İrəvandan uğursuz manevr cəhdi .....                     Rəis Xankəndidəki kabinetində nə gizlədib? .....                     Məişət tullantılarının kənar yerlərə atılmasına görə .....                     Eldar Əzizov buna görə... ONU ÇOX DANLAYIB... .....                     Heç olmasa ildə 1 dəfə güzəştli, maneəsiz gediş-gəliş imkanı tətbiq edilməlidir .....                     Gələn ay Gürcüstan qarışacaq? .....                     İcra Hakimiyyəti yarım milyonu görün nəyə xərcləyəcək .....                     Məktəblərdə yığılan pul kimin cibinə gedir? .....                     Qonşusunun yetim uşağını döyə-döyə diləndirib .....                     “AzSığorta”nın İdarə Heyətinə təyinat olub .....                     Telefondan istifadəyə görə cərimələr .....                     Daha bir lider bank AQC-nin Bank Ekspertlər Şurasına qoşuldu .....                     Bakıda bu səfərbərlik idarəsinin rəisi işdən çıxarıldı .....                     “Kontakt Home” müştərini aldatdığı üçün cərimələndi .....                     Abşeron rayonunda Beynəlxalq Müəllimlər Günü qeyd olunub .....                     Ağadadaş Ağayev Azərbaycanı tərk edib? .....                     Azyaşlılara əxlaqsızlıq edən azərbaycanlı saxlanıldı .....                     Valideyn himayəsindən məhrum olmuş uşaqlara .....                     Piyada səkisini zəbt edib PARKİNQ YARATDILAR .....                     Polkovnik-leytenant bilib pul verdilər, bərbər çıxdı .....                     İran İsraili niyə Təbrizdən vurdu? .....                     “Yasamal Hospital”ın baş həkimi daha bir qadını ölümcül hala SALIB .....                     İsrail ordusu yenidən Beyruta zərbələr endirib .....                     136 nömrəli məktəbdə Müəllim Günü ilə bağlı pul yığılır .....                     Prezident İlham Əliyevin Cəbrayıl şəhərindəki çıxışında səslənən mühüm mesajlar .....                     Xalqla gizlənpaç və ya hakimiyyət naminə hər şey .....                     “Azərbaycan dünyada siyasi oyunçuya çevrilib” .....                     "Nişanlım 50 min dolları hissə-hissə göndərib" .....                     Bugünkü gün anti-Azərbaycan qüvvələr üçün matəm günüdür .....                     İlham Əliyev Cəbrayıl sakinləri ilə görüşdə Amerikanın .....                     Süleyman Mikayılovun Lökbatan qəsəbəsində səyyar qəbulu keçirilib .....                     Anti-İnhisar Xidməti TƏBİB-i yenidən VURDU... .....                     “Pulsuzluq o həddə çatdırır ki, hər təklifə “ok” deyir” .....                     Zaporojye AES-in mühafizə rəisi öldürüldü .....                     Tezliklə iki məsələ həll ediləcək, biri Kərkidir, digəri... .....                     Amnistiya Aktına çox ehtiyacımız var .....                     Vergi Xidmətinin ƏCAİB PARTNYORU... .....                     BMT “çətiri altında” anti-Azərbaycan hesabatı .....                     Qaradağda ev tikmək üçün 5 min manata icazə alan vəzifəli şəxs sərbəst buraxıldı .....                     Gecə və səhər bəzi yerlərdə arabir duman olacaq .....                 

“Xəyanətdən heç bir hakimiyyət komandası sığortalanmayıb” - deputat
Tarix: 20-02-2018, 09:12 | Çap et
“Xəyanətdən heç bir hakimiyyət komandası sığortalanmayıb”
“Yeni Müsavat” qəzetinin növbəti qonağı millət vəkili, Demokratik Maarifçilik Partiyasının sədri Elşən Musayevdir. Qeyd etmək yerinə düşər ki, Elşən bəy media ilə əməkdaşlığa xüsusi önəm verən siyasətçilərdəndir və saytımızda müntəzəm yazıları ilə çıxış edir. Milli Məclisin deputatı müsahibə təklifimizi də geri çevirmədi və ofisimizə təşrif buyurdu. Onunla olan son dərəcə maraqlı söhbəti oxucuların diqqətinə təqdim edirik.

- Elşən bəy, səsiniz tutqundur. Xəstələnmisiz, deyəsən.

- Bəli, son qriplərdən qoruna bilmədim. Məni də haqladı. Ona görə səsim batıb.

- Çörçilin məşhur bir sözü var: “Bir siyasətçinin hətta lazım olmayan məqamda xəstələnməsi belə intizamsızlıqdan xəbər verir”. Ümid edirəm, kobud misal olmadı.

- Kobud-filan deyil. Sadəcə, Çörçilin həyatı haqda azacıq məlumatlı şəxs kimi deyim ki, rəhmətliyin “astma bronxit”i olub. Hər vacib görüşə getmədən öncə də allergiyası baş qaldırırmış, çıxışlarını rahat edə bilmirmiş. Bu fikri də özünə misal olaraq deyib. Yəni məntiqlə intizamsızın yekəsi özü olub. Amma paralel olaraq bir şeyi də dəqiqləşdirək. Niyə lazımsız məqam?

- Ən azından seçki dövrüdür, bir siyasətçi üçün isə aktivlik belə məqamda qaçılmazdır. Ona görə.

- Siyasətçi bir tək seçki dönəmində deyil, hər zaman aktiv olmalıdır. Bu, onun missiyasıdır, emblemidir. Seçkidən-seçkiyə ortalığa çıxıb “mən də varam” havasına girənlərin adı isə siyasətçi deyil, mövsüm kəpənəyidir. Belələri bütün ömürlərini elə kəpənək “kafa”sı ilə də yaşayırlar. Sağa-sola şütüyərək. Mənsə hər zaman meydandayam, mövqeyimi, fikrimi, mülahizələrimi bildirirəm. Passivliyi də sevmirəm.

- Sizi davamlı olaraq müxalifət üzərinə sərt və ağır şəkildə yüklənən biri kimi xarakterizə edirlər. Bu imici qazanmaq diskomfort yaratmır ki?

- Düşünmürəm ki, nə vaxtsa kiminsə üzərinə yüklənmişəm və ya yüklənirəm. Hər kəsin bir fikri var. Amma hamısı da fərdi və fərqlidir. Müxalifətçilər bəzən əsəbiləşəndə mənə “radikal iqtidar” da deyirlər. Ürəklərindən nə keçir desinlər. Düşüncəm isə bundan ibarətdir ki, ən qorxulu adam mövqesiz və düşmənsiz adamdır. Qəti mövqeyin varsa mütləq düşmənin olacaq. Siyasi meydanda o insandan qorxmaq lazımdır ki, hamı ilə dostdur, günorta söydüyünü axşam öpür, səhər tənqid elədiyini sabahsı gün mədh edir. Ya da 20 il canla-başla müdafiə elədiyinə qarşı birdən-birə düşmən kəsilir, yolunu və mövqeyini 180 dərəcə dəyişir. Bilirsiniz, xəyanət ailədə də, dostluqda da, siyasətdə də eynidir. Onu bir dəfə sınaqdan keçirən kəs artıq buna vərdiş, adət edir, özü üçün bu ənənəni adiləşdirir. Amma bütün hallarda siyasi xəyanət həmin kateqoriyaların ən iyrəncidir.

- Belə xəyanətlərdən sığortalanmağın bir üsul-qaydası yoxmu?

- Xəyanətdən heç bir hakimiyyət komandası sığortalanmayıb. Bizim içimizdə də belələri olub və hər zaman ola bilər. Məsələn, Gültəkin Hacıbəyli eyni adlı mövzunun ən bariz nümunələrindəndir. 27 yaşından 40 yaşına qədər bir komandada olasan, onun uğurlarından, imtiyazlarından bəhrələnəsən, çıxış eləmək, təbliğ etmək, ucadan danışmaq lazım olan yerdə hamını itələyib qabağa keçəsən ki, mövzu mənlikdi, sonra da bir seçkidə deputat seçilməyən kimi olasan müxalifətin öndə gedəni. Mümkündürmü təbii görünmək? Mümkündürmü kimisə inandırmaq? Yox, təbii. Ya da olsun Cəmil Həsənli. 2005-ci ildə AXCP-nin qərarına qarşı çıxdığı üçün təşkilatdan ayrılmalı oldu. Loru açıqlama da bu idi ki, ideya, müxalif həmrəylik-filan hərləmirəm, mənə mandat lazımdı. Amma həmin mandatı da itirən kimi oldu Silvestr Stallone. Girdi “Rokki” havasına. Gündə də bir seriyasını çəkib facebook üzərindən camaata sırımağa çalışdı. Kim inandı? Yenə heç kim, təbii. Çünki küskünlərin yığıncağında səmimi adam olmur.

- Haqqında danışdığınız kəsimin nümayəndələri seçki ilə bağlı boykot qərarı verib. Bu qərar da qeyri-səmimidir?

- Məndə olan informasiyaya görə - daha doğrusu, bu qənaətə sosial şəbəkədə oxuduqlarımdan sonra gəlmişəm - Milli Şura MSK-ya sənədləri həmin sənədlərin verilmə müddətinin bitməsinə saat yarım qalmış təqdim edəcək. Nə plandı bilmirəm, amma güman ki, iqtidarın növbədənkənar seçki qərarından sonra düşdükləri naqdaunu öz aləmlərində beləcə kompensasiya etmək istəyirlər. Yəni siz bizi şok etdiniz, biz də sizə sürpriz edərik. Ayrıca, onu da qeyd edim ki, boykot qərarı iqtidara deyil, beynəlxalq aləmdəki qəyyumlarına yönəlik mesaj idi. Qayəsi, məzmunu da özündə bu fikri ehtiva edirdi: “Ara qatmaq istəyirsinizsə, pul göndərin qataq. Ən azından əlimizdən gələni əsirgəmərik. Amma pulsuz olmaz. Havayı enerji sərf etmək niyyətimiz yoxdur”. Ordan isə deyəsən, müsbət cavab gəlib. Artıq pulu sızdırırlar. Ortalıqda var-gəl edən yeni-yeni gözəlbayramlıların canı sağ olsun, verirlər pulu Tiflis sərhədində hansısa taksi sürücüsünə, Ağstafada-zadda da üzərindən yüz dollar əskiklə götürürlər. Nə problem var ki? Arif Məmmədov adında xəyanətkarın, buqələmunun düzəltdiyi və ora-bura ötürdüyü saxta sənədlərə istinad edərək xəyallarında icad etdikləri hansısa prosesə “pul yuyan maşın” adı vermişdilər. Oysa, Əli Kərimli nəinki pul yuyan, hətta onu qurudub-ütüləyən maşının da icadını özü şəxsən edib. Hələ güman ki, patentini də alıb, sadəcə xəbərimiz yoxdur.

- Yeri gəlmişkən, Milan məhkəməsi bu ittihamların ən nəzərə çarpanlarından birini rədd etdi.

- Doğru həmişə sonda qalib gəlir. Bir gün ədalət zəfər çalmalı, Xədicənin donosluğu və bayaq adını çəkdiyim Arif Məmmədovun təşkilatçılığı ilə düzənlənən saxta ssenari nə zamansa ifşa olunmalı idi. Sadəcə, zamanı dəqiq bilmirdik. Radikal müxalifət bu oyunu ona görə qurmuşdu ki, cəmiyyətdə seçki öncəsi bir aşınma, iqtidara qarşı antipatiya yaratsın, amma məkrli ssenari özlərinə qarşı işlədi. Biabır oldular. Ən ideal vaxtda da məsələyə aydınlıq gəldi.

- Sizcə, bu məlumatları, dezoları mediaya, sosial şəbəkələrə kim ötürür? Məqsəd nədir?

- Dedim axı, Arif Məmmədovun rəhbərliyi ilə yanındakı çevrəsi. Bu insan uzun illər diplomatiyanın içində olub. Məlumatlı şəxsdir. Sadəcə, o, bildiyi məlumatları düzgün ötürmür. Təhrif edir. Bunların yeni bir təşkilatı var, iqtidara qarşı formalaşıb. Qənimətdən belə hamı o təşkilatdadır. Addım-addım, qapı-qapı gəzirlər. Randevularını da Arif alır. Bir tədbir buraxmırlar. Avropa Şurasından tutmuş ATƏT-ə qədər, hara gedirsən qarşında bitirlər. Olsun. Bizi düşmən bilib, düşmənçiliklərini edirlər. Amma dövlətlə, bayraqla, Azərbaycan adı ilə alıb-verə bilmədikləri, problemləri nədir, bax bunu anlamıram. Təsəvvür edin, Avropa Şurasının plenar iclasında Azərbaycanın əleyhinə, ya da Ermənistanın lehinə bir sənəd qəbul olunan kimi durub ayaq üstdə əl çalırlar. Əsas da o Emin Hüseynov və yanındakı erməni əsilli sarışın rəfiqəsi. Bir dəfə Şuranın bufetində ona dedim ki, yüz dəfə iqtidarı ittiham edəndə bir dəfə də ermənini ittiham elə, Qarabağdan danış. Qayıtdı ki, o məsələlər bizim maraqlarımıza uyğun deyil. Xəttimiz başqadır. Xəttin qırılsın, budur müxalifətçilik? Ya da Milli Şuranın baş prodüseri övladının qulağına niyə bir dəfə pıçıldamır ki, ay bala, xaricdə nə dinləmələrə qatılırsan qatıl, zalda 20 amerikalı, 30 avropalı, 15 ərəb və 1 erməni varsa, gedib özünü o dəqiqə erməninin yanına vermə, atan burada demokratiyadan, milli təəssübkeşlikdən dəm vurur, insan haqlarından “dərs keçir”, heç olmaya kənardan pis görünməsin. Yəni radikal müxalifət imitasiya da eləmir artıq. Deyirlər buyuq, amma bizi bəyənməlisiz. Seçki də gələn kimi hamısı olur qəzəlxan, meyxanaçı. Ancaq deyişmə işinə baxırlar, erməni lobbisinin papağından qafiyə çıxarırlar, ağıllı-ağıllı məsləhətlər verirlər. Boykot edirlərmiş. Dünəndən edin. Mənim qapıbir qonşum Kamandarın 3 yaşlı oğlu da bağçanı boykot edir, ağzına baxanmı var?

- Boykot əsaslandırması budur ki, onsuz da iqtidar hər seçkidə inzibati resursları prosesə cəlb edir, ədalətli seçki keçirmir və hətta guya bunu zamanında foto və videolarla sübut ediblər...

- Bəli, məhz guya! Nəyi sübut ediblər? Heç nəyi! Bir dəfə özünü “onbaşı” və “yüzbaşı” adlandıran xanımdan açıqlama alıblar. Soruşurlar ki, işiniz nədir, deyir insanları seçkiyə - səsverməyə göndərirəm. Bunu ad elədilər ki, saxta seçki keçirilir. Diqqət edin: xanım deyirdi ki, insanları səsverməyə göndərirəm, demirdi ki, filan adama səs verməyə göndərirəm. Desəydi başqa məsələ. Normalda isə bunun adı təşviqatdır. Adı onbaşı ya da yüzbaşı olsun - fərq etməz. Həmin kaseti xarici təşkilatlara da göndərəndə vəkillər, mütəxəssislər gülüb demişdilər ki, adam təşviqatla məşğul olub da, dünyanın hər yerində olduğu kimi. Bu axı fakt deyil. Bunlar da əli ətəyindən uzun, süzülə-süzülə, kasetləri də yanlarında geri dönmüşdülər. Yəni dediyim odur ki, kompromatları da öz başlarının, dərrakələrinin ölçüsündədir.

- Elşən bəy, bəzən namizədləri ittiham edirlər ki, seçkiyə mübarizə üçün deyil, dəstək üçün qatılırlar. Bu fikrə münasibətiniz necədir?

- Tamamilə yanlış fikirdir. Amma paralel olaraq nəzəri mülahizəmi də bölüşüm: 40 min imza toplayan adamın imzaları təsdiqləndikdən sonra könlü istəyər bu fürsətdən, yəni təbliğat imkanından istifadə edib rəqibini tərifləyər, istəyər özünü tərifləyər, istəyər qonşusunu-qohumunu tərifləyər. Bunun kimə nə dəxli? Harda yazılıb ki, seçkiyə girmisənsə mütləq söküb-dağıtmalısan? Fərdin passiv seçki hüququdur, sənədini verir, səslərini toplayır, qeydiyyata alınır. Gerisini özü bilər. Yəni dediyim odur ki, hətta mövzuya nəzəri və hüquqi prizmadan baxsaq belə yenə ortada separat, qeyri-qanuni bir şey yoxdur. Zamanında, konkret olaraq 2003-cü ildə Əli Kərimli Etibar Məmmədovla öncədən bağladığı sazişə əsasən ikincinin namizədliyini müdafiə etməli idi. Amma seçkiyə hər ikisi qatıldı. Onlara deyən oldumu ki, niyə belə edirsiz? Ya da 2009 Referendumundan öncə iqtidarın təbliğatına qarşı iki müxalif təşviqat qrupu yaradılmışdı. Nəsə irad tutuldu? Vəssalam da. Bunlar niyə özünə əl qatıb bəs? Həm də əsas olmadan? Bir daha təkrar edirəm: kökündən yanlış fikirdir! Əvvəla, namizədlərin içində hamının öz mövqeyi var, kimsə bu prosesə müxalifətin iddia etdiyi kimi dəstək üçün qatılmır. İkincisi, ölkədə seçkinin demokratik keçirilməsi üçün tam münbit şərait mövcuddur. Üçüncüsü də... Ən güclü namizəd qalib olacaq. Buna kimsənin şübhəsi olmasın. Şəxsi qənaətim isə odur ki, İlham Əliyev seçkinin açıq favoritidir və ən azı 80 faizin üstündə səs toplayacaq.

- Seçkidən sonra necə, siyasi komandada ciddi dəyişikliklərin olacağını gözləyirsiniz?

(ardı var)









 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?
Yox
Bu yolda Rusiyanın ağzı ovulacaq

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
İrəvandan uğursuz manevr cəhdi - NƏ BAŞ VERİR?
Bu gün, 17:07
Rəis Xankəndidəki kabinetində nə gizlədib? - Bacısına tozsoran da göndərib...
Bu gün, 17:05
Məişət tullantılarının kənar yerlərə atılmasına görə 300 manatdan 7000 manatadək cərimə tətbiq olunacaq
Bu gün, 17:00
Eldar Əzizov buna görə... ONU ÇOX DANLAYIB... - amma NƏ OLSUN Kİ...
Bu gün, 16:59
Heç olmasa ildə 1 dəfə güzəştli, maneəsiz gediş-gəliş imkanı tətbiq edilməlidir - ÇAĞIRIŞ
Bu gün, 16:54
Gələn ay Gürcüstan qarışacaq? - ABŞ vətəndaşlarına xəbərdarlıq etdi
Bu gün, 16:48
İcra Hakimiyyəti yarım milyonu görün nəyə xərcləyəcək - "Bir sıra işlər..."
Bu gün, 16:43
Məktəblərdə yığılan pul kimin cibinə gedir? - AKTUAL
Bu gün, 16:41
Qonşusunun yetim uşağını döyə-döyə diləndirib - Bakıda dəhşət
Bu gün, 16:40
“AzSığorta”nın İdarə Heyətinə təyinat olub - BUNDAN SONRA...
Bu gün, 16:38
Telefondan istifadəyə görə cərimələr – Azərbaycan Avropada ilk sıralardadır
Bu gün, 16:37
Daha bir lider bank AQC-nin Bank Ekspertlər Şurasına qoşuldu
Bu gün, 16:30
Bakıda bu səfərbərlik idarəsinin rəisi işdən çıxarıldı - YENİ TƏYİNAT
Bu gün, 16:27
“Kontakt Home” müştərini aldatdığı üçün cərimələndi - TƏFƏRRÜAT
Bu gün, 16:25
Abşeron rayonunda Beynəlxalq Müəllimlər Günü qeyd olunub - FOTO
Bu gün, 16:23
Ağadadaş Ağayev Azərbaycanı tərk edib? - VİDEO
Bu gün, 16:21
Azyaşlılara əxlaqsızlıq edən azərbaycanlı saxlanıldı - Rusiya mediası
Bu gün, 16:18
Valideyn himayəsindən məhrum olmuş uşaqlara 6000 manat birdəfəlik müavinət veriləcək
Bu gün, 16:15
Piyada səkisini zəbt edib PARKİNQ YARATDILAR - AXI NİYƏ?
Bu gün, 16:12
Polkovnik-leytenant bilib pul verdilər, bərbər çıxdı - TƏFƏRRÜAT
Bu gün, 16:11
İran İsraili niyə Təbrizdən vurdu? – 3 səbəb
Bu gün, 16:07
“Yasamal Hospital”ın baş həkimi daha bir qadını ölümcül hala SALIB - Estetik əməliyyatın növbəti QURBANI
Bu gün, 16:05
İsrail ordusu yenidən Beyruta zərbələr endirib
Bu gün, 16:02
136 nömrəli məktəbdə Müəllim Günü ilə bağlı pul yığılır - 20 manatdan
Bu gün, 16:02
Prezident İlham Əliyevin Cəbrayıl şəhərindəki çıxışında səslənən mühüm mesajlar - İsrafil Kərimovun yazısı
Bu gün, 15:59
Xalqla gizlənpaç və ya hakimiyyət naminə hər şey - “Seçkilərdən sonra bu mövzu öz-özünə ortadan qalxacaq”
Bu gün, 14:00
“Azərbaycan dünyada siyasi oyunçuya çevrilib” - Rusiyalı politoloq
Bu gün, 13:56
"Nişanlım 50 min dolları hissə-hissə göndərib" - 255 milyonu qanunsuz yolla leqallaşdıranların cinayət işi
Bu gün, 13:30
Bugünkü gün anti-Azərbaycan qüvvələr üçün matəm günüdür - Prezident İlham Əliyev
Bu gün, 13:22
İlham Əliyev Cəbrayıl sakinləri ilə görüşdə Amerikanın anti-Azərbaycan addımlarından danışıb
Bu gün, 13:21
Süleyman Mikayılovun Lökbatan qəsəbəsində səyyar qəbulu keçirilib - FOTO
Bu gün, 13:19
Anti-İnhisar Xidməti TƏBİB-i yenidən VURDU... - 4 tender birdən ləğv olundu
Bu gün, 13:00
“Pulsuzluq o həddə çatdırır ki, hər təklifə “ok” deyir”
Bu gün, 12:57
Zaporojye AES-in mühafizə rəisi öldürüldü
Bu gün, 12:56
Tezliklə iki məsələ həll ediləcək, biri Kərkidir, digəri... - Danielyan
Bu gün, 12:53
Amnistiya Aktına çox ehtiyacımız var - AÇIQLAMA
Bu gün, 12:46
Vergi Xidmətinin ƏCAİB PARTNYORU... - Özünə umac ova bilmir?..
Bu gün, 12:41
BMT “çətiri altında” anti-Azərbaycan hesabatı - NƏ ETMƏLİ?
Bu gün, 12:37
Qaradağda ev tikmək üçün 5 min manata icazə alan vəzifəli şəxs sərbəst buraxıldı - TƏFƏRRÜAT
Bu gün, 12:33
Gecə və səhər bəzi yerlərdə arabir duman olacaq - Belə deyirlər...
Bu gün, 12:30
"Beşmərtəbə" yeraltı keçidi turistlər üçün ciddi təhlükə yaradır: - Bazarı himayə edənlər kimlərdir?
Bu gün, 12:28
İsrail qarşısında acizik, heç bir zəmanət yoxdur - Qərbdən şok etiraf
Bu gün, 12:24
"AMEA yeniliyə, fundamental dəyişikliklərə açıq deyil" - Professor
Bu gün, 12:17
"İsrail İranın nüvə obyektlərinə "simvolik" hücum edə bilər" - Ehud Barak
Bu gün, 12:14
Musiqi məktəbinin müəllimlərindən Prezidentə MÜRACİƏT - FOTO, VİDEO
Bu gün, 12:11
"Yeni Elgizlər, Xoşqədəmlər, Zaurlar yetişdirməliyik" - Aparıcıdan diqqətçəkən açıqlama
Bu gün, 12:06
Təhsil İdarəsi Xırdalanda məktəb rəhbərliyinin valideynlərlə müqavilə bağlamaq cəhdini məqsədəuyğun saymayıb - BU NƏDİ BELƏ?!
Bu gün, 12:03
Cəbrayıllılar doğma yurdlarına qayıdırlar - MƏQALƏ
Bu gün, 12:00
"Bir şəhid ailəsi kimi, bu bizim ailəyə çox pis təsir edir..." - GİLEY
Bu gün, 11:58
Ermənistan sərhəddə yeni qüvvələr toplayır - Hücum planı...
Bu gün, 11:53
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : [email protected]
Designed by Daraaz.net
�������@Mail.ru