Naxçıvanda mobil telefonlar kütləvi bağlanır .....                     Qanunsuz sərnişin daşınmasının qarşısı niyə alınmır? .....                     İpə-sapa yatmayan Elşad Həsənovun işçiləri vergidən yayınır .....                     Ramiz Mehdiyevin qızı nazirliyi məhkəməyə verdi .....                     "Atamın bir-iki əşyası var, o evimizdədir" .....                     Heykəl qovğası: hərənin öz təsəvvüründəki Ələsgər .....                     Suqovuşanın erməni işğalından azad edilməsindən dörd il ötür .....                     Məktəblərdə təmir işləri ilə bağlı tender uduldu .....                     Agentlik 3 milyona bina icarəyə götürdü .....                     Müəllimlərə bahalı hədiyyə almaq ənənəsi yığışdırılmalıdır .....                     Ermənistan Azərbaycanın mülkiyyətini Rusiyaya necə verdi .....                     Azərbaycanda alimentin minimum məbləği 350 manata qaldırılır? .....                     "Zelenski və Netanyahu geri çəkilsə, siyasi fəlakətlə üzləşəcəklərindən qorxurlar" .....                     "O, bir çox məsələlərin həllində son qərarı verə bilmir" .....                     Dövlət şəhidə qanpulu verməlidir, yoxsa şəhid dövlətə? .....                     İranın hiyləsi "Dəmir Günbəz"i çaşdırıb: .....                     Ermənistan bunlara görə CAVAB VERMƏLİDİR... .....                     Azərbaycanlılar və gürcülər hər gün yollarda 40, ermənilər isə 30 dəqiqə itirirlər .....                     Ata və oğulun rəhbərlik etdiyi Azbelt şirkəti cərimələnir .....                     Ermənistanın Azərbaycan ərazilərinə iddiası yoxdur .....                     Prezidentin rütbədən məhrum etdiyi .....                     Ermənistanın KTMT qərarı: .....                     Bir aydır rayonlara yanacağın verilməsi niyə dayandırılıb? .....                     Snayper tüfənglərindən praktiki atış çalışmaları yerinə yetirilib .....                     Maştağada saxlanılan 2 şəxsdən 4 kiloqram narkotik vasitə aşkarlanıb .....                     “Qonşuları Rusiyadan daha qorxmurlar” .....                     Aparıcı Zaurun adı talassemiyalı xəstlərin işində hallandı: .....                     Qətər Ermənistana bütün uçuşları ləğv etdi .....                     Bakıdakı bu tarixi abidə bərpa olunacaq .....                     “Bank of Baku”da yeni TƏYİNAT .....                     Bakı həbsxanasında .....                     Nazim Quliyev yenidən 10 ilə kimi məhkum edilə bilər .....                     "Hər an hərəkətə keçməyə hazır olan qüvvələr .....                     İrəvan Moskvadan hər fürsətdəcə .....                     Sülh müqaviləsinin icrasına nəzarət etmək üçün Ermənistan-Azərbaycan komissiyası yaradıla bilər .....                     "Ona görə ki, o, çox yaşamağa layiqdir..," .....                     İran əgər uğura nail olmaq istəyirsə... .....                     Bu il Zəfər Günü münasibətilə Xankəndində parad keçiriləcək? .....                     Zəngəzur dəhlizi: “Bəşəriyyət üçün...” .....                     Elə bil camaata QƏNİM KƏSİLİB... .....                 

“Prezident bilməlidir ki, Azərbaycan xalqının yeganə ümid yeri odur”
Tarix: 9-04-2016, 10:55 | Çap et
“Prezident bilməlidir ki, Azərbaycan xalqının yeganə ümid yeri odur”
“Bu atəşkəs ancaq ermənilərə xidmət edir, çünki onlar bizim torpaqlarımıza giriblər, evimizin içindədilər”

Müasir Müsavat Partiyasının sədr Hafiz Hacıyev: “Bunlar hamısı millətin diqqətini başqa yönə çevirmək üçün atılmış bir oyundu”.

PİA.AZ Müasir Müsavat Partiyasının sədri Hafiz Hacıyevin müsahibəsinin birinci hissəsini oxuculara təqdim edir:

- Hafiz bəy, cəbhədə atəşkəs rejimi yenidən bərpa olundu. Bəziləri bunu fürsəti əldən vermək kimi dəyərləndirir. Siz necə düşünürsünüz?

- Azərbaycandakı bu sülh söhbəti mənasızdır, utopiyadır, özümüz özümüzü aldatmaqdır. 24 ildir nə sülh var , nə də atəşkəs. Atəşkəs dövründə ölənlərin sayı bu 3 gündə ölənlərin sayından daha çoxdur. Bu atəşkəs ancaq ermənilərə xidmət edir, çünki onlar bizim torpaqlarımıza giriblər, evimizin içindədilər. Ermənilərin itirəcəkləri heç nə yoxdur. Onların arxasında duran qüvvələr bu “sülh prosesi”nin uzadılmasın istəyirlər. “Sülh” olsa, biz də razılaşarıq, amma hər gün şəhid veririk, dinc əhalidən də ölən olur. Ona görə bu “sülh” bizim üçün yaddır.

Mən prezident seçkiləri zamanı da demişdim ki, Azərbaycan ordusunun gücü var və ordu istənilən anda işğal altındakı torpaqlarımızı azad etmək gücünə malikdir. Sadəcə siyasi iradə lazımdı. Xankəndini almalıydıq və təcili paytaxtımız elan etməliydik. Bütün daxili qoşun da, ordu da, polis də hamı Xankəndinə gəlməliydi. Qız-gəlinlərimizi azad edib, bayrağımızı ora asmalıydıq və oradanda erməni faşistlərinə müraciət edərək deməliydik ki, əgər bizim qanunlara tabe olursuzsa, buyrun gəlin bizimlə yaşayın. Biz tolerant, humanist millətik. Bizim humanistliyimizi erməni kilsələrini etdiyimiz təmirdən, hörmətli Rövnəq müəllim Gürcüstandakı erməni kilsələrini qazsız qoymamağından görmək olar.

- Sizcə Azərbaycan torpaqlarımızın işğaldan azad edilməsi üçün hərbi əməliyyatları davam etdirməliydimi?

-Biz böyük qələbə çalmaq əzmindəydik. Millətin ruhu və biz müxalifət partiyaların arxa cəbhədə işləməsi hamısı ordumuza verilən dayağın bariz sübutu idi. Biz bütün gücümüzlə ordumuzun yanındaydıq. Ordumuz da yaxşı irəliləyirdi, amma təəssüf ki, belə qərar qəbul edildi ki, artqı döyüş dayandırılsın. Biz yenə öz-özümüzü aldatmaqla məşğuluq. Çünki atəşkəs elan olunsa da, yenə erməni tərəfi kəndlərimiz atəşə tutur. Görünür biz özümüz özümüzü aldatmaqdan zövq alırıq. Bunlar hamısı millətin diqqətini başqa yönə çevirmək üçün atılmış bir oyundu. Burda da çox təəssüf hissi keçirirəm ki, prezidentimizə öz ətrafından, komandasından heç bir kömək yoxdu. Düzdür, bunu mən deyəndə üstümə müəyyən adamlar göndərirlər ki, səsimi kəsim, danışmayım. Amma prezident mənim qardaşımdı və bilirəm ki, prezidentimizi aldadırlar ona düzgün informasiya vermirlər. Ona verilən məlumatlarda hamısı süzgəcdən keçirilmiş formada ona çatdırılır.

Bu gün də zərərli bir oyunun başlanğıcını qoyurlar. Nə olmuşdu? Üç günlük nə müharibəydi? Əgər belə olacaqdırsa, biz o qədər şəhid niyə verirdik? Şəhid verirdiksə, hamımız da gedərdik cəbhəyə, biz də elə Xankəndində şəhid olardıq. Hesab edirəm ki, danışıqlar prosesi heç bir nəticə verməyəcək. Rusiyanın Azərbaycana göndərdiyi Lavrovun anasıda, atasıda ermənidi. Bunu özü də gizlətmir. Sonra anası Lavrov familyalı rusa ərə gedib, oğluna da o rusun familyasın verib. Necə ola bilər ki, o, bizə kömək etsin. Yaxın günlərdə hər şey aydın olacaq. Hamıya məlumdur ki, Qarabağ problemin arxasında dayanan birinci qüvvə Rusiyadır. Rusiyanın planı Azərbaycanı Avrasiya ittifaqına qoşmaqdır. Belə olan şəraidə isə Azərbaycan müstəqilliyini itirəcək və Azərbaycan daxilində ixtişaşlar gözlənilir. Nə vaxta kimi ki, Azərbaycan hakimiyyətinin daxilində arvadları erməni olan insanlar oturub və Putinin verdiyi ordenlər onların döşündən asılıb bu vəziyyət heç vaxt dəyişilməyəcək. Çünki bunların əksəriyyəti Rusiyanın agenturasıdır.

Prezidentimiz Amerikada ola-ola onlar müharibəni başlatdılar. Bilirdilər ki, prezident gəlib ciddi islahatlara başlamalı idi və həbsdə olan bir çox insanları azad etməli idi. Bu ölkə daxilindəki müəyyən qüvvələrə sərf etmirdi. Ona görə də onlar prezidentə mane olmaqdan ötrü erməni qohumlarına haray çəkdilər və Rusiyaya buradan danos verdilər ki, artıq Azərbaycan Qərbə inteqrasiya olunur. Ona görə başlayın, bizi qorxudun, biz elə sizin əlinizin altında olaq.

Bu günkü status-kvo Azərbaycandakı bir çox qüvvələri qane edir. Çünki çox cinayət ediblər, ölkədən milyardlarla pul oğurlayıblar. Həmçinin Eldar Mahmudovun işi, həbs olunan “Şərurlu İsfəndiyar”ın kimlərlə əlaqələləri var, Sevan gölünün qırağında hansı məmurların evladları böyük villalar tikib və s. bunların hamısı ortada olan məsələlərdir. Mən bunları dediyimə görə çox böyük təzyiqlərə məruz qalmışam. Eybi yox bizdə siyasi şəhid olarıq.

Əgər İlham Əliyev Dağlıq Qarabağı, Xankəndin alsaydı Azərbaycanın “Atatürkü ” olacaqdı. Prezident göstəriş vermişdi ki, ermənilər atəşkəsi pozmaqda davam etsələr Xankəndi alınsın. Həmçinin Xankəndi alınsaydı prezident ölkədə ömürlük prezident olacaqdı. Bunu da hakimiyyətin daxilində olan ermənipərəst qüvvələr bilirdilər və bu işin olmasına imkan vermədilər. Çünki bir ailənin 4 təyyarəsi var. Onlar əllərində olan mülklərin itirməməkdən ötrü prezidentin nəzərini bu istiqamətlərə yönləndirdilər. Allah bizim hakimiyyətdəki ermənilərə lənət eləsin.

- ATƏT-in Minsk Qrupunun həmsədrlərindən başqa Rusiyanın Xarici İşlər naziri Sergey Lavrov da Bakıya gəldi. Hər kəsə məlumdur ki, münaqişənin həllini dalana dirəyən məhz Rusuiyadır. Sizin fikrinizcə mövcud vəziyyətdə Rusiyan Qarabağla bağlı planlarında hansısa dəyişikliyə yol verə bilər?

- Mənim Minsk Qrupununa heç bir inamım yoxdur. Mən düşünürəm ki, cənab Prezident ATƏT-in Minsk Qrupunun həmsədrlərinin nümayəndələrini heç qəbul etməməliydi. Çünki onlara sual vermək lazımdır ki, 24 ildə bizim başımızı niyə qatırdınız? Hansı işlər görmüsünüz və s. Ancaq boş-boşuna danışıqlar aparılıb. Nə qədər danışmaq olar axı? Biz nə əsər yazırıq, nə də roman, teatrda çıxarmırıq. Bizim torpaqlarımız işğal olunub, erməniər 24 ildi bizim torpaqlarda məskunlaşıblar. Bizim vətəndaşlar da öz dədə-baba tirpaqlarının didərgin düşüblər. Yəni bu mənim torpağımdır Misk Qrupunun üzvlərinin hamısı da ermənipərəstlərdən ibarətdir. Mən Ermənistanda böyümüşəm. Bu ermənilər o qədər sırtıqdır ki, gərək onların başı kəsilsin ki, dilləri sussun. Amma bunların başın kəsənən sonra da 1 saat danışırlar. Buna görə də bu gün ATƏT-in Minsk Qrupunun formatı dəyişdirilməlidir.

Qonşumuz Türkiyə çox böyük cəsarət göstərdi. Mənim Ərdoğana, Davudoğluna böyük hörmətim artdı. Onlar haraylayırlar ki, büyün bunlar Rusiyanın Azərbaycandakı oyunudur.

Bütün bunlardan sonra biz Rusiyaya boyun əyməməliyik, çünki biz müstəqil dövlətik. Biz Rusiyanın qarşısına şərt qoymalıyıq ki, sizin dediyiniz sülh prosesində mənim minlərlə vətəndaşım həlak olub.

Minsk Qrupunun bu dəfəki gəlişi də sanki Azərbaycana yenə bir turist gəlişi idi. Zaman keçdikcə də biz bunu daha aydın görəcəyik. Hələ ATƏT-in Minsk qrupu burda ola ola şəhid verdik. Minsk Qrupu deyə bilməz ki, Azərbaycan birtərəfli olaraq sülhə riayyət edir. Bəs siz niyə riayət etmirsiniz? Mən istəyirəm bu ölkənin bütün yükün götürəm çiynimə. Prezident seçkilərində mən demişdim ki, əgər seçilsəm iki aya Xankəndin alıb paytaxtı oraya köçürəcəm. Əgər bu işi edə bilmirlərsə çəkilsinlər kənara gələk torpaqlarımız da azad edək, milətimizə də sahib çıxaq. Biz neçə dəfə qaçqın olmalıyıq. Ona görə Minsk Qrupunun danışıaqlarının heç bir səmərəsi yoxdur, olmayıb ola da bilməz.

Dünən bizim yaralılarımızı daşıyan yardım maşınını güllə-boran ediblər. Buna nə ad qoymaq olar? Minsk Qrupunun hanı sözü, sözünün kəsəri? Buna görə də bunların hamısı Azərbaycan xalqının başına açılan oyunlardır. Mən çox təəssüf hissi keçirdirəm ki, Azərbaycanda prezidentin iradəsindən kənarda çox işlər görülür. Prezident bilməlidir ki, Azərbaycan xalqının yeganə ümid yeri odur. Prezident bu məsələlərdə çox qətiyyətli addım atmalıdır. Təhlükəsizlik Şurasının iclasın keçirəndə bilməlidir ki, orada kimlər oturur. Bu məsələlər məxfi həll olunmlaıdır. Məxfiliyi qorumaqdan ötrü də hamı prezidentin yanında olmalıdır. Müxalifət də prezidentin arxasındadır. Mənim qardaşım mətbuat vasitəsi ilə mənim səsimi eşitsin və bilsin ki, onu aldadırlar.

Bir çox məmurlar plan qururlar ki, nə edək müxalifəti qaldıraq, prezidentin istefasın tələb etsinlər. Müəyyən qruplarla da görüşlər keçirdilər. Çünki onlar qorxurlar. Onlar da Eldar Mahmudov kimi prezidentə xəyanət ediblər. Mahmudovun taleyini yaşamaqdan qorxurlar. Mahmudovun siyahısı üzə çıxıb və orda çox böyük məmurlar var. Onların hamısı həbs olunmalıdır. Buna görə də onlar Azərbaycanda ya inqilab etməlidirlər, ya da prezidentin başını ermənilər vasitəsi ilə qatmalıdırlar.

Mən düşünürəm ki, prezident göstəriş verməlidir və biz Xankəndinə qədər gedib çıxamlıyıq. Yoxsa ATƏT-in Minsk Qrupu, Lavrov boş söhbətdilər. Bizim gücümüz özümüzdədir. Bizim də prezidentdən başqa heç kəsimiz yoxdur. Bir çox məmurlara Putin orden verəndə bunları bilmək lazım idi. Məmurlardan hansı biri şəhidlərin dəfnində iştirak etdi? Heç olmasa onlar Vasif Talıbovdan nümunaə götürməli idilər. Başqa bir dənə məmur şəhidin dəfnində də iştirak etmədirlər. Yaxud da Azərbaycanın milyardların yeyən məmur oğlanları hərbidə varmı? Azərbaycanın milyardların yemək bunlara qismətdi, amma torpaqlarının azadlığı uğrunda şəhid olmaq yox? Niyə Putindən orden alan məmurlarımız aparıb ordeni Putinə qaytarmırlar? ABŞ konqresmeni bildirdi ki, Ziya Məmmədovun oğlu il yarımdır mənim pulumu vermir.

Biz bütün bunları hansı məntiqlə qəbul etməliyik? Biz hamımız qalxıb gedib torpaqlarımız azad etmıliyik. Mən başqa yol görmürəm, çünki gənclərimizin hayqırtı ilə ordumuza dayaq durmasını gördüm. Mən Tərtərə getmişdim. Kaş elə orada da ölüb qalardıq. Orada olanları görəndən sonra sakit qalmaq olmaz. Məmurlarımızın heç biri də cəbhə bölgəsində olmadı. Bütün bunlara baxmayaraq bizim çox güclü ordumuz var və o ordu işqal altında olan bütün torpaqlarımızı azad etmək gücündədir. Bir gün də döyüş olsaydı biz Cəbrayılı, Füzulini tam azad edib, oradanda Xankəndinə keçəçəkdik. Xankəndin alandan sonra da ermənilərə dünyada qəbul edilmiş bir status verərədik.

Mən sizin sayt vasitəsi ilə məmurlarımza bir təklif vermək istəyirəm. Görünən budur ki, məmurlar pula çox hərisdilər və harada yaxşı yer var gedib orada villalar tikirlər, turist məkanları salırlar. Mən də deyirəm ki, Dağlıq Qarabağı alsınlar, getsinlər orada nə istəyirlər tiksinlər. Gedib Bodrumda, Fransada villalar tikməkdənsə, Hindistanda ada almaqdansa getsinlər Xankəndində, Şuşada, Kəlbəcərdə, Cıdır Düzündə gözəl yerlər var, orada nə istəyirlər tiksinlər, turistlər də gəlsinlər. Ölkəmiz də gəlir əldə etsin. Amma nə qədər ki, bu cür məmurlar var nə torpaqlarımız azad olacaq, nə də azadlıq olacaqdır. Ermənilər də bizim torpaqlarımızda at oynadacaqlar.

Prezident bir neçə gün gözləməlidir, əgər ATƏT-in Minsk Qrupu və digər qurumlar sülh yolu ilə Dağlıq Qarabağ problemində hansısa irəliləyişə nail ola bilməsələr, onda müharibəyə əmr verməlidir. Biz partiya olaraq bütün rayonlarda rayon təşkilatlarına göstəriş vermişik və fövqəladə vəziyyət elan etmişik. Hər an o təşkilatlar bizə məlumatlar verirlər. Onların məlumatları yoxdursa biz məlumatlandıra bilərik.

ATƏT-in Minsk Qrupundan tamamilə imtina etmək lazımdır. Biz Türkiyə, ABŞ və başqa dövlətlərlə məsləhətləşib gedib öz torpaqlarımızı azad etməliyik. Bizim heç bir torpaqda gözümüz yoxdur, sadəcə olaraq özümüzün olan torpaqları işqğaldan azad etmək istəyirik. Mən hesab edirəm ki, torpaqların azad olunmasının vaxtı da gəlib çatıb. Mənim iki əmim oğlu şəhid olub, mən də üçüncü olaram.

Ardı var...









 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?
Yox
Bu yolda Rusiyanın ağzı ovulacaq

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
Naxçıvanda mobil telefonlar kütləvi bağlanır - NƏ BAŞ VERİR?
Bu gün, 00:50
Qanunsuz sərnişin daşınmasının qarşısı niyə alınmır? - AKTUAL
Bu gün, 00:47
İpə-sapa yatmayan Elşad Həsənovun işçiləri vergidən yayınır - BU DA FAKT...
Bu gün, 00:41
Ramiz Mehdiyevin qızı nazirliyi məhkəməyə verdi - BUNA GÖRƏ
Bu gün, 00:36
"Atamın bir-iki əşyası var, o evimizdədir"
Bu gün, 00:34
Heykəl qovğası: hərənin öz təsəvvüründəki Ələsgər - AXI NİYƏ?..
Bu gün, 00:28
Suqovuşanın erməni işğalından azad edilməsindən dörd il ötür
Bu gün, 00:23
Məktəblərdə təmir işləri ilə bağlı tender uduldu - 4,2 MİLYON MANAT
Bu gün, 00:05
Agentlik 3 milyona bina icarəyə götürdü - TENDER NƏTİCƏSİ
Bu gün, 00:02
Müəllimlərə bahalı hədiyyə almaq ənənəsi yığışdırılmalıdır - ÇAĞIRIŞ
Dünən, 19:10
Ermənistan Azərbaycanın mülkiyyətini Rusiyaya necə verdi - ŞOK DETALLAR
Dünən, 19:02
Azərbaycanda alimentin minimum məbləği 350 manata qaldırılır? - AÇIQLAMA
Dünən, 18:56
"Zelenski və Netanyahu geri çəkilsə, siyasi fəlakətlə üzləşəcəklərindən qorxurlar" - "The Guardian"
Dünən, 18:17
"O, bir çox məsələlərin həllində son qərarı verə bilmir" - keçmiş səfir
Dünən, 18:14
Dövlət şəhidə qanpulu verməlidir, yoxsa şəhid dövlətə? - Milli Məclisin yeni heyəti üçün EV TAPŞIRIĞI...
Dünən, 18:11
İranın hiyləsi "Dəmir Günbəz"i çaşdırıb: - Gecəki hücumun DETALLARI
Dünən, 18:01
Ermənistan bunlara görə CAVAB VERMƏLİDİR... - cavab vermək ZORUNDADIR...
Dünən, 17:59
Azərbaycanlılar və gürcülər hər gün yollarda 40, ermənilər isə 30 dəqiqə itirirlər - SİYAHI
Dünən, 17:53
Ata və oğulun rəhbərlik etdiyi Azbelt şirkəti cərimələnir - SƏBƏB
Dünən, 17:51
Ermənistanın Azərbaycan ərazilərinə iddiası yoxdur - Alen Simonyan da Paşinyanın dediklərini təkrarlayır
Dünən, 17:50
Prezidentin rütbədən məhrum etdiyi Tofiq Həsənov kimdir?
Dünən, 17:35
Ermənistanın KTMT qərarı: - Mirzoyanın Varşavada ikibaşlı çıxışı
Dünən, 17:34
Bir aydır rayonlara yanacağın verilməsi niyə dayandırılıb? - NARAZILIQ VAR...
Dünən, 17:29
Snayper tüfənglərindən praktiki atış çalışmaları yerinə yetirilib - VİDEO
Dünən, 17:25
Maştağada saxlanılan 2 şəxsdən 4 kiloqram narkotik vasitə aşkarlanıb - VİDEO
Dünən, 17:24
“Qonşuları Rusiyadan daha qorxmurlar” - The Hill
Dünən, 17:20
Aparıcı Zaurun adı talassemiyalı xəstlərin işində hallandı: - “Pul yığılarkən...”
Dünən, 17:19
Qətər Ermənistana bütün uçuşları ləğv etdi - AÇIQLAMA
Dünən, 17:18
Bakıdakı bu tarixi abidə bərpa olunacaq - 700 min manatlıq restavrasiyaya başlanılır
Dünən, 17:15
“Bank of Baku”da yeni TƏYİNAT - DOSYE
Dünən, 17:11
Bakı həbsxanasında ÖLÜM
Dünən, 17:05
Nazim Quliyev yenidən 10 ilə kimi məhkum edilə bilər - TƏFƏRRÜAT
Dünən, 17:04
"Hər an hərəkətə keçməyə hazır olan qüvvələr Azərbaycanı qaralamaqda davam edirlər"
Dünən, 17:02
İrəvan Moskvadan hər fürsətdəcə QAÇIR
Dünən, 17:01
Sülh müqaviləsinin icrasına nəzarət etmək üçün Ermənistan-Azərbaycan komissiyası yaradıla bilər - Paşinyan
Dünən, 16:58
"Ona görə ki, o, çox yaşamağa layiqdir..,"
Dünən, 16:47
İran əgər uğura nail olmaq istəyirsə... - İNCƏLƏMƏ
Dünən, 16:42
Bu il Zəfər Günü münasibətilə Xankəndində parad keçiriləcək? - AÇIQLAMA
Dünən, 16:38
Zəngəzur dəhlizi: “Bəşəriyyət üçün...” - GƏLİŞMƏ
Dünən, 16:36
Elə bil camaata QƏNİM KƏSİLİB... - İlk üçlükdədir...
Dünən, 16:34
Prezident general-mayoru rütbəsindən məhrum edib - SƏRƏNCAM
Dünən, 16:31
“Neftçi” 2 milyona Fatih Terimi gətirir? - "Onunla danışıqlar..."
Dünən, 16:26
“İsrail dayanmayacaq və İranı müharibəyə sürükləmək üçün daha ağır addımlar atacağı istisna deyil” - Ərəstun Oruclu ŞƏRH EDİR
Dünən, 16:17
Rusiya Azərbaycan ərazisində yeni nümayəndəliklər açmağı planlayır - TASS
Dünən, 16:15
AQTİ 2 milyon manatlıq laborator avadanlıqlar alır
Dünən, 16:09
Ermənistan ABŞ ilə təhlükəsizlik sisteminin modernləşdirilməsinə dair müzakirələr aparıb
Dünən, 16:09
Paşinyanın yeni ampulasını beynəlxalq ekspertlər belə dəyərləndirir - ŞƏRH
Dünən, 16:05
Cinayət əməlləri törətmiş şəxslər cəzalarını çəkməlidirlər - Başqa cür ola da bilməz...
Dünən, 16:02
182 nömrəli məktəbdə nə baş verib? – Şagirdlər təxliyə olundu
Dünən, 15:58
Lavrov ərəb ölkələrinin Moskvadakı səfirləri ilə görüşüb
Dünən, 15:47
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : [email protected]
Designed by Daraaz.net
�������@Mail.ru