Ramiz Mehdiyevin qızı nazirliyi məhkəməyə verdi .....                     "Atamın bir-iki əşyası var, o evimizdədir" .....                     Heykəl qovğası: hərənin öz təsəvvüründəki Ələsgər .....                     Suqovuşanın erməni işğalından azad edilməsindən dörd il ötür .....                     Məktəblərdə təmir işləri ilə bağlı tender uduldu .....                     Agentlik 3 milyona bina icarəyə götürdü .....                     Müəllimlərə bahalı hədiyyə almaq ənənəsi yığışdırılmalıdır .....                     Ermənistan Azərbaycanın mülkiyyətini Rusiyaya necə verdi .....                     Azərbaycanda alimentin minimum məbləği 350 manata qaldırılır? .....                     "Zelenski və Netanyahu geri çəkilsə, siyasi fəlakətlə üzləşəcəklərindən qorxurlar" .....                     "O, bir çox məsələlərin həllində son qərarı verə bilmir" .....                     Dövlət şəhidə qanpulu verməlidir, yoxsa şəhid dövlətə? .....                     İranın hiyləsi "Dəmir Günbəz"i çaşdırıb: .....                     Ermənistan bunlara görə CAVAB VERMƏLİDİR... .....                     Azərbaycanlılar və gürcülər hər gün yollarda 40, ermənilər isə 30 dəqiqə itirirlər .....                     Ata və oğulun rəhbərlik etdiyi Azbelt şirkəti cərimələnir .....                     Ermənistanın Azərbaycan ərazilərinə iddiası yoxdur .....                     Prezidentin rütbədən məhrum etdiyi .....                     Ermənistanın KTMT qərarı: .....                     Bir aydır rayonlara yanacağın verilməsi niyə dayandırılıb? .....                     Snayper tüfənglərindən praktiki atış çalışmaları yerinə yetirilib .....                     Maştağada saxlanılan 2 şəxsdən 4 kiloqram narkotik vasitə aşkarlanıb .....                     “Qonşuları Rusiyadan daha qorxmurlar” .....                     Aparıcı Zaurun adı talassemiyalı xəstlərin işində hallandı: .....                     Qətər Ermənistana bütün uçuşları ləğv etdi .....                     Bakıdakı bu tarixi abidə bərpa olunacaq .....                     “Bank of Baku”da yeni TƏYİNAT .....                     Bakı həbsxanasında .....                     Nazim Quliyev yenidən 10 ilə kimi məhkum edilə bilər .....                     "Hər an hərəkətə keçməyə hazır olan qüvvələr .....                     İrəvan Moskvadan hər fürsətdəcə .....                     Sülh müqaviləsinin icrasına nəzarət etmək üçün Ermənistan-Azərbaycan komissiyası yaradıla bilər .....                     "Ona görə ki, o, çox yaşamağa layiqdir..," .....                     İran əgər uğura nail olmaq istəyirsə... .....                     Bu il Zəfər Günü münasibətilə Xankəndində parad keçiriləcək? .....                     Zəngəzur dəhlizi: “Bəşəriyyət üçün...” .....                     Elə bil camaata QƏNİM KƏSİLİB... .....                     Prezident general-mayoru rütbəsindən məhrum edib .....                     “Neftçi” 2 milyona Fatih Terimi gətirir? .....                     “İsrail dayanmayacaq və İranı müharibəyə sürükləmək üçün daha ağır addımlar atacağı istisna deyil” .....                 

“Neftin qiyməti düşəndə müxalifətdə toy-bayramdır” - YAP-çı deputat
Tarix: 1-03-2016, 11:55 | Çap et
“Neftin qiyməti düşəndə müxalifətdə toy-bayramdır”
DİA.AZ Yeni Azərbaycan Partiyası icra katibinin müavini, Milli Məclisin deputatı Siyavuş Novruzovun AzVision.az-a müsahibəsini təqdim edir:

- Siyavuş müəllim, hazırda ölkədə iqtisadi durum necədir? Bu barədə iqtidar təmsilçisi olaraq fikirlərinizi bilmək istərdik.

- Azərbaycandakı iqtisadi durum dünyada baş verən hadisələrlə əlaqəlidir. Dünya iqtisadi durumun pisləşdiyi dövrdən başlayaraq rəsmi ezamiyyətdə olduğum bir sıra ölkələrdə vəziyyət bizdən qat-qat ağır və acınacaqlıdır. Eyni zamanda dünyada gedən proseslərin nəticəsi olaraq həmin ölkələrdə də gərginlik yaşanır. Bu dünya üzrə aparılan siyasətin nəticəsidir. Burada söhbət iqtisadi proseslərdən yox, sırf siyasi proseslərdən gedir. Bu addımların atılması siyasi xarakter daşıyır. Yəni, bəzi ölkələrin çökdürülməsi məqsədi ilə yürüdülən siyasət Azərbaycan və onun kimi digər ölkələrin əziyyət çəkməsinə səbəb olur. Amma, Azərbaycan az-az ölkələrdəndir ki, neftdən gələn gəlirlərdən uğurla istifadə edib. Azərbaycan iqtisadiyyatını qurub, qeyri neft sektorunu inkişaf etdirib. Həmçinin neftdən gələn gəlirlər hesabında ölkədə infrastruktur qurulub. Bunun nəticəsi olaraq 3000 dən artıq məktəb, 600 dən yuxarı xəstəxana və diaqnostika mərkəzləri, 50-yə yaxın olimpiya kompleksi, çoxlu sayda texnoparklar və elektrik stansiyaları, yollar, körpülər tikilib istifadəyə verilmiş, 5000-dəb artıq azərbaycanlı gənc dövlət hesabına xaricdə təhsil alımağa göndərilmişdir. Hesab edirəm ki, Azərbaycanın vaxtında apardığı düzgün siyasətin nəticəsində uğurla bu proseslərdən çıxacaq.

- Manatın ucuzlaşmasından sonra Mərkəzi Bank tənqid hədəfinə çevrilib. Bu qurumun fəaliyyətini necə qiymətləndirirsiniz?

- Hesab edirəm ki, Mərkəzi Bankda ciddi şəkildə islahatlar gedir. Bəzi adamalar kredit götürərək özünə maşın alıb. Belələri borcunu ödəməlidir. Elə kreditlər var ki, onlar ehtiyacdan götürülüb. Bəzisi isə sahibkarlıq fəaliyyətinin inkişaf etdirilməsi üçün kredit götürüb. Onlara yanaşma fərqli olmalıdır. Yəni, biri kefindən, digəri isə ölkəyə xeyir gətirilməsi məqsədi ilə kredit götürüb. Kommersiya bankları vətəndaşa verdiyi kreditlərdən uzun illər yüksək məbləğdə xeyir götürüb. Banklar kreditlərin qaytarılmasında çətinlik çəkən vətəndaşların problemlərini həll etməlidir. Buna Mərkəzi Bank nəzarət etməlidir. Hesab edirəm ki, kommersiya bankları uzun illər yüksək kredit fazilərindən əldə etdikləri gəlirləri dövlətin və xalqın tələblərinə uyğun sərf etməlidir.

- Müxalifət partiyaları tez-tez anti-böhran tədbirləri keçirib, müəyyən iddialar irəli sürürlər. İqtisadi təkliflərlə bağlı hakim partiyaya müxalifətdən təklif daxil olubmu?

- İstənilən siyasi partiyanın funksiyalarından biri də təkliflər verməkdir. Bu günə qədər heç bir partiyadan dövlət və hökumətə konkret olaraq yazılı şəkildə hər hansı bir təklif təqdim olunmayıb. Onlar toplantı keçirir, hərə bildiyi səviyyədə çıxış edir, lakin ortaya hər hansı bir yazılı konsepsiya qoyulmur. Bu, onun göstəricisidir ki, onlarda ciddi potensial yoxdur ki, hökumətə hər hansı təklif versinlər.

Yaxşı yadımdadır, Ulu Öndər Heydər Əliyev parlamentdə Dağlıq Qarabağ məsələsini müzakirəyə çıxardı və hamı çıxış etdi. Amma, Prezident Administrasiyasına həmin partiyalardan yazılı şəkildə bir təklif belə daxil olmadı. O cümlədən də iqtisadi sektorla bağlı konkret təklif ortaya qoyulmayıb.
Məlum olduğu kimi iqtidar və müxalifət dialoqu var. Müxtəlif vaxtlarda 4 görüş keçirilib. Bu il həmin görüşlər davam etdiriləcək. Amma, gərək onlar təkliflər versin ki, mövzular aktuallığı və ardıcıllığı ilə müzakirə olunsun. Hazırda isə müxalifət ancaq çıxış edir, Facebook səhifəsində nəsə yazmaqla məşğuldur.
Azərbaycanda keçirilən seçkilərin heç birində müxalifət konkret proqramla çıxış etməyib. Yəni, onlar heç bir seçkiyə proqramla getməyib. İşləri ancaq iqtidarı söymək, tənqid etməkdir. Bu aydındır.

- Müxalifətin hazırki durumda tutduğu mövqeyə münasibətiniz necədir?

- Bəzi müxalifət partiyalarında belə bir ideya var ki, Azərbaycanda vəziyyət nə qədər pisləşsə, onların xeyrinədir. Bu çox səhv düşüncənin məhsuludur. Neftin qiyməti düşəndə müxalifətdə toy-bayramdır. Onlar buna çox sevinir. Neftdən gələn gəlir xalqın mənfəətinə sərf olunur. Ölkədə tikilən məktəblərdə Əli Kərimlinin uşaqları, İsa Qəmbərin nəvələri, eləcə də iqtidar nümayəndəsinin də uşaqları oxuyur. Yaxud çəkilən yollarda həm YAP, həm AXCP, həm Müsavat üzvü, həm də digər partiyanın üzvləri gedir. Ölkəyə gələn gəlirlərdən onlar da istifadə edirlər. Onlar isə hesab edir ki, gəlirlər birbaşa onların cibinə girməlidir. Dolayısı ilə neft gəlirlərindən müxalifət də bəhrələnir, Ancaq, bunlar düşünür ki, vəziyyət nə qədər çətin olsa, bir o qədər yaxşıdır.

Ümumən, bunların yanaşma tərzi səhvdir. Dünyanın heç bir yerində belə yanaşma tərzi yoxdur. İqtidara müxalifət olmaq olar, xalqa, dövlətə müxalifət anlayışı yoxdur. Bunlar xalqa, dövlətə müxalifətçilik edirlər. Hər addımbaşı hesab edirlər ki, onlara üstünlük verilməldir. Məsələn, partiyalara qərərgah ayrılması məsələsi. İstənilən partiya hər hansı bir binanı icarəyə götürərək özünə qərargah edə bilər. Bunlar hesab edir ki, dövlət onlara qərargah ayırmalıdır. Ancaq, onlar belə təfəkkürün daşıyıcısıdırlar ki, partiya yaradıblarsa, dövlət onları qərargahla təmin etməlidir. Bu köhnəlmiş düşüncə tərzidir. Hesab edirəm ki, həmin partiyalar daxilində çox ciddi islahata ehtiyac var. İslahat olmadığındandır ki, müxalifət partiyalarının hər biri bir neçə yerə parçalanıb. Partiyaların həm yaradıcıları, həm qurucularından əsər əlamət qalmayıb. Partiyaya gələn insanlar isə hər hansı bir ideya ətrafına toplaşmır, əksinə müxalifətçilik xatirinə iştirak edirlər. Ona görə də bu partiyaların heç birinin gələcəyi yoxdur.

- Müxalifətin son toplantılarından birində belə bir fikir səsləndirilib ki, keçirilən tədbirlər xalq hərəkatının qığılcımıdır.

- Bunlar mənasız fikirlərdir. Azərbaycanda belə bir məsəl var. “Dadı damağında qalıb”. İndi onların da ağızlarında 90-cı illərin dadı qalıb. Anlamırlar ki, 90-cı ildə xalqın toplanmasının səbəbləri fərqli idi. Bir faktı qeyd edim. AXCP-nın ilk İdarə Heyətinə daxil olan üzvlərin hər biri sonradan özünə partiya yaradıb. Yəni, onlar müstəqillik ideyası ətrafında toplaşmışdılar. İndi Azərbaycan müstəqildir, inkişaf edir. Azərbaycanın güclü ordusu var. Bu ordu məqam gözləyir. Belə bir məqam yetişən kimi Dağlıq Qarabağ və ətraf rayonları işğaldan azad edəcək. Hazırda torpaqlarımızın işğalda qalması səbəbləri bəllidir.
Azərbaycan xalqı vaxtilə qeyri-sabitliyin nə olduğu görüb. Ona görə də onların dedikləri havaya deyilən bir sözdür.

- Sizin Əli Kərimli ilə iqtidar təmsilçilərinin gizli görüşlər keçirməsi haqda fikirləriniz cəmiyyətdə rezonans doğurdu. 16 il öncə olan görüşlər haqda niyə məhz indi açıqlama verdiniz?

- Bu faktların açıqlanmasına səbəb Əli Kərimlinin siyasi riyakarlığıdır. O, öz keçmişini danır, maskalayır və cəmiyyətə özünü fərqli obrazda təqdim etməyə çalışır. Azərbaycan Xalq Cəbhəsi Partiyası oradakı insanları iradəsi ilə deyil, xarici beynəlxalq təşkilatların, ayrı-ayrı dövlətlərin, erməni lobbisinin, xüsusi xidmət orqanlarının tapşırıqları əsasında fəaliyyət göstərir. Əli Kərimli isə onlar üçün bu işləri həyata keçirməyə lazım olan insanlardan birdir. Mətbuatda, sosial şəbəkələrdə, özünün “Facebook” səhifəsində keçmişini maskalamağa çalışır.

AXCP-dəki insanlar yaxşı bilir ki, Əli Kərimli hər zaman yoldaşlarını satmağa hazır biridir. O, Dağlıq Qarabağda döyüşlərdə iştirak etdiyini deyir. Əli Kərimli ömrü böyu Kür çayından o tərəfə keçməyib, nəinki Qarabağa gedib.

O, “Facebook” səhifəsində yazıb ki, 90 nəfərlik dəstə yığıb, Qarabağa döyüşə gedib. Yoldaşlarını yarı yolda qoyan adamla Qarabağa kim gedər?

- Əli Kərimli ilə görüşlərinizi sübut edəcək foto-video faktlar varmı?

- Bunu sübuta yetirəcək həm foto, həm videogörünütlər var. Bu barədə materiallar lazımı gəldikdə ictimaiyyətə açıqlanacaq. Yəni, hissə-hissə cəmiyyətə faktlar təqdim olunacaq.

- Gizli görüşlərdə iştirak edən şəxslər kimlərdir?

- Onların adını hələlik açıqlamaq istəmirəm. Zamanında bu barədə bütün faktları açıqlayacağam. Həmin adamlar da bilirlər ki, bu proseslərdə iştirak ediblər.

- Siyavuş müəllim, prezident İlham Əliyev bu yaxınlarda İranda rəsmi səfərə oldu. Səfərin iki ölkə üçün mühüm əhəmiyyətə malik olduğu qeyd edilir. Sizcə, Azərbaycan-İran yaxınlaşması nə ilə əlaqədardır?

- İranda bəzi adamalar var ki, İran-Azərbaycan müansibətlərini korlamağa çalışırlar. Bunlardan birincisi İran parlamentinin təhlükəsizlik komitəsinin sədr müavini, general Mənsur Həqiqətpurdur. Onun Azərbaycanda hansı işlərlə məşğul olduğu barədə əlimdə kifayət qədər faktlar var. Vaxtilə o, Ermənistanla döyüşlərin getdiyi bir dövrdə hərbi dəstək göstərmək əvəzinə Azərbaycanın mövqelərini müxtəlif xətlərlə xaricə ötürürdü. Oradan isə məlumatlar birbaşa Ermənistana verilirdi. Beləliklə, Azərbaycan ordusunun mövqeləri atəşə tutulurdu. Bu gün torpaqlarımızn işğal olunmasında elə adamların da rolu olub. Mən həmişə onların əməllərini tənqid və ifşa etmişəm.

Azərbaycan prezidenti İlham Əliyevin İrana qarşı münasibəti çox yaxşı olub. Hətta vaxtilə İranın ABŞ-la münasibətləri gərgin olanda, ölkə başçısı bəyan etdi ki, ərazilərimizdən İrana müdaxilə oluna bilməz. Azərbaycan İrana qarşı səmimi olub. Hesab edirk ki, Ermənistanı çıxmaq şərti ilə bütün qonşularımızla münasibəti yaxşı saxlamalıyıq. Çünki, Azərbaycan hər bir dövlətlə münasibətlərini bərabərhüquqlu qurur. Kimisə, böyük qardaş, kimisini kiçik qardaş qismində qəbul etmirik.

- Dəfərlərlə iqtidar komandasının gəncləşməsi, əksər nazirlərin dəyişdirilməsi ilə bağlı təkliflər irəli sürülür. Bu təkliflərə münasibətiniz necədir?

- Burada yaşlı nəslin təcrübəsi, gənc nəslin enerjisinin vəhdəti ilə birlikdə prosesin həyata keçirilməsindən söhbət gedir. Bəzən yaşlı nəsli çox tənqid edirlər. Elə yaşlı nəslin nümayəndəsi var ki, gənclərdən on dəfə artıq yaxşı işləyir. Bu insanın daxilindən gəlir. Vaxtilə Gürcüstanda təbii yox, süni yolla kadrlar gəncləşdirildi. Axırı inqlabla bitdi. Xalq cəbhəsi dövründə kim neçə dəfə qışqırmışdısa, yaxud yaxşı qışqırmışdısa, ona vəzifə verirdilər və hökumət cəmi 9 ay yaşadı. Bu prinsiplə dövlət idarəçilik sisteminə təyinat olmaz.

- Sonda isə bilmək istərdik, iqtisadi vəziyyət YAP-a necə təsir edib? Bu il YAP Gənclərinin “Qış məktəbi” layihəsi nədənsə baş tutmadı. Bu iqtisadi problemlərlə əlaqəlidir?

- “Qış məktəbi” seçkilər yenicə yekunlaşdığı üçün baş tutmadı. “Yay Məktəb”ləri bu il həyata keçiriləcək. Partiya üzvlük haqqı və dövlət büdcəsindən ayrılan vəsait hesabına fəaliyyət göstərir. Üzvlük haqları normal toplanır. Yəni, hər şey qaydasındadır. Partiyanın maliyyə vəziyyəti ilə bağlı cəmiyyətə hesabat verən yeganə partia Yeni Azərbaycan Partiyasıdır. Hazırda partiyanın kifayət qədər ehtiyatı var.









 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?
Yox
Bu yolda Rusiyanın ağzı ovulacaq

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
Ramiz Mehdiyevin qızı nazirliyi məhkəməyə verdi - BUNA GÖRƏ
Bu gün, 00:36
"Atamın bir-iki əşyası var, o evimizdədir"
Bu gün, 00:34
Heykəl qovğası: hərənin öz təsəvvüründəki Ələsgər - AXI NİYƏ?..
Bu gün, 00:28
Suqovuşanın erməni işğalından azad edilməsindən dörd il ötür
Bu gün, 00:23
Məktəblərdə təmir işləri ilə bağlı tender uduldu - 4,2 MİLYON MANAT
Bu gün, 00:05
Agentlik 3 milyona bina icarəyə götürdü - TENDER NƏTİCƏSİ
Bu gün, 00:02
Müəllimlərə bahalı hədiyyə almaq ənənəsi yığışdırılmalıdır - ÇAĞIRIŞ
Dünən, 19:10
Ermənistan Azərbaycanın mülkiyyətini Rusiyaya necə verdi - ŞOK DETALLAR
Dünən, 19:02
Azərbaycanda alimentin minimum məbləği 350 manata qaldırılır? - AÇIQLAMA
Dünən, 18:56
"Zelenski və Netanyahu geri çəkilsə, siyasi fəlakətlə üzləşəcəklərindən qorxurlar" - "The Guardian"
Dünən, 18:17
"O, bir çox məsələlərin həllində son qərarı verə bilmir" - keçmiş səfir
Dünən, 18:14
Dövlət şəhidə qanpulu verməlidir, yoxsa şəhid dövlətə? - Milli Məclisin yeni heyəti üçün EV TAPŞIRIĞI...
Dünən, 18:11
İranın hiyləsi "Dəmir Günbəz"i çaşdırıb: - Gecəki hücumun DETALLARI
Dünən, 18:01
Ermənistan bunlara görə CAVAB VERMƏLİDİR... - cavab vermək ZORUNDADIR...
Dünən, 17:59
Azərbaycanlılar və gürcülər hər gün yollarda 40, ermənilər isə 30 dəqiqə itirirlər - SİYAHI
Dünən, 17:53
Ata və oğulun rəhbərlik etdiyi Azbelt şirkəti cərimələnir - SƏBƏB
Dünən, 17:51
Ermənistanın Azərbaycan ərazilərinə iddiası yoxdur - Alen Simonyan da Paşinyanın dediklərini təkrarlayır
Dünən, 17:50
Prezidentin rütbədən məhrum etdiyi Tofiq Həsənov kimdir?
Dünən, 17:35
Ermənistanın KTMT qərarı: - Mirzoyanın Varşavada ikibaşlı çıxışı
Dünən, 17:34
Bir aydır rayonlara yanacağın verilməsi niyə dayandırılıb? - NARAZILIQ VAR...
Dünən, 17:29
Snayper tüfənglərindən praktiki atış çalışmaları yerinə yetirilib - VİDEO
Dünən, 17:25
Maştağada saxlanılan 2 şəxsdən 4 kiloqram narkotik vasitə aşkarlanıb - VİDEO
Dünən, 17:24
“Qonşuları Rusiyadan daha qorxmurlar” - The Hill
Dünən, 17:20
Aparıcı Zaurun adı talassemiyalı xəstlərin işində hallandı: - “Pul yığılarkən...”
Dünən, 17:19
Qətər Ermənistana bütün uçuşları ləğv etdi - AÇIQLAMA
Dünən, 17:18
Bakıdakı bu tarixi abidə bərpa olunacaq - 700 min manatlıq restavrasiyaya başlanılır
Dünən, 17:15
“Bank of Baku”da yeni TƏYİNAT - DOSYE
Dünən, 17:11
Bakı həbsxanasında ÖLÜM
Dünən, 17:05
Nazim Quliyev yenidən 10 ilə kimi məhkum edilə bilər - TƏFƏRRÜAT
Dünən, 17:04
"Hər an hərəkətə keçməyə hazır olan qüvvələr Azərbaycanı qaralamaqda davam edirlər"
Dünən, 17:02
İrəvan Moskvadan hər fürsətdəcə QAÇIR
Dünən, 17:01
Sülh müqaviləsinin icrasına nəzarət etmək üçün Ermənistan-Azərbaycan komissiyası yaradıla bilər - Paşinyan
Dünən, 16:58
"Ona görə ki, o, çox yaşamağa layiqdir..,"
Dünən, 16:47
İran əgər uğura nail olmaq istəyirsə... - İNCƏLƏMƏ
Dünən, 16:42
Bu il Zəfər Günü münasibətilə Xankəndində parad keçiriləcək? - AÇIQLAMA
Dünən, 16:38
Zəngəzur dəhlizi: “Bəşəriyyət üçün...” - GƏLİŞMƏ
Dünən, 16:36
Elə bil camaata QƏNİM KƏSİLİB... - İlk üçlükdədir...
Dünən, 16:34
Prezident general-mayoru rütbəsindən məhrum edib - SƏRƏNCAM
Dünən, 16:31
“Neftçi” 2 milyona Fatih Terimi gətirir? - "Onunla danışıqlar..."
Dünən, 16:26
“İsrail dayanmayacaq və İranı müharibəyə sürükləmək üçün daha ağır addımlar atacağı istisna deyil” - Ərəstun Oruclu ŞƏRH EDİR
Dünən, 16:17
Rusiya Azərbaycan ərazisində yeni nümayəndəliklər açmağı planlayır - TASS
Dünən, 16:15
AQTİ 2 milyon manatlıq laborator avadanlıqlar alır
Dünən, 16:09
Ermənistan ABŞ ilə təhlükəsizlik sisteminin modernləşdirilməsinə dair müzakirələr aparıb
Dünən, 16:09
Paşinyanın yeni ampulasını beynəlxalq ekspertlər belə dəyərləndirir - ŞƏRH
Dünən, 16:05
Cinayət əməlləri törətmiş şəxslər cəzalarını çəkməlidirlər - Başqa cür ola da bilməz...
Dünən, 16:02
182 nömrəli məktəbdə nə baş verib? – Şagirdlər təxliyə olundu
Dünən, 15:58
Lavrov ərəb ölkələrinin Moskvadakı səfirləri ilə görüşüb
Dünən, 15:47
Anar Məmmədovun Londondakı biznesi yenə zərər edib - İLGİNC
Dünən, 15:18
"Müflis oldum, atamın maşınını belə satıb borc ödədim" - Ramiz Novruzun qızı
Dünən, 15:12
Tibb sektorunun “mogikanı”: - Azəri Med ATU-nin tenderini də uddu
Dünən, 14:00
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : [email protected]
Designed by Daraaz.net
�������@Mail.ru