“Hazırda ölkəmizdə mitinq keçirməyə heç bir zərurət yoxdur” - deputat
Tarix: 13-09-2019, 08:26 | Çap et
Bakının Yasamal rayonundakı İdman-Sağlamlıq Kompleksi və ətraf ərazidə əsaslı təmir və tikinti işlərinə başlanılıb. Metronun “İnşaatçılar” stansiyasının yaxınlığında yerləşən bu kompleks həm də “Məhsul” stadionu kimi tanınır. Bakı Şəhər İcra Hakimiyyəti kütləvi tədbirlər üçün Yasamal rayonunda bu stadionu ayırıb.
Sentyabrın 10-da Yasamal Rayon İcra Hakimiyyətindən report.az-a bildiriblər ki, stadion uzun illərdir əsaslı təmir aparılmaması, baxımsız qalması səbəbindən pis vəziyyətə düşüb: “Burada hər hansı idman tədbirinin keçirilməsi mümkünsüz olub, gecə saatlarında stadion tüfeyli həyat tərzi keçirən şəxslərin yığılma yerinə çevrilib, bu da ətraf binalarda yaşayan sakinlərin narazılığına səbəb olub. Sakinlərin çoxsaylı müraciətləri nəzərə alınaraq, həmçinin stadionu müxtəlif idman yarışları üçün yararlı vəziyyətə salmaq, burada idman qurğularını, ot örtüyünü yeniləmək məqsədilə İdman-Sağlamlıq Kompleksində əsaslı təmir işlərinə başlanılıb”.
Novator.az bildirir ki, “Məhsul” stadionunda sonuncu mitinqi 2019-cu il yanvarın 19-da Milli Şura keçirib. Bu, 2019-cu ildə BŞİH ilə razılaşdırılan yeganə aksiya olub. Paytaxt hakimiyyəti Milli Şuranın yanvarın 26-da, fevralın 23-də, martın 2-də, aprelin 6-da, aprelin 20-də, mayın 5-də və mayın 11-də eyni stadionda keçirmək istədiyi mitinqlərə icazə verməyib.
Müsavat Partiyasının, Qarabağ Komitəsinin, Azərbaycan Xalq Hərəkatının Yasamal rayonundakı İdman-Sağlamlıq Kompleksinin stadionunda və başqa məkanlarda aksiyalar üçün müraciətlərinə də meriyadan mənfi cavab gəlib.
Ekspertlər mitinq yerinin təmir üçün qapadılması səbəbindən iqtidara əlavə tənqidlər olacağı qənaətindədirlər. Sosial şəbəkələrdə müxalif düşərgə əslində təmir adı ilə “sonuncu qalaları”nın dağıdıldığını bildirirlər. Artıq beynəlxalq qurumlara bununla bağlı müraciətlərin ediləcəyi barədə mövqelərə də rast gəlməkdəyik.
YAP-çı deputat, “Azərbaycan” qəzetinin baş redaktoru Bəxtiyar Sadıqov deyilənlərə sərt münasibət sərgilədi: “Azərbaycanda bir konstruktiv müxalifət var, bir də radikal. Sentyabrın 11-də Əli Əhmədovun iştirakı ilə tədbir keçirildi. Bütün müxalif qüvvələrlə, siyasi partiyalarla hökumətin dialoqa hazır olduğu bəyan edildi. Buna da konstruktiv müxalifət müsbət cavab verdi. Azərbaycanda mətbuat və söz azadlığı ilə bağlı heç bir problem yoxdur. Bu gün ölkəmizdə hər hansı bir partiyanın fəaliyyətinə maneçilik törədilmir. Kim istəyirsə, sosial şəbəkələrdə fikrini ifadə edir, mediada da istənilən şəxs azad şəkildə fikirlərini, düşüncələrini deyir. İstədikləri vaxt müxalif qüvvələr yığıncaqlarını keçirirlər. Olan bir sözü deməklə kiməsə nəyisə çatdırmaq istəyirsənsə, orada da heç bir problem yoxdur. Belə bir məqamda hökmdür ki, mitinq keçirəsən? Mitinq hansı zərurətdən yaranıb? Mitinqin mənası nədir? Azərbaycan iqtidarı ilə həmin radikal müxalifət arasında olan ən ciddi fərq odur ki, ölkə iqtidarı qurucudur. Tikir, qurur, abadlaşdırır, insanların istədiyini həyata keçirir. Radikal müxalifət isə öz mövcudluğunu göstərmək üçün ancaq mitinq yolunu tanıyır. Gəlsin orada populist çıxışlar etsin, şər-böhtan danışsın. Bu düşərgə öz fəaliyyətini, mövcudluğunu ancaq mitinq yolu ilə təsdiq etmək istəyir. Əgər burada ehtiyac varsa ki, təmir aparılsın, ora abadlaşdırılsın, bu olmamalıdır? Burada nə var axı? Əgər Avropa buna etiraz etmək istəyirsə, o zaman demək, Avropa Azərbaycanın inkişaf etməsini istəmir. İdman qurğularının olması və insanların ondan istifadə etməsində pis nə var ki? Nə vaxtsa bu təmir, yenidənqurma getməlidir də. Buna görə Avropa etiraz etmək istəyirsə, etsin. Onda biz tikməyək, qurmayaq ki, Avropa buna etiraz edəcək. Bunu qəbul etmək mümkün deyil. Əvvəlki fikrimə bir daha qayıdıram ki, hazırda ölkəmizdə mitinq keçirməyə heç bir zərurət yoxdur. Əgər sən öz varlığını təsdiq etmək istəyirsənsə, nəzərə al ki, heç stadionu belə doldura bilmirsən. Bir cüt, bir tək adam gəlir. Sən öz zəifliyini, sosial bazanın olmadığını göz önündə sübut edirsən. Belə olan halda hesab edirəm ki, qabağı qışa gedir, idman meydançaları indi təmir olunmalıdır. Çünki yay vaxtı insanlar elə yerlərə daha çox gedirlər, yəni buna ehtiyac görürlər. Ona görə də stadionun təmiri normaldır. Radikal müxalifət bundan inciməməlidir. Bir az səbir etsin. Həm də bəhanə deyil, əsas tapsın. Bundan sonra mitinq keçirəndə əsaslarını göstərə bilsin. Azərbaycan iqtidarı haradasa nəsə təmir edəndə Avropa-filanla məsləhətləşməli deyil. Öz işini görməlidir. Necə ki də görür”.
Deputat Azərbaycana mitinq meydanının bağlanması səbəbindən təzyiqlərin gələcəyini düşünmür: “O qurumlar ki, ölkəmizə qarşı hər zaman qərəzli mövqedən çıxış edirlər, onlar daim bəhanə tapırlar. Heç bir bəhanə tapmayanda da bizim ”Beşinci kolon"un göndərdikləri donoslar onlara bəs edir. Amma Azərbaycana təzyiq etmək, təsir göstərmək mümkün deyil. Azərbaycan müstəqil dövlətdir, demokratiya yolu ilə gedir. Ölkəmiz bu dəqiqə ən mühüm problemi olan Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə çözülməsi ilə məşğuldur. Əgər Avropa ölkəmizə kömək etmək istəyirsə ki, Azərbaycan sürətlə inkişaf etsin, o zaman ilk növbədə, münaqişənin həllinə kömək etməlidir. O problemi ki, Avropa, ATƏT öz üzərinə götürüb, münaqişənin sülh yolu ilə həllinə kömək etsin. Ondan sonra Azərbaycanda inkişaf daha sürətli olacaq, proseslər də uğurla gedəcək. Avropa bəhanə axtarmasın. Konkret olaraq, kömək etmək istəyirsə, Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə həllinə kömək etsin". “Yeni Müsavat”
|
|
|
|
|
|
Putin SSRİ-ni bərpa edə biləcəkmi?
|
|
|
|
|
|
|
|
|
• “Qaraheybət”də hərbi helikopterin qəzaya uğramasından 3 il ötür - ANIM
Bu gün, 00:22 |
|
|
|
• Yolumuz Qarabağa: “İcazəsiz?” - “Portal yolu” ləğv edilə bilərmi?
Bu gün, 00:17 |
|
|
|
• Həm Prezidentə, həm də Qərbə əlvida - Gürcüstan xalqı buna dözməyəcək”, amma...
Bu gün, 00:07 |
|
|
|
• SOCAR-da 13-CÜ MAAŞ VERİLİRMİ? - Əmrin detalları
Bu gün, 00:04 |
|
|
|
• Putin Trampa görə qəzəbləndi: - “Sui-qəsd çağırışının əsas məqsədi…”
Dünən, 22:32 |
|
|
|
• Bazarlarda tüğyan edən saxta pullar: Azərbaycanda dövriyyədə belə əskinaslar varmı? - AÇIQLAMA
Dünən, 22:29 |
|
|
|
• Zəngəzur dəhlizi: Həm rahat, həm qazanclı - HƏQİQƏTƏN DƏ...
Dünən, 19:02 |
|
|
|
• Kreml Ermənistanla münasibətləri yaxşılaşdırmaq niyyəti güdür - GÖRÜNƏNİ BUDUR
Dünən, 19:00 |
|
|
|
• Ermənistan regiona kənar geosiyasi mərkəzləri cəlb etməyə çalışır - İrəvanın "Avropa" gedişi
Dünən, 18:58 |
|
|
|
• "Azərbaycan bələdiyyəsinin büdcə maliyyə istiqamətləri əgər alınırsa..." - ŞƏRH
Dünən, 18:00 |
|
|
|
• Elmina Kazımzadəyə yeni vəzifə verildi - 900 manat maaş alacaq
Dünən, 17:58 |
|
|
|
• Kobaxidzedən Aİ səfirinə XƏBƏRDARLIQ: - “Daxili işlərimizə müdaxiləni dayandırmasa...”
Dünən, 17:49 |
|
|
|
• “Baku Elektroniks”dən MİSİLSİZ FIRILDAQ - 4 min manata satdığı telefon…
Dünən, 17:43 |
|
|
|
• Rusiya "3+3"ü təşkilata çevirmək İSTƏYİR
Dünən, 17:41 |
|
|
|
• Tərəflər sülh masasına qayıdır: - Gələn ay bu sənədlər müzakirə ediləcək
Dünən, 17:36 |
|
|
|
• Papikyan Kopırkinlə görüşdü
Dünən, 17:31 |
|
|
|
• İnvestAZ-ın rəhbərliyində təyinatlar – Şirkət Korporativ İdarəetməsini təkmilləşdirir
Dünən, 17:28 |
|
|
|
• Paşiyan Azərbaycan qarşı yeni müharibəyə hazırlaşaraq itirdiyi nüfuzunu bərpa etməyə çalışır - ƏGƏR BELƏDİRSƏ...
Dünən, 17:24 |
|
|
|
• “Hansı səbəbdən işdən çıxarıldığımı bilmirəm” - NARAZILIQ VAR...
Dünən, 17:21 |
|
|
|
• Paşinyanın başqa yolu qalmadı: Sülhə ilk addımı - NƏ BAŞ VERİR?
Dünən, 17:16 |
|
|
|
• "SAT-SAS-2024" təlimi başa çatıb
Dünən, 17:09 |
|
|
|
• 18 milyon manatlıq şirkət ləğv edilir - “ATS FOOD”LA BİRLƏŞİR
Dünən, 17:03 |
|
|
|
• Kəmaləddin Heydərov alay komandirini işdən çıxardı - Yeni təyinat
Dünən, 17:01 |
|
|
|
• Milli Məclisdə “marjinal və populist siyasi qüvvələrə” mesaj... - “Diqqətli olsunlar”
Dünən, 16:57 |
|
|
|
• Agentlik tender keçirmədən bu şirkətlə 42 milyonluq müqavilə imzaladı - "DƏRƏ"Nİ XƏLVƏT BİLİR...
Dünən, 16:54 |
|
|
|
• Saxta şərab hazırlayan azərbaycanlı dəstə İFŞA OLUNDU
Dünən, 16:52 |
|
|
|
• Rusiya Ermənistana yeni hərbi attaşe təyin edib
Dünən, 16:49 |
|
|
|
• "Cavanlar az qalır deyə ki, qocal çıx get"
Dünən, 15:46 |
|
|
|
• Azər Səmədova yüksək vəzifə verildi - ƏMR
Dünən, 15:43 |
|
|
|
• FHN yetkilisi pul alıb tikintiyə göz yumdu, sonda 50 ailə evsiz qaldı - İTTİHAM VAR...
Dünən, 15:39 |
|
|
|
• Yeni Vergi Məcəlləsi hazırlanır
Dünən, 15:34 |
|
|
|
• Mehdiabadda 45 yaşlı kişi azyaşlı qıza təcavüz etdi: Atası və dostları isə... - Şok təfərrüat
Dünən, 15:30 |
|
|
|
• Daha üç rayonda qarlı havalara hazırlıq işləri müzakirə edilib - FOTO
Dünən, 15:25 |
|
|
|
• Növbəti “rəngli inqilab” cəhdi – Qərb Gürcüstanı fəlakətə sürükləyir
Dünən, 15:01 |
|
|
|
• Mahnı qalmaqalına görə işdən çıxarılan direktor vəzifəyə bərpa edildi - QƏRAR
Dünən, 14:47 |
|
|
|
• Nazirin nəzərinə İSTİ FAKT: Camaata verilən heyvanlar xəstə çıxdı, ikisi öldü - FACİƏ DEYİL... AMMA FAKTDIR!
Dünən, 14:10 |
|
|
|
• DTX Qəhraman Məmmədovla bağlı MƏLUMAT YAYDI! 70 kq qızıl əməliyyatının BÜTÜN DETALLARI! - ƏSLİNDƏ...
Dünən, 14:07 |
|
|
|
• Dudanın “durbin şousu” - ZİBİLƏ DÜŞMÜŞÜK...
Dünən, 14:02 |
|
|
|
• “Qara yumor” və ya ikiüzlülüyün zirvəsi - Bir tərəfdən sıxışdır, digər tərəfdən dəvət et
Dünən, 14:00 |
|
|
|
• Xankəndi Dövlət Dram Teatrı təmir olunacaq - DETALLAR
Dünən, 13:58 |
|
|
|
• Müddətdən artıq həqiqi hərbi xidmət keçmək istəyənlərin qəbulu davam edir - DİQQƏT!
Dünən, 13:12 |
|
|
|
• Rusiyada 8, Ukraynada isə 5 min əsir var - "The Wall Street Journal"
Dünən, 13:07 |
|
|
|
• İmamoğlunun “itib-batan” Bakı səfərinin sensasion detalı - VİDEO
Dünən, 13:05 |
|
|
|
• Biz heç kimə Gürcüstanı şantaj etmək və qətnamələrlə hədələmək icazəsi verməyəcəyik - “Gürcü Arzusu”
Dünən, 13:02 |
|
|
|
• Mikaelyan sərhəddən görüntü yaydı: “Döyüşə hazırıq” - QAŞINIRLAR!
Dünən, 12:58 |
|
|
|
• Erməni general İtaliyada: - Hərbi əməkdaşlıq genişləndirilir
Dünən, 12:56 |
|
|
|
• Kursk təmizlənir - ATACMS sursatları məhv edildi
Dünən, 12:52 |
|
|
|
• Kartdan-karta ödəniş necə aşkarlanır? - “Bu məlumatı vergiyə banklar ötürür”
Dünən, 12:37 |
|
|
|
• Xəstəxanaya yerləşdirildiyi deyilən XALQ ARTİSTİ: - “Evdəyəm”
Dünən, 12:35 |
|
|
|
• "Fitch Solutions" Azərbaycanın iqtisadi artım proqnozu yaxşılaşdırıb - MÜHÜM
Dünən, 12:32 |
|
|
|
|