Fransa və Hindistan Bakıda zəif yerlərindən “vuruldular” .....                     BMU tələbələri beynəlxalq olimpiadada II yeri qazanıblar .....                     Naxçıvan icra hakimiyyəti 1, 6 milyonluq işıq dirəyi alır .....                     Sosial şəbəkələrlə bağlı qanun .....                     Marketlərdə satılan süd və süd məhsulları .....                     Polşa da Ermənistanı xilas .....                     900-ə yaxın erməni yük maşını Rusiyaya keçə bilmir .....                     Deputatlarımız gələn ay İrəvana gedəcəkmi? .....                     İrəvanda hazırlıq: Paşinyan “təmizlik işi”nə başladı .....                     Ermənistan mütəxəssislərini .....                     Məhkəmə həmin direktoru işinə qaytarsa da, .....                     "Biz bu dünyaya yenə də gəlsək də bunu etməyəcəyik" .....                     “Xatirə İslamın ailəsi mənə hücum etdi” .....                     Moskvada kritik söhbət: .....                     “Azərbaycan iqlim diplomatiyasında dönüş yarada bildi” .....                     Kirayə adı ilə dövlətdən pul alan kapitan cəzalandırıldı .....                     Arabir yağış yağacağı ehtimalı var .....                     Gürcüstandan sonra Azərbaycan da HƏDƏFDƏ .....                     İranda azərbaycanlı sosial media fəalı həbs edildi .....                     Doğru imiş... gedənin yerinə YAXŞI GƏLMİRMİŞ... .....                     BDU-nun 85 yaşlı əməkdaşını maşın vurdu .....                     Ermənistanın “kompromisləri”: taktiki manevr, yoxsa aldatma cəhdi? .....                     Daha 5 rektor təyinatı GÖZLƏNİLİR .....                     “Strateji tərəfdaş”ın bağışlanmaz səhvi... .....                     Bu şirkət tenderlərdə "zerkalnı" məbləğlər udur .....                     Erməni dilində yazılan sözlər Türkiyədə etiraza səbəb oldu .....                     Yanımızdan gedib bizə düşmən səngərindən baxırsa... .....                     Zəngəzur məsələsi həllini tapır .....                     Azərbaycanlı ailəni cərimələyib ölkədən qovurlar .....                     Finlandiyadan Azərbaycanla bağlı qərar: .....                     "Nə qorxu? .....                     Ermənistan hərəkətlərində səmimi deyil .....                     `UniBank` müştərilərdən qanunsuz pul tələb edir .....                     Vəzifəli şəxs qəfil vəfat etdi .....                     Ev verildiyi deyilən deputat DANIŞDI: .....                     “Azcosmetics” nədən HƏDƏFƏ ÇEVRİLDİ... .....                     "Siqaret və içkidən uzağam, amma gecələr..." .....                     Gölləri qurudub bina tikən DEPUTAT... .....                     Fransa görünməmiş əxlaqsızlıq etdi: Bakıdan ƏZİCİ CAVAB! .....                     Ermənistan yenidən qurulur: Gələn ay proses başlayır .....                 

“Onun rişxəndlə gülməsi mənə çox pis təsir etdi” - QALMAQAL
Tarix: 31-01-2019, 09:03 | Çap et
“Onun rişxəndlə gülməsi mənə çox pis təsir etdi”
Amerikada yaşayan jurnalist Sevinc Osmanqızı ilə sabiq daxili işlər naziri, Azərbaycan Xalq Hərəkatının yaradılmasının təşəbbüskarı, AMDP sədri İsgəndər Həmidov arasında son günlərdə yaranan qalmaqal səngimək bilmir. Qalmaqalın yaranmasına səbəb xanım jurnalistin internet üzərindən yayımlanan verilişinə İ.Həmidovu qonaq qismində çağırması və veriliş zamanı ona ünvanlandığı suallardır.

Yarım saatlıq verilişdə S.Osmanqızı tərəf kimi daha çox görünüb və açıq şəkildə AXH-ni hədəf alıb. Bu azmış kimi, verilişdən sonra o, müsahibəni sabiq nazirin 1993-cü ildə insident yaşadığı və kadrlara düşən bir videosu ilə paylaşıb və başlığa “Davakar İsgəndər Həmidov” yazıb. Bütün bunlardan sonra S.Osmanqızının jurnalist etikasını pozduğu barədə sərt qınaqlar, etirazlar səslənməyə başlayıb. Öz həmkarları onu daha çox qınayıblar.

Qalmaqalla bağlı “Yeni Müsavat”a danışan sabiq nazir bunun onun üçün gözlənilməz olduğunu söylədi: “Açığı, Sevinc xanım verilişə dəvət edəndə düşünürdüm ki, son zamanlar ölkədə baş verənləri müzakirə edəcəyik. Belə vəziyyətin yaranacağını təsəvvür etməzdim. Amma ilk suallarından başa düşdüm ki, bu insan haradansa 5-10 sual əzbərləyib. Gözləməzdim ki, belə olsun. İstənilən halda canlı yayımı tərk etməzdim. Bir də niyə tərk etməliydim ki? Nədən qorxuram, yaxud çəkinirəm? Çəkinəcəyim heç nə olmadığı üçün rahat idim. Onu da düşündüm ki, növbəti suallarda yəqin hər şey düzələr. Öz sözümü dedim. Nə qədər sual versəydi, hamısına cavabım var idi. Verdiyim cavablara göstərilən reaksiyalar da pis deyil. Sevinc xanımın sifariş yerinə yetirdiyini dəqiq deyə bilmərəm. Amma onda Azərbaycan Xalq Hərəkatına qarşı bir qısqanclıq gördüm. Özü də çox böyük qısqanclıq idi. Sanki bu hərəkatın yaranması kimlərisə narahat edir. Bu narahatlıq da yəqin ki, iqtidarda olar. Başqa kimlərdə olsun ki? Sevinc xanımın Milli Şura, konkret olaraq Əli Kərimlinin sifarişini yerinə yetirdiyi barədə fikirlərə rast gəlirəm. Amma mən bunu hiss etmədim, hiss edə də bilməzdim. Açığı, mənə daha çox elə gəldi ki, o, iqtidarın tapşırığını yerinə yetirir. Çünki onun suallarında iqtidarın narahatlığı daha çox hiss olunurdu. Onu dedi ki, 19 yanvardakı mitinqə Xalq Hərəkatı alternativ deyildi. Hərəkat zatən həmin mitinqdən öncə yaranmışdı. Çağırış edib o mitinqə qoşuldum və çıxış da etdim. Canlı yayımda isə bildirdim ki, biz heç kəsə, heç bir quruma qarşı alternativ hərəkat yaratmırıq. Bizim məqsəd və məramımız ölkəmizdə demokratik düşərgəni dəstəkləmək və demokratik cəmiyyət yaratmaqdır. Canlı yayımda nələri hiss etdimsə, onu da dedim”.

İ.Həmidov S.Osmanqızının canlı yayımın videosunu paylaşarkən əvvələ və axıra “Davakar İsgəndər Həmidov” başlıqlı təqdimatına da münasibət bildirdi: “Onun özünə dedim ki, əgər Azərbaycanda bütün bəlalar, çatışmazlıqlar mənim bir insidentimə görədirsə, özümü Xəzər dənizinə atmağa hazıram. Sevinc xanım bilmədi ki, hansı bostana girir sonu necə olacaq... Hər kəsə müraciət edirəm ki, o, xanımdır, çox üstünə getməyin. Onun düşüncəsi elədirsə, olsun. Onun nə üçün belə etdiyini hələ də düşünürəm və səbəbini anlaya bilmirəm. 10 ildə məni tapmamışdı, indi birdən-birə axtarıb tapıb, verilişə çıxarıb, belə suallar verməyi gözlənilməz oldu. Sevinc xanımla indiyə qədər aramızda heç bir soyuqluq olmayıb. Sevinc xanımın rəhmətlik atası Ayaz Mütəllibovun mətbuat xidmətinin rəhbəri idi. Allah ona rəhmət eləsin. Onun atası ilə aramızda ciddi bir soyuqluq olmayıb. Sadəcə, biz Xalq Cəbhəsində idik, Ayaz Mütəllibov isə iqtidar idi. Ayaza deyilən hər bir sözü Sevinc xanımın atası sanki öz üzərinə götürürdü. Sizləri tam əmin edirəm k, Sevinc xanımın suallarının o məsələlərə heç bir dəxli yoxdur. Sadəcə, sualları ancaq Xalq Hərəkatının yaranmasından doğan narahatlıqla bağlı idi. Çünki sualların hamısı Xalq Hərəkatının üzərində qurulmuşdu. Bu hərəkata görə narahat olanları isə anlamaq, sadəcə, çətindir. İqtidarın narahatlığı anlaşılandır. Sevinc xanımda yaranan narahatlığın səbəbi ondan soruşulsa daha yaxşı olar. Çünki ən doğru cavabı o verər. Jurnalist etikası baxımından Sevinc xanımın bu davranışlarını mətbuat təmsilçiləri dəyərləndirsələr daha düzgün olardı. Onun 71 yaşlı kişiyə belə suallar verərək, rişxəndlə gülməsi, açığı, mənə çox pis təsir etdi. Amma bu da Sevinc Osmanqızının öz şəxsi işidir. Eşitdiyim və bildiyim qədəri ilə jurnalistlərdən çoxu ona öz iradlarını bildiriblər. İstənilən halda, xanımdır, qürbətdə yaşayır. Allah köməyi olsun”.









 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?
Yox
Bu yolda Rusiyanın ağzı ovulacaq

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
Fransa və Hindistan Bakıda zəif yerlərindən “vuruldular”
Bu gün, 14:09
BMU tələbələri beynəlxalq olimpiadada II yeri qazanıblar
Bu gün, 14:00
Naxçıvan icra hakimiyyəti 1, 6 milyonluq işıq dirəyi alır
Bu gün, 13:53
Sosial şəbəkələrlə bağlı qanun niyə QƏBUL EDİLMİR?
Bu gün, 13:43
Marketlərdə satılan süd və süd məhsulları XƏRÇƏNG RİSKİ YARADIR?
Bu gün, 13:39
Polşa da Ermənistanı xilas EDƏ BİLMƏYƏCƏK
Bu gün, 13:34
900-ə yaxın erməni yük maşını Rusiyaya keçə bilmir
Bu gün, 13:27
Deputatlarımız gələn ay İrəvana gedəcəkmi? - 10-dan çox ölkədən nümayəndələr...
Bu gün, 13:18
İrəvanda hazırlıq: Paşinyan “təmizlik işi”nə başladı - “Joqovurd”
Bu gün, 13:11
Ermənistan mütəxəssislərini Suriyadan təcili çıxartdı
Bu gün, 13:08
Məhkəmə həmin direktoru işinə qaytarsa da, Agentlik razılaşmadı
Bu gün, 12:53
"Biz bu dünyaya yenə də gəlsək də bunu etməyəcəyik"
Bu gün, 12:48
“Xatirə İslamın ailəsi mənə hücum etdi” – Qənirə Ataşova
Bu gün, 12:23
Moskvada kritik söhbət: - Eyyubov 10 dəqiqədə Qriqoryana nələr dedi?
Bu gün, 12:22
“Azərbaycan iqlim diplomatiyasında dönüş yarada bildi” - deputat
Bu gün, 12:17
Kirayə adı ilə dövlətdən pul alan kapitan cəzalandırıldı - TƏFƏRRÜAT
Bu gün, 12:09
Arabir yağış yağacağı ehtimalı var - belə deyirlər...
Bu gün, 12:06
Gürcüstandan sonra Azərbaycan da HƏDƏFDƏ - Avropada hazırlanan TƏXRİBAT SSENARİSİ
Bu gün, 11:54
İranda azərbaycanlı sosial media fəalı həbs edildi - FOTO
Bu gün, 11:44
Doğru imiş... gedənin yerinə YAXŞI GƏLMİRMİŞ... - NARAZILIQ VAR...
Bu gün, 11:32
BDU-nun 85 yaşlı əməkdaşını maşın vurdu
Bu gün, 11:21
Ermənistanın “kompromisləri”: taktiki manevr, yoxsa aldatma cəhdi? - İNCƏLƏMƏ
Bu gün, 11:18
Daha 5 rektor təyinatı GÖZLƏNİLİR - ADLAR
Bu gün, 11:16
“Strateji tərəfdaş”ın bağışlanmaz səhvi... - BUNDAN SONRA...
Bu gün, 11:05
Bu şirkət tenderlərdə "zerkalnı" məbləğlər udur - SİYAHI
Bu gün, 11:00
Erməni dilində yazılan sözlər Türkiyədə etiraza səbəb oldu - FOTO
Bu gün, 10:38
Yanımızdan gedib bizə düşmən səngərindən baxırsa... - AKTUAL
Bu gün, 10:36
Zəngəzur məsələsi həllini tapır - Son variant açıqlandı
Bu gün, 10:34
Azərbaycanlı ailəni cərimələyib ölkədən qovurlar - TƏFƏRRÜAT
Bu gün, 10:26
Finlandiyadan Azərbaycanla bağlı qərar: - “Hədəfimiz budur”
Bu gün, 10:24
"Nə qorxu? - Bizim aramızda hörmət var..."
Bu gün, 10:22
Ermənistan hərəkətlərində səmimi deyil - GÖRÜNƏNİ BUDUR
Bu gün, 10:21
`UniBank` müştərilərdən qanunsuz pul tələb edir - GİLEY
Bu gün, 10:14
Vəzifəli şəxs qəfil vəfat etdi - FOTO
Bu gün, 10:01
Ev verildiyi deyilən deputat DANIŞDI: - "Bakıda kirayədə yaşayıram"
Bu gün, 09:59
“Azcosmetics” nədən HƏDƏFƏ ÇEVRİLDİ... - İLGİNC İDDİALAR
Bu gün, 09:56
"Siqaret və içkidən uzağam, amma gecələr..." - Tünzalə Ağayeva
Bu gün, 09:51
Gölləri qurudub bina tikən DEPUTAT... - TƏHLÜKƏ SAÇIR...
Bu gün, 09:50
Fransa görünməmiş əxlaqsızlıq etdi: Bakıdan ƏZİCİ CAVAB! - NƏ BAŞ VERİR?
Bu gün, 09:48
Ermənistan yenidən qurulur: Gələn ay proses başlayır – Detallar açıqlandı
Bu gün, 09:46
İrəvan razılıq vermir, Kremlin əsəbləri ilə oynayır - “Hraparak”
Bu gün, 09:45
İşəgötürən istədiyi vaxt işvaxtı rejimini dəyişə bilərmi? - Ekspert danışır...
Bu gün, 09:43
Konstitusiya Məhkəməsindən mənzillərlə bağlı YENİ QƏRAR
Bu gün, 09:41
Ekspertdən Sahibə Qafarovaya dövlətçilik dərsi... - “Mİllət Vəkillərinə basqı...”
Bu gün, 09:35
Universiteti BAZARA DÖNDƏRƏNLƏR... - və ya rektor üçün ən uyğun VİDA SSENARİSİ...
Bu gün, 09:29
Ölkəyə 43 qəpiyə gətirilir, 6 qat BAHA satılır - ŞOK DETALLAR
Bu gün, 09:21
“BİZİ HƏR İL ALDADIRLAR” - Hərbçilər Müdafiə Nazirliyinin rəhbərliyindən şikayətçidir
Bu gün, 09:19
Gəncədə seçki keçirənlərin 16 illik saxtakarlığı BELƏ İFŞA OLUNDU - İLGİNC FAKT...
Bu gün, 09:08
Xarici ölkənin xüsusi xidmət orqanına casusluq etməkdə təqsirləndirilən əcnəbiyə hökm oxunub - TƏFƏRRÜAT
Bu gün, 09:01
Tbilisidə keçirilən aksiyalarda 107 nəfər saxlanılıb, 10 polis əməkdaşı yaralanıb
Bu gün, 08:57
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : [email protected]
Designed by Daraaz.net
�������@Mail.ru