“Dəfələrlə ona demişəm ki, dayan, etmə” - deputat
Tarix: 1-08-2019, 09:00 | Çap et
Böyük Quruluş Partiyasının sədri, deputat Fazil Mustafanın görkəmli dövlət xadimi Şah İsmayıl Xətainin adına olan medalın ləğv edilməsi barədə çağırışından sonra yaranan qalmaqal səngimək bilmir. BAXCP sədrinin müavini Niyaməddin Orduxanlının onun müdafiəsinə qalxmasından və Moskva Azərbaycan İcmasının rəhbəri Şamil Tağıyevin deputatı sərt tənqid etməsindən sonra gərginlik daha da artıb.
Həmkarlarının F.Mustafanın fikirləri ilə bağlı mövqelərini öyrəndik.
Ana Vətən Partiyasının sədri Fəzail Ağamalı “Yeni Müsavat”a kifayət qədər sərt danışdı: “Bir neçə il öncə Fazil bəyə bu barədə çox sərt cavab vermişəm. Tarixi faktlarla əsaslandırmışam ki, Şah İsmayıl Xətainin üzərinə bu şəkildə getmək Azərbaycan tarixini, özü də şərəfli tarixini təhqir etmək deməkdir. Belə mövqe Fazil bəy tərəfindən doğru deyil. O, təbii ki, ziyalıdır, yüksək intellekti var, məlumatlıdır. Amma tarixçi deyil. Onda tarixi təfəkkür yoxdur. Şah İsmayıl Xətaini Bütöv Azərbaycanın banisi kimi dəyərləndirmək və ona hörmət etmək lazımdır. Məncə, Fazil Mustafanın Xətaiyə münasibəti təriqətçilikdən irəli gəlir. Bəlli olduğu kimi, Fazil bəy bildiyim qədəri ilə kökü şiə olmasına baxmayaraq, Türkiyəyə gedib-gəldikdən sonra sünniliyi qəbul edib. Görünən odur ki, təriqətdən irəli gələn təriqət təəssübkeşliyidir ki, Fazil bəy hər zaman Şah İsmayıl Xətainin üzərinə gedir. Xətai Bütöv Azərbaycan dövlətinin banisidir. Müəyyən zamanda o, hakimiyyətdə olduğu illərdə Azərbaycan dilini dövlət dili elan edib. Diplomatik yazışmalarda rəsmi dil kimi dilimizdən istifadə olunub. Bu həmin dövr üçün çox ciddi bir hadisə kimi dəyərləndirilməlidir. Onunla bağlı Oqtay Əfəndiyevin, dəyərli həmkarımız, akademik Yaqub Mahmudovun ciddi araşdırmaları var. Bunu oxumaq lazımdır. Fazil bəy əgər tarixi öyrənmək istəyirsə, həmin tədqiqatlara müraciət edib, faktları öyrənə bilər. Bu, siyasət, konyunktura deyil, tarixdir. Faktiki olaraq Fazil Mustafa Şah İsmayılın üzərinə getməklə, Azərbaycan tarixinə böhtan atmaqla kifayətlənmir, onu təhqir edir. Bu yaramaz. Dəfələrlə ona demişəm ki, dayan, etmə.
Sən Xətainin Azərbaycan tarixinə, xalqına vermiş olduğu töhfələrin milyonda birini həyatın boyu bundan sonra yaşasan da, verə bilməzsən. Çox təəssüf edirəm ki, Niyaməddin Orduxanlı da ona qoşulub. Moskvadakı soydaşımızı tanımıram. Onun da yazısını oxudum. O, Şah İsmayıl Xətai haqqında xoş fikirlər söyləyirsə, nəyə görə onu İranla bağlamaq lazımdır? İranın bura nə dəxli var? Bu, Azərbaycanın tarixidir. Ölkəmizin ərazisinin böyük hissəsi İranın tərkibindədirsə, burada Xətainin nə günahı var ki? Nə üçün onu və yaratdığı dövləti İrana bağlamaq lazımdır? İrandakı etnosların da tərkibində olduğu böyük dövləti yaradan Şah İsmayıldan sonra Nadir Şah bu dövlətin sərhədlərini genişləndirdi. XX əsrin 20-ci illərinin əvvəllərinə qədər həmin İran ərazisində dövləti idarə edən türklər olublar. Sonradan böyük güclər türk dövlətlərinin bağlılığını qırmaq üçün İran dövlətini yaratdılar. Hazırda orada soydaşlarımızın hər addımbaşı hüquqları pozulmaqdadır. Bu dövlətlə Şah İsmayılı eyniləşdirməyin özü nadanlıqdır, savadsızlıqdır, tarixdən bixəbər olmaqdan irəli gəlir. Gedin tarixi öyrənin, lütfən”.
Milli Dirçəliş Hərəkatı Partiyasının sədri Fərəc Quliyevin də mövqeyi birmənalıdır: “Bu məsələni qətiyyətlə pisləyirəm. Nəinki Şah İsmayılın, keçmişə gedib bir sərkərdənin üzərinə getməklə onu urvatdan salmaq cəhdləri yolverilməzdir. Xətai böyük bir Bütöv Azərbaycan qurmuş dövlət xadimidir, şairdir. İlk dəfə olaraq türk dünyasında türk imperiyaları arasında sarayda dili türk dili edən birisidir. Dünyada Azərbaycanı tanıdan bir imperiyanın qurucusudur. Ona qarşı hər tərəfdən hücumların edilməsi həm mənasızdır, həm də əhəmiyyətsizdir. Biz tariximizdən qürur duymaq, dərs götürmək əvəzinə bu cür davranmalı deyilik. Bu gün bizim üzərimizə çox ciddi vəzifələr düşür. 480 min kvadrat kilometrlik Azərbaycandan 60 min kvadrat kilometri əlimizdə saxlayıb 3 milyon erməninin işğalı altında olan torpaqlarımızı qaytara bilmiriksə, bunun haqqında danışmalıyıq. İndi biz Xətai haqqında fikir söyləyirik. Türkiyədə səfəvilər dövrünü, həmin dövləti qəbul etməyən bir çete var idi. Cəhd edirdilər ki, bu Azərbaycan dövlətini gözdən salsınlar. Hətta türk imperiyaları sırasına səfəviləri salmırdılar. Bununla bağlı rəhmətlik Nihat Çətinqaya hətta məhkəməyə müraciət etmişdi. O, ”Qızılbaşlar" əsərində də bu məsələyə toxunmuşdu. Həsən Həsənovun Şah İsmayıl haqqında əsərini oxumuşam. Ramiz Mehdiyevin bu haqda maraqlı bir təhlili var idi. Dilavər Əzimli və başqalarının da bu haqda münasibətləri mövcuddur. Görürəm ki, qərəzli şəkildə heç bir əsas olmadan qürur mənbəyimiz olan yerlərə hücum edilir. Bu təkcə Şah İsmayıl Xətaiyə aid deyil. O, dünyasını dəyişmiş bir adamdır, bizim tariximizdir. Millət öz tarixi, yaratdıqları və qələbələri ilə tanınır. Böyük dövlət qurmuş bu kişini başımız üzərində saxlamalıyıq. Onun adına nəinki medal, başqa mükafatlar da olmalıdır. Belə məsələləri bir daha bəyan edirəm ki, sərt şəkildə qınayıram.
Gələcəyə baxmalıyıq. Üzərimizə düşən problemlərin həlli yollarını axtarmalıyıq. Şah İsmayılın üzərinə gedənlər Dağlıq Qarabağın geri alınması istiqamətində təkliflərlə çıxış etməli, cəmiyyəti səfərbər etməlidirlər. Bu cür davranışların doğru olmadığı göz önündədir. Biz öz qəhrəmanlarımıza, dövlət qurucularımıza sahib çıxmadıqca, iş o yerə çatır ki, Çinin Şan dağında 300 türk piramidasının üzərinə torpaq töküb meşələr salıblar. Orada Oğuz Xaqanın heykəli var. Bir türk tarixi orada yatır. Mumiyalar da var. Hələ birinci mərtəbəyə düşməyə imkan vermirlər. Dünyanın ən hündür piramidaları olan türk piramidaları o dağlarda yatır. Çin sərhədindən tutmuş Macarıstanın sonuna qədər bir türk imperiyası qurmuş türklər haqqında beləmi danışmaq olar? Şah İsmayıl Xətai türk tarixini, ənənəsini, İslam-türk davranışlarını ortaya qoyub. Yanlışmı edib? Avropa İttifaqını xristian ənənələri ilə qurublar. Amma Şah İsmayıl türk fəlsəfəsi və İslam ənənələri ilə dövləti qurdu. İndi biz bu ideologiyanı müdafiə etməyək? Gözüqırpıq çinlilər qeyd etdiyim kimi, görün nələr edirlər. Tariximizi məhv etməməliyik. Tarix bizi elə günə qoyar ki, biz tarixə çevriləndə qəbirlərimizi nəinki axtarmazlar, axtararlar ki, dağıtsınlar. Bunları nəzərə almaq lazımdır". “Yeni Müsavat”
|
|
|
|
|
|
Putin SSRİ-ni bərpa edə biləcəkmi?
|
|
|
|
|
|
|
|
|
• “Qaraheybət”də hərbi helikopterin qəzaya uğramasından 3 il ötür - ANIM
Bu gün, 00:22 |
|
|
|
• Yolumuz Qarabağa: “İcazəsiz?” - “Portal yolu” ləğv edilə bilərmi?
Bu gün, 00:17 |
|
|
|
• Həm Prezidentə, həm də Qərbə əlvida - Gürcüstan xalqı buna dözməyəcək”, amma...
Bu gün, 00:07 |
|
|
|
• SOCAR-da 13-CÜ MAAŞ VERİLİRMİ? - Əmrin detalları
Bu gün, 00:04 |
|
|
|
• Putin Trampa görə qəzəbləndi: - “Sui-qəsd çağırışının əsas məqsədi…”
Dünən, 22:32 |
|
|
|
• Bazarlarda tüğyan edən saxta pullar: Azərbaycanda dövriyyədə belə əskinaslar varmı? - AÇIQLAMA
Dünən, 22:29 |
|
|
|
• Zəngəzur dəhlizi: Həm rahat, həm qazanclı - HƏQİQƏTƏN DƏ...
Dünən, 19:02 |
|
|
|
• Kreml Ermənistanla münasibətləri yaxşılaşdırmaq niyyəti güdür - GÖRÜNƏNİ BUDUR
Dünən, 19:00 |
|
|
|
• Ermənistan regiona kənar geosiyasi mərkəzləri cəlb etməyə çalışır - İrəvanın "Avropa" gedişi
Dünən, 18:58 |
|
|
|
• "Azərbaycan bələdiyyəsinin büdcə maliyyə istiqamətləri əgər alınırsa..." - ŞƏRH
Dünən, 18:00 |
|
|
|
• Elmina Kazımzadəyə yeni vəzifə verildi - 900 manat maaş alacaq
Dünən, 17:58 |
|
|
|
• Kobaxidzedən Aİ səfirinə XƏBƏRDARLIQ: - “Daxili işlərimizə müdaxiləni dayandırmasa...”
Dünən, 17:49 |
|
|
|
• “Baku Elektroniks”dən MİSİLSİZ FIRILDAQ - 4 min manata satdığı telefon…
Dünən, 17:43 |
|
|
|
• Rusiya "3+3"ü təşkilata çevirmək İSTƏYİR
Dünən, 17:41 |
|
|
|
• Tərəflər sülh masasına qayıdır: - Gələn ay bu sənədlər müzakirə ediləcək
Dünən, 17:36 |
|
|
|
• Papikyan Kopırkinlə görüşdü
Dünən, 17:31 |
|
|
|
• İnvestAZ-ın rəhbərliyində təyinatlar – Şirkət Korporativ İdarəetməsini təkmilləşdirir
Dünən, 17:28 |
|
|
|
• Paşiyan Azərbaycan qarşı yeni müharibəyə hazırlaşaraq itirdiyi nüfuzunu bərpa etməyə çalışır - ƏGƏR BELƏDİRSƏ...
Dünən, 17:24 |
|
|
|
• “Hansı səbəbdən işdən çıxarıldığımı bilmirəm” - NARAZILIQ VAR...
Dünən, 17:21 |
|
|
|
• Paşinyanın başqa yolu qalmadı: Sülhə ilk addımı - NƏ BAŞ VERİR?
Dünən, 17:16 |
|
|
|
• "SAT-SAS-2024" təlimi başa çatıb
Dünən, 17:09 |
|
|
|
• 18 milyon manatlıq şirkət ləğv edilir - “ATS FOOD”LA BİRLƏŞİR
Dünən, 17:03 |
|
|
|
• Kəmaləddin Heydərov alay komandirini işdən çıxardı - Yeni təyinat
Dünən, 17:01 |
|
|
|
• Milli Məclisdə “marjinal və populist siyasi qüvvələrə” mesaj... - “Diqqətli olsunlar”
Dünən, 16:57 |
|
|
|
• Agentlik tender keçirmədən bu şirkətlə 42 milyonluq müqavilə imzaladı - "DƏRƏ"Nİ XƏLVƏT BİLİR...
Dünən, 16:54 |
|
|
|
• Saxta şərab hazırlayan azərbaycanlı dəstə İFŞA OLUNDU
Dünən, 16:52 |
|
|
|
• Rusiya Ermənistana yeni hərbi attaşe təyin edib
Dünən, 16:49 |
|
|
|
• "Cavanlar az qalır deyə ki, qocal çıx get"
Dünən, 15:46 |
|
|
|
• Azər Səmədova yüksək vəzifə verildi - ƏMR
Dünən, 15:43 |
|
|
|
• FHN yetkilisi pul alıb tikintiyə göz yumdu, sonda 50 ailə evsiz qaldı - İTTİHAM VAR...
Dünən, 15:39 |
|
|
|
• Yeni Vergi Məcəlləsi hazırlanır
Dünən, 15:34 |
|
|
|
• Mehdiabadda 45 yaşlı kişi azyaşlı qıza təcavüz etdi: Atası və dostları isə... - Şok təfərrüat
Dünən, 15:30 |
|
|
|
• Daha üç rayonda qarlı havalara hazırlıq işləri müzakirə edilib - FOTO
Dünən, 15:25 |
|
|
|
• Növbəti “rəngli inqilab” cəhdi – Qərb Gürcüstanı fəlakətə sürükləyir
Dünən, 15:01 |
|
|
|
• Mahnı qalmaqalına görə işdən çıxarılan direktor vəzifəyə bərpa edildi - QƏRAR
Dünən, 14:47 |
|
|
|
• Nazirin nəzərinə İSTİ FAKT: Camaata verilən heyvanlar xəstə çıxdı, ikisi öldü - FACİƏ DEYİL... AMMA FAKTDIR!
Dünən, 14:10 |
|
|
|
• DTX Qəhraman Məmmədovla bağlı MƏLUMAT YAYDI! 70 kq qızıl əməliyyatının BÜTÜN DETALLARI! - ƏSLİNDƏ...
Dünən, 14:07 |
|
|
|
• Dudanın “durbin şousu” - ZİBİLƏ DÜŞMÜŞÜK...
Dünən, 14:02 |
|
|
|
• “Qara yumor” və ya ikiüzlülüyün zirvəsi - Bir tərəfdən sıxışdır, digər tərəfdən dəvət et
Dünən, 14:00 |
|
|
|
• Xankəndi Dövlət Dram Teatrı təmir olunacaq - DETALLAR
Dünən, 13:58 |
|
|
|
• Müddətdən artıq həqiqi hərbi xidmət keçmək istəyənlərin qəbulu davam edir - DİQQƏT!
Dünən, 13:12 |
|
|
|
• Rusiyada 8, Ukraynada isə 5 min əsir var - "The Wall Street Journal"
Dünən, 13:07 |
|
|
|
• İmamoğlunun “itib-batan” Bakı səfərinin sensasion detalı - VİDEO
Dünən, 13:05 |
|
|
|
• Biz heç kimə Gürcüstanı şantaj etmək və qətnamələrlə hədələmək icazəsi verməyəcəyik - “Gürcü Arzusu”
Dünən, 13:02 |
|
|
|
• Mikaelyan sərhəddən görüntü yaydı: “Döyüşə hazırıq” - QAŞINIRLAR!
Dünən, 12:58 |
|
|
|
• Erməni general İtaliyada: - Hərbi əməkdaşlıq genişləndirilir
Dünən, 12:56 |
|
|
|
• Kursk təmizlənir - ATACMS sursatları məhv edildi
Dünən, 12:52 |
|
|
|
• Kartdan-karta ödəniş necə aşkarlanır? - “Bu məlumatı vergiyə banklar ötürür”
Dünən, 12:37 |
|
|
|
• Xəstəxanaya yerləşdirildiyi deyilən XALQ ARTİSTİ: - “Evdəyəm”
Dünən, 12:35 |
|
|
|
• "Fitch Solutions" Azərbaycanın iqtisadi artım proqnozu yaxşılaşdırıb - MÜHÜM
Dünən, 12:32 |
|
|
|
|