Fransa və Hindistan Bakıda zəif yerlərindən “vuruldular” .....                     BMU tələbələri beynəlxalq olimpiadada II yeri qazanıblar .....                     Naxçıvan icra hakimiyyəti 1, 6 milyonluq işıq dirəyi alır .....                     Sosial şəbəkələrlə bağlı qanun .....                     Marketlərdə satılan süd və süd məhsulları .....                     Polşa da Ermənistanı xilas .....                     900-ə yaxın erməni yük maşını Rusiyaya keçə bilmir .....                     Deputatlarımız gələn ay İrəvana gedəcəkmi? .....                     İrəvanda hazırlıq: Paşinyan “təmizlik işi”nə başladı .....                     Ermənistan mütəxəssislərini .....                     Məhkəmə həmin direktoru işinə qaytarsa da, .....                     "Biz bu dünyaya yenə də gəlsək də bunu etməyəcəyik" .....                     “Xatirə İslamın ailəsi mənə hücum etdi” .....                     Moskvada kritik söhbət: .....                     “Azərbaycan iqlim diplomatiyasında dönüş yarada bildi” .....                     Kirayə adı ilə dövlətdən pul alan kapitan cəzalandırıldı .....                     Arabir yağış yağacağı ehtimalı var .....                     Gürcüstandan sonra Azərbaycan da HƏDƏFDƏ .....                     İranda azərbaycanlı sosial media fəalı həbs edildi .....                     Doğru imiş... gedənin yerinə YAXŞI GƏLMİRMİŞ... .....                     BDU-nun 85 yaşlı əməkdaşını maşın vurdu .....                     Ermənistanın “kompromisləri”: taktiki manevr, yoxsa aldatma cəhdi? .....                     Daha 5 rektor təyinatı GÖZLƏNİLİR .....                     “Strateji tərəfdaş”ın bağışlanmaz səhvi... .....                     Bu şirkət tenderlərdə "zerkalnı" məbləğlər udur .....                     Erməni dilində yazılan sözlər Türkiyədə etiraza səbəb oldu .....                     Yanımızdan gedib bizə düşmən səngərindən baxırsa... .....                     Zəngəzur məsələsi həllini tapır .....                     Azərbaycanlı ailəni cərimələyib ölkədən qovurlar .....                     Finlandiyadan Azərbaycanla bağlı qərar: .....                     "Nə qorxu? .....                     Ermənistan hərəkətlərində səmimi deyil .....                     `UniBank` müştərilərdən qanunsuz pul tələb edir .....                     Vəzifəli şəxs qəfil vəfat etdi .....                     Ev verildiyi deyilən deputat DANIŞDI: .....                     “Azcosmetics” nədən HƏDƏFƏ ÇEVRİLDİ... .....                     "Siqaret və içkidən uzağam, amma gecələr..." .....                     Gölləri qurudub bina tikən DEPUTAT... .....                     Fransa görünməmiş əxlaqsızlıq etdi: Bakıdan ƏZİCİ CAVAB! .....                     Ermənistan yenidən qurulur: Gələn ay proses başlayır .....                 

"Prezident İlham Əliyev çıxışı zamanı..." - deputat
Tarix: 30-01-2018, 09:30 | Çap et
"Prezident İlham Əliyev çıxışı zamanı..."
Dünya İqtisadi Forumu dünyanın iqtisadi-siyasi xəritəsinin formalaşmasında mühüm rol oynayan beynəlxalq arena hesab edilir. Çünki burada ayrı-ayrı ölkələrin dövlət başçıları ilə yanaşı, böyük şirkətlərin rəhbərləri də iştirak edir, qarşılıqlı anlaşma şəraitində fikir mübadiləsi aparırlar. Azərbaycan da mütəmadi olaraq bu Foruma qatılır və dövlətimizin inkişafı ilə bağlı məqamlar ölkələrin diqqətinə çatdırılır. Davosda yanvarın 22-də keçirilən Dünya İqtisadi Forumunun bu dəfəki illik toplantısında iştirak etmək üçün Prezident İlham Əliyev İsveçrəyə işgüzar səfərə gedib. Dövlət başçısı Davos Forumu çərçivəsində "Neft və qaz sənayesi siyasəti üzrə liderlərin toplantısı” adlı sessiyada, eyni zamanda "Strateji baxış: Avrasiya” mövzusunda interaktiv iclasda iştirak edib. Bundan başqa, Davosa səfəri çərçivəsində Prezident İlham Əliyev bir sıra dövlət və hökumət başçıları, şirkət rəhbərləri ilə görüşlər keçirib. Dövlət başçısının Forum çərçivəsindəki çıxışları isə bir çox məqamları ilə yadda qalıb.

Məsələyə münasibət bildirən Milli Məclisin deputatı, politoloq Aydın Mirzəzadə mövzu ilə bağlı bildirdi ki, Davos İqtisadi Forumu çərçivəsində qeyri-rəsmi formada keçirilən dövlət və hökumət başçılarının, iri biznes nümayəndələrinin, ayrı-ayrı sahələrdən ekspertlərin görüşləri problemlərin həlli üzrə optimal bir variant tapmağa kömək edir. Onun sözlərinə görə, Azərbaycan artıq Davos Dünya İqtisadi Forumunun arzu olunan və çox nüfuzlu üzvlərindən birinə çevrilib. Deputat vurğuladı ki, Prezident İlham Əliyevin İqtisadi Forum çərçivəsində "Strateji baxış: Avrasiya" mövzusunda interaktiv iclasda iştirakı və verilən suallara cavabı dünyanın Azərbaycana böyük diqqətini göstərdi: "Hesab edirəm ki, ümumən verilən suallar Azərbaycan təcrübəsini öyrənməyə, ölkəmizlə bağlı layihələrin genişləndirilməsinə xidmət edir".

A.Mirzəzadə əlavə etdi ki, bu Forumunda iştirak həm Azərbaycanın, həm də dünyanın həyatında çox önəmli bir hadisədir: "Bundan sonra da Azərbaycan Davos forumu kimi bir çox tədbirlərdə iştirak etməklə yaxşı münasibətlər qurmağa, dünya və Azərbaycan qarşısında duran problemlərin həllinə öz töhfəsini verməyə imkan yaradacaq".

Millət vəkili, politoloq Hikmət Məmmədov qeyd etdi ki, Azərbaycan hər il Davos İqtisadi Forumunda uğurla təmsil olunur və ölkəmizin dünyada nüfuzu daha da artır. Onun fikrincə, bu Forum qlobal və regional səviyyədə dünyanın başlıca siyasi, sosial və iqtisadi problemlərinin müzakirəsinin aparılması üçün strateji platforma hesab olunur: "Forum çoxsaylı mövzular üzrə sessiyalardan ibarət olur və illik toplantılarına dövlət rəhbərləri, tanınmış siyasi xadimlər, böyük və nüfuzlu şirkətlərin rəhbərləri, müxtəlif qeyri-hökumət təşkilatlarının, media orqanlarının nümayəndələri qatılırlar”.

H.Məmmədov bildirdi ki, iqtisadi xarakter daşımasına baxmayaraq, Davos Forumu dünya siyasətinə, beynəlxalq münasibətlərə ciddi təsirə malikdir: "Forum dünyanın iqtisadi mənzərəsinin şəkilləndirilməsində önəmli rol oynayır. Burada irəli sürülən yeni fikirlər, təkliflər qlobal iqtisadiyyata yeni istiqamətlər verir. Davos Forumu həm də iqtisadi güc mərkəzlərinin bir-biri ilə dialoqu və dünya ictimaiyyətinə hesabatı xarakteri daşıyır. Qlobal iqtisadi böhranın, milyonlarla insanın yaşayışına, ayrı-ayrı dövlətlərin iqtisadiyyatına təsir edən siyasi münaqişələrin davam etdiyi, ərzaq çatışmazlığı probleminin mövcud olduğu indiki dövrdə siyasi liderləri, iş adamlarını, vətəndaş cəmiyyəti qurumlarının rəhbərlərini bir araya toplayan Davos Forumu, şübhəsiz ki, bir çox məsələlərin müzakirəsinə və vacib qərarların qəbuluna əlverişli mühit yaradır".

Azərbaycan Davos İqtisadi Forumunda uğurla təmsil olunduğunu bildirən H.Məmmədov vurğuladı ki, Prezident İlham Əliyev Forum çərçivəsində "Strateji baxış: Avrasiya" panelindəki müzakirələrdə çıxış edərək ölkəmiz, region və dünya üçün strateji əhəmiyyətə malik olan məsələləri diqqətə çatdırdı, Azərbaycan reallıqlarını ifadə etdi: "Çıxışlar çərçivəsində Davos İqtisadi Forumu ilə Azərbaycan arasında uzun illərdir səmərəli əməkdaşlığın həyata keçirildiyi, ölkəmizin dünya iqtisadiyyatına uğurla inteqrasiya etdiyi diqqətə çatdırıldı. Prezident İlham Əliyev çıxışı zamanı Azərbaycanda bütün fundamental azadlıqların, o cümlədən mətbuat azadlığının təmin olunduğunu diqqətə çatdırdı”.

Deputat qeyd etdi ki, Azərbaycanın müstəqil siyasət yürüdən dövlət olduğunu deyən Prezident İlham Əliyev bu siyasətin milli maraqlarımıza söykəndiyini, ölkəmizdə sabit siyasi və iqtisadi vəziyyətin mövcud olduğunu diqqətə çatdırdı: "Azərbaycana qarşı təzyiq və "qara piar" kampaniyasının başlıca səbəbi dövlətimizin müstəqil, heç kimdən asılı olmayan siyasət həyata keçirməsidir. Prezident İlham Əliyev hər zaman qeyd edir ki, Azərbaycan qarşıdurma, rəqabət məkanı deyil, tərəfdaşlıq və əməkdaşlıq məkanıdır. Xarici siyasətimizin strateji əsaslarından biri olan bu ideya, onun konstruktiv məzmunu və real siyasi proseslərdə özünü doğrultması beynəlxalq münasibətlərin hazırkı mürəkkəb mərhələsində Azərbaycanı strateji tərəfdaşlıq üçün cazibə mərkəzinə çevirir. Azərbaycanın cazibə mərkəzinə çevrilməsi həm də Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən müstəqil və tarazlaşdırılmış xarici siyasət kursunun dünyanın güc mərkəzləri tərəfindən hörmətlə qarşılanması və qəbul edilməsinin əyani təsdiqidir. Dövlət başçısının bəhs olunan çıxışı zamanı Azərbaycanın xarici siyasətini xarakterizə edərkən ölkənin milli maraqlarına əsaslanaraq, eyni zamanda, qonşu dövlətlərin maraqlarını anlamaqla olduqca praqmatik və səmimi münasibətlərin qurulmasının əhəmiyyətini diqqətə çatdırdı. Əlbəttə, regional əməkdaşlıq və təhlükəsizliyə fundamental töhfələr verən Azərbaycanın tarazlaşdırılmış xarici siyasət həyata keçirilməsi həm ölkəmizin milli maraqlarının qorunması, həm də regional sabitliyin, təhlükəsizlik və inkişafın təmin olunması baxımından mühüm strateji əhəmiyyətə malikdir".

H.Məmmədov onu da bildirdi ki, Forum çərçivəsində davam etdirilən intensiv təmaslar Azərbaycanın beynəlxalq mövqeyinin möhkəmlənməsi, ikitərəfli və çoxtərəfli əlaqələrinin genişlənməsi baxımından müstəsna əhəmiyyətə malikdir: "Bütün bunlar Forum iştirakçılarında Azərbaycan iqtisadiyyatı və ölkəmizin iqtisadi siyasəti barədə real təsəvvür yaratmaqla əməkdaşlıq üçün yeni perspektivlərin açılacağından xəbər verir. Prezident İlham Əliyevin xeyli sayda ikitərəfli və çoxtərəfli görüşlər keçirməsi dünyanın ölkəmizə olan diqqətinin göstəricisidir və yeni tərəfdaşlıqların əsasının qoyulmasına zəmin yaradır”.
\\kaspi.az\\








 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?
Yox
Bu yolda Rusiyanın ağzı ovulacaq

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
Fransa və Hindistan Bakıda zəif yerlərindən “vuruldular”
Bu gün, 14:09
BMU tələbələri beynəlxalq olimpiadada II yeri qazanıblar
Bu gün, 14:00
Naxçıvan icra hakimiyyəti 1, 6 milyonluq işıq dirəyi alır
Bu gün, 13:53
Sosial şəbəkələrlə bağlı qanun niyə QƏBUL EDİLMİR?
Bu gün, 13:43
Marketlərdə satılan süd və süd məhsulları XƏRÇƏNG RİSKİ YARADIR?
Bu gün, 13:39
Polşa da Ermənistanı xilas EDƏ BİLMƏYƏCƏK
Bu gün, 13:34
900-ə yaxın erməni yük maşını Rusiyaya keçə bilmir
Bu gün, 13:27
Deputatlarımız gələn ay İrəvana gedəcəkmi? - 10-dan çox ölkədən nümayəndələr...
Bu gün, 13:18
İrəvanda hazırlıq: Paşinyan “təmizlik işi”nə başladı - “Joqovurd”
Bu gün, 13:11
Ermənistan mütəxəssislərini Suriyadan təcili çıxartdı
Bu gün, 13:08
Məhkəmə həmin direktoru işinə qaytarsa da, Agentlik razılaşmadı
Bu gün, 12:53
"Biz bu dünyaya yenə də gəlsək də bunu etməyəcəyik"
Bu gün, 12:48
“Xatirə İslamın ailəsi mənə hücum etdi” – Qənirə Ataşova
Bu gün, 12:23
Moskvada kritik söhbət: - Eyyubov 10 dəqiqədə Qriqoryana nələr dedi?
Bu gün, 12:22
“Azərbaycan iqlim diplomatiyasında dönüş yarada bildi” - deputat
Bu gün, 12:17
Kirayə adı ilə dövlətdən pul alan kapitan cəzalandırıldı - TƏFƏRRÜAT
Bu gün, 12:09
Arabir yağış yağacağı ehtimalı var - belə deyirlər...
Bu gün, 12:06
Gürcüstandan sonra Azərbaycan da HƏDƏFDƏ - Avropada hazırlanan TƏXRİBAT SSENARİSİ
Bu gün, 11:54
İranda azərbaycanlı sosial media fəalı həbs edildi - FOTO
Bu gün, 11:44
Doğru imiş... gedənin yerinə YAXŞI GƏLMİRMİŞ... - NARAZILIQ VAR...
Bu gün, 11:32
BDU-nun 85 yaşlı əməkdaşını maşın vurdu
Bu gün, 11:21
Ermənistanın “kompromisləri”: taktiki manevr, yoxsa aldatma cəhdi? - İNCƏLƏMƏ
Bu gün, 11:18
Daha 5 rektor təyinatı GÖZLƏNİLİR - ADLAR
Bu gün, 11:16
“Strateji tərəfdaş”ın bağışlanmaz səhvi... - BUNDAN SONRA...
Bu gün, 11:05
Bu şirkət tenderlərdə "zerkalnı" məbləğlər udur - SİYAHI
Bu gün, 11:00
Erməni dilində yazılan sözlər Türkiyədə etiraza səbəb oldu - FOTO
Bu gün, 10:38
Yanımızdan gedib bizə düşmən səngərindən baxırsa... - AKTUAL
Bu gün, 10:36
Zəngəzur məsələsi həllini tapır - Son variant açıqlandı
Bu gün, 10:34
Azərbaycanlı ailəni cərimələyib ölkədən qovurlar - TƏFƏRRÜAT
Bu gün, 10:26
Finlandiyadan Azərbaycanla bağlı qərar: - “Hədəfimiz budur”
Bu gün, 10:24
"Nə qorxu? - Bizim aramızda hörmət var..."
Bu gün, 10:22
Ermənistan hərəkətlərində səmimi deyil - GÖRÜNƏNİ BUDUR
Bu gün, 10:21
`UniBank` müştərilərdən qanunsuz pul tələb edir - GİLEY
Bu gün, 10:14
Vəzifəli şəxs qəfil vəfat etdi - FOTO
Bu gün, 10:01
Ev verildiyi deyilən deputat DANIŞDI: - "Bakıda kirayədə yaşayıram"
Bu gün, 09:59
“Azcosmetics” nədən HƏDƏFƏ ÇEVRİLDİ... - İLGİNC İDDİALAR
Bu gün, 09:56
"Siqaret və içkidən uzağam, amma gecələr..." - Tünzalə Ağayeva
Bu gün, 09:51
Gölləri qurudub bina tikən DEPUTAT... - TƏHLÜKƏ SAÇIR...
Bu gün, 09:50
Fransa görünməmiş əxlaqsızlıq etdi: Bakıdan ƏZİCİ CAVAB! - NƏ BAŞ VERİR?
Bu gün, 09:48
Ermənistan yenidən qurulur: Gələn ay proses başlayır – Detallar açıqlandı
Bu gün, 09:46
İrəvan razılıq vermir, Kremlin əsəbləri ilə oynayır - “Hraparak”
Bu gün, 09:45
İşəgötürən istədiyi vaxt işvaxtı rejimini dəyişə bilərmi? - Ekspert danışır...
Bu gün, 09:43
Konstitusiya Məhkəməsindən mənzillərlə bağlı YENİ QƏRAR
Bu gün, 09:41
Ekspertdən Sahibə Qafarovaya dövlətçilik dərsi... - “Mİllət Vəkillərinə basqı...”
Bu gün, 09:35
Universiteti BAZARA DÖNDƏRƏNLƏR... - və ya rektor üçün ən uyğun VİDA SSENARİSİ...
Bu gün, 09:29
Ölkəyə 43 qəpiyə gətirilir, 6 qat BAHA satılır - ŞOK DETALLAR
Bu gün, 09:21
“BİZİ HƏR İL ALDADIRLAR” - Hərbçilər Müdafiə Nazirliyinin rəhbərliyindən şikayətçidir
Bu gün, 09:19
Gəncədə seçki keçirənlərin 16 illik saxtakarlığı BELƏ İFŞA OLUNDU - İLGİNC FAKT...
Bu gün, 09:08
Xarici ölkənin xüsusi xidmət orqanına casusluq etməkdə təqsirləndirilən əcnəbiyə hökm oxunub - TƏFƏRRÜAT
Bu gün, 09:01
Tbilisidə keçirilən aksiyalarda 107 nəfər saxlanılıb, 10 polis əməkdaşı yaralanıb
Bu gün, 08:57
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : [email protected]
Designed by Daraaz.net
�������@Mail.ru