"Azərbaycan, Türkiyə kimi ölkələrdə şəhidlik həssas mövzudur və belə məqamlara diqqətlə yanaşılmalıdır"
Tarix: 15-10-2019, 08:39 | Çap et
Şəhidlərə qarşı təhqiramiz ifadələrə yol verənlərin qanunla cəzalandırılması məsələsi yenidən gündəmdədir. Ölkə ictimaiyyəti şəhidləri təhqir edənlərlə bağlı cəzaların müəyyənləşdirilməsini tələb edir. Tanınmış Azər Axşamın həyat yoldaşının şəhid Milli Qəhrəman Mübariz İbrahimov haqqında neqativ fikirlər səsləndirməsindən sonra məsələ yenidən aktuallaşıb.
AFN mövzu ilə bağlı tanınmış ictimaiyyət nümayəndələrinin fikirlərini alıb. Millət vəkili Aqil Abbas AFN-ın suallarına cavab olaraq bildirib ki, şəhid və Milli Qəhrəmanları təhqir edənlərə qarşı xüsusi bir cəza təyin edilə bilər:
“Qanunvericiliyimizdə təhqir edən, böhtan atanlar üçün maddə var. Heç bir vətəndaşı təhqir etmək olmaz. Düşünürəm ki, şəhidlərlə bağlı xüsusi bir cəzaya da ehtiyac var. Milli Qəhrəman olmasa belə, heç bir şəhidə qarşı hörmətsizlik yolverilməzdir. Şəhiddirsə, deməli elə qəhrəmandır”.
Politoloq Toğrul İsmayıl da AFN-ə cəza təklifini dəstəklədiyini söyləyib: “Ümumiyyətlə, təhqir qadağandır və bunun hüquqi cəzası var. Şəhidlərə gəlincə, onlara qarşı da hər hansı bir təhqir olmaz və bunun qanunvericilikdə ayrıca maddəsi olmalı, xüsusi cəza müəyyən edilməlidir. Hesab edirəm ki, ilk başda cəza ağır verilməməlidir. Amma təkrarlandığı zaman həbs də edilə bilər. Bu, dünyada qəbul edilən bir məsələdir. Azərbaycan, Türkiyə kimi ölkələrdə şəhidlik həssas mövzudur və belə məqamlara diqqətlə yanaşılmalıdır”.
Ümid Partiyasının sədri İqbal Ağazadə isə xüsusi cəza ilə razılaşmayıb: “Hesab etmirəm ki, xüsusi, ciddi cəzaya ehtiyac var. Bu, mənəviyyat məsələsidir. Ölkəmizin ərazi bütövlüyü, torpaqları uğrunda şəhid olan insanı təhqir etməmək üçün adamda mənəviyyat olmalıdır. Mənəviyyat yoxdursa, cəza ilə nə dəyişəcək? Milli Qəhrəmanları qəbul etməsələr də, susmağı bacarmalıdırlar. Hətta kiminsə içində separatçılıq varsa belə, toplumun, dövlətin ümumi maraqları naminə susmalıdır”.
Qarabağ qazisi Rey Kərimoğlu AFN-ə açıqlamasında bildirib ki, şəhidləri təhqir edənlərə ən ağır cəza verilməlidir: “Belə hallar dövlətə qarşı cinayət kimi dəyərləndirilməlidir. Bura qaziləri, yəni Qarabağ əlillərini də əlavə etmək lazımdır. Türkiyədə qaziyə əl qaldırmışdılar, dövlətə qarşı cinayət maddəsi ilə iddia irəli sürüldü”.
Hüquqşünas Sahib Məmmədov isə AFN-ə qeyd edib ki, cəza problemi həll etməyəcək:
“Qanunvericiliyimizdə təhqirə görə cəza var, amma xüsusi ittiham qaydasında şikayət olmalıdır. Bunu da şəhidin vərəsələri edə bilər. Düşünürəm ki, belə məsələlərdə cəmiyyət özü cəzalandırmalı, ictimai qınaq olmalıdır. Fiziki yox, mənəvi cəzanı nəzərdə tuturam. Məsələn, təhqir edənlərə salam verməmək onlara ən böyük mənəvi cəza ola bilər. Məncə, məsələni qanunla həll etmək, xüsusən cəza yolunu seçmək problemi həll etməyəcək”.
|
|
|
|
|
|
Putin SSRİ-ni bərpa edə biləcəkmi?
|
|
|
|
|
|
|
|
|
• Putin Trampa görə qəzəbləndi: - “Sui-qəsd çağırışının əsas məqsədi…”
Bu gün, 22:32 |
|
|
|
• Bazarlarda tüğyan edən saxta pullar: Azərbaycanda dövriyyədə belə əskinaslar varmı? - AÇIQLAMA
Bu gün, 22:29 |
|
|
|
• Zəngəzur dəhlizi: Həm rahat, həm qazanclı - HƏQİQƏTƏN DƏ...
Bu gün, 19:02 |
|
|
|
• Kreml Ermənistanla münasibətləri yaxşılaşdırmaq niyyəti güdür - GÖRÜNƏNİ BUDUR
Bu gün, 19:00 |
|
|
|
• Ermənistan regiona kənar geosiyasi mərkəzləri cəlb etməyə çalışır - İrəvanın "Avropa" gedişi
Bu gün, 18:58 |
|
|
|
• "Azərbaycan bələdiyyəsinin büdcə maliyyə istiqamətləri əgər alınırsa..." - ŞƏRH
Bu gün, 18:00 |
|
|
|
• Elmina Kazımzadəyə yeni vəzifə verildi - 900 manat maaş alacaq
Bu gün, 17:58 |
|
|
|
• Kobaxidzedən Aİ səfirinə XƏBƏRDARLIQ: - “Daxili işlərimizə müdaxiləni dayandırmasa...”
Bu gün, 17:49 |
|
|
|
• “Baku Elektroniks”dən MİSİLSİZ FIRILDAQ - 4 min manata satdığı telefon…
Bu gün, 17:43 |
|
|
|
• Rusiya "3+3"ü təşkilata çevirmək İSTƏYİR
Bu gün, 17:41 |
|
|
|
• Tərəflər sülh masasına qayıdır: - Gələn ay bu sənədlər müzakirə ediləcək
Bu gün, 17:36 |
|
|
|
• Papikyan Kopırkinlə görüşdü
Bu gün, 17:31 |
|
|
|
• İnvestAZ-ın rəhbərliyində təyinatlar – Şirkət Korporativ İdarəetməsini təkmilləşdirir
Bu gün, 17:28 |
|
|
|
• Paşiyan Azərbaycan qarşı yeni müharibəyə hazırlaşaraq itirdiyi nüfuzunu bərpa etməyə çalışır - ƏGƏR BELƏDİRSƏ...
Bu gün, 17:24 |
|
|
|
• “Hansı səbəbdən işdən çıxarıldığımı bilmirəm” - NARAZILIQ VAR...
Bu gün, 17:21 |
|
|
|
• Paşinyanın başqa yolu qalmadı: Sülhə ilk addımı - NƏ BAŞ VERİR?
Bu gün, 17:16 |
|
|
|
• "SAT-SAS-2024" təlimi başa çatıb
Bu gün, 17:09 |
|
|
|
• 18 milyon manatlıq şirkət ləğv edilir - “ATS FOOD”LA BİRLƏŞİR
Bu gün, 17:03 |
|
|
|
• Kəmaləddin Heydərov alay komandirini işdən çıxardı - Yeni təyinat
Bu gün, 17:01 |
|
|
|
• Milli Məclisdə “marjinal və populist siyasi qüvvələrə” mesaj... - “Diqqətli olsunlar”
Bu gün, 16:57 |
|
|
|
• Agentlik tender keçirmədən bu şirkətlə 42 milyonluq müqavilə imzaladı - "DƏRƏ"Nİ XƏLVƏT BİLİR...
Bu gün, 16:54 |
|
|
|
• Saxta şərab hazırlayan azərbaycanlı dəstə İFŞA OLUNDU
Bu gün, 16:52 |
|
|
|
• Rusiya Ermənistana yeni hərbi attaşe təyin edib
Bu gün, 16:49 |
|
|
|
• "Cavanlar az qalır deyə ki, qocal çıx get"
Bu gün, 15:46 |
|
|
|
• Azər Səmədova yüksək vəzifə verildi - ƏMR
Bu gün, 15:43 |
|
|
|
• FHN yetkilisi pul alıb tikintiyə göz yumdu, sonda 50 ailə evsiz qaldı - İTTİHAM VAR...
Bu gün, 15:39 |
|
|
|
• Yeni Vergi Məcəlləsi hazırlanır
Bu gün, 15:34 |
|
|
|
• Mehdiabadda 45 yaşlı kişi azyaşlı qıza təcavüz etdi: Atası və dostları isə... - Şok təfərrüat
Bu gün, 15:30 |
|
|
|
• Daha üç rayonda qarlı havalara hazırlıq işləri müzakirə edilib - FOTO
Bu gün, 15:25 |
|
|
|
• Növbəti “rəngli inqilab” cəhdi – Qərb Gürcüstanı fəlakətə sürükləyir
Bu gün, 15:01 |
|
|
|
• Mahnı qalmaqalına görə işdən çıxarılan direktor vəzifəyə bərpa edildi - QƏRAR
Bu gün, 14:47 |
|
|
|
• Nazirin nəzərinə İSTİ FAKT: Camaata verilən heyvanlar xəstə çıxdı, ikisi öldü - FACİƏ DEYİL... AMMA FAKTDIR!
Bu gün, 14:10 |
|
|
|
• DTX Qəhraman Məmmədovla bağlı MƏLUMAT YAYDI! 70 kq qızıl əməliyyatının BÜTÜN DETALLARI! - ƏSLİNDƏ...
Bu gün, 14:07 |
|
|
|
• Dudanın “durbin şousu” - ZİBİLƏ DÜŞMÜŞÜK...
Bu gün, 14:02 |
|
|
|
• “Qara yumor” və ya ikiüzlülüyün zirvəsi - Bir tərəfdən sıxışdır, digər tərəfdən dəvət et
Bu gün, 14:00 |
|
|
|
• Xankəndi Dövlət Dram Teatrı təmir olunacaq - DETALLAR
Bu gün, 13:58 |
|
|
|
• Müddətdən artıq həqiqi hərbi xidmət keçmək istəyənlərin qəbulu davam edir - DİQQƏT!
Bu gün, 13:12 |
|
|
|
• Rusiyada 8, Ukraynada isə 5 min əsir var - "The Wall Street Journal"
Bu gün, 13:07 |
|
|
|
• İmamoğlunun “itib-batan” Bakı səfərinin sensasion detalı - VİDEO
Bu gün, 13:05 |
|
|
|
• Biz heç kimə Gürcüstanı şantaj etmək və qətnamələrlə hədələmək icazəsi verməyəcəyik - “Gürcü Arzusu”
Bu gün, 13:02 |
|
|
|
• Mikaelyan sərhəddən görüntü yaydı: “Döyüşə hazırıq” - QAŞINIRLAR!
Bu gün, 12:58 |
|
|
|
• Erməni general İtaliyada: - Hərbi əməkdaşlıq genişləndirilir
Bu gün, 12:56 |
|
|
|
• Kursk təmizlənir - ATACMS sursatları məhv edildi
Bu gün, 12:52 |
|
|
|
• Kartdan-karta ödəniş necə aşkarlanır? - “Bu məlumatı vergiyə banklar ötürür”
Bu gün, 12:37 |
|
|
|
• Xəstəxanaya yerləşdirildiyi deyilən XALQ ARTİSTİ: - “Evdəyəm”
Bu gün, 12:35 |
|
|
|
• "Fitch Solutions" Azərbaycanın iqtisadi artım proqnozu yaxşılaşdırıb - MÜHÜM
Bu gün, 12:32 |
|
|
|
• "Nəvəmə qızımın adını qoymuşam"
Bu gün, 12:31 |
|
|
|
• Yunanıstan Ermənistana köhnə sovet silahlarını satır: - Bu, Bakı üçün nə deməkdir?
Bu gün, 12:27 |
|
|
|
• Mülayim şərq küləyi əsəcək - belə deyirlər...
Bu gün, 12:24 |
|
|
|
• Yaqub Eyyubov Paşinyanın müavini ilə görüşüb - 10 dəqiqədən çox ayaqüstü söhbət ediblər
Bu gün, 12:15 |
|
|
|
|