BİR ALİM DAHA ÖLSÜN SƏFALƏT İÇƏRİSİNDƏ? .....                     Zəfər Günü ilə bağlı Əfv fərmanı imzalanacaqmı? .....                     Böyük təhlükə: İran Rusiyadan kömək istəyir .....                     Azərbaycanda tanınmış alim vəfat edib .....                     İrəvandan uğursuz manevr cəhdi .....                     Rəis Xankəndidəki kabinetində nə gizlədib? .....                     Məişət tullantılarının kənar yerlərə atılmasına görə .....                     Eldar Əzizov buna görə... ONU ÇOX DANLAYIB... .....                     Heç olmasa ildə 1 dəfə güzəştli, maneəsiz gediş-gəliş imkanı tətbiq edilməlidir .....                     Gələn ay Gürcüstan qarışacaq? .....                     İcra Hakimiyyəti yarım milyonu görün nəyə xərcləyəcək .....                     Məktəblərdə yığılan pul kimin cibinə gedir? .....                     Qonşusunun yetim uşağını döyə-döyə diləndirib .....                     “AzSığorta”nın İdarə Heyətinə təyinat olub .....                     Telefondan istifadəyə görə cərimələr .....                     Daha bir lider bank AQC-nin Bank Ekspertlər Şurasına qoşuldu .....                     Bakıda bu səfərbərlik idarəsinin rəisi işdən çıxarıldı .....                     “Kontakt Home” müştərini aldatdığı üçün cərimələndi .....                     Abşeron rayonunda Beynəlxalq Müəllimlər Günü qeyd olunub .....                     Ağadadaş Ağayev Azərbaycanı tərk edib? .....                     Azyaşlılara əxlaqsızlıq edən azərbaycanlı saxlanıldı .....                     Valideyn himayəsindən məhrum olmuş uşaqlara .....                     Piyada səkisini zəbt edib PARKİNQ YARATDILAR .....                     Polkovnik-leytenant bilib pul verdilər, bərbər çıxdı .....                     İran İsraili niyə Təbrizdən vurdu? .....                     “Yasamal Hospital”ın baş həkimi daha bir qadını ölümcül hala SALIB .....                     İsrail ordusu yenidən Beyruta zərbələr endirib .....                     136 nömrəli məktəbdə Müəllim Günü ilə bağlı pul yığılır .....                     Prezident İlham Əliyevin Cəbrayıl şəhərindəki çıxışında səslənən mühüm mesajlar .....                     Xalqla gizlənpaç və ya hakimiyyət naminə hər şey .....                     “Azərbaycan dünyada siyasi oyunçuya çevrilib” .....                     "Nişanlım 50 min dolları hissə-hissə göndərib" .....                     Bugünkü gün anti-Azərbaycan qüvvələr üçün matəm günüdür .....                     İlham Əliyev Cəbrayıl sakinləri ilə görüşdə Amerikanın .....                     Süleyman Mikayılovun Lökbatan qəsəbəsində səyyar qəbulu keçirilib .....                     Anti-İnhisar Xidməti TƏBİB-i yenidən VURDU... .....                     “Pulsuzluq o həddə çatdırır ki, hər təklifə “ok” deyir” .....                     Zaporojye AES-in mühafizə rəisi öldürüldü .....                     Tezliklə iki məsələ həll ediləcək, biri Kərkidir, digəri... .....                     Amnistiya Aktına çox ehtiyacımız var .....                 

"Bu istiqamətdə yeganə çətinlik odur ki, zaman kəsimi dardır" - Seçki-2018
Tarix: 1-03-2018, 08:47 | Çap et
"Bu istiqamətdə yeganə çətinlik odur ki, zaman kəsimi dardır"
11 apreldə keçiriləcək növbədənkənar prezident seçkisində iştirak etmək üçün namizədliyi irəli sürülmüş şəxslərin qeydə alınmasına görə lazım olan seçici imzalarının və digər seçki sənədlərinin MSK-ya təqdim edilməsinə ayrılan müddət martın 12-də başa çatacaq. MSK indiyədək 15 nəfərin prezidentliyə namizədliyinin irəli sürüldüyünü təsdiqləyib və onlara imza vərəqələri verilib. Həmin şəxslərdən 40 mindən yuxarı imzanı ən tez toplayan hakim Yeni Azərbaycan Partiyası oldu. YAP-ın namizədi MSK tərəfindən fevralın 27-də rəsmən qeydə alınıb. İddiaçılar sırasında daha biri-namizədliyini müstəqil qaydada irəli sürən deputat Zahid Oruc fevralın 28-də imzatoplama kampaniyasını yekunlaşdırıb və imzaları, digər sənədləri MSK-ya təqdim edilib.

Zahid Orucun Seçki Qərargahından “Yeni Müsavat”a verilən xəbərə görə, millət vəkili kimi fəaliyyət göstərdiyi dövrdə Zahid Oruca yaxın olan insanlar, eyni zamanda onun daşıdığı siyasi kursa sadiq adamlar və könüllü şəxslər hesabına 67 dairədən 44624 imza toplanıb, digər sənədlər, yəni gəlir və əmlak deklarasiyası ilə birgə MSK-ya təqdim olunub.

Seçki Qərargahından həmçinin bildiriblər ki, imzalara 5 gün ərzində rəsmi qiymət veriləcək.

Digər iddiaçılar isə hələ ki imzatoplama kampaniyasını davam etdirirlər. AĞ Partiyanın sədri Tural Abbaslının namizədliyi üçün imzatoplama kampaniyası davam edir. T.Abbaslının verdiyi məlumata görə, illərdir seçkilərin nəticələrinin heç nəyi dəyişmədiyini düşünən insanlar təbii ki, bu prosesə çox maraqsız yanaşırlar: “Bir çox vətəndaşlarımız isə ümumiyyətlə, seçkilərə inanmadıqları üçün heç imza belə vermək istəmirlər. Bu da təbii olaraq bizim işimizi daha da çətinləşdirir.

Hələ nəzərə alsaq ki, bu günə qədər seçkilərdə müxtəlif fikirlərə sahib seçicilərə yerli hakimiyyət orqanları tərəfindən bu və ya digər formada təzyiqlər olunub və bunun nəticəsi kimi də bu gün seçicilər özlərini qorumaq üçün imza belə verməkdən çəkinirlər, o zaman işlərin nə qədər əziyyətli olduğunu təsəvvür etmək olar.

Ancaq biz nikbinik. Mən əminəm ki, biz AĞ Partiya olaraq qanunla nəzərdə tutulmuş müddətdə lazımi sayda imzanı toplayıb MSK-ya təhvil verəcəyik. Artıq ondan sonrakı mərhələ bizdən asılı deyil, təəssüf ki. Hər halda, bu mərhələdə bizim kimi yeni partiyanın iştirakını artıq uğur saymaq olar".

Vətəndaş və İnkişaf Partiyasının namizədi Əli Əliyev bildirdi ki, imzatoplama kampaniyası rayonlarda və Bakı ətrafında davam edir: “Düzdür, hazırda yekun haqqında danışmaq olmaz. Proses ayın 25-dən başlayıb. Yəqin ki, bu həftə müəyyən mənzərə olacaq. İmzalar toplandıqca Mərkəzi Qərargaha çatdırılmasına çalışırıq. Digər tərəfdən, hələ yerlərdən məlumat almamışıq. Bu istiqamətdə yeganə çətinlik odur ki, zaman kəsimi dardır”.

ADP-nin namizədi Sərdar Cəlaloğlu isə imzatoplama kampaniyasını cəmi dörd gündür başlayıb: “Bildiyiniz kimi, bir neçə gün bundan öncə sənədlərimi MSK-ya təqdim etdim. Bu baxımdan imzatoplama kampaniyasına az müddətdir başlamışıq. Hələ də kampaniya davam edir. Lakin 40 min imzanı toplamaq həddindən artıq çətindir. Keçən seçkilərə də bilirsiniz, gec qatılmışdıq. Sadəcə, imzatoplama kampaniyasına çox adam cəlb edə bilsək, demək olar ki, çətin olmaz. Haradasa 200 nəfərin bu kampaniyada iştirakını təmin etsək, imzaları təxminən 2-3 günə toplamaq mümkündür. Sadəcə, problem daha çox adamın prosesə cəlb edilməsidir”.

BAXCP-nin namizədi Qüdrət Həsənquliyev üçün imzatoplama kampaniyası da sona yaxınlaşmaqdadır. Bu barədə namizədin seçki qərargahından məlumat verilib.

Azərbaycan Liberal Demokrat Partiyasının namizədi Fuad Əliyev isə bildirib ki, 20 mindən yuxarı imza toplanıb, proses davam edir.

Milli Dirçəliş Hərəkatı Partiyasının namizədi Fərəc Quliyev indiyədək topladıqları imzaların 25 minə çatdığını deyib. Kampaniya davam etdirilir.

Müasir Müsavat Partiyasının namizədi Hafiz Hacıyev isə imzatoplama kampaniyasını yekunlaşdırmaq üzrə olduqlarını bildirib.

Cəbhəçilər təşəbbüs qrupunun namizədi Razi Nurullayev məlumat verdi ki, imzatoplama kampaniyası rahat gedir, lakin xalqın imza verməyə növbəyə dayandığını da demək olmaz: “Xalqda inamsızlığın da, stressin də, sevincin də, kədərin də, hətta qorxunun da olduğunu görürük. Əlimizdən gələni edirik ki, imzaları tez bir zamanda toplaya bilək. Daha çox könüllü cəlb etmək üçün çox çalışdıq və məncə, Azərbaycanın siyasi reallığı üçün kifayət qədər də uğurlu seçki qərargahı qura bildik”.

“Bəzi müxalifətçilər qeydiyyata alınacağı halda bütün müxalifətin Sərdar Cəlaloğlunu dəstəkləməsinin məqsədəuyğun olduğunu bəyan etməkdədirlər. Sizdən hansısa mərhələdə belə bir addım gölzənilirmi? Yoxsa Sərdar Cəlaloğlunun və digər müxalifətçilərin Sizi dəstəkləməsini daha məqbul sayırsınız?” suallarına Razi Nurullayev belə cavab verdi: “Bizim müxalifətçilikdə öz davamlı yolumuz var. Ənənəvi müxalifətin 30 illik siyasi mübarizəsi uğursuzluğa düçar olub. Onların siyasi taktika və strategiyaları işləməyib. Biz indi fərqli yol seçmişik. Bu yol ən azından Türkiyə siyasi modelinin oturuşmasına çalışmaq və nail olmaqdır. Siyasətçilər bir-birinə qan düşməni kimi yox, rəqib kimi baxsınlar. Qalib gəldiyimiz halda, cəmiyyətdə bunu tətbiq edəcəyik. Qalib olmasaq belə, siyasi ab-havanı dəyişə biləcəyik və xalqa daha çox xeyrimiz dəyəcək. Xalq görəcək ki, bizim apardığımız siyasət nəticəsində onun səsi daha yaxşı eşidilir və onun ehtiyaclarına daha önəmlə yanaşılır.

Bütün namizədlərə, biz də içində olmaqla uğurlar diləyirəm. Siyasi partiyaların kimi müdafiə edib-etməməsi öz işləridir. Mən əvvəlki illər ərzində çox çalışmışam, hətta hər bir partiya sədrinə məktub da göndərmişəm ki, seçkiyə hazırlaşaq və bir namizəd də müəyyən edək. Cavab olmayıb, hərəkətlilik olmayıb. İndi seçki mərhələsində belə şeyləri müzakirə etmək məsuliyyətsizlikdir. Biz indi imzatoplama mərhələsindəyik və inşallah, seçki davranışımızı da MSK-nın verəcəyi qərardan sonra açıqlayacağıq. Bu məsələdə özünü təkzib də var. Necə yəni seçkini boykot edirəm, amma filan namizədi dəstəkləyirəm. Özlərini gülünc günə qoymasınlar. Sərdar Cəlaloğlu gözəl insandır, dəyərli siyasətçidir, uğurları bol olsun. Ağıllı adamlarıq və bir-birimizə də hörmətimiz var, özümüz də nəyin məqbul olub-olmamasını müzakirə də bilərik".

Bu arada Azərbaycanda vahid seçici siyahısı açıqlanıb. MSK-nın sədr müavini Natiq Məmmədov bildirib ki, Azərbaycanda səsvermə hüququ olan 5 milyon 192 min 42 şəxs var.

Onun sözlərinə görə, 2018-ci il üzrə daimi seçici siyahılarının dəqiqləşdirilməsi, tərtib edilməsi, təsdiq edilməsi və ictimailəşdirilməsinin cari il martın 3-nə qədər başa çatdırılması qərara alınıb.
“Yeni Müsavat”









 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?
Yox
Bu yolda Rusiyanın ağzı ovulacaq

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
BİR ALİM DAHA ÖLSÜN SƏFALƏT İÇƏRİSİNDƏ? - ETİRAZ VAR...
Bu gün, 17:26
Zəfər Günü ilə bağlı Əfv fərmanı imzalanacaqmı? - AÇIQLAMA
Bu gün, 17:20
Böyük təhlükə: İran Rusiyadan kömək istəyir - “New York Times”
Bu gün, 17:17
Azərbaycanda tanınmış alim vəfat edib
Bu gün, 17:15
İrəvandan uğursuz manevr cəhdi - NƏ BAŞ VERİR?
Bu gün, 17:07
Rəis Xankəndidəki kabinetində nə gizlədib? - Bacısına tozsoran da göndərib...
Bu gün, 17:05
Məişət tullantılarının kənar yerlərə atılmasına görə 300 manatdan 7000 manatadək cərimə tətbiq olunacaq
Bu gün, 17:00
Eldar Əzizov buna görə... ONU ÇOX DANLAYIB... - amma NƏ OLSUN Kİ...
Bu gün, 16:59
Heç olmasa ildə 1 dəfə güzəştli, maneəsiz gediş-gəliş imkanı tətbiq edilməlidir - ÇAĞIRIŞ
Bu gün, 16:54
Gələn ay Gürcüstan qarışacaq? - ABŞ vətəndaşlarına xəbərdarlıq etdi
Bu gün, 16:48
İcra Hakimiyyəti yarım milyonu görün nəyə xərcləyəcək - "Bir sıra işlər..."
Bu gün, 16:43
Məktəblərdə yığılan pul kimin cibinə gedir? - AKTUAL
Bu gün, 16:41
Qonşusunun yetim uşağını döyə-döyə diləndirib - Bakıda dəhşət
Bu gün, 16:40
“AzSığorta”nın İdarə Heyətinə təyinat olub - BUNDAN SONRA...
Bu gün, 16:38
Telefondan istifadəyə görə cərimələr – Azərbaycan Avropada ilk sıralardadır
Bu gün, 16:37
Daha bir lider bank AQC-nin Bank Ekspertlər Şurasına qoşuldu
Bu gün, 16:30
Bakıda bu səfərbərlik idarəsinin rəisi işdən çıxarıldı - YENİ TƏYİNAT
Bu gün, 16:27
“Kontakt Home” müştərini aldatdığı üçün cərimələndi - TƏFƏRRÜAT
Bu gün, 16:25
Abşeron rayonunda Beynəlxalq Müəllimlər Günü qeyd olunub - FOTO
Bu gün, 16:23
Ağadadaş Ağayev Azərbaycanı tərk edib? - VİDEO
Bu gün, 16:21
Azyaşlılara əxlaqsızlıq edən azərbaycanlı saxlanıldı - Rusiya mediası
Bu gün, 16:18
Valideyn himayəsindən məhrum olmuş uşaqlara 6000 manat birdəfəlik müavinət veriləcək
Bu gün, 16:15
Piyada səkisini zəbt edib PARKİNQ YARATDILAR - AXI NİYƏ?
Bu gün, 16:12
Polkovnik-leytenant bilib pul verdilər, bərbər çıxdı - TƏFƏRRÜAT
Bu gün, 16:11
İran İsraili niyə Təbrizdən vurdu? – 3 səbəb
Bu gün, 16:07
“Yasamal Hospital”ın baş həkimi daha bir qadını ölümcül hala SALIB - Estetik əməliyyatın növbəti QURBANI
Bu gün, 16:05
İsrail ordusu yenidən Beyruta zərbələr endirib
Bu gün, 16:02
136 nömrəli məktəbdə Müəllim Günü ilə bağlı pul yığılır - 20 manatdan
Bu gün, 16:02
Prezident İlham Əliyevin Cəbrayıl şəhərindəki çıxışında səslənən mühüm mesajlar - İsrafil Kərimovun yazısı
Bu gün, 15:59
Xalqla gizlənpaç və ya hakimiyyət naminə hər şey - “Seçkilərdən sonra bu mövzu öz-özünə ortadan qalxacaq”
Bu gün, 14:00
“Azərbaycan dünyada siyasi oyunçuya çevrilib” - Rusiyalı politoloq
Bu gün, 13:56
"Nişanlım 50 min dolları hissə-hissə göndərib" - 255 milyonu qanunsuz yolla leqallaşdıranların cinayət işi
Bu gün, 13:30
Bugünkü gün anti-Azərbaycan qüvvələr üçün matəm günüdür - Prezident İlham Əliyev
Bu gün, 13:22
İlham Əliyev Cəbrayıl sakinləri ilə görüşdə Amerikanın anti-Azərbaycan addımlarından danışıb
Bu gün, 13:21
Süleyman Mikayılovun Lökbatan qəsəbəsində səyyar qəbulu keçirilib - FOTO
Bu gün, 13:19
Anti-İnhisar Xidməti TƏBİB-i yenidən VURDU... - 4 tender birdən ləğv olundu
Bu gün, 13:00
“Pulsuzluq o həddə çatdırır ki, hər təklifə “ok” deyir”
Bu gün, 12:57
Zaporojye AES-in mühafizə rəisi öldürüldü
Bu gün, 12:56
Tezliklə iki məsələ həll ediləcək, biri Kərkidir, digəri... - Danielyan
Bu gün, 12:53
Amnistiya Aktına çox ehtiyacımız var - AÇIQLAMA
Bu gün, 12:46
Vergi Xidmətinin ƏCAİB PARTNYORU... - Özünə umac ova bilmir?..
Bu gün, 12:41
BMT “çətiri altında” anti-Azərbaycan hesabatı - NƏ ETMƏLİ?
Bu gün, 12:37
Qaradağda ev tikmək üçün 5 min manata icazə alan vəzifəli şəxs sərbəst buraxıldı - TƏFƏRRÜAT
Bu gün, 12:33
Gecə və səhər bəzi yerlərdə arabir duman olacaq - Belə deyirlər...
Bu gün, 12:30
"Beşmərtəbə" yeraltı keçidi turistlər üçün ciddi təhlükə yaradır: - Bazarı himayə edənlər kimlərdir?
Bu gün, 12:28
İsrail qarşısında acizik, heç bir zəmanət yoxdur - Qərbdən şok etiraf
Bu gün, 12:24
"AMEA yeniliyə, fundamental dəyişikliklərə açıq deyil" - Professor
Bu gün, 12:17
"İsrail İranın nüvə obyektlərinə "simvolik" hücum edə bilər" - Ehud Barak
Bu gün, 12:14
Musiqi məktəbinin müəllimlərindən Prezidentə MÜRACİƏT - FOTO, VİDEO
Bu gün, 12:11
"Yeni Elgizlər, Xoşqədəmlər, Zaurlar yetişdirməliyik" - Aparıcıdan diqqətçəkən açıqlama
Bu gün, 12:06
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : [email protected]
Designed by Daraaz.net
�������@Mail.ru