"Siz də o biri diribaş professorlar kimi tasa oturdun dissertantları..." .....                     Mərhum nazirin nəvəsi üçün ÖZƏL GÜN .....                     Ermənistan qarşısında iki TƏLƏB! .....                     Daha iki azərbaycanlı Rusiya-Ukrayna savaşında ÖLDÜ .....                     Ermənistan sülh prosesindən çəkilir .....                     "Ermənilər ümid edirlər ki, Rusiya Qərbin dəstəyi ilə Ukraynada məğlub olacaq" .....                     Hakimiyyət nəhayət məsələni bağlamaq üçün... .....                     PA-nın vəzifəli şəxsinə ağır itki üz verdi .....                     Həsən Nəsrullahın dəfn mərasimi oktyabrın 4-də keçiriləcək .....                     "Haqq dediyim üçün mənə TƏLƏ QURDULAR" .....                     Adil Vəliyevi çətiri altında YAŞIL TERROR .....                     Bu dəfə `AzeBirja` kələkbazları peyda olub .....                     Cinayət törətməkdə şübhəli bilinən 38 nəfər saxlanılıb .....                     Zəngəzur işğal edilmiş ərazi kimi azad edilməlidir: Bakının son tələbi .....                     Qərbi Azərbaycana qayıdış .....                     Anar Rzayevin yaxın adamı “Tarqovı”da AT OYNADIR .....                     Dövlət Kənd Təsərrüfatı Muzeyinə BAKIDA YER TAPILMADI... .....                     Paşinyan Fransaya gedib .....                     Məktəblilər arasında daha bir bıçaqlanma... bu dəfə Bakıda: ÖLƏN VAR... .....                     Yerüstü agentliyin ASFALTÜSTÜ HOQQALARI .....                     Qazinin döydüyü şəxs öldü .....                     Natiq Sadıqov Aqil Babayevi necə şərləyib? .....                     Özəl pensiya fondları nələri dəyişəcək? .....                     Deputatın şirkəti vətəndaşlarla ÜZ-ÜZƏ... .....                     “Pilot 16”nın COP29-a “töhfə”si... .....                     Vətəndaşları xaricdə iş düzəltmək adı ilə aldadıb, Kanadaya qaçdı .....                     İsrail ABŞ ilə Suriya və ya Yəməndə SEPAH-a zərbə endirmək imkanını müzakirə edir .....                     `Azercell` yenə də müştərilərinə ÇİLƏ YAŞADIR... .....                     İran-İsrail gərginliyindən BİZ NƏ? .....                     Bu halda idarə, müəssisə və təşkilat rəhbərləri məsuliyyət daşıyırlar .....                     Azərbaycanda turizm sektoru .....                     Naxçıvanda mobil telefonlar kütləvi bağlanır .....                     Qanunsuz sərnişin daşınmasının qarşısı niyə alınmır? .....                     İpə-sapa yatmayan Elşad Həsənovun işçiləri vergidən yayınır .....                     Ramiz Mehdiyevin qızı nazirliyi məhkəməyə verdi .....                     "Atamın bir-iki əşyası var, o evimizdədir" .....                     Heykəl qovğası: hərənin öz təsəvvüründəki Ələsgər .....                     Suqovuşanın erməni işğalından azad edilməsindən dörd il ötür .....                     Məktəblərdə təmir işləri ilə bağlı tender uduldu .....                     Agentlik 3 milyona bina icarəyə götürdü .....                 

“Cəbhədəki vəziyyət bu dəfə də səngiyəcəksə, xalq ruhdan düşəcək” - deputat
Tarix: 23-09-2020, 08:36 | Çap et
“Cəbhədəki vəziyyət bu dəfə də səngiyəcəksə, xalq ruhdan düşəcək”
Azərbaycan Prezidenti İlham Əliyev sentyabrın 19-da yerli televiziyalara müsahibəsində Dağlıq Qarabağ münaqişəsi zonasında təmas xəttinə yaxın Ermənistan Silahlı Qüvvələrinin konsentrasiyasını qeyd edərək, bunu İrəvan tərəfindən müharibəyə hazırlıq kimi dəyərləndirib: “Ermənistan aqressiv dövlətdir. Bir daha demək istəyirəm və onlara xəbərdarlıq etmək istəyirəm ki, əgər öz çirkin planlarından əl çəkməsələr, onlar üçün çox ağır nəticələr olacaq. Onlar yeni müharibəyə hazırlaşırlar. Təmas xəttinə yaxın onların qüvvələrinin konsentrasiyası baş verir. Biz hər şeyi görürük, hər şeyi izləyirik. Onların bütün hərəkətlərini izləyirik. Əlbəttə ki, özümüzü müdafiə edəcəyik. Necə ki, Tovuzda özümüzü müdafiə etdik, bütün başqa istiqamətlərdə də özümüzü müdafiə edəcəyik. Onlar üçün Tovuz hadisələri növbəti dərs oldu. Əgər yeni dərs almaq istəyirlərsə, biz buna hazırıq”.

Dövlət başçısının sözlərinə görə, Ermənistanın Baş Naziri Nikol Paşinyan Dağlıq Qarabağ münaqişəsinin gərginləşməsi məqsədiylə qəsdən müxtəlif təxribatlar törədir: “Ermənistan tərəfindən işğal olumuş Azərbaycan ərazilərində qanunsuz məskunlaşdırma aparılır. Bu, bütün beynəlxalq konvensiyalara ziddir. Bu, Cenevrə Konvensiyasına tamamilə ziddir, bu, cinayətdir. İşğal edilmiş torpaqlara haradansa insan gətirib qanunsuz məskunlaşdırmaq cinayətdir. Bunu Paşinyan rejimi şüurlu şəkildə edir. Bu, təxribatdır. Bizi təxribata çəkirlər, onu göstərirlər internetdə - hansısa Livan erməni ailəsi gəlib, orada hansısa iş görür. Ondan sonra bizim qədim tarixi şəhərimiz Şuşada o qondarma rejimin qondarma, dırnaqarası rəhbərinin, guya andiçmə mərasimini keçirirlər. Bu, növbəti təxribatdır”.

Prezidentin müsahibəsindən bir gün sonra - sentyabrın 20-si saat 23:00 radələrində Ermənistan növbəti təxribata əl atıb. Belə ki, Şəmkir rayonu ərazisində erməni hərbi PUA-sı (Pilotsuz Uçuş Aparatı) müşahidə edilib. Lakin Azərbaycan hərbi qüvvələri tərəfindən məhv edilib. Vurulan hərbi PUA Şəmkir rayonun Sabirkənd kəndi ərazisinə düşərək partlayıb. Bildirilib ki, PUA ermənilərlə sərhəd istiqamətində vurulub.

Məhz düşmənin ardıcıl təxribatlarının davamı olaraq sentyabrın 21-də Tovuz rayonu istiqamətində Azərbaycan Ordusu şəhid verib. Ordumuzun müddətdən artıq xidmət edən hərbi qulluqçusu, kiçik çavuş Məmmədov Elşən Əli oğlu şəhid olub.

Prezidentin müsahibəsində qeyd etdiyi məqamlar, ardınca düşmən tərəfinin davamlı təxribatları və bir-birini tamamlayan proseslər nəyə işarədir? Baş verənlər Azərbaycanla Ermənistan arasında müharibənin başlayacağına işarədirmi?

Mövzuya dair AYNA-ya danışan Milli Məclisin Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin üzvü Aqil Abbas ölkə başçsının da açıq-aydın müharibə ehtimallarına işarə verdiyini deyib: “Cənab Prezident müsahibəsində ciddi hazırlıqların getdiyini, Ermənistanın müharibəyə başlamaq istədiyini, buna baxmayaraq cavablarını alacaqlarını dedi. Yəni, artıq danışıqlar bitib, fikirlər tükənib və biz heç bir danışıqlara getməyəcəyik. Çünki onlar bütün qaydaları pozur və təxribatlara davam edirlər”.

“Ermənistan son təxribatlarını cəbhə zonasında yox, sərhədyanı ərazilərdə həyata keçirir. Sərhədyanı bölgələrdəki təxribatlara da Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatı (KTMT) ölkələrini cəlb etmək istəyir. Onlar bizi qəsdən təxribata çəkirlər ki, biz onların ərazisinə daxil olaq və hər iki dövlət arasında müharibə başlasın. Məsələn, bir var ki, biz doğma torpaqlarımızı seperatçılardan təmizləyirik, bir də var ki, başqa ölkənin sərhədlərini keçirik. İkinci baş verən təqdirdə KTMT qaydalara uyğun olaraq hərəkətə keçməlidir. Yəni ki, ermənilər bunu təxribat niyyəti ilə edirlər və bu təxribatın cavabı da Qarabağda veriləcək”, - deputat bildirib.

Abbas proseslərin növbəti dəfə səngiyəcəyi halda, xalqın ruhdan düşəcəyini vurğulayıb: “Ümumiyyətlə, biz müharibə etmirik. Müharibə iki ölkənin arasında olur. Biz də Ermənistanla müharibə etmirik. Biz sadəcə olaraq Dağlıq Qarabağı seperatçılardan təmizləyirik. Ona görə də mən proseslərin bu dəfə ləngiyəcəyinə inanmıram. Çünki Prezidentin son çıxışı əsas verir ki, mən qətiyyətlə ermənilərin cavablarını alacaqlarını, Dağlıq Qarbağda torpaqlarımızın azad olunması istiqamətində hərəkat başlayacağını deyim”.

Keçmiş Milli Təhlükəsizlik Nazirliyinin sabiq əməkdaşı, təhlükəsizlik məsələləri üzrə ekspert İlham İsmayıl da o fikirdədir ki, hazırda cərəyan edən proseslər daha əvvəlkilərdən fərlənir: “Bu cür proseslər illərdir davam etsə də, müharibə baş tutmayıb. Amma indi situasiya bir az fərqlidir. Belə ki, Türkiyə ilə bizim hərbi baxımdan daha da yaxınlaşmağımız, Tovuz döyüşlərindən sonra yaranan vəziyyət, Qarabağ probleminin Cənubi Qafqazda daha çox əhəmiyyət daşımağa başlaması və hər iki ölkənin daxilindəki siyasi proseslər bu məsələni gündəmdə saxlamağa təkan verir”.

“İlk baxışdan elə təəssürat yaranır ki, Ermənistan məsələni həll edib, Dağlıq Qarabağı və ətrafını tutub və onlara müharibə lazım deyil. Əslində, elə sülh danışıqlarını necə ki, 27 ildir uzadırlar, bu vəziyyəti də uzatmaq həm onların, həm də havadarlarının xeyrinədir. Yəni Rusiya məsələnin həll olunmasında maraqlı deyil. Çünki, Qarabağ münaqişəsini əlində əsas tutaraq həm Ermənistana, həm də Azərbaycana təsir və təzyiqini davam etdirir. Amma belə proseslər uzun müddət davam eləmir. Ona görə də vaxtın bir növ yaxın olduğu artıq sezilir. Siz deyən əlamətlər isə döyüşə başlamağa müəyyən dərəcədə əsas verir”, - ekspert AYNA-ya şərhində deyib.

O, dövət başçısının son çıxışında Ermənistan tərəfinin ittiham olunmasını belə dəyərləndirib: “Prezident son müsahibəsində Ermənistanın sülh danışıqlarını pozduğunu bildirdi və mövcud hakimiyyəti ittiham elədi. Amma mənə elə gəlir ki, təkcə mövcud hakimiyyəti ittiham eləməklə kifayətlənmək lazım deyil. Bu məsələyə əvvəldən başlamaq lazımdır. Yəni Ermənistanın əvvəldən qeyri-konstruktiv yol tutduğunu, sülh danışıqlarını məqsədli şəkildə uzatdığını, BMT nizamnamələrinə əməl etmədiyini bəyan etmək lazımdır ki, biz bu müddətə qədər uzun illər səbr edib dözdüyümüzü, məsələnin sülh yolu ilə həll olunmasını istədiyimizi rahatlıqla deyə bilək. Yəni ona görə də məsələni təkcə Paşinyan üzərində qurmaq lazım deyil. Məsələni bütövlükdə Ermənistanın işğalçılıq siyasəti üzərində qurmaq və əvvəlki rəhbərləri də bura qatmaq lazmdır”.

İsmayılın fikrincə, müharibə əlamətlərinin özünü göstərdiyi və Türkiyənin yanımızda olduğu halda, torpaqlarımızı azad etmək üçün addımlar atmasaq, bu, xalqa çox pis təsir edəcək: “Yəni bütün bunlar söz olaraq qalacaq ki, bu da işin ən qoruxulu tərəfidir. Həm də ki, bizim xalq olaraq müharibəyə hazırlaşdığımız o qədər də hiss olunmur. Təkcə ordunun hazırlanması önəmli deyil, bu işdə ən önəmli tərəf xalqdır. Xalqın hazrlığını isə istər psixoloji, istərsə də hərbi nöqteyi-nəzərdən yetərli saymıram. Düzdür, mövzu vətən olanda bizim xalqımız heç nəyin fərqimə varmadan yekdillik nümayiş etdirib. Lakin çox təəssüf ki, bu ruh bəzən məqsədyönül şəkildə öldürülüb. Ona görə də hesab edirəm ki, indiki zamanı dəyərləndirmək lazımdır. İstər psixoloji, istərsə də hərbi cəhətdən çəkinmək lazım deyil. Səfərbərlik elan olunmalı, düşmən də, düşmənin havadarı da bunu bilməldir”.

“Mən bir neçə gün idi ki, Qarabağda idim. Əhali arasında gəzən söz-söhbətlər qarşı tərəfin kifayət qədər hazırlıqlı olduğunu deyirdi. Yəni, ola bilsin ki, bizi qabaqlayıcı tədbir bəhanəsiylə hücuma keçsinlər. Ona görə də bizim üçün günün hər saatı çox həyəcanlıdır. Dövlət başçısı da çıxışında onların hazırlaşdığını demişdi. Ermənilərin könüllü xalq dəstələri haqqında dedikləri də əfsanə deyil, reallıqdır. Onlar ehtiyyat qüvvələrini belə, Qarabağ bölgəsinə gətiriblər. Təbii ki, onların da, havadarlarının da kəşfiyyatı işləyir. Həmçinin, bizdəki satqınlar da dayanmır. Bu satqınlar təkcə mülki idarələrdə deyil, eyni zamanda orduda da var. Ona görə də deyirəm ki, müəyyən hazırlıq olmadan bu işləri tam şəkildə görmək olmaz”, - ekspert əlavə edib.









 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?
Yox
Bu yolda Rusiyanın ağzı ovulacaq

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
"Siz də o biri diribaş professorlar kimi tasa oturdun dissertantları..." - Bir acı AMEA gerçəkliyi...
Bu gün, 10:19
Mərhum nazirin nəvəsi üçün ÖZƏL GÜN - FOTO
Bu gün, 10:09
Ermənistan qarşısında iki TƏLƏB! - Prezidentdən MÜHÜM MESAJLAR
Bu gün, 10:05
Daha iki azərbaycanlı Rusiya-Ukrayna savaşında ÖLDÜ - Əks cəbhələrdə döyüşürdülər...
Bu gün, 10:04
Ermənistan sülh prosesindən çəkilir - GÖRÜNƏNİ BUDUR...
Bu gün, 10:01
"Ermənilər ümid edirlər ki, Rusiya Qərbin dəstəyi ilə Ukraynada məğlub olacaq" - deputat
Bu gün, 09:59
Hakimiyyət nəhayət məsələni bağlamaq üçün... - Samvel Babayanı özünə tərəf çəkir
Bu gün, 09:57
PA-nın vəzifəli şəxsinə ağır itki üz verdi
Bu gün, 09:54
Həsən Nəsrullahın dəfn mərasimi oktyabrın 4-də keçiriləcək
Bu gün, 09:49
"Haqq dediyim üçün mənə TƏLƏ QURDULAR" - İmişlidə ETİRAZ EDƏN müəllimə
Bu gün, 09:47
Adil Vəliyevi çətiri altında YAŞIL TERROR - VİDEOFAKT
Bu gün, 09:44
Bu dəfə `AzeBirja` kələkbazları peyda olub - Camaatı SOYURLAR...
Bu gün, 09:38
Cinayət törətməkdə şübhəli bilinən 38 nəfər saxlanılıb
Bu gün, 09:29
Zəngəzur işğal edilmiş ərazi kimi azad edilməlidir: Bakının son tələbi - Kritik gəlişmə
Bu gün, 09:17
Qərbi Azərbaycana qayıdış - Rusiyadan reaksiya
Bu gün, 09:15
Anar Rzayevin yaxın adamı “Tarqovı”da AT OYNADIR - Özü azmış kimi işçisi də QOÇULUQ EDİR...
Bu gün, 09:12
Dövlət Kənd Təsərrüfatı Muzeyinə BAKIDA YER TAPILMADI... - NARAZILIQ VAR...
Bu gün, 09:04
Paşinyan Fransaya gedib
Bu gün, 09:01
Məktəblilər arasında daha bir bıçaqlanma... bu dəfə Bakıda: ÖLƏN VAR... - BELƏ HARA GEDİRİK?..
Bu gün, 08:59
Yerüstü agentliyin ASFALTÜSTÜ HOQQALARI - Qanad verin... qanadlanaq...
Bu gün, 08:56
Qazinin döydüyü şəxs öldü - TƏFƏRRÜAT
Bu gün, 08:50
Natiq Sadıqov Aqil Babayevi necə şərləyib? - İLGİNC FAKTLAR
Bu gün, 08:48
Özəl pensiya fondları nələri dəyişəcək? - AKTUAL
Bu gün, 08:45
Deputatın şirkəti vətəndaşlarla ÜZ-ÜZƏ... - Prezidentə müraciət olundu
Bu gün, 08:40
“Pilot 16”nın COP29-a “töhfə”si... - Zəhərli hava, xəstəlik mənbəyi olan zibilliklər, dağıdılmış yollar
Bu gün, 08:27
Vətəndaşları xaricdə iş düzəltmək adı ilə aldadıb, Kanadaya qaçdı - TƏFƏRRÜAT
Bu gün, 08:21
İsrail ABŞ ilə Suriya və ya Yəməndə SEPAH-a zərbə endirmək imkanını müzakirə edir - "Politico"
Bu gün, 08:18
`Azercell` yenə də müştərilərinə ÇİLƏ YAŞADIR... - NARAZILIQ VAR...
Bu gün, 08:14
İran-İsrail gərginliyindən BİZ NƏ? - Dəxli var, həm də...
Bu gün, 08:06
Bu halda idarə, müəssisə və təşkilat rəhbərləri məsuliyyət daşıyırlar - Ekspert danışır...
Bu gün, 08:04
Azərbaycanda turizm sektoru niyə İNKİŞAF ETMİR?
Bu gün, 06:55
Naxçıvanda mobil telefonlar kütləvi bağlanır - NƏ BAŞ VERİR?
Bu gün, 00:50
Qanunsuz sərnişin daşınmasının qarşısı niyə alınmır? - AKTUAL
Bu gün, 00:47
İpə-sapa yatmayan Elşad Həsənovun işçiləri vergidən yayınır - BU DA FAKT...
Bu gün, 00:41
Ramiz Mehdiyevin qızı nazirliyi məhkəməyə verdi - BUNA GÖRƏ
Bu gün, 00:36
"Atamın bir-iki əşyası var, o evimizdədir"
Bu gün, 00:34
Heykəl qovğası: hərənin öz təsəvvüründəki Ələsgər - AXI NİYƏ?..
Bu gün, 00:28
Suqovuşanın erməni işğalından azad edilməsindən dörd il ötür
Bu gün, 00:23
Məktəblərdə təmir işləri ilə bağlı tender uduldu - 4,2 MİLYON MANAT
Bu gün, 00:05
Agentlik 3 milyona bina icarəyə götürdü - TENDER NƏTİCƏSİ
Bu gün, 00:02
Müəllimlərə bahalı hədiyyə almaq ənənəsi yığışdırılmalıdır - ÇAĞIRIŞ
Dünən, 19:10
Ermənistan Azərbaycanın mülkiyyətini Rusiyaya necə verdi - ŞOK DETALLAR
Dünən, 19:02
Azərbaycanda alimentin minimum məbləği 350 manata qaldırılır? - AÇIQLAMA
Dünən, 18:56
"Zelenski və Netanyahu geri çəkilsə, siyasi fəlakətlə üzləşəcəklərindən qorxurlar" - "The Guardian"
Dünən, 18:17
"O, bir çox məsələlərin həllində son qərarı verə bilmir" - keçmiş səfir
Dünən, 18:14
Dövlət şəhidə qanpulu verməlidir, yoxsa şəhid dövlətə? - Milli Məclisin yeni heyəti üçün EV TAPŞIRIĞI...
Dünən, 18:11
İranın hiyləsi "Dəmir Günbəz"i çaşdırıb: - Gecəki hücumun DETALLARI
Dünən, 18:01
Ermənistan bunlara görə CAVAB VERMƏLİDİR... - cavab vermək ZORUNDADIR...
Dünən, 17:59
Azərbaycanlılar və gürcülər hər gün yollarda 40, ermənilər isə 30 dəqiqə itirirlər - SİYAHI
Dünən, 17:53
Ata və oğulun rəhbərlik etdiyi Azbelt şirkəti cərimələnir - SƏBƏB
Dünən, 17:51
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : [email protected]
Designed by Daraaz.net
�������@Mail.ru