“Problemli kreditləri mitinq predmetinə çevirmək doğru deyil” - deputat
Tarix: 15-02-2019, 08:44 | Çap et
Milli Şura aksiya keçirməyi planlaşdırır. Budəfəki mitinq problemli kreditlərə həsr ediləcək. Bu barədə “Turan” agentliyinin “Çətin sual” proqramına müsahibəsində Milli Şuranın sədri Cəmil Həsənli məlumat verib.
Son 4 ayda Milli Şuranın 19 yanvar aksiyası istisna olmaqla, 6 mitinq müraciətinə mənfi cavab verən Azərbaycan hökumətinin bu dəfə hansı münasibəti sərgiləyəcəyi suallar doğurur. Mitinq sanksiyalarının nə qədər davam edəcəyi bilinmir. Mitinqlərə icazə verilməməsini səbəbi kimi xaricdəki bəzi qüvvələrin bundan istifadə edə biləcəyi deyilir. İndiyə qədər siyasi məhbus problemini daha çox qabardan beynəlxalq təşkilatların, anti-Azərbaycan qüvvələrinin bu dəfə nəzərlərini mitinq sanksiyalarına yönəldə biləcəkləri önə çəkilir. Ölkədə islahatlar aparan iqtidarın fəaliyyətinə mitinq qadağalarının kölgə sala biləcəyi ehtimallar sırasındadır.
Bundan əlavə, problemli kreditlər ölkə vətəndaşları üçün aktual mövzudur. Bu səbəbdən də müxalif düşərgə bu problemdən maksimum dərəcədə yararlanmağa cəhd edir.
Fazil Mustafa: “Problemli kreditləri mitinq predmetinə çevirmək doğru deyil”
Böyük Quruluş Partiyasının sədri, deputat Fazil Mustafa problemli kreditlərin aradan qaldırılmasının vacibliyindən söz açdı: “Vəziyyət kritik həddə düşüb. Amma hökumətin prioritet verdiyi məsələlər var. Çox güman ki, bunları ardıcıl həll etməyi düşünürlər. Şəhid ailələri ilə bağlı məsələ çözüldü. Addım-addım bu məsələlər də çözülə bilər. Amma bunu mitinq predmetinə çevirmək doğru deyil. Mitinq daha çox həmin şəxslərin siyasi şüarları ilə bağlı ola bilər. Bu istiqamətdə çalışmaq daha doğrudur. İndiki şərtlərdə bu cür sosial tələbləri qabartmaq doğru deyil. Fikrimcə, daha çox cəmiyyətin Qarabağ məsələsinə yönəlik mitinqlərinə icazə verilməsi daha məqsədəuyğun olardı. Təəssüf ki, buna da icazə verilməyib. Amma ümid edək ki, məsələlər mitinq yolu ilə deyil, hökumətin öz iradəsi ilə həll ediləcək”.
Hüquqşünas-ekspert Əkrəm Həsənov bildirdi ki, borc məsələsi hər bir iqtidar üçün ciddi problemdir: “Bu problem hər zaman sosial gərginlik yarada bilər. Heç kəs düşünməsin ki, bu sosial gərginliyi adi insanlar edir. İnqilab tarixlərini dərindən oxuyan bir insan kimi deyirəm ki, belə gərginlikləri daha çox iri borcları olanlar edir. Dövlət vəzifəsində işləyənlərin, oliqarxların borcu hamıdan çoxdur. Onlar borclarını verməmək üçün suyu bulandırırlar. Mən vətəndaşlara bu məsələ ilə bağlı məhkəmələrdə kömək edirəm. Bir qayda olaraq vətəndaşlar məhkəmələrdə uduzurlar. İri sahibkarlar isə tez-tez udurlar. Necə udduqları tamam başqa məsələdir. Uda bilməyəndə isə borc məsələsini siyasiləşdirməyə başlayırlar. Açığı, belə şeylərin əleyhinəyəm. Çünki sonunda populist şüarlara aparıb çıxarır.
Əkrəm Həsənov: “Dövlət vəzifəsində işləyənlərin, oliqarxların borcu hamıdan çoxdur”
Bir şeyi unutmaq olmaz ki, banklar öz pullarını verməyiblər, əmanətçinin pulunu veriblər. Müxalifətin bu amildən istifadə etməsi populizmə aparıb çıxara bilər. Mən onunla tam razılaşıram ki, vəziyyətin bu həddə çatmasında dövlət orqanlarında çalışan bəzi şəxslərin biliksizliyi, savadsızlığı və qeyri-dürüstlükləri rol oynayıb. Hər zaman demişəm ki, problemli kreditlərin tam əksəriyyəti bank sahiblərinin, rəhbərlərinin yaratdığı problemdir. Onlar öz yaxınlarına, öz bizneslərinə qanunsuz kreditlər verirlər. O fikirlə verirlər ki, getsin gəlməsin. Yəni banka pul qoyan əmanətçilərin pullarını mənimsəyiblər. O kreditləri müəyyən etmək o qədər də çətin məsələ deyil. Bunun üçün hüquqşünas, maliyyəçi olmaq lazım deyil. İstənilən mətbuat işçisi gedib bankda oturub kredit sənədlərinə baxdıqda müəyyən edəcək ki, hansı krediti bank bilə-bilə verib. Harada görsə ki, kredit məbləği böyükdür, faizi aşağıdır, müddəti uzundur, girovu ya yoxdur, ya da azdır, məsələ bitdi. Deməli, bu kreditləri qaytarmaq üçün dövlət orqanları işləməli idi. Bu problem 3 ildən çoxdur davam edir.
Maliyyə Bazarlarına Nəzarət Palatası məhz bu səbəbdən yaradılmışdı. O kreditləri verən və alanları məsuliyyətə cəlb edib məcbur etmək olardı ki, o məbləğləri qaytarsınlar. Bu yolla bu problemi həll etmək olardı. Ondan sonra da əhalinin və vicdanlı biznesmenlərin kredit problemləri qalacaqdı. Bu problemlər də 30% təşkil edir. Burada da dövlət bank və dövlət hesabına müəyyən güzəştlər edə bilər. Bu problemləri bir ilə həll etmək olar. Çalışmaq lazımdır ki, bu problemdən bəzi qüvvələr sui-istifadə etməsinlər. Mən iqtidarda deyiləm. Dövlət vəzifəm yoxdur və dövlətdən də heç bir vəsait almıram. Vəkil kimi işləyirəm. Müxalifətlə də heç bir əlaqəm yoxdur. Amma dövlət orqanlarının günahlarını örtmək olmaz. Təsəvvür edin ki, ötən il ziyanla işləyən beş bank olub. Banklar bəzən sahibkarlardan pulları geri almaq üçün müxtəlif yollara əl atır. Onlar təhdid edilir, yaxud saxlanılır. Bu cür zor tətbiqlə pulları geri alırlar. Lap sahibkar qanunsuz kredit götürsə də, bu pulları verən bankdır axı. Sonda onu deyim ki, problemli kreditlərin yaranmasında günahkar olan orqanlar arasında Mərkəzi Bankın olduğunu unutmayaq. Bu qədər problemli kreditlər verilib, Mərkəzi Bankın xəbəri olmayıb. O zaman belə bir orqan nəyə lazımdır?”
Novella Cəfəroğlu: “İcazəli mitinqlər hökumət üçün qorxulu deyil”
Hüquq müdafiəçisi Novella Cəfəroğlu mitinqlərə icazə verilməsinin vacibliyini vurğuladı: “Mitinqlər ondan ötrü edilir ki, emosiyalar və digər hallar aradan qalxsın. Xaricdə keçirilən aksiyalarda baş verənlərin ölkəmizdə təkrarlanmasını, yaxud o tipli aksiyaların təşkil olunmasını istəmirəm. Narazılığını ifadə edənlər, mitinqlərə gələnlər dövlət və iqtidar üçün ziyanlı deyillər. İmkan vermək lazımdır ki, insanlar gəlib öz sözlərini desinlər. Daha pis o olardı ki, insanlar icazəsiz mitinqə çıxardılar. İcazəli mitinqlər hökumət üçün qorxulu deyil. Mitinqlərə icazənin verilməməsi həm xaricdə olan beynəlxalq təşkilatları, həm də xaricdə bizə qarşı çıxış edən insanları yenidən vadar edəcək ki, hər yerdə Azərbaycanda söz azadlığının olmadığını gündəmə gətirsinlər. Hesab edirəm ki, hökumət mitinqlərdən qorxmamalıdır. Hökumət öncəliklə öz məmurlarından qorxmalıdır. Qanunlara əməl etməyən məmurlar vəzifələrindən uzaqlaşdırılmalıdır”. “Yeni Müsavat”
|
|
|
|
|
|
Putin SSRİ-ni bərpa edə biləcəkmi?
|
|
|
|
|
|
|
|
|
• Fransa və Hindistan Bakıda zəif yerlərindən “vuruldular”
Bu gün, 14:09 |
|
|
|
• BMU tələbələri beynəlxalq olimpiadada II yeri qazanıblar
Bu gün, 14:00 |
|
|
|
• Naxçıvan icra hakimiyyəti 1, 6 milyonluq işıq dirəyi alır
Bu gün, 13:53 |
|
|
|
• Sosial şəbəkələrlə bağlı qanun niyə QƏBUL EDİLMİR?
Bu gün, 13:43 |
|
|
|
• Marketlərdə satılan süd və süd məhsulları XƏRÇƏNG RİSKİ YARADIR?
Bu gün, 13:39 |
|
|
|
• Polşa da Ermənistanı xilas EDƏ BİLMƏYƏCƏK
Bu gün, 13:34 |
|
|
|
• 900-ə yaxın erməni yük maşını Rusiyaya keçə bilmir
Bu gün, 13:27 |
|
|
|
• Deputatlarımız gələn ay İrəvana gedəcəkmi? - 10-dan çox ölkədən nümayəndələr...
Bu gün, 13:18 |
|
|
|
• İrəvanda hazırlıq: Paşinyan “təmizlik işi”nə başladı - “Joqovurd”
Bu gün, 13:11 |
|
|
|
• Ermənistan mütəxəssislərini Suriyadan təcili çıxartdı
Bu gün, 13:08 |
|
|
|
• Məhkəmə həmin direktoru işinə qaytarsa da, Agentlik razılaşmadı
Bu gün, 12:53 |
|
|
|
• "Biz bu dünyaya yenə də gəlsək də bunu etməyəcəyik"
Bu gün, 12:48 |
|
|
|
• “Xatirə İslamın ailəsi mənə hücum etdi” – Qənirə Ataşova
Bu gün, 12:23 |
|
|
|
• Moskvada kritik söhbət: - Eyyubov 10 dəqiqədə Qriqoryana nələr dedi?
Bu gün, 12:22 |
|
|
|
• “Azərbaycan iqlim diplomatiyasında dönüş yarada bildi” - deputat
Bu gün, 12:17 |
|
|
|
• Kirayə adı ilə dövlətdən pul alan kapitan cəzalandırıldı - TƏFƏRRÜAT
Bu gün, 12:09 |
|
|
|
• Arabir yağış yağacağı ehtimalı var - belə deyirlər...
Bu gün, 12:06 |
|
|
|
• Gürcüstandan sonra Azərbaycan da HƏDƏFDƏ - Avropada hazırlanan TƏXRİBAT SSENARİSİ
Bu gün, 11:54 |
|
|
|
• İranda azərbaycanlı sosial media fəalı həbs edildi - FOTO
Bu gün, 11:44 |
|
|
|
• Doğru imiş... gedənin yerinə YAXŞI GƏLMİRMİŞ... - NARAZILIQ VAR...
Bu gün, 11:32 |
|
|
|
• BDU-nun 85 yaşlı əməkdaşını maşın vurdu
Bu gün, 11:21 |
|
|
|
• Ermənistanın “kompromisləri”: taktiki manevr, yoxsa aldatma cəhdi? - İNCƏLƏMƏ
Bu gün, 11:18 |
|
|
|
• Daha 5 rektor təyinatı GÖZLƏNİLİR - ADLAR
Bu gün, 11:16 |
|
|
|
• “Strateji tərəfdaş”ın bağışlanmaz səhvi... - BUNDAN SONRA...
Bu gün, 11:05 |
|
|
|
• Bu şirkət tenderlərdə "zerkalnı" məbləğlər udur - SİYAHI
Bu gün, 11:00 |
|
|
|
• Erməni dilində yazılan sözlər Türkiyədə etiraza səbəb oldu - FOTO
Bu gün, 10:38 |
|
|
|
• Yanımızdan gedib bizə düşmən səngərindən baxırsa... - AKTUAL
Bu gün, 10:36 |
|
|
|
• Zəngəzur məsələsi həllini tapır - Son variant açıqlandı
Bu gün, 10:34 |
|
|
|
• Azərbaycanlı ailəni cərimələyib ölkədən qovurlar - TƏFƏRRÜAT
Bu gün, 10:26 |
|
|
|
• Finlandiyadan Azərbaycanla bağlı qərar: - “Hədəfimiz budur”
Bu gün, 10:24 |
|
|
|
• "Nə qorxu? - Bizim aramızda hörmət var..."
Bu gün, 10:22 |
|
|
|
• Ermənistan hərəkətlərində səmimi deyil - GÖRÜNƏNİ BUDUR
Bu gün, 10:21 |
|
|
|
• `UniBank` müştərilərdən qanunsuz pul tələb edir - GİLEY
Bu gün, 10:14 |
|
|
|
• Vəzifəli şəxs qəfil vəfat etdi - FOTO
Bu gün, 10:01 |
|
|
|
• Ev verildiyi deyilən deputat DANIŞDI: - "Bakıda kirayədə yaşayıram"
Bu gün, 09:59 |
|
|
|
• “Azcosmetics” nədən HƏDƏFƏ ÇEVRİLDİ... - İLGİNC İDDİALAR
Bu gün, 09:56 |
|
|
|
• "Siqaret və içkidən uzağam, amma gecələr..." - Tünzalə Ağayeva
Bu gün, 09:51 |
|
|
|
• Gölləri qurudub bina tikən DEPUTAT... - TƏHLÜKƏ SAÇIR...
Bu gün, 09:50 |
|
|
|
• Fransa görünməmiş əxlaqsızlıq etdi: Bakıdan ƏZİCİ CAVAB! - NƏ BAŞ VERİR?
Bu gün, 09:48 |
|
|
|
• Ermənistan yenidən qurulur: Gələn ay proses başlayır – Detallar açıqlandı
Bu gün, 09:46 |
|
|
|
• İrəvan razılıq vermir, Kremlin əsəbləri ilə oynayır - “Hraparak”
Bu gün, 09:45 |
|
|
|
• İşəgötürən istədiyi vaxt işvaxtı rejimini dəyişə bilərmi? - Ekspert danışır...
Bu gün, 09:43 |
|
|
|
• Konstitusiya Məhkəməsindən mənzillərlə bağlı YENİ QƏRAR
Bu gün, 09:41 |
|
|
|
• Ekspertdən Sahibə Qafarovaya dövlətçilik dərsi... - “Mİllət Vəkillərinə basqı...”
Bu gün, 09:35 |
|
|
|
• Universiteti BAZARA DÖNDƏRƏNLƏR... - və ya rektor üçün ən uyğun VİDA SSENARİSİ...
Bu gün, 09:29 |
|
|
|
• Ölkəyə 43 qəpiyə gətirilir, 6 qat BAHA satılır - ŞOK DETALLAR
Bu gün, 09:21 |
|
|
|
• “BİZİ HƏR İL ALDADIRLAR” - Hərbçilər Müdafiə Nazirliyinin rəhbərliyindən şikayətçidir
Bu gün, 09:19 |
|
|
|
• Gəncədə seçki keçirənlərin 16 illik saxtakarlığı BELƏ İFŞA OLUNDU - İLGİNC FAKT...
Bu gün, 09:08 |
|
|
|
• Xarici ölkənin xüsusi xidmət orqanına casusluq etməkdə təqsirləndirilən əcnəbiyə hökm oxunub - TƏFƏRRÜAT
Bu gün, 09:01 |
|
|
|
• Tbilisidə keçirilən aksiyalarda 107 nəfər saxlanılıb, 10 polis əməkdaşı yaralanıb
Bu gün, 08:57 |
|
|
|
|