“Sosial şəbəkələrdə söyüş söyən adamların ağlı 2-3 yaşındakından o yana getməyib”
Tarix: 1-12-2018, 10:44 | Çap et
Sosial şəbəkələrdə tez-tez çıxışına, müsahibəsinə görə hansısa deputatın, məmurun söyüldüyünün şahidi oluruq. Doğrudur, Milli Məclisdə bəzi deputatlar ildə cəmisi bir neçə dəfə müsahibə verib, hansısa məsələyə münasibət bildirirlər. Hər dəfə də ehtiyatsız ifadə işlədib, bu ifadələri ilə gündəm olurlar. Lakin məsələ burasındadır ki, həmin şəxslərə qarşı ictimai rəy çox dözümsüzdür. Həmin deputatların özləri bir yana, yaxınlarını da təhqir edib, söyürlər. Ümumiyyətlə, sosial şəbəkədə bir qrup insanlar var ki, onlar demək olar ki, heç nə ilə razılaşmırlar, söyüşlə davranırlar. Maraqlısı budur ki, ehtiyatsız ifadə işlədən, hər hansı bir qıcıq doğuran fikir səsləndirən müxalifət nümayəndələrinə qarşı həmin qrup liberal davranır. Deputatlara, məmurlara qarşı yazdıqları təhqir dolu fikirləri işlətmirlər.
Bəs bunun səbəbi nədir?
“Yeni Müsavat”a danışan politoloq Mübariz Əhmədoğlu hesab edir ki, bunun səbəbi əsasən bir neçə sosial səbəbdən qaynaqlanır:
“Xalqımızın bir xüsusiyyəti var ki, uşağa ata və ana sözlərindən sonra hansısa söyüşü, təhdidi öyrədirik. Əmimiz, dayımız guya bizi güclü böyütmək xətrinə söyüş öyrədir, deyir ki, filankəsi qorxut. İndi də sosial şəbəkələrdə bu cür söyüşlər söyən adamlar, hələ də 2-3 yaşlarında qalıblar. Ağılları o yaşdan irəli gedə bilmir. Ona görə də ortaya söyüşdən başqa bir şey qoymurlar. Təbii ki, uşaqlara söyüş öyrədən əmilər, dayılar, heç zaman özlərini söydürmürdülər. İndi bizim sosial şəbəkədəki bəzi şəxslər də söyüşlə bağlı "müəllimlərinə" heç nə demirlər. Görünür, həmin “müəllimlər” də müxalifətdə oturublar. Ona görə də müxalifətdə bu adamlar nə desələr də, söyülmürlər. Çox təəssüf ki, bu, həqiqətdir və bizim ictimai-siyasi mühitimiz üçün faciəvi haldır. Əvvəla, nəzərə almalıyıq ki, biz xalqın qarşısındayıq. Adamlar dərk etməlidirlər ki, sosial şəbəkədə nə isə yazırlarsa, artıq bu, ictimailəşmiş fikrə çevrilir. Ancaq buna fikir vermirlər. Kim qələmdən uzaqdırsa, birdən-birə qələmə, yazıya yaxınlaşan zaman özünü əjdaha hesab edir. İkincisi də bu adamlar dərk etmirlər ki, onların sosial şəbəkələrdə yazdıqlarını xaricilər də görə bilirlər. Bu yazılarla bizim ümumi səviyyəmizi ölçən, monitorinq aparan xarici qruplar var. Kimsə sosial şəbəkədə söyüş yolunu tutubsa, hardasa xalqımıza qarşı neqativ halın şahidi olan zaman, bu halın yaranmasında öz rolunu da görməlidir. Çünki xalqa qarşı ümumi fikir elə sosial şəbəkələr, ictimai rəylər əsasında formalaşır. Üçüncüsü də tarix var. Yəni sosial şəbəkələrdə, mətbuat yazılanlar tarixdir. Bizdən sonra gələn nəsillər sosial şəbəkələrdə yazılanları oxuyacaqlar. Bəlkə də bu gün sosial şəbəkələrdə söyüş yazanların övladları savadlı, ziyalı biri olacaq. O zaman isə kimsə istər istəməz bu adamlara da müxalif olacaqlar. Bax həmin vaxt o uşağın atasının vaxtilə yazdıqlarını çıxarıb, qoyacaqlar qarşısına. Deyəcəklər ki, səni bu beyin tərbiyə edib, uzağa gedə bilmərsən. Ona görə də söyüşcül adamlar tarixi də nəzərə almalıdır".
Politoloq hesab edir ki, sosial şəbəkədə söyüş söyənlər, digər ölkələrin məmurlarından tam məlumatlı deyil: “Onların hansı ölkələrin məmurlarından xəbərləri var ki, deyirlər Azərbaycan məmurları pisdir. Mən məmurlarımızı tərifləmirəm. Lakin hər bir şey müqayisə ilədir axı. Daha öncə də açıqlamamda demişəm ki, Azərbaycanda məmur yorğunluğu var. Məmurlarımızın əksəri vicdanlı, əziyyət çəkən adamlardır. Lakin istər-istəməz onlarda da bir yorğunluq hiss edilir. Hansısa yerdəyişmə olarsa, çox fayda verər. Lakin durub demək ki, Azərbaycan məmuru dünyanın ən geridə qalmış məmurudur, bu, doğru olmaz. Serverlər Amerikada qurulub, Bakıda kimsə oturur, yazır. Başa düşmürlər ki, qloballaşma gedirsə, dünya ölkələrində baş verənlərə də baxmaq lazımdır. Diqqət etməlidirlər ki, Azərbaycandan kənarda hansı proseslər gedir. Söhbət təbii ki, Ermənistandan getmir. Orada biabırçılıq hökm sürür. Məsələn, Rusiya, İrana baxmaq olar. Avropa da görürük ki, məmurlar nə vəziyyətdən çıxır. Ona görə də qloballaşmanın bəhrəsi olan sosial şəbəkələrdən istifadə edirlərsə, özlərinin də beyinlərini qloballaşdırsınlar. Sosial şəbəkəni tədqiq edən kimlərsə Azərbaycan xalqı barəsində minus axtarırsa, bunu tapacaqlar. Eyni zamanda Azərbaycan cəmiyyətinin müsbət potensialı da var. Məmurlarımızın, gənclərimizin müsbət yöndə inkişaf edənləri çoxdur. Sosial şəbəkədə bəzi şəxslərin fəaliyyəti zaman keçdikcə özlərinin və "əmi", “dayı”larının ziddinə olacaq".
Psixoloq Azad İsazadə “Yeni Müsavat”a söyləyib ki, son illər dünyada da aqressiya çoxalıb: “Sosial şəbəkələrdə görürük ki, dünyada digər ölkələrdən olan bir şəxsin arqumenti olmayan zaman başlayır söyüş söyməyə. Bu, hardasa insanın aqressiyasının boşalmasıdır. Lakin psixoloji baxımdan yanaşdıqda görürük ki, əslində aqressiya tam olaraq keçmir. Çünki yazılanlara cavab verilir və getdikcə aqressiya şiddətlənir. Ona görə də gülümsəmək lazımdır. Gərginliyi zarafata çevirmək lazımdır ki, aqressiya azalsın. Lakin bir tərəf dayanmır və proses gərginləşə-gərginləşə gedir. Əslində bir tərəfin zarafata keçməsi və mübahisənin dayandığı hallara da rast gəlinir. Sadəcə olaraq biz, daha çox aqressiya ilə yazılanlara diqqət edirik. Çünki bu, hər kəsə təsir edir”.
|
|
|
|
|
|
Putin SSRİ-ni bərpa edə biləcəkmi?
|
|
|
|
|
|
|
|
|
• İmperializmin çətiri altına doğru – Qaranlığa qayıdış
Bu gün, 15:00 |
|
|
|
• Fransa və Hindistan Bakıda zəif yerlərindən “vuruldular”
Bu gün, 14:09 |
|
|
|
• BMU tələbələri beynəlxalq olimpiadada II yeri qazanıblar
Bu gün, 14:00 |
|
|
|
• Naxçıvan icra hakimiyyəti 1, 6 milyonluq işıq dirəyi alır
Bu gün, 13:53 |
|
|
|
• Sosial şəbəkələrlə bağlı qanun niyə QƏBUL EDİLMİR?
Bu gün, 13:43 |
|
|
|
• Marketlərdə satılan süd və süd məhsulları XƏRÇƏNG RİSKİ YARADIR?
Bu gün, 13:39 |
|
|
|
• Polşa da Ermənistanı xilas EDƏ BİLMƏYƏCƏK
Bu gün, 13:34 |
|
|
|
• 900-ə yaxın erməni yük maşını Rusiyaya keçə bilmir
Bu gün, 13:27 |
|
|
|
• Deputatlarımız gələn ay İrəvana gedəcəkmi? - 10-dan çox ölkədən nümayəndələr...
Bu gün, 13:18 |
|
|
|
• İrəvanda hazırlıq: Paşinyan “təmizlik işi”nə başladı - “Joqovurd”
Bu gün, 13:11 |
|
|
|
• Ermənistan mütəxəssislərini Suriyadan təcili çıxartdı
Bu gün, 13:08 |
|
|
|
• Məhkəmə həmin direktoru işinə qaytarsa da, Agentlik razılaşmadı
Bu gün, 12:53 |
|
|
|
• "Biz bu dünyaya yenə də gəlsək də bunu etməyəcəyik"
Bu gün, 12:48 |
|
|
|
• “Xatirə İslamın ailəsi mənə hücum etdi” – Qənirə Ataşova
Bu gün, 12:23 |
|
|
|
• Moskvada kritik söhbət: - Eyyubov 10 dəqiqədə Qriqoryana nələr dedi?
Bu gün, 12:22 |
|
|
|
• “Azərbaycan iqlim diplomatiyasında dönüş yarada bildi” - deputat
Bu gün, 12:17 |
|
|
|
• Kirayə adı ilə dövlətdən pul alan kapitan cəzalandırıldı - TƏFƏRRÜAT
Bu gün, 12:09 |
|
|
|
• Arabir yağış yağacağı ehtimalı var - belə deyirlər...
Bu gün, 12:06 |
|
|
|
• Gürcüstandan sonra Azərbaycan da HƏDƏFDƏ - Avropada hazırlanan TƏXRİBAT SSENARİSİ
Bu gün, 11:54 |
|
|
|
• İranda azərbaycanlı sosial media fəalı həbs edildi - FOTO
Bu gün, 11:44 |
|
|
|
• Doğru imiş... gedənin yerinə YAXŞI GƏLMİRMİŞ... - NARAZILIQ VAR...
Bu gün, 11:32 |
|
|
|
• BDU-nun 85 yaşlı əməkdaşını maşın vurdu
Bu gün, 11:21 |
|
|
|
• Ermənistanın “kompromisləri”: taktiki manevr, yoxsa aldatma cəhdi? - İNCƏLƏMƏ
Bu gün, 11:18 |
|
|
|
• Daha 5 rektor təyinatı GÖZLƏNİLİR - ADLAR
Bu gün, 11:16 |
|
|
|
• “Strateji tərəfdaş”ın bağışlanmaz səhvi... - BUNDAN SONRA...
Bu gün, 11:05 |
|
|
|
• Bu şirkət tenderlərdə "zerkalnı" məbləğlər udur - SİYAHI
Bu gün, 11:00 |
|
|
|
• Erməni dilində yazılan sözlər Türkiyədə etiraza səbəb oldu - FOTO
Bu gün, 10:38 |
|
|
|
• Yanımızdan gedib bizə düşmən səngərindən baxırsa... - AKTUAL
Bu gün, 10:36 |
|
|
|
• Zəngəzur məsələsi həllini tapır - Son variant açıqlandı
Bu gün, 10:34 |
|
|
|
• Azərbaycanlı ailəni cərimələyib ölkədən qovurlar - TƏFƏRRÜAT
Bu gün, 10:26 |
|
|
|
• Finlandiyadan Azərbaycanla bağlı qərar: - “Hədəfimiz budur”
Bu gün, 10:24 |
|
|
|
• "Nə qorxu? - Bizim aramızda hörmət var..."
Bu gün, 10:22 |
|
|
|
• Ermənistan hərəkətlərində səmimi deyil - GÖRÜNƏNİ BUDUR
Bu gün, 10:21 |
|
|
|
• `UniBank` müştərilərdən qanunsuz pul tələb edir - GİLEY
Bu gün, 10:14 |
|
|
|
• Vəzifəli şəxs qəfil vəfat etdi - FOTO
Bu gün, 10:01 |
|
|
|
• Ev verildiyi deyilən deputat DANIŞDI: - "Bakıda kirayədə yaşayıram"
Bu gün, 09:59 |
|
|
|
• “Azcosmetics” nədən HƏDƏFƏ ÇEVRİLDİ... - İLGİNC İDDİALAR
Bu gün, 09:56 |
|
|
|
• "Siqaret və içkidən uzağam, amma gecələr..." - Tünzalə Ağayeva
Bu gün, 09:51 |
|
|
|
• Gölləri qurudub bina tikən DEPUTAT... - TƏHLÜKƏ SAÇIR...
Bu gün, 09:50 |
|
|
|
• Fransa görünməmiş əxlaqsızlıq etdi: Bakıdan ƏZİCİ CAVAB! - NƏ BAŞ VERİR?
Bu gün, 09:48 |
|
|
|
• Ermənistan yenidən qurulur: Gələn ay proses başlayır – Detallar açıqlandı
Bu gün, 09:46 |
|
|
|
• İrəvan razılıq vermir, Kremlin əsəbləri ilə oynayır - “Hraparak”
Bu gün, 09:45 |
|
|
|
• İşəgötürən istədiyi vaxt işvaxtı rejimini dəyişə bilərmi? - Ekspert danışır...
Bu gün, 09:43 |
|
|
|
• Konstitusiya Məhkəməsindən mənzillərlə bağlı YENİ QƏRAR
Bu gün, 09:41 |
|
|
|
• Ekspertdən Sahibə Qafarovaya dövlətçilik dərsi... - “Mİllət Vəkillərinə basqı...”
Bu gün, 09:35 |
|
|
|
• Universiteti BAZARA DÖNDƏRƏNLƏR... - və ya rektor üçün ən uyğun VİDA SSENARİSİ...
Bu gün, 09:29 |
|
|
|
• Ölkəyə 43 qəpiyə gətirilir, 6 qat BAHA satılır - ŞOK DETALLAR
Bu gün, 09:21 |
|
|
|
• “BİZİ HƏR İL ALDADIRLAR” - Hərbçilər Müdafiə Nazirliyinin rəhbərliyindən şikayətçidir
Bu gün, 09:19 |
|
|
|
• Gəncədə seçki keçirənlərin 16 illik saxtakarlığı BELƏ İFŞA OLUNDU - İLGİNC FAKT...
Bu gün, 09:08 |
|
|
|
• Xarici ölkənin xüsusi xidmət orqanına casusluq etməkdə təqsirləndirilən əcnəbiyə hökm oxunub - TƏFƏRRÜAT
Bu gün, 09:01 |
|
|
|
|