“Azərbaycanda istirahət yerləri bahadır və o imkanım yoxdur ki, həmin qiymətə burada dincəlim” - deputat
Tarix: 27-08-2019, 08:24 | Çap et
Ərəb turistlərin Azərbaycana ayaq açması ölkədə eybəcərlikləri üzə çıxarıb. Onların özlərini pinti, görməmiş kimi aparması, ölkədə bəzi işbazların isə ərəbləri “soğan qabığı” kimi soyması sanki bir-birinə adekvatdır.
Son günlərdə ərəb turistlərlə bağlı yayılan xəbərlər də mənzərəni çılpaqlığı ilə ortaya qoyur. Birində polisin verdiyi məlumata görə, Bakıda evə qadın gətirən iki ərəb turist çarpayıda şam yandırarkən yataq yanıb, yanğınsöndürənlər gəlib, digərində isə gecə klubunda ərəbdən 6340 manat hesab alınıb.
Daha əvvəl də “Viaqra” qəbul edən ərəbin hoteldə ölməsi, birinin kirayə götürdüyü evi tör-töküntü vəziyyətdə buraxıb getməsi, digərinin hotelin hovuzunu murdarlaması yaddaqalan hadisələrdir. Paralel olaraq isə ərəb turistlərin restoranlarda, barlarda, taksidə aldadılması barədə danışılır.
Niyəsə bu cür informasiyalar Azərbaycana gələn iranlı, rus, ukraynalı, avropalı turistlərlə bağlı yayılmır. Azərbaycan Sosial Demokrat Partiyasının (ASDP) sədri, deputat Araz Əlizadə ilə söhbətimizdə ölkənin turizm potensialı, qiymətlər, turistlərə münasibət, ərəblərin davranışı və digər məsələlərə toxunmuşuq. Onun “Yeni Müsavat”a müsahibəsini təqdim edirik:
- Araz müəllim, Azərbaycanın turizm potensialını necə qiymətləndirirsiniz?
- Azərbaycan çox böyük turizm potensialı var. Ölkəmizin təbiəti, imkanları genişdir, gələn qonaqları da valeh edir. Yəni coğrafi olaraq bəyənilən ölkədir və çox yaxşı dağ turizmi imkanlarımız var. Ancaq bizə mane olan özünü iş adamı adlandıran acgözlərin fəaliyyətidir. Onların tamahı, görməmişliyi imkan vermir ki, normal qiymətlər olsun. Mən imkan olanda istirahətə xaricə gedirəm. Çünki Azərbaycanda istirahət yerləri bahadır və Araz Əlizadənin o imkanı yoxdur ki, həmin qiymətə burada dincəlsin.
- Yəni səbəb yalnız acgözlükdür?
- Əsas səbəb, turizmin inkişafına mane olan hal budur. Məsələn, xaricdə kişi kostyumu 3 min manatdır, bizdə həmin kostyum üzərində 80 faiz endirim olduğu yazılıb. Adama sual verərlər ki, sən kostyumun üstünə nə qədər qoymusan, neçəyə satırsan ki, 80 faiz də endirim edirsən?
Dünya biznesində qəbul olunmuş 10 faiz standartı var. Sən 80 faiz endirim edəndə bu nə qədər edir? Ümumiyyətlə, bu gün biznes mühitində olan adamların çoxu sovet möhtəkirləri kimi düşünürlər. Biznesin, rəqabətin əsas şərti ondan ibarətdir ki, istehlakçıya tərəf müqabili kimi baxmaq lazımdır. Əgər istehlakçı yaxşı yaşasa, biznesmen də yaxşı yaşayar. Bizdə isə acgözlük edirlər, istehlakçıya sağmal kimi baxırlar.
- Tez-tez deyirlər ki, ərəb turistləri Bakıda hər addımbaşı qiymətdə aldadırlar. Bu da həmin acgözlükdən irəli gəlir?
- Əvvəla, Azərbaycana gələn ərəb ölkələrinin vətəndaşlarının əksəriyyəti orta və aşağı təbəqədən olanlardır. Bura varlı ərəblər gəlmirlər. Biz özümüzü onların qarşısında papualı kimi aparırıq, sanki ərəblər də ağ dərilidirlər. Buna görə də qudururlar. Turist qəbul edən ölkə özünü miskin kimi göstərməməlidir. Xarici turist gələn ölkə öz insanına hörmət etməlidir. Həmin ərəblər öz ölkələrində belə qudurğanlıq eləməzlər, Bakıda elədikləri hərəkətlərə qorxularından yol verməzlər.
- Bugünlərdə gecə klubunda ərəbdən 6340 manat hesab alınıb, yazırlar ki, turistə qarşı soyğunçuluq edilib...
- Mən heç də düşünmürəm ki, o ərəb turisti bizimkilər aldadıblar. Görünür, varlı ərəb ələ düşüb, qızlar da fürsətdən istifadə edib ağıllı davranıblar. Bilirsiniz ki, onlar xüsusi öyrədilirlər və axmaq turistləri yoldan çıxarırlar. Bu zaman müştəriyə elə hesab gəlir ki, fantastik olur.
Belə təcrübə dünyada var. Adətən restoran sahibi qızları öyrədir, bu vaxt qızların qabağına su, müştəriyə spirtli içkilər gətirilir. Sonra hesabda hər şey öz əksini tapır. Bu cür hallar Türkiyədə, ərəb ölkələrində, Avropada tez-tez yaşanır. Həmin qızların gecə klubunda vəzifəsi bundan ibarətdir. Təkcə Azərbaycana şamil etmək olmaz.
- Sizcə, turistin aldadılması turizmə zərbə deyilmi?
- Mən yenə deyirəm ki, biz özümüzü gözdən salırıq. Mən neçə dəfə məsələ qaldırmışam ki, Azərbaycanda sulu qəlyan qadağan olunsun. Hər dəfə deyirəm ki, axı ərəbin sulu qəlyanı sevməsi nəyimə gərəkdir, burada söhbət millətin səhhətindən gedir. Həmin sulu qəlyanlar sağlamlığa ciddi şəkildə ziyandır. Amma nəticəsi yoxdur.
İnsanlar bilməlidirlər ki, sulu qəlyan verilən yerlərdə onun təkcə müştüyü dəyişir, rezin boru dəyişmir və qətran ora yığılır. Üstəlik, sulu qəlyan çəkəndə ona narkotik əlavə etmək asandır. İndi xalqın sağlamlığına hansı zərər vurduğunu özünüz düşünün. Məni ərəbin burada sulu qəlyan sevməsi deyil, xalqımın səhhəti maraqlandırır. Biz bunlardan çəkinməliyik.
- Yeri gəlmişkən, şəhərin mərkəzində gecələr ərəb müştəri axtaran fahişələrlə bağlı narazılıq edilir, hətta bir neçə həmkarınız etirazını bildirib. Sizin bu məsələ ilə bağlı mövqeyiniz nədən ibarətdir?
- Birinci növbədə hər ailə öz qızını elə tərbiyə etməlidir ki, onun övladı özünü pula satmasın. Amma belələri bu yolun qulluqçusudur. Hər şey evdən, tərbiyədən asılıdır.
İkincisi, sən hansı ölkəyə gedirsənsə, onun qanunlarına tabe olmalısan, adət-ənənəyə riayət etməlisən. Əks təqdirdə, həmin dövlətdə “persona non-qrata” (arzuolunmaz şəxs - E.S.) elan olunursan. O ərəblərin öz ölkəsində, Dubayda açıq şəkildə belə hərəkətə yol vermək olmaz. Bütün bunlar ondan irəli gəlir ki, bizim bəzi insanlar özünü tez alçaldırlar, pul görəndə mənliyini, insafını itirir...
- Ərəb burada qiymətlərdə soyğunçuluq görəndən sonra bir də Bakıya gələrmi, sizcə, bir-iki il sonra onların ayağı Azərbaycandan kəsiləcəkmi?
- Mən inanmıram ki, onların bura axını azalsın. Çünki özləri Qərbin köləsi olublar və ölkələrinə gedəndə bir-birinə deyirlər ki, get, bu ölkədə köləliyi görəcəksən.
- Axı burada amerikalı, rusiyalı, avropalı turist özünü belə aparmır...
- Rus ayrı, ərəb ayrıdır. Onları bir cərgəyə qoymaq olmaz.
- Siz söhbətin əvvəlində qiymətlərin bahalığını qeyd elədiniz, kimlərdir bunu edənlər?
- Mən 10 ildir deyirəm ki, Azərbaycanda tənzimlənən bazar iqtisadiyyatına keçilməlidir. Prezident hər dəfə əmək haqlarında artım edəndə qiymətlər qalxır. Bu da oliqarxların, möhtəkirlərin ölkəyə verdiyi “bəxşişdir”.
Baxın, bu il minimum əmək haqları bir dəfə 50 faiz, ikinci dəfə 40 faiz artırıldı. Prezident sağ olsun ki, maaşları, təqaüdləri artırır, amma qiymət qalxır. Adicə Qurban bayramı oldu, ət bahalaşdı. Biznesmen istehlakçını soymaq fikrindədir, ona tərəf müqabili kimi müraciət etmir. Mən həmişə deyirəm ki, hər yanvarda qiymət dondurulmalıdır, inflyasiyaya baxılmalıdır. Əgər 4 faiz inflyasiya varsa, qiymətləri qaldırırsan, daha 10-12 faiz olanda yox da... Mən danışanda deyirlər ki, bazar iqtisadiyyatıdır. Axı bazar tənzimlənmir. Mən parlamentdə, çox yerdə bu məsələləri qaldırmışam.
Nəzərə almaq lazımdır ki, biz sovet sistemindən çıxmışıq. Biznesmenləri vətəndaşlarımıza hörmət qoymağa məcbur etməliyik. Əvvəllər deyilirdi ki, Azərbaycana ərzaq kənardan gəlir. İndi çox şükür, hər şey ölkə daxilində istehsal olunur. Bəs niyə qiymət qalxmalıdır?!
- Doğrudan da, yağ, şəkər, makaron, ağartı və s. məhsullar bizdə istehsal olunur, qiymət niyə qalxmalıdır?
- Bayaq dediyim kimi, görməmişlikdir. Parlamentin komitə iclaslarında da bunları demişəm. Amma sonra məni söyürlər. Guya demişəm ki, xalqı soyun, əxlaqsızlıq edin.
- Sizi sosial şəbəkələrdə daha çox tənqid edirlər, söyürlər...
- Sosial şəbəkələrdə haqqımda nə yazılmasının mənə dəxli yoxdur, çünki orada yoxam.
- Niyə qoşulmursunuz?
- Mən avara deyiləm.
- Orada ziyalılar, tanınmış adamlar var...
- Sosial şəbəkədə ağıllı fikir söyləyənlər var, amma onlar azlıq təşkil edirlər. Qalanı həyatında heç nə etməmiş, nailiyyəti olmayan insanlardır. Oturublar feysbukda, hamını söyməyə başlayırlar. Axı siz həyatda nəyə nail olmusunuz? Bəlkə bir yetimə əl tutmusan, ortaya bir əsər yazmısan?! Ümumiyyətlə, sosial şəbəkələr Qərbin kəşfiyyat orqanlarının işidir. Mən niyə FTB və ya FSB üçün işləməliyəm?
Aydın məsələdir ki, sosial şəbəkə yaxşıdır, sən hansısa maraqlı məlumatı oradan tapırsan, bu, gözəldir. Ancaq feysbukda oturub kimisə söymək avaraçılıqdır, acizlik əlamətidir. Məni söymək istəsən iş yerim məlumdur, gəlib üzümə söysünlər. İndi sizə müsahibə verirəm, sabah yenə söyüşə keçəcəklər. Kimlikləri də məlum olmur, ünvanını, ad-soyadını düzgün yazmır...
|
|
|
|
|
|
Putin SSRİ-ni bərpa edə biləcəkmi?
|
|
|
|
|
|
|
|
|
• “Qaraheybət”də hərbi helikopterin qəzaya uğramasından 3 il ötür - ANIM
Bu gün, 00:22 |
|
|
|
• Yolumuz Qarabağa: “İcazəsiz?” - “Portal yolu” ləğv edilə bilərmi?
Bu gün, 00:17 |
|
|
|
• Həm Prezidentə, həm də Qərbə əlvida - Gürcüstan xalqı buna dözməyəcək”, amma...
Bu gün, 00:07 |
|
|
|
• SOCAR-da 13-CÜ MAAŞ VERİLİRMİ? - Əmrin detalları
Bu gün, 00:04 |
|
|
|
• Putin Trampa görə qəzəbləndi: - “Sui-qəsd çağırışının əsas məqsədi…”
Dünən, 22:32 |
|
|
|
• Bazarlarda tüğyan edən saxta pullar: Azərbaycanda dövriyyədə belə əskinaslar varmı? - AÇIQLAMA
Dünən, 22:29 |
|
|
|
• Zəngəzur dəhlizi: Həm rahat, həm qazanclı - HƏQİQƏTƏN DƏ...
Dünən, 19:02 |
|
|
|
• Kreml Ermənistanla münasibətləri yaxşılaşdırmaq niyyəti güdür - GÖRÜNƏNİ BUDUR
Dünən, 19:00 |
|
|
|
• Ermənistan regiona kənar geosiyasi mərkəzləri cəlb etməyə çalışır - İrəvanın "Avropa" gedişi
Dünən, 18:58 |
|
|
|
• "Azərbaycan bələdiyyəsinin büdcə maliyyə istiqamətləri əgər alınırsa..." - ŞƏRH
Dünən, 18:00 |
|
|
|
• Elmina Kazımzadəyə yeni vəzifə verildi - 900 manat maaş alacaq
Dünən, 17:58 |
|
|
|
• Kobaxidzedən Aİ səfirinə XƏBƏRDARLIQ: - “Daxili işlərimizə müdaxiləni dayandırmasa...”
Dünən, 17:49 |
|
|
|
• “Baku Elektroniks”dən MİSİLSİZ FIRILDAQ - 4 min manata satdığı telefon…
Dünən, 17:43 |
|
|
|
• Rusiya "3+3"ü təşkilata çevirmək İSTƏYİR
Dünən, 17:41 |
|
|
|
• Tərəflər sülh masasına qayıdır: - Gələn ay bu sənədlər müzakirə ediləcək
Dünən, 17:36 |
|
|
|
• Papikyan Kopırkinlə görüşdü
Dünən, 17:31 |
|
|
|
• İnvestAZ-ın rəhbərliyində təyinatlar – Şirkət Korporativ İdarəetməsini təkmilləşdirir
Dünən, 17:28 |
|
|
|
• Paşiyan Azərbaycan qarşı yeni müharibəyə hazırlaşaraq itirdiyi nüfuzunu bərpa etməyə çalışır - ƏGƏR BELƏDİRSƏ...
Dünən, 17:24 |
|
|
|
• “Hansı səbəbdən işdən çıxarıldığımı bilmirəm” - NARAZILIQ VAR...
Dünən, 17:21 |
|
|
|
• Paşinyanın başqa yolu qalmadı: Sülhə ilk addımı - NƏ BAŞ VERİR?
Dünən, 17:16 |
|
|
|
• "SAT-SAS-2024" təlimi başa çatıb
Dünən, 17:09 |
|
|
|
• 18 milyon manatlıq şirkət ləğv edilir - “ATS FOOD”LA BİRLƏŞİR
Dünən, 17:03 |
|
|
|
• Kəmaləddin Heydərov alay komandirini işdən çıxardı - Yeni təyinat
Dünən, 17:01 |
|
|
|
• Milli Məclisdə “marjinal və populist siyasi qüvvələrə” mesaj... - “Diqqətli olsunlar”
Dünən, 16:57 |
|
|
|
• Agentlik tender keçirmədən bu şirkətlə 42 milyonluq müqavilə imzaladı - "DƏRƏ"Nİ XƏLVƏT BİLİR...
Dünən, 16:54 |
|
|
|
• Saxta şərab hazırlayan azərbaycanlı dəstə İFŞA OLUNDU
Dünən, 16:52 |
|
|
|
• Rusiya Ermənistana yeni hərbi attaşe təyin edib
Dünən, 16:49 |
|
|
|
• "Cavanlar az qalır deyə ki, qocal çıx get"
Dünən, 15:46 |
|
|
|
• Azər Səmədova yüksək vəzifə verildi - ƏMR
Dünən, 15:43 |
|
|
|
• FHN yetkilisi pul alıb tikintiyə göz yumdu, sonda 50 ailə evsiz qaldı - İTTİHAM VAR...
Dünən, 15:39 |
|
|
|
• Yeni Vergi Məcəlləsi hazırlanır
Dünən, 15:34 |
|
|
|
• Mehdiabadda 45 yaşlı kişi azyaşlı qıza təcavüz etdi: Atası və dostları isə... - Şok təfərrüat
Dünən, 15:30 |
|
|
|
• Daha üç rayonda qarlı havalara hazırlıq işləri müzakirə edilib - FOTO
Dünən, 15:25 |
|
|
|
• Növbəti “rəngli inqilab” cəhdi – Qərb Gürcüstanı fəlakətə sürükləyir
Dünən, 15:01 |
|
|
|
• Mahnı qalmaqalına görə işdən çıxarılan direktor vəzifəyə bərpa edildi - QƏRAR
Dünən, 14:47 |
|
|
|
• Nazirin nəzərinə İSTİ FAKT: Camaata verilən heyvanlar xəstə çıxdı, ikisi öldü - FACİƏ DEYİL... AMMA FAKTDIR!
Dünən, 14:10 |
|
|
|
• DTX Qəhraman Məmmədovla bağlı MƏLUMAT YAYDI! 70 kq qızıl əməliyyatının BÜTÜN DETALLARI! - ƏSLİNDƏ...
Dünən, 14:07 |
|
|
|
• Dudanın “durbin şousu” - ZİBİLƏ DÜŞMÜŞÜK...
Dünən, 14:02 |
|
|
|
• “Qara yumor” və ya ikiüzlülüyün zirvəsi - Bir tərəfdən sıxışdır, digər tərəfdən dəvət et
Dünən, 14:00 |
|
|
|
• Xankəndi Dövlət Dram Teatrı təmir olunacaq - DETALLAR
Dünən, 13:58 |
|
|
|
• Müddətdən artıq həqiqi hərbi xidmət keçmək istəyənlərin qəbulu davam edir - DİQQƏT!
Dünən, 13:12 |
|
|
|
• Rusiyada 8, Ukraynada isə 5 min əsir var - "The Wall Street Journal"
Dünən, 13:07 |
|
|
|
• İmamoğlunun “itib-batan” Bakı səfərinin sensasion detalı - VİDEO
Dünən, 13:05 |
|
|
|
• Biz heç kimə Gürcüstanı şantaj etmək və qətnamələrlə hədələmək icazəsi verməyəcəyik - “Gürcü Arzusu”
Dünən, 13:02 |
|
|
|
• Mikaelyan sərhəddən görüntü yaydı: “Döyüşə hazırıq” - QAŞINIRLAR!
Dünən, 12:58 |
|
|
|
• Erməni general İtaliyada: - Hərbi əməkdaşlıq genişləndirilir
Dünən, 12:56 |
|
|
|
• Kursk təmizlənir - ATACMS sursatları məhv edildi
Dünən, 12:52 |
|
|
|
• Kartdan-karta ödəniş necə aşkarlanır? - “Bu məlumatı vergiyə banklar ötürür”
Dünən, 12:37 |
|
|
|
• Xəstəxanaya yerləşdirildiyi deyilən XALQ ARTİSTİ: - “Evdəyəm”
Dünən, 12:35 |
|
|
|
• "Fitch Solutions" Azərbaycanın iqtisadi artım proqnozu yaxşılaşdırıb - MÜHÜM
Dünən, 12:32 |
|
|
|
|