XÜSUSİ NOTARİUSLAR DA VERGİ ÖDƏYƏCƏK
Tarix: 30-04-2012, 17:16 |
Çap et
YENİ UYĞULAMA GƏLİR
Bundan sonar xüsusi notariuslar da vergi orqanına bəyannamə təqdim edəcəklər. Milli Məclisdən verilən məlumata görə, Vergilər Məcəlləsində ediləcək dəyişikliyə əsasən xüsusi notariuslar hər rüb başa çatdıqdan sonra növbəti ayın 20-dən gec olmayaraq vergi orqanına bəyannamə verəcəklər.
Xüsusi notarius tərəfindən bir ay müddətində notariat hərəkətlərinin aparılmasına, habelə notariat hərəkətləri ilə əlaqədar göstərilən xidmətə görə tutulan haqlar vergitutma obyekti hasab olunacaq. Beləliklə xüsusi notarius tərəfindən tutulan haqlardan xərclər nəzərə alınmadan 10 faiz dərəcə ilə vergi tutulacaq. / “OLAYLAR” /