“Özümü gümrah hiss edirəm” - deputat
Tarix: 21-08-2019, 10:32 | Çap et
Gələn ilin payızında keçiriləcək parlament seçkiləri ilə əlaqədar indidən bəzi iddialar yayılmağa başlayıb.
Belə iddialar var ki, yaşlı deputatlar bu dəfə qanunverici orqana düşə bilməyəcəklər. Xüsusilə 70-80 yaşdan yuxarı olanlara bunun daha çox şamil olunacağı bildirilir. Hətta bu sırada bəzi Milli Məclis üzvlərinin adları da çəkilir. Qaynar.info bununla bağlı siyahı təqdim edib.
Parlamentin ən qocaman deputatı Zeynəb Xanlarovanın (83), eləcə də Ağacan Abıyevin (82 yaş) və Yaqub Mahmudovun (80) adı ən öndə xatırlanır.
Eyni zamanda 2020-ci ildə indiki deputatlardan Elxan Süleymanovun 80, Arif Rəhimzadənin 79, Xanhüseyn Kazımlının 78, Eldar İbrahimovun, Rafiq Məmmədhəsənovun və Hüseynbala Mirələmovun 75, Valeh Ələsgərov, Mixail Zabelin və Əliağa Hüseynovun 74, Vahid Əhmədov, Madər Musayev, Əhliman Əmiraslanov, Fəzail Ağamalı, Flora Qasımova və Hadi Rəcəblinin 73, Tahir Süleymanov və Yevda Abramovun 72, Mahir Aslanov və İsa Həbibbəylinin 71, Şəmsəddin Hacıyev, Mirkazım Kazımov, Tahir Rzayev və Elman Məmmədovun isə 70 yaşları olacaq.
Adları çəkilən bu şəxslərdən hətta Z.Xanlarova, E.Süleymanov, A.Abıyev, R.Məmmədhəsənov və Ə.Hüseynovun, ümumiyyətlə, növbəti parlament seçkilərində öz namizədliklərini irəli sürməyəcəyi gözlənilir.
Bizneslə məşğul olan deputatlar üçün bu dəfə daha sərt addımların atılacağı qeyd olunur. Onlardan Əsabil Qasımovun, Rüstəm Xəlilovun və Xanlar Fətiyevin gələn ilin payızından etibarən bir daha Milli Məclisdə oturmayacağı deyilir.
Adları çəkilən deputatlardan bəzilərinin fikirlərini aldıq.
Fəzail Ağamalı: “Özümü gümrah hiss edirəm” Ana Vətən Partiyasının sədri Fəzail Ağamalı “Yeni Müsavat”da səslənən iddialara bu cür aydınlıq gətirdi: “Hesab edirəm ki, bu təhlil, verilmiş olan siyahı, sadəcə olaraq, redaksiyanın özünün yanaşması, subyektiv mövqeyidir. Bu cür variantlar hər parlament seçkiləri ərəfəsində mətbuata çıxır, müxtəlif xarakterli yanaşmalar olur, təhlillər aparılır. O təhlillərin demək olar ki, 80-90%-i seçkilərdə və onun nəticələrində özünü doğrultmur. İndi qarşıdan gələn parlament seçkiləri var. Təbii ki, hər bir insanın özünün potensialı, potensialının tükənmək zamanı var. Bu da təbii olan haldır. Burada da qeyri-adi heç nə axtarmaq lazım deyil. İnsanlar bir qayda olaraq, 80 yaşdan sonra ahıllaşır, fiziki və potensial imkanları 50-60 və ya 70-dəki kimi olmur. Bizim hamımız belə olacağıq. Şükürlər olsun ki, həmkarlarımız 80-ə qədər gəliblər və ya bu yaşı ötüblər. Yaş əsas deyil. Əsas olan insanın potensialı və onun reallaşma imkanlarıdır.
Əgər potensial fiziki və psixoloji cəhətdən tükənirsə, məncə, hər bir kəs bu baxımdan özünə dəyər verməli və hörmətlə vermiş olduğu dəyərlə o proseslərdə iştirak edib-etməməyi ortalığa qoymalıdır. Yəni mən parlamentə seçilim, gəlim orada oturum, hərdən bir kəlmə danışım, bu da olmur. Bu təkcə yaş məsələsi deyil. Qarşıdan gələn parlament seçkilərində siyahıda göstərilənlərdən kimin iştirak edib-etməməsi hörmətli həmkarlarımın şəxsi seçimidir. Bu, mətbuatda gedən təhlillərlə seçilmir, yaxud başqa formada öz həllini tapmır. Qarşıdan gələn parlament seçkilərində yaş həddi yuxarı olanlar özlərində güc tapsalar, fiziki və intellektual, psixoloji imkanları olsalar, nədən onlar iştirak etməsinlər? O insanlar ki, potensialı fiziki, psixoloji və intellektual cəhətdən tükənib, onlar artıq parlament seçkilərində iştirak etməli deyillər. Şəxsən mənə gəldikdə, seçkilərə bir il var. Hazırda özümü gümrah hiss edirəm. Qarşıdan gələn seçkilərdə iştirak etmək niyyətindəyəm. Başqaları özləri haqqında qərarları özləri də verməlidir. Hər kəsin öz taleyini, yolunu seçmək hüququ var.
Qaldı yaş məsələsinə, baxın, beşinci çağırışa seçilən gənclərdən neçəsi özünü təsdiq edə bilməyib? Bizim həmkarlar keçən 4 il ərzində ən ciddi məsələlərdə, istər parlament daxilində, istərsə də parlamentdən kənarda, fikirlərini ifadə etdilər, millət vəkili kimi cəmiyyətə özlərini təqdim etdilər. Mənə elə gəlir ki, artıq onlar özlərini intellektual səviyyəsi, vətəndaşlıq, dövlətçilik mövqeyi ilə seçilən deputatlarımız oldu. Ona görə də, məncə, millət vəkilinin yaşa görə təsnifatının aparılması doğru deyil. Hər şey onun intellekti, xüsusi olaraq, dövlətçiliyə birmənalı şəkildə mövqeyi, prinsipallığı, xalqımıza konstitusiyanın vermiş olduğu tələblər səviyyəsində xidmət etməyi özünə şərəf bilməsidir. Bu və ya bunabənzər keyfiyyətləri özündə ifadə edən vətəndaşlarımız parlament seçkilərində iştirak edib qalib gəlməli, dövlətçiliyə xidmət göstərməlidirlər. Burada yaş fərqli önəmli olmamalıdır. Önəmli olan dediyim keyfiyyətləri özündə daşıyan soydaşlarımızın parlamentdə təmsil olunmasıdır”.
Elman Məmmədov: “Milli Məclisin tərkibində yenilənmələrin olacağı labüddür” Elman Məmmədov isə parlamentin tərkibinin bu dəfə dəyişəcəyinin labüd olduğunu düşünür: “Hələ 2020-ci il seçkilərinə bir ildən çox var. Bəri başdan nəsə demək, proqnoz vermək mənə elə gəlir ki, tələskənlik olar. Bu məsələnin bir tərəfidir. Digər tərəfdən, ölkəmizdə çox ciddi kadr islahatları, yenilənmə, gəncləşmə gedir. Bütün sahələrdə olduğu kimi, Milli Məclisin tərkibində də dəyişikliklər hər zaman öz əksini tapır. Bunun son bir neçə seçkilərdə şahidi olmuşuq. Qarşıdan gələn seçkilərdə də təbii ki, yenilənmə olacaq. Bu baxımdan Milli Məclisin tərkibində yenilənmələrin olacağı labüddür. Parlament seçkilərində yaş məhdudiyyəti yoxdur. Ancaq tərkibdə yenilənmə, gəncləşmə olması qaçılmazdır”.
|
|
|
|
|
|
Putin SSRİ-ni bərpa edə biləcəkmi?
|
|
|
|
|
|
|
|
|
• “Qaraheybət”də hərbi helikopterin qəzaya uğramasından 3 il ötür - ANIM
Bu gün, 00:22 |
|
|
|
• Yolumuz Qarabağa: “İcazəsiz?” - “Portal yolu” ləğv edilə bilərmi?
Bu gün, 00:17 |
|
|
|
• Həm Prezidentə, həm də Qərbə əlvida - Gürcüstan xalqı buna dözməyəcək”, amma...
Bu gün, 00:07 |
|
|
|
• SOCAR-da 13-CÜ MAAŞ VERİLİRMİ? - Əmrin detalları
Bu gün, 00:04 |
|
|
|
• Putin Trampa görə qəzəbləndi: - “Sui-qəsd çağırışının əsas məqsədi…”
Dünən, 22:32 |
|
|
|
• Bazarlarda tüğyan edən saxta pullar: Azərbaycanda dövriyyədə belə əskinaslar varmı? - AÇIQLAMA
Dünən, 22:29 |
|
|
|
• Zəngəzur dəhlizi: Həm rahat, həm qazanclı - HƏQİQƏTƏN DƏ...
Dünən, 19:02 |
|
|
|
• Kreml Ermənistanla münasibətləri yaxşılaşdırmaq niyyəti güdür - GÖRÜNƏNİ BUDUR
Dünən, 19:00 |
|
|
|
• Ermənistan regiona kənar geosiyasi mərkəzləri cəlb etməyə çalışır - İrəvanın "Avropa" gedişi
Dünən, 18:58 |
|
|
|
• "Azərbaycan bələdiyyəsinin büdcə maliyyə istiqamətləri əgər alınırsa..." - ŞƏRH
Dünən, 18:00 |
|
|
|
• Elmina Kazımzadəyə yeni vəzifə verildi - 900 manat maaş alacaq
Dünən, 17:58 |
|
|
|
• Kobaxidzedən Aİ səfirinə XƏBƏRDARLIQ: - “Daxili işlərimizə müdaxiləni dayandırmasa...”
Dünən, 17:49 |
|
|
|
• “Baku Elektroniks”dən MİSİLSİZ FIRILDAQ - 4 min manata satdığı telefon…
Dünən, 17:43 |
|
|
|
• Rusiya "3+3"ü təşkilata çevirmək İSTƏYİR
Dünən, 17:41 |
|
|
|
• Tərəflər sülh masasına qayıdır: - Gələn ay bu sənədlər müzakirə ediləcək
Dünən, 17:36 |
|
|
|
• Papikyan Kopırkinlə görüşdü
Dünən, 17:31 |
|
|
|
• İnvestAZ-ın rəhbərliyində təyinatlar – Şirkət Korporativ İdarəetməsini təkmilləşdirir
Dünən, 17:28 |
|
|
|
• Paşiyan Azərbaycan qarşı yeni müharibəyə hazırlaşaraq itirdiyi nüfuzunu bərpa etməyə çalışır - ƏGƏR BELƏDİRSƏ...
Dünən, 17:24 |
|
|
|
• “Hansı səbəbdən işdən çıxarıldığımı bilmirəm” - NARAZILIQ VAR...
Dünən, 17:21 |
|
|
|
• Paşinyanın başqa yolu qalmadı: Sülhə ilk addımı - NƏ BAŞ VERİR?
Dünən, 17:16 |
|
|
|
• "SAT-SAS-2024" təlimi başa çatıb
Dünən, 17:09 |
|
|
|
• 18 milyon manatlıq şirkət ləğv edilir - “ATS FOOD”LA BİRLƏŞİR
Dünən, 17:03 |
|
|
|
• Kəmaləddin Heydərov alay komandirini işdən çıxardı - Yeni təyinat
Dünən, 17:01 |
|
|
|
• Milli Məclisdə “marjinal və populist siyasi qüvvələrə” mesaj... - “Diqqətli olsunlar”
Dünən, 16:57 |
|
|
|
• Agentlik tender keçirmədən bu şirkətlə 42 milyonluq müqavilə imzaladı - "DƏRƏ"Nİ XƏLVƏT BİLİR...
Dünən, 16:54 |
|
|
|
• Saxta şərab hazırlayan azərbaycanlı dəstə İFŞA OLUNDU
Dünən, 16:52 |
|
|
|
• Rusiya Ermənistana yeni hərbi attaşe təyin edib
Dünən, 16:49 |
|
|
|
• "Cavanlar az qalır deyə ki, qocal çıx get"
Dünən, 15:46 |
|
|
|
• Azər Səmədova yüksək vəzifə verildi - ƏMR
Dünən, 15:43 |
|
|
|
• FHN yetkilisi pul alıb tikintiyə göz yumdu, sonda 50 ailə evsiz qaldı - İTTİHAM VAR...
Dünən, 15:39 |
|
|
|
• Yeni Vergi Məcəlləsi hazırlanır
Dünən, 15:34 |
|
|
|
• Mehdiabadda 45 yaşlı kişi azyaşlı qıza təcavüz etdi: Atası və dostları isə... - Şok təfərrüat
Dünən, 15:30 |
|
|
|
• Daha üç rayonda qarlı havalara hazırlıq işləri müzakirə edilib - FOTO
Dünən, 15:25 |
|
|
|
• Növbəti “rəngli inqilab” cəhdi – Qərb Gürcüstanı fəlakətə sürükləyir
Dünən, 15:01 |
|
|
|
• Mahnı qalmaqalına görə işdən çıxarılan direktor vəzifəyə bərpa edildi - QƏRAR
Dünən, 14:47 |
|
|
|
• Nazirin nəzərinə İSTİ FAKT: Camaata verilən heyvanlar xəstə çıxdı, ikisi öldü - FACİƏ DEYİL... AMMA FAKTDIR!
Dünən, 14:10 |
|
|
|
• DTX Qəhraman Məmmədovla bağlı MƏLUMAT YAYDI! 70 kq qızıl əməliyyatının BÜTÜN DETALLARI! - ƏSLİNDƏ...
Dünən, 14:07 |
|
|
|
• Dudanın “durbin şousu” - ZİBİLƏ DÜŞMÜŞÜK...
Dünən, 14:02 |
|
|
|
• “Qara yumor” və ya ikiüzlülüyün zirvəsi - Bir tərəfdən sıxışdır, digər tərəfdən dəvət et
Dünən, 14:00 |
|
|
|
• Xankəndi Dövlət Dram Teatrı təmir olunacaq - DETALLAR
Dünən, 13:58 |
|
|
|
• Müddətdən artıq həqiqi hərbi xidmət keçmək istəyənlərin qəbulu davam edir - DİQQƏT!
Dünən, 13:12 |
|
|
|
• Rusiyada 8, Ukraynada isə 5 min əsir var - "The Wall Street Journal"
Dünən, 13:07 |
|
|
|
• İmamoğlunun “itib-batan” Bakı səfərinin sensasion detalı - VİDEO
Dünən, 13:05 |
|
|
|
• Biz heç kimə Gürcüstanı şantaj etmək və qətnamələrlə hədələmək icazəsi verməyəcəyik - “Gürcü Arzusu”
Dünən, 13:02 |
|
|
|
• Mikaelyan sərhəddən görüntü yaydı: “Döyüşə hazırıq” - QAŞINIRLAR!
Dünən, 12:58 |
|
|
|
• Erməni general İtaliyada: - Hərbi əməkdaşlıq genişləndirilir
Dünən, 12:56 |
|
|
|
• Kursk təmizlənir - ATACMS sursatları məhv edildi
Dünən, 12:52 |
|
|
|
• Kartdan-karta ödəniş necə aşkarlanır? - “Bu məlumatı vergiyə banklar ötürür”
Dünən, 12:37 |
|
|
|
• Xəstəxanaya yerləşdirildiyi deyilən XALQ ARTİSTİ: - “Evdəyəm”
Dünən, 12:35 |
|
|
|
• "Fitch Solutions" Azərbaycanın iqtisadi artım proqnozu yaxşılaşdırıb - MÜHÜM
Dünən, 12:32 |
|
|
|
|