İmperializmin çətiri altına doğru .....                     Fransa və Hindistan Bakıda zəif yerlərindən “vuruldular” .....                     BMU tələbələri beynəlxalq olimpiadada II yeri qazanıblar .....                     Naxçıvan icra hakimiyyəti 1, 6 milyonluq işıq dirəyi alır .....                     Sosial şəbəkələrlə bağlı qanun .....                     Marketlərdə satılan süd və süd məhsulları .....                     Polşa da Ermənistanı xilas .....                     900-ə yaxın erməni yük maşını Rusiyaya keçə bilmir .....                     Deputatlarımız gələn ay İrəvana gedəcəkmi? .....                     İrəvanda hazırlıq: Paşinyan “təmizlik işi”nə başladı .....                     Ermənistan mütəxəssislərini .....                     Məhkəmə həmin direktoru işinə qaytarsa da, .....                     "Biz bu dünyaya yenə də gəlsək də bunu etməyəcəyik" .....                     “Xatirə İslamın ailəsi mənə hücum etdi” .....                     Moskvada kritik söhbət: .....                     “Azərbaycan iqlim diplomatiyasında dönüş yarada bildi” .....                     Kirayə adı ilə dövlətdən pul alan kapitan cəzalandırıldı .....                     Arabir yağış yağacağı ehtimalı var .....                     Gürcüstandan sonra Azərbaycan da HƏDƏFDƏ .....                     İranda azərbaycanlı sosial media fəalı həbs edildi .....                     Doğru imiş... gedənin yerinə YAXŞI GƏLMİRMİŞ... .....                     BDU-nun 85 yaşlı əməkdaşını maşın vurdu .....                     Ermənistanın “kompromisləri”: taktiki manevr, yoxsa aldatma cəhdi? .....                     Daha 5 rektor təyinatı GÖZLƏNİLİR .....                     “Strateji tərəfdaş”ın bağışlanmaz səhvi... .....                     Bu şirkət tenderlərdə "zerkalnı" məbləğlər udur .....                     Erməni dilində yazılan sözlər Türkiyədə etiraza səbəb oldu .....                     Yanımızdan gedib bizə düşmən səngərindən baxırsa... .....                     Zəngəzur məsələsi həllini tapır .....                     Azərbaycanlı ailəni cərimələyib ölkədən qovurlar .....                     Finlandiyadan Azərbaycanla bağlı qərar: .....                     "Nə qorxu? .....                     Ermənistan hərəkətlərində səmimi deyil .....                     `UniBank` müştərilərdən qanunsuz pul tələb edir .....                     Vəzifəli şəxs qəfil vəfat etdi .....                     Ev verildiyi deyilən deputat DANIŞDI: .....                     “Azcosmetics” nədən HƏDƏFƏ ÇEVRİLDİ... .....                     "Siqaret və içkidən uzağam, amma gecələr..." .....                     Gölləri qurudub bina tikən DEPUTAT... .....                     Fransa görünməmiş əxlaqsızlıq etdi: Bakıdan ƏZİCİ CAVAB! .....                 

“Sosial media artıq 3-cü hakimiyyətliyə iddialıdır” - deputat
Tarix: 3-12-2018, 08:45 | Çap et
“Sosial media artıq 3-cü hakimiyyətliyə iddialıdır”
Azərbaycanda sosial medianın əhəmiyyəti getdikcə artır. Son vaxtlar xeyli sayda insan bu mediada fəaliyyətini genişləndirərək, çoxlu sayda izləyici cəlb etməyə nail olub. Maraqlıdır ki, belələrinin əksəriyyəti müxalif yönlü, xüsusilə də xarici ölkələrə mühacirət etmiş şəxslərdir. Onlar sosial medianın imkanlarından yararlanaraq hakimiyyət əleyhinə fikirlərini, mövqelərini paylaşır, müxtəlif verilişlər hazırlayırlar. İqtidarın isə hələ ki, bu meydanda mövqeyi xeyli zəif görünür.

Sosial mediada ilk tənqidi çıxışlar başlanan zaman iqtidar mənsublarının qızğın müzakirələrinə səbəb oldu. Hətta bir çoxları Azərbaycanda sosial şəbəkələrin bağlanmasını təklif etdilər. Bu təkliflər reallaşmadı, əvəzində bəzi iqtidar təmsilçiləri sosial mediada tənqidi fikirlər paylaşan şəxslərə qarşı müxtəlif qruplar yaratdılar, onlara kəskin cavablar verdilər. Bəzən isə bu profillər anonim olurdu. Lakin bu yolla mübarizə də gözlənilən effekti vermədi. İqtidar yenə də tənqidçi sosial mediaya uduzmuş kimi görünür.

Niyə Azərbaycan hakimiyyəti müxalifyönlü sosial media ilə mübarizədə daha effektiv, öz mövqeyini gücləndirən tədbirlər həyata keçirmir? Bu geniş meydanın boş buraxılması nədən qaynaqlanır?

Sualları cavablandıran Milli Məclisin üzvü Zahid Oruc bildirir ki, sosial medianın informasiya məkanında özünə geniş meydan qazandığını etiraf etmək lazımdır: “Bugünkü dövrün idarəetmə sistemi nəinki ötən əsrin ortaları, heç 80-90-cı illəri ilə də müqayisə edilə bilməz. Çünki informasiya, onun istehsalı, yayılması və obrazlı desək, ölümü çox qısa zamanda baş verir. Belə olan halda rəqabət şərtlərini ödəməlisən ki, bu məkanda liderliyini qoruyub saxlayasan. ABŞ prezidenti Avraam Linkolnun ölüm xəbəri ölkə ərazisində 7 günə yayılmışdı. Amma bu gün Donald Tramp tvitlərlə öz fikirlərini nəinki ABŞ-a, bütün dünyaya anındaca çatdıra bilir. Hamı başa düşür ki, bu gün ekrandan, efirdən verilən xəbərin yayılma arealı ilə sosial şəbəkələrdəki sürət eyni deyil. Bu, hər bir idarəçiliyin xarakterini dəyişdirir. İran kimi xeyli mühafizəkar ölkədə ali dini şuranın rəhbərinin də, prezidentin də xüsusi hesabları yaradılıb, adminlər ölkənin siyasəti ilə bağlı mühüm paylaşımları auditoriyaya çatdırırlar. Bu, əksər ölkələrdə belədir. Düşünmək ki, kiçik bir radio dalğaları ilə insanları təsir dairəsində saxlayacaqsan, bu, alınmayacaq. Eləcə də televiziya şəbəkələr qarşısında mövqeyini kəskin şəkildə itirib. Bu mənada, 4-cü hakimiyyət sosial şəbəkələrin xeyrinə dəyişib. Media 4-cü hakimiyyətdirsə, sosial media artıq 3-cü hakimiyyətliyə iddialıdır. Bəzi hallarda qanun quruculuğunun əlamətlərini görürsən, bəzi vaxtlar prokurorluq orqanlarının, məhkəmə orqanlarının, istintaqın funksiyasına iddia edilir. Yəni sərhədlər itib. Və sən bu qaydalarla mütləq hesablaşmalısan. Ona görə də mən parlamentdə təkliflə çıxış etmişdim ki, hər bir dövlət qurumunun sosial şəbəkələrdə hesabı yaradılmalıdır, mövqeyini cəmiyyətə çatdırmalıdır. Bilirsiniz ki, troll məfhumundan çox istifadə edilir, bəzən müxalif yönlü şəxslər də ondan yararlanır. Amma youtube kanalının bir fenomen kimi dünya miqyasında böyük nüfuz qazandığı ikinci bir faktdır. ”Youtube"rlik getdikcə öz məkanını genişləndirir, paylaşımların bəzən milyonlarla baxış sayları mövcuddur. Bu üzdən televiziyalar özləri məcbur olub bu şəbəkələrdə hesablarını yaradırlar ki, meydanı boş qoymasınlar".

Deputat bildirir ki, son vaxtlar yalnız müxalif yönlü insanlar deyil, adi bir narazı vətəndaş bəzən sosial şəbəkələrdə öz mövqeyini tirajlamağa, iqtidar əleyhinə özünə tərəfdar qazanmağa nail ola bilir: “Bu, dünyəvi-psixoloji bir reallıqdır. Niyə? Çünki həmişə hakimiyyətlər bir arxayınçılığa, özgüvənə malik olurlar. Onlar hesab edirlər ki, verilən qərarlar, atılan addımlar, sosial tədbirlər vətəndaş məmnunluğunu yaradır. Və hansısa narazıların aktiv görünməsi bütöv ölkə mənzərəsi deyil, hakimiyyət sosial şəbəkələrdə müəyyənləşmir, iqtidarı biz orada seçmirik. Bu üzdən, müəyyən bir qüvvənin sosial şəbəkəyə axması, orada möhkəmlənməsi, polemikaların orada aparılması sanki hakimiyyətin könüllü şəkildə o meydanda mövqeləri kimlərəsə verməsi kimi təzahür edir. Elə bilin ki, Azadlıq meydanını adamlar real coğrafiyada əldə edə bilmədiklərindən, gerçək xalq kütlələrini, hakimiyyətin mövqeyindən fərqli düşünənləri öz çevrələrində daşımağı bacarmadıqlarından, daxili narazılıqlar səbəbindən birləşə bilmədiklərindən gördüyünüz bu mənzərə meydana çıxıb. Mənim fikrimcə, biz bütün hallarda başa düşməliyik ki, yeni dövrün fenomenini kənarda qoymaq olmaz. Əgər biz informasiyanın nüvə silahından daha böyük gücə malik olduğunu deyiriksə, hansı ki, həqiqətən belədir, o silahla yalnız ölkə daxilində mövqeyini paylaşanların deyil, eləcə də müxtəlif düşmən qüvvələrin təsiri altında olanların çevrəsindən ölkəyə yönələn təsiri qarşısında dayanmalısan. Başqa halda onlar bir gün o virtuallıqdan boy götürüb gerçək həyata çıxacaqlar - bu, müxtəlif ölkələrin təcrübəsində dəfələrlə baş verib. Buna görə də mən hökumətin sosial mediaya 21-ci əsrin boş xülyası, keçici xəstəliyi kimi yanaşmaları korreksiya etməsini istəyirəm”.

Deputatın sözlərinə görə, ölkə rəhbərliyi, hakimiyyətdə təmsil olunan bir çox şəxslər sosial şəbəkələrin rolunu qəbul edirlər: “Bu gün ənənəvi agentlik, xəbər mərkəzi olmaq funksiyası dəyişib, keçib. Hər adam öz smartfonu ilə həm daşıyıcı ola bilir, həm yayıcı və sair”.

Bəzi hakimiyyət nümayəndələrinin təklif etdiyi kimi, sosial şəbəkələrin məhdudlaşdırılması yaranmış vəziyyətdə çıxış yolu ola bilərmi? Z.Oruc hesab edir ki, bu, effektiv yol olmayacaq: “Dünya təcrübəsi göstərir ki, belə mübarizə tamam əks-effekt verir. Cəmiyyət düşüncəsini məhdudlaşdırmaq qeyri-realdır. Əgər sən insanların necə düşünməli olduqlarını da sanksiyalaşdırmaq istəyəcəksənsə, onda həmin mövqe sahibləri, obrazlı desək, yerin altına keçəcək. Baxın, ”Müsəlman qardaşları" necə meydana çıxdı, özünə tərəfdar topladı? Məncə, 21-ci əsr Azərbaycanına bu, qətiyyən lazım deyil. Bloklamaq, sosial medianı qapatmaq təsirli vasitə sayıla bilməz. Sadəcə, bu fenomenin rolunu dərk etmək, onun öz vasitələrindən istifadə etməklə mövqelərini daha geniş areala yaymaq lazımdır. Zatən, hakimiyyət və idarəetmə ictimai rəy liderliyidir, informasiya məkanında öncüllüyü və birinciliyi saxlamaqdır. Əgər sənin ziyanına olan tendensiyaları durdurmursansa, bu, şübhəsiz ki, kütlələrin nəzərində hansısa rəylər doğurur. Və bu, uzunmüddətli qaydada davam edirsə, sistemləşir, qərarlaşır, hərəkətlərə yansıyır, sabah da artıq konkret bir situasiya ilə üz-üzə qalmış olursan. Halbuki bir daha söyləyirəm, bu gün ölkənin Qarabağ davasını aparan kimdir? Cənab prezident İlham Əliyev. Onun qədər müxtəlif xarici təsirlərə, təzyiqlərə və bağlı qapılar arxasındakı mövqelərə dirənişi yenə də Ali Baş Komandan göstərir. Silahlı qüvvələri o təşkil edir, ən müasir texnologiyaları o ölkəyə gətirir. Bölgədə bütün dövlətlər sanksiyalar məruz qaldığı dövrdə Azərbaycanı bu iqtisadi izolyasiyalardan qoruyur və uğurlu bir mövqe seçir. Bütün bunların hamısı sosial mediaya daşınsa və hər gün çoxlu sayda insanın iştirakıyla təqdim edilsə, dediyiniz o insanlar başlarında böyük bir zireh görərlər, müqavimət gücünü hiss edərlər. İndi onlar hesab edirlər ki, böyük bir qüvvədirlər".
“Yeni Müsavat”









 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?
Yox
Bu yolda Rusiyanın ağzı ovulacaq

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
İmperializmin çətiri altına doğru – Qaranlığa qayıdış
Bu gün, 15:00
Fransa və Hindistan Bakıda zəif yerlərindən “vuruldular”
Bu gün, 14:09
BMU tələbələri beynəlxalq olimpiadada II yeri qazanıblar
Bu gün, 14:00
Naxçıvan icra hakimiyyəti 1, 6 milyonluq işıq dirəyi alır
Bu gün, 13:53
Sosial şəbəkələrlə bağlı qanun niyə QƏBUL EDİLMİR?
Bu gün, 13:43
Marketlərdə satılan süd və süd məhsulları XƏRÇƏNG RİSKİ YARADIR?
Bu gün, 13:39
Polşa da Ermənistanı xilas EDƏ BİLMƏYƏCƏK
Bu gün, 13:34
900-ə yaxın erməni yük maşını Rusiyaya keçə bilmir
Bu gün, 13:27
Deputatlarımız gələn ay İrəvana gedəcəkmi? - 10-dan çox ölkədən nümayəndələr...
Bu gün, 13:18
İrəvanda hazırlıq: Paşinyan “təmizlik işi”nə başladı - “Joqovurd”
Bu gün, 13:11
Ermənistan mütəxəssislərini Suriyadan təcili çıxartdı
Bu gün, 13:08
Məhkəmə həmin direktoru işinə qaytarsa da, Agentlik razılaşmadı
Bu gün, 12:53
"Biz bu dünyaya yenə də gəlsək də bunu etməyəcəyik"
Bu gün, 12:48
“Xatirə İslamın ailəsi mənə hücum etdi” – Qənirə Ataşova
Bu gün, 12:23
Moskvada kritik söhbət: - Eyyubov 10 dəqiqədə Qriqoryana nələr dedi?
Bu gün, 12:22
“Azərbaycan iqlim diplomatiyasında dönüş yarada bildi” - deputat
Bu gün, 12:17
Kirayə adı ilə dövlətdən pul alan kapitan cəzalandırıldı - TƏFƏRRÜAT
Bu gün, 12:09
Arabir yağış yağacağı ehtimalı var - belə deyirlər...
Bu gün, 12:06
Gürcüstandan sonra Azərbaycan da HƏDƏFDƏ - Avropada hazırlanan TƏXRİBAT SSENARİSİ
Bu gün, 11:54
İranda azərbaycanlı sosial media fəalı həbs edildi - FOTO
Bu gün, 11:44
Doğru imiş... gedənin yerinə YAXŞI GƏLMİRMİŞ... - NARAZILIQ VAR...
Bu gün, 11:32
BDU-nun 85 yaşlı əməkdaşını maşın vurdu
Bu gün, 11:21
Ermənistanın “kompromisləri”: taktiki manevr, yoxsa aldatma cəhdi? - İNCƏLƏMƏ
Bu gün, 11:18
Daha 5 rektor təyinatı GÖZLƏNİLİR - ADLAR
Bu gün, 11:16
“Strateji tərəfdaş”ın bağışlanmaz səhvi... - BUNDAN SONRA...
Bu gün, 11:05
Bu şirkət tenderlərdə "zerkalnı" məbləğlər udur - SİYAHI
Bu gün, 11:00
Erməni dilində yazılan sözlər Türkiyədə etiraza səbəb oldu - FOTO
Bu gün, 10:38
Yanımızdan gedib bizə düşmən səngərindən baxırsa... - AKTUAL
Bu gün, 10:36
Zəngəzur məsələsi həllini tapır - Son variant açıqlandı
Bu gün, 10:34
Azərbaycanlı ailəni cərimələyib ölkədən qovurlar - TƏFƏRRÜAT
Bu gün, 10:26
Finlandiyadan Azərbaycanla bağlı qərar: - “Hədəfimiz budur”
Bu gün, 10:24
"Nə qorxu? - Bizim aramızda hörmət var..."
Bu gün, 10:22
Ermənistan hərəkətlərində səmimi deyil - GÖRÜNƏNİ BUDUR
Bu gün, 10:21
`UniBank` müştərilərdən qanunsuz pul tələb edir - GİLEY
Bu gün, 10:14
Vəzifəli şəxs qəfil vəfat etdi - FOTO
Bu gün, 10:01
Ev verildiyi deyilən deputat DANIŞDI: - "Bakıda kirayədə yaşayıram"
Bu gün, 09:59
“Azcosmetics” nədən HƏDƏFƏ ÇEVRİLDİ... - İLGİNC İDDİALAR
Bu gün, 09:56
"Siqaret və içkidən uzağam, amma gecələr..." - Tünzalə Ağayeva
Bu gün, 09:51
Gölləri qurudub bina tikən DEPUTAT... - TƏHLÜKƏ SAÇIR...
Bu gün, 09:50
Fransa görünməmiş əxlaqsızlıq etdi: Bakıdan ƏZİCİ CAVAB! - NƏ BAŞ VERİR?
Bu gün, 09:48
Ermənistan yenidən qurulur: Gələn ay proses başlayır – Detallar açıqlandı
Bu gün, 09:46
İrəvan razılıq vermir, Kremlin əsəbləri ilə oynayır - “Hraparak”
Bu gün, 09:45
İşəgötürən istədiyi vaxt işvaxtı rejimini dəyişə bilərmi? - Ekspert danışır...
Bu gün, 09:43
Konstitusiya Məhkəməsindən mənzillərlə bağlı YENİ QƏRAR
Bu gün, 09:41
Ekspertdən Sahibə Qafarovaya dövlətçilik dərsi... - “Mİllət Vəkillərinə basqı...”
Bu gün, 09:35
Universiteti BAZARA DÖNDƏRƏNLƏR... - və ya rektor üçün ən uyğun VİDA SSENARİSİ...
Bu gün, 09:29
Ölkəyə 43 qəpiyə gətirilir, 6 qat BAHA satılır - ŞOK DETALLAR
Bu gün, 09:21
“BİZİ HƏR İL ALDADIRLAR” - Hərbçilər Müdafiə Nazirliyinin rəhbərliyindən şikayətçidir
Bu gün, 09:19
Gəncədə seçki keçirənlərin 16 illik saxtakarlığı BELƏ İFŞA OLUNDU - İLGİNC FAKT...
Bu gün, 09:08
Xarici ölkənin xüsusi xidmət orqanına casusluq etməkdə təqsirləndirilən əcnəbiyə hökm oxunub - TƏFƏRRÜAT
Bu gün, 09:01
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : [email protected]
Designed by Daraaz.net
�������@Mail.ru