BİR ALİM DAHA ÖLSÜN SƏFALƏT İÇƏRİSİNDƏ? .....                     Zəfər Günü ilə bağlı Əfv fərmanı imzalanacaqmı? .....                     Böyük təhlükə: İran Rusiyadan kömək istəyir .....                     Azərbaycanda tanınmış alim vəfat edib .....                     İrəvandan uğursuz manevr cəhdi .....                     Rəis Xankəndidəki kabinetində nə gizlədib? .....                     Məişət tullantılarının kənar yerlərə atılmasına görə .....                     Eldar Əzizov buna görə... ONU ÇOX DANLAYIB... .....                     Heç olmasa ildə 1 dəfə güzəştli, maneəsiz gediş-gəliş imkanı tətbiq edilməlidir .....                     Gələn ay Gürcüstan qarışacaq? .....                     İcra Hakimiyyəti yarım milyonu görün nəyə xərcləyəcək .....                     Məktəblərdə yığılan pul kimin cibinə gedir? .....                     Qonşusunun yetim uşağını döyə-döyə diləndirib .....                     “AzSığorta”nın İdarə Heyətinə təyinat olub .....                     Telefondan istifadəyə görə cərimələr .....                     Daha bir lider bank AQC-nin Bank Ekspertlər Şurasına qoşuldu .....                     Bakıda bu səfərbərlik idarəsinin rəisi işdən çıxarıldı .....                     “Kontakt Home” müştərini aldatdığı üçün cərimələndi .....                     Abşeron rayonunda Beynəlxalq Müəllimlər Günü qeyd olunub .....                     Ağadadaş Ağayev Azərbaycanı tərk edib? .....                     Azyaşlılara əxlaqsızlıq edən azərbaycanlı saxlanıldı .....                     Valideyn himayəsindən məhrum olmuş uşaqlara .....                     Piyada səkisini zəbt edib PARKİNQ YARATDILAR .....                     Polkovnik-leytenant bilib pul verdilər, bərbər çıxdı .....                     İran İsraili niyə Təbrizdən vurdu? .....                     “Yasamal Hospital”ın baş həkimi daha bir qadını ölümcül hala SALIB .....                     İsrail ordusu yenidən Beyruta zərbələr endirib .....                     136 nömrəli məktəbdə Müəllim Günü ilə bağlı pul yığılır .....                     Prezident İlham Əliyevin Cəbrayıl şəhərindəki çıxışında səslənən mühüm mesajlar .....                     Xalqla gizlənpaç və ya hakimiyyət naminə hər şey .....                     “Azərbaycan dünyada siyasi oyunçuya çevrilib” .....                     "Nişanlım 50 min dolları hissə-hissə göndərib" .....                     Bugünkü gün anti-Azərbaycan qüvvələr üçün matəm günüdür .....                     İlham Əliyev Cəbrayıl sakinləri ilə görüşdə Amerikanın .....                     Süleyman Mikayılovun Lökbatan qəsəbəsində səyyar qəbulu keçirilib .....                     Anti-İnhisar Xidməti TƏBİB-i yenidən VURDU... .....                     “Pulsuzluq o həddə çatdırır ki, hər təklifə “ok” deyir” .....                     Zaporojye AES-in mühafizə rəisi öldürüldü .....                     Tezliklə iki məsələ həll ediləcək, biri Kərkidir, digəri... .....                     Amnistiya Aktına çox ehtiyacımız var .....                 

"Müxalifət həmişə bizi söyüb"
Tarix: 17-02-2018, 10:23 | Çap et
"Müxalifət həmişə bizi söyüb"
Yazıçılar Birliyinin bir qrup üzvünün prezident seçkisində hakim partiyanın namizədi, prezident İlham Əliyevi müdafiə ilə bağlı bəyanata imza atması geniş müzakirələrə səbəb olub. Hətta bunun qarşılığında sosial şəbəkələrdə Birliyin sədri Anarın kitablarının yandırılacağı ilə bağlı çağırışlar edilib. Əslində məsələyə yazıçı Anarın ilkin münasibəti var idi, o, belə hərəkətləri tərbiyəsizlik adlandırıb və faşizmin əlaməti sayıb. Odur ki, birlik sədri ilə məhz bu mövzuda geniş söhbətə ola bilsin ki, o qədər də ehtiyac qalmamışdı. Lakin biz onunla görüşüb qarşıdan gələn 80 illik yubileyi münasibətilə söhbət etmək istədik. Hər halda 1991-ci ildən Yazıçılar Birliyinin sədri olan böyük yazıçı ilə söhbət etmək üçün kifayət qədər mövzular var idi. Ancaq təəssüf ki, planımız baş tutmadı. Əvvəla, xaricdə olduğu üçün. İkincisi də... Mobil telefonunu açıb, salaməleyküm dedikdən sonra “Yeni Müsavat”dan olduğumu biləndə məni qabaqladı: “Bilirəm nəyə görə zəng etmişiniz. "Yeni Müsavat" məni yaxşı şeyə görə axtarmır ki".

- Anar müəllim, mən jurnalistika təcrübəmdə sizinlə iki dəfə təmasda olmuşam, hər iki halda məni pərt vəziyyətinə salmısınız, ittiham etmisiniz. Birinci dəfə 2003-cü ildə, Sahil bağındakı görüşümüzdə başqa bir jurnalistin yazdıqlarına görə məni ittiham etmişdiniz. İndi də belə. Niyə hesab edirsiniz ki, bizim qəzet bütün işini-gücünü bir kənara qoyub, ancaq sizin əleyhinizə yazılar dərc edir? Özü də dəfələrlə sizinlə geniş müsahibələr dərc olunduğu halda, bu qənaət sizdə hardandır?

- Sizin qəzetdə - “Yeni Müsavat”da bir dəfə mənim haqqımda - mənim indi 80 yaşım var, sizin qəzet də yəqin bir 30 ildir çıxır - bir dəfə xoş söz eşitməmişəm. Ancaq sataşmaqlar, ancaq əleyhimə sözlər... İndi mən bu saat xaricdəyəm, Praqada. Gəlmişəm, xoş münasibət bəslənilir. Hər gün Bakıdan bir adam zəng edib, mənə aid bir pis xəbər verir. Ona görə bildim ki, nə soruşacaqsız, yaxşı bir şey üçün zəng eləməmisiniz ki... Pərt olmayın, mən həqiqəti deyirəm.

- Anar müəllim, bizlər uşaqlıqdan sizin əsərlərinizin oxucusu olmuşuq, sizi zirvə sanmışıq...

- Oxucum olmusuz e, amma indiyə qədər mənim xeyrimə sizin qəzetdə bir kəlmə yaxşı şey yazılmayıb...

- İcazə verin razılaşmayım. Elə 16 fevralda “Yeni Müsavat” qəzetində sizinlə bağlı başlanmış kampaniyanın əleyhinə yazı dərc olunub, sizi müdafiə edən mövqelər orada əksini tapıb. (“Anarın kitablarını yandıraq" çağırışına sərt reaksiyalar" sərlövhəli yazı - E.P.) Necə deyərlər, hələ o yazının mürəkkəbi qurumayıb, sizsə yenə ittiham edirsiniz...

- Bu, yaxşı xəbərdir. Əgər belədirsə, sağ olun.(Gülür)

- Dəyməz, borcumuzdur. Zəng etməkdə məqsədlərimizdən birini sizə deyim: gələn ay sizin 80 illik yubileyinizdir. Bilmək istəyirdim ki, yubilyarın özünün hansısa planları varmı?

- Yox. Mənim yubileylə bağlı heç bir planım yoxdur. Mənə bununla bağlı müraciət edəndə dedim iki dənə şey istəyirəm: kitabım çıxsın, bir də ki, ssenari yazmışam, onu çəksinlər. Bundan başqa mənim heç bir iddiam yoxdur. Gündə mənə zəng edirlər ki, sənin kitablarını yandırırlar. Dedim faşistlər də kitabları yandırırdılar, axırda onlar Nürnberqdə cavab verməli oldular. Amma mən istəmirəm ki, bu kitab yandıranlar məhkəməyə düşsünlər. Ona görə ki, məhkəməyə düşsələr, yenə mənim üstümə gələcəklər ki, amandır, müraciət edin, bizi qurtarın!

- İnsaf naminə demək lazımdır ki, həbsdə olan siyasilərin əfvi və ya onların zaminə götürülməsi ilə bağlı dəfələrlə hakimiyyətə müraciət etmişiniz...

- Bununla bağlı məndən çox müraciət edən olmayıb bəlkə də... Sizin adınız nədir?

- Elşad Paşasoy.

- Hə, lap yaxşı. İmzanız mənə tanışdır.

- Təşəkkür edirəm. Anar müəllim, qeyd etdiniz ki, ssenari yazmısınız. Ssenari məsələsi bizim yaralı yerimizdir. Xüsusilə də Türkiyə televiziyalarındakı tarixi filmlərə həsəd hissi ilə baxıb, bizdə niyə yoxdur, sualına cavab axtarırıq. Sirr deyilsə, sizin təqdim etdiyiniz ssenari hansı mövzudan bəhs edir?

- Ümmülbanu olub, azərbaycanlı yazıçı, iki milyonerin - Musa Nağıyevlə Şəmsi Əsədullayevin nəvəsi. (Azərbaycan Xalq Cümhuriyyətinin nazirlərindən biri, milyonçu Mirzə Əsədullayevin qızı. 1905-1992-ci illərdə yaşayıb, Parisdə dəfn olunub - E.P.) Sovet hakimiyyəti Azərbaycanda qurulanda bu da mühacirətə gedib, gənc yaşında yazıçı olub, onun kitabları var. Orada məşhur rus yazıçısı, Nobel mükafatı laureatı Buninlə (İvan Bunin-E.P.) tanış olub. Aralarında böyük yaş fərqi var, amma buna baxmayaraq, bunların çox yaxşı münasibətləri olub, bu barədə məktubları var. Sonra o, həmin məktubları çap eləyib, 40-a qədər məktubdur. Bax, o məktubların əsasında, sonra onun Fransa həyatından yazdığı kitab, Qafqaz həyatından, uşaqlığından yazdığı bioqrafik kitabı əsasında mən bir ssenari yazmışam. Bunların Parisdə olan görüşləri əsasında.

- Deməli, ssenarini film üçün təqdim etmisiniz?

- Bəli, ssenarini Mədəniyyət və Turizm Nazirliyinə təqdim etmişəm. Bir seriyalı film üçün.

- Könül istərdi ki, sizin kimi böyük yazıçımız Cümhuriyyətimizin 100 illiyinə həsr olunmuş bir ssenari də yazaydı. Bu barədə heç düşünmüsüzmü? (Bu yerdə xatırladaq ki, Anar müəllimin ana babası - yazıçı Nigar Rəfibəylinin atası - Xudadat bəy Rəfibəyli 1918-ci ildə Gəncədə Xalq Cümhuriyyəti hökumətində təmsil olunub, dövlətimizin ilk səhiyyə naziri olub, bir il sonra isə Gəncə general-qubernatoru vəzifəsinə təyin edilbib. Aprel işğalından sonra isə Gəncə üsyanının təşkilində ittihamlandırılaraq güllələnib - E.P.)

- Bu da mənim istəyimdir. Mən o mövzuda da yazmaq istəyirdim, lakin hələ yazmamışam. İmkan olsa, istəyirdim Cəfər Cabbarlı haqqında bir ssenari yazım. Çünki məndə silsilədir də. Mirzə Fətəli haqqında bir film var, Mirzə Cəlil haqqında, Cavid haqqında, Üzeyir bəy haqqında var. Bir də istərdim ki, beşinci filmim Cəfər Cabbarlı haqqında olsun. Həm onun Cümhuriyyət dövründəki, həm də sonrakı dövrdəki fəaliyyətindən bəhs edən film.

- Çox yaxşı olar. Yeri gəlmişkən, bu günlərdə Cəfər Cabbarlının qızı dünyasını dəyişdi, xəbəriniz oldu?

- Haçan rəhmətə gedib?

- Ötən həftə.

- Yox. Mən bilməmişəm, xaricdəyəm, indi eşidirəm. Allah rəhmət eləsin!

- Amin! Anar müəllim, kitabınız nədən bəhs edir?

- Üç cildlik kitabım rusca çıxıb: “LİK Azerbaydjana”. Yəni “Literatura, iskustvo, kultura Azerbaydjana”. Bir cildi ədəbiyyata, biri musiqi, rəssamlıq, teatr, kinodan bəhs edir, üçüncüsü də "Yaşamaq haqqı" - Azərbaycanın tarixi. Onların bir hissəsi rus dilində yazılıb, bir hissəsi tərcümə olunub. Mən istəyirəm rusca çıxsın ki, daim geniş oxucu kütləsinin ixtiyarında olsun. Həmçinin Azərbaycan variantını da çap eləmək istəyirəm.

- Demək, 80 illik yubileyinizdə özünüzə kitab və film ssenarisi hədiyyə edirsiniz?

- Bəli.

- Bilirik ki, Azərbaycanın ali ordeni olan “İstiqlal”ı 20 il əvvəl, 60 illik yubileyinizdə almısınız. Budəfəki yubileyinizdə ürəyinizdən keçən mükafat hansıdır, Cümhuriyyət ilinə təsadüf edən 80 illikdə arzu-istəyiniz nədir?

- O ordeni mənə rəhmətlik Heydər Əliyev vermişdi. İstəyim kitablarımın çap olunmağı, film çəkilməyi...Ən böyük istəyimsə Qarabağın azad olunmasıdır. Ondan böyük istəyim yoxdur.

- İnşallah! Hər birimizin istəyidir. Anar müəllim, yuxarıda kitablarınızın yandırılması təhdidinə qısaca fikrinizi bildirdiniz. Yubiley ərəfəsində xoş bir söhbət olmasa da, yan keçmək də mümkün deyil. Bu məsələ o qədər mənfi reaksiya doğurub ki, hətta sizin, necə deyərlər, əbədi və əzəli rəqibiniz Əkrəm Əylisli də bu kimi hədələrin mənasız olduğunu deyib, pisləyib...

- Bunu dəqiqləşdirək ki, mən Əkrəmi əbədi rəqibim hesab eləmirəm. Əkrəmi yazıçı kimi çox yüksək qiymətləndirirəm, axırıncı əsərindən (“Daş yuxular” - E.P.) başqa. Əvvəl yazdığı əsərləri barədə mən dəfələrlə yazmışam, onu yaxşı yazıçılarımızdan biri hesab edirəm və onu nə rəqib hesab edirəm, nə də düşmən. İndi hər insanın səhvi var. Onun da axırıncı əsəri çox böyük bir səhvdir, bunu da mən demişəm. Amma ümumiyyətlə, mən ona yazıçı kimi hörmət edirəm.

- Bir az əvvəl onun 80 yaşı tamam oldu. Üz-üzə oturub dərdləşirsinizmi, yoxsa əlaqələr tam kəsilib?

- Yox, onda mən ağır xəstə idim. Noyabr ayında ağır əməliyyat olundum, o zaman Türkiyədəydim, heç Bakıda da deyildim.

- Keçmiş olsun! Yəqin Əkrəm Əylislinin yubileyini təbrik etmədiyiniz üçün yazıçı həmkarınızdan da təbrik gözləmirsiniz, eləmi?

- Yox, mən heç kəsdən təbrik gözləmirəm. Kim istəyər, edər. Bu, çox vacib bir şey deyil ki, təbrik eləsinlər. Təki söyməsinlər, böhtan atmasınlar, alçaq hərəkət etməsinlər, bu, elə təbriki olar o adamların.

- Əkrəm Əylisli gileylənib, deyib o zaman mənim kitablarım yandırılanda onlar məni müdafiə etmədi...

- Doğrusu, mən onun kitablarının yandırılmağını bilmirəm. Onu bilirdim ki, onun kitablarının bir qismini Yazıçılar Birliyinə göndərirdilər, biz də onları qoyurduq kitabxanaya. Vəssalam. Ancaq yandırılmağından mənim xəbərim yox idi.

- Anar müəllim, sizin prezident seçkisi ilə bağlı mövqeyiniz müxalif fikirli insanları xeyli qıcıqlandırıb, kəskin reaksiyalar doğurub. Sizə, Çingiz Abdullayevə ünvanlı kəskin tənqid və ittihamlar səslənir, yazılır. Necə bilirsiniz, nəyə görə belə aqressiv münasibətə hədəf olmusunuz?

- Bu, çox acınacaqlı vəziyyətdir, bir çox səbəblərə görə. Mənim dediklərimi olduğu kimi yazacaqsınız yəqin.

- Təbii ki.

- Birincisi, ondan başlayaq ki, əgər demokratiyadan söhbət gedirsə, gərək hamının fikrinə hörmətlə yanaşasan. İndi başqaları da prezidentliyə namizədliyini verib. Deyərdilər ki, siz İlham Əliyevi müdafiə edirsiniz, gərək filankəsi müdafiə edəydiniz. Kimi müdafiə edəydik? Mən namizədlərin siyahısına baxmışam, onların hansı biri bu saat İlham Əliyevin alternativi ola bilər? Birincisi, burdan başlayaq. İkincisi, illər boyu - əvvəl Heydər Əliyev, sonra da İlham Əliyev - yaradıcı insanlara, mədəniyyətə, ədəbiyyata, sənətə qayğı göstərib - hələ ayrı sahələri bir qırağa qoyuram - hörmətlə yanaşıblar, kömək ediblər. Müxalifət isə həmişə bizi söyüb, təhqir edib, bizim əleyhimizə yazıb. Bu, ona oxşayır ki, niyə siz bizi hakimiyyətə gətirmirsiniz? Yaxud “aç qapını, gələk, səni öldürək!” Bizi hakimiyyətə gətirin ki, sizi boğaq! Kim buna gedər? Ona görə biz yaradıcı adamlar yığışdıq, mən özümü demirəm, bilirsiniz, hamısı orada hörmətli adamlardır. Yaxşı, mənim kitablarımı yandırın, Fərhad Bədəlbəylinin barmaqlarını kəsin, - vaxtilə Çində bir gəncin barmaqlarını sındırmışdılar ki, Çaykovski kursunda mükafat alıb - Fərhad Xəlilovun fırçasını əlindən alın, Şəfiqə xanımın, Amaliya xanımın, Hacı İsmayılovun çəkildiyi filmləri qadağan edin, Firəngiz Əlizadənin bütün dünyada səslənən musiqisini Azərbaycanda qadağan eləyin, Elbay Qasımzadənin tikdiyi binaları sökün! Nə qalacaq Azərbaycanda?! Bir bunu fikirləşirlər?! Fikirləşirlərmi ki, bu adamlar bütün ömrünü Azərbaycan mədəniyyətinə, ədəbiyyatına xidmət ediblər, indi bu adamlar yekdil fikirdədirlərsə... Kimin nə ehtiyacı var ki, yaltaqlıq eləsin? Biz hər şeyi almışıq. Yaxşı, biz öz fikrimizi deyiriksə, elə hesab ediriksə ki, bu gün Azərbaycanı bu çətin vəziyyətində İlham Əliyev çox doğru siyasət aparır, bizə düşmən olan, dost olan qonşularımızla münasibəti elə qurur ki, Azərbaycan bu saat sabitlik içində yaşayır... Yaxşı, biz bunu düşünərək ona səs verməyə çağırırıqsa, niyə bizim kitablarımızı yandırırlar, yaxud özümüzü hədəfə alırlar, mən bunu başa düşmürəm. O adamlar ki, bunu deyirlər, onlar 1991-ci ildə gəlmişdilər də hakimiyyətə, gördük nələr oldu. Gördük Azərbaycan neçə yerə parçalanırdı, Bakıda küçəyə çıxmaq mümkün deyildi. Ermənilər az qala gəlib Yevlaxa çıxırdılar. Bunları görmüşük axı...

(Davamı var)









 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?
Yox
Bu yolda Rusiyanın ağzı ovulacaq

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
BİR ALİM DAHA ÖLSÜN SƏFALƏT İÇƏRİSİNDƏ? - ETİRAZ VAR...
Bu gün, 17:26
Zəfər Günü ilə bağlı Əfv fərmanı imzalanacaqmı? - AÇIQLAMA
Bu gün, 17:20
Böyük təhlükə: İran Rusiyadan kömək istəyir - “New York Times”
Bu gün, 17:17
Azərbaycanda tanınmış alim vəfat edib
Bu gün, 17:15
İrəvandan uğursuz manevr cəhdi - NƏ BAŞ VERİR?
Bu gün, 17:07
Rəis Xankəndidəki kabinetində nə gizlədib? - Bacısına tozsoran da göndərib...
Bu gün, 17:05
Məişət tullantılarının kənar yerlərə atılmasına görə 300 manatdan 7000 manatadək cərimə tətbiq olunacaq
Bu gün, 17:00
Eldar Əzizov buna görə... ONU ÇOX DANLAYIB... - amma NƏ OLSUN Kİ...
Bu gün, 16:59
Heç olmasa ildə 1 dəfə güzəştli, maneəsiz gediş-gəliş imkanı tətbiq edilməlidir - ÇAĞIRIŞ
Bu gün, 16:54
Gələn ay Gürcüstan qarışacaq? - ABŞ vətəndaşlarına xəbərdarlıq etdi
Bu gün, 16:48
İcra Hakimiyyəti yarım milyonu görün nəyə xərcləyəcək - "Bir sıra işlər..."
Bu gün, 16:43
Məktəblərdə yığılan pul kimin cibinə gedir? - AKTUAL
Bu gün, 16:41
Qonşusunun yetim uşağını döyə-döyə diləndirib - Bakıda dəhşət
Bu gün, 16:40
“AzSığorta”nın İdarə Heyətinə təyinat olub - BUNDAN SONRA...
Bu gün, 16:38
Telefondan istifadəyə görə cərimələr – Azərbaycan Avropada ilk sıralardadır
Bu gün, 16:37
Daha bir lider bank AQC-nin Bank Ekspertlər Şurasına qoşuldu
Bu gün, 16:30
Bakıda bu səfərbərlik idarəsinin rəisi işdən çıxarıldı - YENİ TƏYİNAT
Bu gün, 16:27
“Kontakt Home” müştərini aldatdığı üçün cərimələndi - TƏFƏRRÜAT
Bu gün, 16:25
Abşeron rayonunda Beynəlxalq Müəllimlər Günü qeyd olunub - FOTO
Bu gün, 16:23
Ağadadaş Ağayev Azərbaycanı tərk edib? - VİDEO
Bu gün, 16:21
Azyaşlılara əxlaqsızlıq edən azərbaycanlı saxlanıldı - Rusiya mediası
Bu gün, 16:18
Valideyn himayəsindən məhrum olmuş uşaqlara 6000 manat birdəfəlik müavinət veriləcək
Bu gün, 16:15
Piyada səkisini zəbt edib PARKİNQ YARATDILAR - AXI NİYƏ?
Bu gün, 16:12
Polkovnik-leytenant bilib pul verdilər, bərbər çıxdı - TƏFƏRRÜAT
Bu gün, 16:11
İran İsraili niyə Təbrizdən vurdu? – 3 səbəb
Bu gün, 16:07
“Yasamal Hospital”ın baş həkimi daha bir qadını ölümcül hala SALIB - Estetik əməliyyatın növbəti QURBANI
Bu gün, 16:05
İsrail ordusu yenidən Beyruta zərbələr endirib
Bu gün, 16:02
136 nömrəli məktəbdə Müəllim Günü ilə bağlı pul yığılır - 20 manatdan
Bu gün, 16:02
Prezident İlham Əliyevin Cəbrayıl şəhərindəki çıxışında səslənən mühüm mesajlar - İsrafil Kərimovun yazısı
Bu gün, 15:59
Xalqla gizlənpaç və ya hakimiyyət naminə hər şey - “Seçkilərdən sonra bu mövzu öz-özünə ortadan qalxacaq”
Bu gün, 14:00
“Azərbaycan dünyada siyasi oyunçuya çevrilib” - Rusiyalı politoloq
Bu gün, 13:56
"Nişanlım 50 min dolları hissə-hissə göndərib" - 255 milyonu qanunsuz yolla leqallaşdıranların cinayət işi
Bu gün, 13:30
Bugünkü gün anti-Azərbaycan qüvvələr üçün matəm günüdür - Prezident İlham Əliyev
Bu gün, 13:22
İlham Əliyev Cəbrayıl sakinləri ilə görüşdə Amerikanın anti-Azərbaycan addımlarından danışıb
Bu gün, 13:21
Süleyman Mikayılovun Lökbatan qəsəbəsində səyyar qəbulu keçirilib - FOTO
Bu gün, 13:19
Anti-İnhisar Xidməti TƏBİB-i yenidən VURDU... - 4 tender birdən ləğv olundu
Bu gün, 13:00
“Pulsuzluq o həddə çatdırır ki, hər təklifə “ok” deyir”
Bu gün, 12:57
Zaporojye AES-in mühafizə rəisi öldürüldü
Bu gün, 12:56
Tezliklə iki məsələ həll ediləcək, biri Kərkidir, digəri... - Danielyan
Bu gün, 12:53
Amnistiya Aktına çox ehtiyacımız var - AÇIQLAMA
Bu gün, 12:46
Vergi Xidmətinin ƏCAİB PARTNYORU... - Özünə umac ova bilmir?..
Bu gün, 12:41
BMT “çətiri altında” anti-Azərbaycan hesabatı - NƏ ETMƏLİ?
Bu gün, 12:37
Qaradağda ev tikmək üçün 5 min manata icazə alan vəzifəli şəxs sərbəst buraxıldı - TƏFƏRRÜAT
Bu gün, 12:33
Gecə və səhər bəzi yerlərdə arabir duman olacaq - Belə deyirlər...
Bu gün, 12:30
"Beşmərtəbə" yeraltı keçidi turistlər üçün ciddi təhlükə yaradır: - Bazarı himayə edənlər kimlərdir?
Bu gün, 12:28
İsrail qarşısında acizik, heç bir zəmanət yoxdur - Qərbdən şok etiraf
Bu gün, 12:24
"AMEA yeniliyə, fundamental dəyişikliklərə açıq deyil" - Professor
Bu gün, 12:17
"İsrail İranın nüvə obyektlərinə "simvolik" hücum edə bilər" - Ehud Barak
Bu gün, 12:14
Musiqi məktəbinin müəllimlərindən Prezidentə MÜRACİƏT - FOTO, VİDEO
Bu gün, 12:11
"Yeni Elgizlər, Xoşqədəmlər, Zaurlar yetişdirməliyik" - Aparıcıdan diqqətçəkən açıqlama
Bu gün, 12:06
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : [email protected]
Designed by Daraaz.net
�������@Mail.ru