"Azərbaycan ordusu da zəif ordu deyil" - Arif Paşa
Tarix: 12-08-2020, 08:36 | Çap et
Müvəqqəti olaraq Türkiyədə yaşayıb-işləyən tanınmış Qarabağ qazisi, keçmiş Laçın alayının komandiri, milli azadlıq hərəkatının fəallarından olan Arif Paşa bu günlərdə Vətənə dönüb. İstefada olan polkovnik Moderator.az-a müsahibəsində Türkiyə-Azərbaycan ordularının yenicə yekunlaşan birgə genişmiqyaslı təlimlərindən, ölkəmizdə qardaş dövlətin hərbi bazalarının yerləşdirilməsinin perspektivlərindən, bunun hər iki ölkə üçün xüsusi əhəmiyyət daşımasından danışıb.
-Arif bəy, bir keçmiş hərbçi, alay komandiri və milliyyətçi baxışlara malik vətəndaş, milli azadlıq hərəkatının fəallarından biri kimi bu günlərdə keçirilmiş Azərbaycan-Türkiyə birgə təlimlərini necə dəyərləndirirsiz?
- Türkiyə və Azərbaycan ordularının birgə təlimlərindən böyük qürur hissi keçirirəm. Türkiyə ordusu dünyanın ən güclü ordularından biridir. Xüsusən quru qoşunları... Türk əsgəri ən müxtəlif döyüş şəraitlərində vuruşmağı bacaran çox peşəkar bir hərbçidir... Eyni zamanda hesab edirəm ki, Azərbaycan ordusu da zəif ordu deyil. Ancaq təbii ki, təminat baxımından, davamlı milli dövlətçilik baxımından, həm də ərazicə daha böyük ölkəyə mənsub olduğu üçün Türkiyə ordusu daha güclü və təcrübəlidir...
Onu da nəzərə almaq lazımdır ki, xalqlarımız kimi ordularımız da mənəvi-psixoloji baxımdan bir-birlərinə çox yaxındır. Orduları təşkil edən şəxsi heyətin eyni dünyagörüşünə, inanca, dini və milli dəyərlərə, həyat tərzinə malik olması, eyni bir coğrafi vətəni qoruması onların biri-biri ilə mehriban, sıx münasibətinə şərait yaradır. Bu mənada sanki, el dilində desək, Azərbaycan və Türkiyə ordularının göbəyi göydə kəsilib...
Onu da xüsusi olaraq vurğulamaq istərdim ki, torpaqlarımızın işğal altında olmasına rəğmən Azərbaycan ordusu da şərəfli döyüş yolu keçmiş bir ordudur. Bu ordu heç vaxt özü uduzmayıb, onu ölkəmizdəki, paytaxtdakı, o cümlədən işğal olunmuş ərazilərimizdəki Rusiyaya bağlı qüvvələr, Kremlin mənafeyinin Azərbaycanda təmsilçiləri öz təxribat və xəyanətləriylə gücdən salıb, arxadan zərbələrə məruz qoyaraq rus ordusuna güvənən erməni silahlı birləşmələri qarşısında məğlub duruma salıblar. Döyüşlərdə iştirak edənlərə yaxşı bəllidir ki, hazırda işğal altında olan bütün rayonların işğalında Rusiya ordusu birbaşa və ya dolayısıyla ermənilərə dəstək verib. Odur ki, bundan sonra da Rusiyadan xoşniyyətli addım gözləmək sadəlöhvlukdür. Tarixdə elə bir misal yoxdur ki, Rusiya Azərbaycanın xeyrinə hər hansı bir addım atmış olsun...
-Tovuz döyüşləri və son birgə təlimlərdən sonra Türkiyə hərbi bazalarının Azərbaycanda yerləşdirilməsi məsələsi bir daha aktuallaşdı... Bu haqda nə düşünürsünüz?
-Əvvəla, tarix elə gətirib ki, biz çox bədniyyətli, böyük milli iddiaları olan, amma mənəviyyatca çox cılız bir toplumla qonşu olmuşuq. Və proseslərin gedişi onu göstərir ki, biz ermənilərə qarşı nə qədər nəcabətli, xeyirxah addımlar atsaq da, onlar bunu qəbul etməyərək öz xain və məkrli münasibətlərindən əl çəkmirlər. Bir zamanlar müxtəlif coğrafiyalardan toplanıb cəmi 9 min kv.km ərazidə yaşayan bu üzdəniraq xalq əsasən Rusiyanın köməyi ilə Azərbaycanın tarixi torpaqlarının 20 min kv.km-ni ələ keçirərək özlərinə qondarma bir dövlət qurublar. Və bu gün yenə də Rusiyanın hərbi-siyasi dəstəyi ilə müstəqil Azərbaycan Respublikasının hüquqi ərazisinin 20 faizini də faktiki işğal edərək, on minlərimizi amansız qətl, işgəncə və əsirliyə, 1 milyona yaxın insanımızı isə 30 ilə yaxın müddətdə didərgin həyatı yaşamağa məhkum ediblər. Yəni bunlar bizi bir xalq olaraq tamamilə məhv etmək məqsədini qarşılarına qoyublar. Sayları az olmalarına rəğmən ermənilər çox təhlükəli düşməndirlər. Çünki həyasız, mənəviyyatsız, zalım, qatil, qaniçən və hiyləgərdirlər. Və bu işdə onlara Rusiya ilə yanaşı, Avropa və ABŞ-ın ikiüzlü mövqeyi də yardımçı olur. Bizə isə birbaşa dəstək verən, can yandıran yalnız Türkiyədir. Çoxdan biz deyirik ki, biz bir xalqıq... Bu baxımdan Türkiyənin Azərbaycanda hərbi bazaları çoxdan qurulmalıydı...
Türkiyənin hərbi bazalarının Azərbaycanda yerləşməsinə ermənilərdən savayı kimlər etiraz edə bilərlər? Xarici güclərin, əsasən Rusiyanın dəstəyi ilə etnik separatizmlə məşğul olub Azərbaycanın unitar quruluşuna qəsd edərək onu parçalamaq məqsədi güdənlər... Azərbaycanda müəyyən “stanlar” yaratmağa cəhd göstərənlər... Eləcə də Rusiya hakimiyyəti və onun Azərbaycandakı bağlantıları...
Bütün bunları düşünüb təhlil edəndə Azərbaycanda Türkiyənin bazalarının yerləşdirilməsinin nə qədər vacib və zəruri olduğu ortalığa çıxır. Bu, ölkəmizin, dövlətimizin gələcək mövcudiyyəti üçün həddindən artıq gərəkli bir məsələdir. İkincisi də biz Türkiyə ilə eyni bir millətik, bizim keçmişimiz də, taleyimiz də eynidir, gələcəyimiz də bir olmağa məhkumdur. O baxımdan biz bir xalqıq...
Üçüncüsü, Azərbaycanda Türkiyə bazalarının yerləşdirilməsi yalnız bizim deyil, bilavasitə Türkiyənin öz maraqlarına da uyğundur. Çünki Azərbaycan nə zamansa, Allah eləməmiş, yenidən birbaşa Rusiyanın təsir dairəsinə keçərsə, bu, o demək olar ki, Rusiya özünü Türkiyə ilə sərhədlərə yaxınlaşdırır. Yəni bu, artıq Türkiyənin öz təhlükəsizliyini təhdid altında qoyan bir məsələdir. Ancaq Türkiyənin ölkəmizdə hərbi bazalarının yerləşdirilməsi Azərbaycanın Rusiyanın təsirindən birmənalı qopması deməkdir. Azərbaycanda Qarabağın işğalından ruhlanmış etnik separatizmin birdəfəlik gömülməsi deməkdir. Və dediyim kimi, eyni zamanda Türkiyənin Qafqazlar istiqamətində təhlükəsizliyinin təminatı deməkdir. Odur ki, qardaş ölkənin bazalarının Azərbaycanda yerləşdiriməsi məsələsi təcili öz həllini tapmalıdır. Çünki regiondakı hazırkı hərbi-siyasi durumda bu, Azərbaycanla yanaşı, rəsmi Ankaranın öz maraqlarına da uyğundur. Və təbii ki, yalnız vaxtaşırı birgə hərbi təlimlərlə kifayətlənmək olmaz. Qarabağın - işğal altındakı torpaqlarımızın azad edilməsi üçün təcili və konkret hərbi-siyasi addımlar atılmalıdır. Bu baxımdan Türkiyə ordusunun bu dəfə də Azərbaycandan “əliboş” qayıtması hər iki ölkənin maraqlarına zidd olar...
-Türkiyə-Azərbaycan birgə hərbi təlimlərinin keçirildiyi günlərdə Rusiyapərəst qüvvələr əhali arasında belə bir təbliğat aparmağa başlayıblar ki, guya rəsmi Moskva rəsmi Bakıya vəd edib ki, Türkiyə ordusunun Azərbaycanda heç bir baza qurmadan gedəcəyi və Qarabağ məsələsinə müdaxilə etməyəcəyi təqdirdə Kreml torpaqlarımızın azad edilməsi üçün Milli Ordumuzun keçirəcəyi hərbi əməliyyatlara qarışmayacaq... Yəni, təxminən bir ay müddətində Azərbaycana möhlət veriləcək ki, Qarabağı azad etsin... Rusiyadan belə bir addım gözləmək mümkündürmü?..
(Davamı var)
|
|
|
|
|
|
Putin SSRİ-ni bərpa edə biləcəkmi?
|
|
|
|
|
|
|
|
|
• Azərbaycan Ukraynaya soğan göndərə bilər? – Bunun üçün…
Bu gün, 22:27 |
|
|
|
• Tiflis məhkəməsi qərar verdi: - Əfqan Sadıqov Bakıya gətirilir
Bu gün, 22:23 |
|
|
|
• Mirzoyan finlandiyalı həmkarı ilə Azərbaycanla sülh prosesini müzakirə edib
Bu gün, 19:38 |
|
|
|
• Suriyada müxalif qüvvələr Hələbə daxil oldu - Güclü döyüşlər gedir
Bu gün, 19:06 |
|
|
|
• Beş vəkilə xəbərdarlıq olunub, dörd vəkilə töhmət verilib
Bu gün, 19:03 |
|
|
|
• Qərbin “erməni sevgisi”: - “Makron öz marağını təmin etmək üçün...”
Bu gün, 18:58 |
|
|
|
• "Respublikanski"nin təmirə bağlanması xəstələri çətinə saldı - Baş həkim nələri açıqladı?
Bu gün, 18:53 |
|
|
|
• Gürcüstan Avropa İttifaqına üzvlüklə bağlı danışıqları dayandırır - BU DA BELƏ...
Bu gün, 18:42 |
|
|
|
• Polşanın birinci xanımı İrəvanda separatçılarla görüşdü
Bu gün, 18:31 |
|
|
|
• Hərbi attaşelər "Azərkosmos"u ziyarət ediblər
Bu gün, 18:28 |
|
|
|
• “Pilot Residence” camaatın QƏSDİNƏ DURUB? - BU NƏDİ BELƏ?..
Bu gün, 18:20 |
|
|
|
• Ülvi Quliyev vətəndaşları qəbul etdi - FOTO
Bu gün, 18:09 |
|
|
|
• “Paşinyanla Baqratın "dəllək"ləri fərqlidir...” - REPLİKA
Bu gün, 18:02 |
|
|
|
• "Sənə seksin abreviaturasını versəm və səni qane eləsə..." - Kamran Ağabalayev
Bu gün, 18:00 |
|
|
|
• Azərbaycanda əsas seysmik zonalar: - Hansı ərazidə neçə bal zəlzələ ehtimalı var?
Bu gün, 17:54 |
|
|
|
• Dövlət qurumu 1,2 milyonluq geyimləri bu şirkətdən aldı - TENDER NƏTİCƏSİ
Bu gün, 17:45 |
|
|
|
• Səhiyyə Nazirliyi 6 ədəd “Hyundai” alır – 255 min manata
Bu gün, 17:36 |
|
|
|
• Avropa Şurası Avropa Komissiyasının yeni tərkibini təsdiqləyib
Bu gün, 17:34 |
|
|
|
• VHP bələdiyyə seçkilərində iştirak edəcək - AÇIQLAMA
Bu gün, 17:28 |
|
|
|
• İcra başçısının nümayəndəsinin ölkədən çıxışına qadağa qoyula bilər - SƏBƏB
Bu gün, 17:24 |
|
|
|
• "Bakı səfərindən sonra şərti sərhəddə "binokl şousu"nda iştirakı..." - Seyidov sərt danışdı
Bu gün, 17:22 |
|
|
|
• Azərbaycanda BOKT-nin rəhbərliyində dəyişikliklər olub - ADLAR
Bu gün, 17:19 |
|
|
|
• "Zerkalni" nömrə biznesi adı ilə dostunun pullarını ələ keçirdi - TƏFƏRRÜAT
Bu gün, 17:14 |
|
|
|
• "Rusiya və İran arasında qaz ticarətinin Azərbaycanın "adına yazılması" Qərbin növbəti təxribatıdır"
Bu gün, 17:06 |
|
|
|
• Əvəz Temirxan bələdiyyə seçkilərində iştirak edəcək? - Özü açıqladı
Bu gün, 17:03 |
|
|
|
• Yunanıstan özü vadar edir ki... - ŞƏRH
Bu gün, 16:46 |
|
|
|
• MN-nin tabeliyində olan müxtəlif hərbi hissələrdə mənimsəmə ilə bağlı daha bir maliyyə xidmət rəisinin məhkəməsi başlayır
Bu gün, 16:43 |
|
|
|
• İcra başçılarının “Dream Construction Company” sevgisi - İcazə verin şübhələnək...
Bu gün, 16:42 |
|
|
|
• "SAT-SAS-2024" təlimində növbəti tapşırıqlar icra olunub
Bu gün, 16:39 |
|
|
|
• Yüksək faizli endirimlər, mağazadan-mağazaya qaçan alıcılar... - "Black friday"in əsl məqsədi ortaya çıxdı
Bu gün, 16:37 |
|
|
|
• İnternet üzərindən satılan dərmanlara necə nəzarət olunur? - HƏQİQƏTƏN DƏ...
Bu gün, 16:35 |
|
|
|
• Ədliyyə Nazirliyi bu partiyaların ləğv olunması üçün məhkəməyə müraciət etdi
Bu gün, 16:29 |
|
|
|
• Rusiya İrəvanın üzərində “nüvə çətiri”ni açdı - KİV
Bu gün, 16:25 |
|
|
|
• Kuryerlərə qarşı dələduzluq edən şəxs saxlanılıb - VİDEO
Bu gün, 16:24 |
|
|
|
• Ermənistana bu dəfə Yunanıstan silahları gəldi... - Sülh gündəliyini bağlamaq istəyən kimlərdir?
Bu gün, 16:11 |
|
|
|
• Bu partiya liderləri bələdiyyə seçkilərinə qatılacaq? – Maraqlı cavablar
Bu gün, 16:08 |
|
|
|
• Qənirə Ataşova: "Bu klinikalar həkim "düzəltmək"lə məşğuldur..." - Müsahibə/Yeni şok faktlar
Bu gün, 16:01 |
|
|
|
• "Araz-2024" birgə taktiki təlimi başa çatıb
Bu gün, 15:58 |
|
|
|
• Rubl "vuruldu": Rusiyada işləyən azərbaycanlıları nə gözləyir? - AKTUAL
Bu gün, 15:51 |
|
|
|
• “Bakı Abadlıq Xidməti MMC” fəaliyyətini dayandırdı? - İLGİNC İDDİA
Bu gün, 15:40 |
|
|
|
• İFADƏ VERDİ: Ağadadaş Ağayev özünü təqsirli bilməyib - MƏHKƏMƏ
Bu gün, 15:36 |
|
|
|
• İrəvanla Moskvanın “küsülülüyü" - Hərbi bloka “yox”, iqtisadi bloka “hə”
Bu gün, 15:34 |
|
|
|
• Ermənistan Azərbaycana qarşı yeni müharibəyə hazırlaşır - Bunun BAŞQA ADI YOXDUR...
Bu gün, 15:31 |
|
|
|
• Dünyada ən çox istifadəçisi olan 35 sosial şəbəkə – Tam siyahı
Bu gün, 15:30 |
|
|
|
• Kəmaləddin Heydərov rəisi vəzifəsindən azad etdi - ƏMR
Bu gün, 15:26 |
|
|
|
• Rasim Məmmədovdan sonra da 3 milyonluq yeyinti olub - TƏFƏRRÜAT
Bu gün, 15:24 |
|
|
|
• Asiya İnkişaf Bankına yeni prezident seçilib
Bu gün, 15:22 |
|
|
|
• Həbsdən çıxan kişini arvadı evə buraxmadı: “Düşündüm ki...” – Şok təfərrüat
Bu gün, 15:17 |
|
|
|
• Sahibkarları şantaj edən sayt rəhbərləri həbs edilib, cinayət işi açılıb
Bu gün, 15:11 |
|
|
|
• Rusiya "Oreşnik"in kütləvi istehsalına başlayıb
Bu gün, 15:08 |
|
|
|
|