Ramiz Mehdiyevin qızı nazirliyi məhkəməyə verdi .....                     "Atamın bir-iki əşyası var, o evimizdədir" .....                     Heykəl qovğası: hərənin öz təsəvvüründəki Ələsgər .....                     Suqovuşanın erməni işğalından azad edilməsindən dörd il ötür .....                     Məktəblərdə təmir işləri ilə bağlı tender uduldu .....                     Agentlik 3 milyona bina icarəyə götürdü .....                     Müəllimlərə bahalı hədiyyə almaq ənənəsi yığışdırılmalıdır .....                     Ermənistan Azərbaycanın mülkiyyətini Rusiyaya necə verdi .....                     Azərbaycanda alimentin minimum məbləği 350 manata qaldırılır? .....                     "Zelenski və Netanyahu geri çəkilsə, siyasi fəlakətlə üzləşəcəklərindən qorxurlar" .....                     "O, bir çox məsələlərin həllində son qərarı verə bilmir" .....                     Dövlət şəhidə qanpulu verməlidir, yoxsa şəhid dövlətə? .....                     İranın hiyləsi "Dəmir Günbəz"i çaşdırıb: .....                     Ermənistan bunlara görə CAVAB VERMƏLİDİR... .....                     Azərbaycanlılar və gürcülər hər gün yollarda 40, ermənilər isə 30 dəqiqə itirirlər .....                     Ata və oğulun rəhbərlik etdiyi Azbelt şirkəti cərimələnir .....                     Ermənistanın Azərbaycan ərazilərinə iddiası yoxdur .....                     Prezidentin rütbədən məhrum etdiyi .....                     Ermənistanın KTMT qərarı: .....                     Bir aydır rayonlara yanacağın verilməsi niyə dayandırılıb? .....                     Snayper tüfənglərindən praktiki atış çalışmaları yerinə yetirilib .....                     Maştağada saxlanılan 2 şəxsdən 4 kiloqram narkotik vasitə aşkarlanıb .....                     “Qonşuları Rusiyadan daha qorxmurlar” .....                     Aparıcı Zaurun adı talassemiyalı xəstlərin işində hallandı: .....                     Qətər Ermənistana bütün uçuşları ləğv etdi .....                     Bakıdakı bu tarixi abidə bərpa olunacaq .....                     “Bank of Baku”da yeni TƏYİNAT .....                     Bakı həbsxanasında .....                     Nazim Quliyev yenidən 10 ilə kimi məhkum edilə bilər .....                     "Hər an hərəkətə keçməyə hazır olan qüvvələr .....                     İrəvan Moskvadan hər fürsətdəcə .....                     Sülh müqaviləsinin icrasına nəzarət etmək üçün Ermənistan-Azərbaycan komissiyası yaradıla bilər .....                     "Ona görə ki, o, çox yaşamağa layiqdir..," .....                     İran əgər uğura nail olmaq istəyirsə... .....                     Bu il Zəfər Günü münasibətilə Xankəndində parad keçiriləcək? .....                     Zəngəzur dəhlizi: “Bəşəriyyət üçün...” .....                     Elə bil camaata QƏNİM KƏSİLİB... .....                     Prezident general-mayoru rütbəsindən məhrum edib .....                     “Neftçi” 2 milyona Fatih Terimi gətirir? .....                     “İsrail dayanmayacaq və İranı müharibəyə sürükləmək üçün daha ağır addımlar atacağı istisna deyil” .....                 

“Gərək siz yazasınız ki, ay cəmiyyət, Hadı müəllimi qınamayın” - deputat
Tarix: 2-03-2016, 08:32 | Çap et
“Gərək siz yazasınız ki, ay cəmiyyət, Hadı müəllimi qınamayın”
Milli Məclisin Əmək və sosial siyasət komitəsinin sədri Hadı Rəcəbli növbəti təklifi ilə mətbuatın gündəminə gəlib. Komitə sədri Azərbaycanda hər ay yüzlərlə ailənin ünvanlı sosial yardım aldığını, bu yardımın isə nağd ödəniş formasında həyata keçirildiyini, yəni müəyyən edilmiş vəsaitin ünvanlı sosial yardım alan şəxsin kartına köçürüldüyünü deyərək bunu kənd yerində yaşayan sakinlər üçün əlverişsiz variant sayıb.

Deputatın fikrincə, nağd ödəniş əvəzinə kəndlərdə yaşayan ailələrə qoyun verilməlidir. H.Rəcəbli hesab edir ki, burada məqsəd ələbaxımlılığın qarşısını almaqdır. Komitə sədri qeyd edib ki, Azərbaycan ünvanlı yardımların verilməsində Pakistan və Banqladeş təcrübəsindən yararlanmalıdır. “Bizdə kənd yerlərində bir ailə orta hesabla 130 manat ünvanlı yardım alır. Bu, 2 aylıq bir qoyunun puludur. Yardımlı, Gədəbəy kimi dağ rayonlarında yaşayan ailələrə 5 ayın pulunun əvəzində, biri erkək olmaq şərti ilə 5 qoyun verilir və nəzarət olunur ki, ailə o qoyunlardan bala alana qədər heyvanları kəsməsin.

Bu yolla ələbaxımlılığın qarşısını almaq, insanları istehsalata yönəltmək mümkündür” deyə, o bildirib. Lakin H.Rəcəblinin bundan əvvəl səsləndirdiyi bəzi təkliflər kimi, bu fikri də birmənalı qarşılanmayıb və geniş rezonans doğurub. Mövzu ilə bağlı komitə sədrinə müraciət etdik. Deputat əleyhinə səslənən fikirlərlə bağlı öncə bunları bildirdi:

- Mənim fikirlərim düzgün anlaşılmayıb. Məsələ burasındadır ki, əhalinin kasıb təbəqəsinə müavinət verəndə insanların böyük əksəriyyətinin əli işdən soyuyur, işləmək istəmir, deyir “elə mənə müavinət ver, xərcləyim.” Ona görə də dünyada-hələ bunu Azərbaycanda tətbiq etməyiblər-belə ideyalar var və həyata keçirilir. Ancaq bizim ölkədə qaçqınlar və məcburi köçkünlərlə bağlı belə ideyalar həyata keçirilir.

Çində, Avropa ölkələrində kreditlərin verilməsinin də müxtəlif formaları var. Kiçik sahibkarlığı yaratmaq üçün formanın biri budur: balalı inək verək, südünü sağsın, qoyun verək, yunundan, ətindən istifadə eləsin. Qoyunçuluq Azərbaycanın bütün mədəniyyətinin tərkibində olub da. Hamı kabab yeyir, amma qoyunun adını çəkəndə başlayırlar artıq-əskik danışmağa.

Ona görə də demişəm ki, Yardımlı və Gədəbəy kimi dağ rayonlarındakı sakinlərə pul əvəzinə qoyun versinlər. Başqa yerlərdə adamlara, məsələn, bərbər avadanlığı versinlər, icarə yeri ayırsınlar. Bununla da adamları daha çox əməyə cəlb etmək olar. Yəni ailə müavinəti deyilən müavinət ola bilər, uşaqların sayına, yaxud əlilliyə görə. Amma əl-ayağı üstündə olan, imkanları məhdud, gəliri aşağı olan zəruri ehtiyac meyarına düşən insanlar üçünsə, əlbəttə, belə formalar tapılmalıdır ki, onlar işləsin.

Bu, yeni bir şey deyil, Amerika açmamışıq, başqa ölkələrin təcrübəsindən misal gətirmişik. Hadı müəllim hələ bu barədə heç kimə heç nə deməyib, heç kim də bu barədə nəsə eləməyə başlamayıb.

Ölkədə də bununla bağlı hansısa addım atılmayıb, bəlkə başqa hansısa variantlar olacaq. Bu, cəmiyyətimizin istəyidir, mənə bu barədə teleqramlar gəlir. Adamlarımız deyir, qardaş, mənə bir inək ver, gedim balalarımı saxlayım, yoxsa bu nədir mən gündə yardım üçün dilənirəm.

- Deyək ki, adamlara heyvan verildi, o da əlacsızlıqdan satdı, yaxud heyvan yıxılıb tələf oldu, onda necə olacaq?

- Ona görə də təklif edirik ki, hansı qurum bu inkişaf proqramını tətbiq edir, o da məsələni nəzarətdə saxlayır. Yəni nəzarətdə saxlanılır, təsərrüfat bir az ayağa duran kimi, ondan əl çəkirlər. Kəndli aldığı qoyunları kəsdisə, daha qurtardı, ona heç nə verilməyəcək. Ancaq nəzarətçi qurum qoymur həmin qoyunlar vaxtından tez kəsilsin. Söhbət təkcə qoyundan getmir. Məsələn, kənddə bir otağı verirlər adama, deyirlər get, orada corab toxu, ya orda dərzi sexi aç!

- Hadı müəllim, bu məsələlər rəhbərlik etdiyiniz komitədə müzakirə olunubmu?

- Yox. Mən siyasi elmlər doktoruyam, professoram, siyasi elmlərin bilicilərindən biriyəm. Mənim dediyimi niyə insanlar qəribçiliyə salır? Mən dünyadakı təcrübələri yaxşı bilirəm. Bu işin həm elmi, həm də praktik tərəflərini bilirəm, havadan danışmıram axı.

- Yəni deyirsiniz bu ideya ölkədə tətbiq oluna bilər?

- Ola bilər bu cür yox, başqa cür. Demirəm ki, hökmən belə olsun. Formalar var da... Deməmişəm ki, bu, Azərbaycanda tətbiq olunacaq. Demişəm ki, dünyada belə təcrübələr var. Bizim jurnalistlər belədir də, Hadı müəllimin sözündən söz çıxarırlar. Xahiş edirəm elə belə də yaz!(gülür)

- Bu yaxınlarda kənd təsərrüfatı naziri demişdi ki, ölkədə mal-heyvanın sayı çoxdur. Bu yandan da siz əhaliyə əlavə mal-qoyun paylamağı tövsiyə edirsiniz...

- Azərbaycanda torpaqlardan səmərəli istifadə olunmur, torpaqlar boş qalır. Yaxşı, torpağın boş qalması yaxşıdır, yoxsa orda bir inəyin otlaması? Kənd təsərrüfatı nazirinin dediyi başqadır, söhbət məhsuldar inəkdən gedir. Onun dediyi odur ki, bizdə inək çoxdur, amma məhsuldar deyil, cins deyil.

- Deməli, ölkəyə yeni cins mal-qoyun gətiriləcək?

- O da ola bilər. Məsələn, bu gün keçi növləri var, ildə 3 bala, 5 litr süd verir.

- Əgər sizin təklifləriniz qəbul olunsa, bu, bütün rayonları əhatə eləməyəcək, eləmi?

- Təbii ki, yox. Mən demişəm ki, məsələn, Yardımlı və Gədəbəydə qoyun, amma Şirvanda inək vermək olar. Özü də söhbət heyvandarlıqdan getmir. Yadınızdadırsa, vaxtilə gözdən əlillər üçün sexlər var idi. Qoy əlillər evdə hansısa işlə məşğul olsun. İmkanı olmayan adama hansısa avadanlıqlar veririk, o da başlayır evdə corab, ya köynək toxumağa. Bu, pisdirmi, qardaş? Ya bir tikiş maşını verirsən, adamlar orda işlə məşğul olur. Bunlar ideyalardır, sadəcə, söhbətdir, heç biri harasa yazılmayıb, konkretləşməyib. Mən havadan danışmıram, dünya təcrübəsindən deyirəm.

- Niyə əmək və sosial siyasət komitəsi bu ideyaları mükəmməl bir layihə şəklində hazırlayıb parlamentə, ya hökumətə təqdim etmir?

- Bu gün ünvanlı yardım, sosial müdafiə ilə bağlı bizim qanunumuz var, orda da iş yerləri məsələsi əksini tapıb. Bizim başqa ideyalarımız da var. Bax, görürsünüz, cəmiyyət bunu birmənalı qarşılamadı. Mən bu fikri ona görə səsləndirmişəm ki, cəmiyyətin fikrini öyrənim. Amma bu gün kənddən xəbəri olmayan adamlar başlayır ağzına gələni danışmağa.

- Təbii ki, istənilən ideya ilə bağlı fərqli fikirlərin səslənməsi qaçılmazdır. Ancaq bəlkə bu ideyanın tətbiqi daha düzgün olardı. Məsələn, bu il vaxt itirmədən imkansız kəndliyə 5 qoyun verilərdisə, gələn il qoyunların sayı ikiqat artardı...

- Ay sağ ol, tamamilə doğrudur. Bunun üçün də gərək siz yazasınız ki, ay cəmiyyət, Hadı müəllimi qınamayın. Əksinə, ona kömək olaq, dəstək olaq ki, bu qanunvericiliyi ortaya çıxara bilsin...









 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?
Yox
Bu yolda Rusiyanın ağzı ovulacaq

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
Ramiz Mehdiyevin qızı nazirliyi məhkəməyə verdi - BUNA GÖRƏ
Bu gün, 00:36
"Atamın bir-iki əşyası var, o evimizdədir"
Bu gün, 00:34
Heykəl qovğası: hərənin öz təsəvvüründəki Ələsgər - AXI NİYƏ?..
Bu gün, 00:28
Suqovuşanın erməni işğalından azad edilməsindən dörd il ötür
Bu gün, 00:23
Məktəblərdə təmir işləri ilə bağlı tender uduldu - 4,2 MİLYON MANAT
Bu gün, 00:05
Agentlik 3 milyona bina icarəyə götürdü - TENDER NƏTİCƏSİ
Bu gün, 00:02
Müəllimlərə bahalı hədiyyə almaq ənənəsi yığışdırılmalıdır - ÇAĞIRIŞ
Dünən, 19:10
Ermənistan Azərbaycanın mülkiyyətini Rusiyaya necə verdi - ŞOK DETALLAR
Dünən, 19:02
Azərbaycanda alimentin minimum məbləği 350 manata qaldırılır? - AÇIQLAMA
Dünən, 18:56
"Zelenski və Netanyahu geri çəkilsə, siyasi fəlakətlə üzləşəcəklərindən qorxurlar" - "The Guardian"
Dünən, 18:17
"O, bir çox məsələlərin həllində son qərarı verə bilmir" - keçmiş səfir
Dünən, 18:14
Dövlət şəhidə qanpulu verməlidir, yoxsa şəhid dövlətə? - Milli Məclisin yeni heyəti üçün EV TAPŞIRIĞI...
Dünən, 18:11
İranın hiyləsi "Dəmir Günbəz"i çaşdırıb: - Gecəki hücumun DETALLARI
Dünən, 18:01
Ermənistan bunlara görə CAVAB VERMƏLİDİR... - cavab vermək ZORUNDADIR...
Dünən, 17:59
Azərbaycanlılar və gürcülər hər gün yollarda 40, ermənilər isə 30 dəqiqə itirirlər - SİYAHI
Dünən, 17:53
Ata və oğulun rəhbərlik etdiyi Azbelt şirkəti cərimələnir - SƏBƏB
Dünən, 17:51
Ermənistanın Azərbaycan ərazilərinə iddiası yoxdur - Alen Simonyan da Paşinyanın dediklərini təkrarlayır
Dünən, 17:50
Prezidentin rütbədən məhrum etdiyi Tofiq Həsənov kimdir?
Dünən, 17:35
Ermənistanın KTMT qərarı: - Mirzoyanın Varşavada ikibaşlı çıxışı
Dünən, 17:34
Bir aydır rayonlara yanacağın verilməsi niyə dayandırılıb? - NARAZILIQ VAR...
Dünən, 17:29
Snayper tüfənglərindən praktiki atış çalışmaları yerinə yetirilib - VİDEO
Dünən, 17:25
Maştağada saxlanılan 2 şəxsdən 4 kiloqram narkotik vasitə aşkarlanıb - VİDEO
Dünən, 17:24
“Qonşuları Rusiyadan daha qorxmurlar” - The Hill
Dünən, 17:20
Aparıcı Zaurun adı talassemiyalı xəstlərin işində hallandı: - “Pul yığılarkən...”
Dünən, 17:19
Qətər Ermənistana bütün uçuşları ləğv etdi - AÇIQLAMA
Dünən, 17:18
Bakıdakı bu tarixi abidə bərpa olunacaq - 700 min manatlıq restavrasiyaya başlanılır
Dünən, 17:15
“Bank of Baku”da yeni TƏYİNAT - DOSYE
Dünən, 17:11
Bakı həbsxanasında ÖLÜM
Dünən, 17:05
Nazim Quliyev yenidən 10 ilə kimi məhkum edilə bilər - TƏFƏRRÜAT
Dünən, 17:04
"Hər an hərəkətə keçməyə hazır olan qüvvələr Azərbaycanı qaralamaqda davam edirlər"
Dünən, 17:02
İrəvan Moskvadan hər fürsətdəcə QAÇIR
Dünən, 17:01
Sülh müqaviləsinin icrasına nəzarət etmək üçün Ermənistan-Azərbaycan komissiyası yaradıla bilər - Paşinyan
Dünən, 16:58
"Ona görə ki, o, çox yaşamağa layiqdir..,"
Dünən, 16:47
İran əgər uğura nail olmaq istəyirsə... - İNCƏLƏMƏ
Dünən, 16:42
Bu il Zəfər Günü münasibətilə Xankəndində parad keçiriləcək? - AÇIQLAMA
Dünən, 16:38
Zəngəzur dəhlizi: “Bəşəriyyət üçün...” - GƏLİŞMƏ
Dünən, 16:36
Elə bil camaata QƏNİM KƏSİLİB... - İlk üçlükdədir...
Dünən, 16:34
Prezident general-mayoru rütbəsindən məhrum edib - SƏRƏNCAM
Dünən, 16:31
“Neftçi” 2 milyona Fatih Terimi gətirir? - "Onunla danışıqlar..."
Dünən, 16:26
“İsrail dayanmayacaq və İranı müharibəyə sürükləmək üçün daha ağır addımlar atacağı istisna deyil” - Ərəstun Oruclu ŞƏRH EDİR
Dünən, 16:17
Rusiya Azərbaycan ərazisində yeni nümayəndəliklər açmağı planlayır - TASS
Dünən, 16:15
AQTİ 2 milyon manatlıq laborator avadanlıqlar alır
Dünən, 16:09
Ermənistan ABŞ ilə təhlükəsizlik sisteminin modernləşdirilməsinə dair müzakirələr aparıb
Dünən, 16:09
Paşinyanın yeni ampulasını beynəlxalq ekspertlər belə dəyərləndirir - ŞƏRH
Dünən, 16:05
Cinayət əməlləri törətmiş şəxslər cəzalarını çəkməlidirlər - Başqa cür ola da bilməz...
Dünən, 16:02
182 nömrəli məktəbdə nə baş verib? – Şagirdlər təxliyə olundu
Dünən, 15:58
Lavrov ərəb ölkələrinin Moskvadakı səfirləri ilə görüşüb
Dünən, 15:47
Anar Məmmədovun Londondakı biznesi yenə zərər edib - İLGİNC
Dünən, 15:18
"Müflis oldum, atamın maşınını belə satıb borc ödədim" - Ramiz Novruzun qızı
Dünən, 15:12
Tibb sektorunun “mogikanı”: - Azəri Med ATU-nin tenderini də uddu
Dünən, 14:00
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : [email protected]
Designed by Daraaz.net
�������@Mail.ru