Cinayət törədən yeniyetmələri hansı cəzalar gözləyir? .....                     Ali Məhkəmə girov-ipoteka çəkişmələrinə belə nöqtə qoydu .....                     "Gələn il üçün neftin büdcə qiymətinin 70 dollar götürülməsi risklidir" .....                     Arvadını xəyanətə görə öldürən şəxsin MƏHKƏMƏSİ .....                     Ələsgər Məmmədli, Akif Qurbanov və Ruslan İzzətlinin barəsindəki həbs qətimkan tədbiri uzadılıb .....                     Şimşək çaxacağı ehtimalı var .....                     Silah siyasətimiz neft siyasətimizdən önə keçir .....                     Ən çox zərər edən 10 Rusiya şirkəti .....                     “Access Bank” medianı susdurmağa çalışır? .....                     Qarabağ Ermənistanın boynunda asılı kəndir idi və ondan xilas oldu .....                     Döyülən xəstəxana direktoruna cinayət işi açıldı .....                     "Uşaqlarım beton üstündə yatır..." .....                     Qubanın Gömür Dəhnə kəndi ayıların HƏDƏFİNDƏ .....                     Tələbələr üçün "part time" iş imkanları yaradılmalıdır .....                     Masaya yalnız bir variant qoydular .....                     “Kəpəz”in ən böyük problemi nədir? .....                     “TikTok” Azərbaycan seqmentində 900 min videonu sildi .....                     Bank of Baku-da .....                     Ümummilli Lider Heydər Əliyev Azərbaycanda yeni inkişaf dövrünün əsasını qoyub .....                     Öldürülən “killer Amin”in qardaşı hakim qarşısında .....                     Kərəm Mustafayev və qardaşı üçün MƏŞHƏR ANI... .....                     “İkinci NATO” olmayacaq .....                     Paşinyan rəsmən BURCUDUR... .....                     "Hər şeydən əlini üzən müğənni olur" .....                     1 milyon “qanpulu”nu belə “yeyib”lər .....                     Zakir Qaralovun əmisi qızına yeni vəzifə verilib .....                     ”Ən yaxşı tank bölüyü” adı uğrunda yarış keçirilib .....                     "Niyə mən piyada gəzəndə heç kim danışmırdı?" .....                     Nəsimi rayonundakı evləri HƏŞƏRATLAR basıb .....                     ƏDV ödəməsinlər deyə... MİN OYUNDAN ÇIXIRLAR! .....                     Bakı-Balakən dəmiryol xətti niyə işləmir? .....                     Xalqın və dövlətin TRİBUNASI… .....                     "Bu İrana qarşı informasiya müharibəsinin tərkib hissəsi ola bilər" .....                     İran-İsrail müharibəsi başlayarsa, Zəngəzur dəhlizi... .....                     Dövlət Məşğulluq Agentliyində qetdiyyata düşsə də... .....                     Bostankeşdən... Dİ GƏL KEÇ... .....                     "Siz də o biri diribaş professorlar kimi tasa oturdun dissertantları..." .....                     Mərhum nazirin nəvəsi üçün ÖZƏL GÜN .....                     Ermənistan qarşısında iki TƏLƏB! .....                     Daha iki azərbaycanlı Rusiya-Ukrayna savaşında ÖLDÜ .....                 

“Əli İnsanov da, Ramiz Mehdiyev də maraq ovçularıdır, siyasi yırtıcılardır” - Elçin Mirzəbəyli
Tarix: 10-09-2020, 08:46 | Çap et
“Əli İnsanov da, Ramiz Mehdiyev də maraq ovçularıdır, siyasi yırtıcılardır”
Sabiq səhiyyə naziri Əli İnsanov və AMEA prezidenti, Prezident Administrasiyasının (PA) keçmiş rəhbəri Ramiz Mehdiyevin iqtidara qarşı birləşdikləri yönündə iddialar səslənir.

Sabiq nazir Amerikanin sesi-nə verdiyi son müsahibəsində bu iddialardan danışıb.

O deyib: “Danışırlar ki, Ramiz Mehdiyevlə birləşmişəm. Bu, qeyri-mümkündür. Mən ona bir insan, keçmiş əməkdaş, yoldaş kimi hörmət edə bilərəm. Ancaq onunla bir yerdə ola bilmərəm. Bunun sadə izahatı var. Biz siyasətin müxtəlif qütblərindəyik. Onun konkret istiqamətini bilirsiniz, bu adam haranın tərəfdarıdır, kimlə dostluq, kimlə yaxınlıq edir. Əli İnsanov isə partiya nizamnaməsinə konkret yazıb: Avroatlantik məkana inteqrasiya. Görün, bu heç uyğun gələn şeydir?”

İnsanov Mehdiyevin hansı qütbdə olması barədə fikirlərini növbəti sualda daha aydın şəkildə izah edib: “Ramiz Mehdiyev hər zaman böyük qonşumuz Rusiyanın tərəfdarıdır və onların yaxın münasibətləri olub. Ona böyük hörmət, dəstək olub və sairə”...

Bütün bu deyilənlərə rəğmən, ümumiyyətlə, bu iki şəxs birləşərsə, hökumət üçün problem yarada bilərdilərmi?

BAXCP sədrinin müavini, politoloq Elçin Mirzəbəyli hər iki şəxs barədə kifayət qədər sərt danışdı: “Əli İnsanov məlum müsahibəsində Ramiz Mehdiyevi müdafiə edib, amma birlikdə ola bilməyəcəklərini açıqlayıb. Həm də bunu Mehdiyevin rusiyapərəst, özünün isə qərbpərəst olması ilə əlaqələndirib. Əslində məsələnin mahiyyətini də elə burada axtarmaq lazımdır. Bu, sadəcə, siyasi simasızlığın, ikiüzlülüyün apageyasıdır. Bu adamda siyasi əxlaq, dövlət mənafeyi, milli qürur və təəssübkeşlik hissi yoxdur. Əgər olsaydı, deyərdi ki, mən Azərbaycan dövlətinin suverenliyini, müstəqil siyasət yürütməsini hər şeydən üstün tuturam. Amma nə edir? Guya qərbpərəst olduğunu xüsusi şəkildə vurğulamaqla xarici dairələrə mesaj verir. Əslində Əli İnsanov da, Ramiz Mehdiyev də maraq ovçularıdır, siyasi yırtıcılardır. Belələrinin ideoloji prinsipləri olmur. Onlar yalnız maraqlarının təmin olunacağı istiqamətə yönəlirlər. Maraqlıdır, Avroatlantik məkana inteqrasiya tərəfdarı olduğunu iddia edən Əli İnsanovun, görəsən, Avropanın hüquqi dəyərlərindən bir anlayışı var? Səhiyyə naziri olanda vətəndaşlara qəssab psixologiyası ilə yanaşan, hər kəsi tapdalamağa, alternativ fikir söyləyənləri kəsib doğramağa hazır olan, jurnalistləri təhqir edən bu adam hansı üzlə Avroatlantik məkandan danışır? Çox güman ki, İnsanov bu sözləri deyəndə Çörçillin, Adenauerin, Şumanın, Spaakın, Qasperinin, Bevinin məzarları ”çatlayıb". İnsan siyasi baxışlarına korrektələr edə bilər, amma xarakterini dəyişə bilməz. Digər tərəfdən, həm Əli İnsanov, həm də Ramiz Mehdiyev Azərbaycanın dünənidir. Bu adamlar ölkənin siyasi münasibətlər sisteminə yeni heç nə verə bilməzlər. Bu adamlar tükəniblər və düşünçələrini də toz basıb. Azərbaycan siyasətçisi Azərbaycanpərəst olmalıdır. Bunun başqa alternativi yoxdur. Əgər hansısa siyasətçi qərbdən, şərqdən, şimaldan, cənubdan mədəd gözləyirsə, deməli, Azərbaycanın suverenliyini, milli maraqlarını başqalarının ayaqları altına atmağa hazırdır".

Siyasi şərhçi Yeganə Hacıyevanın fikirləri də maraqlı oldu: “Daha öncələr də Əli İnsanovun siyasi kimliyi haqqında danışmış, zamanında cəmiyyətdə və müxalifətdə rüşvətxor, qəddar məmur kimi, hakimiyyətdə isə ambisiyasına görə nüfuzunu itimiş bir sima olaraq xarakterizə etmişik. Öncə dövlət çevrilişinə cəhd iddiaları ilə saxlanılmış, ardınca isə rüşvət, dövlət mülkiyyətini mənimsəməsinə görə həbs olunmuş Əli İnsanov heç bir halda birləşdirici müxalif siyasi fiqur və ya lider olmasının mümkünsüzlüyü haqqında fikirlərimi, həmçinin Əli İnsanovun Azərbaycan hakimiyyəti ilə uzlaşması, razılaşmasının mümkünsüzlüyü haqqında qənaətimi bölüşmüşəm. Bu rabitənin olması üçün uyğun şərtlərin, hər iki tərəfin maraqları və ona gələn təhlükənin uyğun olmaması haqqında danışmışıq. Əli İnsanovun hakimiyyətlə uzlaşması üçün heç bir daxili potensial, təhlükə və ya xarici şərt mövcud deyil. Əli İnsanovun müəyyən bir qrupun hələ də ağsaqqal hesab etdiyi, ona ciddi faydalar verdiyi bir şəxs olması, həbsi zamanı göstərdiyi duruş və dirəniş ona qarşı bu çevrənin hörmətini daha da artırmasını qeyd etmişəm. O, Ramiz Mehdiyevlə və ya daha öncə işdən azad edilmiş digər nüfuzlu məmurlarla birləşməsi haqqında da danışmışıq və mən sabiq məmurlar haqqında səsləndirdiyi fikirlərindən qaynaqlanan mümkün konfiqurasiyalar haqqında təsəvvürlər yaratmağa çalışması, lakin belə bir konfiqurasiyanın mövcudluğuna işarə edə biləcək heç bir hərəkətliliyin mövcud olmaması haqqında fikirlərimi söyləmişəm. Bugünlərdə Əli İnsanov belə bir rabitənin olmamasını özü təsdiqləyib. Burada bir haşiyə çıxmaq istəyirəm. Bu iki şəxs haqqında danışsaq, bir neçə məqamı aydınlaşdırmaq lazımdır. Mövcud siyasi hakimiyyət ikimərhələli inkişaf yolunu keçib. Birinci mərhələ 2003-cü ilə qədər, ikinci mərhələ isə 2003-dən sonraya təsadüf edir. Birinci mərhələ siyasi və təhlükəsizlik anlamından təlatümlərlə, ikinci mərhələ isə stabil inkişaf mərhələsidir. Hər iki mərhələdə Əli İnsanov sistemin iştirakçısı və imtiyazlarının istifadəçisi, Ramiz Mehdiyev isə hər iki mərhələdə sistemin quruculuğunda iştirak etmiş, bu sistemin hər boltuna bələd bir şəxsdir. Nəinki Əli İnsanov, Azərbaycanda siyasi iddiası olan istənilən mövcud müxalif qrup Ramiz Mehdiyevin subliminal koordinasiyasını arzu edərdi. Burada ikinci bir haşiyəni açmaq istəyərdim ki, Əli İnsanovun siyasi iddiasının əsasında şəxsi qisas hissi durur. Onun son müsahibəsindəki fikirləri də məhz bu subliminal koordinasiyanı formalaşdırmaq cəhdidir. Uzun illər Azərbaycanda hakimiyyət daxilində müxtəlif qruplar olmasına rəğmən həmişə monolit komanda görüntüsü verilsin kimi bir daxili sifariş var idi. İndi belə bir daxili sifariş yoxdur, yenilənən komandada belə bir görüntü vermək kimi təşəbbüsü müşahidə etmirəm. Müşahidə etdiyim yeni qrupların müəyyən proseslərə hesablanmış, ”cəmiyyətdə daha çox biz dəstəklənirik" görüntüsü vermək təşəbbüsünün olmasıdır. Təcrübəsiz bir qrup isə bu görüntünün verilməsi üçün bir sıra yanlış addımlar atır, istər Əli İnsanov, istərsə də digər müxalif qruplar bu səhvlərin üzərindən güclənir, belə “münbit” məqamlardan maksimum istifadə edə bilmək təşəbbüsü göstərirlər. Konkret olaraq “bu iki şəxsin birləşəcəyi halda hökumət narahat olmalıdırmı” sualına gəlsək, qeyd edim ki, bu birliyi şərtləndirəcək məqamlar hələ ki mövcud deyil".
“Yeni Müsavat”









 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?
Yox
Bu yolda Rusiyanın ağzı ovulacaq

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
Cinayət törədən yeniyetmələri hansı cəzalar gözləyir? - AÇIQLAMA
Bu gün, 13:09
Ali Məhkəmə girov-ipoteka çəkişmələrinə belə nöqtə qoydu – Məhkəmə təcrübəsini müəyyənləşdirən qərar
Bu gün, 13:06
"Gələn il üçün neftin büdcə qiymətinin 70 dollar götürülməsi risklidir" - Ekspert
Bu gün, 13:03
Arvadını xəyanətə görə öldürən şəxsin MƏHKƏMƏSİ – “Evə gələndə gördüm ki...”
Bu gün, 12:59
Ələsgər Məmmədli, Akif Qurbanov və Ruslan İzzətlinin barəsindəki həbs qətimkan tədbiri uzadılıb
Bu gün, 12:55
Şimşək çaxacağı ehtimalı var - Belə deyirlər...
Bu gün, 12:53
Silah siyasətimiz neft siyasətimizdən önə keçir -ŞƏRH
Bu gün, 12:48
Ən çox zərər edən 10 Rusiya şirkəti - SİYAHI
Bu gün, 12:43
“Access Bank” medianı susdurmağa çalışır? - BU NƏDİ BELƏ?!
Bu gün, 12:40
Qarabağ Ermənistanın boynunda asılı kəndir idi və ondan xilas oldu - Paşinyan
Bu gün, 12:38
Döyülən xəstəxana direktoruna cinayət işi açıldı - HƏBS OLUNUR?
Bu gün, 12:22
"Uşaqlarım beton üstündə yatır..." - GİLEY
Bu gün, 12:20
Qubanın Gömür Dəhnə kəndi ayıların HƏDƏFİNDƏ – “Mal-qaradan çox, özümüzə görə narahatıq”
Bu gün, 12:16
Tələbələr üçün "part time" iş imkanları yaradılmalıdır - ÇAĞIRIŞ
Bu gün, 12:07
Masaya yalnız bir variant qoydular - “İran məhv edilməlidir”
Bu gün, 12:05
“Kəpəz”in ən böyük problemi nədir? - AÇIQLAMA
Bu gün, 12:04
“TikTok” Azərbaycan seqmentində 900 min videonu sildi - SƏBƏB
Bu gün, 12:00
Bank of Baku-da - YENİ TƏYİNAT
Bu gün, 11:48
Ümummilli Lider Heydər Əliyev Azərbaycanda yeni inkişaf dövrünün əsasını qoyub - MƏQALƏ
Bu gün, 11:44
Öldürülən “killer Amin”in qardaşı hakim qarşısında –QAN DAVASININ CİNAYƏT DOSYESİ
Bu gün, 11:41
Kərəm Mustafayev və qardaşı üçün MƏŞHƏR ANI... - CAVAB VERMƏLİDİRLƏR NƏHAYƏTDƏ...
Bu gün, 11:37
“İkinci NATO” olmayacaq - GƏLİŞMƏ
Bu gün, 11:30
Paşinyan rəsmən BURCUDUR... - BUNUN BAŞQA ADI YOXDUR...
Bu gün, 11:28
"Hər şeydən əlini üzən müğənni olur" - Xalq artisti
Bu gün, 11:26
1 milyon “qanpulu”nu belə “yeyib”lər – “Ona bu şəraiti baş həkim Xuraman xanım yaratmışdı”
Bu gün, 11:24
Zakir Qaralovun əmisi qızına yeni vəzifə verilib - ƏMR
Bu gün, 11:11
”Ən yaxşı tank bölüyü” adı uğrunda yarış keçirilib - VİDEO
Bu gün, 11:09
"Niyə mən piyada gəzəndə heç kim danışmırdı?" - 160 minlik avtomobil verilən deputat
Bu gün, 11:07
Nəsimi rayonundakı evləri HƏŞƏRATLAR basıb – Problem qarşısında “JEK” də ACİZDİR
Bu gün, 11:05
ƏDV ödəməsinlər deyə... MİN OYUNDAN ÇIXIRLAR! - vətəndaş üçün DAHA BİR TƏLƏ
Bu gün, 11:02
Bakı-Balakən dəmiryol xətti niyə işləmir? - "ADY-nin monopoliyasına son qoyulmalıdır"
Bu gün, 10:58
Xalqın və dövlətin TRİBUNASI… – 15 illik yol
Bu gün, 10:55
"Bu İrana qarşı informasiya müharibəsinin tərkib hissəsi ola bilər" - ŞƏRH
Bu gün, 10:48
İran-İsrail müharibəsi başlayarsa, Zəngəzur dəhlizi... - Xaçikyan
Bu gün, 10:41
Dövlət Məşğulluq Agentliyində qetdiyyata düşsə də... - GİLEY
Bu gün, 10:37
Bostankeşdən... Dİ GƏL KEÇ... - RİH-in İŞİ YARIMÇIQ QALIB!
Bu gün, 10:27
"Siz də o biri diribaş professorlar kimi tasa oturdun dissertantları..." - Bir acı AMEA gerçəkliyi...
Bu gün, 10:19
Mərhum nazirin nəvəsi üçün ÖZƏL GÜN - FOTO
Bu gün, 10:09
Ermənistan qarşısında iki TƏLƏB! - Prezidentdən MÜHÜM MESAJLAR
Bu gün, 10:05
Daha iki azərbaycanlı Rusiya-Ukrayna savaşında ÖLDÜ - Əks cəbhələrdə döyüşürdülər...
Bu gün, 10:04
Ermənistan sülh prosesindən çəkilir - GÖRÜNƏNİ BUDUR...
Bu gün, 10:01
"Ermənilər ümid edirlər ki, Rusiya Qərbin dəstəyi ilə Ukraynada məğlub olacaq" - deputat
Bu gün, 09:59
Hakimiyyət nəhayət məsələni bağlamaq üçün... - Samvel Babayanı özünə tərəf çəkir
Bu gün, 09:57
PA-nın vəzifəli şəxsinə ağır itki üz verdi
Bu gün, 09:54
Həsən Nəsrullahın dəfn mərasimi oktyabrın 4-də keçiriləcək
Bu gün, 09:49
"Haqq dediyim üçün mənə TƏLƏ QURDULAR" - İmişlidə ETİRAZ EDƏN müəllimə
Bu gün, 09:47
Adil Vəliyevi çətiri altında YAŞIL TERROR - VİDEOFAKT
Bu gün, 09:44
Bu dəfə `AzeBirja` kələkbazları peyda olub - Camaatı SOYURLAR...
Bu gün, 09:38
Cinayət törətməkdə şübhəli bilinən 38 nəfər saxlanılıb
Bu gün, 09:29
Zəngəzur işğal edilmiş ərazi kimi azad edilməlidir: Bakının son tələbi - Kritik gəlişmə
Bu gün, 09:17
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : [email protected]
Designed by Daraaz.net
�������@Mail.ru