Azərbaycan Ukraynaya soğan göndərə bilər? .....                     Tiflis məhkəməsi qərar verdi: .....                     Mirzoyan finlandiyalı həmkarı ilə Azərbaycanla sülh prosesini müzakirə edib .....                     Suriyada müxalif qüvvələr Hələbə daxil oldu .....                     Beş vəkilə xəbərdarlıq olunub, dörd vəkilə töhmət verilib .....                     Qərbin “erməni sevgisi”: .....                     "Respublikanski"nin təmirə bağlanması xəstələri çətinə saldı .....                     Gürcüstan Avropa İttifaqına üzvlüklə bağlı danışıqları dayandırır .....                     Polşanın birinci xanımı İrəvanda separatçılarla görüşdü .....                     Hərbi attaşelər "Azərkosmos"u ziyarət ediblər .....                     “Pilot Residence” camaatın QƏSDİNƏ DURUB? .....                     Ülvi Quliyev vətəndaşları qəbul etdi .....                     “Paşinyanla Baqratın "dəllək"ləri fərqlidir...” .....                     "Sənə seksin abreviaturasını versəm və səni qane eləsə..." .....                     Azərbaycanda əsas seysmik zonalar: .....                     Dövlət qurumu 1,2 milyonluq geyimləri bu şirkətdən aldı .....                     Səhiyyə Nazirliyi 6 ədəd “Hyundai” alır .....                     Avropa Şurası Avropa Komissiyasının yeni tərkibini təsdiqləyib .....                     VHP bələdiyyə seçkilərində iştirak edəcək .....                     İcra başçısının nümayəndəsinin ölkədən çıxışına qadağa qoyula bilər .....                     "Bakı səfərindən sonra şərti sərhəddə "binokl şousu"nda iştirakı..." .....                     Azərbaycanda BOKT-nin rəhbərliyində dəyişikliklər olub .....                     "Zerkalni" nömrə biznesi adı ilə dostunun pullarını ələ keçirdi .....                     "Rusiya və İran arasında qaz ticarətinin .....                     Əvəz Temirxan bələdiyyə seçkilərində iştirak edəcək? .....                     Yunanıstan özü vadar edir ki... .....                     MN-nin tabeliyində olan müxtəlif hərbi hissələrdə mənimsəmə ilə bağlı .....                     İcra başçılarının “Dream Construction Company” sevgisi .....                     "SAT-SAS-2024" təlimində növbəti tapşırıqlar icra olunub .....                     Yüksək faizli endirimlər, mağazadan-mağazaya qaçan alıcılar... .....                     İnternet üzərindən satılan dərmanlara necə nəzarət olunur? .....                     Ədliyyə Nazirliyi bu partiyaların ləğv olunması üçün .....                     Rusiya İrəvanın üzərində “nüvə çətiri”ni açdı .....                     Kuryerlərə qarşı dələduzluq edən şəxs saxlanılıb .....                     Ermənistana bu dəfə Yunanıstan silahları gəldi... .....                     Bu partiya liderləri bələdiyyə seçkilərinə qatılacaq? .....                     Qənirə Ataşova: "Bu klinikalar həkim "düzəltmək"lə məşğuldur..." .....                     "Araz-2024" birgə taktiki təlimi başa çatıb .....                     Rubl "vuruldu": Rusiyada işləyən azərbaycanlıları nə gözləyir? .....                     “Bakı Abadlıq Xidməti MMC” fəaliyyətini dayandırdı? .....                 

“Mən diqqətsizlik etmişəm, ancaq Heydər Əliyev səhvimi düzəltmişdi” - Keçmiş nazir
Tarix: 18-05-2016, 08:59 | Çap et
“Mən diqqətsizlik etmişəm, ancaq Heydər Əliyev səhvimi düzəltmişdi”
Mayın 20-də xalq şairi, Vətəndaş Həmrəyliyi Partiyasının sədri, Dünya Azərbaycanlıları Konqresinin həmsədri və artıq sabiq hesab olunan deputat Sabir Rüstəmxanlının 70 yaşı tamam olur. Yubiley ərəfəsində 70 illik həyat yoluna, yaradıcılığına nəzər salmaq, iştirakçısı olduğu milli-azadlıq hərəkatı, ondan sonrakı dövlət quruculuğu prosesi, 25 illik deputatlıq fəaliyyəti ətrafında söhbət etmək üçün onu redaksiyamızda qonaq etdik. Çay süfrəsi ətrafında baş tutan səmimi söhbətdə “Yeni Müsavat” qəzetinin baş redaktoru Rauf Arifoğlu, musavat.com saytının redaktoru Xalid Kazımlı və bu sətirlərin müəllifi iştirak etdi.
Həmin müsahibənin birinci hissəsini sizə təqdim edirik.

R.Arifoğlu:

- 70 illik yubileyiniz yaxınlaşır. Bu 70 ilin 28 ili mənim gözümün önündə olub. Mənim nəzərimdə siz hələ də gəncsiniz. Öz gözünüzdə necəsiniz? Bu 70 rəqəmi sizin üçün nə ehtiva edir? Bir şair kimi, bu rəqəmin poetikası, sizdə yaratdığı təəssürat necədir? 70 yaşa qarşı sizdə bir kompleks varmı?

- Əvvəlcə onu qeyd edim ki, mənim yubileyim artıq Türkiyədə qeyd olunub. Mayın 14-də İstanbul Böyük Şəhər Bələdiyyəsi “Fatih” Mədəniyyət Mərkəzində yubiley tədbiri keçirdi. Türkiyənin “Bengü Türk ” telekanalı 3 saat yarım davam edən tədbiri olduğu kimi efirə verdi. Bələdiyyə və Türk Dünyası Araşdırma Vəqfi böyük afişalar buraxmışdı.

“Ülkər” televiziyasında, “Hürriyet” qəzetində müsahibəm dərc olundu. Türkiyədə başqa heç bir şair və ya yazıçının yubileyi o möhtəşəmlikdə keçirilməyib. Yubileyimi bu cür keçirməklə boynuma böyük bir minnət qoydular. Bunun səbəbi isə o idi ki, bizim bütün həyatımız Türkiyə ilə bağlıdır. Biz Türkiyə-Azərbaycan arasına ayrı-seçkilik qoymuruq, əksinə, iki ölkə arasında mənəvi körpülər salırıq. Orada danışanlar da mənim haqqımda təxminən eyni sözü dedilər. Sözüm ondadır ki, Rəfail Hüseynov orada mənim haqqımda çıxışında dedi ki, Dədə Qorqudun dövründə 100 yaş demirdilər, üç otuz, bir on deyirdilər. İndi Sabir Rüstəmxanlının da iki otuz, bir on yaşı var (gülür).

Mən indi desəm ki, 50 yaşımla 70 yaşım arasında heç bir fərq hiss eləmirəm, bu şişirtmə olar. Ancaq görünür, insan ölənə kimi yaşını hiss eləmir. Əgər sağlamdırsa, sevdiyi işlə məşğul olursa, bu, insanı xoşbəxt edir. Ancaq bir fərq var ki, mən cavanlığımda “Ədəbiyyat” qəzetində işləyəndə əlyazma ilə 25-30 səhifə yazı yaza bilirdimsə, indi kompüterdə 5 səhifə yazıram, ondan artıq yaza bilmirəm.

- Deməli, yaş məsələsi yaradıcılıq tempinə təsir edir...

- Bəli, təsir edir. Ancaq bir tərəfdən də kompüter insanın gözünə pis təsir edir.

- Bəs niyə əvvəlki kimi kağıza yazmırsınız?

- Xəttim o qədər pisdir ki, onu ancaq müəyyən adamlar oxuya bilir. Əks halda, gərək sonradan diktə edəm. Latın qrafikasına keçəndən sonra xəttim bir qədər korlandı, tələsik yazıram. Kompüterdə daha dəqiq yazıram, o yazını redaktə eləməyə ehtiyac olmur. Yəni yaş məsələsini ancaq yazıda hiss edirəm, başqa heç nədə hiss eləmirəm. Əlbəttə, son 30 ilimiz çox ağır keçdi. Nəzərə alsaq ki, bizim kimi kənddən gələn adamlar Bakıda özlərinə bir həyat qurana kimi ömürlərinin təxminən 25-30 ilini itirirlər. Hələ mənim bəxtim gətirdi ki, 4-cü kursdan “Ədəbiyyat” qəzetində işləməyə başladım. Ondan sonra bütün Azərbaycanın ədəbi-mədəni ictimaiyyətinin nümayəndələri ilə görüşdüm. Məni tanıdılar, qarşımda yollar açıldı. Amma Bakının hər yerində kirayə yaşadım. Ev alana kimi, özümə həyat qurana kimi 30 yaş getdi. Təəssüf ki, bu gün də rayondan gələnlər o zülmü çəkirlər.

Ona görə də biz ömrümüzün ən gözəl, enerji ilə dolu olan illərini həyatın bizdən asılı olmayan ehtiyaclarına qurban verməli oluruq. Arada deyirəm ki, gərək insana cavanlıqda, 20-30 yaşında təqaüd versinlər, qocalıqda işləsin. Təbii ki, bu fantaziyadır. Sonradan Azərbaycanın müstəqillik davası və məlum hadisələr başladı. Bir yandan dünyanın bizə haqsızlığı, digər tərəfdən, özümüzün öz içimizdə yaratdığımız problemlər ömrümüzün bir hissəsini aldı. Duyğularımızdan, həyatımızdan qurbanlar verdik. Ancaq bizi xilas edən bir möcüzə var ki, o da insanın sevdiyi işlə məşğul olmasıdır.

- 70 yaş həm də geridə qalan illərə baxmaq imkanı verir. Əlinizdən buraxdığınız fürsətlər varmı? Həyatla bağlı, yaradıcılıqla bağlı, ölkə ilə bağlı...

- İndi mənim bilgisayarda hazır, çapını gözləyən 15 cild əsərim var. Bunun içində əvvəllər çap olunan əsərlər də var, yenilər də var. Bunun təkcə iki cildi mənim parlamentdə, dünyanın müxtəlif ölkələrindəki çıxışlarımdır. Çap olunmayan romanlarım, şeirlərim, povestlərim var.

X.K.:

- Çox maraqlıdır, o romanların çapı üçün Şahbaz Xuduoğluna müraciət etmək olmazmı? Qohumluğunuz da var (gülür).

- Yox, orada elə əsərlər var ki, heç bəzilərinin çap olunmasını istəmirəm. Cavanlıqda yazdığım "Astar" adlı bir romanım var, həyatın astar üzünə, görünməyən tərəflərinə həsr olunub. İndi onun çap olunmasını istəmirəm. Təbii ki, çox fürsətlər qaçıb... Mənim belə bir şeirim də var:

Neçə yazılmamış şeirlərimi,
Atdım meydanların izdihamına,
Qatdım millətimin gur ilhamına.
Bizcə söz saxladım- azadlıq sözü,
Dönüb yumruq olmaq öyrətdim ona...

Bir çox məqamlar oldu ki, oturub şeir yazmağa vaxt olmadı. Bu, illərlə davam elədi. Şeir yazmaq üçün ilham ki, gəlir, o, köçəri quş kimidir, dərhal yazmadınsa, uçub gedir.

R.A.:

- Sabir bəy, bu qaçan fürsətlərdən biri də o oldu ki, sonralar “Ömür kitabı” kimi bir kitab yaza bilmədiniz... Yəni bütün ölkənin, gəncliyin düşüncəsini dəyişə bilən, “Ömür kitabı”ndan da üstün bir kitab yaza bildinizmi?

- Bu yaxınlarda bir məktəbə görüşə getmişdim. Həmin məktəbin direktoru şagirdlərə dedi ki, mən “Ömür kitabı”nı oxuyandan sonra özümü dərk elədim. Həmin vaxta qədər başqa insan idim. Mənim fikrimcə, sonradan zaman dəyişildi. O zaman sanki “Ömür kitabı” bir sosial sifariş idi. İnsanların o kitaba ehtiyacı var idi. Sonra zaman dəyişdi, əlifba dəyişdi, kitab oxuyanlar azaldı. “Ömür kitabı”nın ruhu ilə zamanın ruhu bir-birindən ayrıldı. Ancaq o vaxtlar zamanın ruhu kitabın ruhu ilə bir idi.

Mənim üçün Meydan hərəkatı haqqında yazdığım “Xətai yurdu” romanım “Ömür kitabı”ndan az qiymətli deyil. Orada meydanın böyük bir ruhu var. Sonra “Difai fədailəri” kitabım var. Mənim romanlarımın bədii ruhu “Ömür kitabı”ndan daha güclüdür. Amma təsir gücü onun qədər deyil. Çünki zaman o zaman deyil, adamlar da o adamlar deyil. “Ömür kitabı” 250 min tirajla çıxmışdı. Sonradan həmin kitab 2000 tirajla çap olundu. Bilmirəm, heç onu alıb oxuyan oldu, ya yox (gülür). Ancaq o zaman “Ömür kitabı”nı qızlara cehiz verirdilər. İndi də o kitabdakı problemlər Azərbaycan üçün aktualdı. Ölkə bütövləşməyib, Azərbaycanın bir çox mənəvi, iqtisadi, siyasi problemləri həll olunmayıb. Sanki indi uşaqlara “Ömür kitabı”nın ruhunu aşılamaq yaddan çıxıb.

R.A.:

- Bu 30 ildə Sabir Rüstəmxanlı hamının gözünün qarşısında olub. Millət vəkili olub, nazir olub, dövlət işlərində işləyib, partiya sədri olub. Bu mənada siyasətçi olan Sabir Rüstəmxanlı, yaradıcı Sabir Rüstəmxanlının əlindən nələri alıb?

- Çox şeylər alıb. Bunun bir səbəbi də var. Məsələn, Rauf Arifoğlu qələmi ilə, mövqeyi ilə cəmiyyətdə tanınan bir adamdır. Ancaq sabah o, deputat seçilib Milli Məclisdə əyləşəndən sonra qəzetin sifəti bir qədər dəyişəcək. Çünki Milli Məclisdə proseslərin, vəziyyətin bütün dramatizminin içində olursan. O zaman onların bəzilərini yazmağa da ehtiyac qalmır. Mən Milli Məclisdə hər zaman sözümü demişəm. Orada öz sözümü deyirdim, stenoqrama düşürdü, ancaq cəmiyyətin xəbəri olmurdu. Sən orada danışıb öz ürəyini boşaltdığın üçün o haqda artıq yazmaq istəmirsən. Amma kənarda qalıb yazmaq üçün daha sərbəst şərait olur. Ona görə də mən nazir olduğum 5 ildə heç nə yaza bilmədim. Latın qrafikasına keçməli idik, dərsliklər dəyişməli idi, dağılan mətbəələr bərpa olunmalı idi. Komitəni nazirlik elədik. Rusiya ilə əlaqələr yaratdıq ki, kağız gəlsin, avadanlıqlar gəlsin. O illər necə keçdi, bilmədim.

X.K.:

- Yeri getməmişkən soruşum, nazir vəzifəsindən istefa verməyiniz necə, sizin öz təşəbbüsünüzlə oldu, yoxsa bu təşəbbüs yuxarıdan gəldi?

- Yox. O zaman bizi mətbuatda tənqid edirdilər ki, niyə bu adamlar həm nazirdirlər, həm də deputatdırlar. Çoxu bu tənqidləri qulaqardına vururdu. İndinin özündə də Milli Məclisdə iki vəzifə daşıyan adamlar var. Ancaq mənə ağır gəldi ki, biz özümüz demokratiyanı quran adamlarıq, ədalət axtarırıq, eyni zamanda özümüz onu pozsaq dorğu olmaz. O baxımdan mən seçki vaxtı, mayın 19-da ərizə ilə ovaxtkı prezident mərhum Heydər Əliyevin yanına getdim. Dedim ki, mən nazirlikdən çıxmaq istəyirəm. Soruşdu ki, kimdir səni nazirlikdən çıxaran. Dedim, özüm çıxmaq istəyirəm, bir ayağı Milli Məclisdə, bir ayağı nazirlikdə qalmaq istəmirəm. Dedi ki, o zaman Milli Məclisdən çıx, nazir kimi davam elə.

Mən güldüm və dedim ki, əgər nazirlikdə qalsam, mənim ixtiyarım sizin əlinizdə olacaq. İstədiyiniz zaman əmr verib çıxara bilərsiniz. Ancaq Milli Məclisdə ən azı 5 il təminat var ki, mən millət vəkiliyəm. Güldü və dedi ki, yox, səni heç kim çıxartmaz, ancaq getmək istəyirsənsə, eybi yoxdur, get, ərizən qalsın.

Məndən sonra mənim haqqımda xeyli şikayətlər oldu ki, guya seçki vaxtı keçəndən sonra ərizə verib nazirlikdən çıxıb. Ayın 17-nə kimi ərizə vermək olardı, mən isə 19-da getmişdim. Sonradan prokurorluq da maraqlandı. Heydər Əliyevin nə qədər dəqiq dövlət adamı olduğuna mən o zaman təəccübləndim. Məlum oldu ki, mən ona ayın 19-da ərizə vermişəm, o isə ərizənin üstünü 17-si tarixinə yazıb. Mən diqqətsizlik etmişəm, ancaq o mənim səhvimi düzəltmişdi. Yəni qısa desəm, öz ərizəmlə çıxdım. Mənim haqqımda çoxlu şikayət var idi. Onlardan biri də bu idi ki, guya mən nazir olduğum müddətdə 13 ölkəyə getmişəm. Mən də Nazirlər Kabinetindən arayış aldım və məlum oldu ki, mən bu 13 ölkənin hamısına getmək üçün cəmi 740 manat pul xərcləmişəm. Çünki bütün ölkələrdə dostlarım var idi. Mən də yazdım ki, indiki nazirlər bu pulla evlərindən bayıra çıxmırlar. Mən 13 ölkəyə nazir olaraq getmişəm, cəmi 740 manat xərcləmişəm.

- Sabir bəy, neçə il deputat oldunuz?

- 25 il.

- Sizin qədər uzun müddət deputat olan varmı?

- Var. Məsələn, Zeynəb Xanlarova.

- Ancaq bu dəfə seçkilərə getmədiniz...

- Bəli, getmədim.

- Həyatınızda bir dəyişiklik varmı, yaxşılığa və ya pisliyə doğru? Mandatsız yaşamaq necədir?

- İtirilmiş fürsətləri bərpa etməyə çalışıram.

- Səmimi sözünüzdürmü?

- Bəli, səmimi deyirəm. İndi yazı-pozu işi ilə daha ciddi məşğul oluram. Bu, işin bir tərəfidir. İkinci tərəfdən, mən Milli Məclisdə deyiləm deyə, indi onun haqqında danışmaq istəmirəm. Ancaq bir şeyi qeyd edim ki, Məclis sona doğru artıq dözülməz olmuşdu. Xüsusən Gəncədə Rəsulzadənin büstünün başına çuval keçirilməsi məsələsini mən Milli Məclisdə qaldıranda, parlament rəhbərliyi mənə qarşı qalxdı ki, “bu nə söhbətdir edirsiniz...” O zaman gördüm ki, mənim orada oturmağım çətindir. Bir ölkənin qanunverici orqanı o ölkənin qurucusuna bu münasibətə məndən əvvəl reaksiya verməli idi. Mən orada dedim ki, bu çuval Rəsulzadənin başına keçirilməyib, Milli Məclisin başına, bu millətin başına keçirilib.

Ondan sonra mənə qarşı münasibət dəyişdi. Başladılar əleyhimə yazılar yazdırmağa. O zaman içimdən qırıldım və gördüm ki, Milli Məclisin başında dayanan adamlar özləri də buna razıdırlar. Axı o dövlət qurulmasaydı, indi sən orada otura bilməzdin. Dövləti isə Rəsulzadə və onun dostları qurublar. Sən ona sayqısızlığa necə dözə bilərsən? Bu məsələ mənə çox ağır gəldi. İndi sanki o sıxıntıdan qurtuldum. Təbii ki, məsələnin başqa bir tərəfi də var. Hamıya elə gəlir ki, 25 il deputatlığa öyrəşəndən sonra ayrılmaq çətin olacaq. Çünki millət vəkilisən, cibində diplomatik pasportun var. Gedəndə VİP salondan keçirsən, bütün qapılar üzünə açıqdır.

- İndi pasportunuz elə deyil, eləmi?

- Yox, diplomatik pasportu o dəqiqə alırlar. İndi sadə vətəndaş pasportudur. Bu da ədalətsizlikdir və doğru deyil. Türkiyədə belə şey yoxdur. 25 il millət vəkili olasan, sonradan pasportunu əlindən alsınlar... Ancaq bir şey də var ki, mən millət vəkili olarkən üzümə açıq olan qapılar, indi ondan da geniş açılır. Hava limanına gedəndə insanların içinə qarışmağa macal tapmamış, oranın gənc işçiləri qabağıma gəlir, heç tanımadığım insanlar məni qarşılayır ki, Sabir müəllim, siz buradan gəlin. Bütün yollar açılır və mən keçirəm. Camaatın içində millət vəkili olduğum zamandan da artıq sayğı görürəm. Mən xalq şairi adı alanda da yazmışdım ki, bu mənim sirrimin üstünü açdı. Çünki hamı elə bilirdi ki, mən çoxdan xalq şairiyəm. Millət vəkili vəsiqəsi ayrıdır. O parlamentdə mən elə deputatlar gördüm ki, 5 ildə bir dəfə də ağızlarını açmadılar və mən indi də onların adını bilmirəm.

- Öz deputat yoldaşınızın adını 5 ildə bilmədinizmi?

- Yox, bilmədim. Çünki bu adam bir dəfə danışmadı, bir dəfə səfərə çıxmadı. Sakitcə gəlib bir küncdə oturur və çıxıb gedir. O Məclisdə 15-20 ildə ağzını bir dəfə açmayan deputatlar varsa, sən onları nə cür tanıyacaqsan?

- 70 illik yubileyinizi Türkiyədə keçirdiniz. Azərbaycan dövləti olaraq, istiqlal mücadiləsində liderlik etmiş, 25 il deputat olmuş xalq şairinin yubiley törəni olacaqmı?

- Mədəniyyət Nazirliyi, deyəsən, Yazıçılar İttifaqının məktubu ilə bir tədbir hazırlayır. Mayın 25-də Dövlət Dram Teatrında mənim üçün yaradıcılıq gecəsi keçiriləcək. Mən özüm də hər 5 ildən bir yaradıcılıq gecəsi keçirirdim. Maraqlı bir şey də deyim. 1996-cı ildə, 50 yaşımda mənim yubileyim Opera və Balet Teatrında qeyd olunurdu. Tədbirə 2 gün qalmış birdən dəvətnamələri geri yığdılar. Dedilər ki, möhür vurulacaq, prezident gələcək. Rəhmətlik Heydər Əliyev gəldi. Mən onu qarşılayanda dedi, yəqin indi müxalifəti yığmısan oraya. Mən də gülüb dedim ki, bu mənim taleyimdir, nə edə bilərəm? Müxalifət də burada olacaq, iqtidar da. Doğrudan da o məclisdə həm müxalifət bütövlüklə var idi, həm də iqtidar. Sonda da yazıçılarla görüşündə dedi ki, Azərbaycanda heç bir yazıçının 50 ilik yubileyi o səviyyədə qeyd olunmayıb, heç birində də dövlət başçısı gəlib 3 saat oturmayıb. Qabil dedi ki, Səməd Vurğunun yubileyi bu səviyyədə olub. Heydər Əliyev isə dedi ki, Qabil, səhv eləmə, Səməd Vurğun o zaman xəstə idi, həm də orada dövlət başçısı iştirak etməmişdi. Dedi ki, bu bizim sənə olan münasibətimizdir. Onda çıxış edərək dedim ki, mənim Meydan hərəkatında iştirak edən bəzi dostlarım indi həbsdədir. Burada çıxış edənlərin bəziləri onların əleyhinə danışır. Dedim ki, əgər Meydan hərəkatında iştirak etmək cinayətdirsə, onda birinci məni həbs edin. Nəyə görə biz rahat gəzirik, onlar isə həbsdədir?...

(davamı növbəti sayımızda)









 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?
Yox
Bu yolda Rusiyanın ağzı ovulacaq

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
Azərbaycan Ukraynaya soğan göndərə bilər? – Bunun üçün…
Bu gün, 22:27
Tiflis məhkəməsi qərar verdi: - Əfqan Sadıqov Bakıya gətirilir
Bu gün, 22:23
Mirzoyan finlandiyalı həmkarı ilə Azərbaycanla sülh prosesini müzakirə edib
Bu gün, 19:38
Suriyada müxalif qüvvələr Hələbə daxil oldu - Güclü döyüşlər gedir
Bu gün, 19:06
Beş vəkilə xəbərdarlıq olunub, dörd vəkilə töhmət verilib
Bu gün, 19:03
Qərbin “erməni sevgisi”: - “Makron öz marağını təmin etmək üçün...”
Bu gün, 18:58
"Respublikanski"nin təmirə bağlanması xəstələri çətinə saldı - Baş həkim nələri açıqladı?
Bu gün, 18:53
Gürcüstan Avropa İttifaqına üzvlüklə bağlı danışıqları dayandırır - BU DA BELƏ...
Bu gün, 18:42
Polşanın birinci xanımı İrəvanda separatçılarla görüşdü
Bu gün, 18:31
Hərbi attaşelər "Azərkosmos"u ziyarət ediblər
Bu gün, 18:28
“Pilot Residence” camaatın QƏSDİNƏ DURUB? - BU NƏDİ BELƏ?..
Bu gün, 18:20
Ülvi Quliyev vətəndaşları qəbul etdi - FOTO
Bu gün, 18:09
“Paşinyanla Baqratın "dəllək"ləri fərqlidir...” - REPLİKA
Bu gün, 18:02
"Sənə seksin abreviaturasını versəm və səni qane eləsə..." - Kamran Ağabalayev
Bu gün, 18:00
Azərbaycanda əsas seysmik zonalar: - Hansı ərazidə neçə bal zəlzələ ehtimalı var?
Bu gün, 17:54
Dövlət qurumu 1,2 milyonluq geyimləri bu şirkətdən aldı - TENDER NƏTİCƏSİ
Bu gün, 17:45
Səhiyyə Nazirliyi 6 ədəd “Hyundai” alır – 255 min manata
Bu gün, 17:36
Avropa Şurası Avropa Komissiyasının yeni tərkibini təsdiqləyib
Bu gün, 17:34
VHP bələdiyyə seçkilərində iştirak edəcək - AÇIQLAMA
Bu gün, 17:28
İcra başçısının nümayəndəsinin ölkədən çıxışına qadağa qoyula bilər - SƏBƏB
Bu gün, 17:24
"Bakı səfərindən sonra şərti sərhəddə "binokl şousu"nda iştirakı..." - Seyidov sərt danışdı
Bu gün, 17:22
Azərbaycanda BOKT-nin rəhbərliyində dəyişikliklər olub - ADLAR
Bu gün, 17:19
"Zerkalni" nömrə biznesi adı ilə dostunun pullarını ələ keçirdi - TƏFƏRRÜAT
Bu gün, 17:14
"Rusiya və İran arasında qaz ticarətinin Azərbaycanın "adına yazılması" Qərbin növbəti təxribatıdır"
Bu gün, 17:06
Əvəz Temirxan bələdiyyə seçkilərində iştirak edəcək? - Özü açıqladı
Bu gün, 17:03
Yunanıstan özü vadar edir ki... - ŞƏRH
Bu gün, 16:46
MN-nin tabeliyində olan müxtəlif hərbi hissələrdə mənimsəmə ilə bağlı daha bir maliyyə xidmət rəisinin məhkəməsi başlayır
Bu gün, 16:43
İcra başçılarının “Dream Construction Company” sevgisi - İcazə verin şübhələnək...
Bu gün, 16:42
"SAT-SAS-2024" təlimində növbəti tapşırıqlar icra olunub
Bu gün, 16:39
Yüksək faizli endirimlər, mağazadan-mağazaya qaçan alıcılar... - "Black friday"in əsl məqsədi ortaya çıxdı
Bu gün, 16:37
İnternet üzərindən satılan dərmanlara necə nəzarət olunur? - HƏQİQƏTƏN DƏ...
Bu gün, 16:35
Ədliyyə Nazirliyi bu partiyaların ləğv olunması üçün məhkəməyə müraciət etdi
Bu gün, 16:29
Rusiya İrəvanın üzərində “nüvə çətiri”ni açdı - KİV
Bu gün, 16:25
Kuryerlərə qarşı dələduzluq edən şəxs saxlanılıb - VİDEO
Bu gün, 16:24
Ermənistana bu dəfə Yunanıstan silahları gəldi... - Sülh gündəliyini bağlamaq istəyən kimlərdir?
Bu gün, 16:11
Bu partiya liderləri bələdiyyə seçkilərinə qatılacaq? – Maraqlı cavablar
Bu gün, 16:08
Qənirə Ataşova: "Bu klinikalar həkim "düzəltmək"lə məşğuldur..." - Müsahibə/Yeni şok faktlar
Bu gün, 16:01
"Araz-2024" birgə taktiki təlimi başa çatıb
Bu gün, 15:58
Rubl "vuruldu": Rusiyada işləyən azərbaycanlıları nə gözləyir? - AKTUAL
Bu gün, 15:51
“Bakı Abadlıq Xidməti MMC” fəaliyyətini dayandırdı? - İLGİNC İDDİA
Bu gün, 15:40
İFADƏ VERDİ: Ağadadaş Ağayev özünü təqsirli bilməyib - MƏHKƏMƏ
Bu gün, 15:36
İrəvanla Moskvanın “küsülülüyü" - Hərbi bloka “yox”, iqtisadi bloka “hə”
Bu gün, 15:34
Ermənistan Azərbaycana qarşı yeni müharibəyə hazırlaşır - Bunun BAŞQA ADI YOXDUR...
Bu gün, 15:31
Dünyada ən çox istifadəçisi olan 35 sosial şəbəkə – Tam siyahı
Bu gün, 15:30
Kəmaləddin Heydərov rəisi vəzifəsindən azad etdi - ƏMR
Bu gün, 15:26
Rasim Məmmədovdan sonra da 3 milyonluq yeyinti olub - TƏFƏRRÜAT
Bu gün, 15:24
Asiya İnkişaf Bankına yeni prezident seçilib
Bu gün, 15:22
Həbsdən çıxan kişini arvadı evə buraxmadı: “Düşündüm ki...” – Şok təfərrüat
Bu gün, 15:17
Sahibkarları şantaj edən sayt rəhbərləri həbs edilib, cinayət işi açılıb
Bu gün, 15:11
Rusiya "Oreşnik"in kütləvi istehsalına başlayıb
Bu gün, 15:08
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : [email protected]
Designed by Daraaz.net
�������@Mail.ru