"Bu tip addımların da bir qayda olaraq xaricdən atıldığı müşahidə olunur"
Tarix: 6-02-2019, 09:09 | Çap et
Bir sıra deputatlar sosial şəbəkələrdən şikayətlənirlər. Onlar bir sıra insanların sosial şəbəkələrin imkanlarından sui-istifadə etdiklərini, təhqirlərlə məşğul olduqlarını bildirirlər və bu tendensiyanı durdurmağın yollarından biri kimi sosial şəbəkələrdə müəyyən məhdudiyyətlər yaradılmasının vacibliyini bəyan edirlər.
Müxalifətin və ictimai təşkilatların bu məsələyə münasibətinə gəlincə, AMİP katibi Əli Orucov “Yeni Müsavat”a bildirdi ki, doğrudan da sosial şəbəkələrdə təhqirlərə və insan şəxsiyyətini, ləyaqətini alçaldan ifadələrə yer verilir. Kimlərsə sanki bunu bilərəkdən edir ki, sosial şəbəkələrə həm inamsızlıq yaransın, həm də müəyyən məhdudiyyətlər qoyulması üçün bəhanələr yaransın: “Sosial şəbəkələrdə olan bu cür neqativ hallar təkcə deputatları deyil, ümumiyyətlə cəmiyyəti narahat edir. Sosial şəbəkələrdən sui-istifadəyə və təhqirlərə yol verənlərin şəxsiyyətini müəyyənləşdirmək, onlar barədə tədbir görmək bir qədər çətin olsa da, buna qarşı mübarizə aparılmalıdır. Onların əhatəsi maksimum daraldılmalıdır. Belə hallara qarşı hər kəs sərt davranmalıdır. Onların cəmiyyətə, insanlara qarşı hörmətsizliyinin qarşısı hamılıqla alınmalıdır”.
KXCP İdarə Heyətinin üzvü Xəzər Teyyublu isə bildirdi ki, əslində sosial şəbəkələrdə yazılanlar, fikirlər həm insanların yaşadıqları sosial həyatı, həm də hər bir insanın mənəvi keyfiyyətlərini, tərbiyəsini nümayiş etdirir. Maraqlı, əhəmiyyətli fikirlər insanı düşündürür, tərbiyədən uzaq fikirlər, ifadələr isə etiraza səbəb olur. Bəzən insanlar iqtisadi çətinliklərini, üzləşdiyi problemləri söyüş yazmaqla ifadə edir.
Bəzən də haqsızlıqla üzləşəndə cavabları təhqiramiz ifadələrə əl atmaq olur. İnsanlar bəzən yanlış olaraq çıxış yolunu bu cür davranmaqda görürlər. Hər kəs sosial şəbəkələrdə sərbəst olduğu üçün istədiyi fikri yazır. Buna da məsuliyyət daşıyan yoxdur. Virtual münasibət getdikcə cəmiyyətə kök atır. Əlbəttə, söyüş cahillik əlamətidir. Sosial şəbəkələrdə bu olmamalıdır. İnsanlar bilməlidir ki, sosial şəbəkədəki imkanlardan söyüş söymək üçün sui-istifadə etmək olmaz, bunun da bir məsuliyyəti var".
Azərbaycan İnternet Forumunun rəhbəri Osman Gündüz də bildirib ki, son günlərdə sosial media resurslarında sui-istifadə hallarının, şayiə yönümlü və dezinformasiya xarakterli məlumatların yayılması hallarının nisbətən çoxaldığı müşahidə olunur. Ayrı-ayrı fərdi şəxslərə məxsus sosial media hesablarından mənasız, qeyri-qanuni video materiallar və bilərəkdən dezinformasiyalar paylaşılır: “Açıq-aşkar görünür ki, kimlərsə azərbaycandilli sosial media seqmentinə bu tip məlumatları sızdırmaqla ictimai fikri bu istiqamətə yönləndirmək istəyir. Bu tip addımların da bir qayda olaraq xaricdən atıldığı müşahidə olunur. Kimlərsə çalışır ki, bu tip zərərli informasiyalar ətrafında müzakirələr açılsın, ictimai-sosial qruplar buna münasibətlər bildirsinlər.
Güman ki, xaricdə də elə qruplar var, onlara da lazımdır ki, bəzi ölkələrdə olduğu kimi ölkəmizdə də sosial mediaya qarşı hökumət tərəfindən “balta” metodu tətbiq olunsun. Ötən gün də deputatlar bu məsələni növbəti dəfə müzakirəyə çıxarıblar.
Sosial medianı kökündən “baltalayan” ölkələrin üzləşdiyi problemlər hamımıza məlumdur.
Düşünürük ki, dezinformasiyalarda məqsəd həm də sosial medianın Azərbaycan seqmentini gözdən salmaq, mənasız müzakirələrə yönəltmək, parlamentin diqqətini zərərli kontinentə yönəltməklə daha sərt tədbirlərə rəvac vermək ola bilər. Xatırlatmaq istərdik ki, bizim hər birimizin, həmçinin də cəmiyyətimizin və dövlətimzin sosial mediaya və internetə daha çox ehtiyacı var. Son dövrlərdə ölkədə aparılan islahatlarla, global dünyanın çağırışları ilə rəqəmsallaşma və transformasiya sahəsində biz böyük hədəflərə çatmağı planlayırıq. Bu baxımdan fərqində olmalıyıq ki , bu cür resurslar bizim üçün ictimai bir platformadır, ictimai nəzarət imkanıdır, ictimai müzakirələr meydanıdır, kimlər üçünsə biznes və karyera imkanlarıdır, kimlər üçünsə informasiya mənbəyi və informasiya münasibələri vasitəsidir. Fikrimcə, ilk növbədə özümüz sosial medianın bizim üçün və cəmiyyət üçün əhəmiyyətini dəyərləndirərək sui-istifadə hallarının qaşısını almalıyıq. İctimai fikrin yanlış yönləndirilməsinə yol verməməliyk".
İqtisadçı-ekspert Rövşən Ağayev isə qeyd edib ki, təhqirin müdafiə olunacaq heç bir tərəfi yoxdur. Kimin etməsinin və harada edilməsinin də fərqi yoxdur: “Mənə görə öz ləyaqət və şərəfinə dəyər verən hər kəs təhqirdən uzaq durmağa çalışır. Hökumət çevrələrindən son zamanlar gələn çağırış odur ki, sosial şəbəkələrə nəzarət artırılmalıdır. Bəziləri hətta bağlamağı təklif edir. Axı bu, çıxış yolu deyil. Tutaq ki, sabah sosial şəbəkələrə çıxış qapadıldı. Xaricdə olan hər kəs təhqir dolu fikirlərini səsli mesajla eyni vaxtda ölkədəki onlarla insana göndərəcək, bu da ildırım sürəti ilə yüz minlərlə insan arasında yayılacaq. Sonra təklif gələcək ki, WatsApp da bağlansın ölkədə. Sosial şəbəkələrin ardınca bunu da bağladıq...
Yaxud youtube kanalı vasitəsilə yayacaqlar - yenə milyonlarla insan baxmağa qalxacaq. Bu dəfə təklif gələcək ki, youtube kanalına çıxış məhdudlaşdırılsın.
Bu da baş verəndən sonra insanlar kiminsə xaricdən göndəriyi söyüş mətnlərini email-la yüz minlərin arasında paylaşmağa çalışacaq. Bu dəfə bütövlükdə internetin qapadılması tələbləri səslənəcək. Amma bunların heç biri çıxış yolu deyil. Ölkədə demokratik mühit bərpa edilməlidir".
|
|
|
|
|
|
Putin SSRİ-ni bərpa edə biləcəkmi?
|
|
|
|
|
|
|
|
|
• Fransa və Hindistan Bakıda zəif yerlərindən “vuruldular”
Bu gün, 14:09 |
|
|
|
• BMU tələbələri beynəlxalq olimpiadada II yeri qazanıblar
Bu gün, 14:00 |
|
|
|
• Naxçıvan icra hakimiyyəti 1, 6 milyonluq işıq dirəyi alır
Bu gün, 13:53 |
|
|
|
• Sosial şəbəkələrlə bağlı qanun niyə QƏBUL EDİLMİR?
Bu gün, 13:43 |
|
|
|
• Marketlərdə satılan süd və süd məhsulları XƏRÇƏNG RİSKİ YARADIR?
Bu gün, 13:39 |
|
|
|
• Polşa da Ermənistanı xilas EDƏ BİLMƏYƏCƏK
Bu gün, 13:34 |
|
|
|
• 900-ə yaxın erməni yük maşını Rusiyaya keçə bilmir
Bu gün, 13:27 |
|
|
|
• Deputatlarımız gələn ay İrəvana gedəcəkmi? - 10-dan çox ölkədən nümayəndələr...
Bu gün, 13:18 |
|
|
|
• İrəvanda hazırlıq: Paşinyan “təmizlik işi”nə başladı - “Joqovurd”
Bu gün, 13:11 |
|
|
|
• Ermənistan mütəxəssislərini Suriyadan təcili çıxartdı
Bu gün, 13:08 |
|
|
|
• Məhkəmə həmin direktoru işinə qaytarsa da, Agentlik razılaşmadı
Bu gün, 12:53 |
|
|
|
• "Biz bu dünyaya yenə də gəlsək də bunu etməyəcəyik"
Bu gün, 12:48 |
|
|
|
• “Xatirə İslamın ailəsi mənə hücum etdi” – Qənirə Ataşova
Bu gün, 12:23 |
|
|
|
• Moskvada kritik söhbət: - Eyyubov 10 dəqiqədə Qriqoryana nələr dedi?
Bu gün, 12:22 |
|
|
|
• “Azərbaycan iqlim diplomatiyasında dönüş yarada bildi” - deputat
Bu gün, 12:17 |
|
|
|
• Kirayə adı ilə dövlətdən pul alan kapitan cəzalandırıldı - TƏFƏRRÜAT
Bu gün, 12:09 |
|
|
|
• Arabir yağış yağacağı ehtimalı var - belə deyirlər...
Bu gün, 12:06 |
|
|
|
• Gürcüstandan sonra Azərbaycan da HƏDƏFDƏ - Avropada hazırlanan TƏXRİBAT SSENARİSİ
Bu gün, 11:54 |
|
|
|
• İranda azərbaycanlı sosial media fəalı həbs edildi - FOTO
Bu gün, 11:44 |
|
|
|
• Doğru imiş... gedənin yerinə YAXŞI GƏLMİRMİŞ... - NARAZILIQ VAR...
Bu gün, 11:32 |
|
|
|
• BDU-nun 85 yaşlı əməkdaşını maşın vurdu
Bu gün, 11:21 |
|
|
|
• Ermənistanın “kompromisləri”: taktiki manevr, yoxsa aldatma cəhdi? - İNCƏLƏMƏ
Bu gün, 11:18 |
|
|
|
• Daha 5 rektor təyinatı GÖZLƏNİLİR - ADLAR
Bu gün, 11:16 |
|
|
|
• “Strateji tərəfdaş”ın bağışlanmaz səhvi... - BUNDAN SONRA...
Bu gün, 11:05 |
|
|
|
• Bu şirkət tenderlərdə "zerkalnı" məbləğlər udur - SİYAHI
Bu gün, 11:00 |
|
|
|
• Erməni dilində yazılan sözlər Türkiyədə etiraza səbəb oldu - FOTO
Bu gün, 10:38 |
|
|
|
• Yanımızdan gedib bizə düşmən səngərindən baxırsa... - AKTUAL
Bu gün, 10:36 |
|
|
|
• Zəngəzur məsələsi həllini tapır - Son variant açıqlandı
Bu gün, 10:34 |
|
|
|
• Azərbaycanlı ailəni cərimələyib ölkədən qovurlar - TƏFƏRRÜAT
Bu gün, 10:26 |
|
|
|
• Finlandiyadan Azərbaycanla bağlı qərar: - “Hədəfimiz budur”
Bu gün, 10:24 |
|
|
|
• "Nə qorxu? - Bizim aramızda hörmət var..."
Bu gün, 10:22 |
|
|
|
• Ermənistan hərəkətlərində səmimi deyil - GÖRÜNƏNİ BUDUR
Bu gün, 10:21 |
|
|
|
• `UniBank` müştərilərdən qanunsuz pul tələb edir - GİLEY
Bu gün, 10:14 |
|
|
|
• Vəzifəli şəxs qəfil vəfat etdi - FOTO
Bu gün, 10:01 |
|
|
|
• Ev verildiyi deyilən deputat DANIŞDI: - "Bakıda kirayədə yaşayıram"
Bu gün, 09:59 |
|
|
|
• “Azcosmetics” nədən HƏDƏFƏ ÇEVRİLDİ... - İLGİNC İDDİALAR
Bu gün, 09:56 |
|
|
|
• "Siqaret və içkidən uzağam, amma gecələr..." - Tünzalə Ağayeva
Bu gün, 09:51 |
|
|
|
• Gölləri qurudub bina tikən DEPUTAT... - TƏHLÜKƏ SAÇIR...
Bu gün, 09:50 |
|
|
|
• Fransa görünməmiş əxlaqsızlıq etdi: Bakıdan ƏZİCİ CAVAB! - NƏ BAŞ VERİR?
Bu gün, 09:48 |
|
|
|
• Ermənistan yenidən qurulur: Gələn ay proses başlayır – Detallar açıqlandı
Bu gün, 09:46 |
|
|
|
• İrəvan razılıq vermir, Kremlin əsəbləri ilə oynayır - “Hraparak”
Bu gün, 09:45 |
|
|
|
• İşəgötürən istədiyi vaxt işvaxtı rejimini dəyişə bilərmi? - Ekspert danışır...
Bu gün, 09:43 |
|
|
|
• Konstitusiya Məhkəməsindən mənzillərlə bağlı YENİ QƏRAR
Bu gün, 09:41 |
|
|
|
• Ekspertdən Sahibə Qafarovaya dövlətçilik dərsi... - “Mİllət Vəkillərinə basqı...”
Bu gün, 09:35 |
|
|
|
• Universiteti BAZARA DÖNDƏRƏNLƏR... - və ya rektor üçün ən uyğun VİDA SSENARİSİ...
Bu gün, 09:29 |
|
|
|
• Ölkəyə 43 qəpiyə gətirilir, 6 qat BAHA satılır - ŞOK DETALLAR
Bu gün, 09:21 |
|
|
|
• “BİZİ HƏR İL ALDADIRLAR” - Hərbçilər Müdafiə Nazirliyinin rəhbərliyindən şikayətçidir
Bu gün, 09:19 |
|
|
|
• Gəncədə seçki keçirənlərin 16 illik saxtakarlığı BELƏ İFŞA OLUNDU - İLGİNC FAKT...
Bu gün, 09:08 |
|
|
|
• Xarici ölkənin xüsusi xidmət orqanına casusluq etməkdə təqsirləndirilən əcnəbiyə hökm oxunub - TƏFƏRRÜAT
Bu gün, 09:01 |
|
|
|
• Tbilisidə keçirilən aksiyalarda 107 nəfər saxlanılıb, 10 polis əməkdaşı yaralanıb
Bu gün, 08:57 |
|
|
|
|