“Rəqiblərimiz, partiya sədrləri əvvəlcə gedib özlərini bələdiyyədə yoxlasınlar” - YAP-çı deputat
Tarix: 10-01-2019, 08:38 | Çap et
Bu ilin yazında ölkəmizdə növbədənkənar parlament seçkilərinin keçiriləcəyi barədə məlumat yayılıb. YAP-ın icra katibinin müavini, Milli Məclisin komitə sədri Siyavuş Novruzovla digər məsələləri də əhatə edən söhbətimizdə bu mövzuya geniş yer ayırdıq:
- Siyavuş bəy, sizi hakimiyyətin mətbəxində baş verənlərdən kifayət qədər məlumatlı şəxs kimi tanıyırıq. Apreldə parlament seçkilərinin keçiriləcəyi barədə xəbər nə dərəcədə doğrudur?
- Mən bir neçə dəfə bunu demişəm. Parlament seçkiləri ilə bağlı məsələ konstitusiyada yazılıb. Yəni müddəti də, keçirilmə tarixi də əksini tapıb. Konstitusiya isə ali qanundur. Əgər seçki olacaqsa, birinci referendum keçirilməlidir. Yəni konstitusiyada dəyişiklik edilməlidir, məsələ Seçki Məcəlləsinə salınmalıdır, ondan sonra digər addımlar atılmalıdır. Kiminsə ürəyində seçilmək arzusu varsa, bir az səbirli olsun. İndi tələsənlər bu məsələni ortaya atır. Amma məsələnin hüquqi əsası budur. Ondan sonra artıq bu, elan oluna bilər. Həm də ki, bu ilin dekabrında bələdiyyə seçkiləri keçiriləcək. Bütün bunların hər biri qanunla, konstitusiya ilə əsaslanmalıdır.
- Sizin bu açıqlamanız 2018-ci il prezident seçkilərindən bir neçə ay öncəki açıqlamanızı xatırladır. O zaman da seçkilərin vaxtında keçiriləcəyini demişdiniz, amma bir neçə ay əvvələ çəkildi...
- Prezident seçkiləri ilə bağlı dediyim müddəa yox idi. Prezidentin səlahiyyəti var idi ki, istənilən vaxt seçki elan etsin. Amma parlament seçkiləri ilə bağlı müddəa konstitusiyada var. Ona görə də konstitusiyadakı müddəanı ancaq referendum yolu ilə dəyişmək olar. Prezident, bələdiyyə seçkiləri və referendumla bağlı zərurət yarandığı halda prezidentə səlahiyyət verilir ki, növbədənkənar seçkiləri elan etsin. Parlament seçkiləri ilə bağlı müddəa isə konstitusiyada qalıb. Ona görə də gərək ilk növbədə referendum keçirilə, bu müddəa konstitusiyadan çıxarıla və Seçki Məcəlləsinə salına bilər. Əslində parlament seçkilərinin vaxtının təyin olunması və s. konstitusiyada olması düzgün deyil. Bunlar hamısı seçki ilə bağlı olduğundan Seçki Məcəlləsində əksini tapmalıdır. Parlament seçkiləri konstitusiyada qaldığı üçün ilk növbədə gərək referendum keçirilə, bu müddəa konstitusiyadan çıxarılıb Seçki Məcəlləsinə salına. Amma əfsus ki, sonuncu referendumda bu müddəa nəzərdə tutulmadı və parlament seçkiləri konstitusiyada qalıb. Konstitusiya ən ali qanun olduğuna görə onun müddəası hər şeydən üstündür. Bir də növbədənkənar seçki o halda ola bilər ki, parlament öz-özünü buraxsın. Bu, bir hökumətin hesabatı vaxtı, bir də baş nazirin seçilməsi ilə bağlı ola bilər. Biz də baş naziri təsdiqləmişik, işləyir, Allah canını sağ eləsin! Yəni bu məsələlərlə bağlı da problem yoxdur. Vaxtından qabaq parlament seçkilərini keçirmək üçün mütləq referendum keçirilməldir.
- 2019-cu il ərzində həm referendum, həm növbədənkənar parlament seçkiləri, həm də bələdiyyə seçkilərinin keçirilməsi real görünmür, elə deyilmi?
- İndi mən onu deyə bilmərəm. Bu, artıq mənim səlahiyyətimə daxil deyil.
- Bəs hakim partiyada bələdiyyə seçkilərinə hazırlıqlar başlayıbmı?
- Bizdə proseslər gedir, siyahılar çıxarılır, baxılır. Müəyyən təkliflərimiz, müəyyən yeniliklər var. Çalışırıq ki, bu dəfə bələdiyyələrdə qadınların, namizədlərin sayı çox olsun. Yəni iş gedir.
- Bələdiyyə seçkiləri ilə bağlı rəqiblərinizə nə demək istərdiniz?
- Arzu edirik ki, rəqiblərimiz, partiya sədrləri əvvəlcə gedib özlərini bələdiyyədə yoxlasınlar, ondan sonra parlamentə, sonra digər seçkilərdə. Görsünlər bir onları bələdiyyəyə seçirlər, ya seçmirlər.
- Maraqlıdır ki, bələdiyyə seçkiləri ilində parlament seçkiləri müzakirəsi gedir. Bu, nədən irəli gəlir? Bələdiyyələrin statusunun aşağı olmasından qaynaqlanır, yoxsa...
- Yox. Həvəslilər çoxdur. (Gülür). Parlament seçkilərinə görə darıxanlar, seçilmək istəyənlərə Nizami Gəncəvinin məşhur misralarını xatırlatmaq istəyirəm:
Səbr ilə halva bişər, ey qora səndən,
Bəsləsən atlas olar tut yarpağından...(gülür).
- Qardaş Türkiyədə də bələdiyyə seçkiləri ilidir, amma ölkə ayaq üstədir. Yəqin fərqindəsiniz...
- Onlarda əvvəl başqa cür idi, amma getdikcə orada da vəziyyət dəyişəcək. Çünki prezidentli respublikaya keçid olub. Xatırlayırsınızsa, o vaxt ümummilli lider Türkiyə ilə bağlı məsələ qaldırmışdı ki, prezidentli respublikaya keçməlidirlər. Üstündən 10-15 il ötəndən sonra o ideyanı qəbul etdilər və bu sistemə keçdilər.
- Bizdə bələdiyyələrin statusuna yenidən baxılması gözlənilirmi?
- Bələdiyyələrin statusu yüksəkdir, sadəcə olaraq, o statusu yerinə yetirmək funksiyası var. Özü də dövlət bələdiyyələrə xeyli dotasiya ayırır. Həmçinin yerli vergilər, torpaq vergisi toplanır. Müəyyən obyektlər bələdiyyənin statusuna aiddir, onu icarəyə verə, gəlir götürə bilər. Bələdiyyələrdə əsas ideya o olmalıdır ki, bu imkanlardan necə istifadə edib bələdiyyənin potensialını necə artırmalı? Əfsus ki, bəziləri deyir bunu tez satım, görüm nə qazanıram...
- Sizə elə gəlmirmi ki, yerli icra hakimiyyəti orqanları bələdiyyələrin qarşısında divara çevrilib?
- Yox, bələdiyyə işləyirsə, kim onun qarşısını alır? Məsələn, bunlar örüşləri fermerlərə icarəyə verirlər. Həmin icarə haqqı ilə müəyyən sosial problemləri həll etməlidirlər. Əslində neyləyir? Gedir kabinetini təmir etdirir. Mən kifayət qədər bu sahə ilə məşğul olmuşam, vəziyyəti çox gözəl bilirəm. Parlament bələdiyyələrlə bağlı 20-dən artıq qanun qəbul edib. Ən demokratik, ən güclü qanunlar da bizdədir. Sadəcə olaraq, bələdiyyələr o qanunları yerinə yetirmir. Götürək Binəqədi rayonunu, buradakı bələdiyyələr il ərzində büdcədən 3 milyondan artıq vəsait alıblar. Amma o kənddə nə ediblər, bu sualı onlara verin.
- Niyə araşdırılmır?
- Araşdırılır. Hamısını veriblər Korrupsiyaya Qarşı Mübarizə Komitəsinə.
- Siyavuş bəy, Bakıda böyükşəhər bələdiyyəsinin yaradılması, mer seçkisi gündəmdədirmi?
- Hələlik bizim qanunvericilikdə belə şey yoxdur. Bu məsələ Seçki Məcəlləsində əksini tapmalıdır.
- Olsa, daha yaxşı olmazmı?
- Böyükşəhər bələdiyyəsi harada olur? 14, 20, 25 milyon əhalisi olan şəhərlərdə böyükşəhər bələdiyyəsi yaradılır. İstanbulun əhalisi Azərbaycanın ümumi əhalisindən iki dəfə çoxdur. Ona görə də orada böyükşəhər bələdiyyəsi yaradılır ki, yerlərdəki bələdiyyələrə də nəzarət etsin. Bizdə buna ehtiyac yoxdur axı...
- Yenidən qayıdaq parlament seçkiləri mövzusuna. Deyək ki, parlament seçkiləri 2020-də keçiriləcək. Bəs 2025-ci ildə növbəti parlament və prezident seçkiləri üst-üstə düşəndə necə olacaq?
- Prezident seçkilərinin vaxtını dəyişdik. Parlament seçkiləri noyabrdadır, prezident seçkiləri aprel ayında.
- Deməli, 2025-ci ildə iki mühüm seçki keçiriləcək?
- Bizdə seçki müddəti iki aydır. Bu müddət ölkədə gedən proseslərə kömək edir. Əvvəllər hər seçki bir ildə keçirilirdi və hər seçkinin müddəti dörd ay idi. Belə çıxırdı ki, üç il dalbadal ölkə ancaq seçki ilə məşğul olurdu.
- Bir daha konkretləşdirək, növbəti parlament seçkiləri 2020-ci ildə keçiriləcək, eləmi?
- Mən onu deyə bilmərəm. Mənim o səlahiyyətim yoxdur. Deyim olacaq, necə deyim? Deyə bilmərəm axı. (Gülür). Sabah referendum keçirilə bilər, qanun dəyişə, seçki elan oluna bilər, bu, başqa məsələdir. Amma indiki sistemlə 2020-də olmalıdır.
- Siyavuş bəy, sizin blogger Mehman Hüseynovla bağlı dedikləriniz müzakirələrə səbəb olub. Hesab olunur ki, siz bloggerin peşə fəaliyyəti ilə əlaqədar həbs olunduğunu etiraf etmisiniz...
- Onlar düzgün olmayan informasiyalardır. Kimliyindən asılı olmayaraq, dünyada ən mühüm hüquq mülkiyyət hüququdur. Bir misal çəkim: Peyğəmbərin əmisi Abbas var idi. Onun Məkkənin yanında torpağı var idi. Yığışıb dedilər ki, sən bu torpağı satmalısan. Razılaşmadı. Qazilər Şurası yığışdı, Abbasın xeyrinə qərar verdi ki, bura onun şəxsi mülkiyyətidir. Abbas ondan sonra ərazini bağışladı. Dedi, mən birinci hüququmu təsdiq etmək istəyirdim. Hər kəsin mülkiyyət hüququ var. Biri halal, digəri haram yolla qazanır. Amma haram yolu ilə qazananı ver məhkəməyə. Biri Rusiyada bizneslə məşğul olub, gəlib özünə ev tikib, sənə kim hüquq verir ki, həmin şəxsin mülkiyyətinə toxunasan? Yaxud deyir mən bloggerəm, jurnalistəm. Bunu hamı deyir. Birini işdən çıxarırlar, səhər deyir mən hüquq müdafiəçisiyəm. Onda mən də elan edirəm: ABŞ prezidentiyəm. Olur belə bir şey? Bu, bir sənədlə müəyyənləşməlidir də. Nə oldu, dünən prokurorluqda işləyirdin, bu gün oldun hüquq müdafiəçisi? Hava dəydi, yağış yağdı, oldun hüquq müdafiəçisi?
- Necə bilirsiniz, Mehman Hüseynovla bağlı prosesləri bu qədər uzatmağa ehtiyac varmı? Bu vəziyyətdə xarici qüvvələrin də əlinə bəhanə düşür.
- Xaricdə oturanlar Dilqəm haqqında bircə yazı yazmır. Hansı ki, ermənilər Azərbaycanın ərazisində ona ömürlük cəza veriblər və nə qədər işgəncələrə məruz qalır. Bir nəfər onunla bağlı yazı yazmır. Amma birdən-birə nə oldu Mehmana? Dilqəm öz torpağına, Kəlbəcərə ata-babasının qəbrini ziyarət etməyə getmişdi. Lakin “Washington Post”da, digərində bir adam onun məsələsini qaldırmır.
- Amma etiraf edək ki, bu kimi faktlar erməni lobbisinin işinə yarayır, ölkəmizə qarşı istifadə edirlər. Bu mənada Mehman azad olunsa, daha yaxşı olmazmı?
- Krılovun “Qurd və Quzu”sunu oxumusuz da. (Gülür). Qurd deyir suyu bulandırırsan, Quzu qayıdır ki, mən aşağıdan içirdim e, yuxarıdan yox. Deyir yox e, sən suyu bulandırdın, qurtardı, getdi. Krılov bunu 18-ci əsrin axırlarında yazıb, qoyub masanın üstünə. İndi Mehman oldu, olmadı, mənası yoxdur. İlişmək üçün istənilən varianta əl atacaqlar.
- Reallıq budur ki, bloggerlərə dünyada həssas münasibət var. Onun həbsdə qalması ümummilli maraqlarımıza cavab vermirsə, bəlkə bu barədə addım atılsa, daha yaxşı olar.
- Vallah onun həbsdə saxlanılması... Guya o, həbsdən çıxıb neyləyəcək? Hüquqi dövlətdir. Mən həmişə demişəm ki, açın, buraxın bunları. İlqar Məmmədovla bağlı yazırdılar. İlqar Məmmədov çıxıb, hə, neyləyir ki? Ancaq elə məsələ var ki, insanları pis tərbiyə edir, insanları qanunu pozmağa, qanunun aliliyini tapdamağa yönəldir. YAP, AXCP, Müsavat, ADP, ya başqa təşkilatların üzvü olsun, fərqi yoxdur, qanunu pozmamalıdır. Düşünməməlidir ki, bu partiyanın üzvüyəmsə, qanun məni qoruyacaq. Xeyr! Qanun hamı üçün birdir, müəllim üçün də, həkim üçün də, jurnalist üçün də, blogger üçün də!
- Onsuz da gec-tez humanizm prinsipləri əsas götürülür və belə məhbuslar azadlığa buraxılır. Bəlkə kimlərsə Azərbaycanın Qərblə əməkdaşlığına xələl gətirmək üçün bu kimi məsələlərdən sui-istifadə etmək istəyir, ola bilərmi?
- Avropa da, Amerika da, başqa dövlətlər də əməkdaşlıq etmək istəsə, onlara Mehman lazım deyil. Mən həmişə açıq siyasət aparmışam və sözümü daim açıq demişəm. O qədər miqrantları bir yerə yığırlar, çörəyi yuxarıdan tullayırlar, hansı ki, almanlar elə konslagerlər yaratmamışdı, bəs onlara niyə söz demirlər? Fransadakı aksiyalarda min nəfər tutulub, nə qədər maşın yandırılıb, bir dövlət onlar haqda bir söz deyir? Yox. Adamları yerə yıxıb döyürlər, güllə ilə vururlar, qaz buraxırlar, üstünə at, it buraxırlar, dəyənəklə döyürlər. Bəs orada insan hüquqları yadlarına düşmür? Amma necə olur birdən-birə bunların yadına Mehman düşür? Deməli, Krılovun yazdığı məsələdir... (gülür). “Yeni Müsavat”
|
|
|
|
|
|
Putin SSRİ-ni bərpa edə biləcəkmi?
|
|
|
|
|
|
|
|
|
• İmperializmin çətiri altına doğru – Qaranlığa qayıdış
Bu gün, 15:00 |
|
|
|
• Fransa və Hindistan Bakıda zəif yerlərindən “vuruldular”
Bu gün, 14:09 |
|
|
|
• BMU tələbələri beynəlxalq olimpiadada II yeri qazanıblar
Bu gün, 14:00 |
|
|
|
• Naxçıvan icra hakimiyyəti 1, 6 milyonluq işıq dirəyi alır
Bu gün, 13:53 |
|
|
|
• Sosial şəbəkələrlə bağlı qanun niyə QƏBUL EDİLMİR?
Bu gün, 13:43 |
|
|
|
• Marketlərdə satılan süd və süd məhsulları XƏRÇƏNG RİSKİ YARADIR?
Bu gün, 13:39 |
|
|
|
• Polşa da Ermənistanı xilas EDƏ BİLMƏYƏCƏK
Bu gün, 13:34 |
|
|
|
• 900-ə yaxın erməni yük maşını Rusiyaya keçə bilmir
Bu gün, 13:27 |
|
|
|
• Deputatlarımız gələn ay İrəvana gedəcəkmi? - 10-dan çox ölkədən nümayəndələr...
Bu gün, 13:18 |
|
|
|
• İrəvanda hazırlıq: Paşinyan “təmizlik işi”nə başladı - “Joqovurd”
Bu gün, 13:11 |
|
|
|
• Ermənistan mütəxəssislərini Suriyadan təcili çıxartdı
Bu gün, 13:08 |
|
|
|
• Məhkəmə həmin direktoru işinə qaytarsa da, Agentlik razılaşmadı
Bu gün, 12:53 |
|
|
|
• "Biz bu dünyaya yenə də gəlsək də bunu etməyəcəyik"
Bu gün, 12:48 |
|
|
|
• “Xatirə İslamın ailəsi mənə hücum etdi” – Qənirə Ataşova
Bu gün, 12:23 |
|
|
|
• Moskvada kritik söhbət: - Eyyubov 10 dəqiqədə Qriqoryana nələr dedi?
Bu gün, 12:22 |
|
|
|
• “Azərbaycan iqlim diplomatiyasında dönüş yarada bildi” - deputat
Bu gün, 12:17 |
|
|
|
• Kirayə adı ilə dövlətdən pul alan kapitan cəzalandırıldı - TƏFƏRRÜAT
Bu gün, 12:09 |
|
|
|
• Arabir yağış yağacağı ehtimalı var - belə deyirlər...
Bu gün, 12:06 |
|
|
|
• Gürcüstandan sonra Azərbaycan da HƏDƏFDƏ - Avropada hazırlanan TƏXRİBAT SSENARİSİ
Bu gün, 11:54 |
|
|
|
• İranda azərbaycanlı sosial media fəalı həbs edildi - FOTO
Bu gün, 11:44 |
|
|
|
• Doğru imiş... gedənin yerinə YAXŞI GƏLMİRMİŞ... - NARAZILIQ VAR...
Bu gün, 11:32 |
|
|
|
• BDU-nun 85 yaşlı əməkdaşını maşın vurdu
Bu gün, 11:21 |
|
|
|
• Ermənistanın “kompromisləri”: taktiki manevr, yoxsa aldatma cəhdi? - İNCƏLƏMƏ
Bu gün, 11:18 |
|
|
|
• Daha 5 rektor təyinatı GÖZLƏNİLİR - ADLAR
Bu gün, 11:16 |
|
|
|
• “Strateji tərəfdaş”ın bağışlanmaz səhvi... - BUNDAN SONRA...
Bu gün, 11:05 |
|
|
|
• Bu şirkət tenderlərdə "zerkalnı" məbləğlər udur - SİYAHI
Bu gün, 11:00 |
|
|
|
• Erməni dilində yazılan sözlər Türkiyədə etiraza səbəb oldu - FOTO
Bu gün, 10:38 |
|
|
|
• Yanımızdan gedib bizə düşmən səngərindən baxırsa... - AKTUAL
Bu gün, 10:36 |
|
|
|
• Zəngəzur məsələsi həllini tapır - Son variant açıqlandı
Bu gün, 10:34 |
|
|
|
• Azərbaycanlı ailəni cərimələyib ölkədən qovurlar - TƏFƏRRÜAT
Bu gün, 10:26 |
|
|
|
• Finlandiyadan Azərbaycanla bağlı qərar: - “Hədəfimiz budur”
Bu gün, 10:24 |
|
|
|
• "Nə qorxu? - Bizim aramızda hörmət var..."
Bu gün, 10:22 |
|
|
|
• Ermənistan hərəkətlərində səmimi deyil - GÖRÜNƏNİ BUDUR
Bu gün, 10:21 |
|
|
|
• `UniBank` müştərilərdən qanunsuz pul tələb edir - GİLEY
Bu gün, 10:14 |
|
|
|
• Vəzifəli şəxs qəfil vəfat etdi - FOTO
Bu gün, 10:01 |
|
|
|
• Ev verildiyi deyilən deputat DANIŞDI: - "Bakıda kirayədə yaşayıram"
Bu gün, 09:59 |
|
|
|
• “Azcosmetics” nədən HƏDƏFƏ ÇEVRİLDİ... - İLGİNC İDDİALAR
Bu gün, 09:56 |
|
|
|
• "Siqaret və içkidən uzağam, amma gecələr..." - Tünzalə Ağayeva
Bu gün, 09:51 |
|
|
|
• Gölləri qurudub bina tikən DEPUTAT... - TƏHLÜKƏ SAÇIR...
Bu gün, 09:50 |
|
|
|
• Fransa görünməmiş əxlaqsızlıq etdi: Bakıdan ƏZİCİ CAVAB! - NƏ BAŞ VERİR?
Bu gün, 09:48 |
|
|
|
• Ermənistan yenidən qurulur: Gələn ay proses başlayır – Detallar açıqlandı
Bu gün, 09:46 |
|
|
|
• İrəvan razılıq vermir, Kremlin əsəbləri ilə oynayır - “Hraparak”
Bu gün, 09:45 |
|
|
|
• İşəgötürən istədiyi vaxt işvaxtı rejimini dəyişə bilərmi? - Ekspert danışır...
Bu gün, 09:43 |
|
|
|
• Konstitusiya Məhkəməsindən mənzillərlə bağlı YENİ QƏRAR
Bu gün, 09:41 |
|
|
|
• Ekspertdən Sahibə Qafarovaya dövlətçilik dərsi... - “Mİllət Vəkillərinə basqı...”
Bu gün, 09:35 |
|
|
|
• Universiteti BAZARA DÖNDƏRƏNLƏR... - və ya rektor üçün ən uyğun VİDA SSENARİSİ...
Bu gün, 09:29 |
|
|
|
• Ölkəyə 43 qəpiyə gətirilir, 6 qat BAHA satılır - ŞOK DETALLAR
Bu gün, 09:21 |
|
|
|
• “BİZİ HƏR İL ALDADIRLAR” - Hərbçilər Müdafiə Nazirliyinin rəhbərliyindən şikayətçidir
Bu gün, 09:19 |
|
|
|
• Gəncədə seçki keçirənlərin 16 illik saxtakarlığı BELƏ İFŞA OLUNDU - İLGİNC FAKT...
Bu gün, 09:08 |
|
|
|
• Xarici ölkənin xüsusi xidmət orqanına casusluq etməkdə təqsirləndirilən əcnəbiyə hökm oxunub - TƏFƏRRÜAT
Bu gün, 09:01 |
|
|
|
|