"Mədəniyyət oksigen ehtiyacından qurtulmuşların yaratdıqlarıdır..." .....                     Alman faşizmini cəzalandıran dünya erməni faşizminə NİYƏ SUSUR? .....                     Özəl pensiya fondları yaradılsa... .....                     “Greencard Azerbaijan” şirkətinin direktoru kimi tanınan şəxs 42 nəfərə qarşı dələduzluq edib .....                     Əgər Rusiya israr edirsə, deməli, burada başqa məqamlar var .....                     Zəngəzura ehtiyac qalmayacaq, plan daha böyükdür .....                     “Kənddən gəlmiş müəllimi şəhərdə qiymətləndirmək ədalətli deyil...” .....                     Babayandan Bakıya sensasion şərt: Məhkumları verin, əvəzində… .....                     Həbsdə poqonu alınmayan yeganə general .....                     Balaca bir kənddə... XUDMANİ XANƏDAN... .....                     Azərbaycanın müdafiə naziri Türkiyəyə işgüzar səfər edib .....                     Bundan sonra `Kapital Bank`a güvənməyəkmi? .....                     Naxçıvan icra hakimiyyəti daha əvvəlki kimi işləmir... .....                     Paşinyan Fransada həm də bunu danışacaq .....                     Bank kartlarından kütləvi oğurluq: pullarımızı necə qoruyaq? .....                     Yaşlı icra başçıları yola salınır: .....                     "Mən elə yaşayıram ki, qadağalara ehtiyacım olmurm" .....                     Bakıda ipoteka ilə satılacaq ev tapılmayacaq .....                     Sumqayıtda bu məktəbə yeni direktor təyin edildi .....                     Ermənilərin Gəncədə törətdiyi ilk terrordan 4 il ötür .....                     Cəbrayıl şəhərinin azad olunmasından 4 il ötür .....                     Xırdalanın yollarının təmirinə 1,5 milyon manat ayrıldı .....                     “ACWA Power” Azərbaycanda daha bir şirkət təsis edib .....                     Ermənistan bütün hərbi cinayətkarları araşdırıb cəzalandırmalıdır .....                     “İran altı ay ərzində 10 nüvə başlığına sahib ola bilər” .....                     Tanınmış naşir kitab sərgisindən şikayət edib: .....                     40 faizlə kredit, yoxa çıxan qızıllar: .....                     Qiyməti "oynayan" neftə ümid azalır, təbii qazın da gəlirinə "söykənmək" olmaz .....                     Dövlət Agentliyinin 2,3 milyonluq tenderinin qalibi .....                     Zəngilan Rayon Mərkəzi Xəstəxanasına direktor təyin edilib .....                     Ermənistanın qisas istəyi sadəcə intihardır .....                     Mərkəzi Bankın sanksiyaları İran bankını "vurdu" .....                     “İşlədiyi yerə gedəndə hər şey aydın oldu, şoka düşdüm...” .....                     Şagirdlər məktəbə bıçaqla necə və niyə gedir? .....                     Paşinyan sülh sazişinin bəzi detallarını açıqladı .....                     Generalın sənətçi qızının sürücülük hüququ məhdudlaşdırıla bilər .....                     "Böyük Britaniya Azərbaycanla əməkdaşlığa hazırdır" .....                     Yeganə təhlükəsiz investisiya sahəsi olaraq qalır... .....                     Sepahın komandiri Suriyada ölüb .....                     İqbal Məmmədov 15 gündə 8 milyondan çox borcunu ödədi .....                 

MŞ-nin mitinqinə icazə verildi, Əli Kərimli isə qarşıdurmanı seçdi - GƏLİŞMƏ
Tarix: 17-10-2019, 08:55 | Çap et
MŞ-nin mitinqinə icazə verildi, Əli Kərimli isə qarşıdurmanı seçdi
Bakı Şəhər İcra Hakimiyyəti (BŞİH) Milli Şuranın mitinqlə bağlı müraciətinə cavab verib. Mitinqin oktyabrın 19-da saat 15:00-dan 17:00-dək Lökbatan qəsəbəsi, 28 may küçəsi “Neftçi İdman Klubu”nun Qaradağ təlim-idman bazasında keçirilməsinə razılıq verilib.

Milli Şura isə 28 sentyabr mitinqi kimi, bu dəfə də icazə verilən məkanla razılaşmır. Bu barədə modern.az-a danışan Milli Şuranın üzvü Tofiq Yaqublu bildirib ki, mitinq iştirakçıları Lökbatana getməyəcək. O, qeyd edib ki, oktyabrın 19-da saat 15:00-da metronun “28 May” stansiyasının çıxışındakı meydanda mitinq keçirəcəklər.

AXCP sədri, Milli Şuranın Koordinasiya Şurasının üzvü Əli Kərimli də feysbuq səhifəsində paylaşdığı statusda “28 May” metro stansiyasının qarşısında aksiya keçirəcəklərini qəti şəkildə bəyan edib.

Milli Şuranın oktyabrın 19-na təyin etdiyi mitinqlə bağlı təşkilatçılar Bakı Şəhər Baş Polis İdarəsinə (BŞBPİ) çağırılıb.

Bu barədə APA-ya mitinq təşkilatçılarından olan Tofiq Yaqublu məlumat verib. O bildirib ki, BŞBPİ-dən onlara zəng edərək, oktyabrın 17-də saat 11:00-a idarəyə dəvət ediliblər.

Milli Şuranın ardıcıl iki dəfə Lökbatanda icazəli mitinq keçirməkdən imtina etməsi, qarşıdurmaya cəhd göstərməsi müzakirələrə səbəb olub. Belə fikirlər var ki, ölkə daxilində müəyyən gərginlik yaratmaq üçün bu cür yollara əl atılır. 8 oktyabrdakı piket edə buna bariz sübut kimi önə çəkilir.

Daha öncədən xaricdəki bir sıra mühacirlərin payızda “inqilab” olacağına dair çağırışlar etməsi fonunda vətəndaşları narahat edən odur ki, Kərimlinin qarşıdurma planı ölkə daxilində çaxnaşmalar yarada bilər.

Demokratik Maarifçilik Partiyasının sədri, deputat Elşən Musayev Milli Şuranın məqsədinin tam aydın şəkildə göründüyünü qeyd etdi: “Milli Şuranın aksiya kontekstində tək məqsədi təxribatdır. Başqa təsbit, görüntü yoxdur. Dediyimi sosial şəbəkələrdəki çağırışlardan da, rabitəsiz çıxışlardan da, bir az el dilində desək radikal müxalifətin qırımından da görmək olar. Bakı Şəhər İcra Hakimiyyətinin ”Lökbatan razılığı"ndan sonra radikalçıların, konkret olaraq Əli Kərimlinin feysbuq üzərindən verdiyi bəyanat da o məntiqin ifadəsidir ki, icazəli və ya icazəsiz, fərq eləmir, mahiyyət dəyişmir. Bunlar əgər piketlə yürüşün, yürüşlə mitinqin fərqini, təyinatını, təsnifatını ayırd edə bilmirlərsə, nə planlasalar, hansı icraatı reallaşdırsalar və ya reallaşdırmaq istəsələr, yenə eyni marağa xidmət edəcəklər. Necə ki, edirlər. Maraq və istəksə təxribatdır. Biz bu ssenarinin ilkin rüşeymlərini 8 oktyabr piketindən sonra növbəti dəfə sezdik. Həm də bütün çılpaq ayrıntılarla bərabər sezdik. Məram və konstitusion qayda qaldı bir kənarda, ancaq xaos yaratmaq, video çəkib imitasiya eləmək, özlərinin yazıq obrazını cəmiyyətə sırımaq xətti ön plana keçdi. Buna səbəb odur ki, Əli Kərimli bitmiş adamdır, itirəcəyi heç nə yoxdur, nə özü, nə də siyasət adına. Ona görə xalqı qarşıdurmaya çağırır, tarana gedir. Amma hər zaman olduğu kimi yenə keyfiyyətsizcə, ucuzca, bərbadca, lüzumsuzca gedir. Onunku xalq dərdi deyil, şəxsi qisasdır. O, heç zaman nə milləti düşünüb, nə Qarabağı, nə də siyasi düşərgəni. Tək amalı pislik eləmək, ürək bulandırmaq və qarışıqlıq yaratmaqdır. Mitinqə rəsmi icazənin verilib-verilməyəcəyinin heç nəyi dəyişməyəcəyini öncədən söyləmişdik, proqnozlaşdırmışdıq. Dediyimiz də oldu.

Yəni əvvəldən bilirdik, təxmin edirdik ki, güzəşt olsa da, icazə verilsə də, proses təxribat tərəfə sürüklənəcək, güzəşt olmasa da. Çünki 3 fərqli məkan olaraq elə yerlər istənilmişdi ki, orada mitinq keçirmək faktiki olaraq şəhərin mərkəzini, paytaxtın həyatını iflic vəziyyətinə sala bilərdi. Elə Milli Şuranın məqsədi də o idi ki, qarışıqlıq yaransın, siravi vətəndaşlarla mitinq iştirakçılarını ayırd etmək mümkün olmasın, axırda da Əli Kərimli ətrafda görünən hamını öz adına çıxıb desin ki, sayımız minlərlədir. Adi bir misal çəkim. Matəm günlərində bilirsiniz ki, Şəhidlər Xiyabanını nə qədər insan ziyarət edir. Əli Kərimli belə məqamlarda hər zaman hansısa dəstənin önündə durur və dərhal şəkil çəkdirir. Guya arxadakılar hamısı cəbhəçidir. Amma onlar siravi, siyasətə aidiyyəti olmayan adamlardır, xalqdır, hər zaman ziyarətə gələnlərdir. Ayrıca, bu taktika hər yerdə, hər imkanda yeridilir. Əsas da mitinqlərdə və digər aksiyalarda. Görün məkan olaraq haralar seçilib, “28 May” metro stansiyası tərəf, Nəriman Nərimanov və Tofiq Bəhramov adına stadionun qarşısı. Hər üç məkana heç normalda güclə gedib çatırıq. Çünki oralarda daim tıxac olur. O zaman sual edirəm: Belə bir məkanda mitinq keçirilsə, nə baş verər? Bu məqamda siravi aksiya iştirakçısı ilə yoldan keçən birini ayırd eləmək mümkündürmü? Ümumən orada ağız deyəni qulaq eşidərmi? Orada effektli mitinq keçirmək realdırmı? Yox, təbii. Ona görə deyirəm ki, məqsəd tamam başqadır, ölkəni qarışdırmaqdır, çox kütlə olan yerdə say qabartmaqdır, xaricdəki hamilərə daha “məzmunlu” hesabat verməkdir".

Deputat gələn ayla bağlı yayılan şayiələrə də münasibət sərgilədi: ““Noyabr təlatümü” haqda mifi, əsatiri də Əli Kərimli özü yaradıb. Bu, təxminən bir zamanlar dünyanın filan gün sonu gələcək söhbətinə bənzər bir şeydir. Təbii, inqilab, xaos radikal müxalifətin arzusu, xəyalıdır. Fəqət, bu arzu Azərbaycanda gerçəkləşməyəcək. Bir o məqamla razıyam ki, radikal müxalifətçilər planlı gedirlər, öhdəlik götürdükləri hansısa qüvvənin maraqlarını açıqca ifadə edirlər, antimilli hərəkətlərini sistemli şəkildə həyata keçirirlər. Amma Azərbaycan yiyəsiz deyil, bu ölkənin prezidenti də yerindədir, polisi də, siyasi rəhbərliyi də, dövlətçilik üçün sinəsini önə verən, ən kəskin situasiyalarda həmin dövləti qorumağa hazır və qadır olan vətəndaşı da. Əli Kərimlinin fikri, deyəsən, 30 il öncəyə gedib. O dövrlərə ki, 5 dəqiqəlik çıxışla ictimai rəyi dəyişmək mümkün idi. İndi isə elə deyil, xalq siyasi cəhətdən yetərincə maariflənib, hər şeyi ayırd edə, yaxşını pisdən seçə bilir. Artıq Azərbaycanın siyasi elitasında naşılara, gədə-güdələrə yer yoxdur və olmayacaq! İlham Əliyevi, son dövrlərdə adını ən yüksək mərtəbələrə, siyahılara yazdırmış Azərbaycanı qorumaq lazımdır. Allah eləməsin, Əli Kərimli kimi adam dövlət başçısı olsa, yarım saatlıq belə müddətdə nə vətəndaş qürurunu daşıya bilərik, nə dövlətin qoruyucu funksiyasını görərik, nə də rahat və xoşbəxt olarıq".
“Yeni Müsavat”










 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?
Yox
Bu yolda Rusiyanın ağzı ovulacaq

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
"Mədəniyyət oksigen ehtiyacından qurtulmuşların yaratdıqlarıdır..." - Aqşin Yenisey
Bu gün, 09:30
Alman faşizmini cəzalandıran dünya erməni faşizminə NİYƏ SUSUR? - FAKT BUDUR!
Bu gün, 09:27
Özəl pensiya fondları yaradılsa... - pensiyalar sürətlə arta bilər
Bu gün, 09:26
“Greencard Azerbaijan” şirkətinin direktoru kimi tanınan şəxs 42 nəfərə qarşı dələduzluq edib - TƏFƏRRÜAT
Bu gün, 09:24
Əgər Rusiya israr edirsə, deməli, burada başqa məqamlar var - HƏQİQƏTƏN DƏ...
Bu gün, 09:22
Zəngəzura ehtiyac qalmayacaq, plan daha böyükdür - Pezeşkian mesajını verdi
Bu gün, 09:20
“Kənddən gəlmiş müəllimi şəhərdə qiymətləndirmək ədalətli deyil...” - Misir Mərdanov
Bu gün, 09:19
Babayandan Bakıya sensasion şərt: Məhkumları verin, əvəzində… - Ermənistan KİV
Bu gün, 08:59
Həbsdə poqonu alınmayan yeganə general - alınması müzakirə olunurdu, amma...
Bu gün, 08:54
Balaca bir kənddə... XUDMANİ XANƏDAN... - İLGİNC FAKT
Bu gün, 08:49
Azərbaycanın müdafiə naziri Türkiyəyə işgüzar səfər edib
Bu gün, 08:42
Bundan sonra `Kapital Bank`a güvənməyəkmi? - GÖRÜNƏNİ BUDUR...
Bu gün, 08:39
Naxçıvan icra hakimiyyəti daha əvvəlki kimi işləmir... - FOTOFAKT
Bu gün, 08:23
Paşinyan Fransada həm də bunu danışacaq - GƏLİŞMƏ
Bu gün, 08:14
Bank kartlarından kütləvi oğurluq: pullarımızı necə qoruyaq? - AKTUAL
Bu gün, 06:32
Yaşlı icra başçıları yola salınır: - Yeni model belə olacaq
Bu gün, 06:29
"Mən elə yaşayıram ki, qadağalara ehtiyacım olmurm"
Bu gün, 06:22
Bakıda ipoteka ilə satılacaq ev tapılmayacaq - Xəbərdarlıq edildi
Bu gün, 00:22
Sumqayıtda bu məktəbə yeni direktor təyin edildi - ƏMR
Bu gün, 00:16
Ermənilərin Gəncədə törətdiyi ilk terrordan 4 il ötür - ANIM
Bu gün, 00:12
Cəbrayıl şəhərinin azad olunmasından 4 il ötür
Bu gün, 00:10
Xırdalanın yollarının təmirinə 1,5 milyon manat ayrıldı
Bu gün, 00:05
“ACWA Power” Azərbaycanda daha bir şirkət təsis edib
Bu gün, 00:02
Ermənistan bütün hərbi cinayətkarları araşdırıb cəzalandırmalıdır - Hikmət Hacıyevdən ÇAĞIRIŞ
Dünən, 23:47
“İran altı ay ərzində 10 nüvə başlığına sahib ola bilər” – “The Times”
Dünən, 23:44
Tanınmış naşir kitab sərgisindən şikayət edib: - "Kitabları özümüz üçün nəşr edirik?"
Dünən, 23:38
40 faizlə kredit, yoxa çıxan qızıllar: - Lombard və BOKT-lara "dur" deyiləcək?
Dünən, 19:10
Qiyməti "oynayan" neftə ümid azalır, təbii qazın da gəlirinə "söykənmək" olmaz - NƏ ETMƏLİ?
Dünən, 19:00
Dövlət Agentliyinin 2,3 milyonluq tenderinin qalibi - MƏLUM OLDU
Dünən, 18:56
Zəngilan Rayon Mərkəzi Xəstəxanasına direktor təyin edilib - ƏMR
Dünən, 18:54
Ermənistanın qisas istəyi sadəcə intihardır - Şahnazarov
Dünən, 18:17
Mərkəzi Bankın sanksiyaları İran bankını "vurdu" - Kredit portfeli 3 dəfədən çox azalıb
Dünən, 18:12
“İşlədiyi yerə gedəndə hər şey aydın oldu, şoka düşdüm...” - MƏHKƏMƏ
Dünən, 18:07
Şagirdlər məktəbə bıçaqla necə və niyə gedir? - Günahkar valideynlərdir , yoxsa....
Dünən, 18:04
Paşinyan sülh sazişinin bəzi detallarını açıqladı - İNCƏLƏMƏ
Dünən, 18:03
Generalın sənətçi qızının sürücülük hüququ məhdudlaşdırıla bilər - DETALLAR
Dünən, 18:01
"Böyük Britaniya Azərbaycanla əməkdaşlığa hazırdır" - Səfir
Dünən, 18:00
Yeganə təhlükəsiz investisiya sahəsi olaraq qalır... - ARAŞDIRMA
Dünən, 17:59
Sepahın komandiri Suriyada ölüb - İSNA
Dünən, 17:58
İqbal Məmmədov 15 gündə 8 milyondan çox borcunu ödədi - DETALLAR
Dünən, 17:56
Ahıl və tənha vətəndaşları aldadaraq pullarını ələ keçirən daha 1 nəfər saxlanılıb - VİDEO
Dünən, 17:50
Nazim İbrahimovun qardaşından təzminat TƏLƏB OLUNUR - TƏFƏRRÜAT
Dünən, 17:48
Qızı sənətkarın məzarını Qoçəhmədliyə köçürür? - AÇIQLAMA
Dünən, 17:46
İki avantüristin görüşü - Makron Paşinyanı yeni təlimatlandırır
Dünən, 17:43
Beynəlxalq Bankın 1,3 milyonluq tenderini olmayan şirkət necə udub? - TƏFƏRRÜAT
Dünən, 17:41
“Nə qədər ki, sülh müqaviləsi imzalanmayıb...” - Ovannisyan
Dünən, 17:38
İLGİNC: “İçərişəhər” Qoruğu İdarəsi 18 min manatlıq mal-qara yemi alır - İcazə verin, şübhələnək...
Dünən, 17:36
Erməni politoloq nədən narahatdır? - KİV
Dünən, 17:34
Müəllimlərin bayramında onlara nə hədiyyə etməli? - Ekspertlərdən fərqli TƏKLİFLƏR
Dünən, 17:27
1 aydır “BakıKart”a onlayn ödəniş mümkün olmur – Problem nə zaman həll olunacaq?
Dünən, 17:24
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : [email protected]
Designed by Daraaz.net
�������@Mail.ru