Zəfər Günü ilə bağlı Əfv fərmanı imzalanacaqmı? .....                     Böyük təhlükə: İran Rusiyadan kömək istəyir .....                     Azərbaycanda tanınmış alim vəfat edib .....                     İrəvandan uğursuz manevr cəhdi .....                     Rəis Xankəndidəki kabinetində nə gizlədib? .....                     Məişət tullantılarının kənar yerlərə atılmasına görə .....                     Eldar Əzizov buna görə... ONU ÇOX DANLAYIB... .....                     Heç olmasa ildə 1 dəfə güzəştli, maneəsiz gediş-gəliş imkanı tətbiq edilməlidir .....                     Gələn ay Gürcüstan qarışacaq? .....                     İcra Hakimiyyəti yarım milyonu görün nəyə xərcləyəcək .....                     Məktəblərdə yığılan pul kimin cibinə gedir? .....                     Qonşusunun yetim uşağını döyə-döyə diləndirib .....                     “AzSığorta”nın İdarə Heyətinə təyinat olub .....                     Telefondan istifadəyə görə cərimələr .....                     Daha bir lider bank AQC-nin Bank Ekspertlər Şurasına qoşuldu .....                     Bakıda bu səfərbərlik idarəsinin rəisi işdən çıxarıldı .....                     “Kontakt Home” müştərini aldatdığı üçün cərimələndi .....                     Abşeron rayonunda Beynəlxalq Müəllimlər Günü qeyd olunub .....                     Ağadadaş Ağayev Azərbaycanı tərk edib? .....                     Azyaşlılara əxlaqsızlıq edən azərbaycanlı saxlanıldı .....                     Valideyn himayəsindən məhrum olmuş uşaqlara .....                     Piyada səkisini zəbt edib PARKİNQ YARATDILAR .....                     Polkovnik-leytenant bilib pul verdilər, bərbər çıxdı .....                     İran İsraili niyə Təbrizdən vurdu? .....                     “Yasamal Hospital”ın baş həkimi daha bir qadını ölümcül hala SALIB .....                     İsrail ordusu yenidən Beyruta zərbələr endirib .....                     136 nömrəli məktəbdə Müəllim Günü ilə bağlı pul yığılır .....                     Prezident İlham Əliyevin Cəbrayıl şəhərindəki çıxışında səslənən mühüm mesajlar .....                     Xalqla gizlənpaç və ya hakimiyyət naminə hər şey .....                     “Azərbaycan dünyada siyasi oyunçuya çevrilib” .....                     "Nişanlım 50 min dolları hissə-hissə göndərib" .....                     Bugünkü gün anti-Azərbaycan qüvvələr üçün matəm günüdür .....                     İlham Əliyev Cəbrayıl sakinləri ilə görüşdə Amerikanın .....                     Süleyman Mikayılovun Lökbatan qəsəbəsində səyyar qəbulu keçirilib .....                     Anti-İnhisar Xidməti TƏBİB-i yenidən VURDU... .....                     “Pulsuzluq o həddə çatdırır ki, hər təklifə “ok” deyir” .....                     Zaporojye AES-in mühafizə rəisi öldürüldü .....                     Tezliklə iki məsələ həll ediləcək, biri Kərkidir, digəri... .....                     Amnistiya Aktına çox ehtiyacımız var .....                     Vergi Xidmətinin ƏCAİB PARTNYORU... .....                 

“Əli Kərimlinin cəsarəti çatıb bu gün də debata gəlsə..." - deputat
Tarix: 21-02-2018, 08:33 | Çap et
“Əli Kərimlinin cəsarəti çatıb bu gün də debata gəlsə..."
“Yeni Müsavat” qəzetinin növbəti qonağı millət vəkili, Demokratik Maarifçilik Partiyasının sədri Elşən Musayevdir. Qeyd etmək yerinə düşər ki, Elşən bəy media ilə əməkdaşlığa xüsusi önəm verən siyasətçilərdəndir və saytımızda müntəzəm yazıları ilə çıxış edir. Milli Məclisin deputatı müsahibə təklifimizi də geri çevirmədi və ofisimizə təşrif buyurdu. Onunla olan son dərəcə maraqlı söhbətin ikinci hissəsini oxucuların diqqətinə təqdim edirik.

(əvvəli BURADA)
- Seçkidən sonra necə, siyasi komandada ciddi dəyişikliklərin olacağını gözləyirsiniz?

- Məncə, bu barədə nəinki danışmağım, hətta ehtimal yürütməyim belə etik baxımdan düz çıxmaz. Komanda dəyişikliyi ilə bağlı səlahiyyət sahibi cənab prezidentdir. Kimin harda olacağına o qərar verir. Qalan hər kəs yalnız fərziyyə irəli sürə bilər. İndiki hökumət yetərincə güclü və rentabelli hökumətdir. Nazirlərin əksəriyyəti ilə şəxsi münasibətim var, hamısı işinin peşəkarıdır. Şəxsən öz timsalımda deyə bilərəm ki, deputatlara münasibətdə də son dərəcə böyük hörmət və ehtiram nümayiş etdirirlər. İndiyə qədər xatırlamıram ki, kiməsə zəng edim, telefon qaldırmasın. Təbii, bu zəngləri ərkim və səlahiyyətim çərçivəsində, seçicilərimin problemləri ilə bağlı edirəm və qarşı tərəfin də əlindən gələni əsirgədiyini görməmişəm. Yəni demək istədiyim budur: komanda onsuz da dəyərli və sanballı insanlardan təşkil olunub. Amma qarşıdakı dönəmlərdə kim gedəcək, kim qalacaq, bu mənə və mənim mülahizə predmetimə aid məsələ deyil.

- Bu yaxınlarda keçmiş vergilər naziri Fazil Məmmədov Mikayıl Cabbarovla əvəzləndi. Sizcə, buna səbəb nə idi və yeni nazirdən müsbət gözləntilər varmı?

- Fazil Məmmədovu indiyə qədər yalnız rəsmi tədbirlərdə, uzaqdan-uzağa görmüşəm. İşdən çıxma səbəbi isə təfsilatlı şəkildə olmasa da, təxmini formada hər birimizə bəllidir. Amma bu haqda danışmaq istəmirəm. Ən azından Fazil Məmmədov indi vəzifə başında deyil. Ona görə. Vəzifədə ola-ola bu sual verilsəydi və mən də iradlarımı bildirsəydim görüntü etibarilə də, səmimiyyət etibarilə də daha təbii effekt almaq olardı. İndi isə nəsə söyləsəm, anlaşılmazlığa yol açmış olaram. Bu səbəbdən artıq heç nə danışmayım. Yeni nazirdən gözləntilərə gəlincə isə... Mikayıl Cabbarovu şəxsən tanıyıram, biz tələbə yoldaşı olmuşuq, həmişə münasibətimiz qarşılıqlı hörmətə əsaslanıb. Üstəlik, fikirlərimizdə, həyata baxışımızda da oxşar cəhətlər yetərincədir. Mikayıl müəllim billur təmizliyində olan biridir, hiper həddə aristokrat insandır. Ən əsas da işçi qədrini biləndir. Təyinatdan sonra onunla bağlı yalnız xoş xəbərlər gəlib. Mən inanıram ki, bu dinamikanın davamı olacaq və Mikayıl Cabbarov əgər mən tanıdığım insandırsa, 3-4 ay sonra onun tabeçiliyində olanlar, eyni zamanda iş adamları yeni nazirin başına and içəcəklər. Cənab prezidentə də minnətdar olacaqlar ki, bu posta bir başqasını deyil, məhz Cabbarovu təyin edib.

- Elşən bəy, istənilən siyasətçinin ən böyük arzularından biri millət vəkili olmaqdır. Millət vəkilinin arzusu nədir bəs? Paralel olaraq ikinci sualı da verim, mümkünsə hər ikisini eyni anda cavablandırın: Hamı dərdini deputata deyir, deputat dərdini kimə deyir?

- Özümü tanıyandan, dərk edəndən bəri fəaliyyətimlə bağlı içimdə dəyişməyən bir arzu var: ağlımı, bacarığımı, istedadımı realizə etmək üçün münbit şərait olsun və ən əsası, nə istədiyimi bilim. Çünki nə istədiyini bilən insana Tanrı da azarkeşlik edir. Mən iddialı insan deyiləm və elə də marağımda deyil ki, rəhbərim, böyüklərim, ailəm, dostlarım onları nə qədər sevdiyimi bilsinlər. Mən istəyirəm, ilk öncə bunu özüm bilim, əvvəlcə özüm buna inanım, özüm əmin olum. İlham Əliyev kimi ləyaqətli rəhbərin var olduğu sağlam ölkədə bənna da işləyərəm, sürücü də, yol çəkən də. Heç vaxt da durumumdan gileylənmərəm. Nə işlə məşğul olursan ol, fərq etməz. Əsas odur həmin işi sevəsən. Mən siyasəti sevirəm. 20 ildir danışıram, yazıram-pozuram. Və inandırım sizi, hər dəfə öz yazılarımı ilk yazımı necə yazmışamsa, həmin həvəslə yazıram. Bəzən əlimin altında hansısa səbəbdən internet olmayanda 15 dəqiqədən bir evə zəng edirəm ki, bir baxın görün musavat.com-da yazımın oxunması nə qədərdir? Yəni mövcud fəaliyyətimdən zövq alıram, durumumdan çox məmnunam. Heç nədə gözüm yoxdur. Sevdiyim iş mənim arzularımın çərçivəsi, xoşbəxtliyimin sütunu deməkdir. O ki qaldı dərd paylaşma bölümünə... Adi bir misal çəkim. Mən 2010-cu il parlament seçkilərində məğlub olandan sonra uzun müddət özümə qapılmışdım. Amma üzərindən illər keçəndən sonra anladım ki, tez imiş. Nə yaxşı o vaxt seçilməmişəm. Yüksək postda qərar tutmağın ən birinci vacibatı böyümək və bərkiməkdir. O vaxtkı ağlımla ən xırda səbəbdən kiməsə zəng edib şikayətlənərdim ki, filan yerdə mənə qarşı düz eləmədilər, beşmankəs xətrimə dəydi. İndi isə qarşıma çıxan bütün problemləri özüm həll etməyə çalışıram. Prinsipim də budur: sənə qarşı doğru və ya yanlış oldu, fərq etməz. Yolunu, çarəsini tap və problemi çöz. Fəqət, özün. Yalnız özün. İnsan başını aşağı salıb işi ilə məşğul olmalıdır. Səni tanıyan zatən tanıyır, görən görür, qiymətləndirən qiymətləndirir. Deputatın missiyası və iş fəlsəfəsi kiminsə problemini həll etməkdir, öz problemi ilə kimisə dəng etmək deyil. Düşüncə tərzim budur. Ona görə dərd bölüşməyi, şikayət etməyi sevmirəm. Ən azından bunu daşıdığım statusa yaraşdırmıram.

- Bir az rakursu dəyişək: Eynək taxanda sizi İlqar Məmmədova bənzədirlər. Bənzəriniz haqda nəsə deyə bilərsiz?

- Mən İlqarı Etibar Məmmədovun müavini olandan tanıyıram. Bir dəfə Mübariz Qurbanlı da bizi səhv salmışdı, elə bilmişdi İlqaram. Amma... Həyatda, siyasətdə onunla olan fərqimiz çox böyükdür. Bu adam Qərb institutları ilə işləyənə qədər daxili siyasətdə sabit biri idi. Sonradan sanki içinə iblis salıb dəyişdirdilər. Bir siyasətçi həmişə mümkün qədər həbsdən yayınmalıdır - bu aksiomdur. Çünki illər gedir, ən azından, zaman itkisi yaşanır. Amma İlqarın bəlli yerlərdən, ünvanlardan təlimatı necə gəlmişdisə adam sanki həbs olunmamaqdan çox, həbs olunmağa can atırdı. Əvvəlcə deputatları ən ağır formada təhqir elədi, sonra başqa olaylar, ən axırda da İsmayıllı hadisələri. Mən cinayət motivini təftiş etməyəcəm, bu, hüquq-mühafizə orqanlarının işidir. Amma bir siyasətçi kimi deyə bilərəm ki, o, bu sahədə son dərəcə naşıdır. İlqar indiyə qədər qarşılaşdığımız bütün debatlarda mənə uduzub və bunu özü də etiraf edib. Həbsdən çıxdığı zaman da ilk debat təklifini ona mən göndərəcəm. İllər sonra tam başqa ortamda və məqamda ona başa salacam ki, səndən siyasətçi çıxmaz, get özünə aid işlə məşğul ol.

- Debat demişkən, Əli Kərimlini də illər öncə canlı debata dəvət etmişdiniz. Deyəsən, səs çıxmadı.

- Əli Kərimlinin cəsarəti çatıb bu gün də debata gəlsə, 2 saatdan sonra Azərbaycan siyasətindən gedər. Onun daşını daş üstə qoymaram. Və bu pafos deyil. Özümə güvəndiyim üçün deyirəm. Amma neyləməli ki, adam monoloq söyləməyi, solo oxumağı sevir. Canlı döyüş meydanı onun təpərinə uyğun məkan deyil. Ha çağır, bir bəhanə tapıb qaçacaq.

- Amma müxalif qüvvələr mart ayının əvvəli üçün izdihamlı mitinq vədi veriblər. Bəlkə bu səbəbdən debat həvəsində deyillər?

- Məncə, əvvəl mitinq keçirilir, sonra onun izdihamlı olub-olmamağına qərar verilir. Deyilmi? Keçirsinlər, baxaq. Marağındayam o “izdiham”ın. Tək bildiyim odur ki, “Məhsul” stadionunun həndəvəri 11 nəfərdən ibarət iki komanda futbol oynayanda daha sıx, daha gur görünür, nəinki bunlar mitinq keçirəndə.

- Seçkidə kimə səs verəcəksiz?

- Mənim bir liderim var: İlham Əliyev. Səsim də onundur. Hər halda, gedib Elşən Həsənova səs verəsi deyiləm.

- Elşən Həsənov kimdir?

- Sosial şəbəkədən tanıyıram. Namizəddir. Dünən özü-özünə uğurlar arzulayırdı.

- 13 namizədin hamısı 40 min imza toplaya biləcəkmi?

- 13 nəhs rəqəmdir, inanmıram.

- Sizcə, ikinciliyi kim qazanacaq?

- Düşünürəm, Qüdrət Həsənquliyev.

- Növbəti 7 ildə Qarabağ mövzusunda irəliləyiş gözləyirsinizmi?

- İlham Əliyev Azərbaycan tarixinə öz adını həm də Qarabağı işğaldan azad etmiş lider kimi yazdıracaq. Buna kimsənin şübhəsi olmasın.

- Müharibə ehtimalı necə, varmı?

- Bu sualın cavabını cənab prezident YAP-ın son qurultayında, hörmətli müdafiə nazirimiz isə dünənki açıqlamasında verib.

- Müsahibəyə görə təşəkkür edirik.

- Mən təşəkkür edirəm və Rauf Arifoğlu başda olmaqla, musavat.com-un bütün dəyərli və əziz kollektivinə uğurlar diləyirəm.









 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?
Yox
Bu yolda Rusiyanın ağzı ovulacaq

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
Zəfər Günü ilə bağlı Əfv fərmanı imzalanacaqmı? - AÇIQLAMA
Bu gün, 17:20
Böyük təhlükə: İran Rusiyadan kömək istəyir - “New York Times”
Bu gün, 17:17
Azərbaycanda tanınmış alim vəfat edib
Bu gün, 17:15
İrəvandan uğursuz manevr cəhdi - NƏ BAŞ VERİR?
Bu gün, 17:07
Rəis Xankəndidəki kabinetində nə gizlədib? - Bacısına tozsoran da göndərib...
Bu gün, 17:05
Məişət tullantılarının kənar yerlərə atılmasına görə 300 manatdan 7000 manatadək cərimə tətbiq olunacaq
Bu gün, 17:00
Eldar Əzizov buna görə... ONU ÇOX DANLAYIB... - amma NƏ OLSUN Kİ...
Bu gün, 16:59
Heç olmasa ildə 1 dəfə güzəştli, maneəsiz gediş-gəliş imkanı tətbiq edilməlidir - ÇAĞIRIŞ
Bu gün, 16:54
Gələn ay Gürcüstan qarışacaq? - ABŞ vətəndaşlarına xəbərdarlıq etdi
Bu gün, 16:48
İcra Hakimiyyəti yarım milyonu görün nəyə xərcləyəcək - "Bir sıra işlər..."
Bu gün, 16:43
Məktəblərdə yığılan pul kimin cibinə gedir? - AKTUAL
Bu gün, 16:41
Qonşusunun yetim uşağını döyə-döyə diləndirib - Bakıda dəhşət
Bu gün, 16:40
“AzSığorta”nın İdarə Heyətinə təyinat olub - BUNDAN SONRA...
Bu gün, 16:38
Telefondan istifadəyə görə cərimələr – Azərbaycan Avropada ilk sıralardadır
Bu gün, 16:37
Daha bir lider bank AQC-nin Bank Ekspertlər Şurasına qoşuldu
Bu gün, 16:30
Bakıda bu səfərbərlik idarəsinin rəisi işdən çıxarıldı - YENİ TƏYİNAT
Bu gün, 16:27
“Kontakt Home” müştərini aldatdığı üçün cərimələndi - TƏFƏRRÜAT
Bu gün, 16:25
Abşeron rayonunda Beynəlxalq Müəllimlər Günü qeyd olunub - FOTO
Bu gün, 16:23
Ağadadaş Ağayev Azərbaycanı tərk edib? - VİDEO
Bu gün, 16:21
Azyaşlılara əxlaqsızlıq edən azərbaycanlı saxlanıldı - Rusiya mediası
Bu gün, 16:18
Valideyn himayəsindən məhrum olmuş uşaqlara 6000 manat birdəfəlik müavinət veriləcək
Bu gün, 16:15
Piyada səkisini zəbt edib PARKİNQ YARATDILAR - AXI NİYƏ?
Bu gün, 16:12
Polkovnik-leytenant bilib pul verdilər, bərbər çıxdı - TƏFƏRRÜAT
Bu gün, 16:11
İran İsraili niyə Təbrizdən vurdu? – 3 səbəb
Bu gün, 16:07
“Yasamal Hospital”ın baş həkimi daha bir qadını ölümcül hala SALIB - Estetik əməliyyatın növbəti QURBANI
Bu gün, 16:05
İsrail ordusu yenidən Beyruta zərbələr endirib
Bu gün, 16:02
136 nömrəli məktəbdə Müəllim Günü ilə bağlı pul yığılır - 20 manatdan
Bu gün, 16:02
Prezident İlham Əliyevin Cəbrayıl şəhərindəki çıxışında səslənən mühüm mesajlar - İsrafil Kərimovun yazısı
Bu gün, 15:59
Xalqla gizlənpaç və ya hakimiyyət naminə hər şey - “Seçkilərdən sonra bu mövzu öz-özünə ortadan qalxacaq”
Bu gün, 14:00
“Azərbaycan dünyada siyasi oyunçuya çevrilib” - Rusiyalı politoloq
Bu gün, 13:56
"Nişanlım 50 min dolları hissə-hissə göndərib" - 255 milyonu qanunsuz yolla leqallaşdıranların cinayət işi
Bu gün, 13:30
Bugünkü gün anti-Azərbaycan qüvvələr üçün matəm günüdür - Prezident İlham Əliyev
Bu gün, 13:22
İlham Əliyev Cəbrayıl sakinləri ilə görüşdə Amerikanın anti-Azərbaycan addımlarından danışıb
Bu gün, 13:21
Süleyman Mikayılovun Lökbatan qəsəbəsində səyyar qəbulu keçirilib - FOTO
Bu gün, 13:19
Anti-İnhisar Xidməti TƏBİB-i yenidən VURDU... - 4 tender birdən ləğv olundu
Bu gün, 13:00
“Pulsuzluq o həddə çatdırır ki, hər təklifə “ok” deyir”
Bu gün, 12:57
Zaporojye AES-in mühafizə rəisi öldürüldü
Bu gün, 12:56
Tezliklə iki məsələ həll ediləcək, biri Kərkidir, digəri... - Danielyan
Bu gün, 12:53
Amnistiya Aktına çox ehtiyacımız var - AÇIQLAMA
Bu gün, 12:46
Vergi Xidmətinin ƏCAİB PARTNYORU... - Özünə umac ova bilmir?..
Bu gün, 12:41
BMT “çətiri altında” anti-Azərbaycan hesabatı - NƏ ETMƏLİ?
Bu gün, 12:37
Qaradağda ev tikmək üçün 5 min manata icazə alan vəzifəli şəxs sərbəst buraxıldı - TƏFƏRRÜAT
Bu gün, 12:33
Gecə və səhər bəzi yerlərdə arabir duman olacaq - Belə deyirlər...
Bu gün, 12:30
"Beşmərtəbə" yeraltı keçidi turistlər üçün ciddi təhlükə yaradır: - Bazarı himayə edənlər kimlərdir?
Bu gün, 12:28
İsrail qarşısında acizik, heç bir zəmanət yoxdur - Qərbdən şok etiraf
Bu gün, 12:24
"AMEA yeniliyə, fundamental dəyişikliklərə açıq deyil" - Professor
Bu gün, 12:17
"İsrail İranın nüvə obyektlərinə "simvolik" hücum edə bilər" - Ehud Barak
Bu gün, 12:14
Musiqi məktəbinin müəllimlərindən Prezidentə MÜRACİƏT - FOTO, VİDEO
Bu gün, 12:11
"Yeni Elgizlər, Xoşqədəmlər, Zaurlar yetişdirməliyik" - Aparıcıdan diqqətçəkən açıqlama
Bu gün, 12:06
Təhsil İdarəsi Xırdalanda məktəb rəhbərliyinin valideynlərlə müqavilə bağlamaq cəhdini məqsədəuyğun saymayıb - BU NƏDİ BELƏ?!
Bu gün, 12:03
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : [email protected]
Designed by Daraaz.net
�������@Mail.ru