Azərbaycan Ukraynaya soğan göndərə bilər? .....                     Tiflis məhkəməsi qərar verdi: .....                     Mirzoyan finlandiyalı həmkarı ilə Azərbaycanla sülh prosesini müzakirə edib .....                     Suriyada müxalif qüvvələr Hələbə daxil oldu .....                     Beş vəkilə xəbərdarlıq olunub, dörd vəkilə töhmət verilib .....                     Qərbin “erməni sevgisi”: .....                     "Respublikanski"nin təmirə bağlanması xəstələri çətinə saldı .....                     Gürcüstan Avropa İttifaqına üzvlüklə bağlı danışıqları dayandırır .....                     Polşanın birinci xanımı İrəvanda separatçılarla görüşdü .....                     Hərbi attaşelər "Azərkosmos"u ziyarət ediblər .....                     “Pilot Residence” camaatın QƏSDİNƏ DURUB? .....                     Ülvi Quliyev vətəndaşları qəbul etdi .....                     “Paşinyanla Baqratın "dəllək"ləri fərqlidir...” .....                     "Sənə seksin abreviaturasını versəm və səni qane eləsə..." .....                     Azərbaycanda əsas seysmik zonalar: .....                     Dövlət qurumu 1,2 milyonluq geyimləri bu şirkətdən aldı .....                     Səhiyyə Nazirliyi 6 ədəd “Hyundai” alır .....                     Avropa Şurası Avropa Komissiyasının yeni tərkibini təsdiqləyib .....                     VHP bələdiyyə seçkilərində iştirak edəcək .....                     İcra başçısının nümayəndəsinin ölkədən çıxışına qadağa qoyula bilər .....                     "Bakı səfərindən sonra şərti sərhəddə "binokl şousu"nda iştirakı..." .....                     Azərbaycanda BOKT-nin rəhbərliyində dəyişikliklər olub .....                     "Zerkalni" nömrə biznesi adı ilə dostunun pullarını ələ keçirdi .....                     "Rusiya və İran arasında qaz ticarətinin .....                     Əvəz Temirxan bələdiyyə seçkilərində iştirak edəcək? .....                     Yunanıstan özü vadar edir ki... .....                     MN-nin tabeliyində olan müxtəlif hərbi hissələrdə mənimsəmə ilə bağlı .....                     İcra başçılarının “Dream Construction Company” sevgisi .....                     "SAT-SAS-2024" təlimində növbəti tapşırıqlar icra olunub .....                     Yüksək faizli endirimlər, mağazadan-mağazaya qaçan alıcılar... .....                     İnternet üzərindən satılan dərmanlara necə nəzarət olunur? .....                     Ədliyyə Nazirliyi bu partiyaların ləğv olunması üçün .....                     Rusiya İrəvanın üzərində “nüvə çətiri”ni açdı .....                     Kuryerlərə qarşı dələduzluq edən şəxs saxlanılıb .....                     Ermənistana bu dəfə Yunanıstan silahları gəldi... .....                     Bu partiya liderləri bələdiyyə seçkilərinə qatılacaq? .....                     Qənirə Ataşova: "Bu klinikalar həkim "düzəltmək"lə məşğuldur..." .....                     "Araz-2024" birgə taktiki təlimi başa çatıb .....                     Rubl "vuruldu": Rusiyada işləyən azərbaycanlıları nə gözləyir? .....                     “Bakı Abadlıq Xidməti MMC” fəaliyyətini dayandırdı? .....                 

“Mənə 2013-də təklif olundu ki, ailəmlə xaricə gedim, imtina etdim” - Əkrəmin erməni sevgisi hələ də aşıb-daşır...
Tarix: 21-05-2016, 09:29 | Çap et
“Mənə 2013-də təklif olundu ki, ailəmlə xaricə gedim, imtina etdim”
“Daş yuxular” əsərinin müəllifi olan yazıçı Əkrəm Əylisli haqqında mətbuatda demək olar ki, hər gün ağır ittihamlara rast gəlirik. Adı çəkilən əsərin erməni sevgisi ilə azərbaycanlıların əleyhinə yazıldığını iddia edənlər, yazıçının satqın olduğunu deyənlər, bu əsərlə Nobel mükafatı almağı hədəf götürdüyünü söyləyənlər az deyil. Ümumi ictimai rəyi nəzərə alsaq, onlar bir çox məqamlarda haqsız da deyil.

“Yeni Müsavat” qəzeti olaraq bu deyilənlərə və Əkrəm Əylislinin ölkədən çıxışı zamanı yaşanan qalmaqala aydınlıq gətirmək üçün yazıçının özü ilə əlaqə saxladıq. Onunla tam səmimi, qərəzsiz və obyektiv şəkildə söhbət aparmağa çalışdıq. Əlbəttə, Əkrəm Əylisliyə çox çətin suallar vermək olardı. Ancaq məqsədimiz onu susdurmaq yox, danışdırmaq olduğu üçün bunu etmədik. Bu müsahibədə 79 yaşlı bir Əkrəm Əylislini və onun ürəyindən keçənləri oxucuya təqdim edirik.

- Əkrəm müəllim, sizin haqqınızda müxtəlif fikirlər səslənir ki, ermənipərəstsiniz, öz xalqınıza ermənilər qədər nifrət edirsiniz...

- Vallah, indi kim nə istəyir, onu da deyir. Mən hər bir fikrin deyilməsinə razıyam. Ancaq şər atmaq olmaz. Mən çox şərləndim, şərin içində çox oldum. Bundan sonra şər içində yaşamaq istəmirəm. Çünki bizim konstitusiyamız var, qanunlarımız var, insana söz demək azadlığı verilir. Mənim yazımı bu cür təhrif etmək istəyən, özünü mənim yazım üstündə vətənpərvər göstərmək istəyən, bunun üçün dəridən-qabıqdan çıxan nə qədər insanlar oldu... Mən bu insanları sayıb bir yerə yığa da bilmirəm. Ancaq bilən bilir ki, yazıçı heç vaxt öz əsərindən öz xalqına qarşı istifadə etməz, öz əsəri ilə öz xalqını aşağılamaz. Ümumiyyətlə, bu, yazıçıya yaraşmaz, o ki qaldı mənim kimi yazıçıya. Neçə illər Azərbaycan ədəbiyyatına tam təmənnasız və bütün varlığımla xidmət etmişəm, can qoymuşam. Gördüyüm işləri sadalasan, haqqımda deyilən sözlərdən daha ağır gələr. Cavan vaxtımda “Gənclik” nəşriyyatında işləmişəm və bəzi yazıçıların o vaxt çap olunması mümkün olmayan əsərlərini çapa salmışam. İndi az-çox tanınan yazıçıların hamısı o vaxt rəhbərlik etdiyim “Azərbaycan” jurnalından çıxıblar. İndi bunların hamısının üstündən xətt çəkib yazıçıya qarşı onun əsərinə görə ittihamlar yağdırmaq, erməni sevgisində günahlandırmaq heç bir şəxsə yaraşmır. İstəməzdim ki, adını ziyalı qoyan, özünü bu xalqın təəssübkeşi kimi göstərənlər belə söhbətləri dillərinə gətirsin. Söhbət ondadır ki, bu milli təəssübkeşlik artıq öz həqiqi mənasından uzaqlaşıb. Mənə elə gəlir ki, bunlar hamısı hər kəsə məlumdur.

Həmişə bu fikirdə olmuşam ki, bir adam millətini çox sevdiyini deyirsə, artıq o yerdə dayanmaq lazımdır. Mən o sevgiyə inanmıram. Çünki millətə olan sevgi heç vaxt dilə vurmaz, ya da qələmin ucunda olmaz. Millətə sevgi qəlbin dərinliyində olur. Bunu həmişə belə başa düşmüşəm. Yaradıcı adamam, həyatım boyu müşahidə eləmişəm ki, vətən sevgisini dilinin ucunda gəzdirənlər çox tez satılırlar. Ordan-ora tullanırlar, burdan-bura hoppanırlar, payları az düşəndə keçirlər pay çox verilən yerə. Ümumiyyətlə, mən bu iki xalqın, yəni erməni və Azərbaycan xalqının fəlakəti üstündə özünə gün-güzəran düzəldən, karyera quran, özünü yuxarılara qaldırmağa çalışan insanların yuxarıda duracağına inanmıram. İnana da bilmərəm. Çünki bu iki xalqın fəlakəti mənim üçün xalqların fəlakətidir. Mən o qədər erməni tanıyıram ki, Azərbaycana böyük məhəbbəti var. Moskvada universitetdə oxuyanda bizim erməni müəllimlərimiz var idi ki, azərbaycanlı tələbələrin gözünün yağını yeyirdilər. Yaxşını da, pisi də demək lazımdır. Sadə insanların, sadə ermənilərin və sadə azərbaycanlıların fəlakəti üstündə nə qazanırlarsa, özlərinin olsun. Ancaq bundan sonra bu qazanc üçün mənbəyi dəyişsinlər. Nə vaxtacan fəlakətlər üzərindən qazanc əldə edəcəklər.

- Əkrəm müəllim, İkinci Qarabağ Müharibəsinin başlayacağı məsələsi getdikcə aktuallaşır. Müharibənin başlamasını istəyirsinizmi?

- Mən heç vaxt müharibə istəməmişəm. İstəyirəm ki, bu məsələ ədalətli yolla həll olunsun. Müharibə başlasa, yenə də qan töküləcək, evlərdə yas düşəcək, anaların gözü yaşlı qalacaq, gəlinlərimiz ərsiz, balalarımız atasız qalacaq. Yəni, prosesin davamı bu olacaq. Ancaq çoxları kimi mən də düşünürəm ki, bacarıb bu məsələni sülh yolu ilə həll eləsinlər. Bütün müharibələrin axırı sülhlə qurtarır. Bu məsələ də nə qədər tez sülhlə qurtarsa, mənə görə yaxşı olar. Ancaq indiki zamanda bu sözü deyəndə, o yandan bir nadan tapılır, qışqırır ki, hə, filankəs istəmir torpaqlarımız azad olsun. Bu cür söhbətlərə getmək lazım deyil. Bunlar əndazədən çıxmış mənasız söhbətlərdir. Hər bir yazıçı kimi mənim üçün də insan taleyi qiymətlidir. Tolstoyun məşhur bir söz var ki, dünyada heç nə bir uşağın göz yaşına dəyməz. Mən istəmirəm ki, yenə qan-qada olsun. Mənə elə gəlir ki, həm azərbaycanlılar, həm də ermənilər siyasi iradəni bir yerə qoysalar, bu məsələni sülh yolu ilə həll eləmək olar.

- Ölkədən çıxışınıza qadağa qoyulması və hava limanında yaşanan məlum olayla bağlı mətbuatda yazılanlara bir aydınlıq gətirə bilərsinizmi?

- (Gülür) O elə gülünc bir şey idi ki, inanmıram bu 10 milyonluq Azərbaycan xalqından 100 nəfər ona inansın. Deyirlər ki, guya mən kiməsə əl qaldırmışam. Bu, heç mənə sərf eləmir axı. İkinci də mən bilirəm ki, günah həmin nəzarətçidə deyil, ona tapşırıq verilib, o da icra edir. Yoxsa mənimlə nə işi var? Yüzlərlə adam gəlib gedir, tapşırıq olmasa niyə mənə mane olsun ki... Mən gedişimə mane olan adamın heç bir günahı olmadığını bilə-bilə onunla heç söz də güləşdirmərəm. Əl qaldırmaq məsələsinə gəlincə, xalis fantastikadır.

- Bəs, hadisə əslində necə oldu?

- Hadisə belə oldu ki, hava limanında keçmək istəyəndə, mənə dedilər ki, siz bir qədər gözləyin. O qədər gözlətdilər ki, təyyarə yola düşdü. Sonra mən onlardan xahiş etdim ki, beynəlxalq tədbirə gedirəm. Orada 20 ölkənin ədəbiyyat adamları iştirak edəcəklər. Yaxşı deyil axı, 19 ölkənin yazıçısı gəldi, biri gəlmədi. Bu istər-istəməz rezonans doğuracaq. Xahiş etdim ki, məni başqa bir reyslə yola salsınlar. Onlar da getdilər, məsləhətləşdilər və təxminən 15 saat sonra belə qərara gəldilər ki, mən kimisə döymüşəm. Halbuki, orada əlavə söhbət olmayıb. Heç mən istəmirdim ki, belə bir hadisə olsun. Çünki bütün qəzetlər yazdılar və bu, mənə lazım deyildi. Mən ömrümdə Venesiyanı görməmişdim, gedib oranı görmək, dünya yazıçıları ilə birlikdə gəzib-dolanmaq istəyirdim. Bu hadisədən bir-iki gün sonra orada edəcəyim çıxışın mətnini də burada nəşr elədim ki, baxın, görün mən orada nə deyəcəkdim. Mən vətəndən çıxandan sonra vətən haqqında pis heç nə danışa bilmirəm, çünki bu mənə satqınlıq kimi görünür. Ölkədən kənarda mən heç vaxt azərbaycanlılar haqqında mənfi danışmamışam. Öz içimizdə isə hər zaman gördüyüm problemləri tənqid etmişəm.

“Azərbaycan” jurnalında işləyəndə mən bütün KQB ilə qarşı-qarşıya durmuşdum. İki gündən bir KQB-nin ədəbiyyat üzrə kuratoru bizim jurnalın yeni nömrəsini qoltuğuna vurub Yazıçılar Birliyinə gəlirdi. Ancaq mənim o dövrdə “Azərbaycan” jurnalında çap elədiyim əsərlərin bir qismini bəlkə indi də çap eləmək mümkün deyil (gülür). Mən nə yazıda, nə böyük tədbirlərdə əqidəmin, ürəyimin əleyhinə getməmişəm, ağlımdan gələni demişəm. Əgər burada sözümü deyə bilirəmsə, qaçıb gedib xaricdə niyə söz deməliyəm? Yəni, bunlar anlaşılmaz şeylərdir.

- Sizin haqqınızda iddialar dolaşdı ki, xaricə qaçmaq istəmisiniz. Bəs ümumiyyətlə, “Daş yuxular” əsəri ilə bağlı ittihamlardan sonra xaricə getmək, orada yaşamaq arzunuz olubmu?

- Mətbuatda kimsə yazmışdı ki, Əkrəm Əylisli xaricə qaçmaq istəyir ki, orada öz əsərinə görə Nobel mükafatı alsın. Bu, çox avam söhbətdir. Elə bil ki, Nobel mükafatını Venesiyada küçələrə töküblər, mən gedən kimi alıram. 2013-cü ildə bu proses başlayanda mənə beynəlxalq “Pen klub” xətti ilə çox gözəl imkan təklif etdilər ki, ailəmlə birgə gedim orada yaşayım. Mən xaricə gedib, orada yaşamaq istəsəydim, o zaman gedib yaşayardım.

- “Daş yuxular”a görə, sonradan peşman oldunuzmu?

- Əgər mən o əsəri hansısa təmənna ilə yazmış olsaydım, bəlkə də peşman olardım. Bu əsər mənim yaradıcılığımın bir növ davamıdır. Həmişə belə yazmışam. Sadəcə bu əsərin mövzusu bugünkü günlə səsləşmədiyi üçün, belə haray-həşir qopdu. Yazıçıların bir çoxunun əsərləri yaşadıqları dövrlə səsləşmir. Ancaq o əsərdə yazdıqlarım hamıya bəlli olan söhbətlərdir. Mən bu əsəri ermənilər üçün yox, özümüzkülər üçün, azərbaycanlılar üçün yazmışam axı. Bu əsərimlə xeyli ermənini Azərbaycana qarşı nifrət eləməkdən hifz elədim. Xeyli erməni var ki, bu əsəri oxuyandan sonra bizim xalqımıza nifrət eləyə bilməz. Yazıçı elə “vətəni sevirəm” deyib, bağıra-bağıra çıxışlar etməklə kifayətlənməməlidir. Yazıçı bağırmır. Özünün gördüyünü, duyduğunu, xalqın gələcəyinə xidmət edəcəyinə inandığı şeyləri yazır. Millətçilik artıq XXI əsrin vəbasına çevrilib. Milləti sevmək başqa şeydir, millətçilik başqa şeydir. Dünyanın hər yerində dava gedir. O nə qədər tez qurtarsa, bir o qədər yaxşı olar. Mən yaddaşından çəkinən adam deyiləm. Əgər o əsərdə hansısa məlum olmayan bir şeyi açıb demiş olsaydım, onda peşman olardım. Ancaq Bakıda baş verən o hadisələr hamının gözünün qabağında olmuşdu. Yəni biz kimin gözündə yüksəlirik ki, gördüyümüz şeyi deməməklə? Mən bizdə olanları yazmışam. Ermənistanda nə olduğunu da qoy onlar desin. Hər kəs öz günahını yumalıdır.
- Gələcək üçün ölkədən getmək fikriniz varmı?

- Ay qızım, ölkədən getmək istəsəydim, bunu çoxdan edərdim. Mən ki, hər gün o təhqirlərə dözürəm. Səviyyəsi olmayan, mənim heç dırnağıma da dəyməyən, əlimə su tökməyə layiq olmayan adamlar mənə ağzına gələni deyiblər, mən isə buna dözmüşəm. Nəyə görə? Gedərdim də, niyə getmədim? Bir dəfə də ölkədən çıxmışam, Türkiyəyə getmişəm, ordan dünyanın hər yerinə yol var. Mən çoxdan gedə bilərdim. Heç vaxt getmək niyyətim olmayıb. Mən ölkəmi, vətənimi heç kimə, heç nəyə dəyişmərəm. Sadəcə dövrün tərs damarı tutub, qızım. Siz elə bilməyin ki, bu ab-hava belə qalacaq. Tam arxayınam ki, yaxın 5-6 aya, ən uzağı 1 ilə bu məsələ həll olunacaq, hər şey ötüb keçəcək, münasibətlər qaydasına düşəcək, qonşuluq əlaqələri qurulacaq. Çünki bu müharibə heç bir xalqın rahat, demokratik şəraitdə bir insan kimi yaşamağına imkan vermir. Bu düşmənçilik götürüləcək və insanlar yenə bir yerdə yaşayacaqlar. Buna inanmadan yaşamaq olmaz. Bu gedişatın axırı yoxdur axı. Mən başa düşə bilmirəm, bir insanın ölümü niyə ağrıtmır bunları? Mən 1992-ci ildə bir dəfə şəhidin yas yerində olmuşam. İndi də şəhid anasının səsi qulağından getmir, saçlarını necə yolub ağladığı gözümün önündən getmir. Bu mənzərəni niyə biz yenidən yaşamalıyıq. Yaşamasaq yaxşıdı.









 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?
Yox
Bu yolda Rusiyanın ağzı ovulacaq

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
Azərbaycan Ukraynaya soğan göndərə bilər? – Bunun üçün…
Bu gün, 22:27
Tiflis məhkəməsi qərar verdi: - Əfqan Sadıqov Bakıya gətirilir
Bu gün, 22:23
Mirzoyan finlandiyalı həmkarı ilə Azərbaycanla sülh prosesini müzakirə edib
Bu gün, 19:38
Suriyada müxalif qüvvələr Hələbə daxil oldu - Güclü döyüşlər gedir
Bu gün, 19:06
Beş vəkilə xəbərdarlıq olunub, dörd vəkilə töhmət verilib
Bu gün, 19:03
Qərbin “erməni sevgisi”: - “Makron öz marağını təmin etmək üçün...”
Bu gün, 18:58
"Respublikanski"nin təmirə bağlanması xəstələri çətinə saldı - Baş həkim nələri açıqladı?
Bu gün, 18:53
Gürcüstan Avropa İttifaqına üzvlüklə bağlı danışıqları dayandırır - BU DA BELƏ...
Bu gün, 18:42
Polşanın birinci xanımı İrəvanda separatçılarla görüşdü
Bu gün, 18:31
Hərbi attaşelər "Azərkosmos"u ziyarət ediblər
Bu gün, 18:28
“Pilot Residence” camaatın QƏSDİNƏ DURUB? - BU NƏDİ BELƏ?..
Bu gün, 18:20
Ülvi Quliyev vətəndaşları qəbul etdi - FOTO
Bu gün, 18:09
“Paşinyanla Baqratın "dəllək"ləri fərqlidir...” - REPLİKA
Bu gün, 18:02
"Sənə seksin abreviaturasını versəm və səni qane eləsə..." - Kamran Ağabalayev
Bu gün, 18:00
Azərbaycanda əsas seysmik zonalar: - Hansı ərazidə neçə bal zəlzələ ehtimalı var?
Bu gün, 17:54
Dövlət qurumu 1,2 milyonluq geyimləri bu şirkətdən aldı - TENDER NƏTİCƏSİ
Bu gün, 17:45
Səhiyyə Nazirliyi 6 ədəd “Hyundai” alır – 255 min manata
Bu gün, 17:36
Avropa Şurası Avropa Komissiyasının yeni tərkibini təsdiqləyib
Bu gün, 17:34
VHP bələdiyyə seçkilərində iştirak edəcək - AÇIQLAMA
Bu gün, 17:28
İcra başçısının nümayəndəsinin ölkədən çıxışına qadağa qoyula bilər - SƏBƏB
Bu gün, 17:24
"Bakı səfərindən sonra şərti sərhəddə "binokl şousu"nda iştirakı..." - Seyidov sərt danışdı
Bu gün, 17:22
Azərbaycanda BOKT-nin rəhbərliyində dəyişikliklər olub - ADLAR
Bu gün, 17:19
"Zerkalni" nömrə biznesi adı ilə dostunun pullarını ələ keçirdi - TƏFƏRRÜAT
Bu gün, 17:14
"Rusiya və İran arasında qaz ticarətinin Azərbaycanın "adına yazılması" Qərbin növbəti təxribatıdır"
Bu gün, 17:06
Əvəz Temirxan bələdiyyə seçkilərində iştirak edəcək? - Özü açıqladı
Bu gün, 17:03
Yunanıstan özü vadar edir ki... - ŞƏRH
Bu gün, 16:46
MN-nin tabeliyində olan müxtəlif hərbi hissələrdə mənimsəmə ilə bağlı daha bir maliyyə xidmət rəisinin məhkəməsi başlayır
Bu gün, 16:43
İcra başçılarının “Dream Construction Company” sevgisi - İcazə verin şübhələnək...
Bu gün, 16:42
"SAT-SAS-2024" təlimində növbəti tapşırıqlar icra olunub
Bu gün, 16:39
Yüksək faizli endirimlər, mağazadan-mağazaya qaçan alıcılar... - "Black friday"in əsl məqsədi ortaya çıxdı
Bu gün, 16:37
İnternet üzərindən satılan dərmanlara necə nəzarət olunur? - HƏQİQƏTƏN DƏ...
Bu gün, 16:35
Ədliyyə Nazirliyi bu partiyaların ləğv olunması üçün məhkəməyə müraciət etdi
Bu gün, 16:29
Rusiya İrəvanın üzərində “nüvə çətiri”ni açdı - KİV
Bu gün, 16:25
Kuryerlərə qarşı dələduzluq edən şəxs saxlanılıb - VİDEO
Bu gün, 16:24
Ermənistana bu dəfə Yunanıstan silahları gəldi... - Sülh gündəliyini bağlamaq istəyən kimlərdir?
Bu gün, 16:11
Bu partiya liderləri bələdiyyə seçkilərinə qatılacaq? – Maraqlı cavablar
Bu gün, 16:08
Qənirə Ataşova: "Bu klinikalar həkim "düzəltmək"lə məşğuldur..." - Müsahibə/Yeni şok faktlar
Bu gün, 16:01
"Araz-2024" birgə taktiki təlimi başa çatıb
Bu gün, 15:58
Rubl "vuruldu": Rusiyada işləyən azərbaycanlıları nə gözləyir? - AKTUAL
Bu gün, 15:51
“Bakı Abadlıq Xidməti MMC” fəaliyyətini dayandırdı? - İLGİNC İDDİA
Bu gün, 15:40
İFADƏ VERDİ: Ağadadaş Ağayev özünü təqsirli bilməyib - MƏHKƏMƏ
Bu gün, 15:36
İrəvanla Moskvanın “küsülülüyü" - Hərbi bloka “yox”, iqtisadi bloka “hə”
Bu gün, 15:34
Ermənistan Azərbaycana qarşı yeni müharibəyə hazırlaşır - Bunun BAŞQA ADI YOXDUR...
Bu gün, 15:31
Dünyada ən çox istifadəçisi olan 35 sosial şəbəkə – Tam siyahı
Bu gün, 15:30
Kəmaləddin Heydərov rəisi vəzifəsindən azad etdi - ƏMR
Bu gün, 15:26
Rasim Məmmədovdan sonra da 3 milyonluq yeyinti olub - TƏFƏRRÜAT
Bu gün, 15:24
Asiya İnkişaf Bankına yeni prezident seçilib
Bu gün, 15:22
Həbsdən çıxan kişini arvadı evə buraxmadı: “Düşündüm ki...” – Şok təfərrüat
Bu gün, 15:17
Sahibkarları şantaj edən sayt rəhbərləri həbs edilib, cinayət işi açılıb
Bu gün, 15:11
Rusiya "Oreşnik"in kütləvi istehsalına başlayıb
Bu gün, 15:08
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : [email protected]
Designed by Daraaz.net
�������@Mail.ru