“Məsələnin bu dərəcədə böyüdülməsi, heç şübhəsiz ki...” - deputat
Tarix: 18-02-2019, 08:31 | Çap et
Rusiya paytaxtında Peçatniki rayonunun Kuryanova küçəsi, ev 28 ünvanında, azərbaycanlılara məxsus “Neolit” kafesində çeçenlərlə həmyerlilərimiz arasında baş verən hadisə ilə bağlı hüquq-mühafizə orqanları araşdırma aparır. Kriminal zəmində baş vermiş hadisənin böyük bir qarşıdurma şəkilində təqdimatı məsələyə Çeçenistan və Azərbaycan rəsmilərinin qarışmasını şərtləndirib. Azərbaycanın Rusiyadakı səfiri Polad Bülbüloğlu, Azərbaycan Daxili İşlər Nazirliyinin nümayəndəsi, polis general-mayoru Əkbər Yusifov geniş əks-səda doğurmuş insidentlərlə əlaqədar Rusiya Daxili İşlər Nazirliyinin Moskva şəhəri üzrə Baş İdarəsinin rəisi, polis general-leytenantı Oleq Baranovla görüşüblər.
Səfir Azərbaycan və çeçen xalqlarını birləşdirən dostluq və mehriban qonşuluq münasibətləri, çoxmillətli Moskva məkanında belə insidentlərin yolverilməzliyi, onların böyüyərək idarə oluna bilməyən həddə çatmasının qarşısının alınması üçün təxirəsalınmaz addımlar tələb olunduğu barədə Rusiya DİN-in Baş İdarə rəisini məlumatlandırıb.
Azərbaycan Respublikası Prezidentinin ictimai-siyasi məsələlər üzrə köməkçisi Əli Həsənov bildirib ki, bu insident Azərbaycan və çeçen xalqları arasında tarixən mövcud olan və tarixin bütün sınaqlarından layiqincə çıxan dostluq və qardaşlıq münasibətlərinə ziyan vura bilməz. Çeçenistanın mətbuat və informasiya naziri Canbulat Umarov isə Çeçenistan rəhbəri Ramzan Kadırovun adından çıxış edərək, bildirib ki, çeçen və Azərbaycan xalqları böyük mədəniyyətin davamçılarıdır və hər hansı cinayət hadisələrini sosial şəbəkələrdə yayanlar iki qardaş xalqın dostluq münasibətlərini poza bilməyəcəklər. O qeyd edib ki, Moskvada Qafqaz millətlərinin nümayəndələri arasında nifaq salmaq salmaq istəyən müəyyən kriminal qüvvələr var. Umarov hazırda sosial şəbəkələrdə yayılan müəyyən təxribat xarakterli məlumatlara uymamağa, habelə Çeçenistanla Azərbaycanın nüfuzlu siyasətçilərinin sözlərinə diqqətlə yanaşmağa çağırıb.
Deputat Fəzail Ağamalı baş verən insidentin bu səviyyədə şişirdilməsi ilə bağlı “Yeni Müsavat”a açıqlama verib. Deyib ki, müəyyən siyasi dairələrin Moskvada azərbaycanlılarla çeçenlər arasında məişət zəminində baş vermiş insidentdən məqsədli şəkildə şou yaratmaq cəhdləri ortadadır: “Heç bir halda 2 xalq arasında toqquşmadan söhbət gedə bilməz. Bu, sadəcə olaraq, məişət zəminində baş vermiş anlaşılmazlıqdır, kriminal hadisədir. Azərbaycan xalqı ilə çeçen xalqı tarixən dost olub. Hətta 19-cu əsrdə Şeyx Şamil hərəkatında azərbaycanlıların da rolu olub. Bundan başqa Şeyx Şamil hərəkatını tədqiq edən görkəmli filosof, alim Heydər Hüseynov da azərbaycanlıdır. Heydər Hüseynov 19-cu əsr ictimai fikir tarixində Şeyx Şamil hərəkatının fəlsəfi və obyektiv şərhini verib. Sonrakı tarixi proseslərdə də çeçenlərlə azərbaycanlıların münasibətləri çox yüksək səviyyədə olub. Xatırlayıram ki, Çeçenistanda müharibə gedən zaman mənimlə o zaman prezidentin milli məsələlər üzrə müşaviri olan Hidayət Orucov Qroznıya getdik. O zaman Çeçenistan prezidenti Aslan Məshədov idi. Orada təşkil olunan mitinqdə iştirak etdik, Azərbaycanın dost və xoş münasibətləri Hidayət Orucov orada ifadə etdi. Çeçenistanda müharibə zamanı Azərbaycan bütün imkanlarını çeçen xalqının üzünə açıq etdi. O dövrdə Bakının mərkəzində müharibədən yayınan xeyli çeçen ailələri yaşayırdılar. Uşaqlarının, ailələrinin qırğından qurtarması üçün Azərbaycan öz imkanlarını çeçen xalqına əsirgəmədi. Azərbaycanla çeçen xalqı hər zaman dost olublar. Biz tarix boyu dost xalqlar olmuşuq. Moskvada baş verən hadisə kriminal zəmindədir. Hər millətin ziyalısı, alimi, müəllimi olduğu kimi kriminal elementlər də var. Azərbaycanlı öz azərbaycanlısı ilə, çeçen öz çeçeni ilə dalaşmırmı? Xırda məsələlər üzərində bu və buna bənzər davalar olur. Məsələnin bu dərəcədə şişirdilməsi heç şübhəsiz ki, Azərbaycan çeçen münasibətlərinin, həm də Rusiya-Azərbaycan münasibətlərinin bugünkü inkişaf səviyyəsindən narahat olan qüvvələrin marağı daxilindədir. Çox yaxşı hal oldu ki, bununla bağlı Azərbaycan prezidentinin ictimai-siyasi məsələlər üzrə köməkçisi geniş açıqlamalar verdi. Azərbaycanın mövqeyini nümayiş etdirdi. Eyni zamanda Çeçenistan prezidenti, informasiya naziri də məsələyə adekvat reaksiya verdilər. Moskvada çeçen icması ilə Azərbaycan icması da görüşüblər, bir-birinə qardaş deyiblər. Orada da ifadə olunub ki, baş verən kriminal hadisənin şişirdilməsi çeçen və Azərbaycan xalqının dost-qardaş münasibətlərinin korlanmasına hesablanan addımlardandır”.
Fəzail Ağamalı əmindir ki, kriminal məsələnin bu səviyyədə şişirdilməsində ermənilərin rolu var: “Ermənilərin Rusiyanın ictimai siyasi həyatında, mətbuatında çox geniş təsir imkanları var. Onlar bu imkanlardan istifadə edib çeçenlərlə azərbaycanlılar arasında münasibətləri kəskinləşdirməyə çalışdılar. Lakin buna nail ola bilmədilər. Məsələyə hər iki dövlətin rəsmi səviyyədə reaksiya verməsi, həm də icmalar şəkilində hər iki xalqın nümayəndələrinin bir-birinin əlinin sıxması xain niyyətlərin gerçəkləşməsinin qarşısını aldı”.
Fəzail Ağamalı hesab edir ki, bu cür təxribatların bundan sonra olacağını da istisna etmir. Düşünür ki, belə təxribatların arxasında Azərbaycanı qəbul etməyən qüvvələrin maraqları var. Buna görə də belə təxribatlara uymamağı vacib sayır.
|
|
|
|
|
|
Putin SSRİ-ni bərpa edə biləcəkmi?
|
|
|
|
|
|
|
|
|
• Fransa və Hindistan Bakıda zəif yerlərindən “vuruldular”
Bu gün, 14:09 |
|
|
|
• BMU tələbələri beynəlxalq olimpiadada II yeri qazanıblar
Bu gün, 14:00 |
|
|
|
• Naxçıvan icra hakimiyyəti 1, 6 milyonluq işıq dirəyi alır
Bu gün, 13:53 |
|
|
|
• Sosial şəbəkələrlə bağlı qanun niyə QƏBUL EDİLMİR?
Bu gün, 13:43 |
|
|
|
• Marketlərdə satılan süd və süd məhsulları XƏRÇƏNG RİSKİ YARADIR?
Bu gün, 13:39 |
|
|
|
• Polşa da Ermənistanı xilas EDƏ BİLMƏYƏCƏK
Bu gün, 13:34 |
|
|
|
• 900-ə yaxın erməni yük maşını Rusiyaya keçə bilmir
Bu gün, 13:27 |
|
|
|
• Deputatlarımız gələn ay İrəvana gedəcəkmi? - 10-dan çox ölkədən nümayəndələr...
Bu gün, 13:18 |
|
|
|
• İrəvanda hazırlıq: Paşinyan “təmizlik işi”nə başladı - “Joqovurd”
Bu gün, 13:11 |
|
|
|
• Ermənistan mütəxəssislərini Suriyadan təcili çıxartdı
Bu gün, 13:08 |
|
|
|
• Məhkəmə həmin direktoru işinə qaytarsa da, Agentlik razılaşmadı
Bu gün, 12:53 |
|
|
|
• "Biz bu dünyaya yenə də gəlsək də bunu etməyəcəyik"
Bu gün, 12:48 |
|
|
|
• “Xatirə İslamın ailəsi mənə hücum etdi” – Qənirə Ataşova
Bu gün, 12:23 |
|
|
|
• Moskvada kritik söhbət: - Eyyubov 10 dəqiqədə Qriqoryana nələr dedi?
Bu gün, 12:22 |
|
|
|
• “Azərbaycan iqlim diplomatiyasında dönüş yarada bildi” - deputat
Bu gün, 12:17 |
|
|
|
• Kirayə adı ilə dövlətdən pul alan kapitan cəzalandırıldı - TƏFƏRRÜAT
Bu gün, 12:09 |
|
|
|
• Arabir yağış yağacağı ehtimalı var - belə deyirlər...
Bu gün, 12:06 |
|
|
|
• Gürcüstandan sonra Azərbaycan da HƏDƏFDƏ - Avropada hazırlanan TƏXRİBAT SSENARİSİ
Bu gün, 11:54 |
|
|
|
• İranda azərbaycanlı sosial media fəalı həbs edildi - FOTO
Bu gün, 11:44 |
|
|
|
• Doğru imiş... gedənin yerinə YAXŞI GƏLMİRMİŞ... - NARAZILIQ VAR...
Bu gün, 11:32 |
|
|
|
• BDU-nun 85 yaşlı əməkdaşını maşın vurdu
Bu gün, 11:21 |
|
|
|
• Ermənistanın “kompromisləri”: taktiki manevr, yoxsa aldatma cəhdi? - İNCƏLƏMƏ
Bu gün, 11:18 |
|
|
|
• Daha 5 rektor təyinatı GÖZLƏNİLİR - ADLAR
Bu gün, 11:16 |
|
|
|
• “Strateji tərəfdaş”ın bağışlanmaz səhvi... - BUNDAN SONRA...
Bu gün, 11:05 |
|
|
|
• Bu şirkət tenderlərdə "zerkalnı" məbləğlər udur - SİYAHI
Bu gün, 11:00 |
|
|
|
• Erməni dilində yazılan sözlər Türkiyədə etiraza səbəb oldu - FOTO
Bu gün, 10:38 |
|
|
|
• Yanımızdan gedib bizə düşmən səngərindən baxırsa... - AKTUAL
Bu gün, 10:36 |
|
|
|
• Zəngəzur məsələsi həllini tapır - Son variant açıqlandı
Bu gün, 10:34 |
|
|
|
• Azərbaycanlı ailəni cərimələyib ölkədən qovurlar - TƏFƏRRÜAT
Bu gün, 10:26 |
|
|
|
• Finlandiyadan Azərbaycanla bağlı qərar: - “Hədəfimiz budur”
Bu gün, 10:24 |
|
|
|
• "Nə qorxu? - Bizim aramızda hörmət var..."
Bu gün, 10:22 |
|
|
|
• Ermənistan hərəkətlərində səmimi deyil - GÖRÜNƏNİ BUDUR
Bu gün, 10:21 |
|
|
|
• `UniBank` müştərilərdən qanunsuz pul tələb edir - GİLEY
Bu gün, 10:14 |
|
|
|
• Vəzifəli şəxs qəfil vəfat etdi - FOTO
Bu gün, 10:01 |
|
|
|
• Ev verildiyi deyilən deputat DANIŞDI: - "Bakıda kirayədə yaşayıram"
Bu gün, 09:59 |
|
|
|
• “Azcosmetics” nədən HƏDƏFƏ ÇEVRİLDİ... - İLGİNC İDDİALAR
Bu gün, 09:56 |
|
|
|
• "Siqaret və içkidən uzağam, amma gecələr..." - Tünzalə Ağayeva
Bu gün, 09:51 |
|
|
|
• Gölləri qurudub bina tikən DEPUTAT... - TƏHLÜKƏ SAÇIR...
Bu gün, 09:50 |
|
|
|
• Fransa görünməmiş əxlaqsızlıq etdi: Bakıdan ƏZİCİ CAVAB! - NƏ BAŞ VERİR?
Bu gün, 09:48 |
|
|
|
• Ermənistan yenidən qurulur: Gələn ay proses başlayır – Detallar açıqlandı
Bu gün, 09:46 |
|
|
|
• İrəvan razılıq vermir, Kremlin əsəbləri ilə oynayır - “Hraparak”
Bu gün, 09:45 |
|
|
|
• İşəgötürən istədiyi vaxt işvaxtı rejimini dəyişə bilərmi? - Ekspert danışır...
Bu gün, 09:43 |
|
|
|
• Konstitusiya Məhkəməsindən mənzillərlə bağlı YENİ QƏRAR
Bu gün, 09:41 |
|
|
|
• Ekspertdən Sahibə Qafarovaya dövlətçilik dərsi... - “Mİllət Vəkillərinə basqı...”
Bu gün, 09:35 |
|
|
|
• Universiteti BAZARA DÖNDƏRƏNLƏR... - və ya rektor üçün ən uyğun VİDA SSENARİSİ...
Bu gün, 09:29 |
|
|
|
• Ölkəyə 43 qəpiyə gətirilir, 6 qat BAHA satılır - ŞOK DETALLAR
Bu gün, 09:21 |
|
|
|
• “BİZİ HƏR İL ALDADIRLAR” - Hərbçilər Müdafiə Nazirliyinin rəhbərliyindən şikayətçidir
Bu gün, 09:19 |
|
|
|
• Gəncədə seçki keçirənlərin 16 illik saxtakarlığı BELƏ İFŞA OLUNDU - İLGİNC FAKT...
Bu gün, 09:08 |
|
|
|
• Xarici ölkənin xüsusi xidmət orqanına casusluq etməkdə təqsirləndirilən əcnəbiyə hökm oxunub - TƏFƏRRÜAT
Bu gün, 09:01 |
|
|
|
• Tbilisidə keçirilən aksiyalarda 107 nəfər saxlanılıb, 10 polis əməkdaşı yaralanıb
Bu gün, 08:57 |
|
|
|
|