Vətəndaşları xaricdə iş düzəltmək adı ilə aldadıb, Kanadaya qaçdı .....                     İsrail ABŞ ilə Suriya və ya Yəməndə SEPAH-a zərbə endirmək imkanını müzakirə edir .....                     `Azercell` yenə də müştərilərinə ÇİLƏ YAŞADIR... .....                     İran-İsrail gərginliyindən BİZ NƏ? .....                     Bu halda idarə, müəssisə və təşkilat rəhbərləri məsuliyyət daşıyırlar .....                     Azərbaycanda turizm sektoru .....                     Naxçıvanda mobil telefonlar kütləvi bağlanır .....                     Qanunsuz sərnişin daşınmasının qarşısı niyə alınmır? .....                     İpə-sapa yatmayan Elşad Həsənovun işçiləri vergidən yayınır .....                     Ramiz Mehdiyevin qızı nazirliyi məhkəməyə verdi .....                     "Atamın bir-iki əşyası var, o evimizdədir" .....                     Heykəl qovğası: hərənin öz təsəvvüründəki Ələsgər .....                     Suqovuşanın erməni işğalından azad edilməsindən dörd il ötür .....                     Məktəblərdə təmir işləri ilə bağlı tender uduldu .....                     Agentlik 3 milyona bina icarəyə götürdü .....                     Müəllimlərə bahalı hədiyyə almaq ənənəsi yığışdırılmalıdır .....                     Ermənistan Azərbaycanın mülkiyyətini Rusiyaya necə verdi .....                     Azərbaycanda alimentin minimum məbləği 350 manata qaldırılır? .....                     "Zelenski və Netanyahu geri çəkilsə, siyasi fəlakətlə üzləşəcəklərindən qorxurlar" .....                     "O, bir çox məsələlərin həllində son qərarı verə bilmir" .....                     Dövlət şəhidə qanpulu verməlidir, yoxsa şəhid dövlətə? .....                     İranın hiyləsi "Dəmir Günbəz"i çaşdırıb: .....                     Ermənistan bunlara görə CAVAB VERMƏLİDİR... .....                     Azərbaycanlılar və gürcülər hər gün yollarda 40, ermənilər isə 30 dəqiqə itirirlər .....                     Ata və oğulun rəhbərlik etdiyi Azbelt şirkəti cərimələnir .....                     Ermənistanın Azərbaycan ərazilərinə iddiası yoxdur .....                     Prezidentin rütbədən məhrum etdiyi .....                     Ermənistanın KTMT qərarı: .....                     Bir aydır rayonlara yanacağın verilməsi niyə dayandırılıb? .....                     Snayper tüfənglərindən praktiki atış çalışmaları yerinə yetirilib .....                     Maştağada saxlanılan 2 şəxsdən 4 kiloqram narkotik vasitə aşkarlanıb .....                     “Qonşuları Rusiyadan daha qorxmurlar” .....                     Aparıcı Zaurun adı talassemiyalı xəstlərin işində hallandı: .....                     Qətər Ermənistana bütün uçuşları ləğv etdi .....                     Bakıdakı bu tarixi abidə bərpa olunacaq .....                     “Bank of Baku”da yeni TƏYİNAT .....                     Bakı həbsxanasında .....                     Nazim Quliyev yenidən 10 ilə kimi məhkum edilə bilər .....                     "Hər an hərəkətə keçməyə hazır olan qüvvələr .....                     İrəvan Moskvadan hər fürsətdəcə .....                 

Sabiq MTN zabitindən İŞİD təhlükəsi ilə bağlı ilginc açıqlamalar
Tarix: 13-07-2016, 09:03 | Çap et
Sabiq MTN zabitindən İŞİD təhlükəsi ilə bağlı ilginc açıqlamalar
Türkiyənin “Milliyet” qəzetinin İŞİD terror təşkilatının üzvlərini Avropaya göndərmək üçün Azərbaycan, Gürcüstan və Kipr ölkələrini yeni marşrut xətti kimi seçdiyi, Azərbaycan və Türkiyəni hədəfə aldığı barədə verdiyi xəbər hər iki dövlətdə ciddi narahatlıq doğurub. Ekspertlər xəbərin ardından həyəcan təbili çalırlar.

Azərbaycanın İŞİD təhlükəsini önləmək üçün ciddi tədbirlər görməsi, dünyanın öndə gedən xüsusi xidmət orqanları ilə əməkdaşlığı genişləndirməsinin vacibliyi vurğulanır. Qəzetin xəbərində İŞİD-ın Azərbaycan və Türkiyədə terror aktları törətmək üçün Azərbaycan və Şimalı Qafqaz terrorçularından istifadə edəcəyi barədə xəbərin verilməsi təhlükəni daha da artırır.

Xüsusilə, İŞİD-ın tərkibində azərbaycanlıların olduğunu nəzərə alsaq, təcili addımların atılması çox vacibdir.

Keçmiş MTN rəhbərlərindən olan, Azad Demokratlar Partiyasının sədri Sülhəddin Əkbər terror təhlükəsinin gücləndiyini bildirdi: “İndiyə qədər etdiyimiz xəbərdarlıqlara baxmayaraq, Azərbaycan hakimiyyəti lazımı tədbirlər görməyib. Bu istiqamətdə atılan addımları hələ ki, yetərsiz hesab edirəm. Çünki terrorla mübarizə aparmaq üçün ilk növbədə, ölkənin güclü kəşfiyyat xidməti olmalıdır. Nəzərə alsaq ki, MTN ləğv edilib və bu kəşfiyyat xidməti yenidən qurulur, onda mənzərə aydın olar. İŞİD-lə sözdə deyil, realda ciddi mübarizə aparan dövlətlərin xüsusi xidmət orqanları ilə yaxından əməkdaşlıq etmək lazımdır. Burada Azərbaycan, ilk növbədə, qardaş Türkiyə ilə sıx əməkdaşlıq etməlidir. Bundan əlavə, ABŞ, İsrail, Almaniya, Fransa, Böyük Britaniyanın da kəşfiyyat orqanları ilə yaxın əlaqələr qurulmalıdır. O cümlədən, Pakistan kəşfiyyatı ilə də yaxından əməkdaşlıq çox vacibdir. Çünki onların terrorla mübarizədə böyük təcrübələri var. Sadaladığım ölkələrlə Azərbaycan qısa zamanda sıx əlaqələr qurmağı bacarmalıdır. Özü də qura bilməsə, burada Türkiyənin yardımından istifadə etməlidir. Çünki Türkiyənin qeyd etdiyim ölkələrlə uzun illərdir sıx, praktiki əlaqələri var. Bir amili unutmaq olmaz ki, terrorla mübarizədə kəşfiyyat çox önəmlidir. Terror təşkilatları qloballaşıblar. Yüzlərlə Azərbaycan vətəndaşı İŞİD sıralarında döyüşür. Eyni zamanda, ölkə daxilində İŞİD-lə bağlı olan şəxslərin həbsləri, məhkəmələri keçirilir. Terror təşkilatı artıq Türkiyə və Azərbaycanı özünün əsas hədəflərindən biri kimi elan edib”.

S.Əkbər türk kəşfiyyatının dünyanın aparıcı kəşfiyyat xidmətlərindən olmadığını qeyd etdi: “Yalnız Türkiyəyə arxalanmağımız yetərsiz olar. Unutmaq olmaz ki, dünyanın qabaqcıq kəşfiyyat xidmətləri belə terrorun qarşısını ala bilmirlər. İŞİD gizli, radikal şəkildə mübarizə aparır və öz sıralarında təmizləmə işi aparmağı bacarır. Buna görə onların sıralarına adam yerləşdirmək çətindir. Aşağı səviyyələrdə agentlər ola bilər. Amma unutmaq olmaz ki, qərarların siyasi, strateji, praktiki və operativ kimi səviyyələri var. İŞİD terror qruplaşması olduğundan, burada siyasi və strateji qərarlar vahiddir. Burada rəhbərliyə adam yerləşdirmək çətindir. Azərbaycan və Türkiyə imkanlarını birləşdirməlidir. Siyasi, strateji və operativ səviyyələr güclü olmalıdır. Çünki hansı ölkədə terror törədiləcəyi bu səviyyəli qərarlarla verilir. Rus kəşfiyyatının bu sahələrdə imkanları çoxdur. Çünki İŞİD rəhbərliyi keçmiş ”əl-Qaidə" üzvləri və Səddam Hüseynin generallarından ibarətdir. O generallar da Rusiyada təhsil alıblar. Rus dairələri ilə yaxından əlaqələri var. Rusiyanın bu informasiyaları bizimlə bölüşüb-bölüşməməsi mənim üçün sualdır".

Sabiq MTN-çi azərbaycanlı İŞİD-çinin Türkiyədə həbs edilməsi, birinin də axtarışda olmasına bu cür şərh verdi: “İŞİD Türkiyə və Azərbaycanı hədəf seçibsə, demək bu ölkənin vətəndaşlarından istifadə edəcək. Dünyada baş verən terrorlar bunu sübut edir. Bu baxımdan gözləniləndir. MDB ölkələrinin vətəndaşlarından da istifadə oluna bilər. İŞİD strateji düşüncəyə sahib şəxslər tərəfindən idarə olunur. Bu amansız terror təşkilatından gələn hər bir informasiyanı ciddiyə almaq lazımdır. Əks halda nəticələri ağır ola bilər”.
Partiya sədri Azərbaycanın hədəf seçilməsinə də aydınlıq gətirdi: “Türkiyənin hədəf seçilməsi bəllidir. Çünki uzun zamandır aktiv şəkildə İŞİD-lə mübarizə aparır. Azərbaycana gəldikdə isə, bunun səbəblərini dəqiq bilmirik. Əgər İŞİD burada terror törətmək istəyirsə, təkcə Azərbaycanla bağlı ola da bilməz, digər ölkələrə yönəlik siyasət də ola bilər. Azərbaycanda bir çox xarici ölkələrin nümayəndəlikləri var. Yəni İŞİD harada mümkünsə, orada da mübarizəsini aparacaq. Bu, sərhəd mübarizəsi deyil. Hər istiqamətdən təhlükə gözləmək olar. Azərbaycan və Türkiyə arasında sıx əlaqələr var, strateji müttəfiqlik mövcuddur. Eyni zamanda, ölkə daxilində İŞİD-la ciddi mübarizə gedir. Bunu həbs edilmələr, keçirilən məhkəmələr sübut edir. Bu baxımdan hədəfə gələ bilərik”.

Müsahibimiz sonda Azərbaycanın İŞİD təhlükəsindən sovuşmaq üçün hansı istiqamətlərə diqqət yetirməsindən də söz açdı: “Təhlükəsizlik orqanı İŞİD təhdidi ilə mübarizəni narıncı səviyyəyə qaldırmalıdır. Narıncı qırmızı rəngdən öncəsidir. Qırmızı səviyyə o zaman elə olunmalıdır ki, artıq kəşfiyyat orqanının təhlükə barədə əlində informasiya olsun. Yəni terror olması, harada törədiləcəyi barədə dəqiq məlumat olur. İndi ümumi məlumat olduğuna görə, narıncı səviyyəyə qaldırılmalıdır. Belə halda təhlükəsizlik xidməti hazır vəziyyətdə olur. Açığı panika yaratmağa da ehtiyac yoxdur. Azərbaycan hazırlıqsız yaxalanmamalıdır. Deyilməməlidir ki, terror gözlənilmirdi. Azərbaycan hakimiyyəti və cəmiyyəti bilməlidir ki, belə hadisə gözlənilir”.









 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?
Yox
Bu yolda Rusiyanın ağzı ovulacaq

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
Vətəndaşları xaricdə iş düzəltmək adı ilə aldadıb, Kanadaya qaçdı - TƏFƏRRÜAT
Bu gün, 08:21
İsrail ABŞ ilə Suriya və ya Yəməndə SEPAH-a zərbə endirmək imkanını müzakirə edir - "Politico"
Bu gün, 08:18
`Azercell` yenə də müştərilərinə ÇİLƏ YAŞADIR... - NARAZILIQ VAR...
Bu gün, 08:14
İran-İsrail gərginliyindən BİZ NƏ? - Dəxli var, həm də...
Bu gün, 08:06
Bu halda idarə, müəssisə və təşkilat rəhbərləri məsuliyyət daşıyırlar - Ekspert danışır...
Bu gün, 08:04
Azərbaycanda turizm sektoru niyə İNKİŞAF ETMİR?
Bu gün, 06:55
Naxçıvanda mobil telefonlar kütləvi bağlanır - NƏ BAŞ VERİR?
Bu gün, 00:50
Qanunsuz sərnişin daşınmasının qarşısı niyə alınmır? - AKTUAL
Bu gün, 00:47
İpə-sapa yatmayan Elşad Həsənovun işçiləri vergidən yayınır - BU DA FAKT...
Bu gün, 00:41
Ramiz Mehdiyevin qızı nazirliyi məhkəməyə verdi - BUNA GÖRƏ
Bu gün, 00:36
"Atamın bir-iki əşyası var, o evimizdədir"
Bu gün, 00:34
Heykəl qovğası: hərənin öz təsəvvüründəki Ələsgər - AXI NİYƏ?..
Bu gün, 00:28
Suqovuşanın erməni işğalından azad edilməsindən dörd il ötür
Bu gün, 00:23
Məktəblərdə təmir işləri ilə bağlı tender uduldu - 4,2 MİLYON MANAT
Bu gün, 00:05
Agentlik 3 milyona bina icarəyə götürdü - TENDER NƏTİCƏSİ
Bu gün, 00:02
Müəllimlərə bahalı hədiyyə almaq ənənəsi yığışdırılmalıdır - ÇAĞIRIŞ
Dünən, 19:10
Ermənistan Azərbaycanın mülkiyyətini Rusiyaya necə verdi - ŞOK DETALLAR
Dünən, 19:02
Azərbaycanda alimentin minimum məbləği 350 manata qaldırılır? - AÇIQLAMA
Dünən, 18:56
"Zelenski və Netanyahu geri çəkilsə, siyasi fəlakətlə üzləşəcəklərindən qorxurlar" - "The Guardian"
Dünən, 18:17
"O, bir çox məsələlərin həllində son qərarı verə bilmir" - keçmiş səfir
Dünən, 18:14
Dövlət şəhidə qanpulu verməlidir, yoxsa şəhid dövlətə? - Milli Məclisin yeni heyəti üçün EV TAPŞIRIĞI...
Dünən, 18:11
İranın hiyləsi "Dəmir Günbəz"i çaşdırıb: - Gecəki hücumun DETALLARI
Dünən, 18:01
Ermənistan bunlara görə CAVAB VERMƏLİDİR... - cavab vermək ZORUNDADIR...
Dünən, 17:59
Azərbaycanlılar və gürcülər hər gün yollarda 40, ermənilər isə 30 dəqiqə itirirlər - SİYAHI
Dünən, 17:53
Ata və oğulun rəhbərlik etdiyi Azbelt şirkəti cərimələnir - SƏBƏB
Dünən, 17:51
Ermənistanın Azərbaycan ərazilərinə iddiası yoxdur - Alen Simonyan da Paşinyanın dediklərini təkrarlayır
Dünən, 17:50
Prezidentin rütbədən məhrum etdiyi Tofiq Həsənov kimdir?
Dünən, 17:35
Ermənistanın KTMT qərarı: - Mirzoyanın Varşavada ikibaşlı çıxışı
Dünən, 17:34
Bir aydır rayonlara yanacağın verilməsi niyə dayandırılıb? - NARAZILIQ VAR...
Dünən, 17:29
Snayper tüfənglərindən praktiki atış çalışmaları yerinə yetirilib - VİDEO
Dünən, 17:25
Maştağada saxlanılan 2 şəxsdən 4 kiloqram narkotik vasitə aşkarlanıb - VİDEO
Dünən, 17:24
“Qonşuları Rusiyadan daha qorxmurlar” - The Hill
Dünən, 17:20
Aparıcı Zaurun adı talassemiyalı xəstlərin işində hallandı: - “Pul yığılarkən...”
Dünən, 17:19
Qətər Ermənistana bütün uçuşları ləğv etdi - AÇIQLAMA
Dünən, 17:18
Bakıdakı bu tarixi abidə bərpa olunacaq - 700 min manatlıq restavrasiyaya başlanılır
Dünən, 17:15
“Bank of Baku”da yeni TƏYİNAT - DOSYE
Dünən, 17:11
Bakı həbsxanasında ÖLÜM
Dünən, 17:05
Nazim Quliyev yenidən 10 ilə kimi məhkum edilə bilər - TƏFƏRRÜAT
Dünən, 17:04
"Hər an hərəkətə keçməyə hazır olan qüvvələr Azərbaycanı qaralamaqda davam edirlər"
Dünən, 17:02
İrəvan Moskvadan hər fürsətdəcə QAÇIR
Dünən, 17:01
Sülh müqaviləsinin icrasına nəzarət etmək üçün Ermənistan-Azərbaycan komissiyası yaradıla bilər - Paşinyan
Dünən, 16:58
"Ona görə ki, o, çox yaşamağa layiqdir..,"
Dünən, 16:47
İran əgər uğura nail olmaq istəyirsə... - İNCƏLƏMƏ
Dünən, 16:42
Bu il Zəfər Günü münasibətilə Xankəndində parad keçiriləcək? - AÇIQLAMA
Dünən, 16:38
Zəngəzur dəhlizi: “Bəşəriyyət üçün...” - GƏLİŞMƏ
Dünən, 16:36
Elə bil camaata QƏNİM KƏSİLİB... - İlk üçlükdədir...
Dünən, 16:34
Prezident general-mayoru rütbəsindən məhrum edib - SƏRƏNCAM
Dünən, 16:31
“Neftçi” 2 milyona Fatih Terimi gətirir? - "Onunla danışıqlar..."
Dünən, 16:26
“İsrail dayanmayacaq və İranı müharibəyə sürükləmək üçün daha ağır addımlar atacağı istisna deyil” - Ərəstun Oruclu ŞƏRH EDİR
Dünən, 16:17
Rusiya Azərbaycan ərazisində yeni nümayəndəliklər açmağı planlayır - TASS
Dünən, 16:15
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : [email protected]
Designed by Daraaz.net
�������@Mail.ru