“Greencard Azerbaijan” şirkətinin direktoru kimi tanınan şəxs 42 nəfərə qarşı dələduzluq edib .....                     Əgər Rusiya israr edirsə, deməli, burada başqa məqamlar var .....                     Zəngəzura ehtiyac qalmayacaq, plan daha böyükdür .....                     “Kənddən gəlmiş müəllimi şəhərdə qiymətləndirmək ədalətli deyil...” .....                     Babayandan Bakıya sensasion şərt: Məhkumları verin, əvəzində… .....                     Həbsdə poqonu alınmayan yeganə general .....                     Balaca bir kənddə... XUDMANİ XANƏDAN... .....                     Azərbaycanın müdafiə naziri Türkiyəyə işgüzar səfər edib .....                     Bundan sonra `Kapital Bank`a güvənməyəkmi? .....                     Naxçıvan icra hakimiyyəti daha əvvəlki kimi işləmir... .....                     Paşinyan Fransada həm də bunu danışacaq .....                     Bank kartlarından kütləvi oğurluq: pullarımızı necə qoruyaq? .....                     Yaşlı icra başçıları yola salınır: .....                     "Mən elə yaşayıram ki, qadağalara ehtiyacım olmurm" .....                     Bakıda ipoteka ilə satılacaq ev tapılmayacaq .....                     Sumqayıtda bu məktəbə yeni direktor təyin edildi .....                     Ermənilərin Gəncədə törətdiyi ilk terrordan 4 il ötür .....                     Cəbrayıl şəhərinin azad olunmasından 4 il ötür .....                     Xırdalanın yollarının təmirinə 1,5 milyon manat ayrıldı .....                     “ACWA Power” Azərbaycanda daha bir şirkət təsis edib .....                     Ermənistan bütün hərbi cinayətkarları araşdırıb cəzalandırmalıdır .....                     “İran altı ay ərzində 10 nüvə başlığına sahib ola bilər” .....                     Tanınmış naşir kitab sərgisindən şikayət edib: .....                     40 faizlə kredit, yoxa çıxan qızıllar: .....                     Qiyməti "oynayan" neftə ümid azalır, təbii qazın da gəlirinə "söykənmək" olmaz .....                     Dövlət Agentliyinin 2,3 milyonluq tenderinin qalibi .....                     Zəngilan Rayon Mərkəzi Xəstəxanasına direktor təyin edilib .....                     Ermənistanın qisas istəyi sadəcə intihardır .....                     Mərkəzi Bankın sanksiyaları İran bankını "vurdu" .....                     “İşlədiyi yerə gedəndə hər şey aydın oldu, şoka düşdüm...” .....                     Şagirdlər məktəbə bıçaqla necə və niyə gedir? .....                     Paşinyan sülh sazişinin bəzi detallarını açıqladı .....                     Generalın sənətçi qızının sürücülük hüququ məhdudlaşdırıla bilər .....                     "Böyük Britaniya Azərbaycanla əməkdaşlığa hazırdır" .....                     Yeganə təhlükəsiz investisiya sahəsi olaraq qalır... .....                     Sepahın komandiri Suriyada ölüb .....                     İqbal Məmmədov 15 gündə 8 milyondan çox borcunu ödədi .....                     Ahıl və tənha vətəndaşları aldadaraq pullarını ələ keçirən daha 1 nəfər saxlanılıb .....                     Nazim İbrahimovun qardaşından təzminat TƏLƏB OLUNUR .....                     Qızı sənətkarın məzarını Qoçəhmədliyə köçürür? .....                 

YAP-çı deputatdan Araz Əlizadəyə ağır sözlər: - “Heç olmasa sus!..”
Tarix: 4-11-2019, 10:22 | Çap et
YAP-çı deputatdan Araz Əlizadəyə ağır sözlər:
“ASDP sədri Araz Əlizadənin İTV-də ictimaiyyəti qıcıqlandıran, təxribat xarakterli fikirləri dövlətimizin qurucusu Heydər Əliyev və möhtərəm prezidentimiz İlham Əliyevin ”Bir millət, iki dövlət" siyasətinə tamamilə ziddir və kökündən yanlışdır. Partiya sədrinin bu fikirlərini məhz Türk Şurasının sonuncu zirvə samitindən sonra səsləndirməsi bir daha göstərir ki, bu - sifarişlidir".

Deputat, YAP-ın Nəsimi rayon təşkilatının sədri Məlahət İbrahimqızı bu sözləri “Yeni Müsavat”a açıqlamasında deyib. M.İbrahimqızı daha sonra bildirdi ki, yeganə missiyası Azərbaycan-Türkiyə düşmənlərinin sifarişini icra etmək olan sədr danışdığı dilin hansı dil qrupuna aid olduğunun fərqində belə deyil: “O, Azərbaycan xalqını şamil etmək istədiyi və özünün mənsub olduğu irqin Ari (Aryan) irqi olduğunu demək əvəzinə Hind-Avropa irqi deyir. Hansı ki, belə bir irq bu günədək antropologiya elmində mövcud deyil, əslində bu, Hind-Avropa dil ailəsi adlanır. Bizim coğrafiyamızda isə ari irqinə əsasən farslar və ermənilər daxildir. Bu iki xalqın dili də Hind-Avropa dil ailəsinə aiddir. Üç minillik dövlətçilik tarixi olan qonşu və dost İranda yaşayan 30 milyona yaxın azərbaycanlı soydaşlarımız azərbaycanlı deyil, türk adlandırılırlar. Ana dilimiz olan Azərbaycan türkcəsi isə Altay dil ailəsinə və Türk Dilləri Qrupuna aiddir. Azərbaycan xalqı monoetnik deyil, ölkəmizin gözəlliyi çoxsaylı etnik qrupların əsirlər boyu bir ailə şəkilində mehriban yaşamasıdır. Bu mənada Azərbaycan dünyaya tolerantlıq və multikultural dəyərləri ilə örnəkdir və biz bununla da fəxr edirik. Bizim ölkəmizdə yaşayan bütün xalqlar bir-birləri ilə qardaşdır. Amma kiməsə də təxribat xarakterli fikirlər səsləndirməklə insanların hissiyyatına toxunmağına da imkan verilməz! Araz Əlizadə kimi insanlar Azərbaycan və Türkiyə münasibətlərinin geniş və daha sürətlə inkişafını gördükcə vaxtaşırı könül bulandırmağa çalışırlar”.

Deputatın sözlərinə görə, dünyada elə dəyərlər var ki, insan onu istəsə də seçə bilmir: “Bunlardan biri də onun etnik kimliyidir. Bu dəyərlər insanlara ancaq Allah tərəfindən verilir. İstər İslam inancımızda, istərsə də Ümumdünya İnsan Haqları bəyənnaməsində və Ana Qanunumuzda bütün insanlar bərabər hüquqludur. İnsanlar bir-birlərindən ancaq mənəvi dəyərləri ilə fərqlənə bilər. Etnik kimlik Allah tərəfindən verilən dəyər olduğuna görə şükür etməliyik ki, o, bizi bəşəriyyətin əşrəfi olan insan yaradıb. Ulu öndərimiz Heydər Əliyevin sözləri ilə desək, ”Hər bir insan üçün onun milli mənsubiyyəti onun qürur mənbəyidir". Lakin ASDP deyilən bir mini-partiyanın sədri vaxtaşırı peyda olaraq həqiqətləri təhrif etməklə xalqın heysiyyatına toxunmağı qəhrəmanlıq hesab edir. Bu günlərdə möhtərəm prezidentimiz İlham Əliyevin Rusiyanın mətbu orqanı olan “Komersant”a verdiyi müsahibəsində səsləndirdiyi “XXI əsr Türk Dünyası əsri olacaq” fikirləri türk düşmənçiliyi edən erməni və ermənipərəst qüvvələrin canına birə salıb. Prezidentimizin Azərbaycan-Türkiyə diasporunun 1-ci qurultayında “...Bir millətin iki diasporası ola bilməz” fikri iki ölkənin strateji əməkdaşlığının təməl prinsiplərindəndir. Möhtərəm prezidentimiz hər zaman fəxrlə deyir ki, Azərbaycan - Türkiyə qardaşlığının dünyada analoqu yoxdur. Bu mənada dövlət siyasətinə qarşı çıxan bu cür qüvvələr cəmiyyətdə ifşa olunmalıdır!"

Xanım deputat əlavə etdi ki, iki qardaş dövlətin dostluq və qardaşlığını pozmaq istəyən yeganə qüvvə isə dünya erməniliyidir: “Əslində bəlkə də belə insanlara fikir vermək lazım deyil, çünki onlarda nə dəyişəcək ki? Belələri ətlə dırnaq arasında olmağı sevirlər. Amma ətlə dırnaq arasında olanlar irinə çevrilir. Belə insanlarda müqəddəs dəyər deyilən məfhum yoxdur. Bu tip insanlar dahi Hüseyn Cavidin, Mikayıl Müşfiqin, Əhməd Cavadın və onlarca xalqımızın tarixi şəxsiyyətləri haqda donos verərək onların üzünə durublar. Nəhayət, bu insanlara bir sözüm var: tarixin utanc səhifəsində olmaq istəmirsizsə, heç olmasa susun! Hələ XX əsrin əvvəllərində görkəmli dövlət xadimi Nəriman Nərimanovun Qurtuluş savaşı zamanı qardaş Türkiyənin çətin günlərində etdiyi yardımı Atatürk borc hesab edərkən Nərimanov ”qardaşın qardaşa borcu olmaz" deyib. 1918-ci illərdə erməni daşnaklar imperialist qüvvələrin dəstəyi ilə ölkəmizdə soyqırım törədərkən Nuru Paşa 3 mindən çox Türk əsgəri ilə xalqımızın harayına yetişmiş, Azərbaycanın könüllüləri ilə birgə müqəddəs vətənimizi daşnaklardan azad etmişlər. Təsadüfi deyil ki, iki xalqın qardaşlığının qürurverici tarixi keçən il bu iki dövlətin Ali Baş komandanlarının iştirakı ilə, möhtəşəm hərbi paradla təntənə ilə qeyd edildi. Azərbaycan-Türkiyə qardaşlığına kölgə salmaq istəyən qüvvələrdə görünür, “yarasa sindromu” var. Çox təəssüf ki, tibb elmi bu sindromu müalicə etməkdə hələ də acizdir. ?Nəhayət, mini partiyanın sədrinin Nuru Paşanın və şəhid olmuş türk əsgərlərinin ünvanına səsləndirdiyi hörmətsiz fikirlər Qurtuluş savaşında Çanaqqala, Sakariya və Qarabağda şəhid olan Azərbaycan şəhidlərinin ruhuna da hörmətsizlikdir. 1919-1923-cu illər Qurtuluş müharibəsində Azərbaycanlılardan kimisi əlində olan 3-5 kuruşunu, kimisi isə canını Türk qardaşları üçün əsirgəmədi. Böyük ehtimalla, Aryan irqinə məxsus olanlar bu müharibədə əks cəbhədə vuruşurdular və onları Azərbaycan xalqının nümayəndəsi hesab etmək olmaz. Ülvi hisslərdən uzaq olan bu cür insanlar dövlətinə, vətəninə, millətinə xidməti ancaq maddiyyətlə ölçürlər! Son olaraq, onu qeyd edim ki, Azərbaycan və Türkiyə qardaşlığına kölgə salanlara möhtərəm prezidentimizin bir fikri ilə yekun vurmaq istərdim: “Bizim Türkiyə ilə qardaşlıq əlaqələrimiz dayanıqlıdır və reallaşdırılan layihələr bunu təsdiqləyir: aramızdakı qardaşlıq, dostluq əbədi olacaq!”

Qeyd edək ki, ASDP sədri, deputat A.Əlizadə İTV-də yayımlanan 3D proqramında aparıcı Dadaş Dadaşlinskinin suallarını cavablandırarkən Osmanlı ordusunu pul qarşılığında xidmət edən muzdlu ordu adlandırıb, Türkiyə və Azərbaycanın isə qardaş ölkə olmadığını iddia edib. Deputat həmin müsahibəsində bir neçə il əvvəl Türkiyə və Osmanlı ordusu barədə dilə gətirdiyi fikirlərini təkrarlayaraq deyib: “Osmanlı ordusu muzdlu ordu idi. Muzdlu ordu pul olmasa, heç vaxt müharibəyə getməz və girişməz. Burda qəbahət bir şey yoxdur”. Müsahibəsinin davamında daha da irəli gedən Araz Əlizadə Türkiyə ilə Azərbaycan xalqı arasında hər hansı qan bağlılığının olmadığını iddia edib: “Türkiyə ilə Azərbaycan arasında olan qan qruplarındakı elementlerə nəzər salsaq görərik ki, bir birilərinə heç uyğun gəlmirlər. Türklər Asiyadan gəlmədirlər, onlar sarı irqə məxsusdur. Azərbaycanlılar isə Hind-Avropa irqinə aiddir”.

Qalmaqallı açıqlama Türkiyədə də səs-küy doğurub, Modern.az-a telefon açan türkiyəli deputatlar və jurnalistlər A.Əlizadənin səsləndirdiyi fikirlərə kəskin etiraz bildiriblər.









 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?
Yox
Bu yolda Rusiyanın ağzı ovulacaq

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
“Greencard Azerbaijan” şirkətinin direktoru kimi tanınan şəxs 42 nəfərə qarşı dələduzluq edib - TƏFƏRRÜAT
Bu gün, 09:24
Əgər Rusiya israr edirsə, deməli, burada başqa məqamlar var - HƏQİQƏTƏN DƏ...
Bu gün, 09:22
Zəngəzura ehtiyac qalmayacaq, plan daha böyükdür - Pezeşkian mesajını verdi
Bu gün, 09:20
“Kənddən gəlmiş müəllimi şəhərdə qiymətləndirmək ədalətli deyil...” - Misir Mərdanov
Bu gün, 09:19
Babayandan Bakıya sensasion şərt: Məhkumları verin, əvəzində… - Ermənistan KİV
Bu gün, 08:59
Həbsdə poqonu alınmayan yeganə general - alınması müzakirə olunurdu, amma...
Bu gün, 08:54
Balaca bir kənddə... XUDMANİ XANƏDAN... - İLGİNC FAKT
Bu gün, 08:49
Azərbaycanın müdafiə naziri Türkiyəyə işgüzar səfər edib
Bu gün, 08:42
Bundan sonra `Kapital Bank`a güvənməyəkmi? - GÖRÜNƏNİ BUDUR...
Bu gün, 08:39
Naxçıvan icra hakimiyyəti daha əvvəlki kimi işləmir... - FOTOFAKT
Bu gün, 08:23
Paşinyan Fransada həm də bunu danışacaq - GƏLİŞMƏ
Bu gün, 08:14
Bank kartlarından kütləvi oğurluq: pullarımızı necə qoruyaq? - AKTUAL
Bu gün, 06:32
Yaşlı icra başçıları yola salınır: - Yeni model belə olacaq
Bu gün, 06:29
"Mən elə yaşayıram ki, qadağalara ehtiyacım olmurm"
Bu gün, 06:22
Bakıda ipoteka ilə satılacaq ev tapılmayacaq - Xəbərdarlıq edildi
Bu gün, 00:22
Sumqayıtda bu məktəbə yeni direktor təyin edildi - ƏMR
Bu gün, 00:16
Ermənilərin Gəncədə törətdiyi ilk terrordan 4 il ötür - ANIM
Bu gün, 00:12
Cəbrayıl şəhərinin azad olunmasından 4 il ötür
Bu gün, 00:10
Xırdalanın yollarının təmirinə 1,5 milyon manat ayrıldı
Bu gün, 00:05
“ACWA Power” Azərbaycanda daha bir şirkət təsis edib
Bu gün, 00:02
Ermənistan bütün hərbi cinayətkarları araşdırıb cəzalandırmalıdır - Hikmət Hacıyevdən ÇAĞIRIŞ
Dünən, 23:47
“İran altı ay ərzində 10 nüvə başlığına sahib ola bilər” – “The Times”
Dünən, 23:44
Tanınmış naşir kitab sərgisindən şikayət edib: - "Kitabları özümüz üçün nəşr edirik?"
Dünən, 23:38
40 faizlə kredit, yoxa çıxan qızıllar: - Lombard və BOKT-lara "dur" deyiləcək?
Dünən, 19:10
Qiyməti "oynayan" neftə ümid azalır, təbii qazın da gəlirinə "söykənmək" olmaz - NƏ ETMƏLİ?
Dünən, 19:00
Dövlət Agentliyinin 2,3 milyonluq tenderinin qalibi - MƏLUM OLDU
Dünən, 18:56
Zəngilan Rayon Mərkəzi Xəstəxanasına direktor təyin edilib - ƏMR
Dünən, 18:54
Ermənistanın qisas istəyi sadəcə intihardır - Şahnazarov
Dünən, 18:17
Mərkəzi Bankın sanksiyaları İran bankını "vurdu" - Kredit portfeli 3 dəfədən çox azalıb
Dünən, 18:12
“İşlədiyi yerə gedəndə hər şey aydın oldu, şoka düşdüm...” - MƏHKƏMƏ
Dünən, 18:07
Şagirdlər məktəbə bıçaqla necə və niyə gedir? - Günahkar valideynlərdir , yoxsa....
Dünən, 18:04
Paşinyan sülh sazişinin bəzi detallarını açıqladı - İNCƏLƏMƏ
Dünən, 18:03
Generalın sənətçi qızının sürücülük hüququ məhdudlaşdırıla bilər - DETALLAR
Dünən, 18:01
"Böyük Britaniya Azərbaycanla əməkdaşlığa hazırdır" - Səfir
Dünən, 18:00
Yeganə təhlükəsiz investisiya sahəsi olaraq qalır... - ARAŞDIRMA
Dünən, 17:59
Sepahın komandiri Suriyada ölüb - İSNA
Dünən, 17:58
İqbal Məmmədov 15 gündə 8 milyondan çox borcunu ödədi - DETALLAR
Dünən, 17:56
Ahıl və tənha vətəndaşları aldadaraq pullarını ələ keçirən daha 1 nəfər saxlanılıb - VİDEO
Dünən, 17:50
Nazim İbrahimovun qardaşından təzminat TƏLƏB OLUNUR - TƏFƏRRÜAT
Dünən, 17:48
Qızı sənətkarın məzarını Qoçəhmədliyə köçürür? - AÇIQLAMA
Dünən, 17:46
İki avantüristin görüşü - Makron Paşinyanı yeni təlimatlandırır
Dünən, 17:43
Beynəlxalq Bankın 1,3 milyonluq tenderini olmayan şirkət necə udub? - TƏFƏRRÜAT
Dünən, 17:41
“Nə qədər ki, sülh müqaviləsi imzalanmayıb...” - Ovannisyan
Dünən, 17:38
İLGİNC: “İçərişəhər” Qoruğu İdarəsi 18 min manatlıq mal-qara yemi alır - İcazə verin, şübhələnək...
Dünən, 17:36
Erməni politoloq nədən narahatdır? - KİV
Dünən, 17:34
Müəllimlərin bayramında onlara nə hədiyyə etməli? - Ekspertlərdən fərqli TƏKLİFLƏR
Dünən, 17:27
1 aydır “BakıKart”a onlayn ödəniş mümkün olmur – Problem nə zaman həll olunacaq?
Dünən, 17:24
Rövşən Binnətli vəzifəsindən azad olundu - ƏMR
Dünən, 17:22
Azərbaycanda arvad-uşağı evdən gedən kişi özünü asdı
Dünən, 16:09
Qərbi Azərbaycan isterikası: “Onsuz da biz ora qayıdacağıq”
Dünən, 16:08
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : [email protected]
Designed by Daraaz.net
�������@Mail.ru