Böyük təhlükə: İran Rusiyadan kömək istəyir .....                     Azərbaycanda tanınmış alim vəfat edib .....                     İrəvandan uğursuz manevr cəhdi .....                     Rəis Xankəndidəki kabinetində nə gizlədib? .....                     Məişət tullantılarının kənar yerlərə atılmasına görə .....                     Eldar Əzizov buna görə... ONU ÇOX DANLAYIB... .....                     Heç olmasa ildə 1 dəfə güzəştli, maneəsiz gediş-gəliş imkanı tətbiq edilməlidir .....                     Gələn ay Gürcüstan qarışacaq? .....                     İcra Hakimiyyəti yarım milyonu görün nəyə xərcləyəcək .....                     Məktəblərdə yığılan pul kimin cibinə gedir? .....                     Qonşusunun yetim uşağını döyə-döyə diləndirib .....                     “AzSığorta”nın İdarə Heyətinə təyinat olub .....                     Telefondan istifadəyə görə cərimələr .....                     Daha bir lider bank AQC-nin Bank Ekspertlər Şurasına qoşuldu .....                     Bakıda bu səfərbərlik idarəsinin rəisi işdən çıxarıldı .....                     “Kontakt Home” müştərini aldatdığı üçün cərimələndi .....                     Abşeron rayonunda Beynəlxalq Müəllimlər Günü qeyd olunub .....                     Ağadadaş Ağayev Azərbaycanı tərk edib? .....                     Azyaşlılara əxlaqsızlıq edən azərbaycanlı saxlanıldı .....                     Valideyn himayəsindən məhrum olmuş uşaqlara .....                     Piyada səkisini zəbt edib PARKİNQ YARATDILAR .....                     Polkovnik-leytenant bilib pul verdilər, bərbər çıxdı .....                     İran İsraili niyə Təbrizdən vurdu? .....                     “Yasamal Hospital”ın baş həkimi daha bir qadını ölümcül hala SALIB .....                     İsrail ordusu yenidən Beyruta zərbələr endirib .....                     136 nömrəli məktəbdə Müəllim Günü ilə bağlı pul yığılır .....                     Prezident İlham Əliyevin Cəbrayıl şəhərindəki çıxışında səslənən mühüm mesajlar .....                     Xalqla gizlənpaç və ya hakimiyyət naminə hər şey .....                     “Azərbaycan dünyada siyasi oyunçuya çevrilib” .....                     "Nişanlım 50 min dolları hissə-hissə göndərib" .....                     Bugünkü gün anti-Azərbaycan qüvvələr üçün matəm günüdür .....                     İlham Əliyev Cəbrayıl sakinləri ilə görüşdə Amerikanın .....                     Süleyman Mikayılovun Lökbatan qəsəbəsində səyyar qəbulu keçirilib .....                     Anti-İnhisar Xidməti TƏBİB-i yenidən VURDU... .....                     “Pulsuzluq o həddə çatdırır ki, hər təklifə “ok” deyir” .....                     Zaporojye AES-in mühafizə rəisi öldürüldü .....                     Tezliklə iki məsələ həll ediləcək, biri Kərkidir, digəri... .....                     Amnistiya Aktına çox ehtiyacımız var .....                     Vergi Xidmətinin ƏCAİB PARTNYORU... .....                     BMT “çətiri altında” anti-Azərbaycan hesabatı .....                 

Prezidentin səlahiyyətli nümayəndəsindən müxalifətə: - “Kimləri yığıb boykot edəcəksən?”
Tarix: 13-02-2018, 08:57 | Çap et
 Prezidentin səlahiyyətli nümayəndəsindən müxalifətə:
Deputat, YAP icra katibinin müavini, prezidentin üç səlahiyyətli nümayəndəsindən biri olan Siyavuş Novruzov prezident seçkisi mövzusunda “Yeni Müsavat”a müsahibə verib, maraqlı fikirlər səsləndirib. Müxalifətin boykot qərarına özünəməxsus mövqe nümayiş etdirən YAP funksioneri ilə müsahibəni təqdim edirik:

- Siyavuş bəy, budəfəki seçkidə də prezidentin maliyyə məsələləri üzrə səlahiyyətli nümayəndəsi seçilmisiniz. Hər halda, maraqlıdır, niyə məhz maliyyə məsələləri?

- (Gülür). Mən 25 ildir ki, o işə baxıram. 1993-cü ildən bu tərəfə, istər ümummilli liderin, istərsə də cənab prezidentin seçkilərində, o cümlədən parlament seçkilərində partiyanın səlahiyyətli nümayəndəsi olmuşam, özü də bu sahə üzrə. Yəqin ki, etimadı o sahədə doğrultmuşuq ki, bizə maliyyə məsələlərini həvalə edirlər.

- Aparıcı müxalifət partiyalarının seçkini boykot qərarını necə qiymətləndirirsiniz?

- Birinci onu qeyd edim ki, Azərbaycanda azad, ədalətli, demokratik seçki keçirmək üçün bütün mühit və şərait var. O şəxslər ki, boykot qərarını qəbul edirlər, onların heç bir sosial bazası yoxdur. Bilirlər ki, burada 40 mindən artıq seçici imzasını toplamaq lazımdır, böyük bir seçki kampaniyasını həyata keçirmək üçün tərəfdarlar tələb olunur. Bu adamlarda bunların heç biri yoxdur. O baxımdan da bunların belə qərar verməsi bəlli idi və mövqe bildirməsi. İkincisi, bu gün onlar bütün müxalifət partiyalarını təmsil etmir. Müxtəlif kateqoriyaya aid olan müxalifət var. Burada da qərar verənlər ancaq xaricdən maliyyə dəstəyi alan, onların maliyyəsi, tapşırığı əsasında qərar qəbul edən partiyalardır. Bu, nə onların üzvlərinin, nə də rəhbər strukturların qərarı deyil. Bu, sadəcə olaraq, hansısa bir ölkənin səfirinin, hansısa beynəlxalq təşkilatın, yaxud QHT-nin bunlara tapşırığının əsasında olan məsələdir. Bu, birinci dəfə deyil ki. Biz Azərbaycanda əvvəllər də belə halların şahidi olmuşuq. Onlar yaddan çıxarırlar ki, hakimiyyətin mənbəyi Azərbaycan xalqıdır. Azərbaycan Konstitusiyasında da göstərilib ki, hakimiyyətin mənbəyi xaldır. O baxımdan da xalq kimi seçəcək, kimə dəstək verəcək, o da seçiləcək. Belə olan təqdirdə artıq hansısa ölkənin, təşkilatın deyil, xalqın rəyi əsasdır və seçkidə rol oynayır.

- Hakim partiya seçkidə iştirak etmək üçün ölkə müxalifətinə, boykot və iştirak etməmək qərarı vermiş qüvvələrə çağırış edə bilərmi ki, onlar da seçki prosesinə qatılsın?

- Xatırlayırsınızsa, vaxtilə də belə hallar olub. 1998-ci ildə də mən cənab prezidentin səlahiyyətli nümayəndəsi idim. Onda hətta müddət keçməsinə baxmayaraq, ümummilli lider Heydər Əliyev öz prezident səlahiyyətlərindən istifadə edib, seçkinin müddətini 3 ay da uzatdı. Elçibəy başda olmaqla, digərlərinə də rəsmi qaydada müraciət yazdı ki, demirdiniz müddətin azlığı sizə imkan verməyəcək? Əlavə edirəm, gəlin, açıq mübarizədə iştirak edək, seçkiyə qatılaq! Ancaq yenə də müxtəlif bəhanələr başlandı. Yox, onda icazə verin, Azadlıq meydanında tədbir keçirək, nə bilim daha nələr. Ancaq bəhanələr səsləndirdilər ki, açıq mübarizədən qaçırlar. Aydın məsələdir ki, bunlar bu gün bizim namizədə heç cür alternativ ola bilməzlər, bunu əzbər bilirlər. Azərbaycanda o adamlar yarım faiz, bəlkə ondan da az səs toplasalar, böyük şeydir. Heç qohum-əqrəbaları da onlara səs verməyəcəkdi, onlar bizim namizədə səs verəcəkdi, dəfələrlə biz bunu görmüşük. O baxımdan da hansı şərtləri ortaya qoysan belə, yenə başqa bəhanə tapacaqlar. Çünki onlara “ordan” göstəriş verilməyib. “Ordan” göstəriş verilsə, sabah qaça-qaça MSK-nın qabağında onlar duracaqlar.

- Ötən həftə ABŞ diplomatı Bakıda həm iqtidar, həm də müxalifət nümayəndələri ilə görüşdü. Belə görünür ki, Vaşinqton vaxtın dəyişdirilməsində problem görmür, sadəcə, azad, ədalətli seçki keçirilməsini istəyir. Yuxarıda dediyiniz kimi, 98-ci il təcrübəsindən istifadə oluna bilərmi? Yəni seçkinin iki ay sonraya salınması mümkündürmü?

- Yox. Yenə deyirəm ki, bu barədə deyilənlər hamısı bəhanədir. Bunların heç bir şansı yoxdur. O baxımdan da bu addımı atırlar. Əgər keçmiş tarixə nəzər salsaq, 1905-1907-ci il rus inqilabı dövründə Leninin bir şüarı var idi. İnqilaba qədər o deyirdi ki, seçkini boykot edək, 1905-1907-ci ildən sonrakı Duma seçkilərində deyirdi “Qatılın!” Sual olunurdu ki, biz indi niyə Dumaya seçkilərə qatılmalıyıq? Deyirdi artıq burjua inqilabı olub. Ona görə də biz hər hansı seçkini boykot etməkdə acizik. Seçkini boykot edən qurumlar o qədər güclü olmalıdırlar ki, onu boykot edə bilsinlər, xalq səfərbər olunsun. Bu gün xalqın buna ehtiyacı yoxdur. Xalq özü deyir ki, günü bu gün seçki olsun, biz gələk, cənab prezidentə səs verək! Sən kimi boykot edəcəksən? Kimləri yığıb boykot edəcəksən? Hansı təşkilatla, hansı qurumla? Bunların siyasi təşkilatları artıq dərnək səviyyəsindədir.

- Seçkinin müxalifətin iştirakı olmadan keçirilməsi onun legitimliyinə xələl gətirə bilərmi?

- Heç bir xələl gətirməyəcək. Elə bir şey yoxdur. Bunlar ancaq baş aldatmaqdır ki, əgər müxalifət iştirak etmirsə, demək seçki legitim deyil. Qanunda söhbət ondan gedir ki, alternativ olmalıdır. Vəssalam. Alternativ də kim namizədliyini irəli sürəcəksə, onlar olacaq. İki nəfər də iştirak edəcəksə, artıq kifayət edəcək. Bu seçki azad, demokratik, ədalətli hesab olunacaq və keçiriləcək. Hansı dünya ölkəsində olub ki, hansısa partiya iştirak etməyibsə, o seçki qeyri-demokratik adlandırılıb? Görürsünüz ki, Türkiyədə 3-4 partiya seçkilərdə iştirak edir. Məgər Türkiyədə ancaq bu qədər partiya var. Yaxud ABŞ-da 100-ə yaxın siyasi partiya qeydiyyatdan keçib, fəaliyyət göstərir. Lakin iki partiya seçkidə iştirak edir. Burada da kimsə özünün seçkiyə demokratik imici qazandıracağını düşünürsə, yanılır.

- Azərbaycandan öncə Ermənistanda da prezident seçkiləri keçiriləcək. Qarabağ məsələsi bizi istər-istəməz düşmən ölkədəki proseslərə diqqət yetirməyə vadar edir. Siz işğalçı ölkədəki seçkilərdən nə gözləyirsiniz?

- Biz dəfələrlə görmüşük ki, Ermənistanda həmişə antidemokratik seçkilər keçirilib. Birincisi, Ermənistanda hərbi xunta, hərbi rejim hakimiyyətdədir. Ona görə də bu ölkədə hər hansı azad seçkidən söhbət gedə bilməz. Keçmiş prezident seçkilərində biz dəfələrlə şahidi olmuşuq ki, namizədləri güllələyiblər, seçkidə iştirak etmək istəyən şəxslər həbsxanaya atılıb, sərbəst toplaşma azadlığını pozublar, heç bir şərait yaratmayıblar və s. Biz Avropanın ayrı-ayrı dövlətlərində də görürük ki, atlarla, itlərlə sərbəst toplaşma azadlığına qarşı çıxırlar. Ermənistanda heç vaxt azad seçki olmayıb ki, biz onlardan bir nümunə götürək. Sadəcə olaraq, orada öyrədilmiş müəyyən müxalifət var ki, bəzi məsələlərdə hakimiyyətin dediyi ilə fəaliyyət göstərir. İkinci də Ermənistan özü də müstəqil dövlət deyil. Müstəqil dövlət olmaya-olmaya bu ölkə necə seçki keçirə bilər və orada bütün partiyalar iştirak edə bilər? Biz ATƏT və müxtəlif ölkələr qarşısında həmişə məsələ qoyuruq ki, bu, müstəqil ölkə deyil, Ermənistan tamam başqa bir ölkənin tapşırıqlarını yerinə yetirir, burada hansı azad seçkidən, mətbuat azadlığından, sərbəst toplaşma azadlığından söhbət gedə bilər? Ona görə də Ermənistandakı seçkilər bizim üçün maraqlı deyil. Biz bütün dünya ölkələrindəki seçkiləri müşahidə etmişik, Ukraynadan başlamış, bütün Şərq və Qərbdə keçirilən seçkilərdə həm müşahidəçi kimi, həm onların seçki texnologiyalarını öyrənməklə əlaqədar olaraq. Mən Azərbaycan qədər azad, ədalətli, demokratik seçki keçirən ölkə görməmişəm...









 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?
Yox
Bu yolda Rusiyanın ağzı ovulacaq

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
Böyük təhlükə: İran Rusiyadan kömək istəyir - “New York Times”
Bu gün, 17:17
Azərbaycanda tanınmış alim vəfat edib
Bu gün, 17:15
İrəvandan uğursuz manevr cəhdi - NƏ BAŞ VERİR?
Bu gün, 17:07
Rəis Xankəndidəki kabinetində nə gizlədib? - Bacısına tozsoran da göndərib...
Bu gün, 17:05
Məişət tullantılarının kənar yerlərə atılmasına görə 300 manatdan 7000 manatadək cərimə tətbiq olunacaq
Bu gün, 17:00
Eldar Əzizov buna görə... ONU ÇOX DANLAYIB... - amma NƏ OLSUN Kİ...
Bu gün, 16:59
Heç olmasa ildə 1 dəfə güzəştli, maneəsiz gediş-gəliş imkanı tətbiq edilməlidir - ÇAĞIRIŞ
Bu gün, 16:54
Gələn ay Gürcüstan qarışacaq? - ABŞ vətəndaşlarına xəbərdarlıq etdi
Bu gün, 16:48
İcra Hakimiyyəti yarım milyonu görün nəyə xərcləyəcək - "Bir sıra işlər..."
Bu gün, 16:43
Məktəblərdə yığılan pul kimin cibinə gedir? - AKTUAL
Bu gün, 16:41
Qonşusunun yetim uşağını döyə-döyə diləndirib - Bakıda dəhşət
Bu gün, 16:40
“AzSığorta”nın İdarə Heyətinə təyinat olub - BUNDAN SONRA...
Bu gün, 16:38
Telefondan istifadəyə görə cərimələr – Azərbaycan Avropada ilk sıralardadır
Bu gün, 16:37
Daha bir lider bank AQC-nin Bank Ekspertlər Şurasına qoşuldu
Bu gün, 16:30
Bakıda bu səfərbərlik idarəsinin rəisi işdən çıxarıldı - YENİ TƏYİNAT
Bu gün, 16:27
“Kontakt Home” müştərini aldatdığı üçün cərimələndi - TƏFƏRRÜAT
Bu gün, 16:25
Abşeron rayonunda Beynəlxalq Müəllimlər Günü qeyd olunub - FOTO
Bu gün, 16:23
Ağadadaş Ağayev Azərbaycanı tərk edib? - VİDEO
Bu gün, 16:21
Azyaşlılara əxlaqsızlıq edən azərbaycanlı saxlanıldı - Rusiya mediası
Bu gün, 16:18
Valideyn himayəsindən məhrum olmuş uşaqlara 6000 manat birdəfəlik müavinət veriləcək
Bu gün, 16:15
Piyada səkisini zəbt edib PARKİNQ YARATDILAR - AXI NİYƏ?
Bu gün, 16:12
Polkovnik-leytenant bilib pul verdilər, bərbər çıxdı - TƏFƏRRÜAT
Bu gün, 16:11
İran İsraili niyə Təbrizdən vurdu? – 3 səbəb
Bu gün, 16:07
“Yasamal Hospital”ın baş həkimi daha bir qadını ölümcül hala SALIB - Estetik əməliyyatın növbəti QURBANI
Bu gün, 16:05
İsrail ordusu yenidən Beyruta zərbələr endirib
Bu gün, 16:02
136 nömrəli məktəbdə Müəllim Günü ilə bağlı pul yığılır - 20 manatdan
Bu gün, 16:02
Prezident İlham Əliyevin Cəbrayıl şəhərindəki çıxışında səslənən mühüm mesajlar - İsrafil Kərimovun yazısı
Bu gün, 15:59
Xalqla gizlənpaç və ya hakimiyyət naminə hər şey - “Seçkilərdən sonra bu mövzu öz-özünə ortadan qalxacaq”
Bu gün, 14:00
“Azərbaycan dünyada siyasi oyunçuya çevrilib” - Rusiyalı politoloq
Bu gün, 13:56
"Nişanlım 50 min dolları hissə-hissə göndərib" - 255 milyonu qanunsuz yolla leqallaşdıranların cinayət işi
Bu gün, 13:30
Bugünkü gün anti-Azərbaycan qüvvələr üçün matəm günüdür - Prezident İlham Əliyev
Bu gün, 13:22
İlham Əliyev Cəbrayıl sakinləri ilə görüşdə Amerikanın anti-Azərbaycan addımlarından danışıb
Bu gün, 13:21
Süleyman Mikayılovun Lökbatan qəsəbəsində səyyar qəbulu keçirilib - FOTO
Bu gün, 13:19
Anti-İnhisar Xidməti TƏBİB-i yenidən VURDU... - 4 tender birdən ləğv olundu
Bu gün, 13:00
“Pulsuzluq o həddə çatdırır ki, hər təklifə “ok” deyir”
Bu gün, 12:57
Zaporojye AES-in mühafizə rəisi öldürüldü
Bu gün, 12:56
Tezliklə iki məsələ həll ediləcək, biri Kərkidir, digəri... - Danielyan
Bu gün, 12:53
Amnistiya Aktına çox ehtiyacımız var - AÇIQLAMA
Bu gün, 12:46
Vergi Xidmətinin ƏCAİB PARTNYORU... - Özünə umac ova bilmir?..
Bu gün, 12:41
BMT “çətiri altında” anti-Azərbaycan hesabatı - NƏ ETMƏLİ?
Bu gün, 12:37
Qaradağda ev tikmək üçün 5 min manata icazə alan vəzifəli şəxs sərbəst buraxıldı - TƏFƏRRÜAT
Bu gün, 12:33
Gecə və səhər bəzi yerlərdə arabir duman olacaq - Belə deyirlər...
Bu gün, 12:30
"Beşmərtəbə" yeraltı keçidi turistlər üçün ciddi təhlükə yaradır: - Bazarı himayə edənlər kimlərdir?
Bu gün, 12:28
İsrail qarşısında acizik, heç bir zəmanət yoxdur - Qərbdən şok etiraf
Bu gün, 12:24
"AMEA yeniliyə, fundamental dəyişikliklərə açıq deyil" - Professor
Bu gün, 12:17
"İsrail İranın nüvə obyektlərinə "simvolik" hücum edə bilər" - Ehud Barak
Bu gün, 12:14
Musiqi məktəbinin müəllimlərindən Prezidentə MÜRACİƏT - FOTO, VİDEO
Bu gün, 12:11
"Yeni Elgizlər, Xoşqədəmlər, Zaurlar yetişdirməliyik" - Aparıcıdan diqqətçəkən açıqlama
Bu gün, 12:06
Təhsil İdarəsi Xırdalanda məktəb rəhbərliyinin valideynlərlə müqavilə bağlamaq cəhdini məqsədəuyğun saymayıb - BU NƏDİ BELƏ?!
Bu gün, 12:03
Cəbrayıllılar doğma yurdlarına qayıdırlar - MƏQALƏ
Bu gün, 12:00
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : [email protected]
Designed by Daraaz.net
�������@Mail.ru