«AVROVİZİYA» ÖLKƏNİ TAM QARIŞDIRIB
Tarix: 30-04-2012, 13:45 |
Çap et
MAHNI YARIŞMASI İLƏ BAĞLI BİR HƏFTƏLİK TƏTİL ELAN OLUNACAQ
DİA.AZ: - Ölmədik, bu günü də gördük. Hansısa mahnı yarışması dövlətimizin işini əməlli-başlı təlx edib. Əslində tək bizdə belə deyil. Məsələn, Belorusiyada da «Avroviziya» yarışmsına birbaşa olaraq prezident Lukaşenkonun təşkilatçılığı ilə hazırlaşırlar. Və iştirakçını da şəxsən prezident bəyənməlidir.
Bizdə isə, yəni «Avroviziya-2012» yarışmsına ev sahibliyi edəcək Azərbaycanda isə durum daha aınacaqlıdır. Az qala dövlətin bütün idarəetmə aparatı və bütün rıçaqları «Avroviziya» yarışması üçün səfərbər olunub. Kimin ağzını açırsan, kimi dindirirsən, bu yarışmadan danışır, bu yarışmanı bəhanə gətirir.
Yarışma ilə bağlı tədarükə sərf olunan pullardan isə az qala qalaq-qalaq kitablar yazılıb. Sahibkarlar, büdcə təşkilatında çalışanlar və hətta orta məktəb şagirdləri belə bu yarışma üçün pul yığmalı olublar. İndi isə «Avroviziya» yarışmasına sanılı günlərin qaldığı bir ərəfədə redaksiyamıza ilginc bir məlumat daxil olub.
Mötəbər mənbənin DİA.AZ-a bildirdiklərindən belə aydın olur ki, hökumət «Avroviziya» yarışması ilə bağlı müsabiqənin pik məqamında bir həftəlik tətil elan edəcək: «Artıq bu barədə Nazirlər Kabinetinə müvafiş göstəriş də verilib. Əslində belə hadisələr sovet dönəmlərində olurdu. Hansısa pambıq-üzüm sezonunda belə tətillər elan edilirdi. İndi də bizdə «Avroviziya» sezonudur».