Xalqla gizlənpaç və ya hakimiyyət naminə hər şey .....                     “Azərbaycan dünyada siyasi oyunçuya çevrilib” .....                     "Nişanlım 50 min dolları hissə-hissə göndərib" .....                     Bugünkü gün anti-Azərbaycan qüvvələr üçün matəm günüdür .....                     İlham Əliyev Cəbrayıl sakinləri ilə görüşdə Amerikanın .....                     Süleyman Mikayılovun Lökbatan qəsəbəsində səyyar qəbulu keçirilib .....                     Anti-İnhisar Xidməti TƏBİB-i yenidən VURDU... .....                     “Pulsuzluq o həddə çatdırır ki, hər təklifə “ok” deyir” .....                     Zaporojye AES-in mühafizə rəisi öldürüldü .....                     Tezliklə iki məsələ həll ediləcək, biri Kərkidir, digəri... .....                     Amnistiya Aktına çox ehtiyacımız var .....                     Vergi Xidmətinin ƏCAİB PARTNYORU... .....                     BMT “çətiri altında” anti-Azərbaycan hesabatı .....                     Qaradağda ev tikmək üçün 5 min manata icazə alan vəzifəli şəxs sərbəst buraxıldı .....                     Gecə və səhər bəzi yerlərdə arabir duman olacaq .....                     "Beşmərtəbə" yeraltı keçidi turistlər üçün ciddi təhlükə yaradır: .....                     İsrail qarşısında acizik, heç bir zəmanət yoxdur .....                     "AMEA yeniliyə, fundamental dəyişikliklərə açıq deyil" .....                     "İsrail İranın nüvə obyektlərinə "simvolik" hücum edə bilər" .....                     Musiqi məktəbinin müəllimlərindən Prezidentə MÜRACİƏT .....                     "Yeni Elgizlər, Xoşqədəmlər, Zaurlar yetişdirməliyik" .....                     Təhsil İdarəsi Xırdalanda məktəb rəhbərliyinin valideynlərlə müqavilə bağlamaq cəhdini məqsədəuyğun saymayıb .....                     Cəbrayıllılar doğma yurdlarına qayıdırlar .....                     "Bir şəhid ailəsi kimi, bu bizim ailəyə çox pis təsir edir..." .....                     Ermənistan sərhəddə yeni qüvvələr toplayır .....                     İcra hakimiyyəti rəqəmləri şişirtdi və... .....                     “3-5 adam 143 milyonu təkbaşına mənimsəyə bilməzdi” .....                     "Azərbaycanlılar dəstəsi" HAKİM QARŞISINDA: .....                     Məktəblilər arasında artan cinayətlər... .....                     "Velosiped üçün yol yaratsaq da, onu sürən yoxdur" .....                     Vaqif Mustafayev qolunu sındırdı .....                     Bakıya qarşı saxta iddialar: həqiqəti hədəf alan yalanlar .....                     Qadın bacısına söyüş söyən qonşusunu döydü .....                     “Bank Avrasiya”nın İdarə Heyətində təyinatlar olub .....                     "Bakı Sığorta" İcbari Sığorta Bürosunun üzvlüyündən çıxarıldı .....                     Bu dövlət müstəmləkəsindən niyə imtina edib? .....                     “O mahnını yaşıl gözlü bir xanıma yazmışam” .....                     Zəminə Xınalı 32 ildir evində yaşayan ailənin çıxarılmasını tələb edir .....                     Savaşa getdi, təhsili yarımçıq qaldı... .....                     Şəhərətrafı avtobuslarda QİYMƏT TƏZADI .....                 

"Biz müstəqilliyi ona görə qazanmamışıq ki, kiminsə forpostu olaq" - YAP-çı deputat
Tarix: 4-01-2018, 10:07 | Çap et
"Biz müstəqilliyi ona görə qazanmamışıq ki, kiminsə forpostu olaq"
Millət vəkili, YAP Siyasi Şurasının üzvü Aydın Mirzəzadə saytımızın qonağı oldu.

Metbuat.az Aydın Mirzəzadə ilə söhbəti təqdim edir.
- Yeni Azərbaycan Partiyası 2018-ci ildə keçiriləcək prezident seçkilərinə ciddi hazırlaşır. Mətbuata da açıqlamalar verilir. Partiyanın seçkilərə hazırlığı ilə bağlı bir az geniş məlumat verə bilərsizmi?

- Siyasi partiyanın birinci vəzifəsi seçkilərə hazırlaşmaq və nümayəndələrinin hakimiyyət orqanlarında təmsil olunmağını təmin etməkdir. Yeni Azərbaycan Partiyası yarandığı gündən daim bu prinsiplə işləyir və partiyadakı demokratiklik, müasirlik, xalqın tarixi köklərinə bağlılıq ona uğurlar qazandırır. Gələn ilki seçkilərə partiyamız ciddi hazırlaşır. Bizim partiyamız bir seçki bitdikdə artıq digər seçkiyə hazırlıq mərhələsinə qədəm qoyur. Partiya daxilində seçki hazırlığı prosesi heç zaman kəsilmir. 2016-cı ildə Konstitusiyaya dəyişikliklərlə bağlı keçirilən referendumdan sonra bu, birinci ümummilli seçkidir. Dövlət başçısı artıq 7 il müddətinə seçiləcəyi üçün biz avtomatik 7 illik strateji xəttimizi müəyyən etmiş olacağıq. Hesab edirik ki, bu gün Azərbaycanın getdiyi yol milli maraqlara cavab verir, gələn ilki seçkilərdə Yeni Azərbaycan Partiyasının namizədi cəmiyyətin dəstəyini qazanaraq yenidən prezident seçiləcəkdir.

- Yeni Azərbaycan Partiyasının gəncləri siyasi proseslərdə çox fəaldırlar. Partiya siyasi şurasının üzvü olaraq cavabınız maraqlıdır. Gənclərin seçkidə iştirakı hansı formada olacaq?

- Gənclər YAP üzvlərinin ümumi sayının 40 faizini təşkil edirlər. Gənclərin irəli çəkilməsinə partiyada böyük önəm verilir. Artıq gənclərimizin müəyyən bir hissəsi parlamentdə, müəyyən bir hissəsi icra strukturlarında təmsil olunurlar. Gənclərimiz sosial şəbəkələrdə, disputlarda, müzakirələrdə çox fəaldırlar. Bu gün YAP-ın daxilində sırf partiya işi ilə məşğul olan minlərlə gəncimiz var.

- YAP-ın media ilə münasibətləri də yüksək səviyyədədir. Bir siyasi partiyanın ən önəmli uğurlarından biri də media ilə əlaqələrdir. Buna əməl etməyən partiyalar haqqında nə düşünürsüz?

- Biz başqasına qiymət verməkdənsə, özümüzün fəaliyyətimizi göstərməyə daha çox üstünük veririk. YAP-ın həm özünün mətbuat orqanı var, həm də digər mətbuat orqanlarına da açıqdır. Mediada ayrı-ayrı məsələlərin müzakirəsinə, öz mövqeyimizin işıqlandırılmasına böyük önəm veririk. Analizlər göstərir ki, üzvlərimiz sosial şəbəkələrdə çox fəaldırlar. Həm dövlətçilik mövqeyimizi müdafiə edirlər, həm də adi həyat məsələlərinə dair müzakirələr də keçirirlər. Bu gün müsbət olan nə varsa, biz onu görmək istəyirik və bu məsələdə mətbuatın fəaliyyətinə çox ciddi önəm veririk.

- Bəzən gəncləri çox qınaq obyektinə çevirirlər. Adətən bu, sosial şəbəkələrdəki paylaşımlarında, yazılarında doğru bir mövqe qoya bilməmək kimi izah olunur. Gənclər davranışları ilə bağlı çox tənqid olunurlar. Sizcə, bu gün Azərbaycan gəncliyinin ən aktual problemləri nələrdir?

- Mən hesab edirəm ki, gəncliyi sevmək lazımdır. Gəncliyi başa dümək lazımdır. Gəncliyin yanında olmaq lazımdır, onların arzularının formalaşmasında öz dəstəyini göstərmək lazımdır. Bu gün gəncləri qınayanları mən başa düşə bilmirəm. Əksinə, bu gün gənclərimiz təhsilə meyillidirlər, onlar tariximizi öyrənməyə və milli dəyərlərimizin qorunmasına meyillidirlər. Gənclərimiz bu gün Azərbaycan həqiqətlərinin dünyaya yayılmasında çox fəal iştirak edirlər və kifayət qədər də zövqləri var. Gənclərimizin bu gün mədəniyyətdə, incəsənətdə qazandığı uğurlar hər birimizi sevindirir. Hansısa bir qüsurlu halla bağlı problemə isə gənclər özü qayıdacaqlar. O məsələdə narahat olmağa dəyməz. İndiki gəncliyimiz cəbhədə duran əsgərlərimizdir, indiki gəncliyimiz elmdə nailiyyət qazanan gənclərimizdir, indiki gənclər dövlətçilimizin yükünü daşımağa layiq gənclərdir. Gənclərimiz bu gün böyüklərdən öyrənməyə, eyni zamanda azərbaycançılığa töhfələr verməyə meyillidirlər.

- Kitab oxumamaq və mütaliəsizlik problemi ilə bağlı sizin fikirləriniz maraqlıdır.

- Bu məsələdə mənim özümün məxsusi fikirlərim var. Vaxtilə bütün məlumatlar ancaq kitablarda olurdu, indi isə məlumatı internetdən, sosial şəbəkələrdən və sair almaq olur. Biz açıq cəmiyyətdə yaşayırıq, kitabdan götürülən məlumat bəzən bizim əhatəmizdədir və onu öyrənməyə xüsusi ehtiyac da yoxdur bəzən. Biz gəncliyə hansı kitabı oxumağı öyrətməliyik. Kitabdan kitaba da fərq var. Kitab adıyla bu gün gəncliyimizin ideoloji düşüncəsini korlaya bilən bir diversiya materialı da ola bilər. Bu baxımdan gəncliyə sadəcə məsləhət vermək lazımdır. Gənclik hansısa bir klassikimizin, yaxud bu günkü gün tanınan bir kitabı quru şəkildə oxumamalıdır. Yüz illərlə tarixi olan əsərlərin bu gün telekanallarda, saytlarda təbliğinə böyük ehtiyac var.

- Son dövlər sosial şəbəkələrdə Ermənistanla aparılan informasiya müharibəsində fəal gənclər göz önünə çarpır. Azərbaycan gənclərinin informasiya müharibəsində Ermənistana tutarlı cavablar verməsi və bu qədər fəallaşması nəyin göstəricisidir?

- İlk növbədə o görünür ki, biz istədiyimiz gəncliyə nail olmuşuq. Gəncliyimiz azərbaycançılığa və qazandığımız müstəqilliyimizə sahib çıxır, onun keşiyində durur. Mən sosial şəbəkələrdə digər dillərdə erməni istifadəçilərlə gənclərin polemikalarına şahid oluram. Mən deyərdim ki, gənclərimizin daha tutarlı və arqumentli cavablarının şahidi oluram. Erməni gənclər bir qayda olaraq ədəbsizliyə, bir qayda olaraq küçə ibarələrinə üstünlük verirlər, ya da sadəcə olaraq susurlar, Azərbaycan gəncliyi isə tarixi bilir, Qarabağ məsələsi ilə bağlı məlumatlıdır. Ən əsası isə gənclər polemikanın bütün texnologiyasına və incəliklərinə yiyələniblər. Bizim gənclik öndədir. Amma gəncliyimiz bilməlidir ki, bu, birdəfəlik deyil, bu mübarizə həmişə gedəcək və ona görə, mübarizliyi qoruyub saxlamaq lazımdır.

- Ermənistan ordusunda kütləvi intiharlar, zorakılıq və təcavüz hallarının baş vermə səbəbləri nələrdir?

- Bunun kökündə Ermənistan dövlətçiliyinin səhv və qüsurlu olması dayanır. Dövlətçilik ilk növbədə qonşu dövlətlərlə mehriban yaşamaq, beynəlxalq hüquq və normaları qorumaqla formalaşır. Ermənistan isə orta əsr təfəkkürü ilə Azərbaycan torpaqlarının bir hissəsini işğal etdi. Bu dövlətçiliyin yeganə ideyası qonşu dövlətlərin ərazisini ilhaq etməkdən ibarətdir. Bu isə müasir dövrün ab-havasına uyğun gəlmir və heç bir halda həmin dövlətin inkişafına kömək etmir, digər tərəfdən müharibə aparmaq çox bahalı bir arzudur. Ermənistan kimi büdcəsi cəmi 2 milyard dollar olan və bunun böyük hissəsi xaricdən ianələrlə gələn ölkə aydındır ki, güclü və müasir ordu saxlaya bilməz. Bu baxımdan da ordu daxilində nizamnamədən kənar hallar baş alıb gedəcək. Bu yaxınlarda müdafiə nazirləri də ordunun əsgərlərlə təchizində böyük problemlər olduğunu söylədi. İnsanlar öz övladlarını əsgərliyə göndərmək istəmirlər. Erməni vətəndaş Ermənistan ordusunda qayda-qanunun olmadığının və vəhşilik baş alıb getməsinin şahididir. Bunlar ayzberqin görünən hissəsidir, kökündə isə kütləvi rüşvətxorluq, korrupsiya dayanır.

- Ermənistanın yüksək rütbəli zabitləri, nazirləri də Ermənistan ordusunda korrupsiyanın tüğyan etdiyini söyləyirlər. Ordudakı bu cinayətlər, hərbi vətənpərvərlik ruhunun olmaması Ermənistanın bir dövlət kimi iflasını və süqutunu sizcə yaxınlaşdırmırmı?

- Ermənistan tarixi təsadüf nəticəsində müstəqil dövlətə sahib olub. Tarixi dövlətçilik ənənəsi olmayan dövlətin inkişafı da çox ciddi problemlərlə üzləşir. Ermənistanın bu gün etdiklərinin hamısı onun dövlətçiliyinin sonunu yaxınlaşdırır. Qarabağ dalğasında hakimiyyətə gələn insanlar müharibə və korrupsiyadan başqa heç nə bilmirlər. Ona görə də kasıb ölkənin büdcəsinin talanması Ermənistanda yeni problemlərə gətirib çıxarır.

- Ermənistan iqtidarından daha mafioz olan və xaricdə mənzillənmiş bir erməni lobbisi də var. Çox maraqlıdır ki, tez-tez demokratiya və insan haqlarından danışan və erməni lobbisinin fəaliyyət göstərdiyi Qərb dairələri Sarkisyan iqtidarının jurnalistləri qətlinə, ölkədə fikir və söz azadlığını pozmasına səs çıxarmır?

- Burada çox təəsüf ki, ikili standartla yanaşma halı mövcuddur. Qərbin müasirliyinə baxmayaraq, müəyyən ölkələri hələ də özünə yaxın olan və olmayan kimi bölürlər. Onlar müəyyən ölkələrin inkişafında nəinki maraqlı deyillər, hətta mane də olurlar. Bəzi ölkələrdə öz maraqlarına xidmət edən beşinci kolonlar yaradırlar. Bəzən də erməni lobbisindən öz maraqlarına xidmət etmək üçün istifadə edirlər. Qərbdə müəyyən dairələr yaxşı başa düşürlər ki, zəngin sərvətlərə malik olan, eyni zamanda tarixi səhnəsinə Heydər Əliyev, İlham Əliyev kimi şəxsiyyətlər yetişdirən cəmiyyətə mane olmadıqda çox güclü, nüfuzlu bir dövlət qura bilər. Bu, isə bəzi dairələrin marağında deyil. Onlar istərdilər ki, Azərbaycanda xaos olsun, qarışıqlıq olsun və Azərbaycanın bütün sərvəti onların cibinə axsın. Bu isə baş verməyəcək. Biz müstəqilliyi ona görə qazanmamışıq ki, kiminsə forpostu olaq. Atılan bütün addımlar dövlətin möhkəmlənməsi, vətəndaşların sosial vəziyyətinin tədricən yüksəlməsi, müasirliyin Azərbaycan cəmiyyətində bərqərar olunmasına yönəlib. Ən ağrılı problem olan Dağlıq Qarabağ problemini isə Azərbaycan özü çox da uzaq olmayan bir dövrdə həll edəcək. Aprel hadisələri göstərdi ki, Azərbaycan güclü ordu qura bilib və bu gün Ermənistanda, Qərbdəki müəyyən dairələrdə həmin xof yenə də var.

- Bəzən tanınan simalar mediadan narazılıq ifadə edirlər. Siz millət vəkili olaraq Azərbaycan mediasında hansı problemləri görürsüz?

- Əgər güzgüdəki təsvirin xoşuna gəlmirsə, güzgünü sındırmağa ehtiyac yoxdur. Mən Azərbaycan mediasından narazı deyiləm. Azərbaycan mediası formalaşıb, oturuşub, bu gün ciddi informasiyalar ötürülür cəmiyyətə və vətəndaşların dövlətçilik şüurunun formalaşmasında mühüm rol oynayan mediamız var. Mediadan mediaya da fərq var, bu gün ciddi mediamızla yanaşı “bulvar mediası” da var. Sensasiya və tiraj naminə çalışanlar da var, amma onlar çox deyillər. Mən mətbuata hansısa tövsiyə vermək istəməzdim. Hesab edirəm ki, dostlarımız öz işini kifayət qədər yaxşı bilirlər.

- Kitab oxumama səbəbi kimi iş qrafiki və vaxt azlığı bəzən səbəb göstərilir. Kitab oxumamaq üçün vaxt azlığını səbəb gətirmək səmimi bir şeydirmi?

- Mənən elə gəlir ki, düzgün yanaşma deyil. İnsan daim mütaliə etməlidir. Ola bilsin ki, böyük həcmli materiallar oxuya bilmirlər, amma gündəlik hansısa bir materialı oxumağa böyük ehtiyac var. Mən artıq Azərbaycan dilinin əski əlifbasını öyrənməyə başlamışam. Mütaliəyə mütləq diqqət ayırmaq lazımdır. Azərbaycan xalqı dünya mədəniyyətinə Məhsəti Gəncəvi, Nizami Gəncəvi, Xaqani, Füzuli, Vaqif, Bəxtiyar Vahabzadə, Nəriman Həsənzadə kimi simalar bəxş edib, onların yaratdıqları isə birdəfəlik oxumaq üçün deyil, onları vaxtaşırı oxumaq lazımdır. Dünya ədəbiyyatında Drayzer, Şekspir, Puşkin, Dostoyevski, Taqor kimi müəllifləri daim oxumaq lazımdır. Hələ mən Sədi Şirazini demirəm, Ömər Xəyyamı, Almas İldırımı, Əziz Nesini, Nazim Hikməti demirəm. Bu gün özünü ziyalı sayan hər bir insan həm klssikaya, həm də müasir yazılara diqqət etməlidir.

- Bəs gənc yazarları oxuyursuzmu?

- Oxuyuram. Onların stilini, imzasını bəyənirəm. Ədəbiyyatımız ayaq üstdədir və gələcəyin yeni daHilərinin yetişməsi məsələsində hər hansısa bir problem görmürəm.

- Kitab zövqünüzdən bəhs elədiz. Bir az filmlərdən də danışaq. Kitab zövqünüzlə film zövqünüz harmoniyadadır, yoxsa fərqli janrlarda çəkilən filmlərə baxırsız?

- Təqribən eynidir. Klassikaya düşəcək filmlər arasında mən Ceyhun Mirzəyevin “Fəryad” filmini xüsusi qeyd etmək istəyirəm, Natiq Rəsulzadənin pyesi əsasında çəkilən “Biz qayıdacağıq” filmini, İmir Məmmədlinin ssenarisi əsasında çəkilən “Argentina” adlı film mənim sevimli filmlərim arasındadır. Eyni zamanda xarici filmləri də diqqətdə saxlamağa çalışıram. Son filmlərdən Fransız filmi olan “Xor uşaqları” filmini çox bəyəndim. Son günlərdə iki rus filmi diqqətimi cəlb elədi. Biri “Pəncərə önündə dayanan insan”, biri isə “Petroviç” filmidir. Film gərək müasir zövqü nəzərə alsın, xəyal qurulmuş yox, real həyatdan gələn mövzuları nəzərə alsın.

- Musiqi seçimində diqqət etdiyiniz nələrsə var, yoxsa qulağa xoş gələn istənilən janrda musiqi dinləməyi bacarırsız?

- Klassik musiqini, xarici ölkələrin xalq musiqilərini sevirəm. Yeni ifaları da bəyənirəm. Bu gün istedadlı ifaçılarımız çoxdur. Xüsusi bir izlədiyim yoxdur, amma bununla belə mən Mənsum İbrahimovu da, Tünzalə xanımı da, Aygün xanımı, Röya xanımı, Natəvan xanımın ifasını bəyənirəm. Faiq Ağayevin, Talıb Talehin ifasında yaxşı mahnılar dinləmişəm. Prinsipcə, bu gün televiziya qarşısında oturaraq, ya da “Youtube” vasitəsilə yaxşı musiqiləri tapıb dinləmək olar.

- İncəsənətin alternativ formaları ilə maraqlanırsızmı?

- Çalışıram imkan və maraq daxilində sərgilərə gedim. Mənim yaxın dostum özü rəssamdır. Rəssamlıqda klassikaya düşmək çətindir. Amma bununla belə Azərbaycanın Mikayıl Abdullayevi olub, Səttar Bəhlulzadəsi olub, Fərhad Xəlilovu var, Maral Rəhmanzadənin özünün rəsmləri mənim xoşuma gəlir. Onda bir qadın yanaşması var. Maraqlı tapıntılar var.

- Bir çox siyasətçilər, dövlət adamları həm də ədəbiyyatla və incəsənətlə məşğul olublar. Sizin belə bacarıqlarınız varmı?

- Mən 2 roman, 50 hekayə yazmışam. Amma onları çapa buraxmamışam. Mən onları elə də yüksək bədii dəyərdə hesab eləmirəm. Mən 12 kitab müəllifiyəm, onların 10-u siyasi mövzulara dairdir, bir neçəsi dərslik kimi istifadə edilib. Son illərdə mən silsilə “Müdriklik dərsləri” kitabları çıxarıram. Hansısa rastlaşdığım və ya eşitdiyim hadisələri kiçik hekayə şəklində verirəm. Amma bununla belə özümü yazarların yanında zəif hesab edirəm, onlar öz işinin öhdəsindən daha yaxşı gəlir. Mənim vaxtım olsa gələcəkdə kinossenari yazaram. Politoloq kimi öz işimin öhdəsindən gəlirəmsə, digər sahələr həvəskar formasında qalmalıdır.

- Fəlsəfəni sevirsiz? Ölümlə bağlı düşüncələriniz nələrdir, qorxursuzmu ölümdən?

- Fəlsəfəni sevirəm. Ölüm təbii sonluqdur, qorxmağa dəyməz. Elə yaşamaq lazımdır ki, səndən xoş xatirələr qalsın.









 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?
Yox
Bu yolda Rusiyanın ağzı ovulacaq

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
Xalqla gizlənpaç və ya hakimiyyət naminə hər şey - “Seçkilərdən sonra bu mövzu öz-özünə ortadan qalxacaq”
Bu gün, 14:00
“Azərbaycan dünyada siyasi oyunçuya çevrilib” - Rusiyalı politoloq
Bu gün, 13:56
"Nişanlım 50 min dolları hissə-hissə göndərib" - 255 milyonu qanunsuz yolla leqallaşdıranların cinayət işi
Bu gün, 13:30
Bugünkü gün anti-Azərbaycan qüvvələr üçün matəm günüdür - Prezident İlham Əliyev
Bu gün, 13:22
İlham Əliyev Cəbrayıl sakinləri ilə görüşdə Amerikanın anti-Azərbaycan addımlarından danışıb
Bu gün, 13:21
Süleyman Mikayılovun Lökbatan qəsəbəsində səyyar qəbulu keçirilib - FOTO
Bu gün, 13:19
Anti-İnhisar Xidməti TƏBİB-i yenidən VURDU... - 4 tender birdən ləğv olundu
Bu gün, 13:00
“Pulsuzluq o həddə çatdırır ki, hər təklifə “ok” deyir”
Bu gün, 12:57
Zaporojye AES-in mühafizə rəisi öldürüldü
Bu gün, 12:56
Tezliklə iki məsələ həll ediləcək, biri Kərkidir, digəri... - Danielyan
Bu gün, 12:53
Amnistiya Aktına çox ehtiyacımız var - AÇIQLAMA
Bu gün, 12:46
Vergi Xidmətinin ƏCAİB PARTNYORU... - Özünə umac ova bilmir?..
Bu gün, 12:41
BMT “çətiri altında” anti-Azərbaycan hesabatı - NƏ ETMƏLİ?
Bu gün, 12:37
Qaradağda ev tikmək üçün 5 min manata icazə alan vəzifəli şəxs sərbəst buraxıldı - TƏFƏRRÜAT
Bu gün, 12:33
Gecə və səhər bəzi yerlərdə arabir duman olacaq - Belə deyirlər...
Bu gün, 12:30
"Beşmərtəbə" yeraltı keçidi turistlər üçün ciddi təhlükə yaradır: - Bazarı himayə edənlər kimlərdir?
Bu gün, 12:28
İsrail qarşısında acizik, heç bir zəmanət yoxdur - Qərbdən şok etiraf
Bu gün, 12:24
"AMEA yeniliyə, fundamental dəyişikliklərə açıq deyil" - Professor
Bu gün, 12:17
"İsrail İranın nüvə obyektlərinə "simvolik" hücum edə bilər" - Ehud Barak
Bu gün, 12:14
Musiqi məktəbinin müəllimlərindən Prezidentə MÜRACİƏT - FOTO, VİDEO
Bu gün, 12:11
"Yeni Elgizlər, Xoşqədəmlər, Zaurlar yetişdirməliyik" - Aparıcıdan diqqətçəkən açıqlama
Bu gün, 12:06
Təhsil İdarəsi Xırdalanda məktəb rəhbərliyinin valideynlərlə müqavilə bağlamaq cəhdini məqsədəuyğun saymayıb - BU NƏDİ BELƏ?!
Bu gün, 12:03
Cəbrayıllılar doğma yurdlarına qayıdırlar - MƏQALƏ
Bu gün, 12:00
"Bir şəhid ailəsi kimi, bu bizim ailəyə çox pis təsir edir..." - GİLEY
Bu gün, 11:58
Ermənistan sərhəddə yeni qüvvələr toplayır - Hücum planı...
Bu gün, 11:53
İcra hakimiyyəti rəqəmləri şişirtdi və... CƏZALANDI!
Bu gün, 11:52
“3-5 adam 143 milyonu təkbaşına mənimsəyə bilməzdi” – Hərbi ekspert hakimlərə çağırış etdi
Bu gün, 11:44
"Azərbaycanlılar dəstəsi" HAKİM QARŞISINDA: - niyə qapalı keçirilir?
Bu gün, 11:40
Məktəblilər arasında artan cinayətlər... - kimdir günahkar?
Bu gün, 11:34
"Velosiped üçün yol yaratsaq da, onu sürən yoxdur" - Zahid Orucdan HAQLI İRAD
Bu gün, 11:21
Vaqif Mustafayev qolunu sındırdı - FOTO
Bu gün, 11:15
Bakıya qarşı saxta iddialar: həqiqəti hədəf alan yalanlar - ARAŞDIRMA
Bu gün, 11:12
Qadın bacısına söyüş söyən qonşusunu döydü - MƏHKƏMƏ
Bu gün, 11:11
“Bank Avrasiya”nın İdarə Heyətində təyinatlar olub - ADLAR
Bu gün, 11:00
"Bakı Sığorta" İcbari Sığorta Bürosunun üzvlüyündən çıxarıldı
Bu gün, 10:59
Bu dövlət müstəmləkəsindən niyə imtina edib? - İNCƏLƏMƏ
Bu gün, 10:55
“O mahnını yaşıl gözlü bir xanıma yazmışam” - “Avroviziya-2022” təmsilçimiz
Bu gün, 10:51
Zəminə Xınalı 32 ildir evində yaşayan ailənin çıxarılmasını tələb edir - TƏFƏRRÜAT
Bu gün, 10:49
Savaşa getdi, təhsili yarımçıq qaldı... - İNDİ İSƏ...
Bu gün, 10:43
Şəhərətrafı avtobuslarda QİYMƏT TƏZADI - Gedişhaqları necə təyin olunur?
Bu gün, 10:24
Demokratların böyük qismi ermənipərəst siyasətçilərdir - FAKT BUDUR!
Bu gün, 10:22
Bakıda evin qarşısına qumbara və gül qoyan şəxslə bağlı QƏRAR
Bu gün, 10:18
Rusiyada azərbaycanlı hüquqşünas Elman Paşayevə qarşı xüsusilə külli miqdarda dələduzluq ittihamı irəli sürülüb
Bu gün, 10:13
"Siz bəysiniz, biz isə rəiyyət..." - ETİRAZ VAR...
Bu gün, 10:11
Ombudsmanların Beynəlxalq Bakı Forumunun iştirakçıları Tərtər rayonunda olublar - FOTO
Bu gün, 10:04
Meşə ərazisini zibilxanaya döndəriblər... - FOTOFAKT
Bu gün, 10:03
Paşinyanın Ermənistan dövlətçiliyini qorumaq istəyi - anlayırıq... AMMA...
Bu gün, 09:48
Azərbaycanda 10 min illik sirli təsvir: ermənilərin reaksiyası... - FOTO
Bu gün, 09:47
Hizbullahın yeni baş katibi də ÖLDÜRÜLDÜ
Bu gün, 09:42
Xaçmazda kilosu 30 qəpiyə olan pomidor Bakıda niyə 5 manatadır?
Bu gün, 09:37
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : [email protected]
Designed by Daraaz.net
�������@Mail.ru