"Nazirliyin rəqəmləri xəstəxanadan aldığımız göstəricilərlə müqayisədə daha bədbindir" - deputat
Tarix: 12-09-2020, 08:51 | Çap et
Millət vəkili, iqtisadçı-ekspert Vüqar Bayramovun əlilliyin təyinatındakı çətinliklərlə bağlı feysbukda yazdığı status müvafiq qurumun reaksiyasına və həmkarlarının müzakirəsinə səbəb olub. Deputatın sözügedən məsələ ilə bağlı iradına Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin rəsmisindən cavab gəlsə də, millət vəkili qurum təmsilçisinin izahatını və arqumentlərini tutarlı hesab etməyib.
İqtisadçı-deputat ilk statusunda bəyan edib ki, əlilliyin təyinatındakı çətinliklərlə bağlı ünvanlanan sorğular ən çox edilən müraciətlər sırasındadır. Parlament üzvünün sözlərinə görə, prosesin elektronlaşmasına baxmayaraq, müraciətlərin böyük əksəriyyətinə imtina cavabı verilir: “Vətəndaş “forma 88” adlı göndərişi elektron sistemə daxil edir və maraqlıdır ki, əksər hallarda vətəndaşın təqdim etdiyi məlumatların doğru olmaması barədə ona bildiriş göndərilir.
Parlamentdə təmsil etdiyim Füzuli rayonunda bu ilin 8 ayında uşaqlara əlilliyin təyin edilməsi barədə göndərilən 139 müraciətin 99-na birinci mərhələdə imtina cavabı gəlib. Həmin müddətdə əlillik dərəcəsi almaq istəyən yaşı 18-dən çox olan 152 vətəndaşımızın 116-sı imtina ilə kifayətlənib. Bu o deməkdir ki, ümumi müraciətlərin 74 faizinə elektron müraciətdən sonra imtina cavabı verilib. Demək olar ki, digər bütün rayonlarımızda oxşar vəziyyətdir”.
V.Bayramov qeyd edib ki, əlilliyin verilməsi ilə bağlı elektron müraciət heç də kütləvi imtina üzərində qurulmamalıdır:
“Bizə olan müraciətlər göstərir ki, əlillik almaq hüquqi olan xeyli sayda vətəndaşlarımız süni maneələr səbəbindən əlillik dərəcəsi ala bilmirlər. Tibbi-sosial ekspert komissiyaları tərəfindən qiymətləndirmənin və eləcə də kütləvi imtinanın hansı meyarlar ilə həyata keçirildiyi bəlli deyil. O baxımdan, bizə ünvanlanan sorğuları nəzərə alaraq, bu məsələnin araşdırılması və əlillik almaq hüququ olan vətəndaşlarımıza bu imkanların verilməsini təmin edəcək şəffaf və ədalətli mexanizmin formalaşdırılması ilə bağlı Nazirlər Kabinetinə müraciət edirəm”.
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin İctimaiyyətlə əlaqələr və kommunikasiya şöbəsinin müdiri Fazil Talıbov isə sosial şəbəkə üzərindən millət vəkilinə cavabında bildirib ki, deputat əlilliyin təyinatındakı çətinliklər, müraciətlərdən imtinalar, o cümlədən Füzuli rayonu üzrə statistik məlumatlarda bir sıra yanlışlıqlara yol verib.
Qurum sözçüsünün fikrincə, əslində bu ilin 8 ayında Füzuli Rayon Mərkəzi Xəstəxanası tərəfindən əlilliyin qiymətləndirilməsi məqsədilə 217 şəxsə dair ümumilikdə 255 göndəriş rəsmiləşdirilib. Onlardan 114-ü ilkin, 141-i isə təkrar göndərişlərdir:
“Bu göndərişlər əsasında 37 nəfərə əlillik dərəcəsi, 40 nəfərə isə sağlamlıq imkanları məhdudluğu təyinatı aparılıb. 18 nəfərə aid göndərişlər isə qiymətləndirilmə prosesindədir. 160 göndəriş üzrə müxtəlif səbəblərdən imtina qərarı verilib. Əlilliyin qiymətləndirilməsi sahəsində şəffaflığın artırılması və əlillik təyinatlarında ünvanlılığın təmin olunması məqsədilə davamlı olaraq aparılan araşdırmalar nəticəsində indiyədək 6500-dən çox əsassız əlillik təyinatları ləğv edilib. Bu təyinatlar üzrə dövlət büdcəsinin illik qənaəti 30 milyon manata yaxındır.
Uzunmüddətli dövr üzrə dövlət büdcəsinin qənaəti 700 milyon manatdan yuxarıdır. Bilinməlidir ki, ləğv edilən əlillik təyinatlarından 42 nəfərə dair göndərişlər məhz Füzuli RMX tərəfindən rəsmiləşdirilib. Belə ki, həmin şəxslərə rəsmiləşdirilən göndərişlərdə təqdim olunan məlumatların öz təsdiqini tapmaması, qeyd edilən diaqnozların şişirdilməsi, vətəndaşla bağlı digər elektron informasiya sistemlərində toplanan məlumatların ziddiyyət təşkil etməsi kimi faktlar müəyyənləşdirilib”.
Millət vəkili Vüqar Bayramovun nazirlik rəsmisinin açıqlamasına cavabı gecikməyib. Deputat vurğulayıb ki, ƏƏSMN əlilik dərəcəsinin verilməsi ilə bağlı problemlərin həllinə diqqət ayırmaqdan daha çox təəssüf ki, Füzuli Rayon Mərkəzi Xəstəxanasının təqdim etdiyi göstəricilərinin təhlilini aparıb: “Bu rəqəmlər eyni mənbədən alınıb. Söhbət Rayon Mərkəzi Xəstəxanasının təqdim etdiyi göstəricilərindən gedir.
Əslində, nazirlik özü də etiraf edir ki, bu ilin 8 ayında Füzuli rayonundan olan 217 şəxslə bağlı müraciətin cəmi 37-nə əlillik dərəcəsi təyin olunub və 160 göndərişə birbaşa imtina verilib. Nazirliyinin özünün təqdim etdiyi rəqəmlərdə əlilliyin təyinatı və imtina faizləri arasında fərqin böyüklüyünü asanlıqla görmək olar.
Göründüyü kimi, nazirliyin rəqəmləri xəstəxanadan aldığımız göstəricilərlə müqayisədə daha bədbindir. Bu isə ondan xəbər verir ki, bu sahədə vəziyyətin yaxşılaşdırılması, şəffaflıq və səmərəliliyinin artırılması üçün mövcud mexanizmin təkmilləşdirilməsinə ehtiyac var. Rəqəmlərdə deyil, vətəndaşa əlillik dərəcələri təyin edəndə yanlışlığa yol verməmək lazımdır”.
Digər millət vəkili Razi Nurullayev də həmkarına dəstək verib və qeyd edib ki, qaldırılan məsələ ölkəyüklü problemdir. Onun fikrincə, yerlərdə anketləri dolduran zaman qəsdən elə məlumat yazırlar ki, sistem avtomatik imtina göndərsin:
“Yəni kompüterə də ədalətsizliyi öyrədirlər. Ciddi problem həkim-ekspertiza komissiyalarında qalmaqdadır. Məsələn, elə olur ki, şəxs ikinci qrup əlildir və vəziyyəti elə yerə çatıb ki, artıq özü-özünü nə fiziki, nə də əqli cəhətdən idarə edə bilir. Onu belə süründürürlər. İnanıram ki, nazir Sahil Babayev bu sahədə aparılan islahatları daha da intensivləşdirəcək.
Qanunu pozan əməkdaşlara və idarələrə qarşı daha qətiyyətli addımlar atacaq. Hökumət də “DOST” mərkəzlərinin bütün ölkə boyu fəaliyyətinin təşkili üçün lazım olan imkanları ƏƏSMN üçün yaradacaq. Bu sahədə olan çatışmazlıqları aradan qaldırmaq, sistemli iş qurmaq üçün bütün həmkarlarımla əməkdaşlığa və işbirliyinə hazıram”.
|
|
|
|
|
|
Putin SSRİ-ni bərpa edə biləcəkmi?
|
|
|
|
|
|
|
|
|
• Mirzoyan finlandiyalı həmkarı ilə Azərbaycanla sülh prosesini müzakirə edib
Bu gün, 19:38 |
|
|
|
• Suriyada müxalif qüvvələr Hələbə daxil oldu - Güclü döyüşlər gedir
Bu gün, 19:06 |
|
|
|
• Beş vəkilə xəbərdarlıq olunub, dörd vəkilə töhmət verilib
Bu gün, 19:03 |
|
|
|
• Qərbin “erməni sevgisi”: - “Makron öz marağını təmin etmək üçün...”
Bu gün, 18:58 |
|
|
|
• "Respublikanski"nin təmirə bağlanması xəstələri çətinə saldı - Baş həkim nələri açıqladı?
Bu gün, 18:53 |
|
|
|
• Gürcüstan Avropa İttifaqına üzvlüklə bağlı danışıqları dayandırır - BU DA BELƏ...
Bu gün, 18:42 |
|
|
|
• Polşanın birinci xanımı İrəvanda separatçılarla görüşdü
Bu gün, 18:31 |
|
|
|
• Hərbi attaşelər "Azərkosmos"u ziyarət ediblər
Bu gün, 18:28 |
|
|
|
• “Pilot Residence” camaatın QƏSDİNƏ DURUB? - BU NƏDİ BELƏ?..
Bu gün, 18:20 |
|
|
|
• Ülvi Quliyev vətəndaşları qəbul etdi - FOTO
Bu gün, 18:09 |
|
|
|
• “Paşinyanla Baqratın "dəllək"ləri fərqlidir...” - REPLİKA
Bu gün, 18:02 |
|
|
|
• "Sənə seksin abreviaturasını versəm və səni qane eləsə..." - Kamran Ağabalayev
Bu gün, 18:00 |
|
|
|
• Azərbaycanda əsas seysmik zonalar: - Hansı ərazidə neçə bal zəlzələ ehtimalı var?
Bu gün, 17:54 |
|
|
|
• Dövlət qurumu 1,2 milyonluq geyimləri bu şirkətdən aldı - TENDER NƏTİCƏSİ
Bu gün, 17:45 |
|
|
|
• Səhiyyə Nazirliyi 6 ədəd “Hyundai” alır – 255 min manata
Bu gün, 17:36 |
|
|
|
• Avropa Şurası Avropa Komissiyasının yeni tərkibini təsdiqləyib
Bu gün, 17:34 |
|
|
|
• VHP bələdiyyə seçkilərində iştirak edəcək - AÇIQLAMA
Bu gün, 17:28 |
|
|
|
• İcra başçısının nümayəndəsinin ölkədən çıxışına qadağa qoyula bilər - SƏBƏB
Bu gün, 17:24 |
|
|
|
• "Bakı səfərindən sonra şərti sərhəddə "binokl şousu"nda iştirakı..." - Seyidov sərt danışdı
Bu gün, 17:22 |
|
|
|
• Azərbaycanda BOKT-nin rəhbərliyində dəyişikliklər olub - ADLAR
Bu gün, 17:19 |
|
|
|
• "Zerkalni" nömrə biznesi adı ilə dostunun pullarını ələ keçirdi - TƏFƏRRÜAT
Bu gün, 17:14 |
|
|
|
• "Rusiya və İran arasında qaz ticarətinin Azərbaycanın "adına yazılması" Qərbin növbəti təxribatıdır"
Bu gün, 17:06 |
|
|
|
• Əvəz Temirxan bələdiyyə seçkilərində iştirak edəcək? - Özü açıqladı
Bu gün, 17:03 |
|
|
|
• Yunanıstan özü vadar edir ki... - ŞƏRH
Bu gün, 16:46 |
|
|
|
• MN-nin tabeliyində olan müxtəlif hərbi hissələrdə mənimsəmə ilə bağlı daha bir maliyyə xidmət rəisinin məhkəməsi başlayır
Bu gün, 16:43 |
|
|
|
• İcra başçılarının “Dream Construction Company” sevgisi - İcazə verin şübhələnək...
Bu gün, 16:42 |
|
|
|
• "SAT-SAS-2024" təlimində növbəti tapşırıqlar icra olunub
Bu gün, 16:39 |
|
|
|
• Yüksək faizli endirimlər, mağazadan-mağazaya qaçan alıcılar... - "Black friday"in əsl məqsədi ortaya çıxdı
Bu gün, 16:37 |
|
|
|
• İnternet üzərindən satılan dərmanlara necə nəzarət olunur? - HƏQİQƏTƏN DƏ...
Bu gün, 16:35 |
|
|
|
• Ədliyyə Nazirliyi bu partiyaların ləğv olunması üçün məhkəməyə müraciət etdi
Bu gün, 16:29 |
|
|
|
• Rusiya İrəvanın üzərində “nüvə çətiri”ni açdı - KİV
Bu gün, 16:25 |
|
|
|
• Kuryerlərə qarşı dələduzluq edən şəxs saxlanılıb - VİDEO
Bu gün, 16:24 |
|
|
|
• Ermənistana bu dəfə Yunanıstan silahları gəldi... - Sülh gündəliyini bağlamaq istəyən kimlərdir?
Bu gün, 16:11 |
|
|
|
• Bu partiya liderləri bələdiyyə seçkilərinə qatılacaq? – Maraqlı cavablar
Bu gün, 16:08 |
|
|
|
• Qənirə Ataşova: "Bu klinikalar həkim "düzəltmək"lə məşğuldur..." - Müsahibə/Yeni şok faktlar
Bu gün, 16:01 |
|
|
|
• "Araz-2024" birgə taktiki təlimi başa çatıb
Bu gün, 15:58 |
|
|
|
• Rubl "vuruldu": Rusiyada işləyən azərbaycanlıları nə gözləyir? - AKTUAL
Bu gün, 15:51 |
|
|
|
• “Bakı Abadlıq Xidməti MMC” fəaliyyətini dayandırdı? - İLGİNC İDDİA
Bu gün, 15:40 |
|
|
|
• İFADƏ VERDİ: Ağadadaş Ağayev özünü təqsirli bilməyib - MƏHKƏMƏ
Bu gün, 15:36 |
|
|
|
• İrəvanla Moskvanın “küsülülüyü" - Hərbi bloka “yox”, iqtisadi bloka “hə”
Bu gün, 15:34 |
|
|
|
• Ermənistan Azərbaycana qarşı yeni müharibəyə hazırlaşır - Bunun BAŞQA ADI YOXDUR...
Bu gün, 15:31 |
|
|
|
• Dünyada ən çox istifadəçisi olan 35 sosial şəbəkə – Tam siyahı
Bu gün, 15:30 |
|
|
|
• Kəmaləddin Heydərov rəisi vəzifəsindən azad etdi - ƏMR
Bu gün, 15:26 |
|
|
|
• Rasim Məmmədovdan sonra da 3 milyonluq yeyinti olub - TƏFƏRRÜAT
Bu gün, 15:24 |
|
|
|
• Asiya İnkişaf Bankına yeni prezident seçilib
Bu gün, 15:22 |
|
|
|
• Həbsdən çıxan kişini arvadı evə buraxmadı: “Düşündüm ki...” – Şok təfərrüat
Bu gün, 15:17 |
|
|
|
• Sahibkarları şantaj edən sayt rəhbərləri həbs edilib, cinayət işi açılıb
Bu gün, 15:11 |
|
|
|
• Rusiya "Oreşnik"in kütləvi istehsalına başlayıb
Bu gün, 15:08 |
|
|
|
• Bayden Putini “qızıl nimçədə” Trampa verdi – Dərin ittifaq
Bu gün, 14:10 |
|
|
|
• Qərbin radikal anti-Azərbaycan bəyanatlarının daha bir SƏBƏBİ
Bu gün, 14:02 |
|
|
|
|