“Əli Kərimli miopiya xəstəliyinə tutulub və çətin ki, sağala”
Tarix: 23-01-2019, 08:31 | Çap et
“Sonuncu mitinqlərində onlar əsl niyyətlərini ortaya qoyub paytaxtda asayişi pozmağa, iğtişaşlar yaratmağa cəhdlər etdilər. Sözsüz ki, bu cür qanunazidd hərəkətlərin qarşısı tərəfimizdən yerindəcə alındı. Ona görə də belələrinə kütləni idarə edə biləcəkləri vaxtadək hər hansı toplantı keçirməyə icazə verilməməsi ilə bağlı Bakı Şəhər İcra Hakimiyyəti qarşısında vəsatət qaldıracağam”. Bu fikirləri Bakı Şəhər Baş Polis İdarəsinin rəisi, polis general-mayoru Mirqafar Seyidov “Report”a müsahibəsində deyib.
Generalın sözlərinə görə, Bakıda sabitliyi pozmaq, kütləvi iğtişaşlarla aranı qarışdırmaq, polislə bilərəkdən qarşıdurma yaratmaqla öz antimilli məqsədlərini reallaşdırmaq istəyən müəyyən destruktiv qüvvələrin, o cümlədən Ə.Kərimli və onun tərəfdarlarının hüquqazidd əməllərinin qarşısı bundan sonra da qətiyyətlə alınacaq:
“Bakı polis qarnizonunun bütün şəxsi heyəti paytaxtımızda asayişin, əmin-amanlığın davamlı olması üçün digər hüquq-mühafizə orqanları ilə birlikdə bütün lazımi tədbirləri həyata keçirəcək”.
Milli Şuranın 19 yanvar mitinqi ilə bağlı digər bir diqqət çəkən fikirləri isə ADP sədri Sərdar Cəlaloğlu qəzetimizə müsahibəsində səsləndirib.
Onun sözlərinə görə, 19 yanvar mitinqinin məqsədi rus qoşunlarının 20 Yanvar gecəsi törətdiyi cinayətləri ikinci planda saxlamaq idi və Milli Şuranın keçirdiyi mitinqdə 20 Yanvarla bağlı, rusların əleyhinə bəyanat olmadı: “Qarabağ mitinqi ruspərəstlərin əleyhinədir. Amma Mehman Hüseynova azadlıq tələbi ilə mitinq keçirilməsi onların indiki məqamda, özü də 19 yanvarda maraqlarına uyğundur. Qarabağa azadlıq tələbi ilə mitinq keçirilməsinə qoymurlar, amma 19-da ”Mehmana azadlıq" aksiyasına icazə verilir. Qarabağın azadlığı vacibdir, yoxsa Mehmanın? Mən demirəm ki, Mehman azad olunmasın. Amma sən niyə Qarabağ mitinqini ikinci dərəcəli sayırsan, icazə vermirsən?"
KXCP İdarə Heyətinin üzvü Xəzər Teyyublu isə “Yeni Müsavat”a bildirdi ki, partiyanın mitinqdə səslənən şüarları dəstəkləyən bəyanatı olub, lakin iştirakla bağlı Milli Şuradan onlara heç bir müraciət olmayıb.
Onun sözlərinə görə, 26 yanvar mitinqi ilə bağlı partiya rəhbərliyi ilə müzakirə aparılandan sonra iştirak haqda qərar açıqlana bilər.
X.Teyyublu S.Cəlaloğlunun fikirlərinə münasibət bildirərkən 19 yanvar mitinqinin məhz ruspərəstlərin işi olması iddialarını belə şərh edib: “Bu, Sərdar bəyin fikridir. 19 yanvar mitinqinə Avropa Parlamentinin qətnaməsini yumşaltmaq üçün razılıq verildi.
Ölkədə ümumxalq birliyinə zərurət var. Regionda Qarabağla bağlı Ermənistanın hazırkı durumu siyasi müxalifətin birgə fəaliyyətini zəruri edir. Ölkədə aktiv vətəndaşlar siyasi partiyalarda cəmlənib. Bu düşərgə Azərbaycanda siyasi-sosial rifah naminə birgə addımlamalıdır. Yarımçıq proses cəmiyyətdə inamsızlıq, qorxu yarada bilər. Əgər şimal qonşudan ciddi müdaxilə olarsa, siyasi müxalifət istiqlalın dayanıqlı olması üçün birlik göstərməlidir".
Yeni AXCP-nin sədri Razi Nurullayev isə geniş həcmli məqalə ilə çıxış edərək yazıb ki, Əli Kərimlinin taktikası qısamüddətli və ani nəticələrə xidmət edir: “Bu üsul uzunmüddətli nəticələrə apara bilməz və bunun ən böyük sübutu onun 1988-ci illərin sonlarından mübarizə meydanında olması, hələ də eyni metod və taktikalardan istifadəsidir. Özünəvurğunluq, kütlə qarşısında özünü kral kimi görmə hissi, siyasi çəkisi və şəxsi maraqlarına xidmət edən gedişləri xalqın istəyinə və narazılığına bağlamaq cəhdi”. R.Nurullayev qeyd edib ki, bu siyasətçi uzağı görə bilmir: ”Miopiya (uzağı görməmə xəstəliyi) xəstəliyinə tutulub və çətin ki, sağala. Ona yaxın duranları da bu xəstəliyə yoluxdurur. Xəstələnmək istəməyənlər isə ondan uzaq gəzir.
Bizə mübarizə lazımdır. Lazımdır ki, 50 min, 100 min adam mitinqə gəlsin. Siyasi mübarizədə mitinq də lazımdır, həbslər də olacaq, məhrumiyyətlər də.
Bundan qaçan da yoxdur. Amma miopiya xəstəliyinə tutulan adam 2011-ci ildə etdiyi səhvləri bu gün də etməkdədir. Hakimiyyəti saxlaya bilmədiniz. İndi gənclərə deyirsiniz ki, itirdiyimiz və ya xəyanətlə verdiyimiz hakimiyyəti bizə qaytarın. Axı sən də dövlət katibi idin. Heçmi məsuliyyət daşımırsan? Necə olur ki, hər daşın altına girib çıxırsan, amma əzilmirsən? Yanan ocağa girirsən, oradan da sağ-salamat çıxırsan.
Sən “Taxt oyunları” serialının Deneris Tarqarieni deyilsən ki, üç əjdaha yumurtası ilə ocağa girib sabahı külün içindən nəinki özün salamat çıxasan, hələ bir yanına üç dənə də əjdaha balası salıb gətirəsən!"
Deputat Musa Quliyev isə sia.az-a bildirib ki, mənasız şüarlarla mitinq keçirməyə ehtiyac yoxdur: “Bakı Şəhər İcra Hakimiyyəti də mitinqi razılaşdırarkən, onun ictimai əhəmiyyətinə baxmalıdır. Əgər hər hansı ciddi şüarla ortaya çıxarlarsa, buyurub mitinqlərini edə bilərlər. Lakin hər dəfə eyni çeynənmiş şüarlar və 90-cı illərdən qalan, kiflənmiş fikirlərlə ortaya çıxıb, özlərini təzədən cəmiyyətə təqdim etmək kimi uğursuz cəhdlərin heç bir mənası yoxdur və müvafiq qurumlar ictimai asayişi pozacaq fəaliyyətə yol verməməlidirlər”. “Yeni Müsavat”
|
|
|
|
|
|
Putin SSRİ-ni bərpa edə biləcəkmi?
|
|
|
|
|
|
|
|
|
• İmperializmin çətiri altına doğru – Qaranlığa qayıdış
Bu gün, 15:00 |
|
|
|
• Fransa və Hindistan Bakıda zəif yerlərindən “vuruldular”
Bu gün, 14:09 |
|
|
|
• BMU tələbələri beynəlxalq olimpiadada II yeri qazanıblar
Bu gün, 14:00 |
|
|
|
• Naxçıvan icra hakimiyyəti 1, 6 milyonluq işıq dirəyi alır
Bu gün, 13:53 |
|
|
|
• Sosial şəbəkələrlə bağlı qanun niyə QƏBUL EDİLMİR?
Bu gün, 13:43 |
|
|
|
• Marketlərdə satılan süd və süd məhsulları XƏRÇƏNG RİSKİ YARADIR?
Bu gün, 13:39 |
|
|
|
• Polşa da Ermənistanı xilas EDƏ BİLMƏYƏCƏK
Bu gün, 13:34 |
|
|
|
• 900-ə yaxın erməni yük maşını Rusiyaya keçə bilmir
Bu gün, 13:27 |
|
|
|
• Deputatlarımız gələn ay İrəvana gedəcəkmi? - 10-dan çox ölkədən nümayəndələr...
Bu gün, 13:18 |
|
|
|
• İrəvanda hazırlıq: Paşinyan “təmizlik işi”nə başladı - “Joqovurd”
Bu gün, 13:11 |
|
|
|
• Ermənistan mütəxəssislərini Suriyadan təcili çıxartdı
Bu gün, 13:08 |
|
|
|
• Məhkəmə həmin direktoru işinə qaytarsa da, Agentlik razılaşmadı
Bu gün, 12:53 |
|
|
|
• "Biz bu dünyaya yenə də gəlsək də bunu etməyəcəyik"
Bu gün, 12:48 |
|
|
|
• “Xatirə İslamın ailəsi mənə hücum etdi” – Qənirə Ataşova
Bu gün, 12:23 |
|
|
|
• Moskvada kritik söhbət: - Eyyubov 10 dəqiqədə Qriqoryana nələr dedi?
Bu gün, 12:22 |
|
|
|
• “Azərbaycan iqlim diplomatiyasında dönüş yarada bildi” - deputat
Bu gün, 12:17 |
|
|
|
• Kirayə adı ilə dövlətdən pul alan kapitan cəzalandırıldı - TƏFƏRRÜAT
Bu gün, 12:09 |
|
|
|
• Arabir yağış yağacağı ehtimalı var - belə deyirlər...
Bu gün, 12:06 |
|
|
|
• Gürcüstandan sonra Azərbaycan da HƏDƏFDƏ - Avropada hazırlanan TƏXRİBAT SSENARİSİ
Bu gün, 11:54 |
|
|
|
• İranda azərbaycanlı sosial media fəalı həbs edildi - FOTO
Bu gün, 11:44 |
|
|
|
• Doğru imiş... gedənin yerinə YAXŞI GƏLMİRMİŞ... - NARAZILIQ VAR...
Bu gün, 11:32 |
|
|
|
• BDU-nun 85 yaşlı əməkdaşını maşın vurdu
Bu gün, 11:21 |
|
|
|
• Ermənistanın “kompromisləri”: taktiki manevr, yoxsa aldatma cəhdi? - İNCƏLƏMƏ
Bu gün, 11:18 |
|
|
|
• Daha 5 rektor təyinatı GÖZLƏNİLİR - ADLAR
Bu gün, 11:16 |
|
|
|
• “Strateji tərəfdaş”ın bağışlanmaz səhvi... - BUNDAN SONRA...
Bu gün, 11:05 |
|
|
|
• Bu şirkət tenderlərdə "zerkalnı" məbləğlər udur - SİYAHI
Bu gün, 11:00 |
|
|
|
• Erməni dilində yazılan sözlər Türkiyədə etiraza səbəb oldu - FOTO
Bu gün, 10:38 |
|
|
|
• Yanımızdan gedib bizə düşmən səngərindən baxırsa... - AKTUAL
Bu gün, 10:36 |
|
|
|
• Zəngəzur məsələsi həllini tapır - Son variant açıqlandı
Bu gün, 10:34 |
|
|
|
• Azərbaycanlı ailəni cərimələyib ölkədən qovurlar - TƏFƏRRÜAT
Bu gün, 10:26 |
|
|
|
• Finlandiyadan Azərbaycanla bağlı qərar: - “Hədəfimiz budur”
Bu gün, 10:24 |
|
|
|
• "Nə qorxu? - Bizim aramızda hörmət var..."
Bu gün, 10:22 |
|
|
|
• Ermənistan hərəkətlərində səmimi deyil - GÖRÜNƏNİ BUDUR
Bu gün, 10:21 |
|
|
|
• `UniBank` müştərilərdən qanunsuz pul tələb edir - GİLEY
Bu gün, 10:14 |
|
|
|
• Vəzifəli şəxs qəfil vəfat etdi - FOTO
Bu gün, 10:01 |
|
|
|
• Ev verildiyi deyilən deputat DANIŞDI: - "Bakıda kirayədə yaşayıram"
Bu gün, 09:59 |
|
|
|
• “Azcosmetics” nədən HƏDƏFƏ ÇEVRİLDİ... - İLGİNC İDDİALAR
Bu gün, 09:56 |
|
|
|
• "Siqaret və içkidən uzağam, amma gecələr..." - Tünzalə Ağayeva
Bu gün, 09:51 |
|
|
|
• Gölləri qurudub bina tikən DEPUTAT... - TƏHLÜKƏ SAÇIR...
Bu gün, 09:50 |
|
|
|
• Fransa görünməmiş əxlaqsızlıq etdi: Bakıdan ƏZİCİ CAVAB! - NƏ BAŞ VERİR?
Bu gün, 09:48 |
|
|
|
• Ermənistan yenidən qurulur: Gələn ay proses başlayır – Detallar açıqlandı
Bu gün, 09:46 |
|
|
|
• İrəvan razılıq vermir, Kremlin əsəbləri ilə oynayır - “Hraparak”
Bu gün, 09:45 |
|
|
|
• İşəgötürən istədiyi vaxt işvaxtı rejimini dəyişə bilərmi? - Ekspert danışır...
Bu gün, 09:43 |
|
|
|
• Konstitusiya Məhkəməsindən mənzillərlə bağlı YENİ QƏRAR
Bu gün, 09:41 |
|
|
|
• Ekspertdən Sahibə Qafarovaya dövlətçilik dərsi... - “Mİllət Vəkillərinə basqı...”
Bu gün, 09:35 |
|
|
|
• Universiteti BAZARA DÖNDƏRƏNLƏR... - və ya rektor üçün ən uyğun VİDA SSENARİSİ...
Bu gün, 09:29 |
|
|
|
• Ölkəyə 43 qəpiyə gətirilir, 6 qat BAHA satılır - ŞOK DETALLAR
Bu gün, 09:21 |
|
|
|
• “BİZİ HƏR İL ALDADIRLAR” - Hərbçilər Müdafiə Nazirliyinin rəhbərliyindən şikayətçidir
Bu gün, 09:19 |
|
|
|
• Gəncədə seçki keçirənlərin 16 illik saxtakarlığı BELƏ İFŞA OLUNDU - İLGİNC FAKT...
Bu gün, 09:08 |
|
|
|
• Xarici ölkənin xüsusi xidmət orqanına casusluq etməkdə təqsirləndirilən əcnəbiyə hökm oxunub - TƏFƏRRÜAT
Bu gün, 09:01 |
|
|
|
|