Azərbaycan Ukraynaya soğan göndərə bilər? .....                     Tiflis məhkəməsi qərar verdi: .....                     Mirzoyan finlandiyalı həmkarı ilə Azərbaycanla sülh prosesini müzakirə edib .....                     Suriyada müxalif qüvvələr Hələbə daxil oldu .....                     Beş vəkilə xəbərdarlıq olunub, dörd vəkilə töhmət verilib .....                     Qərbin “erməni sevgisi”: .....                     "Respublikanski"nin təmirə bağlanması xəstələri çətinə saldı .....                     Gürcüstan Avropa İttifaqına üzvlüklə bağlı danışıqları dayandırır .....                     Polşanın birinci xanımı İrəvanda separatçılarla görüşdü .....                     Hərbi attaşelər "Azərkosmos"u ziyarət ediblər .....                     “Pilot Residence” camaatın QƏSDİNƏ DURUB? .....                     Ülvi Quliyev vətəndaşları qəbul etdi .....                     “Paşinyanla Baqratın "dəllək"ləri fərqlidir...” .....                     "Sənə seksin abreviaturasını versəm və səni qane eləsə..." .....                     Azərbaycanda əsas seysmik zonalar: .....                     Dövlət qurumu 1,2 milyonluq geyimləri bu şirkətdən aldı .....                     Səhiyyə Nazirliyi 6 ədəd “Hyundai” alır .....                     Avropa Şurası Avropa Komissiyasının yeni tərkibini təsdiqləyib .....                     VHP bələdiyyə seçkilərində iştirak edəcək .....                     İcra başçısının nümayəndəsinin ölkədən çıxışına qadağa qoyula bilər .....                     "Bakı səfərindən sonra şərti sərhəddə "binokl şousu"nda iştirakı..." .....                     Azərbaycanda BOKT-nin rəhbərliyində dəyişikliklər olub .....                     "Zerkalni" nömrə biznesi adı ilə dostunun pullarını ələ keçirdi .....                     "Rusiya və İran arasında qaz ticarətinin .....                     Əvəz Temirxan bələdiyyə seçkilərində iştirak edəcək? .....                     Yunanıstan özü vadar edir ki... .....                     MN-nin tabeliyində olan müxtəlif hərbi hissələrdə mənimsəmə ilə bağlı .....                     İcra başçılarının “Dream Construction Company” sevgisi .....                     "SAT-SAS-2024" təlimində növbəti tapşırıqlar icra olunub .....                     Yüksək faizli endirimlər, mağazadan-mağazaya qaçan alıcılar... .....                     İnternet üzərindən satılan dərmanlara necə nəzarət olunur? .....                     Ədliyyə Nazirliyi bu partiyaların ləğv olunması üçün .....                     Rusiya İrəvanın üzərində “nüvə çətiri”ni açdı .....                     Kuryerlərə qarşı dələduzluq edən şəxs saxlanılıb .....                     Ermənistana bu dəfə Yunanıstan silahları gəldi... .....                     Bu partiya liderləri bələdiyyə seçkilərinə qatılacaq? .....                     Qənirə Ataşova: "Bu klinikalar həkim "düzəltmək"lə məşğuldur..." .....                     "Araz-2024" birgə taktiki təlimi başa çatıb .....                     Rubl "vuruldu": Rusiyada işləyən azərbaycanlıları nə gözləyir? .....                     “Bakı Abadlıq Xidməti MMC” fəaliyyətini dayandırdı? .....                 

“Kreml, sadəcə, bizi aldadıb başımızı qata bilər” - hansısa kiçik bir ərazi ilə, bir neçə hektar yer ilə...
Tarix: 13-08-2020, 09:47 | Çap et
“Kreml, sadəcə, bizi aldadıb başımızı qata bilər”
Müvəqqəti olaraq Türkiyədə yaşayıb-işləyən tanınmış Qarabağ qazisi, keçmiş Laçın alayının komandiri, milli azadlıq hərəkatının fəallarından olan Arif Paşa bu günlərdə Vətənə dönüb. İstefada olan polkovnik Moderator.az-a müsahibəsində Türkiyə-Azərbaycan ordularının yenicə yekunlaşan birgə genişmiqyaslı təlimlərindən, ölkəmizdə qardaş dövlətin hərbi bazalarının yerləşdirilməsinin perspektivlərindən, bunun hər iki ölkə üçün xüsusi əhəmiyyət daşımasından danışıb.


(Əvvəli burada: http://www.dia-az.life/6/259344-azerbaycan-ordusu-da-zeif-ordu-deyil.html )

-Türkiyə-Azərbaycan birgə hərbi təlimlərinin keçirildiyi son günlərdə Rusiyapərəst qüvvələr əhali arasında belə bir təbliğat aparmağa başlayıblar ki, guya rəsmi Moskva rəsmi Bakıya vəd edib ki, Türkiyə ordusunun Azərbaycanda heç bir baza qurmadan gedəcəyi və Qarabağ məsələsinə müdaxilə etməyəcəyi təqdirdə Kreml torpaqlarımızın azad edilməsi üçün Milli Ordumuzun keçirəcəyi hərbi əməliyyatlara qarışmayacaq... Yəni, təxminən bir ay müddətində Azərbaycana möhlət veriləcək ki, Qarabağı azad etsin... Rusiyadan belə bir addım gözləmək mümkündürmü?..

-Rusiya hörmətini özündə saxlasın... Rusiya heç vaxt Azərbaycanla, türk dünyasıyla, Türkiyə ilə etibarlı partnyor olmayıb. Yəni söhbət konkret xalqdan getmir. Rus xalqının kifayət qədər nəcib xüsusiyyətləri var. Amma təəssüf ki, tarix də sübut edir ki, orta əsrlərdən bəri bu xalqın başında duran hakimiyyətlər Azərbaycan, eləcə də Türkiyəyə qarşı düşmən mövqedə dayanıb. Bunu, ən azı, 1920-ci lin nümunəsində də görmüşük. Biz 37-ci ili, repressiyaları, sürgünləri keçmiş insanlarıq... II Cahan savaşı zamanı indi Qərbi Azərbaycandan(Ermənistan) Rusiyanın müdafiəsinə yollanmış Azərbaycan oğulları qələbə ilə geri döndükdə el-obasının yox edildiyinin şahidi olub. Adam Sovet İttifaqı Qəhrəmanı adını alıb, amma qayıdıb ailəsini, qohum-əqərəbasını yerində tapmır – məlum olur ki, onlar Mil-Muğanın ilan mələyən çöllərinə deportasiya olunublar. Yəni faşizmlə müharibə aparıldığı bir zamanda belə, Kremldə rəhbərlik edənlər xalqımıza ogey münasibət bəsləyib, Qərbi Azərbaycandakı torpaqlarımızdakı soydaşlarımızı ermənilərin xeyrinə olaraq zorla ev-eşiyindən köçürüb...

Rusiya 2016-cı ilin Aprel savaşında da bir daha öz ikiüzlü mövqeyini nümayiş etdirdi. Biz o zaman uğurlu əməliyyatlar keçirmişdik və bir həftə içərisində xeyli ərazini düşməndən azad edə bilərdik. Bəs Rusiya nə etdi? Guya qarant durdu ki, biz geri çəkilək və müəyyən məsələlər həllini tapacaq. O zaman hətta Fransa da Azərbaycanın xeyrinə müəyyən jestlər etdi – ona görə ki, biz güc göstərmişdik... Rusiya isə Qarabağ probleminin rıçaqları əlində ola-ola boş vədlərdən savayı heç nə etmədi. Sadəcə, daha 4 il zamanımız boşuna getdi... Odur ki, Rusiyaya heç bir zaman inanmaq mümkün deyil... Rusiyaya heç bir etimad yoxdur. Bu dövlət heç bir zaman Azərbaycanın mənafeyini müdafiə edən deyil. Hətta Azərbaycan nə qədər istəsə belə, özü cəhd etsə ki, Qafqazda Rusiyanın maraqlarını təmin edərək onun jandarmı rolunu oynasın, buna boyun olsa, belə yenə Rusiya Azərbaycanı sevməyəcək, onun haqqını müdafiə etməyəcək, onun işğal altındakı torpaqlarını - Qarabağı geri qaytarmayacaq...

Rusiya dövlətinin mövqeyi bu günkü Rusiya mediasında da açıq-aydın özünü göstərir. Son Tovuz döyüşləri zamanı və sonra Rusiya telekanal və saytlarının Azərbaycanın haqlı mövqeyi ilə bağlı haqsız xəbərləri, reportajları da buna əyani sübutdur... Əgər kiçik bir hərbi qarşıdurmada Rusiya birmənalı olaraq Ermənistanın yanında mövqe tutursa, o halda genişmiyaslı hücum əməliyyatları həyata keçirəcəyi halda onun Azərbaycanın haqlı mövqeyini müdafiə edəcəyinə necə inanmaq olar? Moskva, sadəcə, bizi aldadıb başımızı qata bilər, hansısa kiçik bir ərazi ilə, bir neçə hektar yer ilə... Amma Rusiyanın bütövlükdə Azərbaycan-Ermənistan hərbi qarşıdurmasında guya Azərbaycanın mövqeyini müdafiə edəcəyi barədə söhbətlər mifdir, boş söhbətdir... Azərbaycanın yeganə dostu Türkiyədir, Azərbaycanın dostu Pakistandır. Azərbaycanın dostu özüdür, öz xalqıdır... Rusiya hökuməti isə yalnız bizə yeni “37”-lər, sürgünlər, deportasiyalar, işğallar gətirə bilər... Ona görə də birmənalı şəkildə Türkiyə ordusu Azərbaycanda qalmalıdır. Hələ daha irəli gedərək biz Türkiyə ilə konfederasiya yaratmalıyıq... Biz bunu nə vaxtdan deyirik. Eyni xalqıq, eyni millətik, eyni kökə, dinə, dilə malikik... Belə olan halda biz nədən ayrı olmalıyıq?.. İndi bəzi ağzıgöyçəklər guya Azərbaycanın müstəqilliyini istəyərək konfederasiyanın əleyhinə gedirlər... Onlara cavab verirəm ki, Azərbaycanın azadlığı, müstəqilliyi uğrunda meydanlarda, səngərlərdə biz vuruşmuşuq, biz qan tökmüşük... Və bundan sonra da buna davam edəcəyik... Biz Türkiyə ilə bərabərhüquqlu qardaşlığın tərəfdarı olmuşuq. Və heç kəs də bizə kiçik qardaş kimi baxmır və baxmayacaq. Türkiyəlilər bizə, sadəcə, qardaş kimi baxırlar, biz də onlara qardaş kimi baxırıq... Mən Türkiyədə də həmişə deyirəm ki, biz “böyük qardaş”lıqdan bıkmışıq”, bizim bayraqlarımızın da səviyyəsi eyni olmalıdır, bizim münasibətlərimizin də səviyyəsi eyni olmalıdır... Odur ki, konfederasiyaya əks arqumentlər gətirənlər ya birbaşa türk düşmənidir, yaxud etnik separatizmin nümayəndəsidir, ya da erməni, yaxud şovinist rusdur... Kimsə səmimi olaraq Azərbaycanı sevirsə, onun müstəqil dövlətçiliyinin gələcəyini düşünürsə, o, Türkiyə ordusunun ölkəmizdə qalmasına da, bu qardaş ölkə ilə konfederasiyada birləşməyimizə də “hə” deməlidir. Mən başqa çıxış yolu görmürəm... Başqa yolla getmək, sadəcə özümüzü aldatmaq və zamanımızı bir daha boşuna xərcləməkdir...

Amma burada bəzi nüanslar da var. Rusiya özü dərk eləmir ki, onun tərkibində kifayət qədər böyük əraziyə və saya malik olan türk xalqları var. Və münasibətlər elə bir həddə gəlib çata bilər ki, həmin xalqlar özləri Rusiyanın içərisində hərəkata başlaya bilərlər... Çünki artıq son 20-30 il ərzində Rusiyada yaşayan soydaşlarımızdla yanaşı, digər türk-müsəlman xalqlarının nümayəndələri də həm Azərbaycanda- Qarabağda, həm Quzey Qafqazda – Dağıstanda, Çeçenistanda, həm də Orta Asiyada türksoylu və müsəlman xalqlara qarşı münasibəti açıq-aydın gördü...

-Artıq bir neçə ildir ki, övladlarınızın təhsili ilə bağlı Türkiyədə yaşayırsınız. Orada Azərbaycanın Qarabağ dərdinə hansı münasibəti gördünüz?

-Mən qısa müddətdə şahidi oldum ki, Türkiyə əhalisi, hər bir türk Qarabağ dərdi ilə yaşayır, bu dərdi elə öz dərdi sayır... Eləcə də Güney Azərbaycanda eyni münasibət var... Biz nə qədər Qarabağ dərdini çəkiriksə, onlar da o qədər çəkirlər... Yəni Türkiyə də, quzeyli-güneyli Azərbaycan da bizim ümumi Vətənimizdir... Bir dəfə Türkiyədə Azərbaycandan gələn telefon zənginə cavab verərkən soruşdular ki, hardasan- cavab verdim ki, Vətənin bu başından o başına gəlmişəm...









 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?
Yox
Bu yolda Rusiyanın ağzı ovulacaq

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
Azərbaycan Ukraynaya soğan göndərə bilər? – Bunun üçün…
Dünən, 22:27
Tiflis məhkəməsi qərar verdi: - Əfqan Sadıqov Bakıya gətirilir
Dünən, 22:23
Mirzoyan finlandiyalı həmkarı ilə Azərbaycanla sülh prosesini müzakirə edib
Dünən, 19:38
Suriyada müxalif qüvvələr Hələbə daxil oldu - Güclü döyüşlər gedir
Dünən, 19:06
Beş vəkilə xəbərdarlıq olunub, dörd vəkilə töhmət verilib
Dünən, 19:03
Qərbin “erməni sevgisi”: - “Makron öz marağını təmin etmək üçün...”
Dünən, 18:58
"Respublikanski"nin təmirə bağlanması xəstələri çətinə saldı - Baş həkim nələri açıqladı?
Dünən, 18:53
Gürcüstan Avropa İttifaqına üzvlüklə bağlı danışıqları dayandırır - BU DA BELƏ...
Dünən, 18:42
Polşanın birinci xanımı İrəvanda separatçılarla görüşdü
Dünən, 18:31
Hərbi attaşelər "Azərkosmos"u ziyarət ediblər
Dünən, 18:28
“Pilot Residence” camaatın QƏSDİNƏ DURUB? - BU NƏDİ BELƏ?..
Dünən, 18:20
Ülvi Quliyev vətəndaşları qəbul etdi - FOTO
Dünən, 18:09
“Paşinyanla Baqratın "dəllək"ləri fərqlidir...” - REPLİKA
Dünən, 18:02
"Sənə seksin abreviaturasını versəm və səni qane eləsə..." - Kamran Ağabalayev
Dünən, 18:00
Azərbaycanda əsas seysmik zonalar: - Hansı ərazidə neçə bal zəlzələ ehtimalı var?
Dünən, 17:54
Dövlət qurumu 1,2 milyonluq geyimləri bu şirkətdən aldı - TENDER NƏTİCƏSİ
Dünən, 17:45
Səhiyyə Nazirliyi 6 ədəd “Hyundai” alır – 255 min manata
Dünən, 17:36
Avropa Şurası Avropa Komissiyasının yeni tərkibini təsdiqləyib
Dünən, 17:34
VHP bələdiyyə seçkilərində iştirak edəcək - AÇIQLAMA
Dünən, 17:28
İcra başçısının nümayəndəsinin ölkədən çıxışına qadağa qoyula bilər - SƏBƏB
Dünən, 17:24
"Bakı səfərindən sonra şərti sərhəddə "binokl şousu"nda iştirakı..." - Seyidov sərt danışdı
Dünən, 17:22
Azərbaycanda BOKT-nin rəhbərliyində dəyişikliklər olub - ADLAR
Dünən, 17:19
"Zerkalni" nömrə biznesi adı ilə dostunun pullarını ələ keçirdi - TƏFƏRRÜAT
Dünən, 17:14
"Rusiya və İran arasında qaz ticarətinin Azərbaycanın "adına yazılması" Qərbin növbəti təxribatıdır"
Dünən, 17:06
Əvəz Temirxan bələdiyyə seçkilərində iştirak edəcək? - Özü açıqladı
Dünən, 17:03
Yunanıstan özü vadar edir ki... - ŞƏRH
Dünən, 16:46
MN-nin tabeliyində olan müxtəlif hərbi hissələrdə mənimsəmə ilə bağlı daha bir maliyyə xidmət rəisinin məhkəməsi başlayır
Dünən, 16:43
İcra başçılarının “Dream Construction Company” sevgisi - İcazə verin şübhələnək...
Dünən, 16:42
"SAT-SAS-2024" təlimində növbəti tapşırıqlar icra olunub
Dünən, 16:39
Yüksək faizli endirimlər, mağazadan-mağazaya qaçan alıcılar... - "Black friday"in əsl məqsədi ortaya çıxdı
Dünən, 16:37
İnternet üzərindən satılan dərmanlara necə nəzarət olunur? - HƏQİQƏTƏN DƏ...
Dünən, 16:35
Ədliyyə Nazirliyi bu partiyaların ləğv olunması üçün məhkəməyə müraciət etdi
Dünən, 16:29
Rusiya İrəvanın üzərində “nüvə çətiri”ni açdı - KİV
Dünən, 16:25
Kuryerlərə qarşı dələduzluq edən şəxs saxlanılıb - VİDEO
Dünən, 16:24
Ermənistana bu dəfə Yunanıstan silahları gəldi... - Sülh gündəliyini bağlamaq istəyən kimlərdir?
Dünən, 16:11
Bu partiya liderləri bələdiyyə seçkilərinə qatılacaq? – Maraqlı cavablar
Dünən, 16:08
Qənirə Ataşova: "Bu klinikalar həkim "düzəltmək"lə məşğuldur..." - Müsahibə/Yeni şok faktlar
Dünən, 16:01
"Araz-2024" birgə taktiki təlimi başa çatıb
Dünən, 15:58
Rubl "vuruldu": Rusiyada işləyən azərbaycanlıları nə gözləyir? - AKTUAL
Dünən, 15:51
“Bakı Abadlıq Xidməti MMC” fəaliyyətini dayandırdı? - İLGİNC İDDİA
Dünən, 15:40
İFADƏ VERDİ: Ağadadaş Ağayev özünü təqsirli bilməyib - MƏHKƏMƏ
Dünən, 15:36
İrəvanla Moskvanın “küsülülüyü" - Hərbi bloka “yox”, iqtisadi bloka “hə”
Dünən, 15:34
Ermənistan Azərbaycana qarşı yeni müharibəyə hazırlaşır - Bunun BAŞQA ADI YOXDUR...
Dünən, 15:31
Dünyada ən çox istifadəçisi olan 35 sosial şəbəkə – Tam siyahı
Dünən, 15:30
Kəmaləddin Heydərov rəisi vəzifəsindən azad etdi - ƏMR
Dünən, 15:26
Rasim Məmmədovdan sonra da 3 milyonluq yeyinti olub - TƏFƏRRÜAT
Dünən, 15:24
Asiya İnkişaf Bankına yeni prezident seçilib
Dünən, 15:22
Həbsdən çıxan kişini arvadı evə buraxmadı: “Düşündüm ki...” – Şok təfərrüat
Dünən, 15:17
Sahibkarları şantaj edən sayt rəhbərləri həbs edilib, cinayət işi açılıb
Dünən, 15:11
Rusiya "Oreşnik"in kütləvi istehsalına başlayıb
Dünən, 15:08
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : [email protected]
Designed by Daraaz.net
�������@Mail.ru