"Bu, yalnız Rəsul Quliyevin hansısa ruhi vəziyyətindən xəbər verə bilər"
Tarix: 2-02-2018, 08:49 | Çap et
Hazırda ABŞ-da yaşayan Milli Məclisin sabiq sədri Rəsul Quliyev bu günlərdə verdiyi müsahibədə milli azadlıq hərəkatının lideri, sabiq prezident Əbülfəz Elçibəyin seçildiyi 7 iyun 1992-ci il prezident seçkisini şübhə altına alıb, seçkinin 50 faiz saxtalaşdırıldığını deyib.
Əbülfəz Elçibəyin prezident seçildiyi dövrdə dövlət katibi işləyən AXP sədri Pənah Hüseyn “Yeni Müsavat”a açıqlamasında bildirdi ki, seçkilərdən sonra namizədlərdən birinin seçkilərlə bağlı bu cür əsassız iddiası olmuşdu. Lakin o dövrlərdə hətta Xalq Cəbhəsinin və Elçibəyin opponentləri, Xalq Cəbhəsinin hakimiyyətə gəlməsini istəməyən xarici və daxili qüvvələr də seçkinin Azərbaycanda ilk demokratik seçki olduğunu bəyan ediblər: “Seçkinin nəticələri də, ictimai rəy də həmin seçkinin müstəqillik əldə olunandan sonra ilk demokratik seçki olduğunu göstərirdi. Rəsul Quliyev də həmin seçkinin demokratik keçirildiyini bilməmiş deyildi. Sözün doğrusu, mən güman eləmirəm ki, Rəsul Quliyev ”Əbülfəz Elçibəy saxtalaşdırılmış seçkilərlə prezident seçilmişdi" kimi sərsəm açıqlama versin. Əgər həqiqətən də o cür açıqlama veribsə, bu, yalnız Rəsul Quliyevin hansısa ruhi vəziyyətindən xəbər verə bilər".
Əbülfəz Elçibəyin köməkçisi işləmiş Oqtay Qasımov isə cebhe.info-ya açıqlamasında Rəsul Quliyevin səsləndirdiyi fikirləri cəfəngiyyat adlandırıb: “Rəsul Quliyev oturub Amerikada ağlına gələni danışmaqda davam edir. İndi də guya Azərbaycanda siyasi hakimiyyətə gəlmək iddiasını ortaya qoyub. Hakimiyyətə iddialı olan şəxs isə təkcə keçmiş haqqında danışmamalı, gələcəklə bağlı proqramlarla çıxış etməlidir. Amma Rəsul Quliyev köhnə palan içi tökməklə, guya köhnə səhvləri, yanlışları deməklə özünü meydanda, gündəmdə tutmağa çalışır. Ümumiyyətlə, 30 ildə gedən proseslərdə iştirak edən, yaxından izləyən hər kəs bilir ki, Azərbaycanda keçirilən ən demokratik seçki 1992-ci ilin prezident seçkisi olub. O vaxt seçkilərə 7 namizəd qatılmışdı. Doğrudur, onlardan bir neçəsi sonradan Elçibəyin xeyrinə namizədliklərini geri götürüblər. Seçki prosesində isə imzatoplama kampaniyasından səsvermə gününə qədər heç bir namizədə əngəl yaradılmayıb. Rəsul Quliyevin də daxil olduğu və dəstəklədiyi cinah, Rusiyanın, İranın və həm də Ermənistanın dəstəklədiyi namizəd Nizami Süleymanov idi. Rəsul Quliyev və adamları da həmin düşərgəyə daxil idi. Nizami Süleymanov ətrafında birləşən koalisiyaya baxmayaraq 33 faiz səs toplayıb. Əbülfəz Elçibəy isə 59.4 faiz səslə prezident seçilib. Bəzi bölgələr var idi ki, Nizami Süleymanovun həmin yerlərdə yığdığı səs faizi kifayət qədər ciddi olub. Amma bu, heç bir halda Əbülfəz Elçibəyə qalib gələcək dərəcədə və mahiyyətdə olmayıb. Çünki Əbülfəz Elçibəy üçün imzatoplama kampaniyası başlayanda Azərbaycanın bütün ictimai-siyasi qurumları, məşhur aydınları Əbülfəz Elçibəyi müdafiə edirdi. Yəni Elmlər Akademiyasından tutmuş ali məktəblərə, sənaye və istehsal müəssisələrinə, zavod və fabriklərə qədər”.
Oqtay Qasımov hesab edir ki, Rəsul Quliyevin dedikləri psixoloji problemlərindən irəli gəlir: “O zaman Əbülfəz Elçibəyin namizədliyi üçün Mərkəzi Seçki Komissiyasına verdiyi imzaların sayı 600 mindən çox idi. Artıq seçki prosesi başlayanda AXC-nin, milli-demokratik qüvvələrin namizədi Əbülfəz Elçibəyin qalib gələcəyinə heç bir şübhə yox idi. Keçirilən demokratik seçkinin nəticəsi olaraq dünyanın qabaqcıl dövlətləri ABŞ, Türkiyə və ümumiyyətlə, Qərb və Avropa Əbülfəz Elçibəyin seçildiyi seçkilərin demokratik olduğunu bəyan edib, legitimliyini tanıyıb. Yəni burada heç bir şübhəli, mübahisəli məqam yoxdur və ola da bilməz. Əgər Rəsul Quliyevin beynində bu məsələlər indi qalxıbsa, bu, artıq onun psixoloji problemidir. Rəsul Quliyev əgər həmin seçkiləri saxta hesab edirsə, onda bu suallara cavab versin: Əbülfəz Elçibəyin seçildiyi seçkilər saxta idisə, prezidentliyi legitim deyildisə, hansı haqla, hansı mənəvi dəyərlərə söykənib Elçibəyin o zamankı komandasında yer almışdın? Dövlət Neft Şirkətinin prezidenti və sonradan baş nazirin birinci müavini vəzifələrini niyə qəbul etmişdin? Rəsul Quliyev özündə olan mənəvi keyfiyyətlərin göstəricisi ilə bu sualların cavabını versin”.
O.Qasımov Elçibəyin Rəsul Quliyev haqqında dediklərini xatırladıb, diqqəti onun dövlətdən oğurladığı milyonlara yönəldib: “Rəsul Quliyev bu cür sərsəm iddialarla xal qazanmaq istəyirsə də, onun Azərbaycana dönüşü və ya hakimiyyətə gəlməsi qeyri-mümkündür. Ola bilər ki, Rəsul Quliyev ömrünün qürub çağında yenidən doğulduğu Azərbaycana gəlsin. Amma Əbülfəz Elçibəyə çamur atmaqla bunu etmək mümkün deyil. Əksinə, Rəsul Quliyev dövlətdən oğurladıqlarını gətirib təhvil versə, bəlkə o zaman bu hakimiyyətin ona rəhmi gələr və onun geri qayıtmasına icazə verər. Rəsul Quliyev Əbülfəz Elçibəyə çamur atmaqla öz aləmində qisas aldığını düşünür. Çünki 1990-cı ildə Rəsul Quliyevə açılmış cinayət işi rəhbərlik etdiyi Neft Emalı Zavodunda yol verdiyi yeyintilərlə bağlı idi. Bu yeyinti o zaman aparılan ilkin araşdırmalara görə, 52 milyon dollar idi. Əbülfəz Elçibəyin 1998-ci ilin sonlarında bir ifadəsi var idi. Elçibəy deyirdi ki, məni sənin pulların yıxdı, Rəsul”.
|
|
|
|
|
|
Putin SSRİ-ni bərpa edə biləcəkmi?
|
|
|
|
|
|
|
|
|
• Fransa və Hindistan Bakıda zəif yerlərindən “vuruldular”
Bu gün, 14:09 |
|
|
|
• BMU tələbələri beynəlxalq olimpiadada II yeri qazanıblar
Bu gün, 14:00 |
|
|
|
• Naxçıvan icra hakimiyyəti 1, 6 milyonluq işıq dirəyi alır
Bu gün, 13:53 |
|
|
|
• Sosial şəbəkələrlə bağlı qanun niyə QƏBUL EDİLMİR?
Bu gün, 13:43 |
|
|
|
• Marketlərdə satılan süd və süd məhsulları XƏRÇƏNG RİSKİ YARADIR?
Bu gün, 13:39 |
|
|
|
• Polşa da Ermənistanı xilas EDƏ BİLMƏYƏCƏK
Bu gün, 13:34 |
|
|
|
• 900-ə yaxın erməni yük maşını Rusiyaya keçə bilmir
Bu gün, 13:27 |
|
|
|
• Deputatlarımız gələn ay İrəvana gedəcəkmi? - 10-dan çox ölkədən nümayəndələr...
Bu gün, 13:18 |
|
|
|
• İrəvanda hazırlıq: Paşinyan “təmizlik işi”nə başladı - “Joqovurd”
Bu gün, 13:11 |
|
|
|
• Ermənistan mütəxəssislərini Suriyadan təcili çıxartdı
Bu gün, 13:08 |
|
|
|
• Məhkəmə həmin direktoru işinə qaytarsa da, Agentlik razılaşmadı
Bu gün, 12:53 |
|
|
|
• "Biz bu dünyaya yenə də gəlsək də bunu etməyəcəyik"
Bu gün, 12:48 |
|
|
|
• “Xatirə İslamın ailəsi mənə hücum etdi” – Qənirə Ataşova
Bu gün, 12:23 |
|
|
|
• Moskvada kritik söhbət: - Eyyubov 10 dəqiqədə Qriqoryana nələr dedi?
Bu gün, 12:22 |
|
|
|
• “Azərbaycan iqlim diplomatiyasında dönüş yarada bildi” - deputat
Bu gün, 12:17 |
|
|
|
• Kirayə adı ilə dövlətdən pul alan kapitan cəzalandırıldı - TƏFƏRRÜAT
Bu gün, 12:09 |
|
|
|
• Arabir yağış yağacağı ehtimalı var - belə deyirlər...
Bu gün, 12:06 |
|
|
|
• Gürcüstandan sonra Azərbaycan da HƏDƏFDƏ - Avropada hazırlanan TƏXRİBAT SSENARİSİ
Bu gün, 11:54 |
|
|
|
• İranda azərbaycanlı sosial media fəalı həbs edildi - FOTO
Bu gün, 11:44 |
|
|
|
• Doğru imiş... gedənin yerinə YAXŞI GƏLMİRMİŞ... - NARAZILIQ VAR...
Bu gün, 11:32 |
|
|
|
• BDU-nun 85 yaşlı əməkdaşını maşın vurdu
Bu gün, 11:21 |
|
|
|
• Ermənistanın “kompromisləri”: taktiki manevr, yoxsa aldatma cəhdi? - İNCƏLƏMƏ
Bu gün, 11:18 |
|
|
|
• Daha 5 rektor təyinatı GÖZLƏNİLİR - ADLAR
Bu gün, 11:16 |
|
|
|
• “Strateji tərəfdaş”ın bağışlanmaz səhvi... - BUNDAN SONRA...
Bu gün, 11:05 |
|
|
|
• Bu şirkət tenderlərdə "zerkalnı" məbləğlər udur - SİYAHI
Bu gün, 11:00 |
|
|
|
• Erməni dilində yazılan sözlər Türkiyədə etiraza səbəb oldu - FOTO
Bu gün, 10:38 |
|
|
|
• Yanımızdan gedib bizə düşmən səngərindən baxırsa... - AKTUAL
Bu gün, 10:36 |
|
|
|
• Zəngəzur məsələsi həllini tapır - Son variant açıqlandı
Bu gün, 10:34 |
|
|
|
• Azərbaycanlı ailəni cərimələyib ölkədən qovurlar - TƏFƏRRÜAT
Bu gün, 10:26 |
|
|
|
• Finlandiyadan Azərbaycanla bağlı qərar: - “Hədəfimiz budur”
Bu gün, 10:24 |
|
|
|
• "Nə qorxu? - Bizim aramızda hörmət var..."
Bu gün, 10:22 |
|
|
|
• Ermənistan hərəkətlərində səmimi deyil - GÖRÜNƏNİ BUDUR
Bu gün, 10:21 |
|
|
|
• `UniBank` müştərilərdən qanunsuz pul tələb edir - GİLEY
Bu gün, 10:14 |
|
|
|
• Vəzifəli şəxs qəfil vəfat etdi - FOTO
Bu gün, 10:01 |
|
|
|
• Ev verildiyi deyilən deputat DANIŞDI: - "Bakıda kirayədə yaşayıram"
Bu gün, 09:59 |
|
|
|
• “Azcosmetics” nədən HƏDƏFƏ ÇEVRİLDİ... - İLGİNC İDDİALAR
Bu gün, 09:56 |
|
|
|
• "Siqaret və içkidən uzağam, amma gecələr..." - Tünzalə Ağayeva
Bu gün, 09:51 |
|
|
|
• Gölləri qurudub bina tikən DEPUTAT... - TƏHLÜKƏ SAÇIR...
Bu gün, 09:50 |
|
|
|
• Fransa görünməmiş əxlaqsızlıq etdi: Bakıdan ƏZİCİ CAVAB! - NƏ BAŞ VERİR?
Bu gün, 09:48 |
|
|
|
• Ermənistan yenidən qurulur: Gələn ay proses başlayır – Detallar açıqlandı
Bu gün, 09:46 |
|
|
|
• İrəvan razılıq vermir, Kremlin əsəbləri ilə oynayır - “Hraparak”
Bu gün, 09:45 |
|
|
|
• İşəgötürən istədiyi vaxt işvaxtı rejimini dəyişə bilərmi? - Ekspert danışır...
Bu gün, 09:43 |
|
|
|
• Konstitusiya Məhkəməsindən mənzillərlə bağlı YENİ QƏRAR
Bu gün, 09:41 |
|
|
|
• Ekspertdən Sahibə Qafarovaya dövlətçilik dərsi... - “Mİllət Vəkillərinə basqı...”
Bu gün, 09:35 |
|
|
|
• Universiteti BAZARA DÖNDƏRƏNLƏR... - və ya rektor üçün ən uyğun VİDA SSENARİSİ...
Bu gün, 09:29 |
|
|
|
• Ölkəyə 43 qəpiyə gətirilir, 6 qat BAHA satılır - ŞOK DETALLAR
Bu gün, 09:21 |
|
|
|
• “BİZİ HƏR İL ALDADIRLAR” - Hərbçilər Müdafiə Nazirliyinin rəhbərliyindən şikayətçidir
Bu gün, 09:19 |
|
|
|
• Gəncədə seçki keçirənlərin 16 illik saxtakarlığı BELƏ İFŞA OLUNDU - İLGİNC FAKT...
Bu gün, 09:08 |
|
|
|
• Xarici ölkənin xüsusi xidmət orqanına casusluq etməkdə təqsirləndirilən əcnəbiyə hökm oxunub - TƏFƏRRÜAT
Bu gün, 09:01 |
|
|
|
• Tbilisidə keçirilən aksiyalarda 107 nəfər saxlanılıb, 10 polis əməkdaşı yaralanıb
Bu gün, 08:57 |
|
|
|
|