|
|
• “Pilot Residence” camaatın QƏSDİNƏ DURUB? - BU NƏDİ BELƏ?..
Bu gün, 18:20 |
|
|
|
• Ülvi Quliyev vətəndaşları qəbul etdi - FOTO
Bu gün, 18:09 |
|
|
|
• “Paşinyanla Baqratın "dəllək"ləri fərqlidir...” - REPLİKA
Bu gün, 18:02 |
|
|
|
• "Sənə seksin abreviaturasını versəm və səni qane eləsə..." - Kamran Ağabalayev
Bu gün, 18:00 |
|
|
|
• Azərbaycanda əsas seysmik zonalar: - Hansı ərazidə neçə bal zəlzələ ehtimalı var?
Bu gün, 17:54 |
|
|
|
• Dövlət qurumu 1,2 milyonluq geyimləri bu şirkətdən aldı - TENDER NƏTİCƏSİ
Bu gün, 17:45 |
|
|
|
• Səhiyyə Nazirliyi 6 ədəd “Hyundai” alır – 255 min manata
Bu gün, 17:36 |
|
|
|
• Avropa Şurası Avropa Komissiyasının yeni tərkibini təsdiqləyib
Bu gün, 17:34 |
|
|
|
• VHP bələdiyyə seçkilərində iştirak edəcək - AÇIQLAMA
Bu gün, 17:28 |
|
|
|
• İcra başçısının nümayəndəsinin ölkədən çıxışına qadağa qoyula bilər - SƏBƏB
Bu gün, 17:24 |
|
|
|
• "Bakı səfərindən sonra şərti sərhəddə "binokl şousu"nda iştirakı..." - Seyidov sərt danışdı
Bu gün, 17:22 |
|
|
|
• Azərbaycanda BOKT-nin rəhbərliyində dəyişikliklər olub - ADLAR
Bu gün, 17:19 |
|
|
|
• "Zerkalni" nömrə biznesi adı ilə dostunun pullarını ələ keçirdi - TƏFƏRRÜAT
Bu gün, 17:14 |
|
|
|
• "Rusiya və İran arasında qaz ticarətinin Azərbaycanın "adına yazılması" Qərbin növbəti təxribatıdır"
Bu gün, 17:06 |
|
|
|
• Əvəz Temirxan bələdiyyə seçkilərində iştirak edəcək? - Özü açıqladı
Bu gün, 17:03 |
|
|
|
• Yunanıstan özü vadar edir ki... - ŞƏRH
Bu gün, 16:46 |
|
|
|
• MN-nin tabeliyində olan müxtəlif hərbi hissələrdə mənimsəmə ilə bağlı daha bir maliyyə xidmət rəisinin məhkəməsi başlayır
Bu gün, 16:43 |
|
|
|
• İcra başçılarının “Dream Construction Company” sevgisi - İcazə verin şübhələnək...
Bu gün, 16:42 |
|
|
|
• "SAT-SAS-2024" təlimində növbəti tapşırıqlar icra olunub
Bu gün, 16:39 |
|
|
|
• Yüksək faizli endirimlər, mağazadan-mağazaya qaçan alıcılar... - "Black friday"in əsl məqsədi ortaya çıxdı
Bu gün, 16:37 |
|
|
|
• İnternet üzərindən satılan dərmanlara necə nəzarət olunur? - HƏQİQƏTƏN DƏ...
Bu gün, 16:35 |
|
|
|
• Ədliyyə Nazirliyi bu partiyaların ləğv olunması üçün məhkəməyə müraciət etdi
Bu gün, 16:29 |
|
|
|
• Rusiya İrəvanın üzərində “nüvə çətiri”ni açdı - KİV
Bu gün, 16:25 |
|
|
|
• Kuryerlərə qarşı dələduzluq edən şəxs saxlanılıb - VİDEO
Bu gün, 16:24 |
|
|
|
• Ermənistana bu dəfə Yunanıstan silahları gəldi... - Sülh gündəliyini bağlamaq istəyən kimlərdir?
Bu gün, 16:11 |
|
|
|
• Bu partiya liderləri bələdiyyə seçkilərinə qatılacaq? – Maraqlı cavablar
Bu gün, 16:08 |
|
|
|
• Qənirə Ataşova: "Bu klinikalar həkim "düzəltmək"lə məşğuldur..." - Müsahibə/Yeni şok faktlar
Bu gün, 16:01 |
|
|
|
• "Araz-2024" birgə taktiki təlimi başa çatıb
Bu gün, 15:58 |
|
|
|
• Rubl "vuruldu": Rusiyada işləyən azərbaycanlıları nə gözləyir? - AKTUAL
Bu gün, 15:51 |
|
|
|
• “Bakı Abadlıq Xidməti MMC” fəaliyyətini dayandırdı? - İLGİNC İDDİA
Bu gün, 15:40 |
|
|
|
• İFADƏ VERDİ: Ağadadaş Ağayev özünü təqsirli bilməyib - MƏHKƏMƏ
Bu gün, 15:36 |
|
|
|
• İrəvanla Moskvanın “küsülülüyü" - Hərbi bloka “yox”, iqtisadi bloka “hə”
Bu gün, 15:34 |
|
|
|
• Ermənistan Azərbaycana qarşı yeni müharibəyə hazırlaşır - Bunun BAŞQA ADI YOXDUR...
Bu gün, 15:31 |
|
|
|
• Dünyada ən çox istifadəçisi olan 35 sosial şəbəkə – Tam siyahı
Bu gün, 15:30 |
|
|
|
• Kəmaləddin Heydərov rəisi vəzifəsindən azad etdi - ƏMR
Bu gün, 15:26 |
|
|
|
• Rasim Məmmədovdan sonra da 3 milyonluq yeyinti olub - TƏFƏRRÜAT
Bu gün, 15:24 |
|
|
|
• Asiya İnkişaf Bankına yeni prezident seçilib
Bu gün, 15:22 |
|
|
|
• Həbsdən çıxan kişini arvadı evə buraxmadı: “Düşündüm ki...” – Şok təfərrüat
Bu gün, 15:17 |
|
|
|
• Sahibkarları şantaj edən sayt rəhbərləri həbs edilib, cinayət işi açılıb
Bu gün, 15:11 |
|
|
|
• Rusiya "Oreşnik"in kütləvi istehsalına başlayıb
Bu gün, 15:08 |
|
|
|
• Bayden Putini “qızıl nimçədə” Trampa verdi – Dərin ittifaq
Bu gün, 14:10 |
|
|
|
• Qərbin radikal anti-Azərbaycan bəyanatlarının daha bir SƏBƏBİ
Bu gün, 14:02 |
|
|
|
|