Əli Kərimlinin gizli görüşləri - Qarabağ Komitəsinə qarşı böyük qəsd hazırlanır
Tarix: 7-12-2018, 09:08 | Çap et
Müxalifət düşərgəsində gəlişmə var. Uzun illərdi qarşılıqlı ittiham, intriqa, söyüş-qarğış yuvasına çevrilmiş müxalifət cinahında birlik təklifləri səsləndirilir. Özü bu təklifin müəllifi nə qədər qəribə olsa da Əli Kərimlidir.
Ə. Kərimli siyasətdə boy göstərdiyi və mövqe tutduğu gündən bütün birliklərə qarşı olub. O, hər zaman müxalifətin birləşməsinə qarşı çıxıb - gizli və ya aşkar. Ortada tarixi faktlar var. 1995-ci ilin payızında Müsavatla AXCP-nin seçkiyə vahid siyahı ilə gedə bilməməsindən, 1998-in payızında Əbülfəz Elçibəylə İsa Qəmbərin vahid namizəd məsələsində anlaşa bilməməsinə, 2000-ci ilin parlament seçkilərində yenə də vahid namizəd siyahısının razılaşdırılmamasından, 2003-cü ildə İsa Qəmbərin yox, Elçibəy iqtidarının hərbi qiyamla devrilməsində yaxından iştirak etmiş partiya sədrinin namizədliyini dəstəkləməsinə qədər bütün müxalifətdaxili dağıdıcılıq proseslərində Ə.Kərimlinin əli və rolu danılmazdı.
2013-cü ildə də Əli Kərimlinin üzdə birlik, əslində isə fürsətçilik fəaliyyəti müxalifət düşərgəsini seçkidən əvvəl məğlub duruma saldı.
Adamın xisləti elədir ki, normal proses aparmağa imkan vermir. “Ən böyük lider özüməm”, hikkəsi, “İnqilab edib, prezident olacam” xəyalları təkcə Əli Kərimlini deyil, müxalif düşərgəni illərdir iflic duruma salıb.
Bəs nə baş verdi ki, hər kəsə qucaq açdı, birlik nəğməsi oxudu?
Əli Kərimlini tanıyanlara gün kimi aydındır ki, onun son birlik çağırışının arxasında öz maraqları var. Hiylədən, fitnədən xali deyil onun son səslənişləri. O, zəiflədiyinin, gücdən düşdüyünün fərqindədir. Batır. İtirə-itirə gedir. İllərdir ənənəvi müxalifət partiyalarından uzaqlaşıb, ətrafına dini müxalifəti toplamağa çalışdı. Hətta Azərbaycana düşmən mövqedə olan və bu səbəbdən ölkədən qovulan, Vətənə gəlməyə haqqı və üzü olmayan, Avropaya, Rusiyaya, başqa ölkələrə sığınan separatçılara belə çevrəsində yer verdi. Hər hesablamasında olduğu kimi, bunda da yanıldı. İran agenturasını, Rusiyadan dəstək alıb, separatçılıq fəaliyyəti göstərənləri başına yığan adama Qərb heç vaxt sahib çıxmaz. Necə ki çıxmadı. Yeri gəlmişkən, bu mövzuda avqustun sonlarında məqaləmiz olmuşdu. Məqamı düşdüyü üçün həmin yazının linkini oxucuya təqdim edirik http://musavat.com/news/qerb-eli-kerimlini-niye-bitirdi-sensasion-iddialar-ve-bilgiler_551423.html
Ona görə də o, üzünü yenidən ənənəvi müxalifətə tutub. Bu düşərgənin nə qədər heydən düşsə də, təşkilatlanmaq bacarığına, siyasi təcrübəsinə bələddi. Artıq Əli Kərimli ideyasını gerçəkləşdirmək üçün fəaliyyətə keçib. İlk öncə İsgəndər Həmidovla təmasa keçib. Əldə etdiyimiz məlumata görə, sabiq daxili işlər naziri ilə görüşüb, bütün umu-küsüləri kənara qoymağı təklif edib. Məlumatda iddia olunur ki, İ.Həmidov ilkin razılıq verib.
İsgəndər bəy təcrübəli siyasətçi olmaqla yanaşı, Ə.Kərimlini də yaxşı tanıyır. Yəqin o da bilir ki, AXCP sədrinin ona “gəlin, birləşək, hakimiyyətə qarşı birgə mübarizə aparaq” xitabının arxasında millət və dövlət mənafeyi yox, şəxsi maraqlar dayanır. İ.Həmidovun ona nə cavab verdiyi haqda dəqiq bilgimiz yoxdur. Yeri gəlmişkən, Ə.Kərimli İ.Həmidovu xəstəxanada olanda da ziyarət edib. Görünür, bununla da “baxın, mən bütün küsülülükləri unutmuşam” mesajı verməyə çalışıb. Həm də ilk görüşü, ictimaiyyətdən gizlətdiyi təması bir növ leqallaşdırmış olub.
Əli Kərimlinin görüşdüyü digər siyasətçinin Müsavat Partiyasının başqanı Arif Hacılı olduğu deyilir. Mənbəmizin məlumatına görə, hər iki partiya sədri təkbətək görüşüblər. Və bu görüş də ictimaiyyətdən gizli saxlanır. Onların da arasında ilkin razılığın olmasına dair bilgimiz yoxdur. Amma Arif Hacılı ilk görüşdəcə “biz sənin birlik çağırışına qarşıyıq” deyəcək qədər də təcrübəsiz siyasətçi sayılmaz...
Çox güman ki, Ə.Kərimlinin növbəti təmas quracağı şəxslər Pənah Hüseyn, Əvəz Zeynallı, Akif Nağı və s. olacaq. Bu adamlar Qarabağ Komitəsinin aparıcı simalarıdır. Yeri gəlmişkən, məlumatlara görə, Qarabağ Komitəsinin uğurlu fəaliyyəti Əli Kərimlini ciddi narahat edir. Hər nə qədər bu platformanı görməzdən gəlmək istəsə də, keçirdiyi mitinqə dəstək verməsə də Komitənin bu cür populyarlıq və getdikcə kütləvilik qazanması AXCP sədrinin yuxusuna haram qatıb. Axı o, ictimai-siyasi mühitdə qurulan bütün təşkilatlara qarşıdır. Səbəbi sadədi: adam hər şeyin onun liderliyi altında baş verməsini istəyir. Tibb elmi bu cür adamlara dəqiq diaqnoz qoyub, xəstəliklərini də açıqca göstərib...
Müxalifət düşərgəsindəki dostlar həyəcanla bizə bildirir ki, Ə.Kərimli Qarabağ Komitəsini dağıda bilmədiyi üçün onu ələ almağa cəhd edəcək. Komitədəki dostlarımız da yəqin fərqindədirlər ki, Ə.Kərimli o təşkilatda söz sahibi olsa, nələr baş verər.
Artıq Qənimət Zahidin və digər Kərimli tərəfdarlarının facebook üzərindən yayımladıqları canlı verilişlərinə əski hərəkatçılar çıxarılır, yeni təşkilatlanmanın zəruriliyindən danışılır. Məsələn, Qənimət Zahidin son verilişlərindən birində qonaq Nemət Pənahlı olub. Heç vaxt bu cür ürəyigenişlik göstərməyən Əli Kərimli nədən qəfil “hər şeyi unudaq, birləşək” deyir? Ayağını ənənəvi müxalifətin xarabalıqları üstündəki üç-beş daşın üstünə qoyub, dirçəlmək cəhdi baş tutacaqmı? Müxalifətin köhnə və yaşlı qurdları ona bu fürsəti verəcəkmi?
Əli Kərimlinin birlik çağırışlarının arxasındakı hiylə, üç aşağı, beş yuxarı, hər kəsə bəllidir. Aldığımız məlumata görə, o, gələn ilin ilk rübünə kimi köhnə müxalifətin hesabına hərəkat yaradıb, onun başına keçməyi planlaşdırır. Üstəlik, Əli Kərimlinin şirnikləndirən bir məqam daha var: gələn ilin ortalarında Milli Məclisə seçkilərin keçiriləcəyi haqda qulağına bəzi şayiələr çatıb. Görünür o, həm də bu prosesə hazırlaşır. Maraqlıdı, onun siyasi tələsinə düşən tapılacaqmı?
Əslində Azərbaycanda siyasi müxalifətin güclənməsində, fəallaşmasında normal düşünən hər kəs maraqlı olmalıdı. Çünki siyasi müxalifətin zəiflədilməsi kənar paytaxtlardan maliyyələşən və idarə olunan digər müxalifətin - əsas da dini müxalifətin güclənməsinə, iddia göstərməsinə səbəb olub. Bunun isə hər birimizə, o cümlədən ölkəmizə necə bir təhlükə yaratdığı bəllidir. Fəqət Əli Kərimli mahiyyətcə dini radikal müxalifətdən heç nəyi ilə fərqlənmir. Əgər müxalifət güclənəcəksə, təşkilatlanacaqsa bu prosesə Əli Kərimlinin və onun adamlarının nəzarət və rəhbərlik etməsi yolverilməzdir. Bu iş daha uyğun bir və ya bir neçə siyasi liderin rəhbərliyi ilə getsə, ölkəmiz də udar, cəmiyyətimiz də, hətta iqtidarımız da.
Bu iş daha uyğun bir və ya bir neçə siyasi liderin rəhbərliyi ilə getsə, ölkəmiz də udar, cəmiyyətimiz də, dövlətimiz də. “Yeni Müsavat”
|
|
|
|
|
|
Putin SSRİ-ni bərpa edə biləcəkmi?
|
|
|
|
|
|
|
|
|
• İmperializmin çətiri altına doğru – Qaranlığa qayıdış
Bu gün, 15:00 |
|
|
|
• Fransa və Hindistan Bakıda zəif yerlərindən “vuruldular”
Bu gün, 14:09 |
|
|
|
• BMU tələbələri beynəlxalq olimpiadada II yeri qazanıblar
Bu gün, 14:00 |
|
|
|
• Naxçıvan icra hakimiyyəti 1, 6 milyonluq işıq dirəyi alır
Bu gün, 13:53 |
|
|
|
• Sosial şəbəkələrlə bağlı qanun niyə QƏBUL EDİLMİR?
Bu gün, 13:43 |
|
|
|
• Marketlərdə satılan süd və süd məhsulları XƏRÇƏNG RİSKİ YARADIR?
Bu gün, 13:39 |
|
|
|
• Polşa da Ermənistanı xilas EDƏ BİLMƏYƏCƏK
Bu gün, 13:34 |
|
|
|
• 900-ə yaxın erməni yük maşını Rusiyaya keçə bilmir
Bu gün, 13:27 |
|
|
|
• Deputatlarımız gələn ay İrəvana gedəcəkmi? - 10-dan çox ölkədən nümayəndələr...
Bu gün, 13:18 |
|
|
|
• İrəvanda hazırlıq: Paşinyan “təmizlik işi”nə başladı - “Joqovurd”
Bu gün, 13:11 |
|
|
|
• Ermənistan mütəxəssislərini Suriyadan təcili çıxartdı
Bu gün, 13:08 |
|
|
|
• Məhkəmə həmin direktoru işinə qaytarsa da, Agentlik razılaşmadı
Bu gün, 12:53 |
|
|
|
• "Biz bu dünyaya yenə də gəlsək də bunu etməyəcəyik"
Bu gün, 12:48 |
|
|
|
• “Xatirə İslamın ailəsi mənə hücum etdi” – Qənirə Ataşova
Bu gün, 12:23 |
|
|
|
• Moskvada kritik söhbət: - Eyyubov 10 dəqiqədə Qriqoryana nələr dedi?
Bu gün, 12:22 |
|
|
|
• “Azərbaycan iqlim diplomatiyasında dönüş yarada bildi” - deputat
Bu gün, 12:17 |
|
|
|
• Kirayə adı ilə dövlətdən pul alan kapitan cəzalandırıldı - TƏFƏRRÜAT
Bu gün, 12:09 |
|
|
|
• Arabir yağış yağacağı ehtimalı var - belə deyirlər...
Bu gün, 12:06 |
|
|
|
• Gürcüstandan sonra Azərbaycan da HƏDƏFDƏ - Avropada hazırlanan TƏXRİBAT SSENARİSİ
Bu gün, 11:54 |
|
|
|
• İranda azərbaycanlı sosial media fəalı həbs edildi - FOTO
Bu gün, 11:44 |
|
|
|
• Doğru imiş... gedənin yerinə YAXŞI GƏLMİRMİŞ... - NARAZILIQ VAR...
Bu gün, 11:32 |
|
|
|
• BDU-nun 85 yaşlı əməkdaşını maşın vurdu
Bu gün, 11:21 |
|
|
|
• Ermənistanın “kompromisləri”: taktiki manevr, yoxsa aldatma cəhdi? - İNCƏLƏMƏ
Bu gün, 11:18 |
|
|
|
• Daha 5 rektor təyinatı GÖZLƏNİLİR - ADLAR
Bu gün, 11:16 |
|
|
|
• “Strateji tərəfdaş”ın bağışlanmaz səhvi... - BUNDAN SONRA...
Bu gün, 11:05 |
|
|
|
• Bu şirkət tenderlərdə "zerkalnı" məbləğlər udur - SİYAHI
Bu gün, 11:00 |
|
|
|
• Erməni dilində yazılan sözlər Türkiyədə etiraza səbəb oldu - FOTO
Bu gün, 10:38 |
|
|
|
• Yanımızdan gedib bizə düşmən səngərindən baxırsa... - AKTUAL
Bu gün, 10:36 |
|
|
|
• Zəngəzur məsələsi həllini tapır - Son variant açıqlandı
Bu gün, 10:34 |
|
|
|
• Azərbaycanlı ailəni cərimələyib ölkədən qovurlar - TƏFƏRRÜAT
Bu gün, 10:26 |
|
|
|
• Finlandiyadan Azərbaycanla bağlı qərar: - “Hədəfimiz budur”
Bu gün, 10:24 |
|
|
|
• "Nə qorxu? - Bizim aramızda hörmət var..."
Bu gün, 10:22 |
|
|
|
• Ermənistan hərəkətlərində səmimi deyil - GÖRÜNƏNİ BUDUR
Bu gün, 10:21 |
|
|
|
• `UniBank` müştərilərdən qanunsuz pul tələb edir - GİLEY
Bu gün, 10:14 |
|
|
|
• Vəzifəli şəxs qəfil vəfat etdi - FOTO
Bu gün, 10:01 |
|
|
|
• Ev verildiyi deyilən deputat DANIŞDI: - "Bakıda kirayədə yaşayıram"
Bu gün, 09:59 |
|
|
|
• “Azcosmetics” nədən HƏDƏFƏ ÇEVRİLDİ... - İLGİNC İDDİALAR
Bu gün, 09:56 |
|
|
|
• "Siqaret və içkidən uzağam, amma gecələr..." - Tünzalə Ağayeva
Bu gün, 09:51 |
|
|
|
• Gölləri qurudub bina tikən DEPUTAT... - TƏHLÜKƏ SAÇIR...
Bu gün, 09:50 |
|
|
|
• Fransa görünməmiş əxlaqsızlıq etdi: Bakıdan ƏZİCİ CAVAB! - NƏ BAŞ VERİR?
Bu gün, 09:48 |
|
|
|
• Ermənistan yenidən qurulur: Gələn ay proses başlayır – Detallar açıqlandı
Bu gün, 09:46 |
|
|
|
• İrəvan razılıq vermir, Kremlin əsəbləri ilə oynayır - “Hraparak”
Bu gün, 09:45 |
|
|
|
• İşəgötürən istədiyi vaxt işvaxtı rejimini dəyişə bilərmi? - Ekspert danışır...
Bu gün, 09:43 |
|
|
|
• Konstitusiya Məhkəməsindən mənzillərlə bağlı YENİ QƏRAR
Bu gün, 09:41 |
|
|
|
• Ekspertdən Sahibə Qafarovaya dövlətçilik dərsi... - “Mİllət Vəkillərinə basqı...”
Bu gün, 09:35 |
|
|
|
• Universiteti BAZARA DÖNDƏRƏNLƏR... - və ya rektor üçün ən uyğun VİDA SSENARİSİ...
Bu gün, 09:29 |
|
|
|
• Ölkəyə 43 qəpiyə gətirilir, 6 qat BAHA satılır - ŞOK DETALLAR
Bu gün, 09:21 |
|
|
|
• “BİZİ HƏR İL ALDADIRLAR” - Hərbçilər Müdafiə Nazirliyinin rəhbərliyindən şikayətçidir
Bu gün, 09:19 |
|
|
|
• Gəncədə seçki keçirənlərin 16 illik saxtakarlığı BELƏ İFŞA OLUNDU - İLGİNC FAKT...
Bu gün, 09:08 |
|
|
|
• Xarici ölkənin xüsusi xidmət orqanına casusluq etməkdə təqsirləndirilən əcnəbiyə hökm oxunub - TƏFƏRRÜAT
Bu gün, 09:01 |
|
|
|
|